Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-621/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Kəmalə Nəbi qızı Abiyevanın məruzəsi ilə, hakimlər Bəhram Məmməd oğlu Məmmədli və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli, 2-2(103)-464/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icr aat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ilə Cavabdeh ASC arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 2021-ci il xx.xx tarixli, x saylı müqavilənin 1.1-ci bəndinə görə, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin: - 2.1-ci bəndinə görə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1 m3 xammal suya görə hesablaşma ƏDV ilə __ manat, digər məqsədlərlə istifadəyə görə 1 m3 su üçün ƏDV ilə 1 manat və istehlakçıdan qəbul edilən 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müqabilində aparılır. - 6.1-ci bəndinə görə, müqavilə 2021-ci il 1 iyun tarixindən qüvvəyə minir. - 6.2-ci bəndinə görə, müqavilə 2024-cü il 31 dekabr tarixinədək qüvvədədir.
2. İddiaçı abonent haqqında məlumatlarından görünür ki, 2021-ci ilin iyun ayından 2021-ci ilin dekabr (dekabr ayı daxil) ayınadək abonentə içməli su və tullantı sularının axıdılmasına görə hesablanmış borc cəmi 2.408 manat və 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyun (iyun ayı daxil) ayınadək abonentə içməli su və tullantı sularının axıdılmasına görə hesablanmış borc cəmi 1.812 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh ASC (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 2021-ci il xx.xx tarixli, x saylı müqavilənin və onunla bağlı yaranan nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı nın mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzillə bağlı ödəmə terminalı vasitəsilə 0***** abunəçi kodu üzrə su təchizatı ilə əlaqədar ödəmə edən zaman 3.524 manat borcun olduğu məlum olmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir. Cavabdeh yaranan borcun aralarında olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 2021-ci il 1 iyun tarixli, 44347019 saylı müqavilə ilə bağlı yarandığını bildirmişdir. Cavabdehə belə bir müqavilə bağlanmadığı, müqavilədən xəbərdar olmadığı bildirilmiş və müqavilənin surətinin iddiaçıya təqdim olunması xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim olunan müqavilədən görünür ki, həmin müqavil ə saxta olmaqla qanunsuz tərtib edilmişdir. Belə ki, iki səhifədən ibarət müqavilənin sonuncu səhifəsində tərəflərin imza qrafasında qarşı tərəfin imzası olsa da, iddiaçı tərəfindən imza icra edilməmiş, lakin həmin müqavilə üzrə borc öhdəliyi müəyyən olunmuşdur. Tərtib edilmiş müqaviləyə qanunsuz olaraq, iddiaçının xəbəri olmadan barəsində əldə olunmuş anket məlumatları əlavə edilmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 324.1, 333.1, 333.3, 337.1, 337.2 və 337.4-cü maddələrinə istinad olunmuşdur.
6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli, 2(004)3028/2022 saylı qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (ha kim O.Məmmədli).
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının 2022-ci il 21 oktyabr tarixli, 2(102)-5871/2022 nömrəli qərarı ilə iddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli, 2(004)-3028/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim İ.Xəlilov, hakimlər B.Qəribov və S.Kərimov).
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 fevral tarixli, 2-2(113)-413/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim L.Əliyeva).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli müqavilə cavabdehin adından imzalansa və üzərinə möhür vurulsa da id diaçının adından imzalanmamışdır.
10. MM-nin 324, 337.1 və 405.1-ci maddələrinin tələblərindən göründüyü kimi, tərəflər arasında müqavilənin bağlanması üçün ilk növbədə ikitərəfli və ya daha çoxtərəfli iradə ifadəsinin mövcudluğu tələb olunur. Belə bir iradə ifadəsi mövcud olmadığı halda müvafiq müqavilə bağlanmış hesab edilə bilməz. Əqdin bağlanmasına dair tərəflərin iradə ifadəsinin mövcud olmadığı bağlanmamış əqddən fərqli olaraq, etibarsız əqdlərdə tərəflər arasında müqavilənin mühüm şərtləri barədə razılaşma, yəni əqdin bağlanmasına tərəflərin iradə ifadəsi mövcud olur, yəni həmin əqd bağlanır. Lakin etibarsız əqdlərin bağlanması zamanı tərəflərin iradə ifadəsi mövcud olsa da, həmin iradə ifadəsi ya qüsurlu olur, yəni iradə ifadəsi ilə həqiqi iradə arasında vəhdət pozulur və ya əqdin etibarlılığının digər şərtlərindən hər hansı birinə (əqdin subyekt tərkibinə, əqdin məzmununa və əqdin formasına dair şərtlərə) riayət olunmur.
