Məhkəmə qərarları › İş №2-2(102)-596/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-596/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-596/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü - kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlunda n ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 avqust tarixli 2-2(103)-401/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ca vabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 dekabr tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ipoteka predmetlərinə tutma yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaitlər hesabına Maraqlı şəxs MMC-nin ASC “Xalq” Bankı qarşısındakı 3.500.000 manat məbləğində əsas borcu, 44.230,47 manat məbləğində faiz borcu, 2021-ci il 1 iyun tarixindən 2023-cü il 27 noyabr tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 435.555,56 manat məbləğində əldən çıxmış fayda, 170.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4.149.786,03 manat mə bləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs (bundan sonra – “üçüncü şəxs”) qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2024-cü il 23 may tarixli 2-2(103)-401/2024 nömrəli qətnaməsi ilə iddiaçı və üçüncü şəxsin apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).

6. Üçüncü şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 avqust tarixli 2-2(103)-401/2024 nömrəli qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – G.Axundova, hakimlər – C. Musayeva və F.Babayev).

8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iş materiallarında olan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 2024-cü il 7 iyun tarixində yerləşdirilmişdir. Lakin üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini 2024-cü il 8 avqust tarixində elektron kabinet vasitəsilə vermişdir. Başqa sözlə, şikayət müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə müddətin axımı qətnamənin rəsmi qaydada verildiyi gündən hesablanır. Qətnamənin surəti isə rəsmi qaydada 2024-cü il 7 iyun tarixində elektron kabinetə yerləşdirilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi mö vqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 130.3, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Həmin qərardaddan üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və qətnamədən verilmiş kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. MPM-in 405.0.1-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi şikayətin prosessual müddətin bir gün ötürülməklə verilməsinə istinad edərək kassasiya şikayətini geri qaytarmışdır. Buna baxmayaraq elektron kabinetdə 2024-cü il 11 iyun tarixli bildiriş yerləşdirilmiş və bildirişdə q ətnamənin tərəflərə göndərildiyi bildirilmişdir. Bu səbəbdən də avqustun 11-nə kimi şikayət etmə müddətinin olduğunu bilərək, kassasiya şikayəti 2024-cü il 8 avqust tarixində sistemə yerləşdirilmişdir. Məhkəmənin sistemə yerləşdirdiyi qətnamənin vaxtı ilə bildirişin vaxtında bu qədər fərqin olması mümkün deyil. Həmin bildiriş şikayətə əlavə olunur.

12. Kassator həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci maddələrinin tələblərinin pozulmasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə riayət olunmadığına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətlə ndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 128. hesablanması... Prosessual müddətlərin müəyyən edilməsi və 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə

129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Ayla rla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır....” “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiya sı məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası ü çüncü şəxsin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

26. Üçüncü şəxsin kassasiya şikayətinin dəlili bundan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən elektron kabinetdə 2024-cü il 11 iyun tarixli bildiriş yerləşdirilərək, qətnamənin tərəflərə göndərildiyi bildirilmişdir. Bu səbəbdən də avqustun 11-nə kimi şikayət etmə müddətinin olduğunu bilərək, kassasiya şikayəti 2024-cü il 8 avqust tarixində sistemə yerləşdirilmişdir.

27. Məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya şikayətinin qeyd edilə n dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab etmir.

28. Belə ki, MPM-in 135.8-ci maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

29. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2024-cü il 7 iyun tarixində məhkəmə tərkibinə daxil olan hər üç hakimin imzası ilə imzalanmış və həmin tarixdə üçüncü şəxsin nümayəndəsi Vəkil məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Həmin çıxarışda Vəkil təsdiq edilmiş elektron ünvanı – mailto:emil.nury@gm ail.comElektron ünvan qeyd edilmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2024-cü il 7 iyun tarixində üçüncü şəxsə rəsmi qaydada təqdim edildiyindən, hazırkı kassasiya şikayətinin qətnamənin 2024-cü il 11 iyun tarixli bildirişlə onlara təqdim edilməsinə dair dəlili əsassız olmaqla, apellyasiya məhkəməsi kassasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş prosessual müddətin ötürülməsinə dair düzgün nəticəyə gəlmişdir.

31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxsin kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğ undan təmin edilməməlidir.

32. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 avqust tarixli 2-2(103)-401/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar