Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-626/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülki hüquq pozuntusundan (delikt) irəli gələn mübahisələr, real zərər, əldən çıxmış fayda, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə “maddi ziyanın, əldə çıxmış faydanın tutulması və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli 22(103)-17/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 1996-cı il 15 oktyabr tarixli 591 nömrəli məktubu nəzərə alınaraq K.Marks prospekti 2062 nömrəli məhəllədə İddiaçınə kiçik qənd zavodunun layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır (Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci il 26 fevral tarixli 160 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamı).
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci il 26 fevral tarixli 160 nömrəli sərəncamı ilə Nərimanov rayonu 2062-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0,31+0, 45 hektar kiçik qənd zavodunun tikintisi üçün verilib (Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 1999-cu il 23 avqust tarixli 99/252 nömrəli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı).
3. Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci il 26 fevral tarixli 160 nömrəli sərəncamı ilə Nərimanov rayonu K.Marks prospekti 2062 nömrəli məhəllədə İddiaçınə qənd zavodunun tikintisi üçün ayrılmış sahənin şərqində əsaslı tikinti yerləşdirməmək şərtilə abadlaşdırılması və yaşıllaşdırılması nəzərdə tutulan ərazinin təqdim etdikləri baş planı ilə tanış olaraq onu razılaşdırır (Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış 2000-ci il 19 may tarixli 18/04P-421 nömrəli məktubu).
4. İdd iaçı tərəfindən onlara ayrılmış torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhəddindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilmişdir (Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 2003-cü il 19 sentyabr tarixli 559 nömrəli sərəncamı).
5. İddiaçınə məxsus Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ünvanında 0,45 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların (obyektlərin) sökülməsi nəticəsində material, işçilik, nəqliyyat xərcləri nəzərə alınmaqla dəymiş zərərin ümumi məbləği 645.370 manat müəyyənləşdirilmişdir (2021-ci il 14 oktyabr tarixli JoggiqejoG nömrəli auditor rəyi).
6. Cavabdeh ATSC tərəfindən Azərbaycan Respublikasının Daxili İ şlər Nazirliyinə 2021ci il 27 oktyabr tarixli məktub ünvanlanaraq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki “taxta bazarı” adlanan (“Hyundai” servislə üzbəüz) ərazidə yüksək gərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonasında mövcud obyektlərin yerləşdiyi ərazidə yüksək gərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonasında yenidən inşa edilən qeyri-qanuni tikililərin sökülməsi və bu tələbləri pozan şəxslərin ərazidən çıxarılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Məktubda qeyd edilmişdir ki, mübahisəli ərazidə olan istifadəçilər ilə görüş keçirilmiş, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 volt dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın tələblərinin pozulması izah edilmişdir. Aparılmış izahat işləri nəticəsində həmin şəxslər 2 gün müddətində mal-materiallarını yığışdırıb ərazidən çıxmışlar. Bundan sonra Cavabdeh ATSC tərəfindən ərazi təmizlənmiş, hasara alınmış və darvaza qoyulmuşdur. Lakin bir aydan sonra 2021-ci il 25 oktyabr tarixində, ərazidə obyektləri boşaldılan şəxslər arasında olmayan, özlərini Qarabağ müharibəsi qazisi adlandıran bir qrup idarə olunan şəxs tərəfindən darvaza sındırılaraq, ərazi yenidən zəbt olunmuş və tikinti işlərinə başlanılmışdır. 7. 110 kV-luq 4-cu “Ramana” və 1-ci “Dərnəgül yüksək gərginlikli hava elektrik verilişi xətlərində baş verən ardıcıl açılmalara görə Cavabdeh ATSC-yə dəyən maddi zərərin qarşısının alınması məqsədi ilə C avabdeh ATSC-nin əməkdaşları Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin nümayəndələri ilə birlikdə tərəfindən 2021-cı il 22 sentyabr tarixdə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektindəki “taxta bazarı” adlanan (“Hyundai” servislə üzbəüz) ərazidə yüksək gərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonasında mövcud obyektlərin istifadəçiləri ilə görüş keçirilmiş, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın tələblərinin pozulması izah edilmişdir. Aparılmış izahat işləri nəticəsində həmin şəxslər 2 gün müddətində malmateriallarını yığışdırıb ər azidən çıxmışlar. Bundan sonra Cavabdeh ATSC tərəfindən ərazi təmizlənmiş, hasara alınmış və darvaza qoyulmuşdur. Lakin bir aydan sonra 2021-ci il 25 oktyabr tarixində, ərazidə obyektləri boşaldılan şəxslər arasında olmayan, özlərini Qarabağ müharibəsi qazisi adlandıran bir qrup idarə olunan şəxs tərəfindən darvaza sındırılaraq, ərazi yenidən zəbt olunmuş və tikinti işlərinə başlanılmışdır. Bununla əlaqədar Cavabdeh ATSC tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş həmin şəxslərlə təkrar görüşlər keçirilərək, narazılıqlarının səbəbləri araşdırılmaqla aradan qaldırılmış və yüksək gərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonasının tələbləri bərpa olunmuşdur (Cavabdeh ATSC tərəfindən İddiaçınə ünvanlanan 2021-ci il 2 dekabr tarixli məktub).
8. AR Kənd Təsərrüfatı Nazir liyi Yanında Aqrar Xidmətlə Agentliyinin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən AZ10J083 dövlət qeydiyyat nişanlı NEW Holland B110B markalı ekskavator hüquqi şəxs "xxxx" ATSCyə məxsusdur (Agentliyin 2023-cü il 29 mart tarixli 3-22-1/2-504/2023 nömrəli məktubu).
9. DİN Baş dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Kamaz 43118 Xüsusi Təy” markalı 99-Jl-264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2016-cı il 2 avqust tarixindən Şimal Elektrik MMC-nin adında qeydiyyatdadır (Baş Dövlət Yol Polisi İdarəsinin 2023-cü il 4 aprel tarixli 3-xxxx/240068/2023 nömrəli məktubu). 10. 2023-cü il 25 avqust tarixli 10/2414 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair ekspert rəyinin n əticə hissəsində qeyd edilmişdir ki, rəyin təhqiqat hissəsində göstərilənləri, mülki iş materiallarında olan məlumatları, təqdim edilmiş video və foto görüntüləri, o cümlədən 2021-ci il 14 oktyabr tarixli auditor rəyini nəzərə alaraq Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ünvanında 0,45 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların (obyektlərin) sökülməsi nəticəsində material, işçilik, nəqliyyat xərcləri nəzərə alınmaqla dəymiş zərərin ümumi məbləği 645.370 manat müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 26 oktyabr tarixində Cavabdeh ATSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya vurulmuş 645.370 manat məbləğində maddi ziyanın, əldən çıxmış fayda olaraq 39.888 manat, mediasiya xərci 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 576 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4də yerləşən tikinti materialları bazarı ona məxsusdur. Torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 1997-ci il 26 fevral tarixli sərəncamı ilə iddiaçıya ayrılmış, həmin ildə hasarlanmış və bazar ərazisi hissələrə bölünərək bir neçə şəxsə icarəyə verilmişdir. 2021-ci il 22 sentyabr tarixində cavabdehin vəzifəli şəxsləri məhkəmə qərarı və xəbərdarlıq olmadan ağır texnika ilə bazara gələrək ərazini dağıtmış, təqdim olunan sənədlərə məhəl qoymadan tikililəri sökmüşlər. Nəticədə iddiaçıya 645.370 manat məbləğində maddi zərər dəymişdir. Zərərin məbləği "xxxx" MMC-nin 2021-ci il 6 oktyabr tarixli qiymətləndirmə rəyi və sərbəst auditor Adıgözəl Musayevin 2021-ci il 14 oktyabr tarixli auditor rəyi ilə müəyyən edilmişdir. İddiaçı mübahisənin mediasiya yolu ilə həllini təklif etsə də, cavabdeh sessiyada iştirak etməmiş, sonradan pretenziya məktubuna da reaksiya verməmişdir. Daha sonra cavabdeh 2021-ci il 2 dekabr tarixli məktubla məhkəmədə qarşılıqlı iddia verəcəklərini bildirərək məsələni həll etməmişdir. İddiaçı əvvəl cə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin 2021-ci il 13 dekabr tarixli qərardadla iddianın qəbulundan imtina edilərək inzibati məhkəməyə müraciət tövsiyə olunmuşdur. Bakı İnzibati Məhkəməsi 2022-ci il 10 mart tarixli qərardadla iddianı mümkün saymamış, apellyasiya instansiyası 2022-ci il 8 iyun tarixli qərardadla bu mövqeni qüvvədə saxlamışdır. Sonradan iddia Səbail Rayon Məhkəməsinə təqdim edilmiş, məhkəmənin 2022-ci il 9 avqust