Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-617/2024 23.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı x1nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsi üzrə iddia müddəti, dəbbə pulunun azaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı x1nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 iyun tarixli 2-2(103)-475/2 024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə "xxxx" ASC arasında 2013-cü il 5 sentyabr tarixli * nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən ümumi məbləği 1.313.600 manat olan 1 dəst “Solola Group” markalı məhsuldarlığı 4.000 baş/saat olan broyler quş əti emalı avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verməyi, lizinq alan "xxxx" ASC isə həmin kənd təsərrüfatı texnikasının dəyərindən 130.000 manat məbləği əvvəlcədən, qalıq məbləğini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi dəyərin dən 130.000 manat ödənilmiş, qalan məbləğin 2013-cü ilin 4-cü rübündən 2023-cü ilin 3-cü rübünədək hissələrlə ödənilməsi razılaşdırılmışdır. 2. "xxxx" ASC ilə "xxxx" ASC arasında 2016-cı il 11 avqust tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 8499 manat olan 1 ədəd “Belarus-892” markalı traktoru, bir ədəd “Borex-2102” markalı ekskavator-buldozeri ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan "xxxx" ASC isə həmin kənd təsərrüfatı texnikasının dəyərinin qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektlərinin ümumi dəyəri 64.800 (“Belarus-892” mar kalı traktor üzrə: 29.000 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 35.800) manat olmuş, əvvəlki lizinq müqaviləsi üzrə cəmi 30.281 (“Belarus-892” markalı traktor üzrə: 9.150 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 21.131) manat ödəniş edilmiş, yeni lizinq müqaviləsi bağlanarkən qalıq lizinq obyektlərinin qalıq dəyərindən 25.920 manat (“Belarus-892” markalı traktor üzrə: 11.600 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 14.320) manat güzəşt edilmiş, 8499 (“Belarus-892” markalı traktor üzrə: 8250 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 249) manatın ödəniş qrafikinə uyğun – 2016-cı ilin 3-cü rübündən başlayaraq 2022-ci ilin 3cü rübünədək ödənilməsi razılaşdırılmışdır. 3. "xxxx" ASC ilə "xxxx" ASC arasında 2017-ci il 4 aprel tarixli 939-GL/17 nömrəli lizinq müqa viləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 47.958 manat olan 4 ədəd “CAN-PA.R-5T” markalı traktor üçün 2 oxlu qoşqu, iki ədəd “Belarus-892” markalı traktor ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan "xxxx" ASC isə həmin kənd təsərrüfatı texnikasının dəyərinin qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektlərinin ümumi dəyəri 134.260 (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 76.800 + 4 ədəd “CAN-PA.R-5T” markalı qoşqu üzrə: 57.460) manat olmuş, əvvəlki lizinq müqaviləsi üzrə cəmi 32.598 (2 ədəd “Belarus 892” markalı traktor üzrə: 15.360 + 4 ədəd “CAN-PA.R-5T” markalı qoşqu üz rə: 17.238) manat ödəniş edilmiş, yeni lizinq müqaviləsi bağlanarkən qalıq lizinq obyektlərinin qalıq dəyərindən 53.704 manat (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 30.720 + 4 ədəd “CAN-PA.R-5T” markalı qoşqu üzrə: 22.984) manat güzəşt edilmiş, 47958 (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 17238 + 4 ədəd “CAN-PA.R5T” markalı qoşqu üzrə: 17.238) manatın ödəniş qrafikinə uyğun – 2017-ci ilin 2-ci rübündən başlayaraq 2026-cı ilin 4-cü rübünədək ödənilməsi razılaşdırılmışdır. 4. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı x1 (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 2013-cü il 5 sentyabr tarixli lizinq müqaviləsi (bundan sonra-“İ lizinq müqaviləsi”) üzrə 2023-cü il 31 avqust tarixinə hesablanmış 510.640 manat gecikdirilmiş borcun və 334.583,20 manat cərimə borcunun, 2016-cı il 11 avqust tarixli lizinq müqaviləsi (bundan sonra-“İİ lizinq müqaviləsi”) üzrə 2023-cü il 31 avqust tar ixinə hesablanmış 2.613 manat gecikdirilmiş borcun və 1.679,49 manat cərimə borcunun, 2017-ci il 4 aprel tarixli lizinq müqaviləsi (bundan sonra-“İİİ lizinq müqaviləsi”) üzrə 2023-cü il 31 avqust tarixinə hesablanmış 15.283 manat gecikdirilmiş borcun və 10.191,91 manat cərimə borcunun və 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 2023-cü il 31 avqust tarixinə İ lizinq müqaviləsi üzrə 510.640 manat gecikdirilmiş borcu və 334.583,20 manat cərimə borcu, İİ lizinq müqaviləsi üzrə 2.613 manat gecikdirilmiş borcu və hesablanmış 1.679,49 manat cərimə borcu, eləcə də İİİ lizinq müqaviləsi üzrə isə 15.283,00 manat gecikdirilmiş borcu və hesablanmış 10.191,91 manat cərimə borcu yaranmışdır.
7. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, pandemiya və kütləvi tələfatla bağlı maddi vəziyyəti pisləşmişdir, lizinq ödənişlərinin son illər üzrə tarixlərindən göründüyü kimi müəssisə vaxtı-vaxtında ödənişlər etmişdir. Cavabdeh öhdəliklərini obyektiv səbəblərdən icra edə bilməmişdir. Digər tərəfdən, İİ və İİİ lizinq müqavilələri üzrə iddia müddəti ötürmüşdür. Eyni zamanda cavabdehə İ lizinq müqaviləsi üzrə dövlətin müəyyən etdiyi güzəşt tətbiq edilməmiş, iddiaçı tərəfindən borc məbləği düzgün göstərilməmiş və əsassız cərimələr hesablanmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 fevral tarixli e-2-2(11 3)-579/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC və cavabdeh arasında bağlanmış İ lizinq müqaviləsi üzrə 510.640 manat əsas borc, 25.000 manat cərimə, İİ lizinq müqaviləsi üzrə 2.613 manat əsas borc, 130 manat cərimə, İİİ lizinq müqaviləsi üzrə 15.283 manat əsas borc, 760 manat cərimə olmaqla ümumilikdə 554.426 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim N.Əhmədova).
9. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına (bax yuxarıda bu qərarın 1-4-cü bəndləri) istinad edərək, cavabdehin dəlillərini əsasssız, əsas borcun tutulması hissəsində iddianı əsaslı hesab etmişdir. 10.Belə ki, məhkəmə cavabdehin etirazında İ lizinq müqaviləsi üzrə güzəştin tətbiq edilmədiyi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh qe yd olunan müqaviləni lizinq predmetinin qiyməti 1.313.600 manat təsbit olunmaqla bağlamış, müqaviləyə 1 nömrəli Əlavə - ödəniş qrafikində avans ödənişi 130.000 manat çıxılmaqla qalıq məbləğin, yəni 1.183.600 manatın ödənilməsi razılaşdırılmışdır. Hazırkı iddia irəli sürülənədək cavabdeh güzəştin tətbiq edilməməsi, nəticədə müvafiq lizinq ödənişlərinin bir hissəsinin silinməməsi ilə bağlı hər hansı maddi-hüquqi tələbiddia ilə çıxış etməmiş, əksinə uzun müddət (2013-2021) müqavilə üzrə ödənişləri həyata keçirmişdir. Cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb, qarşılıqlı iddia olmadığından həmin məsələ heç bir hüquqi əhəmiyyət kəsb etməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı 2014-cü il 15 avqust tarixindən qüvvəyə minmiş, mübahisələndirilən müqavilə isə 2013-cü il 5 sentyabr tarixində bağlanmışdır.
11. Həmin qərarla "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”ının tətbiqinin zamana görə qüvvə baxımından iki fərqli tənzimetməsi aparılmış, qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnika nın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" ASC-nin zərəri hesabına güzəşt tətbiq edilməsi təsbit edilmişdir. 12."xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”ının 2.1 – 2.6-cı bəndlərində göstərilmişdir ki, kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir.
13. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı qüvvəyə minənədək "xxxx" ASC-dən lizinqə götürülmüş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunmalı, bundan sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya təqdim olunmuş sənədləri araşdırmalı, güzəştin tətbiq edilməsi məsələsinə baxmalıdır. Bu mənada cavabdehin hazırkı dəlilinə hətta iddiaya etiraz kimi yanaşılsa da, onun ərizəni, lizinq müqaviləsinin və ödəniş sənədlərinin surətlərini komissiyaya təqdim etməsi, komissiya tərəfindən güzəştin tətbiq olunması və ya imtina edilməsi barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir.
14. Cavabdeh etirazında İİ, İİİ və İ lizinq müqavilələrindən irəli gələn öhdəliyin təqsirli pozulmadığını bildirir, bu halı “COVİD19” pandemiyası və kütləvi tələfatla əlaqələndirir. Həmin dəlillə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllədə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi anlayışından da istifadə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında bu iki hüquqi termin fərqləndirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını ara dan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir”. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iş üzrə fors-major halının mövcud olub-olmamasını müəyyən etmək üçün, iş üzrə müqavilə şərtlərinə diqqət yetirilməlidir.
15. Belə ki, İ lizinq müqaviləsinin 7-ci hissəsinə əsasən, tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Bu halda müqavilədə göstərilmiş öhdəliklərin həyata keçirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətdə keçirilir. Bu şərait 2 aydan çox çəkərsə, hansı tədbirləri həyata keçirmək məqsədilə tərəflər danışıqlar aparırlar. Göstərilən müddət ərzində tərəflər razılığa gələ bilməzsə, onların hər biri müqaviləni yalnız bir şərtlə ləğv edə bilər ki, tərəflər bir-birinə bu müqavilə ilə əlaqədar qəbul etdikləri bütün maddi və pul vəsaitlərini tam qaytarsınlar.
16. İİ və İİİ lizinq müqavilələrinin 7-ci hissəsinə əsasən, tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunveri cilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Müqavilədən irəli gələn öhdəliklərini bu səbəbə görə yerinə yetirə bilməyən tərəf digər tərəfi həmin hadisənin meydana gəldiyi tarixdən etibarən 5 gün ərzində fors-major şəraitinin meydana gəlməsi ilə başa çatması haqqında məlumatlandırılmalıdır. Bu şərait 2 aydan çox çəkərsə, hansı tədbirləri həyata keçirmək məqsədilə tərəflər danışıqlar aparırlar.
17. Göründüyü kimi, tərəflər müqavilələrin sözügedən hissəsində qarşısıalınmaz qüvvələrin siyahısını açıq tutmuş, belə bir hal yarandıqda isə bir-biri qarşısında məsuliyyətdən azad ediləcəkləri barədə razılığa gəlmişlər.
18. MM-nin 448.4-cü maddəsinin təfsirindən, mübahisəyə və müqaviləyə tətbiqindən çıxan nəticəyə görə, COVİD-19 pandemiyası hazırkı işi n tərəflərinə və hallarına münasibətdə fors-major halıdır. Lakin karantin rejiminin tətbiq edilməsi özüözlüyündə fors-major halının baş verməsini şərtləndirmir. Bunun üçün tərəf öz öhdəliyini icra etmək, o cümlədən itkilərin azaldılması üçün bütün mümkün səyləri göstərməlidir ki, fors-major halının baş verdiyinə istinad edə bilsin. Odur ki, pandemiya ilə əlaqədar öz öhdəliyinin icrası ilə bağlı fors-major halına əsaslanan tərəf kimi cavabdeh pozuntunun onun məsul olmadığı haldan irəli gəldiyini, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilmədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırdığını da sübut etməlidir.
19. Hazırkı iş üzrə cavabdeh qeyd olunan hallar üzrə sübutetmə vəzifəsini yerinə yetirməmiş, həmçini n belə bir hadisəyə istinad olunaraq cavabdehin bu barədə iddiaçıya məlumat verdiyi, öhdəliyin icrasının mümkün olmaması ilə bağlı danışıqlara cəhd göstərdiyi təsdiqlənməmişdir. Cavabdeh Salyan rayon İcra Hakimiyyətinin "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il 27 iyul tarixli 68 nömrəli arayışı məhkəməyə təqdim etmişdir. Həmin arayışa görə, 2022-ci ilin may-avqust aylarında cavabdehdə quşlar arasında kütləvi ölüm olduğu üçün damazlıq sexindən 64.000 baş, broyler sexindən 651.000 baş ölən quşların cəsədləri bağlanmış müqaviləyə əsasən zibil poliqonuna daşınaraq zərərsizləşdirilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, analoji qaydada kütləvi tələfatın da cavabdehin məsul olmadığı haldan irəli gəldiyi, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilm ədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması haqqında iş materiallarında hər hansı sübut mövcud deyildir.
21. Həmçinin qeyd edilməlidir ki, lizinq ödənişləri lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bu mənada lizinq obyektlərindən istifadəyə görə lizinq ödənişlərini ödəmək imkanından məhrum olduğunu bildirən cavabdeh lizinq müqavilələrini birtərəfli qaydada ləğv etmək imkanından istifadə etməmiş, ödəmənin mümkün olmadığını bildirdiyi halda növbəti aylar üçün də razılaşdırılan lizinq ödənişlərinin hesablanmasına rəva c vermişdir.
22. Cavabdehin İİ və İİİ lizinq müqavilələri üzrə iddia müddətinin ötdüyü barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İ lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin 2013-cü ilin 4-cü rübündən 2023-cü ilin 3-cü rübünədək, İİ lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin 2016-cı ilin 3-cü rübündən başlayaraq 2022-ci ilin 3-cü rübünədək, İİİ lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin 2017-ci ilin 2-ci rübündən başlayaraq 2026-cı ilin 4-cü rübünədək ödənilməsi razılaşdırılmışdır.
23. Hazırkı işin hallarına görə, cavabdehlə bağlanmış İ, İİ və İİİ lizinq müqavilələrinin icra müddətləri müvafiq olaraq 2023-cü ilin üçüncü rübündə, 2022-ci il 30 sentyabr tarixində və 2026-cı il 31 dekabr tarixində bitdiyindən (bitəcəyindən), həmin müqavilələr üzrə iddia müddətlərinin axımı həmi n tarixlərdən başlanmışdır (başlanacaqdır). İddiaçı tərəfindən hazırkı iddia ərizəsi 2023-cü il 23 noyabr tarixində məhkəməyə təqdim edilmiş olduğundan sonuncunun iddia müddətini ötürmüş olması mümkün deyildir.
24. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin etirazının əsasını təşkil edən hallar əsassız olmaqla iddianın əsas borcun tutulması hissəsində rədd olunması üçün əsas ola bilməz və qeyd olunan hissədə iddia tələbinə qiymət verilməsi üçün lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsi zəruridir.
25. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 747.1, 748-10.1-ci maddələrinin məzmununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2- ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 28 dekabr 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla göstərmişdir ki, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
47. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməm iş və belə olan halda da iddiaçının lizinq alandan-cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.
26. Məhkəmə cavabdehdən tutulmalı lizinq ödənişlərinin məbləği ilə bağlı qeyd etmişdir ki, təqdim edilən hesabdan çıxarış məlumatlarına görə, İ lizinq müqaviləsi üzrə lizinq obyektlərinin ümumi dəyəri olan 1.313.600 manatdan 802.960 manatlıq hissə ödənilmiş, 510.640 manat borc qalmışdır. İİ lizinq müqaviləsi üzrə lizinq obyektlərinin qalıq dəyəri olan 8.499 manatdan 5.886 manatlıq hissə ödənilmiş, 2.613 manat borc qalmışdır. İİİ lizinq müqaviləsi üzrə isə lizinq obyektlərinin qalıq dəyəri olan 48.048 manatdan 21.643 manatlıq hissə ödənilmiş, 2023-cü il 31 avqust tarixinə 15.283 manat borc qalmışdır.
27. Beləliklə, məhkəmə hesab etmişdir ki, lizinq müqaviləsi üzrə razılaşdı rılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
28. İddia ərizəsində iddiaçı İ lizinq müqaviləsi üzrə 334.583,20 manat, İİ lizinq müqaviləsi üzrə 1.679,49 manat, İİİ lizinq müqaviləsi üzrə 10.191,91 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir. İ, İİ və İİİ lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan (borc məbləği və) gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cər imə tələb edir.
29. İddia ərizəsinə əlavə olunan cərimənin hesablanmasına dair qrafiklərə görə, cərimə məbləğləri İ lizinq müqaviləsi üzrə 334.583,20 manat, İİ lizinq müqaviləsi üzrə 1.679,49 manat, İİİ lizinq müqaviləsi üzrə 10.191,91 manat təşkil etmişdir.
30. İşin materialları ilə müəyyən olunmuşdur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mediasiya mərhələsində iddiaçının tələbi cavabsız qalmışdır. Eyni zamanda məhkəmə nəzərə almışdır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də İ lizinq müqaviləsi üzrə sonuncu ödəniş 2020-ci il 3 dekabr, İİ lizinq müqaviləsi üzrə sonuncu ödəniş 2017-ci il 13 fevral və İİİ lizinq müqaviləsi üzrə sonuncu ödəniş 2020-ci il 13 iyul tarixlərində olsa da, iddiaçı uzun müddət sonra, yəni 2023-cü il 23 noyabr tarixində məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
31. Məhkəmə, kreditorun həm əmlak, həm də bütün diqqətə layiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışlarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cərimə məbləğinin İ lizinq müqaviləsi üzrə 25.000 manat, İİ lizinq müqaviləsi üzrə 130 manat, İİİ lizinq müqaviləsi üzrə 760 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
32. Məhkəmə gəldiyi nəticəni MM-nin 373.2, 377, 425, 442, 448.1, 448.2, 448.4, 462.1, 467, 747.1 və 748-10.1-ci maddələrinə; Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 7 sentyabr tarixli, 28 dekabr tarixli və 2021-ci il 28 iyul tarixli qərarındaki hüquqi mövqelərə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
33. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin mediasiya xərci ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
34. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin olunmuş hissədə ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 iyun tarixli 2-2(103)-475/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər E.Allahverdiyev və Z.Şirinov).
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki h allar aydınlaşdırılmışdır. Eyni zamanda cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab etmişdir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 448.1, 448.4, 462.1, 467, 747.1 və 748-10.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 28 iyul tarixli qərarına; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarına, MPM-nin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
38. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən- təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. MM-nin 373.2, 373.3, 377.1, 377.2-ci maddələri və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı üzrə məhkəmə cavabdehin kənd təsərrüfatı müəssisəsi olmaqla yanaşı İ lizinq müqaviləsi bağlayaraq öz istehsal etdiyi broyler toyuqlarının kəsilməsini təmin etmək üçün iddaçıdan kəsimxana texnikasını lizinq yolu ilə almasını və qeyd edilən qərara əsasən ona 40 faiz güzəştin edilməli olduğunu nəzərə almalı idi. İşdə olan sübutlardan da müəyyən edilmişdir ki, həmin texnikanın ümumi dəyəri olan 1.313.600 manatdan 802.960 manat cavabdeh tərfindən ödənilmişdir. Belə olan halda cavabdehə güzəştin tətbiqinə hər hansı maneə olmadığı məhkəmənin nəzərindən qaçmışdır. İş üzrə məhkəmələrin qəbul ediyi qətnamələrdə cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə təsdiq olunan "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən cəmiyyətə müraciət edilmədiyi göstərilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlərə görə, cavabdeh götürdüyü avadanlıq və texnika ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarına uyğun olaraq güzəştin tətbiq edilməsi üçün müraciət edib və üç müqavilə üzrə ona güzəşt tətbiq edilməmişdir. Cavabdehə kəsim avadanlığı ilə bağlı güzəştdən imtina edilmiş və bildirilmişdir ki, kəsim avadanlığı qərarda qeyd edilən avadanlıqlara aid edilmir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 201 4-cü il 13 avqust tarixli 273 saylı qərarına uyğun olaraq cavabdehin götürdüyü kəsim texnikasına da ilkin dəyərinin 40% yəni 525.440 manat güzəşt tədbiq edilsə, hazırda iddiaçıya hər hansı borcu olmazdı. Belə ki, iddiaçı həmin müqavilə üzrə tələb etdiyi əsas borc 510.640 manatdır. Göründüyü kimi tədbiq edilməli olan güzəşt isə 14.800 manat həmin borc məbləğindən çoxdur.
40. İş üzrə müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən ödəniş qrafiklərində konkret ödəniş tarixləri göstərilən vaxtlarda ödəniş edilmədiyi andan iddia müddətinin axımının başlanılması iddiaçıya məlum idi. İddiaçı mediasiyanın keçirilməsi üçün 2023-cü il 2 oktyabr tarixində, 2023-cü il 23 noyabr tarixində isə məhkəməyə müraciət etmişdir. Hətta 3 illik müddətin başlanma vaxtını iddiaçının cavabdehə göndərdiyi medias iya təklifinin tarixindən, yəni 2023-cü il 6 sentyabr tarixidən hesablasaq işin həqiqi halları və iş materialları (həmin müqavilələr üzrə ödəniş tapşırıqları) ilə tam sübuta yetirilmişdir ki, iddiaçı qeyd edilən müqavilələr üzrə iddia müddətini ötürmüşdür. Belə ki, məhkəməyə hər iki tərəfin təqdim etdiyi ödəniş sənədlərinə (o cümlədən təsdiq edilmiş ödəniş cədvəlindən) görə, İİ lizinq müqaviləsi üzrə sonuncu ödəniş 2017-ci il 13 fevral tarixində, İİİ lizinq müqaviləsi üzrə sonuncu ödəniş isə 2020-ci il 12 iyul tarixində həyata keçirilmiş və sonradan həmin müqavilələr üzrə hər hansı öhdəlik icra edilməmişdir. Belə olan halda iddiaçıya məlum idi ki, cavabdeh müqavilə üzrə ödəməli olduğu ödənişləri müvafiq olaraq 2017-ci il 13 fevral və 2020-ci il 12 iyul tarixlərindən sonra icra etməmişdir. Məhkəmə iddiaçının iddia müddətini ötürməklə hazrkı iddianı qaldırdığnı nəzərə almamışdır. Həmçinin məhkəmə tərəfindən nəzərə alınmalı idi ki, iddiaçı ən yaxşı halda 2020-ci il 2 oktyabr tarixindən (mediasiyanın keçirilməsi üçün müraciətin edildiyi 2023-cü il 2 oktyabr tarixində əvvəlki 3 il) əvvəlki dövr üzrə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 41.Kassasiya şikayətinə iddiaçı tərəfindən etiraz təqdim edilərək, cavabdehin irəli sürdüyü dəlillərin əsassız olduğundan, kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Kassasiya baxışının hədləri
42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın qismən təmin edilən hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsas lılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissələrdə yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müddəti anlayışı Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır....” “Maddə
377. İddia müddətinin başlanması İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin mane ə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Dövlət İnformasiy a Agentliyinin ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir.)...” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”
45. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutları n qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 46.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 47. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyə ti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 48.Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin ə saslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir. 49.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, cavabdeh eyni dəlilləri həm iddia ərizəzəsinə qarşı etirazında və apellyasiya şikayətində də irəli sürmüş, həmin dəllillərə işə baxan məhkəmələr tərəfindən ətraflı şəkildə qiymət verilmişdir. 50.Kollegiya kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 9-31, 36-ci bəndləri). 51.Məhkəmə kollegiyası hesab edir ki, müb ahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 52.MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 iyun tarixli 22(103)-475/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.