Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-594/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, icarə müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-74/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin h alları 1. "xxxx" MMC ilə Cavabdeh MMC arasında nəqliyyat vasitələri və texnikaların icarəyə verilməsi ilə bağlı 2020-ci il 19 iyun tarixli 19.06.General/YKT2020 saylı icarə müqaviləsi bağlanmışdır. 2. 2020-ci il 19 iyun tarixində "xxxx" MMC və Cavabdeh MMC arasında imzalanmış müqaviləyə əlavə № 1-ə əsasən, icarəyə veriləcək nəqliyyat vasitələri və texnikaların aylıq icarə haqqı cəmi 90871,2 manat razılaşdırılmışdır.
3. Həmin müqaviləyə əlavə №1-in: - 3-cü bəndinə əsasən uzun müddətli yağışlı günlərdə, bayram günlərində və maşınmexanizmlərin nasaz olduğu günlərdə icarə haqqı hesablanmayacaqdır. - 4-cü bəndinə əsasən bu əlavə imzalandığı andan qüvvəyə minir və 19.06.General/YKT2020 saylı 2020-ci il 19 iyun tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir. 4. "xxxx" MMC tərəfindən Cavabdeh MMC- yə ödənilməsi üçün təqdim edilmiş elektron qaimələr: - EBAP seriyalı, 285354 saylı, 2020-ci il 1 sentyabr tarixli elektron qaiməyə əsasən 19.477,08 manat - EBAQ seriyalı 459182 saylı, 2020-ci il 25 sentyabr tarixli elektron qaiməyə əsasən 31.509,54 manat - EBAR seriyalı 969276 saylı, 2020-ci il 30 oktyabr tarixli elektron qaiməyə əsasən 29.772,58 manat - EBAT seriyalı 336559 saylı, 2020-ci il 2 dekabr tarixli elektron qaiməyə əsasən 32.386,28 manat - EBAW seriyalı 431021 saylı, 2021-ci il 22 yanvar tarixli elektron qaiməyə əsasən 25.139,9 manat - EBAX seriyalı 151143 saylı, 2021-ci il 8 fevral tarixli elektron qaiməyə əsasən 9.851,82 manat - EBAX seriyalı 681922 saylı, 2021-ci il 23 fevral tarixli elektron qaiməyə əsasən 6.819,22 manat. İddiaçı tərəfindən ümumilikdə 154.956,42 manat, ƏDV-s iz 131.319 manat məbləğində elektron qaimələr göndərilmişdir.
5. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş 2023-cü il 27 mart tarixli pretenziya məktubunda 58.005 manat əsas borc, 10440,90 manat ƏDV məbləğinin 15 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
6. Cavabdeh tərəfindən İddiaçınə edilmiş ödənişlər: - 2020-ci il 6 iyul tarixli 000İCAZ201880108 nömrəli ödəniş tapşırığına əsasən 2.000 manat - 2020-ci il 1 sentyabr tarixli 000İPXO202455200 nömrəli ödəniş tapşırığına əsasən 10.506 manat - 2020-ci il 1 oktyabr tarixli 000İPXO202754798 nömrəli ödəniş tapşırığına əsasən 6.703 manat - 2020-ci il 7 oktyabr tarixli 000İPXO203011727 nömrəli ödəniş tapşırığına əsasən 26.000 manat - 2020-ci il 29 dekabr tarixli 000İPXO203647767 nömrəli ödəniş tapşırığına əsasən 21.305 manat - 2021-ci il 27 sentyabr tarixli 000İPXO121270111F nömrəli ödəniş tapşırığına əsasən 6.800 manat, ümumilikdə 73.314 manat məbləğində (ƏDV daxil deyil) ödəniş olmuşdur.