tarixli qərardadı ilə işin kommersiya məhkəməsinə aid olduğu qeyd edilərək iddia qəbul edilməmişdir. Bu qərar da Ali Məhkəmənin 2022-ci il 19 sentyabr tarixli qərarı ilə qüvvədə saxlanılmış və işin aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu təsbit edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. Ca vabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 1997-ci il 26 fevral tarixli 160 nömrəli Sərəncamı və 1999-cu il 23 avqust tarixli 252 nömrəli Ayrıc Aktına əsasən iddiaçıya Nərimanov rayonu, Ziya Bünyadov prospektində kiçik qənd zavodunun layihələndirilməsi və tikintisi üçün 0,31+0,4 ha torpaq sahəsi ayrılmış, 2003-cü il 19 sentyabr tarixli 559 nömrəli Sərəncamla həmin ərazidə inzibati və nümayiş zalının tikintisinə icazə verilmişdir. Lakin bu sahə cavabdehə məxsus 110 kV-luq “Ramana” və “Dərnəgül” yüksək gərginlikli xətlərin mühafizə zonasında yerləşir və tikinti işləri bu zonanın tələblərinə zidd aparılmışdır. İddiaçı ayrılmış torpaqdan təyinatı üzrə istifadə etməmiş, istehsalat tikililəri inşa etmədən ərazini hissələrə bölərək icarəyə vermişdir. Tik inti üçün razılaşdırılmış yeni eskiz layihə məhkəməyə təqdim edilməmişdir. YGHEVX mühafizə zonasında qeyri-qanuni tikililərin yerləşdirilməsi səbəbindən texniki xidmət mümkün olmamış, qəza halları baş vermiş, cavabdehə və istehlakçılara maddi zərər dəymişdir. Mühafizə zonasının boşaldılması barədə edilən xəbərdarlıqlar nəticəsiz qalmış, yalnız 2021-ci ildə hüquq-mühafizə orqanlarının iştirakı ilə ərazi müvəqqəti azad edilmiş, lakin sonradan yenidən zəbt olunmuşdur. Bu zaman ictimai asayişin pozulması cəhdləri polis tərəfindən qarşısı alınmış, sonradan 37 şəxsə ümumilikdə 63.100 manat kompensasiya ödənilmiş və zona bərpa olunmuşdur. Cavabdeh hesab etmişdir ki, iddiaçının istinad etdiyi sərəncamlar təyinatına uyğun icra edilməmiş, torpaq sahəsində onun mülkiyyət və tikinti hüququnu təsdiq ed ən sənədlər mövcud deyil. "xxxx" MMC-nin və auditor Adıgözəl Musayevin rəyləri iddianı sübut etmir, çünki onlar ehtimal xarakterli qiymətlərə əsaslanır və balans sənədləri ilə təsdiqlənməyib. Delikt tərkibinin (zərər, hüquqa zidd əməl və səbəbli əlaqə) heç biri sübuta yetirilmədiyindən, iddiaçının 645.370 manat məbləğində zərər tələbi əsassızdır.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş: - şahid X1 ifadəsində söküntü işləri aparılmış əraziyə yaxın bir yerdə ticarət fəaliyyəti ilə məşğul olduğunu, 2021-ci ilin sentyabr ayının bir günü üzərlərində cavabdehin yazısı olan xüsusi geyim formasında olan şəxslərin gətirdikləri ekskavator tipli buldozer ilə iddiaçının tikinti materialları bazarında olan bütün tikililəri sökdüklərini bildirmişdir. - şahid X5 ifadəsində söküntü işl əri aparılmış ərazidə iddiaçıya məxsus bazarda icarəyə götürdüyü dükanda tikinti materiallarının satışı ilə məşğul olduğunu, 2021-ci ilin sentyabr ayının bir günü cavabdehin əməkdaşlarının gətirdikləri ekskavator tipli buldozer ilə iddiaçının tikinti materialları bazarında olan onun və digərlərinin icarəyə götürdükləri dükanları sökdüklərini bildirmişdir. Həmçinin izahatında söküntü işləri aparan şəxslərin