11. Hazırkı halda iddiaçı mübahisəli müqavilənin etibarsız hesab edilməsinə dair tələbinə əsas kimi müqavilənin onun tərəfindən imzalanmamasına və onun həmin müqavilənin mövcudluğundan məlumatlı olmamasına, yəni faktiki olaraq müqavilənin bağlanmasına dair iradə ifadəsinin mövcud olmamasına istinad etmişdir ki, göstərilən hal (tərəfin əqdin və ya onun müvafiq hissəsinin bağlanmasına dair iradəsini başqa formada ifadə etmədiyi halda) müqavilənin etibarsız hesab edilməsi üçün deyil, bağlanmamış hesab olunması üçün əsas qismində çıxış edə bilər.
12. Digər tərəfdən mübahisəli müqavilənin iddiaçı tərəfindən imzalanmaması tərəflər arasında mübahisəli mən zilin içməli su və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair müqavilənin yazılı formada bağlanmamasına dəlalət etmişdir. Hazırkı halda qanunda və ya tərəflərin razılaşmasında müvafiq müqavilənin yazılı formada bağlanmalı olması nəzərdə tutulmadığından yazılı formaya riayət edilməməsi müqavilənin etibarsız hesab olunması üçün əsas vermir. Yaşayış sahəsinin mülkiyyətçisi onunla müvafiq idarə arasında yazılı müqavilənin mövcud olub-olmamasından asılı olmayaraq yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi daşıyır.
13. Bununla yanaşı iddianın əqdin nəticələrinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, birincisi, qanunvericilikdə “əqdin nəticələrinin etibarsızlığı” anlayışı yer almamış dır. Qanunvericiliyin tələblərinə görə, əqd etibarsız hesab edildikdə əqd icra olunduğu halda həmin əqdin etibarsızlığının nəticələri tətbiq edilə bilər ki, hazırkı halda əqd etibarsız hesab edilmədiyindən həmin müqaviləyə münasibətdə əqdin etibarsızlığının nəticələrinin tətbiqi də mümkün deyil. Belə olan halda iddiaçının 2021-ci il xx.xx tarixli, x saylı müqavilənin və onun doğurduğu nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni MM-in 324.1-324.4, 329.1, 337.1 və 405.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.2.1-135.2.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı tərəfi ndən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli, 2-2(103)-464/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 fevral tarixli, e-22(113)-413/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (sədrlik edən – məruzəçi hakim A.Hüseyn, hakimlər V.Baxışova və R.Qurbanov).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələb inə verdiyi hüquqi qiymətləndirmə ilə razılaşmışdır.
18. Birinci instansiya məhkəməsi tərəfindən kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad etməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilmişdir ki, mübahisə predmeti olan sahə mülkiyyət sənədinə əsasən mənzil kimi dövlət qeydiyyatına alınmışdır. İddia tələbi üzrə əqdin etibarsızlığı üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməkdə əsaslı nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 324.1-324.6, 329.1, 337.1, 337.3-337.5 və 405.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.2.1-135.2.4-cü maddələrinə, “Mediasiya haqqınd a” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə, MPM-in 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 324.1, 337.3 və 405.1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 1.7-ci bəndinin tələbləri pozulmuşdur- iddia tələbindən, işin materiallarından və tərəflərin verdiyi izahatdan göründüyü kimi, tərəflər arasında şərtlərlə bağlı hər hansı razılıq mövcud deyildir. Keçirilən məhk əmə prosesləri zamanı cavabdeh belə bir müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclas protokolunda və məhkəmə qətnaməsində cavabdehin nümayəndəsinin müqaviləni təqdim edə bilməməsi öz əksini tapmışdır. Bu da tərəflər arasında müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlməmənin göstəricisidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 1.7-ci bəndinə əsasən, müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin əlavədə tərəflər arasında bağlanan müqavilənin forması müə yyən olunmuşdur. Həmin müqavilənin tərəflər arasında yalnız yazılı bağlanması halı müəyyən edilmişdir. Həmin 2 nömrəli əlavədə açıq-aşkar müqavilə üzrə tərəflərin imza qrafası, hüquq və öhdəlikləri göstərilmişdir. Məhkəmə hansı əsasla müqavilənin yazılı şərtlərlə bağlanmamalı olmaması barədə qənaətini əsaslandırmamışdır.