7. Xidmət müqabilində tərtib edilmiş aktlar: - 2020-ci il 8 sentyabr tarixli akta əsasən, avqust ayı üzrə 28.661 manat xidmət haqqı və 1958 manat avans ödənişi, - 2020-ci il 14 oktyabr tarixli akta əsasən, sentyabr ayı üzrə 27090 manat xidmət haqqı və 1859 manat avans ödənişi, - 2020-ci il 24 noyabr tarixli akta əsasən, sentyabr ayı üzrə 29.101 manat xidmət haqqı və 1655 manat avans ödənişi, - 2020-ci il 28 dekabr tarixli akta əsasən, noyabr ayı üzrə 23.597 manat xidmət haqqı və 2292 manat avans ödənişi qeyd edilmişdir. Aktlar "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş, "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh MMC-nin maliyyə mütəxəssi si Şahid1 adları qeyd edilməklə imzalanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2020-ci il 19 iyun tarixli, 19.06.General/YKT2020 nömrəli icarə müqaviləsi (bundan sonra-“icarə müqaviləsi”) üzrə 58.005 manat əsas, 10.440,90 manat ƏDV borc məbləği, borc məbləğinin borcun ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi illik faiz bank uçot dərəcəsinə uyğun hesablanan məbləğ, 10.000 manat mənəvi ziyan, pozulmuş hüququnun bərpası üçün vəkilə ödənilmiş 100 manat, ödənilmiş 400 manat məhkəmə xərci, 58005 manat əsas b orc məbləğinin 2021-ci il 27 sentyabr tarixindən 2023-cü il 20 iyun tarixinədək olan müddət üzrə bank uçot (7.5%) dərəcəsinə uyğun hesablanılmış 7.521,52 manat olmaqla, cəmi 86.467,42 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanılmış icarə müqaviləsinə əsasən texnikalar və nəqliyyat vasitələri cavabdehə icarəyə verilmişdir. Bağlanılmış müqavilə üzrə razılaşdırılmış texnikalar və nəqliyyat vasitələri xidməti ehtiyaclar üzrə cavabdehə təqdim edilərək öhdəliklər icra edilmiş, cavabdeh isə icarəyə verilmiş əmlakları xidməti ehtiyacları üçün istismar etmiş, lakin əmlaklar üzrə razılaşdırılmış icarə haqqlarını ödəməyərək, müqavilə üzrə öhdəliklərinin tam icrasını təmin etməmi şdir. Cavabdehə qeyd olunan müqaviləyə əsasən elektron qaimələrə əsasən 131.319 manat icarə haqqı hesablanmışdır. Həmin borc məbləğindən cavabdeh tərəfindən cəmi 73.314 manat bank hesabına köçürülmüş, yerdə qalan 58.005 manatın ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Nümayəndə cavabdehin rəhbəri ilə görüşərək müqavilə üzrə qalıq məbləğin ödənilərək öhdəliklərinin tam icrasını tələb etmiş, cavabdeh tərəfindən hər dəfə borc məbləğinin növbəti ay ödəniləcəyi vəd edilsə də, verilən vədə bu günədək əməl edilməmişdir. Cavabdeh ilə bağlanılmış icarə müqaviləsi üzrə əsas borc məbləği 58.005 manat, ƏDV üzrə borc məbləği 10.440,90 manat təşkil edir. Cavabdeh yaranmış borc məbləğini könüllü ödəməyərək, müqavilə üzrə öhdəliklərinin icrasını tam təmin etmədiyindən həmin borc məbləği faiz dər əcəsi ilə, çəkilən və çəkiləcək xərclər məhkəmə qaydasında cavabdehdən alınaraq ödənilməlidir. Mübahisənin məhkəmədən kənar həll olunması üçün mediatora müraciət edilsə də, cavabdeh məlumatlı olmasına baxmayaraq, mediasiya sessiyasında iştirak etməmişdir.