üzərində cavabdehin yazısı olan xüsusi geyim formasında olduqları, bir nəfərin hətta əvvəllər həmin əraziyə gəlib yüksək gərginlik xəttində təmir işləri apardığını, ağır texnikaların bəzilərinin üzərində cavabdehin yazılarının olduğunu bildirmişdir. Bununla yanaşı, cavabdehə məxsus ekskavatorun söküntü işləri apararkən dükanların inşası üçün istifadə edilmiş tikinti materiallarını yarars ız vəziyyəti saldığını qeyd etmişdir. - şahid X6 ifadəsində söküntü işləri aparılmış ərazidə iddiaçıya məxsus bazarda icarəyə götürdüyü dükanda tikinti materiallarının satışı ilə məşğul olduğunu, 2021-ci ilin sentyabr ayının bir günü cavabdehin əməkdaşlarının gətirdikləri ekskavator tipli buldozer ilə iddiaçının tikinti materialları bazarında olan onun və digərlərinin icarəyə götürdükləri dükanları sökdüklərini, daha sonra həmin dükanların tikintisi üçün istifadə edilmiş, lakin yararsız vəziyyətə düşmüş tikinti materiallarının cavabdehə məxsus yük avtomobilləri ilə aparıldığını bildirmişdir. Həmçinin izahatında cavabdeh tərəfindən heç bir kompensasiyasının ödənilmədiyini bildirmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 oktyabr tarixli e-2-2(113)-283/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 645.370 manat maddi ziyan, mediasiya xərci kimi 400 manat, dövlət rüsumu kimi ödənilmiş 519,09 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – E.Əliyev).
16. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci il 26 fevral tarixli 160 nömrəli sərəncamına əsasən iddiaçının kiçik qənd zavodunun layihələşdirilməsi və tikintisi üçün Z.Bünyadov prospekti 2062 nömrəli məhəllədə torpaq sahəsi ayrılmış, 2003-cü il 19 sentyabr tarixli 559 nömrəli Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən isə iddiaçı tərəfindən onlara ayrılmış torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhəddindən 3 m daxildə yerləşdirilməsi şər tilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilmişdir. İddiaçı 1999-cu il 23 avqust tarixli 99/252 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktında abadlaşdırma sahəsi kimi qeyd edilmiş hissəsində yüksək gərginlik xətlərin altında tikinti materialları satışı bazarı inşa etmiş və həmin bazarda olan dükanları icarəyə vermişdir. 2021-ci il 22 sentyabr tarixində həmin əraziyə gələn şəxslər ekskavator tipli buldozer texnikası ilə bazarda olan dükanları sökərək, daha sonra həmin dükanların tikintisi üçün istifadə edilmiş, lakin yararsız vəziyyətə düşmüş tikinti materiallarını özlərinə məxsus yük avtomobilləri ilə aparmışlar.
17. Cavabdeh etir azında söküntü işlərinin özləri tərəfindən deyil, məhz iddiaçı tərəfindən aparıldığını bildirsələr də, bununla bağlı sübut təqdim etməmişlər, məhkəmə baxışında isə həmin söküntü işlərinin məhz cavabdehin əməkdaşları tərəfindən aparıldığı sübuta yetirilmiş, belə ki, söküntü işləri aparan şəxslərin üzərində cavabdehin yazısı olan xüsusi geyim olmuş, ağır texnikanın üzərində cavabdeh yazıları, hətta “Kamaz 43118 Xüsusi Təy” markalı 99-Jl-264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin tabeliyində olan "xxxx" MMC-nin adında qeydiyyatda olduğu müəyyən edilmişdir.
