Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-611/2025 22.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ilk, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRAR 2-2(102)-611/2025 Açar sözlər: Əqdin etibarsızlığı, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı icarə haqqı borcu tələbinə dair ilk, Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı icarə müqaviləsinə əlavənin və a ktın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli 2-2(107)-95/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 sentyabr 2025-ci il yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Cavabdeh MMC (investor) ilə "xxxx" ASC (tərəfdaş) arasında bağlanmış xx.xx.2020-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən, tərəfdaş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özünə məxsus Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən tütün emal zavodunun ərazisini və tikililəri təqdim edir, investor bu ərazidə rekonstruksiya və bərpa işlərini aparıb, avadanlıqlarla təchiz edib, istehsal sahəsi qurur. İnvestor bütün bu işləri öz hesabına aparır v ə investisiya fəaliyyətinin nəticəsi olaraq quru tütün yarpağının satış dövriyyəsindən tərəfdaşa il ərzində 2.5% mənfəət ödəyir. Müqavilə 10 il müddətinə bağlanmışdır.
2. Tərəflər arasında eyni zamanda xx.xx.2020-ci il tarixdə icarə müqaviləsinə əsasən, "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli əlavədə göstərilmiş hissəsini müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq Cavabdeh MMC-nin icarəsinə verməyi, icarəçi isə aylıq 8.333,33 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. İcarəyə verilmiş zavodun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı ASC (icarəçi) arasında bağlanmış 2021-ci il 29 oktyabr tarixli 985 nömrəli icarə müqaviləsinə əsasən, icarəy ə götürülmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinin 3-cü abzasına əsasən, icarəçi icarəyə verənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə verə bilər. 4. 2023-cü il 10 fevral tarixində "xxxx" ASC-nin sədri, sədr müavini, baş mühasibi, Cavabdeh MMC-nin direktoru (Fuad İmanov) və baş mühasibinin (Kamran Hazmanov) iştirakı ilə icarə və faktiki istifadəyə verilmiş ərazilər internet proqramı olan Google Earth vasitəsilə və faktiki olaraq əllə ölçülmüş, ölçmə zamanı icarəyə verilən ərazinin müqavilədə qeyd edildiyi kimi 8.333,33 kv.m deyil, faktiki 58.048 kv.m olması, həmin ərazidən məişət tullantıları atılan birgə istifadədə olan ərazi daxil edilməsə icarəçinin icarəyə verənə məxsus 54.143 kv.m ərazidən istehsalat məqsədləri üçün faktiki istifadə etməsi, lakin təkcə 8.333,33 kv.m ərazinin icarə haqqını ödəməsi müəyyən edilərək icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında akt tərtib edilmiş və akt iştirak edən bütün şəxslərin imzaları ilə təsdiq edilmişdir. 5. "xxxx" ASC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2023-cü il 10 fevral tarixli icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, 2020-ci il 1 noyabr tarixli müqavilənin bir neçə bəndində, o cümlədən 2.4 və 4.1-ci bəndlərində dəyişiklik edilərək, müəyyən edilmişdir ki, obyektin sahəsi 54.000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. İcarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54.000 manat təşkil edir. Əlavə Cavabdeh MMC-nin adından direktoru Fuad İmanov tərəfindən imzalamışdır.
6. Əlavə imzalandıqdan 3 gün sonra xx.xx.2023-cü il tarixdə direktor Fuad İmanov və baş mühasib Kamran Hazmanov Cavabdeh MMC-dən işdən çıxmaları barədə ərizə vermişvə həmihn ərizələr əsasında işdən azad edilmişlər.
7. Mübahisələndirilən icarə müqaviləsinə 1 saylı əlavəni Cavabdeh MMC-nin direktoru qismində imzalamış F. İmanov 2023-cü ildə "xxxx" ASC-nin təsisçisilərindən biri olan X2 təsis etdiyi "xxxx" MMC adlı digər hüquqi şəxsdə direktor vəzifəsinə təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 8. "xxxx" ASC X7” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsi əsasında 2023-cü ilin fevral ayı üçün 26.714 manat, mart- avqust ayları üçün hər ay 45.667 manat olmaqla, ümumilikdə 300.716 manat pulun, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh aralarında icarə müqaviləsinin bağlandığı tarixdən 2023-cü il 10 fevral tarixinədək istifadəsində olan 8333,33 kv.m ərazini genişləndirərək, 54.000 kv.m-ə çatdırmışdır. Bu səbəbdən həmin tarixdə tərəflər müvafiq olaraq icarə məbləğinin artırılması barədə razılığa gəlmiş, müqaviləyə 1 nömrəli əlavə formasında öz iradə ifadələrini rəsmiləşdirmiş və öz imza, möhürləri ilə təsdiq etmişlər. Həmin əlavəyə əsasən, icarə haqqı torpağın ölçüsünə uyğun olaraq 54.000 manat müəyyən edilmiş, lakin cavabdeh 2023-cü il 10 fevral tarixindən bu günədək aylıq 54.000 manat olan icarə haqqını ödəməkdən boyun qaçırmış və bunun əvəzində ümumi icarə haqqının ki çik bir hissəsi olan 8.333,33 manat məbləğində icarə haqqı ödəmiş, bununla da müqavilə öhdəliklərini (şərtlərini) kobud surətdə pozmuşdur. Hazırda tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının təqdim etdiyi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və həmin tarixli aktın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, Yaponiya investorlarının birgə təsisçisi olan "xxxx" MMC (bundan sonra-“üçüncü şəxs MMC”) ölkənin tütünçülük təsərrüfatına investisiya yatırımı ilə əlaqədar dövlət və özəl sektorun inkişafı istiqamətində iddiaçının təklifi və təşəbbüsü əs asında yerli sektorun inkişafı ilə əlaqədar 2020-ci il 28 oktyabr tarixində birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Birgə fəaliyyət çərçivəsində 2 il 3 ay icarə münasibətləri stabil olaraq davam etdirilmiş, iddiaçı tərəfindən qarşılıqlı etibardan, idarəçilikdə qarşı tərəfə verilən imkanlardan sui-istifadə edilərək, guya istehsal və rentabelliyi artırmaq adı altında qohumluq və s. şəxsi münasibətlərdə olan Fuad İmanov adlı şəxs cavabdeh MMC-nin rəhbərliyinə direktor vəzifəsinə gətirilmiş, iddiaçı ASC-nin sədr müavini olan İsmayıl Orucovun qardaşı Novruz Orucov üçüncü şəxs MMC-də yüksək vəzifəyə gətirilmiş və həmin şəxslərin qohumluq əlaqəsində olan Kamran Hazmanov cavabdeh MMC-nin baş mühasibi təyin edilməklə, xarici investorlara və cavabdeh MMCnin mülkiyyət hüquqlarına qəsd məqsədilə böyü k qruplaşma təşkil edilmişdir. Qabaqcadan müəyyən edilmiş plana əsasən məqsəd investorların əmlakını əldən çıxarmaq, investisiya nəticəsində qurulmuş təsərrüfatı mənimsəmək, investorları borclandırmaq, bu məqsədlə də onları ərazidən çıxarmaq olmuşdur. Bu planı icra etmək məqsədilə qeyd edilən qruplaşma öz aralarında Fuad İmanovun səlahiyyətlərindən istifadə edərək, icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə imzalayaraq icarə haqqını 8333,33 manatdan 54.000 manata qaldırmaqla maddi və iqtisadi durumu qəti şəkildə pisləndirən, eləcə də müqavilədə icarəyə götürənin hüquqlarını və maraqlarını müdafiə edən bəndləri ləğv etmək və dəyişdirməklə icarəyə götürənin vəziyyətini əhəmiyyətli şəkildə pişləşdirən müqavilə əlavəsi imzalamış, bu sənədi əsaslandırmaq məqsədilə də həmin tərkibdə həmin tarixli akt tərtib edərək investorlardan xəbərsiz, əsas maliyyəçini xəbərdar etmədən saxta sənədlər tərtib etmişlər. Sənədlər tərtib edildikdən sonra 2023-cü il 13 fevral tarixində saxtakarlıq yolu ilə edilmiş izləri itirmək məqsədilə direktor Fuad İmanov və baş mühasibi Kamran Hazmanov öz xahişləri ilə ərizə yazaraq idarəçilikdən kənarlaşdırılmalarını xahiş etmişlər. Direktor qismində Fuad İmanov baş mühasibin ərizəsini təsdiqləmiş, özü də ərizəsi əsasında işdən çıxmışdır. Həmin şəxslər işdən azad olunduqdan sonra cəmiyyətə pretenziya və həmin pretenziyaya əlavə olaraq 2023-cü il 10 fevral tarixində tərtib edilmiş akt və müqavilə əlavəsi daxil olmuşdur. Sözügedən akt və müqaviləyə məzmunundan da göründüyü kimi qarşı tərəfin müqavilə üzrə olan hüquqlarını təkzib etdiyindən, yalnız icarəçinin mənafelərini ifadə etdiyindən xüsusi məqsədlərlə, şərtlə bağlanılmış əqddir. Bundan başqa Fuad İmanovun rəhbərlik etdiyi dövr üzrə cəmiyyət rəsmi məlumatlar və 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyannaməsinə əsasən 1.245.554,86 manat zərər etmişdir. 2021-ci ilin də rəsmi mənbələrinə əsaslandıqda 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyannaməsinə əsasən cəmiyyət 1.000.000 manatadək ziyan etmişdir. Bölgə üzrə məşğulluq baxımından cəmiyyət 300-dən çox işçini işlə təmin edir. Belə ağır şərtlərlə fəaliyyət göstərən təşkilatın xərclərini birdən-birə 100.000 manatdan 600.000 manatadək qaldırmaq kimi hərəkətlərin hansı niyyətlərə xidmət etməsi aydın deyildir. İddiaçı ilkin olaraq hansı əraziləri və obyekti icarəyə verdiyini, sonradan hansı ərazilərin icarədar dan xəbərsiz tutulduğunu rəsmi sənədlər üzərindən sübuta yetirə bilməmişdir.
12. Üçüncü şəxs MMC ilk iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında 2023-cü il 10 fevral tarixli akt və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunsuz yolla hazırlanmışdır, həmin sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Cavabdeh MMC-nin əvvəlki direktoru Fuad İmanovun işlədiyi dövrdə, yəni 2023-cü il tarixində vergi xidmətinə müəssisənin 850.000 zərərdə olması barədə hesabat verilmişdir. Belə olan halda, 54.000 manat aylıq icarə haqqı tələb edilməsi müəssisənin bilərəkdən iflas etməsinə yönələn hərəkətlərdir. Bu qanunsuz hərəkətlərinə görə Zaqatala rayon Prokurorluğuna şikayət verilmiş və həmin şəxslər barəsində araşdırma aparılmışdır. İddiaçı ilə bağlanmış 2021-ci il 29 oktyabr 985 saylı və 2022-ci il 18 avqust, 3333 saylı torpağın icarəyə verilməsi müqavilələrinin 5.2 və 6.1.2-ci bəndlərinə əsasən, torpağın başqa fiziki və hüquqi şəxslərə verilməsi yalnız icarəyə verənin, yəni Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra-“ƏMDX” və ya “Xidmət”) yazılı razılığı ilə mümkündür. Belə olan halda, Xidmətin yazılı razılığı olmadan icarə müqaviləsi, icarə müqaviləsinə 1 nömrəli əlavə və akt imzalanması qadağandır. Bundan başqa, həmin müqavilələrdən görünür ki, dövlət torpağı illik 9884 manat və 9000 manat qarşılığında icarəyə götürüldüyü halda, iddiaçı tərəfindən Xidmətin razılığı olmadan illik 648.000 manat qarşılığında cavabdehə icarəyə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddəti 10 olduğu halda, Xidmətlə iddiaçı arasında dövlət torpağının icarəyə verilməsi barədə müqavilələr 2 il müddətində bağlanmışdır.
13. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 8 avqust tarixli e-2-2(117)-654/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur (hakim R.Məcidov).
14. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunvericiliyin tələbinə zidd olmamaqla, habelə müqavilə iştirakçıları olan hüquqi şəxslərin rəhbərləri tərəfindən müvafiq qaydada həm imza, həm möhürlə təsdiqlənməklə etibarlı əqdlərdir. İcarə müqaviləsinə əsasən təqribən 8333,33 kv.m obyekt cavabdehin icarəsinə verilmiş, obyekt faktiki olaraq təhvil verildikdən sonra ərazi ölçülmüş və nəticədə cavabdeh tərəf indən 8333,33 kv.m deyil, 54.000 kv.m ərazidən istifadə olunması müəyyən edilməklə akt tərtib edilmiş və icarə müqaviləsinin 2.5-ci bəndi əsas götürülməklə akt əsasında icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. Yuxarıda qeyd olunduğu kimi, icarə müqaviləsi və 1 nömrəli əlavə etibarlı əqd olduğundan tələbdə göstərilən məbləğlərdə icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, tərəflər mübahisə predmeti olan aktla ərazinin ölçülməsini həyata keçirmiş və müqaviləyə 1 nömrəli əlavə ilə müqaviləni dəyişdirmişlər ki, bu da qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin 2.5-ci bəndinin tələblərinə zidd deyildir. Bu səbəbd ən də mübahisələndirilən ölçmə aktı və müqaviləyə 1 nömrəli əlavə icarə müqaviləsini tərkib hissəsi kimi, yəni əqd kimi qiymətləndirilir və həmin əqdlərin etibarsızılığı üçün qanuni əsas mövcud deyildir.