23. MPM-in 77.1, 88 və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur-məhkəmə qətnaməsində iddiaçı tərəfindən təqdim edilmiş mövcud sübutlara düzgün hüquqi qiymət verməmişdir. İki səhifədən ibarət müqavilənin sonuncu səhifəsində tərəflərin imza qrafasında qarşı tərəfin imzası olsa da, iddiaçı tərəfindən imza icra edilməmiş sənəd üzrə onun üzərinə borc öhdəliyi müəyyən olunmuşdur. Tərtib edilmiş müqaviləyə qanunsuz olaraq, iddiaçının xəbəri olmadan barəsində əldə olunmuş ank et məlumatları müqaviləyə əlavə edilmiş və sənəd imza edilməmiş icra halına gətirilmişdir.
24. Habelə, məhkəmə qətnamədə müqavilənin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs barəsində olan normalarını sadalasa da qətnaməni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi üçün kommunal xidmətlərə görə haqqın ödənilməsinə dair normasının tətbiqi ilə əsaslandırmışdır. Lakin müqavilədən görünür ki, müqavilə 2 saylı əlavədə müəyyən edilmiş hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə bağlanmış (əslində bağlanmamış) olsa da, məhkəmə yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilə şərtlərinə istinad etmişdir.
25. Bundan əlavə, iddiaçı həmin mənzili 2021-ci il 27 yanvar tarixində çıxa rış əldə etməklə ünvan 2 ünvanındakı mənzilini sataraq yaşamaq üçün almış və mənzildən yalnız yaşayış məqsədi ilə istifadə edilmiş, iddiaçının hazırkı qeydiyyat ünvanına haradan və nə vaxt qeydiyyatdan keçməsinə baxan zaman bu hal açıq-aşkar görünür. Məhkəmənin istinad etdiyi VÖEN isə bundan uzun müddət əvvəl, 2004-cü il 28 aprel tarixində alınmışdır və həmin VÖEN üzrə vergi ödəyicisi kimi başqa bir fəaliyyətlə əlaqədar olmuşdur. Nə cavabdeh orqan, nə də məhkəmə yaşayış mənzilinin hansı kommersiya fəaliyyətində istifadə edilməsini göstərə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçü n onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətini n əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.” “Maddə
329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 33 7.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....”
30. Azərbayca n Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mənzil Məcəlləsinin müvafiq müddəalarında “Maddə
135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi... 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan....” 31. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
36. Mediasiya xərcləri... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....”
32. Azərbaycan Respublikas ının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzə rə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq ba xılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
35. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, tərəflər arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizi ki şəxslərlə bağlanan” 2021-ci il xx.xx tarixli, x saylı müqavilə iddiaçı tərəfindən imzalanmasa da, iddiaçıya cavabdeh tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir.
37. İddiaçının iddiasının və şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, müqavilənin imza qrafasında iddiaçının imzası olmaması səbəbindən, həmin müqavilə etibarsız hesab edilməlidir.
38. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilinə işə baxan məhkəmələrin mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu Qərarın 9-13, 17-18-ci bəndləri ) və təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir. Kollegiya hesab edir ki, işə baxan məhkəmələrin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normalarının tələblərinə və MPM-nin 14.2, 77.1, 82, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının tələbi üzrə Konstitusiya Məhkəməsinin Plenumunun aşağıdakı qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadı da zəruri hesab edir.
40. «Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar........müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir (F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il ta rixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 3 mart tarixli Qərarı).
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
42. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli, 22(103)-464/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Mə