18. Həmçinin müəyyən edilmişdir ki, yüksək gərginlik xətlərin altında tikinti materialları satışı bazarı inşa etmiş və həmin bazarda olan dükanlar şahid ifadələrinə əsasən icarəyə verilmişdir.
19. Göründüyü kimi, ünvan 4 ünvanda yerləşən tikinti materialları bazarı kimi fəaliyyət göstərmiş iddiaçı tərəfindən inşa edilmiş dükanlar 2021-ci il 22 sentyabr tarixində heç bir qanuni əsaslar olmadan cavabdehin əməkdaşları tərəfindən sökülmüş və nəticədə 2023-cü il 25 avqust tarixli 10/2414 nömrəli ekspert rəyinə əsasən (bax §10) iddiaçıya 645.370 manat məbləğində zərər dəymişdir.
20. Bununla belə, məhkəmə əldən çıxmış faydaya dair iddia tələbini əsassız hesab etmişdir.
21. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi hissəsində iddia rədd edilməlidir. Belə ki, söküntü işləri aparılmış ərazi 1999-cu il 23 avqust tarixli 99/25 2 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktına əsasən abadlaşdırma sahəsinə aiddir və cavabdehin yüksək gərginlik xətlərinin altında yerləşir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.6, 21.1, 21.2, 152.1, 1096.1, 1096.2, 1097.1-ci; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddələrinə; Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanının 4.10-cu bəndinə istinad etməklə əs aslandırmışdır.
23. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin - iddia tələbinin təmin olunmayan hissəsində ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən - iddianın təmin olunduğu hissədə ləğv, iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli protokol-qərarı ilə "xxxx" ASC hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir (İ cild, i/v 162).
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzini n 2025-ci il 19 fevral tarixli 10/3739 nömrəli ekspert rəyində birinci suala cavab olaraq göstərilmişdir ki, mülki iş materiallarında mübahisə predmeti olan tikilinin ilkin vəziyyəti, texniki göstəriciləri (en, uzunluq, hündürlük), təmirlilik dərəcəsi, həmçinin həmin tikilinin inşası zamanı istifadə edilmiş tikinti materiallarına dair məlumatlar olmadığından tədqiq olunan tikilinin eyni vəziyyətdə bərpa edilməsi üçün (mütəxəssis rəyləri nəzərə alınmadan, fotoşəkillər əsasında) tələb edilən vəsaitin nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. İkinci sual cavab kimi göstərilmişdir ki, mübahisə predmeti olan sökülmüş tikililərin yerləşdiyi ərazidən keçən elektrik xəttinin 110kV gərginlikdə olduğunu və sökülmüş tikililərin hazırda bünövrəsinin mövcud olduğu sahənin 120 kv.m hissə sinin həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttindən 20 metr-dən çox məsafədə olduğunu nəzərə alaraq sökülmüş tikililərin hazırda bünövrəsinin mövcud olduğu sahənin 120 kv.m hissəsinin həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi, digər hissələrinin isə həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Fotoşəkillərdə ekskavator vasitəsilə obyektin sökülməsi, sökülmüş dam, **-JL-*** qeydiyyat nişanlı yük maşınında obyektin sökülmüş parçaları əks olunmuşdur. Videogörüntülərdə ekskavatorun bir neçə altıaçığın damını sökdüyü, daha sonra həmin sökülmüş parçaların xüsusi geyimlərinin üzərində “Abşeron Reş” yazılan şəxslər tərəfindən yük maşınına yığılması, görüntülərdəki sahədə sökülmüş dam parçaları, həmin parçaların yığılaraq ərazidən çıxarılması, bir neçə şəxsin obyektlərin sökülməsini izləməsi əks olunub.
