Məhkəmə qərarları › İş №2-2(102)-600/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-600/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-600/2025 15.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 may tarixli, 2-2(103)-526/2025 nömrəli qətnaməsindən c avabdeh tərəfindən verilmiş kassasiya məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. şikayətinin mümkünlüyü MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 952,6 m2 qeyri-yaşayış sahəsi boşaldılaraq hazırkı təmir vəziyyəti qorunmaqla təhvil verilməsi, icarə obyekti boşaldılan günə kimi yığılan icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış ünvan 1 ünvanında yerləşən 926,6 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı 16 iyun 2023-cü il tarixli müqavilə və həmin müqaviləyə düzəliş barədə 16 oktyabr 2023-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan idd iaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 952,6 m2 qeyri-yaşayış sahəsindən cavabdehin əşyaları ilə birlikdə (məcburi qaydada) çıxarılması barədə qətnamə qəbul olunması, iddiaçı tərəflər arasında bağlanan 16 iyun 2023-cü il tarixli icarə müqaviləsi üzrə 2024-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə müqavilədə qeyd olunmuş hər ay üçün 4000 (dörd min) manat, yəni cəmi 36000 (otuz altı min) manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış ünvan 1 ünvanında yerləşən 926,6 m2 qeyriyaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı 16 iyun 2023-cü il tarixli (3M-1186 reyestr nömrəli) müqavil ə və həmin müqaviləyə düzəliş barədə 16 oktyabr 2023-cü il tarixli (3M1942 reyestr nömrəli) müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 6 fevral tarixli e-2-2(113)-739/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – G.Namazova).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun “icarə müqaviləsinin ləğv edilməsi və sahənin boşaldılması” hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 may tarixli 2-2(103)-526/2025 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şi rinov və E.Həsənov).

6. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

8. Belə ki, MPM-in 407.1-ci maddəsində müəyyən edilmişdir ki, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

9. Kassasiya şikayətinin formasına dair tələbləri müəyyən edən MPM-in 3 nömrəli Əlavəsində isə müəyyən edilmişdir ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və y a qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli və göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

10. Həmçinin, MPM-in 407.1.4-ci maddəsinin tələblərinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır.

11. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə Mülki Məcəllənin 10-cu və MPM-in 217.3-cü maddələrinə istinad olunsa da onların qarşısında işin halları və məhkəmənin həmin halların nəzərə alınmaması qeyd olunmuş, lakin pozuntunun nədən ibarət o lmasına, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edən izah verilməmişdir

12. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

13. MPM-in 408.1-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamış sa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (408.1.1); kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (408.1.5).

14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

15. Qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 may tarixli 2-2(103)-526/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar