Məhkəmə qərarları › İş №2-2(102)-622/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-622/2025

29.10.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-622/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətinə Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sənədlərin təqdim edilməsi, auditin keçirilməsinə şəraitin yaradılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi və auditin keçirilməsinə şəraitin yaradılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 iyun tari xli 2-2(103)-598/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. X11, X8 Məhkəməsinin 2011-ci il 29 iyul tarixli, BD 517 171 nömrəli ləğv olunma qərarına əsasən ləğv olunma qərarı qeydə alınmış, evlilik və ya ev ortaqlığına xitam verilmişdir və tərəflərin subay şəxs statusları bərpa olunmuşdur.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 iyun tarixli 10(102)-84/2019 saylı qərardadının surətinə əsasən, X1 Kaliforniya Ali Məhkəməsinin nikaha xitam verilməsi haqqında 2011-ci il 29 iyul tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması barədə ərizəçi X2 nümayəndəsi X4 ərizəsi baxılmamış saxlanılmışdır.

3. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 2023-cü il 11 aprel tarixli, 2(103)-957/2023 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2(102)-3971/2023 nömrəli qərarı iş materiallarına əlavə edilmişdir. Həmin qərarlara əsasən, "xxxx" MMC-nin cavabdeh X3 məxsus təsis payının 1/2 hissəsində İddiaçı payı müəyyən olunmuşdur.

4. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 qeydiyyatı idarəsi tərəfindən verilmiş “Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarış”ın məzmununa əsasən, "xxxx" MMC-nin təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı: X5 25%; X6 - 50%; İddiaçı - 25% təşkil edir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Nümayəndə1 ünv anlanmış 2024-cü il 29 mart tarixli **********362700 nömrəli “müraciətə baxılması barədə” məktubun məzmununa əsasən, "xxxx" MMC-nin təqdim etdiyi bəyannamələri barədə məlumatın həmin cəmiyyətin təsisçisi İddiaçı verilməsi haqqında müraciətə baxılmış və Vergi Məcəlləsinin 30.2-ci maddəsində qeyd olunan məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur. Bildirilmişdir ki, Cəmiyyətin gəlirləri barədə məlumat vergi sirri təşkil edən məlumat hesab olunur və bu məlumatların təsisçiyə verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 65.1.2-ci maddəsində təsərrüfat cəmiyyətinin iştira kçılarının nizamnamədə müəyyənləşdirilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumat almaq və onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüququ, 91.4-cü maddəsində isə cəmiyyətin hər hansı iştirakçısının cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışını tələb etmək hüququ təsbit edilmişdir. Bu baxımdan, "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məlumatın əldə olunması üçün bilavasitə həmin hüquqi şəxsə, bu mümkün olmadığı təqdirdə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

6. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2024-cü il 3 oktyabr tarixli pretenziya məktubuna əsasən, "xxxx" MMC-nin 2011-ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla, bütün illər üzrə vergi xidmətinə təqdim edilən mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsini, cəm iyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olmaq, zəruri sənədlərin surətinin götürülməsi və cəmiyyətin fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının (audit tərəfindən tələb edilən sənədlərin təqdim edilməsi, maliyyə və mühasibatlığa vergi sistemindən giriş və tələb edilən digər zəruri qaydada) təmin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 14 oktyabr tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 2011-ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla, bütün illər üzrə vergi xidmətinə təqdi m edilmiş mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi, cavabdeh MMC-nin maliyyə və mühasibatlıq sənədlərilə tanış olması, zəruri sənədlərin surətinin götürülməsi və fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun keçmiş həyat yoldaşı olan X5 (bundan sonra – “İ.Rüstəmov”) 1986-ci il 16 fevral tarixində rəsmi nikaha daxil olmuş, 2011-ci il 29 iyul tarixində ABŞ-ın Kaliforniya ştatının məhkəmə qərarı ilə nikahları pozulmuşdur. Beləliklə, 2011-ci il 29 iyul tarixindən etibarən tərəflər öz təsərrüfatlarını ayırmışlar. Tərəflər arasında “birgə nikah dövründə əldə edilmiş ə mlakın bölünməsinə dair” davam edən çoxsaylı məhkəmə çəkişməsi nəticəsində iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 13 sentyabr tarixli 2(009)-1971/2018 saylı qətnaməsi ilə cavabdehin təsis payları üzərində mülkiyyət hüquqları əldə edərək, cavabdeh MMC-nin təsisçisinə çevrilmişdir. Cavabdeh tərəfindən müvafiq məhkəmə qətnaməsi icra edilərək, iddiaçıya cavabdeh MMC-də 25% paya münasibətdə təsisçi kimi tanınmışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi tərəfindən Kommersiya qurumunun dövlət reyestrindən çıxarış 2019-cu il 23 iyul tarixində verilsə də, faktiki olaraq qeyd edilən sənəd iddiaçıya 2024-cü ildə verilmişdir. Həmin çıxarışı əldə etdikdən sonra dəfələrlə iddiaçı tərəfindən cavabdehin fəaliyyəti ilə tanış olması barədə şifahi və yazılı müraciətləri olsa da, cavabdehin qanuni təmsilçisi tərəfindən iddiaçının xahiş və müraciəti nəzərə alınmamışdır. İddiaçı tərəfindən qeyd edilən sənədlərin təqdim edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə də müvafiq müraciət məktubu ünvanlanmış və həmin məktuba cavab olaraq DVX tərəfindən 2024-cü il 29 mart tarixli **********362700 saylı məktub verilərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 65.1.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçılarının nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilmək və onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüququnun olduğu vurğulanmış, 91.4-cü maddənin tələbinə istinad edilməklə isə cəmiyyətin hər hansı iştirakçısı nın tələbi ilə illik maliyyə hesabatlarının auditor tərəfindən yoxlanılmasını tələb etmək imkanının nəzərdə tutulması qeyd edilmişdir.

