Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-624/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: neqator iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdehnə qarşı “tikilinin sökülməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 2-2(103)-703/2025 nömrəli qətnaməsindən iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 996,60 m2 qeyri-yaşayış binası Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin əmlak “A” və “B” tikilisindən ibarətdir. “A” tikilisinin ümumi sahəsi 985,5 m2, “B” tikilsinin ümumi sahəsi 11,1 m2 olmaqla, cəmi tikili 996,6 m2-dən ibarətdir.
2. Həmin qeyri-yaşayış binasının (anbar və sex binasının) “A” tikilisi hissəsi SOCARın İddiaçı istismarında olan Sabunçu neft nəql sahəsinin mühafizə zonasında yerləşir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istismarında olan S abunçu neft nəql sahəsinin (əsas və aralıq vurma, doldurma stansiyası) mühafizə zonasında, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, giriş 65A ünvanında cavabdehə məxsus qeyri-yaşayış binasının (anbar və sex binasının) “A” tikilisi hissəsinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış binasının (anbar və sex binasının) “A” tikilisi hissəsi iddiaçının istismarında olan olan Sabunçu neft nəql sahəsinin mühafizə zonasında yerləşdiyinə görə sökülməlidir.
4. Cavabdeh nümayəndəsi məhkəmə iclasında idda tələbinə qarşı etirazında bildirmişdir ki, mübahisəli daşınmaz əmlak daha əvvəl peşə məktəbi olmuşdur. Bununla bağlı 2003-cü ildə Təhsil nazirinin imzaladığı məktub var ki, məktəbin bir hissəsində məcburi köçkünlər məskunlaşmışlar, digər hissəsi isə özəlləşdirilməsi üçün verilmişdir. 2003-cü ildən Cəmiyyət torpaq sahəsini və onun daxilində olan tikilini özəlləşdirmişdir. Sahədə yerləşən binalar 1918-ci ildə inşa edilmişdir. Ona görə də 2025-ci ildə iddiaçının irəli sürdüyü tələb əsassızdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 23 aprel tarixli e-2-2(113)-1946/2025 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim: K.Hüseynov).
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən sahə cavabdehin xüsusi mülkiyyətindədir və bu barədə də ona müvafiq olaraq dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin həmin çıxarış və onun verilməsinə əsas ol muş sənədlər mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində müdafiə olunan və qorunan bir hüquqdur. Bu mənada cavabdeh olan mülkiyyətçinin mülkiyyətində olan qeyri-yaşayış binasının öz hesabına sökülməsini və çıxarılmasını tələb etmək və bu iddianın da məhkəmə tərəfindən təmin olunması yolverilməzdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 152.5ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 iyul tarixli 2-2(103)-703/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Mahmudova– sədrlik edən və məruzəçi, Z.Şirinov və L.Əliyeva).
10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iddia tələbinin qanuni əsasının MM-in 152.5-ci və 157.4-cü maddələri təşkil edir. Həmin normalar mülkiyyət hüququnun qorunması ilə əlaqəli olan mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi iddiasının, yəni ne qator iddia ilə bağlı müddəaları tənzimləyir. Neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır: 1. mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2. cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3. həmin hərəkətlər hüquqazidd olmalıdır. İşin hallarından görünür ki, cavabdeh MM-in 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçidir. Bu baxımdan, cavabdeh mülkiyyətçi olduğundan iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməyə haqlı olmamış və onun iddia tələbinin təmin edilməsi üçün hər hansı əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv oluna bilməz.
11. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), 29-cu (İİ və İİİ hissələr), “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Əlavə Protokolun 1-ci, MM-in 5.3, 14.2.1, 139.1, 140, 152.1, 152.2, 152.5, 157.2, 157.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1, 16.6-cı, MPM-in 14.2, 77.1, 81 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. MM-in 6.3-cü maddəs i və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 1999-cu il 2 noyabr tarixli Qanununun 2-ci maddəsinin 1-ci hissəsi üzrə həmin qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edildiyindən həmin obyektlərlə bağlı xüsusi prosedurlar tətbiq etmək zərurətindən irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyy ənləşdirilməsi Qaydaları” qüvvəyə minmiş və MM-in 6.3-cü maddəsinə uyğun olaraq həmin Qaydaların 6.1-ci bəndində İNBK-nin Mühafizə zonasına münasibətdə bir sıra mülki hüquqların məhdudlaşdırılması qaydası əks olunmuşdur.
14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsi üzrə - mübahisəli əraziyə dair hüquqmüəyyənedici sənədlər olduğu halda belə, həmin ərazi neft boru kəmərlərinin mühafizə zonasında yerləşdiyindən orada ucaldılan istənilən tikili fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükəlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndi üzrə - mühafizə zonalarının müəyyən e dilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneə törədir. Bütün bunları nəzərə alaraq mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Göründüyü kimi tikilinin cavabdehin mülkiyyətində olması, onun həmin tikilidən istədiyi kimi istifadə etmək hüququnun olması anlamına gəlmir. Həmin tikilinin inşası zamanı bu Qaydaların tələbləri mütləq nəzərə alınmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh təərfindən kassasiya şikayətinə qarşı etiraz təq dim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tikilinin cavabdehin xüsusi mülkiyyətində olması və müvafiq çıxarışın olması şikayət verən şəxs tərəfindən araşdırılmır. Belə ki, həmin tikilinin cavabdehin mülkiyyətinə verilməsinə dair sənədlər mübahisələndirilmədiyindən halhazırda şikayət verən şəxsin xüsusi mülkiyyətində və artıq uzun müddətdir ki, istifadəsində olan tikilinin sökülməsini tələb etmək cavabdehin xüsusi mülkiyyət hüququnun qəti şəkildə pozulmasıdır. Həmçinin qanuni əlverişli inzibati akt praktikası bunu müəyyən edir ki, xüsusi mülkiyyətdə olan və müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış tikili üzərində mülkiyyət hüququnun pozulması yol verilməzdir. Hal-hazırda şikayət verən şəxs özünün formal mülahizələri əsasında cavabdehin xüsusi mülkiyyətində olan tikilinin sökülməsini tələb edir. Belə ki, tikili qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbi təmin edilə bilməz. Təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Həmçinin həmin tikilinin yerində əvvəllər məktəb olmuşdur. Bu da onu göstərir ki, iddiaçının tələbləri formal mülahizələrə əsaslanmaq cavabdehin uzun müddətdir ki, qanuni və xüsusi mülkiyyətində olan tikilinin sökülməsinə yönəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş edilmişdir. Kassasiya baxışının hədləri
17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bü tövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” “Maddə
29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.”
19. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) f aktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.” “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyə tçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.”
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
23. Kassasiya şikayətində istinad olunan dəlillər isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri, Mülki Məcəllənin 6.1-ci, 152.1-ci maddələri baxımından, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı və “Azərbaycan Respublikasında mənz il fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə mükiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunsa da, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər.
24. Neft boru kəmərlərinin mühafizə zonalarının yaradılması, texniki təhlükəsizlik tədbirlərinin görülməsi, əhalinin həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması legitim və zəruri məqsədlərdir. Dövlət təhlükəsizlik və ictimai maraqlar naminə mülkiyyət hüququnu məhdudlaşdıra bilər.
25. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə və Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən, mülkiyyət hüququna belə müdaxilə yalnız ədalətli kompensasiya ödənilməklə mümkün hesab edilə bilər. Əks halda, bu müdaxilə mütənasiblik prinsipini pozmaqla mülkiyyət hüququnun mahiyyətinə toxunmuş olur.
26. Bu baxımdan, mübahisəli tikilinin təhlükəsizlik və mühafizə zonası tələblərinə görə sökülməsi zəruri hesab edilsə belə, cavabdehin xüsusi mülkiyyət hüququ nəzərə alınmalı, həmin müdaxilə qanuni prosedura uyğun şəkildə və mütləq ədalətli kompensasiyanın ödənilməsi şərti ilə həyata keçirilməlidir. Kompensasiyasız söküntü tələbi isə Konstitusiyanın mülkiyyətin toxunulmazlığı prinsipinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna ziddir.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 22(103)-703/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.