16. Məhkəmə qarşılıqlı iddianın mübahisə predmeti olan əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlilinə münasibətdə göstərmişdir ki, əvvəla, əlavə və akta imza etmiş cəmiyyətin direktoru Fuad İmanovun səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən, Fuad İmanov cavabdeh MMC-nin rəhbəri olmaqla qanunvericiliklə və cəmiyyətin nizamnaməsindən irəli gələn səlahiyyətlərindən istifadə edərək direktor kimi müqaviləyə əlavə və akt imzalamışdır. Əgər cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdi yi izahatında bildirdiyi kimi, Fuad İmanovun səlahiyyətlərindən müddətli uzaqlaşdırılması ilə bağlı təsisçinin qərarı olmuş olsaydı və həqiqətən də onun vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verdiyi 2023-cü il 10 fevral tarixində müəyyən edilmiş olsaydı, bu zaman direktorun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması barədə qərar qəbul edildikdən sonra müəssisənin möhürü direktorda saxlanılmamalı idi. Halbuki mübahisə predmeti olan 1 nömrəli əlavə direktorun imzası, habelə cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Vəzifəsindən müvəqqəti uzaqlaşdırılmış direktor möhürü təhvil vermədiyi halda, direktoru vəzifəsindən uzaqlaşdırmış təsisçinin direktordan möhürü almaq səlahiyyəti olmuşdur ki, təsisçinin bu səlahiyyətlərindən istifadə etməsi, habelə direktorun möhürü təhvil verməməsi n əticəsində etməli olduğu hərəkətlərlə (möhürün təhvili ilə bağlı hüquq mühafizə orqanlarına, məhkəməyə müraciəti və s.) bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, müəssisənin direktoru 2023-cü il 10 fevral tarixində müqaviləyə 1 nömrəli əlavə və aktı imzalamaq üçün səlahiyyətli şəxs olmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 43.1 324.1, 331.1, 331.2, 337.1, 337.3, 337.4, 421.1, 700.1, 700.2. 710.1, 710.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh və üçüncü şəxs MMC ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olun ması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
19. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(107)-86/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd olunmuş, qarşılıqlı iddia isə təmin olunmuşdur (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər V.Məlikov və G.Cavadova).
20. Apellyasiya baxışında üçüncü şəxs ƏMDX-nin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında 2020-ci il 1 noyabr tarixində icarə müqaviləsi bağlanarkən Xidmətin nümayəndəsi də iştirak etmiş, müqaviləyə 1 nömrəli əlavədən məlumatlı olmuşdur. İddiaçı torpaq sahəsini Xidmətin razılığı i lə subicarəyə vermişdir, bu barədə yazılı razılığın olub-olmaması barədə məlumatı yoxdur.
21. Məhkəmənin sorğusuna cavab olaraq Xidmətin 2023-cü il 8 dekabr tarixli 3-21-3/218282/2023 nömrəli məktubunda isə göstərilmişdir ki, iddiaçının bütün əmlakları 2014-cü il 13 dekabr tarixində tam şəkildə özəlləşdirilmiş və mülkiyyətində olan ünvan 1i ünvanında Tütün fermentləmə zavodunun yerləşdiyi 53.596,0 kv.m torpaq sahəsinə dair 2021-ci il 29 oktyabr tarixli 985 nömrəli, Yuxarı Tala kənd Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60.486,40 kv.m torpaq sahəsinə dair 2022-ci il 18 avqust tarixli 3333 nömrəli icarə müqavilələri bağlanılmışdır. İddiaçının icarəsində olduğu torpaq sahəsinin ikinci əldən cavabdehə icarəyə verilməsi haqqında müraciəti Xidmətə daxil olmamışdır.
22. Apellyasiya instansiyası mə hkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
23. Belə ki, işin materialları ilə müəyyən olunur ki, iddiaçı 2014-cü il 13 dekabr tarixində tam şəkildə özəlləşdirdiyi ünvan 1ində Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60.486,40 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsinin sərəncamçısı (vəkil edilmiş dövlət orqanı) ƏMDX-dir. Xidmət sözügedən torpaq sahəsini iddiaçının icarəsinə 2022-ci il 18 avqust tarixində 2 il müddətinə vermişdir. İddiaçı 2020-ci ildə dövlət mülkiyyətində olan torpaq sahəsini özünün icarəsində olmadığı halda, heç bir qanuni əsas olmadan cavabdehin subicarəsinə vermişdir. Halbuki, qanunun tələbi və ƏMDX ilə sonradan bağlanmış icarə müqaviləsinin şərtinə görə, iddiaçı özünün qanuni icarəsində olan torpaq sahəsini yalnız icarəyə verənin yazılı razılığına görə subicarəyə verə bilərdi. İndiki halda bu hal baş verməmiş, iddiaçı bu barədə nə 2020-ci ildə, nə də 2023-cü ildə əmlakın sərəncamçısına müraciət etməmişdir. Belə olan halda 2020-ci ildə iddiaçının torpaq sahəsini başqa şəxsin subicarəsinə verməyə və sonradan həmin müqaviləyə dəyişikliklər etməyə səlahiyyəti olmamışdır. Bu o deməkdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi etibarsızdır, bu səbəbdən həmin müqavilənin şərtlərinin dəyişdirilməsi barədə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və 2023-cü il 10 fevral tarixli akt da etibarsız hesab edilməlidir.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 241.1, 241.2, 242.2, 324.1, 331.1, 331.2, 337.1, 337.3, 337.4, 421.1, 700.1, 700.2, 710.1, 710.3, 712.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli və “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarlarına və MPM-in 4, 9, 14.2, 77.1, 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiy a Kollegiyasının 2024-cü il 17 may tarixli, 2-2(102)-242/2024 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim - K.Abiyeva, hakimlər - B.Qəribov və M.Əhmədova).
27. Məhkəmə qeyd etmişdir ki, icarə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla ƏMDX iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, nümayəndəsi apellyasiya baxışında verdiyi izahatında Xidmətin həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi barədə məlumatlı olduğunu, bu müqavilənin bağlanmasına etirazının olmadığı bildirmiş, Xidmət tərəfindən məhkəməyə ünvanlanmış məktubda da onların həmin əqdi mübahisələndirmələri barədə hər hansı mövqe irəli sürülməmişdir.
28. Belə ki, əmlakın mülkiyyətçisi hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi barədə məlumatı olmuş, lakin onun etibarsızlığına dair hər hansı formada (yazılı və ya şifahi) etirazını bildirməmiş, prosessual imkanı olduğu halda bununla bağlı müstəqil tələb də irəli sürməmişdir. Belə olan halda, məhkəmənin hazırkı vəziyyətdə xidməti vəzifələrinə görə nəzərə ala bilməyəcəyi hala istinad edərək, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli müqaviləni (əqdi) etibarsız hesab etməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə zidd olmuşdur.
29. Məhkəmə kollegiyası hazı rkı iş üzrə ilk və qarşılıqlı iddia tələblərinin predmetini təşkil edən məsələlərə (icarə müqaviləsinə 1 nömrəli əlavənin etibarsızlığı və həmin əlavə əsasında icarə haqqı tələbi) münasibətdə vurğulamışdır ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə ilk iddia tələbinin əsaslandığı icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin etibarsızlığı barədə qarşılıqlı iddiaya münasibət bildirilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı təmin edərkən işin hallarının tam və hərtərəfli araşdırılması prinsipini pozmuş, qarşılıqlı iddia ərizəsində irəli sürülmüş dəlillər üzrə iddia tələbinin qanuni əsasının tapılması və dispozisiya şərtlərinin yoxlanılması istiqamətində heç bir araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Başqa sözlə, məhkəmənin gə ldiyi nəticədən, mübahisələndirilən əqdin MM-in əqdlərin etibarsızlığını tənzimləyən hansı normasına əsasən etibarsız olması müəyyən deyildir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı, ilkin iddianın qarşılıqlı iddia tələbindən asılılığı nəzərə alınmalı, qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərin, MM-in etibarsız əqdlərlə bağlı konkret hansı normasının dispozisiya şərtlərinə uyğunluğu müəyyən edilməklə hər iki iddia tələbinə hüquqi qiymət verilməlidir.
32. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 135.4, 337.1, 357, 358-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 3 mart tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının birinci bəndinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-ci il 1 avqust tarixli, 2-2(107)-80/2024 nömrəli qətnaməsi ilə cavabdeh və üçüncü şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – N.Quliyev, hakimlər – Ə.Məcidov, M.Əsədli).
34. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçı qeyd etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə baxışı zamanı da, mübahisələndirilən əlavənin bağlandığı zaman həmin əlavənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə raz ılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından hər hansı birinin mövcud olması aşkar edilməmişdir.
35. Əksinə olaraq müəyyən edilmişdir ki, mübahisələndirilən əlavə səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması şərtilə bağlanmışdır. Belə ki, qeyd olunan əlavədə kirayəyə verən qismində iddiaçının idarə heyətinin sədri O.Məmmədov, kirayəçi qismində isə cavabdehin direktoru F.İmanov iştirak etmiş, tərəflər mübahisələndirilən əlavənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmiş, qeyd olunan əlavə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq icarə müqaviləsi ilə eyn i formada tərtib edilərək tərəflərin möhürü ilə təsdiq edilmiş və iddiaçı kirayəyə verən kimi üzərinə düşən öhdəliyi yerinə yetirərək əlavədə qeyd olunmuş ərazini icarəçiyə təhvil vermiş, bununla bağlı tərəflər arasında akt tərtib olunmuşdur.
36. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin nümayəndəsi torpaq sahəsinin ikinci əldən cavabdehə icarəyə verilməsi haqqında müraciətin Xidmətə daxil olmadığını bildirsə də, bununla bağlı hər hansı etiraz bildirməmiş, əksinə birinci apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən əlavə bağlanarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əqdin bağlanmasına yazılı razılığın verilməsi müəyyən edilməsə də, əqdi mübahisələndirməmələri kimi konkludent hərəkətləri və rəftarları onlar tərəfindən əqdin bəyənilməsi kimi qiymətləndirilməlidir.
37. Cavabdehin Nizamnamənin 9.2.3.3-cü bəndinə əsasən direktor ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır (xüsusi əhəmiyyətli əqdlər istisna olmaqla), rəsmi sənədləri imzalayır. Göründüyü kimi cavabdehin əvvəlki direktoru Fuad İmanov MMC-nin nizamnaməsində göstərilən vəzifə səlahiyyətlərini yerinə yetirmiş, 2023-cü il 10 fevral tarixli Əlavə 1 və AKT-ı imzalama səlahiyyətinə sahib olmuşdur. Üçüncü şəxs bunun əksini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, müb ahisələndirilən əlavə ilə icarə haqqının qiyməti qaldırılmamış, icarəyə verilmiş ərazinin ölçülərində dəyişiklik edilərək icarə haqqının qiyməti eynilə hər kv.m üçün 1 manat saxlanılmışdır.
38. İcarə müqaviləsinə 1 nömrəli əlavənin və aktın tərtib edilmə vaxtı 2023-cü 10 fevral tarixidir. Üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi dəlilinə görə Fuad İmanov 2023-cü il 13 fevral tarixində əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermiş və 2023-cü il 23 fevral tarixində onunla əmək müqaviləsinə xitam verilmişdir. Lakin cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə 2024-cü il 29 iyul tarixində məhkəməyə göndərilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Fuad İmanovun əmək müqaviləsinə 2024-cü il 27 fevral tarixində xitam verilmişdir.
39. Buna görə də məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin və aktın tərtib edilməsindən sonra baş vermiş, Fuad İmanov həmin vaxt cavabdehin direktoru olmuşdur. Ona görə də qeyd edilən dəlil icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin və aktın etibarsız hesab edilməsinə əsas ola bilməz.
40. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı hüquqi şəxsin təsisçisi onun təsisçisi olduğu hüquqi şəxsin direktoru tərəfindən ona ziyan vurulduğunu güman edirsə qeyd olunan halları təsdiq edəcək sübutları iddia ərizəsinə əlavə etməklə həmin ziyanın direktordan tutularaq ona ödənilməsi ilə bağlı ayrıca iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilər.
41. Bundan başqa, məhkəmə kollegiyası üçüncü şəxs MMC-nin apel lyasiya şikayətində qeyd etdiyi digər hala, yəni təsisçinin 2023-cü il 1 fevral tarixli, 01 saylı qərarına əsasən cavabdehin direktoru F.İmanovun 2023-cü il 1 fevral tarixindən əməkhaqqısı saxlanılmaqla, vəzifəsindən sui-istifadə halları üzrǝ şübhəli olan məqamların araşdırılması ilə əlaqədar vəzifəsindən kənarlaşdırıldığını və buna görə də, F.İmanovun mübahisələndirilən əlavəni və aktı imzalamağa səlahiyyətinin olmamasına münasibətdə qeyd etmişdir ki, F.İmanov 2023-cü il 1 fevral tarixindən səlahiyyətlərindən uzaqlaşdırılmış olsaydı müəssisənin möhürü ondan alınmalı və direktorun vəzifədən uzaqlaşdırılması ilə bağlı vergi orqanlarına məlumat verilməli idi. Eyni zamanda qeyd olunan təsisçi qərarının F.İmanova təqdim olunması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur.
42. Buna gör ə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən təsisçi qərarını qarşılıqlı iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul etməməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
43. Məhkəmə gəldiyi nəticəni MM-in 324.1, 324.5, 337.1, 337.2, 339.1, 357, 358.1, 358.2, 404.1, 404.2, 421.1, 423.1, 442, 448.1, 448.2, 700.1, 700.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51, 60, 81-ci maddələrinə, MPM-in 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
44. Cavabdeh və üçüncü şəxs MMC ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. e) Kassasiya instansiya məhkəməsindəki ikinci i craat.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 13 mart tarixli, 2-2(102)-78/2025 nömrəli qətnaməsi ilə cavabdeh və üçüncü şəxs MMC tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər B.Məmmədli, E.Şamayev).
46. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 may tarixli, 2-2(102)-242/2024 saylı qərarında qeyd olunmuşdur ki, işin yeni apellyasiya baxışı zamanı, ilk iddianın qarşılıqlı iddia tələbindən asılılığı nəzərə alınmalı, qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərin, MM-in etibarsız əqdlərlə bağlı konkret hansı normasının disp ozisiya şərtlərinə uyğunluğu müəyyən edilməklə hər iki iddia tələbinə hüquqi qiymət verilməlidir.
47. Lakin apellyasiya instansiyası məhkəməsi həmin göstərişləri tam icra etməmiş və bununla da, MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur.
48. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən faktlara əsasən, 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin mübahisələndirilməsi əsasları aşağıdakılardan ibarət olmuşdur: 1) həmin əlavə cavabdeh MMC-yə münasibətdə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır; 2) həmin əlavənin imzalanması üçün cavabdeh MMC-nin təsisçisinin razılığı alınmamış və bununla bağlı təsisçinin qərarı olmamışdır; 3) həmin əlavə tərtib edildiyi vaxt MMC-nin direktoru olmuş şəxs iddiaçı ASCnin vəzifəli şəxsləri ilə qohumluq ə laqələrində olmaqla, onlarla əlbir olaraq MMC-nin adından onun vəziyyətini pisləşdirən və mənafeyinə xidmət etməyən razılaşma imzalamışdır.
49. Qeyd edilən faktlara əsasən qarşılıqlı iddia tələblərinin qanuni əsasını MM-in 339.1 və 350-ci maddələri təşkil edir. Apellyasiya instansiyası məhkəməsi isə həmin maddələrin dispozisiya şərtlərini müəyyən etməklə işdə olan sübutlar və cavabdehin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmamış və yalnız qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir.
50. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 49-1, 49-1.1, 49-1.1.1, 491.1.2, 49-1.1.3, 49-1.1.4, 49-1.1.5, 49-1.1.6, 49-1.1.7, 49-1.1.8, 49-1.1.9, 49-1.2, 49- 1.3, 49-1.4, 324.1, 324.5, 337.1, 337.2, 339.1, 350, 404.1, 404.2,-ci maddələrinə, MPM-in 14.1, 217.1, 217.3, 416.1, 416.2, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat
51. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli 2-2(107)-95/2025 nömrəli qətnaməsi ilə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçının cavabdehə qarşı “icarə müqaviləsi üzrə borcun cavabdehdən tutulmasına” dair ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli Əlavə və 2023-cü il 10 fevral tarixli Akt (icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında) etibarsız hesab edilmişdir (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər – Z.Sadiqov, T.Musayev).
52. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparmaqla apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, ilk iddiaçı müqavilə üzrə icarə haqqını tələb etsə də, cavabdeh tərəf icarə müqaviləsinə əlavə olaraq bağlanmış əqdin etibarsız olduğunu bildirir. Belə olan təqdirdə əqdin etibarsızlığı ilə bağlı işlərə baxılan zaman əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallar dəqiq müəyyənləşdirilmə li, etibarsızlığa əsas verən hallar sübuta yetirilməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanun norması, eləcə də etibarsızlığın növü təsbit olunmalıdır.
53. Məhkəmə kollegiyası işin faktiki hallarına və qarşılıqlı iddiada 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin mübahisələndirilməsi əsaslarına istinadla qeyd etmişdir ki, qarşılıqlı iddia tələblərinin qanuni əsasını MM-in 339.1 və 350-ci maddələri təşkil edir.
54. Məhkəmə kollegiyası bildirmişdir ki, etibarsızlıq halını yaradan səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Hazırkı işdə isə tərəflər arasında bağlanmış əqd mübahisə edilən əqdlərə aiddir. Belə ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanılan əqd etibarsızdır. Bir tərəfin nümayəndəsinin d igər tərəflə pis niyyətlə razılığa gəlməsi dedikdə, təmsil olunan şəxsə zərər vurmaq niyyəti ilə bağlanmış əqd başa düşülür. Təmsil olunana zərər vurmaq üçün təmsil edən ilə qarşı tərəf arasında pis niyyət barədə razılaşma olmalıdır. Bu məqsəd onların qəsdən əlbir olmalarını ifadə edir. İkincisi isə, qəsdən əlbir olma təmsil olunan üçün arzuolunmaz, mənfi nəticəyə səbəb olmalıdır. Bu nəticə təmsil olunanın əmlakının azalmasında, onun əmlakına zərər vurulmasında və s. formalarda ifadə oluna bilər.
55. Məhkəmə kollegiyası hesab etmişdir ki, bir qayda olaraq pis niyyətlə razılaşma fayda götürmək məqsədi güdür. Ancaq qeyd edilən məqsədin olub-olmamasının və ya fayda götürülməsinin əhəmiyyəti yoxdur. Bu qəbildən olan əqdləri etibarsız saymaq üçün vacib məqam, tərəflərin təmsil olunana qarşı p is niyyətlə razılığa gəlmələridir. Həmçinin bu növ əqdlərdə zərərçəkmiş tərəfin iradə ifadəsi ya təhrif edilmişdir, yada ümumiyyətlə zərər çəkmiş şəxsin iradəsinə uyğun deyildir.
56. Məhkəmə bildirmişdir ki, 2023-cü il 10 fevral tarixli Əlavə ilə əvvəlki icarə müqaviləsində müəyyən edilmiş icarə haqqı faktiki olaraq dəfələrlə (təxminən beş dəfədən çox) artırılmışdır. Xüsusilə qeyd olunmuşdur ki, 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli Əlavəni və 2023-cü il 10 fevral tarixli Aktı (icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında) hazırkı iş üzrə cavabdeh tərəfindən imzalamış, hər iki şəxs, yəni həm cavabdeh MMC-nin direktoru (F.İmanov) və həm də baş mühasibi (Kamran Hazmanov) 2023-cü il 13 fevral tarixindən işdən azad edilmələri barədə könüll ü ərizə vermişlər. İşdən də müəyyən edildiyi kimi, hər iki vəzifəli şəxs də fevral ayı ərzində öz ərizələri ilə işdən azad edilmişlər. Əgər doğrudan da mübahisələndirilən əqd imzalanan zaman cavabdeh MMC-nin direktorunun (Fuad İmanov) və baş mühasibinin (Kamran Hazmanov) qarşı tərəflə pis niyyətlə razılıqları olmamışsa, onlar işdən çıxmağa 3 gün qalmış heç bir halda şərtləri cavabdeh müəssisə üçün qat-qat ağır olan belə bir müqaviləni imzalamazdılar.
57. Məhkəmə qeyd etmişdir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsinin əsas sübutlarından biridə X4 və Vergi orqanlarından alınmış cavablar olmuşdur. Belə ki, cavabdeh tərəfin müdafiəçisi 2024-cü il 24 iyul tarixdə F.İmanovun və K.Hazmanovun işləyib-işləməmələri barədə Dövlət Məşğulluq Xidmətinə sorğu verilmişd ir. Həmin cavablardan bəlli olmuşdur ki, müraciətdə qeyd edilən şəxslərin 2023-cü il 1 fevral tarixindən hazıradək "xxxx" MMC ilə bağladıqları əmək müqavilələri qüvvədədir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 2024-cü il 5 sentyabr tarixli, 3-21-2-19/2-M-xx-xx/2024 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, "xxxx" MMC-nin təsisçisi X5 və X3r. Rəhbəri isə F.İmanovdur.
58. Göründüyü kimi, cavabdeh MMC-nin direktoru F.İmanovun və həmin müəssisənin baş mühasibi K.Hazmanov 2023-cü il 1 fevral tarixindən, yəni cavabdeh MMC-də direktor və baş mühasib vəzifələrində işlədikləri dövrdə iddiaçının rəhbəri olmuş X2 təsis etdiyi "xxxx" MMC-də işləməyə başlamışdır. Başladıqdan 10 gün sonra isə cavabdeh müə ssisə üçün çox ağır şərtlərdə müqaviləyə əlavə bağlamışlar. Əlavə imzalandıqdan 3 gün sonra isə hər iki şəxs cavabdeh müəssisədən işdən çıxmaları barədə ərizə vermişlər.
59. Məhkəmə hesab etmişdir ki, yalnız bu fakt özü-özlüyündə belə 2023-cü il 10 fevral tarixli 1 nömrəli Əlavəni və 2023-cü il 10 fevral tarixli Aktı (icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında) imzalayan şəxslərin pis niyyətlə razılığa gəlmələrinin bariz nümunəsidir. Belə ki, F.İmanov və K.Hazmanov iddiaçının rəhbəri olmuş X2 təsis etdiyi "xxxx" MMC-də işləməyə başladıqdan qısa müddət (təxminən 10 gün) sonra mübahisələndirilən Əlavə və Akt imzalanmışdır.
60. Beləliklə məhkəmə hesab etmişdir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində 2020-ci il 1 noyabr tarixli icarə müqa viləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli Əlavə və 2023-cü il 10 fevral tarixli Akt imzalanmışdır. Bundan başqa güman edilir ki, bu qədər ağır şərtlərlə imzalanan müqavilə barədə cavabdeh müəssisənin investoruna da məlumat verilməli idi. Hərçənd müqaviləyə əlavənən imzalanması barədə danışıqların aparılması və ya onların belə ağır şərtli yeni borcun altına girmələri ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur.
61. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, MM-in 339.1-ci maddəsinin (bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd) dispozitiv şərtinin ödənməsi üçün nümayəndə qismində çıxış edənin müqaviləni təmsil olunanın iradəsinin əleyhinə bağlamış olduğu müəyyən edilməlidir. Hazırkı işdə isə təmsil olunanın (cavabdehin ) yeni müqavilə bağlanması və ya müqavilə şərtlərinin öz zərərlərinə dəfələrlə ağırlaşdırılması ilə bağlı iradə ifadəsinin olması müəyyən edilmir.
62. Təmsilçinin əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlməməsi əqdin etibarlılıq şərtlərindəndir. Ona görə də həmin şərtlərin pozulması nəticəsində bağlanmış əqdin etibarsızlığı qanunda nəzərdə tutulmuşdur.
63. Bundan başqa qarşılıqlı iddianın təmin edilməsi üçün şərtlərdən biri də ondan ibarətdir ki, əqdi bağlayan qarşı tərəf də vicdanlı olmasın. Hazırki işdən isə əqdi bağlayan qarşı tərəfin təmsil olunanın özünə və ya investorlarına (müqavilə şərtlərinin təmsil olunan üçün dəfələrlə ağırlaşdırılacağı ilə bağlı) məlumat verməsi müəyyən edilməmişdir.
64. Məhkəmə vicdanlılıq məsələsi ilə bağlı bir məqamı da qeyd etmişdir ki, F.İmanov və K.Hazmanov başqa bir müəssisədə deyil, məhz iddiaçının rəhbəri olmuş X2 təsis etdiyi "xxxx" MMC-də işləməyə başladıqlarından iddiaçı tərəf məlumatsız olduğuna istinad edə bilməzdi. Belə olan halda isə, göstərilən şərtlər ödənildiyi halda qarşılıqlı iddianın təmin edilməsi üçün əsas yaranır.
65. Məhkəmə əqdin bağlamasında təmsil olunanın heç bir niyyəti və ya iradə ifadəsi olmaması ilə bağlı bildirmişdir ki, hər hansı əqdin, o cümlədən hazırkı iş üzrə əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Qanunvericiliyə əsasən tərəflərin iradə ifadəsi əqdin bağlanılmasının zəruri şərtidir. Yəni etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Bu kontekstdə apellyasiya şikayətin ə münasibətdə qeyd olunmuşdur ki, təmsil olunanın mübahisəli əqdin bağlanmasında hər hansı niyyəti və iradə ifadəsi olmamışdır. Şəxsin müəssisənin idarəetmə orqanının rəhbəri olması yuxarıda qeyd olunan halların araşdırılmasını istisna etmir. Əks mövqe məsələyə formal yanaşılmasına, nəticə etibarilə təmsil olunanın haqlı mənafelərinin məhkəmədə təmin olunmamasına gətirib çıxara bilər. Odur ki, təmsil səlahiyyətinin yoxluğuna və ya bundan pis niyyətlə istifadə edilməsinə görə əqdin etibarsızlığı barədə məsələ hər bir işin konkret hallarından asılı olaraq həll edilməlidir.
66. Beləliklə, işdən mübahisəli əqdi imzalayan cavabdeh MMC-nin direktorunun (F.İmanovun) və baş mühasibinin (K.Hazmanovun) qarşı tərəflə pis niyyətlə razılığa gəlmələri müəyyən edilir. Eyni zamanda, həmin əlbir olma təmsi lçi üçün arzuolunmaz mənfi nəticələrə səbəb olmuşdur və yekunda təmsilçi üçün ağır şərtlərlə müqavilə yenilənmişdir.
67. Məhkəmə daha sonra bildirmişdir ki, iş materialları (X4 və Vergi orqanlarından alınmış cavablar) ilə mübahisəli əqd imzalanan zaman cavabdeh MMC-nin direktoru və baş mühasibi olmuş şəxslərin mənfəət əldə etmələri də öz təsdiqini tapmışdır.
68. Göründüyü kimi, 2023-cü il 10 fevral tarixli 1 nömrəli Əlavəni və Aktı (icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında) imzalayan F.İmanov və K.Hazmanov iddiaçının rəhbəri olmuş X2 təsis etdiyi "xxxx" MMC-də işləməyə başlamaqla faktiki mənfəət əldə etmələri müəyyən edilir. Hətta mənfəət əldə etmə öz təsdiqini tapmasa da, mühüm məqam tərəflərin təmsil olunana qarşı pis niyyətlə razılığa gəlmələri olmuşdur. İş materiallarından i sə, tərəflərin təmsil olunana qarşı pis niyyətlə razılığa gəlmələri öz təsdiqini tapmışdır.
69. Məhkəmə həmçinin vurğulamışdır ki, əqdi mübahisələndirmək üçün qanunda nəzərdə tutulmuş müddət də keçməmişdir.
70. Bundan başqa, məhkəmə apellyasiya şikayətinin əlavənin imzalanması üçün cavabdeh MMC-nin ümumi yığıncağının və ya təsisçisinin razılığının alınmaması, həmçinin təsisçinin qərarı olmaması ilə bağlı dəlillərinə münasibətdə cavabdeh MMC-nin Nizamnaməsinin 9.2.3.3-cü bəndinə və MM-in 87.10-cu maddəsinə istinad etməklə bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş məlumatdan (mənfəət vergisinin bəyannaməsi və ona əlavələrdən) və cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış sənədl ərdən görünür ki, cavabdeh müəssisənin xalis aktivlərinin dəyəri dörd milyon manatdan artıq olmuşdur. Yəni, bağlanmış əqd xüsusi əhəmiyyətli əqd hesab edilə bilməz. Lakin, iş materiallarından görünür ki, cavabdeh MMC 2022-ci ili zərərlə başa vurmuşdur.
71. İşdən də eyni zamanda müəyyən edilmişdir ki, bağlanılması niyyəti olan əqdə görə icarə haqqının dəfələrlə artırılmaq istənildiyi görülsədə, cavabdeh müəssisəyə bu barədə bildirişin verilib-verilməməsi, eyni zamanda təsisçinin bundan məlumatı olub-olmaması müəyyən edilmir. Yəni, təsisçinin və ya ümumi yığıncağın bu və ya digər yolla hər-hansı iradə ifadəsinin bildirilməsi müəyyən edilməmişdir.
72. Bundan başqa, cavabdeh MMC-nin Nizamnaməsinin 9.2.3.7-ci bəndinə əsasən, icra orqanı cəmiyyətin fəaliyyəti ilə əlaqədar səlahiyyətinə aid ola n məsələlər barəsində qərarlar qəbul edir və həmin qərarlar əmrlə yazılı surətdə rəsmiləşdirilir. Göründüyü kimi Aktın və Əlavə 1-in cavabdeh MMC-nin adından sənəd kimi təsdiqlənməsi barədə qərar qəbul edilməmiş və əmrlə rəsmiləşdirilməmişdir. Eyni zamanda, Dövlət vergi orqanında təqdim edilən müqavilə və reyestrdə qeydiyyata alınmış müqavilə 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsidir ki, tərəflərin hüquq münasibətlərini və icarə haqqını dəyəri həmin müqavilə ilə tənzimlənmişdir.
73. Məhkəmə 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsündə dəyişikliyin olub-olmaması ilə bağlı məsələyə də münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh tərəf 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi bağlandıqdan sonra istifad ələrində olan sahədə dəyişiklik olmadığını bildirmişdir. İddiaçı tərəfin nümayəndəsi və vəkili isə izahatında ilkin icarə müqaviləsi bağlandıqdan sonra müəyyən vaxtlarda cavabdehin istifadəsində olan ərazilərin ölçüsünün artdığını lakin, bunun rəsmi baş vermədiyini bildirmişdir.
74. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfin 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsündə dəyişiklik olunduğunu bildirdiyi halda həmin halı sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə qoyula bilməz. İddiaçı tərəf isə, 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsündə müəyyən vaxtlarda dəyişikliyin olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
75. Belə ki, tərəflər arasında 2020-ci il 1 noyabr tarixdə icarə müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehin hazırda istifadəsində olan ölçüdə ərazi cavabdehə təhvil verilmişdir. Yəni, iddiaçı tərəf müqavilədə hansı ölçünün yazılmasından asılı olmayaraq cavabdehin faktiki istifadəsində olan ərazinin cavabdehin istifadə etməsinə etiraz etməmişdir. Odur ki, yuxarıda sadalanan hallara əsasən iddiaçı tərəfin qeyd etdikləri əsaslı hesab edilməmişdir.
76. Məhkəmə apellyasiya şikayətinin F.İmanovun əqdi bağlayan zaman işdən uzaqlaşdırılması ilə bağlı dəlillərini əsassız hesab edərək vurğulamışdır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin 2023-cü il 1 fevral tarixli 01 nömrəli təsisçi qərarı olsa belə F.İmanovun həmin qərardan məlumatlı olması və ya həmin qərarla tanış olmas ı iş materialları ilə öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfdə həmin halı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
77. Məhkəmə apellyasiya şikayətinin əqdi bağlayan tərəflərin qohumluq münasibətində olmaları ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir ki, apellyatorlar mübahisəli əqdi imzalayanların qohumluq əlaqələrinin olmasını bildirsələr də, bu hal iş materialları tam olaraq sübut olunmur. Lakin cavabdeh MMC-nin direktoru F. İmanovun və həmin müəssisənin baş mühasibi K.Hazmanov 2023-cü il 1 fevral tarixindən, yəni cavabdeh MMC-də direktor və baş mühasib işlədikləri dövrdə iddiaçının rəhbəri olmuş X2 təsis etdiyi "xxxx" MMC-də işləməyə başlamışdır. Orda işləməyə başladıqdan 10 gün sonra isə cavabdeh müəssisə üçün çox ağır şərtlərdə müqaviləyə əlavə bağlamışlar. Yən i, əqdi bağlayan tərəflər arasında yaxın qohumluq münasibəti olmasa da, işçi və işverən (tabeçilik) münasibəti olmuşdur.
78. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.1, 14.2.1, 49.1, 49.3, 49.4, 49.4.1 - 49.4.6, 49-1.1, 49-1.1.1 – 49-1.1.9, 49-1.2 - 49-1.4, 87.10, 241.1, 241.2, 242.2, 324.1 - 324.5, 337.1 - 337.4, 339.1, 339.6, 350, 357, 358.1, 358.2, 389.1, 389.2, 390.1, 394, 399.1, 404.1, 404.2, 560.1, 560.2, 700, 710.1, 712.1, 712.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.1, 51.2, 51.3, 51.4, 51.5, 51.6, 51.7, 60.1, 60.2, 60.3, 81-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 - 7.3, 8.1, 8.5, 9.1 - 9.7, 13.1, 15.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Kon stitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
79. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
80. MM-in 339 və 350-ci maddələri üzrə - Apellyasiya məhkəməsi işin hallarını tam araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin qarşılıqlı iddiasına əsaslanaraq akt və müqaviləyə əlavəni etibarsız saymış, bununla bağlı üç arqumen ti — əlavə səlahiyyətsiz şəxs tərəfindən imzalanması, təsisçinin razılığı olmaması və keçmiş direktorun iddiaçı ilə əlbirliyi — əsas götürmüşdür. Lakin iddiaçı göstərir ki, əlavə imzalanan tarixdə imza atan şəxslər tam səlahiyyətli olmuş, onların səlahiyyətli olub-olmaması iddiaçının yoxlamalı olduğu məsələ deyil, bu cavabdehin daxili işidir. Məhkəmənin istinad etdiyi 2024-cü il 8 avqust tarixli X4 Xidmətinin məktubunda isə F.İmanovun "xxxx" MMC-də direktor təyin olunma tarixi göstərilməmişdir. Halbuki direktor barəsindəki məlumatlar Dövlət Vergi Xidmətinin açıq bazasında mövcuddur və orada F.İmanovun 2023-cü il 1 fevral tarixindən belə vəzifədə olması barədə məlumat yoxdur. Sonradan kassasiya şikayətinə əlavə olunmuş 2025-ci il 10 iyun tarixli məktubda isə F.İmanov adına əmək müqaviləsini n yalnız 2023-cü il 1 noyabr tarixdən sistemə daxil edildiyi təsdiqlənmişdir. Bu, Vergi Xidmətinin açıq bazasından təqdim olunmuş çıxarışla eyni məlumatdır. Buna görə də məhkəmənin F.İmanovun 2023cü il 1 fevraldan direktor olması barədə istinadları əsassızdır və sübut kimi qəbul edilə bilməz.
81. Məhkəmə etibarsızlığın ikinci əsası üzrə sübut olmadığı halda “güman edilir ki” ifadəsinə əsaslanaraq yolverilməz qiymətləndirmə aparmışdır. Halbuki nizamnamə və qanunvericilikdə direktorun təsisçinin razılığı ilə müqavilə bağlaması yalnız müəyyən hallarda nəzərdə tutulur və bu işdə həmin hallar mövcud deyildir. Məhkəmə vergi orqanına sorğu vermiş, sənədləri toplasa da direktorun səlahiyyətini məhdudlaşdıran heç bir hal müəyyən edilməmişdir. Mübahisələndirilən əlavə “müqavilə şərtlərinin ağırlaşdı rılması” kimi qiymətləndirilsə də, iş materiallarından aydın olur ki, 8.333 manat ilkin qiymət olub, sahə genişləndikdən sonra yenidən hesablanacağı razılaşdırılmışdır. Faktiki istifadə olunan sahə 60.000 kv.m-dən çox olmuş və hər kv.m üçün 1 manat şərti mübahisə predmeti olmamışdır. Bu halda müqavilə şərtlərinin necə ağırlaşdırıldığı aydın deyil. Bundan başqa, məhkəmə pis niyyətlə sövdələşdiyini iddia etdiyi şəxslərin izahatını almamış, onları iclasa dəvət etməmişdir. Daha sonra isə araşdırma nəticəsində əqdin xüsusi əhəmiyyət daşımadığını və təsisçilərin ümumi yığıncağı tərəfindən təsdiqə ehtiyac olmadığını vurğulasa da, əsassız olaraq şirkətin zərərlə işləməsini əsas gətirərək əqdi yenidən etibarsız hesab etmişdir. Halbuki qanunvericilikdə şirkətin zərərlə işləməsi bağladığı əqdlərin et ibarsızlığına səbəb olan norma deyil.
82. Məhkəmə müqavilə ilə bağlı direktorun qərar və əmri olmalı olduğunu qeyd etmiş, halbuki qanunvericilikdə belə bir tələb yoxdur. Faktiki istifadədə olan sahənin artması ilə bağlı məhkəmə iddiaçının sübut təqdim etmədiyini göstərmiş, lakin cavabdeh özü Şəki İnzibati Məhkəməsinə müraciət edərək istifadəsində 60.000 kv.m sahə olduğunu bildirmiş və iş hazırda həmin məhkəmənin icraatındadır. Bu halda əlavə sübut təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, o, ölçmə aparılması barədə vəsatət vermiş və xəritə-sxem təqdim etmişdir, lakin vəsatət təmin olunmamışdır. Məhkəmə isə hansı əlavə sübutların tələb olunduğunu göstərməmişdir. Qərarda məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı olduğunu vurğulasa da, iş icraata qəbul edilərkən he ç bir tərəfin tələbi olmadan öz təşəbbüsü ilə vergi xidmətinə sorğu göndərmişdir. Bu isə yalnız bir tərəf üçün deyil, hər iki tərəf üçün aparılmalı idi. Bundan başqa, məhkəmə əsassız olaraq “2020-ci il 1 noyabr tarixdə istifadəyə verilmiş sahənin 54.000 kv.m olduğunu” qeyd etmişdir. Halbuki iş materiallarında belə izahat və ya sübut mövcud deyil. İlkin müqavilədə 8.333 kv.m sahə üçün 8.333 manat qiymət razılaşdırıldığı göstərilsə də, məhkəmə bunu da nəzərə almamışdır.
83. MPM-in 218.1-ci maddəsi üzrə - Şəki Apellyasiya Məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş və Ali Məhkəmənin göstərişlərinə uyğun araşdırma aparılmamışdır. Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmələrin qərarlarını əsaslandırmaq tələbinə əməl edilməməsi ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarda göstərildiyi kimi, qərarların əsaslandırılmaması tərəflərin mövqelərinin bərabər dinlənilməsini şübhə altına alır. Konstitusiya Məhkəməsi də hüquqi müəyyənlik prinsipini qanunun aliliyinin əsas elementi kimi tanıyaraq vurğulamışdır ki, məhkəmə aktlarında bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətlər aradan qaldırılmalı və konstitusiya müdafiəsi hüququna xələl gətirilməməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il, M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il qərarları). Avropa Məhkəməsinin Bratyakin (2006), Radçikov (2007) və Lenskaya (2009) işlərində də vurğulandığı kimi, hüquqi müəyyənlik hüquqi dövlətin əsas prinsiplərindəndir və məhkəmələrin yekun qərarları sual doğurmamalıdır. Yuxarı məhkəmələrin qərarları yalnız ciddi səhvlərin aradan qaldırılması məqsədilə ləğv edilməlidir ki, fərdi maraqlarla məhkəmə sisteminin effektivliyi arasında balans təmin olunsun. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
84. Kassasiya şikayətinə qarşı yazılıq etiraz verilərək şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
85. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
86. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və pro sessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
87. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.” Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəx sin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.” Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
90. MPM-nin 418.4-cü maddəsinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq həmin normada nəzərdə tutulmuş prosessual pozuntulara yol verilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan məhkəmə kollegiyası ilk növbədə işə baxmış məhkəmə tərəfindən həmin pozuntulara yol verilib-verilmədiyini yoxlayaraq bu pozuntulara yol verilmədiyini müəyyən edir.
91. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid deyil. Kassasiya şikayətinin dəlilləri məhz sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı olduğundan həmin dəlillərə qiymət verilmir.
92. O cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin iş üzrə qəbul edilmiş əvvəlki iki qərarındakı göstərişlər tam icra olunmuş, qarşılıqlı iddia ərizəsinin dəlilləri üzrə araşdırma aparılaraq işin faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarının dispozisiya şərtləri yoxlanılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
93. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr qətnamədə tam əsaslandırılmış, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
94. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya instansiyası mərhələsind ə yeni sübutların təqdim edilməsi yolverilməz olduğundan iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etmədiyi F.İmanovun əmək müqaviləsinin hansı tarixdə “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi barədə sübut üzrə hər hansı qiymətləndirmə aparılmır.
95. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
96. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli 22(107)-95/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edil