9. Cavabdeh etiraz ərizəsi verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 1 oktyabr tarixli 10(102)-137/2019 saylı qərarı ilə ABŞ Kaliforniya Ali Məhkəməsinin 2011-ci il 29 iyul tarixli qərarı tanınmışdır. Tərəflər arasında bağlanmış nikah X1 Kaliforniya Ali Məhkəməsinin “Nikaha xitam verilməsi haqqında” 2011-ci il 29 iyul tarixli qərarı və “Əmlak bölgüsü haqqında” əlavə edilmiş razılaşma nəticəsində pozulmuşdur. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı öz iradə ifadəsini bildirmiş və Azərbaycan Respublikasındakı əmlakların İ.Rüstəmovun mülkiyyətində qalması şərti ilə razılaşmışdır. Həmin əlavəyə əsasən İ.Rüstəmov tərəfində n iddiaçıya 350.000 ABŞ dolları həcmində pul ödənişi, mebellər və məişət əşyaları ilə birlikdə Kaliforniya, Torrance, Amie prospekti 21102 ünvanında yerləşən daşınmaz əmlak – ev, 2005-ci il buraxılışı olan BMW 525i avtomobili, iddiaçının bütün geyim, cavahirat və zinət əşyaları və s. ödənilmiş və ya mülkiyyətinə verilmişdir. Yəni tərəflər arasında olan razılaşma bu cür olmuşdur ki, hazırkı iş üzrə iddiaçının keçmiş həyat yoldaşı İ.Rüstəmov tərəfindən ona pul ödənişləri edilmiş, əvəzində isə iddiaçı Azərbaycan Respublikasında olan əmlaklara pay hüququ və s. tələblər irəli sürməməli idi. Lakin hazırkı iş üzrə iddiaçı 2018-ci ildə razılaşmanın tələblərini pozaraq Azərbaycan Respublikasında məhkəməyə müraciət edərək, tərəflər arasında nikah müddətində əldə edilmiş əmlakların üzərində qanuni re jim müəyyən edilməsini tələb etmişdir. Yuxarıda sadalanan hallara məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməyərək, cavabdehin təsis payları üzərində iddiaçı mülkiyyət hüquqlarını əldə edərək cəmiyyətin təsisçisinə çevrilmişdir. Göründüyü kimi, ABŞ Kaliforniya Ali Məhkəməsinin 2011-ci il 29 iyul tarixli “Nikaha xitam verilməsi haqqında” qərarı və “Əmlak bölgüsü haqqında” əlavə edilmiş razılaşma ləğv edilməmiş və qüvvəsindədir. Yəni iddiaçı keçmiş həyat yoldaşı tərəfindən birgə nikah dövründə təsis edilmiş cavabdeh MMC-dən pay hüququ tələb etməyəcəyini könüllü olaraq bəyan etmişdir. Yalnız 2018-ci ildə iddiaçı Azərbaycan Respublikasında məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının 2011-2018-ci illər ərzində cavabdehin maliyyə sənədləri ilə tanış olması barədə iddia tələb i əsaslı hesab edilə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 71.4-cü maddəsinin tələblərinə əsasən mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla, qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Yəni cavabdeh tərəfindən 2011-2019-cu illərə dair hər hansı sənədlərin təqdim edilməsi mümkün deyildir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 26 fevral tarixli e-2-2(113)-705/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçının cavabdehin maliyyə və mühasibatlıq sənədləri ilə (2011-ci ildən 2024-cü ilin oktyabr ayı da daxil olmaqla) tanış olması, iddiaçının hesabına cavabdehin maliyyə hesabatlarının auditor yoxlanışı üçün şəraitin yaradılmasının təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmu ş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – Z.Axundova).

11. İşin məhkəmə qətnamələri ilə müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı ilə onun keçmiş həyat yoldaşı olan İ.Rüstəmov 1986-cı il 16 fevral tarixində rəsmi nikaha daxil olmuş, 2011-ci il 29 iyul tarixdə ABŞ-nın Kaliforniya ştatının məhkəmə qərarı ilə nikahları pozulmuşdur. İ.Rüstəmov göstərilən qərarın Azərbaycan Respublikasında tanınması haqqında ərizə ilə Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli qərarı ilə qərar nikahın pozulması hissəsində tanınmışdır. İ.Rüstəmov iddiaçı ilə nikahda olduğu vaxtda bərabər iştirak payı əsasında Musa Rüstəmov ilə birgə cavabdeh MMC-ni təsis etmişdir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 13 sentyabr tarixli 2(009) 1971/2018 nömrəli qətnaməsi ilə cavabdeh MMC-nin İ.Rüstəmova məxsus təsis payı üzərində iddiaçının ½ payda mülkiyyət hüququ tanınmış, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan göründüyü kimi, iddiaçı cəmiyyətdə 25% paya malikdir.

13. Daha sonra iddiaçı cavabdehə müraciət edərək, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olmaq və auditin keçirilməsinə şəraitin yaradılmasını tələb etmiş, lakin müraciət təmin olunmamış, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

14. İddia tələbinin bir hissəsini cavabdehin 2011-ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla bütün illər üzrə vergi xidmətinə təqdim edilmiş mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olması, zəruri sənədlərin surətinin götürülməsi təşkil edir.

15. Qeyd olunduğu kimi, iddiaçının cavabdeh MMC-nin təsisçisi və payçısı olması işin mübahisəsiz halıdır. Ona görə də iddiaçı cavabdeh MMC-nin təsisçisi kimi onun fəaliyyətinə dair məlumat almaq, müvafiq sənədlərlə tanış olmaq hüququna malikdir.

16. Məhkəmə bildirmişdir ki, iddia tələbinin digər hissəsini cəmiyyətin fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının təmin edilməsi təşkil edir. İşin hallarından müəyyən olunduğu kimi, iddiaçı auditin keçirilməsini tələb etsə də, cavabdeh tərəfindən tələbi təmin edilməmiş, auditin keçirilməsi üçün şərait yaradılmamışdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 65.1.2, 87.1, 91.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 82.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 iyun tarixli 2-2(103)-598/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

20. Məhkəmə kolleg iyası qətnaməni iddianın təmin olunan hissəsində yoxlayaraq, sənədlərinin təqdim edilməsinin mümkün olmaması dəlilinə münasibətdə qeyd etmişdir ki, mühasibat uçotu subyekti tərəfindən sənədlər beş ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Sənədlərin saxlanılması qaydasının pozulması qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

21. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən sənədlərin əldə olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmuş, orqan tərəfindən iddiaçıya ünvanlanmış 2024-cü il 29 mart tarixli, **********362700 nömrəli “müraciətə baxılması barədə” məktuba əsasən, cavabdehin təqdim etdiyi bəyannamələri barədə məlumatın cavabdeh MMC-nin təsisçi si olan iddiaçıya verilməsi haqqında müraciətə baxılmış və Vergi Məcəlləsinin 30.2ci maddəsində qeyd olunan məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur. Bildirilmişdir ki, cavabdehin gəlirləri barədə məlumat vergi sirri təşkil edən məlumat hesab olunur və bu məlumatların təsisçiyə verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Cavabdehin fəaliyyəti ilə bağlı məlumatın əldə olunması üçün bilavasitə həmin hüquqi şəxsə, bu mümkün olmadığı təqdirdə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

22. Belə ki, “Kommersiya sirri haqqında” Qanunun 4.1.4-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabat larında olan məlumatlar kommersiya sirri təşkil edir. Həmçinin qanunun 17-ci maddəsində kommersiya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edən və ya yayan şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı, dövlət orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan kommersiya sirrini qorumağa borclu olduqları təsbit olunmuşdur.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq vergi orqanın tələb olunan sənədləri təqdim etmək səlahiyyəti olmadığından cavabdehin dəlilləri əsassızdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.1, 65.1.2, 87.1, 91.4, 98.1, 99.1, 99.2, 102.4, 106-1.1, 106-1.2, 106-1.3, 107-6.3-cü, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.3, 16.1-ci, “Komm ersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4, 17-ci, MPM-in 4.3, 4.6, 14.2, 77.1, 106.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. MM-in 324.1, 389, 404.1-ci maddələri üzrə - ABŞ Kaliforniya Ali Məhkəməsinin 2011-ci il 29 iyul tarixli “Nikaha xitam verilməsi haqqında” qərarı və “Əmlak bölgüsü haqqında” əlavə edilmiş razılaşma ləğv edilməmiş və qüvvəsindədir. Yəni, iddiaçı keçmiş həyat yoldaşı tərəfindən birgə nikah dövründə təsis edilmiş MMC-dən pay hüququ tələb etməyəcəyini könüllü olaraq bəyan etmişdir. Ya lnız 2018-ci ildə Azərbaycan Respublikasında məhkəməyə müraciət etmişdir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71.4-cü maddəsi, Avropa Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” 1997-ci il 19 mart tarixli qərarı üzrə Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Yəni cavabdeh tərəfindən 2011-2019-cu illərə dair hər hansı sənədlərin təqdim edilməsi mümkün deyildir. Məhkəmə iddia tələbini təmin edən zaman on un icra edilə bilməyəcəyini, yəni müvafiq sənədlərin məhv edilməsini nəzərə almamışdır. Məhkəmə iddia tələbini təmin edən zaman onun icra edilə bilməyəcəyini, yəni müvafiq sənədlərin məhv edilməsini nəzərə almamışdır.

28. MPM-in 76.1, 76.2, 76.3, 77, 88, 217, 218-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 2019-cu il 18 mart tarixdə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarı, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli qərarı üzrə - Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, cavabdehin mövqeyini təkzib edən hallar qətnamədə əsaslandırılmamışdır.

29. MPM-in 50.3-cü maddəs i üzrə - İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı iddia tələbi üzrə cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. İddiaçı müvafiq məlumatları vergi orqanından əldə etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

31. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi xahiş edilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin olunan hissəsində yoxlamışdır.

32. Kassasiya instansiyası məhkəməsi tə rəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mül ki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....” “Maddə

65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:... 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər;...” “Maddə

87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin f əaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır....” “Maddə

91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə... 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir....” “Maddə

98. Səhmdar cəmiy yəti 98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır....” “Maddə

99. Açıq səhmdar cəmiyyəti 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri; 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri; 99.2.4. ida rəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; 99.2.5. idarəetmə strukturu; 99.2.6. inkişaf siyasəti; 99.2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; 99.2.8. idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; 99.2.9. investisiyaların həcmi və mənbəyi; 99.2.10. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; 99.2.11. ictimai layihələr....” “Maddə

102. Səhmdar cəmiyyətinin nizamnaməsi... 102.4. Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir....” “Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.2. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağın ın çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən so nra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. …” “Maddə 107-6. Səhmdarların ümumi yığıncağının protokolu... 107-6.3. Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.” 34. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Mühasibat uçotunun məcburiliyi... 3.3. Mühasibat uçotu subyektində baş mühasib mühasibat uçotunun aparılmasını, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsini, uçotun formalaşdırılmasını və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir....” “Maddə

16. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət 16.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar....” 35. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

4. Kommersiya sirri hesab edilən məlumatlar... 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar;...” “Maddə

17. Bu Qanunun pozulmasına görə məsuliyyət 17.1. Kommersiya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edən və ya yayan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 17.2. Dövlət orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan kommersiya sirrini qorumağa borcludurlar. Bu məlumatlar ancaq müvafiq qanunvericiliklə nəzərdə tutulmuş hallarda açıqlana bilər.”

36. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə

71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması... 71.4. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qa nunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmə nin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığını bildirir və cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə əlavə olaraq aşağıdak ıları qeyd edir.

39. İddiaçının keçmiş həyat yoldaşı tərəfindən birgə nikah dövründə təsis edilmiş MMC-dən pay hüququ tələb etməyəcəyini könüllü olaraq bəyan etməsinə dair dəlillər üzrə - MPM-in 4.1 və 4.2-ci maddələrinin tələblərinə (bax § 37) görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Bu baxımdan, məhkəmə kollegiyası vurğulayır ki, hər hansı şəxsin məhkəməyə müraciət etmək hüququnun yazılı və ya şifahi razılaşma ilə məhdudlaşdırılması yolverilməzdir və istənilən halda, belə məhdudlaşdırma mötəbər hüquqi əsaslara söykənmir. İşin məhkəmə lər tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, iddiaçı, cavabdeh MMC-nin müvafiq təsis payı üzərində mülkiyyət hüququna malikdir. Hazırkı iddianı qaldırmaqla iddiaçı özünün təsisçilikdən irəli gələn və qanunla qorunan hüququnu reallaşdırmağa çalışır.

40. Mühasibat uçotu sənədlərinin 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalı olmasına, yəni cavabdeh tərəfindən 2011-2019-cu illərə dair hər hansı sənədlərin təqdim edilməsi mümkün olmamasına dair dəlillər üzrə - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71.4-cü maddəsinin tələblərinə (bax § 36) görə, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Həmin normadan açıq-aşkar göründüyü kimi, Vergi Məcəlləsi mühasibat uçotu sənədlərinin saxlanılmalı olmasının yalnız minimum müddətini (5 il) konkret müəyyən etmiş, lakin həmin müddətdən sonra sözügedən sənədlərin mütləq ləğv edilməsi vəzifəsini nəzərdə tutmamışdır.

41. İddia tələbini təmin edən zaman onun icra edilə bilməyəcəyinin, yəni müvafiq sənədlərin məhv edilməsinin nəzərə alınmamasına dair dəlillər üzrə - əvvəla, mübahisəli sənədlərin məhv edilməsi faktı hazırkı işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. İkincisi və ən əsası isə, qanun məhkəmənin üzərinə qətnamənin icrası zamanı problemlərin yarana biləcəyi səbəbindən, əsaslı iddianın rədd edilməsinə dair hər hansı vəzifə qoymamışdır.

42. Hazırkı iddia tələbi üzrə cavabdehin iddiaya cavab verməli olan şəxs olmamasına, iddiaçının müvafiq məlumatları vergi orqanın dan əldə etməli olmasına dair dəlillər üzrə - MM-in 65.1 və 65.1.2-ci maddələrinin (bax § 33) məzmununa görə, təsərrüfat cəmiyyətinin fəaliyyətinə dair məlumat ala bilmək, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq təsərrüfat cəmiyyətinin iştirakçısının hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hüquqa uyğun olaraq, təsərrüfat cəmiyyətinin fəaliyyətinə dair məlumatları, onun mühasibat kitablarını və digər sənədləri onlarla tanış olmaq üçün təsərrüfat cəmiyyətinin iştirakçısına vermək vəzifəsini vergi orqanı deyil, məhz təsərrüfat cəmiyyəti daşıyır. Digər tərəfdən, qanun bu məqsədlə bilavasitə vergi orqanının üzərinə hər hansı vəzifə də qoymamışdır. Əksinə, “Kommersiya sirri haqqında” Qanunun 4.1.4 və 17-ci maddələrinə (bax § 35) əsasən, qanunvericilikdə nəzərdə t utulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatların kommersiya sirrini təşkil etdiyi; kommersiya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edən və ya yayan şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı, dövlət orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan kommersiya sirrini qorumağa borclu olduqları təsbit edilmişdir. Odur ki, hazırkı iddia tamamilə doğru cavabdehə qarşı qaldırılmışdır.

43. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntula rına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 35) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 35) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

44. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 iyun tarixli 2-2(103)-598/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 iyun tarixli 22(103)-598/2025 nömrəli qətnaməsi dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar