Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-608/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi, podrat müqaviləsinin xitamının nəticələri, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyun tarixli, 22(103)-439/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2023-cü il 2 mart tarixli 01/133 nömrəli xidmət müqaviləsi ilə İddiaçı MMC Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilən məbləğdə, həcmdə, tərkibdə və göstəricilərə uyğun olan işləri yerinə yetirib müvafiq hesabatla birlikdə Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MMC isə bunun müqabilində Xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 8.1-ci bəndində onun müddəti 2023-cü il 25 mart tarixinədək müəyyən edilmiş, 8.2-ci bəndində sifarişçinin bu müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulmuşdur.
2. Həmin müqaviləyə Cavabdeh MMC-nin 2022-ci il 13 aprel tarixli b ildirişi əsasında 2022ci il 18 aprel tarixindən xitam verilmişdir. 3. “X1”nda İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilməli olan xidmətlərin adı, növü və ona dair digər tələblər olmaqla, dəqiq siyahısı göstərilmişdir. Həmin siyahının məzmunundan aydın olur ki, Cavabdeh MMC-nin adı Baş sponsor olaraq İddiaçı MMC tərəfindən çəkilmiş “Ofis işi” serialının anonslarında, efirdə yayımlanan zaman bölümün əvvəlində və sonunda, serialın iç blokunda yayımlanmalı, hər bölümdə bir dəfə ssenariyə uyğunlaşdırılmış 60 saniyəlik məhsul yerləşdirmə ssenarisi hazırlanmalı və yerləşdirilməli, baş sponsorun TV bantları serialın içində yayınlanmalı və reklam xarakterli digər xidmətlər yerinə yetirilməli idi. Bütün xidmətlərin dəyəri ƏDV daxil 63.720 manat müəyyən edilmişdir.
4. İddiaçı MMC tərəfindən çək ilmiş “Ofis işi” serialı ATV telekanalının efirində 2022-ci il 23 aprel tarixindən yayımlanmağa başlanmışdır. 5. “Kontakt home” mağazasının sifarişi əsasında "xxxx" MMC ilə Şahid2 MMC arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli R-01012022/10 nömrəli müqaviləyə əsasən “Ofis işi” serialının yayımlandığı 2023-cü il 21 may tarixində saat 22:22:37-də 15 saniyəlik “Kontakt Home” brendinə aid video çarx ATV kanalının efirində yayımlanmış reklam bloklarında və 2023-cü il 4 iyun tarixində 22:33:29-da 60 saniyəlik “Kontakt home” brendinə aid TV Bant ATV telekanalının efirində yayımlanmış “Ofis işi” serialında yerləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV dax il olmaqla 63.720 manat borcun, 400 manat mediasiya xərcinin və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2023-cü il 2 mart tarixli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən xidmətləri icra etməyi, cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan müqaviləyə əsasən cavabdeh iddiaçının çəkdiyi “Ofis işi” serialına baş sponsor olmağı öhdəsinə götürmüşdür. İddiaçı isə bunun müqabilində çəkdiyi “Ofis işi” serialında tərəflər arasında razılaşdırılmış ssenari üzrə cavabdehin fəaliyyəti ilə bağlı müvafiq səhnələr çəkməyi və hə min serialın yayımı zamanı nümayiş etdirməyi, həmçinin cavabdehə aid müvafiq reklamların da həmin serialın yayımı zamanı nümayiş etdirməyi öhdəsinə götürmüşdür. İddiaçının müqavilə üzrə götürdüyü öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh heç bir əsas olmadan tərəflər arasında bağlanmış 2023-cü il 2 mart tarixli xidmət müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərmişdir. Müqaviləni ləğv etməsinə baxmayaraq, cavabdeh həmin müqavilə üzrə iddiaçı tərəfindən icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Bununla bağlı, cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Bundan sonra, iddiaçı icra edilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin, pretenziyanı aldıqdan sonra da cavabdeh icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir və ödəməkdən imtina edir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 yanvar tarixli, e-2-2(113)-262/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilmişdir (hakim Z.Pirverdiyev).
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şahid1 MTRK-nın 2023-cü il 12 iyul tarixli 116 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialı ATV telekanalının efirində 2022-ci il 23 aprel tarixdən yayımlanmağa başlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə isə göstərilən tarixdən 5 gün əvvəl, yəni 2023-cü il 18 aprel tarixində xitam verilmişdir. İddiaçı tərəfindən isə müqaviləyə cavabdeh tərəfindən xitam verilməsi əsasları mübahisələndirilməmişdir.
10. Bundan başqa, məhkəmə b ildirmişdir ki, iddiaçı müqavilə üzrə xidmətlərin göstərildiyini bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni “X1”nda nəzərdə tutulan xidmətləri göstərməsini təsdiq edən hər hansı bir sübutu (təhvil-təslim aktları və s.) məhkəməyə təqdim etməmişdir.
11. Həmçinin, iddiaçı tərəfindən CD-Diskdə məhkəməyə təqdim edilmiş video görüntülərdə isə cavabdehin məhsulları ilə bağlı çəkilişlərin aparıldığı təsdiq edilsə də, bu işlər “X1”nda nəzərdə tutulan xidmətlərə daxil olmadığından həmin dəlil xidmətlərin göstərildiyini təsdiq edən mötəbər sübut növü kimi qiymətdəndirilə bilməz.
12. İddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialının yayımlandığı zaman ATV telekanalının efirində cavabdehə məxsus brendə aid reklam blokları cavabdehin sifarişi əsasında "xxxx" MMC ilə Şahid2 MMC arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli R-01012022/10 nömrəli müqaviləyə əsasən yayımlanmışdır ki, bunun da iddiaçıya aidiyyəti yoxdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 390.1, 390.4, 442, 448.1-ci; Mülki Prosessual Məcəllənin 13.4, 13.5, 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyun tarixli, 2-2(103)-439/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovdan və Z.A.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasındakı mübahisə 2023-cü il 02 mart tarixdə bağlanmış 01/133 nömrəli baş sponsorluq barədə müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə əlaqədar yaranmışdır. Mülki Məcəllədə xidmət müqaviləsi növündə müqavilə növü olmadığından məhkəmə hesab etmişdir ki, mübahisə oxşar, yəni podrat münasibətlərini tənzimləyən normalar və müqavilənin ləğvi ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında həll edilməlidir.
17. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin cavabdeh tərəfindən pozulduğunu iddia edərək serialın hər bölümündə yayınlanması üçün cavabdehin reklamı ilə bağlı hissələrin çəkilməsi ilə əlaqədar bütün müqavilə məbləğini dəymiş zərər olaraq tələb etmişdir.
18. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində sifarişçinin bu müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulduğundan müəyyən olunur ki, müqavilənin ləğvi Mülki Məcəllənin 421.1-ci maddəsinin tələbinə uyğundur. Cavabdehin müqavilədən imtina etmək hüququ olduğundan və bununla hər hansı müqavilə şərtini pozmadığından, iddiaçının MM-in 424.5-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmır. Belə ki, həmin normaya əsasən iddiaçının xeyrinə zərərin tutulması üçün qarşı tərəfin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması tələb olunur.
19. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 759.2-ci maddəsində qeyd edilir ki, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hazırkı halda sifarişçi iddia edir ki, müqaviləyə xitam verilməsinin əsas səbəbi iddiaçı tərəfindən onlara razılaşdırılmış qaydada media planın təqdim edilməməsi və “Ofis işi” serialının razılaşdırılmış saatda “ATV” kanalında yayımlanmasının təmin edilməməsi olmuşdur.
20. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, razıl aşmaya əsasən “Ofis işi” serialı saat 21.30-da yayınlanmalı, bu şərt media planda öz əksini tapmalı idi.
21. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndində qeyd edilmişdir ki, icraçının qəsdi və ya təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində xidmətin başlama və ya təhvil verilmə, həmçinin qüsurların (hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavəyə uyğun olmaması) aradan qaldırılması müddətində gecikməyə yol verdiyi təqdirdə sifarişçi icraçıya heç bir ödəniş etmədən (ödəniş edildiyi təqdirdə isə onun qaytarılmasını tələb etməklə sifarişdən imtina edə və/və ya müqaviləyə xitam verə bilər. İcraçı sifarişçinin bu tələbi ilə qeyd şərtsiz razılaşmalı və dərhal icra etməlidir. 5.4-cü bəndində qeyd edilir ki, icraçı özündən asılı olmayan istənilən səbəblərə (rəsmi olaraq fors-major h al kimi qeydə alınmayan, lakin öhdəliyin icrasına əngəl yaradan digər hallar, üçüncü şəxslərin hərəkət/hərəkətsizliyi və s.) görə, hazırkı müqavilənin əlavələrindən kənaraçıxmalara (o cümlədən gecikmələrə) yol verərsə, bu öhdəliyin tam və layiqincə icra olunmaması hesab olunacaqdır. İcraçı istənilən halda sifarişçidən layiqincə, tam və zamanında icra olunmamış öhdəlik üçün xidmət haqqı tələb edə bilməz.
22. Cavabdeh tərəfindən maddi sübut qismində flaş diskdə məhkəməyə tərəflər arasındakı vatsap proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmalar (görüntü və səsli olaraq) təqdim edilmiş, iddiaçı tərəf həmin yazışmaların həqiqiliyini mübahisələndirməmişdir.
23. İddiaçı tərəfindən icraçı direktor olduğu qeyd edilən Nərgiz adlı xanımla cavabdeh tərəfindən Vəfa adlı xanım arasında gedən həmin d anışıqlardan görünür ki, iddiaçının əməkdaşı müqaviləyə əsasən ödənişin həyata keçirilməsini tələb etmiş, cavabdehin nümayəndəsi isə media planın təqdim edilməsini xahiş etmişdir. Nərgiz xanım media planın təqdim edilməli olduğu ilə razılaşaraq media planın ilkin variantını göndərir və yekun variant üçün nümunə göndərilməsini xahiş edir. Bundan sonra cavabdehin əməkdaşı əvvəlki danışıqlara və iddiaçının təqdimatına istinad edərək qeyd edir ki, razılaşmaya əsasən serial 4-cü gün saat 21-30-da yayınlanmalı olduğu halda, qarşı tərəfin təqdim etdiyi media planın təsdiq edilməmiş ilkin variantında yayın vaxtı 22-45 qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə Nərgiz xanım bildirir ki, “ATV” kanalından yayının 22-30-da olacağı bildirilmişdir. Yayın vaxtının cavabdeh üçün bu qədər əhəmiyyətli olacağ ını bilmirdilər. Yayın vaxtını təyin etmək onlardan yox, kanaldan asılı olan məsələdir. Lakin çalışırlar ki, vaxt məsələsini həll edib yekun media planı göndərsinlər. Buna cavab olaraq Vəfa xanim bildirir ki, rəhbərlik bu məsələnin bu qədər uzanmasından narahatdır. Media planın razılaşdırılmış qaydada, yəni serialın saat 21-30-da yayınlanması şərti ilə təsdiq edilərək təqdim edilməsi üçün aprel ayının 10-dək vaxt müəyyən edilir, əgər bu vaxtadək bu qaydada təqdim edilməzdə baş sponsor olmaqdan imtina edəcəklər. Flaş diskdə eyni zamanda iddiaçının qarşı tərəfə təqdim etdiyi təqdimat öz əksini tapmış, həmin təqdimatda həqiqətən serialın 4-cü gün saat 21-30-da yayınlanacağı qeyd edilmişdir.
24. Müqaviləyə əlavə olan “Qiymətlərin razılaşdırılması protokolunun” 3-cü bəndində qeyd edilir ki, icr açı xidmətin icrasını hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq və tərəflərin rəsmi qaydada təsdiq etdikləri media plan əsasında həyata keçirəcəkdir. Qeyd edilən şərtdən görünür ki, yalnız media plan təsdiq edildikdən sonra iddiaçının göstərəcəyi reklam xidməti ilə bağlı bütün standart şərtlər razılaşdırılmış hesab olunacaqdır.
25. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübuta əsasən müəyyən etmişdir ki, iddiaçının göstərəcəyi reklam xidməti ilə əlaqədar qarşı tərəfə təqdim etdiyi təqdimatda öz əksini tapmış şərtlərdən fərqli şərtlərlə media plan təqdim edildiyindən sifarişçi müqavilədən imtina etməyə haqlı olmuşdur.
26. Məhkəmə hesab etmişdir ki, reklamının hansı saatda yayınlanacağı sponsor üçün mühüm şərt olduğundan (daha gec saatlarda yayımlanan serialın daha az izləyic i tərəfindən izlənməsi ehtimalı nəzərə alınaraq) iddiaçının əvvəlcədən təklif edilmiş saatı dəyişdirməklə media plan təqdim etməsi müqavilənin əsaslı səbəb kimi qiymətləndirilə bilər.
27. Apellyasiya kollegiyası həmçinin hesab etmişdir ki, müqavilə şərtlərinə əsasən iddiaçı media plan təsdiq edildikdən sonra sifarişçiyə reklam xidməti göstərməli olmadığından və faktiki olaraq reklam xidməti göstərilmədiyindən sifarişçidən hər hansı ödəniş tələb etməyə haqlı deyil. İddiaçının təqdim etdiyi video diskdəki serialın bölümlərində yayınlanmalı olan reklam çəkilişləri bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən yayına verilməmiş reklam çəkilişlərinə sifarişçinin hər hansı marağı olmadığından və cavabdehin məhsullarının reklamını serialın yayını zamanı digər şirkət h əyata keçirdiyindən həmin çəkilişlərə görə müqavilə qiymətinin tam ödənilməsi barədə iddiaçının tələbi əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
28. İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyun tarixli, 2-2(103)-439/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 29.1. Mülki Məcəllənin 385.1, 425.1, 442, 448.2-cü maddələri üzrə - iddiaçı tərəfindən müqavilə üzrə icra edilməli olan öhdəliklər vaxtında və tam şəkildə icra edilmişd ir. Lakin cavabdeh heç bir əsas olmadan müqaviləni ləğv etməklə iddiaçının hüquqlarını pozmuş və öz öhdəliklərinin icrasından yayınmışdır. İş materiallarında olan bütün sübutlar bu faktı təsdiq etsə də, məhkəmə bu sübutlara əhəmiyyət verməyərək iddianı təmin etməmişdir. 29.2. Mülki Prosessual Məcəllənin 9.3, 88 217.4-cü maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 2005-ci il 24 noyabr tarixli Qərarının 2.4, 6.2, 6.3-cü maddələri üzrə - məhkəmə iddianı təmin etməmək üçün heç bir sübuta əsaslanmamış, müəyyən etdiyi faktları şərh etməmişdir. Məhkəmə qətnaməni düzgün əsaslandırmadan qərara gəlmiş və qətnaməni öz şəxsi mülahizəsinə əsasən çıxarmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş və işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdır mamış, sübutlara məcmu halda qiymət verməmişdir.
30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
31. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əs asən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilm əsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müq avilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icr a edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutu lan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 36. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. 13.2-ci maddəsinə əsasən sponsor reklamı – şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu, qaçan sətirlə göstərilməklə, vizual yaxud audio vasitələrlə təqdim oluna bilər. Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır. 13.6-cı maddəsinə əsasən sponsor reklamı sponsorla reklam istehsalçısı, reklam agenti və (və ya) reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında hazırlanır və (v ə ya) təqdim olunur.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanun un tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 38. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
40. Belə ki, məhkəmə kollegiyası razılaşır ki, tərəflər arasında bağlanmış müqavilə “Xidmət müqaviləsi” adlandırılsa da, həmin müqavilə ilə iddiaçı müəyyən işlərin görülərək cavabdehə təhvil vermək, cavabdeh isə görülmüş işlərə görə muzd ödəmək öhdəliklərini üzərilərinə götürdüklərindən, mübahisə podrat münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə həll edilməlidir.
41. Məhkəmə kollegiyası həmçinin qəbul edir ki, müqavilənin şərtlərinə (8.2-ci bəndinə) əsasən cavabdehin bu müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ verilmiş və o, həmin hüququndan istifadə edərək, iddiaçını qabaqcadan yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermişdir.
42. Lakin, hazırkı mübahisə müqavilənin ləğvi nəticəsində iddiaçıya vurulmuş ziyanla bağlıdır. Belə ki, iddiaçı müqaviləyə xitam verilənədək öhdəliklərini icra etdiyinə istinad etməklə, müqavilə üzrə nəzərdə tutulan muzdun ona ödənilməsini tələb etmişdir.
43. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçının göstərməli olduğu reklam xarakterli işlər müqavilənin şərtlərinə uyğun icra edilmədiyindən (“Ofis işi” serialının yayımlanma saatları razılaşdırılan vaxtdan gec saatlarda yayımlanması nəzərdə tutulduğundan), habelə cavabdehin görülmüş işdə marağı qalmadığından iddiaçının cavabde hdən ödəniş tələb etməsi əsassız olmuşdur.
44. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bu hissədə razılaşmır.
45. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinin ikinci cümləsinə görə müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
46. Hazırkı iş üzrə tərəflərin arasında bağlanmış müqavilədə və ona əlavə olan Qiymətlərin razılaşdırılması protokolunda müqavilənin predmeti olan reklam xarakterli məhsulun hansı saatlarda yayımlanacağı müqavilənin mühüm şərti kimi bilavasitə razılaşdırılmamış, həmçinin bunun mühüm şərt olması “Reklam haqqında” Qanunda və Mülki Məcəllədə nəzərdə tutulmamışdır.
47. Halbuki, yayımın saatı cavabdeh üçün əhəmiyyətli olmaqla, müqavilənin mühüm şərti olduğu halda Məcəllənin 401.1-ci maddəsinə əsasən bu tərəflər arasında bağlanan müqavilədə öz əksini tapmalı idi.
