Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-599/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh "xxxx" MMC-yə və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına, ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi, ipotekaya xitam verilməsi, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının cavabdeh "xxxx" MMC-yə qarşı (İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına, ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Xətai rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyun tarixli 2-2(103)597/2024 nömrəli qətnaməsindən ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2014-cü il 1 dekabr tarixli 2(011)3032/2014 nömrəli qətnaməsi ilə QSC "xxxx" KB-nın "xxxx" Müəssisəsi və qeyrilərinə qarşı iddiası qismən təmin edilərək: - 140.000 manat əsas borc, 13.468,30 manat faiz borcu olmaqla, cəmi 153.468,30 manat kredit borcunun və 30 manat dövlət rüsumunun "xxxx" Müəssisəsindən alınaraq QSC “Bank Standard” KB-yə ödənilməsi; - tələbin ilkin olaraq İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,125 h a torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 m2 ümumi, 29,01 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinə; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinə yönəldilməsi; - Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 m2 ümumi, 29,01 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinin ilkin satış qiymətinin 66.000 manat; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9.000 manat; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin ilkin satış qiymətinin isə 18.000 manat olmaqla açıq hərracda sat ılmaları və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən QSC “Bank Standard” KB-yə olan borcun ödənilməsi; - Bakı şəhəri, Xətai rayonu. Zığ yolu küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50.7 m2 ümumi, 29,01 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinə tutma yönəldildikdə və mənzil satıldıqda İddiaçı2 və onunla birlikdə yaşayan ailə üzvləri - X2, X4, X3 və X1 mənzili bir ay ərzində tərk etmədikdə, onların məcburi qaydada çıxarılmaları qət edilmişdir.
2. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 2016-ci il 5 avqust tarixli xx/xx-28451/10 nömrəli sifariş məktubuna əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2014-cü il 1 dekabr tarixli 2(011)-3032/2014 nömrəli icra vərəqəsi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 0.125 ha -da 9 saylı evin 28 nömrəli mənzilin 66.000 manata” Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin 9.000 manata; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin 18.000 manata açıq hərraca çıxarılması üçün "xxxx" MMC-yə göndərilmişdir. 3. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 0.125 ha-da 9 saylı evin 28 nömrəli mənzilin ilkin satış qiyməti 66.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 9.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin ilkin satış qiyməti 18.000 manat olmaqla açıq hərracın keçirilməsi 2016-ci il 3 oktyabr saat 11.00-a təyin edilmiş və bu barədə tərəflərə 2016-cı il 2 sentyabr tarixli 1 nömrəli və 2016-cı il 16 sentyabr ta rixli 01/2 nömrəli bildirişlər göndərilmiş və “birja yenilikləri” qəzetində elanlar verilmişdir.
4. Həmin hərracın keçirilməsi baş tutmamış və "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 0.125 ha-da 9 saylı evin 28 nömrəli mənzilin ilkin satış qiyməti 56.100 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 7.650 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin ilkin satış qiyməti 15.300 manat müəyyən edilməklə, təkrar hərracın keçirilməsi 2016-ci il 7 noyabr saat 11.00-a təyin olunmuş, bu barədə tərəflərə 2016-cı il 7 oktyabr tarixli 2 nömrəli və 2016-cı il 21 oktyabr tarixli 02/2 nömrəli bildirişlər göndərilmiş və “birja yenilikləri” qəzetində elanlar verilmişdir. Təkrar hərrac baş tutmamışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat Birinci iş
5. Ləğv prosesində olan QSC “Bank Standard” KB (bundan sonra – “Bank”) "xxxx" MMC-yə (bundan sonra – “Hərrac Mərkəzi”) qarşı 2023-cü il 22 noyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev.40, 28 nömrəli mənzilinin; Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin; Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin satılması ilə bağlı Hərrac Mərkəzi tərəfindən 2016-cu il 7 noyabr tarixində keçirilmiş təkrar hərracın yekunlarına dair - ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində Bankın ləğvedicisi Əmanətlə rin Sığortalanması Fondu (bundan sonra – “ƏSF”) və Hərrac Mərkəzi tərəfindən imzalanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərrac baş tutmamış elan edildikdən sonra, X7 məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmişdir. 2016-cı il 16 noyabr tarixli məktubla Bank tərəfindən Hərrac Mərkəzinin məktubuna cavab olaraq bildirilmişdir ki, Bank borclu İddiaçı2 (bundan sonra – “İddiaçı2”) məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilin 42.075 manata, Bakı şəhəri Xəzər rayonu, Qala qəs., yerləşən 129 nömrəli torpaq sahəsinin 5.737,50 manata, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 0.06 ha torpaq sahəsinin 11.475 manata alınmasına razıdır. Lakin sonradan Bakı şəhəri, Xətai rayonu, Z ığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzili; Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi; Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsi üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin Bankın adına rəsmiləşdirilməsi istiqamətində Hərrac Mərkəzi tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə dəfələrlə Hərrac Mərkəzinə şifahi qaydada müraciət edilərək hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunmasını xahiş edilməsinə baxmayaraq, hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq Banka təqdim edilməmişdir. Qanunvericiliyin müddəaları pozularaq Hərrac Mərkəzi tərəfindən protokol tərtib olunmamış və Bankı n iradəsinə zidd olaraq ipoteka predmetinin əldə edilməsi mümkün olmamışdır. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayanın qanunvericiliklə müəyyən olunmuş hüquqları pozularaq ipoteka predmetinin əldə edilməsi məhdudlaşdırılmışdır.
7. Hərrac Mərkəzi iddiaya etiraz edərək bildirmişdir ki, hərrac təşkilatı sözügedən əmlakların ləğvedici tərəfindən əldə olunması istiqamətində bütün tədbirləri görmüş, lakin ləğvedici ötən müddət ərzində həmin əmlakların əldə edilməsində maraqlı olmamış, bu istiqamətdə heç bir real addım atmamışdır. İddia ərizəsində də etiraf olunduğu kimi, hərrac təşkilatı ləğvediciyə təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc olunduqdan sonra ayrıca məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmişdir. İddiaçı iddi a ərizəsində hərrac təşkilatının sözügedən əmlakların Bank tərəfindən əldə edilməsində maraqlı olmamasını, buna maneənin olmasını və ya sair formada protokolun imzalanmasında yayındığını və ya imtina etdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ötən 7 illik müddət ərzində bankın ləğvedicisi sözügedən əmlakların əldə olunması istiqamətində real addım atmamış, yalnız hərrac təşkilatına ünvanladığı cavab məktubu ilə həmin əmlakların əldə edilməsinə razı olduğunu ümumi şəkildə bildirməklə kifayətlənmişdir. Yalnız ipoteka qoyan mülkiyyətçi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 2023-cü il 7 sentyabr tarixində ipotekaya xitam verilməsi barədə iddia qaldırıldıqdan sonra bankın ləğvedicisi həmin əmlakları itirməmək üçün hazırki iddianı əsassız olaraq qaldırmışdır. Sözüged ən əmlakların Bank tərəfindən əldə edilməsinə mane olmaq, bununla bağlı protokolun imzalanmasından yayınmaq üçün hərrac təşkilatının heç bir motivi və məqsədi mövcud olmamış, əksinə hərrac təşkilatı əmlakların əldə olunması istiqamətində mümkün olan tədbirləri həyata keçirmiş, bankın ləğvedicisi isə əmlakların əldə edilməsi, bununla bağlı protokolların imzalanmasından yayınmışdır. Bank hazırki iş üzrə daşınmaz əmlakların əldə edilməsi ilə bağlı iddia tələbini 7 ilə yaxın müddət keçdikdən sonra vermişdir. Həmin iddia məhz ipoteka müqavilələrindən irəli gələn tələb olduğundan, qeyd edilən tələbə iddia müddəti tətbiq olunmalıdır. İkinci iş
8. İddiaçı2 Banka, ƏSF-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şə həri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 nömrəli torpaq sahəsinə dair Bankın ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin daşınmaz əmlaklara dair Bankın ipoteka yüklülüyünə (ipotekaya) dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ipoteka predmetlərinə dair qanunvericiliyin tələbinə uyğun olaraq keçirilmiş hərraclarda alıcı olmamış, həmçinin ipoteka saxlayan öz hüququndan istifadə edərək hərraca çıxarılmış əmlaklara dair hərrac təşkilatçısı ilə hərracın yekunlarına dair protokol bağlamamışdır. Ona görə də, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 nömrəli torpaq sahəsinə dair “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiq edilməsinə əsas mövcud olmuşdur.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il 19 yanvar tarixli e2(005)-348/2024 nömrəli qərardadı ilə İddiaçı2 Banka, ƏSF-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin Bakı Kommersiy a Məhkəməsinin e-2-2(113)-565/2024 nömrəli kommersiya mübahisəsinə dair işinə birləşdirilməsi qərara alınmışdır (hakim – A.Novruzova).
11. İddiaçı2 nümayəndəsi izahatında bildirmişdir ki, əmlaklarla bağlı 2016-cı ildə hərraclar keçirilmiş, lakin Bankın bu məsələ ilə bağlı hərəkətsizliyi mövcud olmuşdur. Qanunvericilikdə də qeyd olunmuşdur ki, elan verildikdən 30 gün müddət ərzində protokol bağlanmalı idi. Hər hansı əsasla protokolun bağlanmaması ilə bağlı həmin dövrdə iddia qaldırıldığı və ya tərəflər arasında hər hansı yazışma olduğu təqdirdə, Hərrac Mərkəzinin hərəkətsizliyi müzakirə predmeti olardı. Qarşı tərəf özü də etiraf etmişdir ki, onlar bu məsələni unutmuş və bu məsələni mübahisələndirməmişlər. Bankın məktub göndərməsi onu deməyə əsas vermişdir ki, 30 gün müddətinin başlanması və bitməsindən məlumatlı olmuşlar. Eyni zamanda Ali Məhkəmənin müvafiq qərardadı artıq 1 ildən çoxdur ki, qəbul olunmuşdur. Burada iddia müddətinin ötürülməsi məsələsi də tətbiq edilməlidir. Hərrac mərkəzinin hərəkətsizliyindən deyil, Bankın özünün hərəkətsizliyindən həmin müddət keçmişdir. X8 maraqlı şəxsdir, hər bir bankdan xidmət haqqı alır. İddiaçı2 mübahisədə borclu olmadığı üçün məlumatsız olmuş, ona görə də 7 il sonra məhkəməyə müraciət etmişdir. O, 2024-cü il 1 mart tarixində Bankın 2016-cı il 16 noyabr tarixli 26/15428 nömrəli məktubunun hərrac təşkilatına daxil olub-olmaması barədə məlumat verilməsilə bağlı Hərrac Mərkəzinə sorğu ilə müraciət etmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, 2016ci il 16 noyabr tarixli məktubla bağlı heç bir məlumat aşkar edilməmişdir.
12. Həmçini n İddiaçı2 nümayəndəsi onu da bildirmişdir ki, Bankın iddiasının təmin olunması üçün heç bir əsas yoxdur. Belə ki, 2016-cı ildə təklifə bir münasibət bildirməklə bu məsələni həll etmək olmazdı. Bank özü həmin dövrdə protokolu qəbul etməmişdir. Elan verildikdən 30 gün müddətində protokol bağlanılması zəruridir. Həmin müddət ərzində qarşı tərəfin yeganə əməli təklifə münasibət bildirilməsindən ibarət olmuşdur. Müqavilə qüvvəsinə malik olan protokol bağlanılır, lakin bu - müqavilə münasibətlərini tənzimləyən bütün normaların bura şamil edilməsinin mümkünlüyü mənasına gəlmir. Nə 2014-cü ilin Konstitusiya Məhkəməsinin şərhində, nə də Ali Məhkəmənin qərarında məktub iradə ifadəsi hesab oluna bilməsi qeyd olunmamışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, 30 gün ərzində razılıq alına bilm ədikdə məhkəməyə müraciət edilə bilər. Qərarda göstərilmişdir ki, aksept offerta deyilən bir məsələ mövcud deyil, yalnız 30 gün müddətində protokol imzalanmalıdır. Qarşı tərəf özü də etiraf etmişdir ki, onlar iddia qaldırdıqdan sonra sonunculara məlum olmuş və iddia qaldırmışlar.
13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 mart tarixli e-2-2(113)-565/2024 nömrəli qətnaməsi ilə Bankın iddiası təmin edilmiş, İddiaçı2 iddiası təmin olunmamışdır (hakim – K.Hüseynov).
14. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmeti olan əmlaklar barədə 2016-cı il 7 noyabr tarixində təkrar hərrac baş tutmadıqdan və bu barədə 2016-cı il 11 noyabr tarixində qəzetdə elan verildikdən sonra 2016-cı il 16 noyabr tarixində Bank məktubla Hərrac Mərkəzinə müraciət edərək ipoteka predmeti olan əmlakları müvafiq qiymətlə rə almağa razı olduğunu bildirmişdir. Hərrac Mərkəzi öz etirazında da bu faktı təsdiq edərək ona məktubla müraciət olunduğunu bildirmişdir. Bununla da ipoteka saxlayan Bank ipoteka predmetlərinin əldə edilməsi üçün zəruri tədbir görmüş və protokolu qanunla müəyyən olunmuş şərtlərlə imzalamağa razılığını ifadə etmişdir. Lakin həmin dövrdə, yəni 2016-cı il 4 oktyabr tarixindən Bank müflis elan olunaraq iflas proseduruna başlandığından, bununla bağlı təyin olunmuş ləğvedici ƏSF ilə böyük həcmdə sənədləşmə işləri aparıldığından və ƏSF-də Bankdan başqa bir neçə bankın da ləğv prosesi getdiyindən həmin ərəfələrdə bu məsələ diqqətdən kənar qalmış, yekun protokol Bankdan asılı olmayan səbəblərdən imzalanmamışdır.
15. Bu səbəbdən, 2016-cı il 11 noyabr tarixində təkrar hərracın baş tutmamış elan edi lməsindən sonra 5 təqvim günü ərzində ipoteka saxlayan Bank 2016-cı il 16 noyabr tarixində ipoteka predmetlərini almağa razılıq barədə müraciəti olduğu halda Hərrac Mərkəzi protokolu imzalamaqdan yayındığından, məhkəmə ipoteka saxlayan Bankın ipoteka predmetlərinin hərracdan əldə edilməsinə dair “protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbi barədə hazırkı iddianı qaldırmaqda haqlı olması qənaətinə gəlmiş, onun iddiasını əsaslı hesab etmişdir.
16. Məhkəmə Hərrac Mərkəzi tərəfindən verilmiş etirazda iddia müddətinin tətbiq olunması barədə məsələ ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə dair tərəflər arasında hər hansı müqavilə olmadığından, hazırkı mübahisə müqavilə tələbindən irəli gəlmədiyindən və 10 illik ümumi iddia müddəti ötürülmədiyindən, Hərrac Mərkəzinin 3 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilləri əsassız olmuşdur.
17. Bank tərəfindən verilmiş iddianın əsaslı olması müəyyən edildiyindən, İddiaçı2 iddiasının təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmamışdır. Belə ki, hazırkı halda təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka saxlayan Bank tərəfindən ipoteka predmetləri əldə edildiyi müəyyən olunduğundan, həmin ipoteka predmetlərinə dair ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğv olunması barədə iddia təmin edilməməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 373.1, 373.2, 415.5 və 415.7-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.5, 42.1, 42.8, 43.7, 43.7-1 və 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadının 55 və 57-60-cı bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, onun iddiasının təmin olunması, Bankın iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyun tarixli 2- 2(103)-597/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş; birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, Bankın iddiası rədd edilmiş, İddiaçı2 iddiası təmin olunmuş; İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 nömrəli torpaq sahəsinə dair Bankın xeyrinə olan ipotekaya xitam verilməsi və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindəki ipotekaya dair qeydlərin ləğv olunması, Bank tərəfindən çəkilmiş məhkəmə xərclərinin onun özünə aid edilməsi, İddiaçı2 tərəfindən ödənilmiş cəmi 150 manat dövlət rüsumunun Bankdan tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir (sədrli k edən hakim – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bankın iddia tələbindən onu irəli sürülməsində əsas məqsədin ipoteka predmetinin əldə edilməsindən ibarət olması görünür. Qanunverici təkrar hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.
22. Bununla yanaşı, vahid məhkəmə təcrübəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddət hesab olunur. Həmçinin qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan olunduqdan 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Belə ki, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə olunma anı kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə, protokolun qanunla müəyyən olunmuş 30 günlük mü ddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə olunması üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən olunmuş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
23. Hazırki işdə Bank yekun protokolun imzalanmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini bildirsə də, kollegiya onun istinad etdiyi halların təsdiq olunmadığı qənaətinə gəlmişdir. Belə ki, Bankın özünün istinad etdiyi hallara əsasən, “onun tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağl ı Hərrac Mərkəzinə yalnız 2016cı il 16 noyabr tarixində aksept məktubu təqdim olunmuş, bundan sonra isə şifahi müraciətlər etmişlər”. Kollegiya qeyd etmişdir ki, Bank üzərinə düşən zəruri hərəkətləri 7 ildən artıq müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət edilməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür.
24. Eyni zamanda, 2023-cü il 7 sentyabr tarixində ipoteka qoyan tərəfind ən ipotekaya xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılmış, yalnız bundan sonra Bank 2023-cü il 22 noyabr tarixində (təkrar hərracın baş tutmadığı tarixdən 7 il keçdikdən sonra) məhkəməyə hazırki iddia ilə müraciət etmişdir.
25. İddiaçı 2016-cı ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla kifayətlənmiş və hazırki iddianı irəli sürsə də, Hərrac Mərkəzinin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, qanunvericiliklə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
26. Bundan əlavə, hazırki iddianın təkrar hərracın baş tutmadığı tarixdən 7 il müddət keçdikdən sonra və ən əsası ipoteka predmetləri ilə bağlı ipoteka qoyan tərəfindən iddia qaldırıldıqdan sonra irəli sürülməsi MM-in 425.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Bu baxımdan, kollegiya həmin iddianın rədd olunması qənaətinə gəlmişdir.
27. İddiaçı2 iddiası isə əsaslı olmuşdur. Belə ki, 2016-cı il 7 noyabr tarixinə təyin edilmiş təkrar hərrac baş tutmamış və ipoteka saxlayan Banka həmin əmlakların alması təklif edilsə də, o, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməmiş və ipoteka predmetlərini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etməmişdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni zamanda, həmin qanunun “ipotekaya xitam verilməsi” adlı normasında nəzərdə tutulmuşdur ki, ipotekaya həmin qanunla nəzərdə tutulm uş digər hallarda xitam verilir. Bu baxımdan, kollegiya İddiaçı2 ipotekaya xitam verilməsi barədə iddiasının təmin olunması qənaətinə gəlmişdir.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 139.1 və 425.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1, 43.1, 43.3-43.5, 43.7, 43.7-1, 43.8 və 48.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
29. Bank kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, onun iddiasının təmin olunması, İddiaçı2 iddiasının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. MM-in 6-cı maddəsi üzrə - Bank iddia tələbini əsaslandırarkən bildirdiklərini (yuxarıda § 6) vurğulayır və qeyd edir ki, İddiaçı2 iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, daşınmaz əmlaklara dair Bankın ipoteka yüklülüyünə (ipotekaya) dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Belə olan halda Bank tərəfindən Hərrac Mərkəzinə qarşı hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. İddia ərizəsində də Ali Məhkəmənin icraatında olan işlər üzrə fərqli hüquqi yanaşmalar olduğu üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli qərardada istinad olunmuşdur. Belə ki, həmin qərardadın qəbul olunmasına qədər “ipotekaya xitam verilməsi” tələbl əri üzrə məhkəmələrin mövqeyi birmənalı olmamışdır. Bu səbəbdən də hazırki mübahisə üzrə ipoteka predmetinin əldə olunması ilə bağlı Bank hərrac təşkilatına iradə ifadəsini özündə əks etdirən məktubla müraciət etmiş və qənaətə gəlmişdir ki, protokol Banka təqdim olunduqdan sonra artıq həmin əmlak onun balansına keçiriləcəkdir. Yazılı qaydada müraciət etdikdən sonra dəfələrlə şifahi formada da hərrac təşkilatına müraciətlər edilmiş, lakin protokol imzalanması üçün banka təqdim olunmamışdır. Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadı qəbul olunduqdan sonra bu mübahisələr üzrə yekun hüquqi mövqe müəyyən olunmuş və həmin mövqeyə əsasən də Bank tərəfindən hərrac protokolunun imzalanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, apellyasiy a məhkəməsi Ali Məhkəmənin sözügedən qərardadında ifadə olunmuş hüquqi mövqeyinə zidd olan mövqe əsasında apellyasiya şikayətini təmin etməməklə, Bankın pozulmuş hüquqlarının məhkəmə vasitəsilə bərpa etməsinə mane olmuşdur.
31. MM-in 425.1-ci maddəsi üzrə - Kassator apellyasiya məhkəməsinin bu qərarın 23 və 25-ci bəndlərində göstərilən mövqelərini qeyd edərək bildirir ki, apellyasiya məhkəməsi Bankın 7 il sonra məhkəməyə müraciət etməsini MM-in 425.1-ci maddəsinin tələblərinə də zidd olması ilə əsaslandırmasına baxmayaraq, hazırki iddia üzrə üçüncü şəxslərin hərrac keçirildikdən 7 il sonra Banka qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə münasibət bildirməmişdir. Həmin məntiqlə yanaşdıqda ipoteka qoyanlar da uzun müddət sonra məhkəməyə mür aciət etmişdir və uzun müddətdir ki, ləğv prosesində olan banka ödəməli olduğu borcdan heç bir ödəniş etməmişdir. Halbuki, MM-in 425.1-ci maddəsinin tələblərinə də zidd olan əsas məsələ borcluların ləğv prosesində olan banka ödəməli olduğu kredit borcunun 10 il ərzində ödəməməsidir.
32. Bankın iddiasının mahiyyətinin məhz hərrac təşkilatının hərəkətsizlik edərək hərrac protokolunun imzalanması üçün ipoteka saxlayana təqdim etməməsindən ibarət olmasına baxmayaraq, apellyasiya məhkəməsi ipoteka saxlayandan hərrac təşkilatının hərəkətsizliyinin sübut olunmasını bildirmiş və 7 il ərzində yalnız bir müraciətin kifayət etmədiyini əsaslandırmağa çalışmışdır. Hərrac təşkilatının vəzifəsi ondan ibarətdir ki, hərrac protokolunu imza edilməsi üçün ipoteka saxlayana şərait yaratsın və ipoteka predmeti bankın balansına keçirilsin. İlk olaraq hərrac təşkilatı tərəfindən hərəkətsizlik edildikdən sonra Bank tərəfindən il ərzində 3 və ya 5 dəfə hərrac təşkilatına müraciət etməyə zərurət mövcud deyil. Yəni, nə hər hansı qanunvericilik aktında, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadında ipoteka saxlayanın hərrac təşkilatına mütəmadi olaraq müraciətlər etməsi qeyd olunmamışdır.
33. Hərrac keçirilən dövrdə - 2016-2022-ci illər ərzində ipotekaya xitam verilməsi ilə əlaqədar məhkəmələrin mövqeyi də birmənalı olmamışdır. Belə ki, bir qisim məhkəmələr ipoteka pred metinin 30 gün ərzində əldə olunmasını ipoteka saxlayan tərəfindən aksept məktubunun göndərilməsinin kifayət olduğunu hesab edirdilər, bir qisim məhkəmələr isə ipoteka predmeti üzrə çıxarış alınmasını 30 gün ərzində əldə etmə kimi qiymətləndirirdilər. Həmin vaxt ipoteka saxlayanın mövqeyinə uyğun olduğu üçün Bank birinci mövqe ilə razılaşdığına və ipoteka qoyanlar tərəfindən ona qarşı hər hansı iddia tələbi olmadığına görə hərrac təşkilatına dəfələrlə müraciət etməmişdir. Həmçinin bu işlər üzrə məhkəmə təcrübəsində problemlər yarandığına görə Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadı qəbul olunmuş və Bank da həmin mövqeyə uyğun olaraq məhkəmədə iddia qaldırmışdır.
34. Bankın 7 il ərzində “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair iddia qaldırm amasının yeganə səbəbi buna zərurət olmaması olmuşdur. Lakin Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadında aşkar şəkildə qeyd olunmuşdur ki, “ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər”. Bu qərar qanuni qüvvəsini aldıqdan sonra Bank tərəfindən müvafiq sənədlər toplanaraq hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur. 35. “İpoteka” haqqında Azərbaycan Respublikasının Qanununun 43.7-1-ci maddəsi üzrə - Təkrar hərrac baş tutmadığı zaman Bank tərəfindən Hərrac Mərkəzinə əmlakların əldə olunmasına dair məktub (aksept) göndərilməsinə baxmayaraq, Hərrac Mərkəzinin hərəkətsizliyi nəticəsində protokol tərti b edilməmiş və nəticədə əmlakı Bankın balansına keçirtmək mümkün olmamış, nəticədə onun hüquqları pozulmuşdur. Bu səbəbdən, təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda, Hərrac Mərkəzi protokolu imzalamaqdan yayındığından, Bank hazırki iddiasını qaldırmaqda haqlı olmuşdur. 36. “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi üzrə Təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası olduğundan, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və ya yayınması zamanı ipoteka saxlayana onun pozulmuş hüquqlarının real bərpası imkanı tanınmalıdır.
37. Azərbaycan Respublikası Ali Məhkəməs inin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadı üzrə - Bankın hazırki iddia tələbinin predmeti sözügedən qərardadda qeyd olunmuş hüquqi mövqeyə əsasən protokolun imzalanmış hesab edilməsi olmuşdur. Həmin qərara əsasən, “ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər”. Kassator bildirir ki, hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi Bankın qanunvericiliklə müəyyən olunmuş hüquqları pozularaq ipoteka predmetinin tərəflərindən əldə edilməsi məhdudlaşdırılmışdır. Nəticə etibarilə hərrac təşkilatı hərrac protokolunun imzalanmasından və ipoteka saxlayan üçün hüquqi nəticə doğurmasından faktiki olaraq yayınmışdır. Bu səbəbdən, apellyasiya məhkəməsi Bankın “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair iddiasına qanunvericiliyin tələbinə müvafiq olaraq baxılmalı və iddia təmin olunmalı idi.
38. MPM-n 88-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
39. MPM-in 217-ci maddəsi üzrə - Mübahisələndirilən qətnamə qanuni və əsaslı deyil. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir.
40. MPM-i n 385.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi sadalan hüquq normasının pozuntusuna əhəmiyyət verməmiş və nəticədə Bankın hüquqları pozulmuşdur.
41. Kassator apellyasiya məhkəməsi tərəfindən bütün yuxarıda sadalanan normaların tələblərinin pozulduğunu hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildi yi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzif ələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.” “Maddə
60. Hüquqi şəxsin ləğvi haqqında qərar... 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır....” “Maddə
61. Hüquqi şəxsi n ləğvi qaydası... 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir....” “Maddə
409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəll ənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” 46. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətin dən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 43.7-ci maddədən “ilkin” sözü çıxarılmışdır və həmin maddədə “bilər” sözündən sonra “, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun” sözləri əlavə edilmişdir). 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetini n ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir (2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 43.7-1-ci maddə əlavə edilmişdir). 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir....” 47. “Banklar haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
71. Ləğvedici 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların m övcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir....” 48. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Ələt azad iqtisadi zonasında əmanətlərin sığortalanması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanu nunun tələblərinə uyğun olaraq tənzimlənir.”
49. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyun tarixli 22(103)-597/2024 nömrəli qətnaməsi ləğv e dilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
51. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı 2016-cı ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla kifayətlənmiş, hazırki iddianı irəli sürsə də, Hərrac Mərkəzinin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, qanunvericiliklə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə, hazırki iddianın təkrar hərracın baş tutmadığı tarixdən 7 il müddət keçdikdən sonra və ən əsası ipoteka predmetləri ilə bağlı ipoteka qoyan tərəfindən iddia qaldırıldıqdan sonra irəli sürülməsi MM-in 425.1-ci maddəsinin tələblərinə zidd olmuşdur.
52. Məhkəmə kollegiyası hazırkı mübahisənin subyekt tərkibini və işin düzgün hüquqi həlli üçün bu ndan irəli gələn spesifik halları nəzərə alaraq, aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
53. İlk növbədə qeyd olunmalıdır ki, MM-in mülki qanunvericiliyin məqsəd və vəzifələrini təsbit edən 1-ci maddəsində (bax § 45) göstərilir ki, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdən; vəzifələri isə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarətdir.
54. İqtisadi dövriyyənin normal fəal iyyət göstərməsi, sabitlik və dayanıqlığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün mülki qanunvericilikdə təminat üsulları nəzərdə tutulmuşdur ki, bunlardan biri də ipoteka hüququdur (MM, 460.1-ci maddə - bax § 45).
55. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malik olur.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Q anununun 71, 81 və 82-ci maddələrinə dair” 2022-ci il 5 may tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsindən irəli gələn öhdəlik əsas öhdəlik olmaqla icrası girov (ipoteka) qoyulmuş əşyanın mülkiyyətçisinin həmin əşya üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən aksessor xarakter daşıyan girov (ipoteka) müqaviləsi ilə təmin olunur. Yəni girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması olmaqla təyinatı əsas öhdəliyi təmin etməkdən ibarətdir.
57. Baxılan iş üzrə ipoteka saxlayan bank, ləğv prosesində olmaqla məhkəmə qərarı ilə ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
58. MM-in 60.2 və 61.7-ci maddələrinə (bax § 45) uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəx sin, konkret halda bankın ləğv edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni bank ləğv prosesi çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. 59. “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, bankın ləğv prosesində göstərilməli olan fəaliyyət, ləğvedicinin bu fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Həmin maddəyə əsasən, banka təyin edilmiş ləğvedici onun yeganə qanuni nümayəndəsi olur, bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir və ləğvedici qanunla üzərinə qoyulmuş konkret vəzifələri icra edir.
60. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab etmişdir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərar).
61. Bununla belə nəzərə alınmalıdır ki, ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir.
62. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məq sədlərindən biri də məhz maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci maddəsi - bax § 48). 63. “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinin (bax § 47) məzmununa görə, müflis elan olunan bankın ləğvedici təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır.
64. Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır.
65. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir.
66. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifini qəbul etdiyini bildirmişdir.
67. Göründüyü kimi, ipoteka saxlayan MM-nin 409.1 və 409.2-ci maddələrinə (bax § 45) müvafiq olaraq qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmişdir.
68. Lakin iddiaçı təklifin qəbulu ilə bağlı müəyyən olunmuş müddət ərzində məlumat verilməklə, müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, Hərrac Mərkəzinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.
69. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısı hərracın yekunları barədə protokolu imzalanmaqdan imtina etdikdə və ya yayındıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli qərardadının 55-60-cı bəndlərindəki hüquqi mövqelərə əsasən, ipoteka saxlayanın – konkret halda ləğv prosesində olan bankın, “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi haqqında” məhkəmədə iddia qaldırmaq hüquqları vardır.
70. Digər tərəfdən, nə qanunvericilikdə, nə də Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad edilən qərardadında təkrar hərrac baş tutmadıqda, ipoteka saxlayanın 30 təqvim günü müddətində protokolun imzalanması üçün ilk dəfə iradəsini rəsmi şəkildə ifadə etdikdən sonra məhz hansı təşkilatlara, neçə dəfə və hansı qaydada təkrar müraciət(lər) etməli olduğuna dair konkret müddəalar nəzərdə tutulmuşdur.
71. Bu mənada, məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı irəli sürməsinin MMin 425.1-ci maddəsinin tələ blərinə zidd olmasına dair məhkəmənin qənaətini də əsaslı və ədalətli hesab etmir.
72. Bundan başqa, öhdəliklərin icrasında vicdanlılıq prinsipini əks etdirən MM-in 425.1-ci maddəsi (bax § 45) yalnız kreditorlara deyil, eyni dərəcədə borclulara da aiddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərəkətlərini vicdanlılıq prinsipi ilə uzlaşmayan hərəkət kimi qiymətləndirərkən apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, İddiaçı2 da 2016-cı ildə keçirilmiş hərracın baş tutmadığını bildikdən yalnız 7 il sonra iddiaçıya qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
73. Göründüyü kimi, apellyasiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1 və 43.8-ci, habelə MM-in 425.1-ci maddələrinin tətbiqində də səh və yol vermiş, MPM-in 217.1-ci maddəsinə (bax § 49) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
74. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
75. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işi n ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
76. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
77. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla işdə olan sübutları, o cümlədən iddiaçının 2016-cı il 16 noyabr tarixli aksept məktubuna prose ssual tələblərə uyğun şəkildə qiymət verməli, habelə qanunun tələblərini, qeyd olunan xüsusatları diqqətdə saxlayaraq düzgün tətbiq etməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
78. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyun tarixli 2-2(103)-597/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.