10. Cavabdeh iddiaya etiraz verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən, müxtəlif texnikalar və nəqliyyat vasitələri cavabdehə icarəyə verilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə sübut qismində elektron qaimə və aktlar təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan aktlar və tərəflərin verdiyi izahatlardan məlum olmuşdur ki, əslində tərəflər arasında olan münasibət hər hansı texnikalar və nəqliyyat vasitələrin icarəyə verilməsi deyil, faktiki olaraq asfalt işlərinin görülməs i ilə bağlı yüklərin daşınması xidməti olmuşdur. Belə ki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktlara əsasən, (cavabdeh həmin aktları işlərin yerinə yetirilməsini təsdiq edən sənəd kimi qəbul etmir), Ağstafa rayonu Qırlı kəndində avtomagistralın tikintisi ilə əlaqəli olaraq iddiaçının adları qeyd olunan sürücüləri tərəfindən nəqliyyat vasitələri idarə edilərək yüklərin daşınması həyata keçirilmişdir. Bu da onu göstərir ki, həmin nəqliyyat vasitələri cavabdehin istifadəsində və sərəncamında, başqa sözlə icarəsində olmamışdır. Hazırkı mübahisə üzrə tərəflər arasında olan münasibət əslində xidmət müqaviləsi olduğundan bu mübahisəyə icarə müqaviləsinə aid olan normalar deyil, xidmət, yəni tapşırıq müqaviləsinə aid olan hüquq normaları tətbiq edilməlidir. Tərəflər arasında əslində olan xidmət müqaviləsinə görə yerinə yetirilmiş işlərin dəyəri cavabdeh tərəfindən iddiaçıya tam olaraq ödənilmişdir. İddiaçı dəyəri ödənilmiş işlərdən əlavə cavabdeh üçün hər hansı bir xidmət və ya iş yerinə yetirməmişdir. İddiaçı tərəfindən işlərin yerinə yetirilməsini təsdiq edən sübut kimi tədqim edilmiş elektron qaimələr və aktlara münasibətdə isə 2020-ci il 1 sentyabr tarixli, 285354 nömrəli qaimə xaric olmaqla, bütün qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Cavabdehin digər qaimələrin göndərilməsindən məlumatı olmamışdır. Daha sonra iddiaçı tərəfindən 2023-cü il 18 iyun tarixində elektron məhkəmə sisteminə 4 ədəd akt və digər 2 ədəd sənəd əlavə edimişdir. Qeyd olunan sənədlərin əsli məhkəmə araşdırması zamanı təqdim olunmamışdır. Bundan əlavə həmin sənədlərdə cavabdehin işçisi olmu ş ƏlŞahid2 və Şahid1 adlarının əks olunduğu müəyyən olmuşdur. ƏlŞahid2 layihə rəhbəri, Şahid1 isə maliyyə mütəxəssisi vəzifəsində işləsələr də, cavabdeh tərəfindən həmin şəxslərin heç birinə aktların təsdiq edilməsi ilə bağlı səlahiyyət verilməmişdir. Şahid1 ümumiyyətlə ofis işçisi olmuşdur. Onun sahədə hansı işlərin yerinə yetirilməsindən məlumatı ola bilməzdi. Əslində isə işlərin görülməsini təsdiq edən sənəd kimi işgüzar adətlərə uyğun olaraq tikintidə istifadə olunan forma № 2 aktı tərtib edilməli, hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilməli idi. Həmçinin imzaların həmin şəxslərə məxsus olması belə şübhəlidir. Lakin bütün sənədlərdə hər iki əməkdaşın adı qeyd olunsa da, yalnız onlardan biri tərəfindən imza edilmişdir (imza etməsi ehtimal edilir). Aktlara Şahid1, digər sənədə isə ƏlŞahid2 tərəfindən imza edildiyi ehtimal edilir. Aktlardan görünür ki, xidmətin göstərildiyi dövr təxminən 6 ay təşkil etmişdir. Münasibətin davam etdiyi altı ay ərzində aktların iddiaçının səlahiyyətli şəxs tərəfindən imza etdirilməməsi, hətta özünün tərtib etdiyi aktlarda adları qeyd olunan şəxslərə imza etdirməməsi həmin aktların doğruluğuna və həqiqətən həmin tarixdə tərtib olunmasına yetərincə şübhələr yaradır. Elektron qaimələrdə görülmüş işlərin dəyəri ƏDV daxil 154.956,42 manat, aktlarda isə 134.981 manat göstərilmişdir. Göründüyü kimi, iki məbləğ arasındakı fərq 19.975,42 manat təşkil edir. Bundan əlavə tərəflər arasında təsdiq olunduğu iddia olunan və iddiaçı tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qalıq borclarının nə qədər olduğu göstərilmişdir. Həmin sənədlərə əsasən, cavabdehin 2021-ci ilin yanvar tarixinə olan qalıq borcu ƏDV-siz 5.779 manat təşkil edir. Cavabdeh tərəfindən 2021-ci il 27 sentyabr tarixində iddiaçıya 6.800 manat pul vəsaiti ödənilmişdir. Belə olduğu halda cavabdeh iddiaçıya deyil, iddiaçı cavabdehə borclu olmuş olur. Nəticə etibarilə iddiaçı tərəfindən görülmüş işlərin dəyəri cavabdeh tərəfindən tam ödənilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 avqust tarixli e-2-2(113)-2931/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 58.005 manat borc, 10.440,90 manat ƏDV, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 5.024 manat, 100 manat hüquqi yardım xərci, 400 manat mediasiya xərci olmaqla, cəmi 73969,9 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim Z.Ax undova).