48. Tərəflərin əməkdaşları arasında aparılan telefon danışıqlarda yayımın saatı barədə müzakirələrin aparılması, o cümlədən cavabdehin əməkdaşının saatın dəyişməsindən cavabdeh MMC-nin rəhbərliyinin narahat olmasını bildirməsi, serialın yayımlanma saatlarının müqavilənin mühüm şərti olması anlamına gətirilməsini apellyasiya məhkəməsi müvafiq maddi hüquq normaları ilə əsaslandırmamışdır.
49. Digər tərəfdən, 2022-ci il 02 mart tarixli müqaviləyə əlavə olan X1nda iddiaçı üzərinə “Ofis işi” serialında 11 bənd üzrə öhdəliklər götürmüşdür. Lakin, həmin bəndlərin heç birində ATV kanalının günlük media planının təsdiq edilməsinin iddiaçı tərəfindən öhdəlik kimi üzərinə götürməsi qeyd olunmamışdır. Belə ki, “ATV” telekanalı (Şahid1 MTRK) müstəqil hüquqi şəxs olmaqla, müqavilənin tərəfi olmamış və iddiaçı sonuncunun fəaliyyəti ilə bağlı üzərinə hər hansı bir öhdəlik götürmək imkanında da olmamışdır.
50. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi müqavilənin podratçı olan iddiaçının bilavasitə hərəkətləri nəticəsində baş verən səbəbə görə xitam verildiyinə və cavabdehin görülən işlərdə marağı qalmadığına görə, onun yerinə yetirilmiş işin haqqını tələb etmək hüququ olmaması nəticəsinə gəlməklə, Mülki Məcəllənin 759.2-ci maddəsini düzgün tətbiq etməmişdir.
51. Belə ki, həmin normanın şərtinə əsasən sifarişçi görülən işlərin haqqını ödəməkdən imtina üçün: - sifar işçi müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya belə hərəkətlərlə bağlı olan səbəblərə görə xitam verməli, - sifarişçinin podratçı tərəfindən görülən işlərdə marağı qalmamalıdır.
52. Hazırkı işdə isə qeyd olunan normanın birinci şərtinin mövcudluğuna apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun hüquqi qiymət verilməmişdir.
53. Həmçinin, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən görülən işlərin mahiyyətini də nəzərə almamışdır. Belə ki, müqaviləyə görə cavabdehin sponsorluğu ilə bağlı reklam xarakterli məlumatlar “Ofis işi” serialında yayımlanmalıdır. Bəllidir ki, televiziya serialının çəkilməsi böyük insan və vaxt resurslarını tələb edir.
54. İddiaçı iddia edir ki, müqavilə üzrə işlər onun tərəfindən görülmüş, serialda cavabdehlə bağlı reklam spotları yer almışdır.
55. Lakin, serialın yayımlanması 23 aprel 2022-ci il tarixdə nəzərdə tutulduğu halda, cavabdeh müqaviləyə 18 aprel 2022-ci il tarixdən xitam vermişdir. Apellyasiya məhkəməsi cavabdehin görülən işdə marağının qalmamasını göstərsə də, iddiaçının müqaviləyə xitam verildiyi tarixdən sonrakı qısa müddət ərzində serialda müvafiq dəyişikliklərin mümkünlüyünü, serialın yayıma verilərkən reklam xarakterli səhnələrin, anonsların və TV bantların qalıb-qalmamasını, qaldığı halda serialın neçə bölümündə olmasını, həmin bölümlərin hansı tarixlərdə yayımlanmasını araşdırmamışdır.
56. Qeyd olunmalıdır ki, X1na əsasən müqavilə üzrə ümumi məbləğ (ƏDV daxil) 63720 manat, aylıq 21240 manat nəzərdə tutulmuşdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, iddia çı, serialın müqaviləyə xitam verildiyi tarixədək çəkilmiş bölümlərdə müqavilə üzrə göstərilən öhdəliklərini yerinə yetirdiyi və müqavilənin ləğvindən sonra reklam xarakterli məlumatlar yayıldığı halda, cavabdehin görülən işlərə münasibətdə öhdəliyin icrasından imtinası hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
58. Bu səbəbdən ki, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaya Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tələblərinə uyğun da hüquqi qiymət verilməlidir.
59. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəl iyi qoyur.
60. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
61. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tu tur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cava bsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
63. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
64. Odur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının podrat müqaviləsinə xitam verildiyi tarixədək gördüyü işlərin dəyərini tələb etmək hüququna malik olmaması qənaətinə gəlməklə, maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
65. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 202 4-cü il 12 iyun tarixli, 2-2(103)-439/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.