12. Məhkəmə tərəflər arasında yaranan münasibətlərin icarə müqaviləsindən deyil, xidmət müqaviləsindən irəli gələn münasibətlər olmasına dair cavabdehin mövqeyinə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisə məhz icarə hüquq münasibətlərindən irəli gələn mübahisədir (eyni zamanda tərəflər arasında başqa münasibətlərin olmasına toxunulmur). Belə ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, icarənin predmeti, aylıq icarə haqqı, icarəyəverən və icarəçi olaraq tərəflərin öhdəlikləri müəyyən olunmuşdur. Eyni zamanda icarə predmetləri icarəçiyə təhvil verilmiş, icarə haqları qismən ödənilmişdir. Cavabdehə göndərilən elektron qaimələrə əsasən, icarə haqlarının ödənişi üçün (biri istisna olmaqla) göndərilmiş, edilən ödənişlərin bir çoxunun təyinatında da məhz həmin qaimələrə istina d olunmuşdur. Ona görə də hazırkı mübahisə icarə müqaviləsindən irəli gələn mübahisədir.
13. İş üzrə iddiaçı tərəfindən ümumilikdə 154956,42 (yüz əlli dörd min doqquz yüz əlli altı manat qırx iki qəpik) manat, ƏDV-siz 131319 manat məbləğində elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən ümumilikdə 73314 (yetmiş üç min üç yüz on dörd) manat məbləğində (ƏDV daxil deyil) ödəniş olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən ödənişlər tam olaraq icra edilmədiyindən 58005 manat borc (13131973314=58005) və 10440,90 (on dörd min dörd yüz qırx manat doxsan qəpik) manat ƏDV məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı faizlərin tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçının tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.2-ci bəndində razılaşdırılmışdır ki, ödəniş müddəti tərəflər arasında ay bitdikdən sonra növbəti ayın 15-dən sonra tərəflər arasında bağlanmış akta uyğun ödəniş həyata keçirilir. Cavabdeh tərəfindən sonuncu ödəniş 2021ci il 27 sentyabr tarixində olduğundan, cavabdehin öhdəliyi gecikdirməsi öz təsdiqini tapır.
15. Məhkəmə iddianın əsas borc məbləğinin ödənişinin gecikdirilməsinə görə 2021-ci il 27 sentyabr tarixindən 2023-cü il 20 iyun tarixinədək olan müddət üzrə bank uçot (7.5%) dərəcəsinə uyğun hesablanılmış 7.521,52 manatın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdehdən gecikdirilmiş vaxt (20 ay 24 gün) üçün illik beş faiz hesablanmaqla 5.024 manat məbləğində (58005x5:100:12x20ay =4833,75, 58005x5:100:366x24=190,18, 4833,75+190,18≈5024 manat) pul tutulmalıdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 700.1, 700.2, 675, 425.1, 442, 448.1, 445.2.1 və 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 107, 115.0.6, 121.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-74/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov).
19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədləri ilə bağlı göstərmişdir ki, qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
20. Məhkəmə aktının yoxlanılan hissəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterinin düzgün müəyyən edilmədiyini, aralarındakı müqavilə icarə müqaviləsi kimi bağlansa da, əslində xidmət müqaviləsi oldu ğunu, yəni iddiaçı tərəfindən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların sürücülərlə birlikdə təqdim edildiyini və həmin sürücülərin cavabdehin sifarişi ilə daşınmanı həyata keçirdiyini qeyd etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin həmin dəlillər üzrə mövqeyi ondan ibarət olmuşdur ki, MM-də xidmət müqaviləsi adında müqavilə növü olmadığından tərəflərin hüquq və öhdəliklərinin xarakterinə və müqavilə şərtlərinə görə onlar arasında bağlanmış müqavilənin hansı müqavilə növünə uyğun olduğuna məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. MM-nin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Hazırkı halda tərəflər arasında bağlanmış bağlı xx.xx.2020 tarix li 19.06.20.General/YKT2020 saylı müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə Əlavə 1-də qeyd edilmiş aylıq sabit icarə haqqı müqabilində həmin Əlavədə nəzərdə tutulmuş nəqliyyat vasitələrini və texnikaları icarəyə vermişdir. Müqavilənin icarəyə verənin öhdəliklərini nəzərdə tutan 3-cü bəndində icarəyəverənin icarə obyektlərinin sürücülərlə birlikdə veriləcəyi barədə öhdəliyi nəzərdə tutulmasa da icarəçinin öhdlikləri ilə bağlı müqavilənin 3.2-ci bəndində icarəyə götürənin nəqliyyat vasitələrinin, texnikaların və sürücülərin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət edilməsinə cavabdehliyi və icarəyə götürənin sürücü və operatorları yatacaq yeri ilə və gündə 3 dəfə yeməklə təmin etmək öhdəliyi nəzərdə tutulduğundan müəyyən edilir ki, n əqliyyat vasitələri ilə yanaşı cavabdehə iddiaçının sürücüləri tərəfindən də xidmət göstərilmişdir. Müqavilə qarışıq olsa da cavabdehin öhdəliyi xarakterinə görə icarə müqaviləsindən irəli gələn öhdəliyə daha yaxın olduğu üçün məhkəmə düzgün olaraq mübahisə üzrə icarə ilə bağlı maddi hüquq normalarını tətbiq etmişdir.
22. İddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 32.386,28 manat, EBAW seriyalı 431021 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 25.139,9 manat, EBAX seriyalı 151143 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 9.851,82 manat borcu ödəməmiş, xx.xx.2020 tarixli elektron qaimə üzrə isə qismən ödəniş etsə də 905 manat əsas borc üzrə, 162,90 manat isə ƏDV üz rə borcu qalmışdır. Bu qaimələr sistem tərəfindən təsdiqlənsə də, qeyd edilən qaimələr üzrə cavabdehin ödəməli olduğu məbləğ iş materiallarına əlavə edilmiş və cavabdehin maliyyə mütəxəssisi Şahid1 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli aktlarla və iş materiallarının 74-cü vərəqinə əlavə edilmiş, üzərində Cavabdeh MMC-nin möhürü olan, cavabdehin əməkdaşları tərəfindən imzalanmış aktla təsdiq edilir.
23. Cavabdehin nümayəndəsi və vəkili aktlardakı imzaların Şahid1 tərəfindən icra edildiyini mübahisələndirərək iş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(103)-74/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə tarixdə məhkəməyə daxil ol muş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, işin 68-71-ci vərəqlərində olan 08 sentyabr 2020-ci il tarixli, 14 oktyabr 2020ci il tarixli, 24 noyabr 2020-ci il tarixli, 28 dekabr 2020-ci il tarixli “Akt”ların aşağı hissələrində “3. YKT İnşat MMC-nin” qrafalarında “Maliyyə mütəxəssisi Şahid1” yazılarının qarşılarında olan imzalar Şahid1 tərəfindən icra edilmişdir.
24. Məhkəmə işdəki sübutlar və ekspert rəyi ilə iddianın əsaslı olduğunun təsdiq edildiyini, cavabdeh tərəfindən tələb edilən borcun ödənildiyinə dair hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.
25. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-nin 385.1, 386.1, 425.1, 442, 445.2.1, 445.7, 448.1, 700.1, 700.2, 675, 777.1, 777.2 və 777.4-cü maddələri üzrə - işin faktiki halları ilə tərəflər arasında bağlanmış müqavilə həqiqəti əks etdirmir. Belə ki, tərəflər arasında olan münasibətlər əslində hər hansı texnikalar və nəqliyyat vasitələrinin icarəyə verilməsi deyil, faktiki olaraq asfalt işlərinin görülməsi ilə bağlı yüklərin daşınması xidməti olmuşdur. Bunu tərəflər özləri də bildirmişlər. Məhkəmə isə işin faktiki hallarını yox, sadəcə işdə olan sənədlərə istinad edərək tərəflər arasındakı münasibətləri icarə münasibətləri kimi qəbul etmişdir. İddiaçı tərəfindən bir tərəfli qaydada tərtib edilmiş aktlara əsasən, Ağstafa rayonu, Qırlı kəndi avtomagistralın tikintisi ilə əlaqədar olaraq iddiaçının aktlarda adları qeyd olunan sürücüləri tərəfindən nəqliyyat vasitələri idarə edilərək yüklərin daşınması həyata keçirilmişdir. Həmin aktları cavabdeh təsdiq etməmişdir. Bu da onu sübut edir ki, iddiaçının cavabdehə icarəyə verdiyi nəqliyyat vasitələri iddiaçının öz istifadəsində olmuş, yəni həmin nəqliyyat vasitələri cavabdehin icarəsində olmamışdır. Göründüyü kimi tərəflər arasında olan işgüzar adətlər, münasibətlər icarə müqaviləsi deyil, xidmət müqaviləsi olmuşdur. 27. 2020-ci il 1 sentyabr tarixli, 285354 saylı elektron qaimə istisna olmaqla digər elektron q aimələr cavabdeh tərəfindən təsdiq edilməmişdir. Həmin elektron qaimələrin cavabdeh tərəfindən ləğv edilməməsi, iddiaçı tərəfindən xidmətlərin göstərilməsi kimi qiymətləndirilə bilməz. Həmin qaimələrin heç biri möhürlənib imzalanmamışdır. İddiaçı tərəfindən vurulmuş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilməmiş və sistem tərəfindən avtomatik olaraq təsdiq edilmişdir. Məhkəmə, borcun mövcudluğunu və müxtəlif texnikaların həqiqətən cavabdehə icarəyə verilməsini həmin elektron qaimələrə, aktlara və müqaviləyə istinad etmişdir. Cavabdeh qeyd edir ki, elektron qaimə xidmətlərin göstərilməsini təsdiq edən sənəd deyildir. Həmin elektron qaimələrin alt sənədləri, təsdiqedici sənədləri, yəni təhvil-təslim aktları, 2 saylı akt yoxdur.
28. Bunlardan əlavə 4 ədəd aktın heç birində cavabdehin möhürü və səlahiyyətli nümayəndəsinin imzası yoxdur. Ancaq həmin aktlara əlavə edilmiş 2 ədəd sənəddə Şahid2 və Şahid1 adları və imzaları əks olunduğu müəyyən olunmuşdur. Cavabdehin nümayəndələri qismində həmin şəxslərin sözügedən sənədləri imzalamağa, malları təhvil almağa və ya təhvil verməyə hüquq və səlahiyyətlərinin olub-olmaması, bu barədə etibarnamələrinin olub-olmaması, şirkətlə əlaqələrinin mövcud olub-olmaması barədə heç bir məlumat qeyd edilməmişdir. Bundan əlavə həmin 4 ədəd akt və akta əlavə edilmiş 2 ədəd sənədin əsilləri məhkəməyə təqdim edilməmişdir. Sözügedən aktların əsillərinin məhkəməyə təqdim edilməməsi, aktlarda cavabdehin möhürü və səlahiyyətli nümayəndəsinin imzasının olmaması, aktlara qoşma olaraq qoyulmuş 2 ədəd sənəddə olan imzaların həqiqətən həmin şəxslər tərəf indən icra edilib-edilməməsi barədə şübhələrin olması, həmin aktların doğruluğunu və həqiqətən həmin tarixdə tərtib edilməsini şübhə altına alır. Buna görə də şübhə doğuran, birtərəfli qaydada tərtib edilmiş həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi üzrə - Bunlardan əlavə, məhkəmə iddia tələbindən də kənara çıxmışdır. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciətində bank uçot dərəcəsi kimi 7,5 % ilə 7521 manat pul tələb etmişdir. Məhkəmə isə ilik 5% olmaqla səhv etmiş, tələbdən kənara çıxaraq, olmayan tələbi təmin etmişdir.
30. MPM-nin 4, 9, 14, 77 və 89-cu maddələri üzrə - apellyasiya instansiya məhkəməsinin ha zırkı iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fa ktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iş tirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclun un icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmə diyi bütün hallar üçün cavabdehdir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya ş ikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
37. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla m üəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
38. Məhkəmə kollegiyası cavabdehin şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (bax yuxarıda bu qərarın 20-24-cü bəndləri) və hesab edir ki, gəlinən nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu qərarın 29-cu bəndində göstərilən dəlili ilə bağlı əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddiasında, cavabdeh tərəfindən borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulmasını xahiş etmiş, məhkəmə tərəfindən isə həmin tələbə MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında qiymət verilmişdir. Bu isə həm həmin maddi hüquq normasının dispozisiya şərtlərinə (mətni üçün bax bu qərarın 34-cü bəndi), həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun cavabehin kassasiya şikayətində istinad etdiyi 2022-ci il 20 aprel tarixli qər arında ifadə olunmuş hüquqi mövqeyə zidd olmamışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-74/2024 nömrəli 2024-cü il 17 aprel tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.