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli 2-2(103)-17/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddiaçıya ayrılmış torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin edilərək, Bakı şəh ər İcra Hakimiyyəti Başçısının 1997-ci il 26 fevral tarixli 160 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonası hüdudları daxilində yerləşməyən 120 kv.m hissəsindən (ekspert rəyindəki plansxemdə göstərilən hissədən) iddiaçının istifadəsinə yaradılmış məhdudiyyət qanunsuz hesab edilərək torpaq sahəsinin həmin hissəsindən iddiaçının istifadəsinə maneçilik törədilməsi cavabdehə qadağan olunması; həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonası hüdudları daxilində yerləşən qalan hissəsindən sistem operatoru ilə razılaşdırılması tələb edilməyən formada iddiaçının istifadəsinə maneçilik törədilməsi cavabdehə qadağan olunması; qalan hissədə həmin iddia tələbinin r ədd edilməsi; qətnamənin - qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və E.Həsənov).
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci il 26 fevral tarixli 160 nömrəli sərəncamına əsasən iddiaçıya kiçik qənd zavodunun layihələşdirilməsi və tikintisi üçün Z.Bünyadov prospekti 2062 nömrəli məhəllədə torpaq sahəsi ayrılmış, 1999-cu il 23 avqust tarixində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçının istifadəsinə (icarəyə) verilən torpaq sahəsinə dair 99/252 nömrəli ayrıc aktı tərtib edilmiş, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 2003-cü il 19 sentyabr tarixli 559 nömrəli sərəncamına əsasən isə iddiaçıya onlara ayrılmış to rpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhədindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilmişdir.
29. Digər tərəfdən işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci il 26 fevral tarixli 160 nömrəli sərəncamına əsasən ayrılmış torpaq sahəsində iddiaçı tərəfindən tikinti materialları satışı bazarı inşa edilmişdir. 2021-ci il 22 sentyabr tarixində əraziyə gələn şəxslər buldozer vasitəsilə bazarda olan dükanları sökərək, daha sonra həmin dükanların tikintisi üçün istifadə edilmiş, lakin yararsız vəziyyətə düşmüş tikinti materiallarını özlərinə məxsus yük avtomobilləri ilə aparmışlar.
30. İddiaçı onlara məxsus tikinti materialları satışı bazarının cavabdeh tərəfindən söküldüyünü bildirərək bazarın sökülməsi nəticəsində ona dəymiş real maddi zərərin, əldən çıxmış faydanın tutulması, eləcə də torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Cavabdeh isə sökülmüş tikililər üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığından tikililərin sökülməsi nəticəsində iddiaçının hüquqlarının pozulmamasını, yəni iddiaçının tikililərin sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməyə dair subyektiv hüquqa malik olmamasını; mübahisəli tikililərin onlar tərəfindən deyil, naməlum şəxslər tərəfindən sökülməsini; zərərinin məbləğinin mötəbər sübutlarla müəyyən edilməməsini; eləcə də iddiaçıya ayrılmış torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşdüyündən həmin torpaq sahəsindən elektrik şəbəkələrin mühafizə qaydalarına riayət etməklə istifadə edilməli olmasını əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir.
31. Kollegiya qeyd etmişdir ki, tikinti bazarının sökülməsi nəticəsində dəymiş zərərin (həm real zərər, həm də əldən çıxmış fayda) əvəzinin ödənilməsi tələbinə dair hissədə iddianın qanuni əsasını MM-in 21.1, 1096.1 və 1097.1-ci maddələri təşkil edir. Həmçinin, deliktdən irəli gələn maddi zərərin ödənilməsi tələbinə dair işlərə baxılarkən məhkəmə cavabdeh tərəfindən təqsirli hüquqazidd əməl törədilməsini, iddiaçıya maddi zərər vurulması, hüquqazidd əməllə dəymiş zərər arasında səbəbli əlaqənin mövcud olmasını, eləcə d ə zərərin məbləğini müəyyən etməlidir.
32. Kollegiya ilk növbədə tikinti bazarının sökülməsi nəticəsində iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulub-pozulmaması, yəni iddiaçının sökülmə nəticəsində dəymiş zərəri tələb etməyə dair subyektiv hüquqa malik olub-olmaması məsələsinə münasibətdə qeyd etmişdir ki, mübahisəli tikinti bazarının iddiaçıya ayrılmış torpaq sahəsində, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olduğu dövrdə inşa edilməsi, tikilinin böyük hissəsinin yüksək gərginlikli elektrik xətlərin mühafizə zonasında yerləşməsinə baxmayaraq həmin tikili inşa edilərkən cavabdehdən icazə alınmaması və həmin tikililər üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmaması işin mübahisəsiz hallarıdır. Odur ki, iddiaçının MM-in 139.1 və 178.2-ci maddəsinin tələbləri baxımından həmin tikililər üzərində mülkiyyət və digər əşya hüququna malik olmaması açıq-aşkardır.
33. Lakin kollegiya eyni zamanda onu da nəzərə alır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən İnsan Hüquqları və Əsas azadlıqlarının müdafiəsi barədə Avropa Konvensiyasının 1 nömrəli protokolunun 1 nömrəli maddəsində nəzərdə tutulmuş əmlak anlayışı müstəqil xarakter daşımaqla həm mövcud əmlakı, həm də şəxsin barəsində əsaslı və “qanunauyğun gözləmək” hüququna malik olduğu aktivləri, o cümlədən tələbetmə hüquqlarını əhatə edir. Həmin anlayışa daşınar və daşınmaz əmlakla yanaşı əmlak maraqları daxildir. Odur ki, milli qanunvericiliklərin formal bölgüsünə əsasən mülkiyyət hesab edilməyən əmlak xarakterli hüquq və maraqlar da 1 nömrəli protokolun 1-ci maddəsinin mü dafiəsi altına düşür (Depal Fransaya qarşı, Broniovski Polşaya qarşı, Beyeler İtalyaya qarşı iş üzrə qərarlar).
34. Hazırkı halda mübahisəli tikililər iddiaçıya ayrılmış torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş, iddiaçı uzun illər ərzində (15-dən artıq yaxın müddət) həmin əmlakdan maneəsiz olaraq istifadə etmiş, ondan gəlir əldə etmiş, dövlət orqanları, eləcə də yüksək gərginlikli elektrik xətlərinin istismarçısı olan və mühafizə zonalarının rejiminin qorunmasına nəzarət edən cavabdeh tərəfindən həmin tikililərinin mühafizə zonasında inşa edilməsinə və istifadə edilməsinə göz yumulmuşdur. Odur ki, iddiaçının həmin tikililərə dair əmlak xarakterli marağının və əmlak üzərində hüquqlarının gələcəkdə rəsmiləşdiriləcəyinə dair əsaslı gözləntinin mövcud olması şübhə doğurmur.
35. Belə olan halda, iddiaçının mübahisəli tikililərə dair əmlak xarakterli maraqları İnsan Hüquqları və Əsas azadlıqlarının müdafiəsi barədə Avropa Konvensiyasının məqsədləri baxımından “əmlak” anlayışına daxil olmaqla həmin maraqların qorunması konvensiyanın 1 nömrəli protokolunun 1 nömrəli maddəsinin təsiri altına düşür. Belə olan halda isə iddiaçı sözügedən əmlak xarakterli maraqlarının obyekti olan həmin tikililərin sökülməsi, yəni əmlak xarakterli maraqlarının pozulması nəticəsində dəymiş zərəri tələb etmək hüququna malikdir.
36. İşin digər mübahisəli halını tikililərinin söküntüsünün cavabdeh tərəfindən aparılıbaparılmaması təşkil edir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, birincisi, iş materiallarına əlavə edilmiş video və fotoşəkillərdən görünür ki, söküntü işləri aparan şəxslərin üzə rində cavabdehin Abşeron REŞ yazısı olan xüsusi geyim olmuş, bundan əlavə sökülmüş mağazaların tikinti qalıqları cavabdehin tabeliyində olan “X4” MMC-nin mülkiyyətində olan “Kamaz 43118 Xüsusi Təy” markalı 99-Jl-264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yığılmışdır. İkincisi, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1, X5 və X6 verdikləri ifadələrində tikinti bazarının cavabdehin işçiləri (cavabdehin adı olan xüsusi geyimli şəxslər) tərəfindən gətirilmiş buldozer tərəfindən sökülməsi faktını təsdiq etmişdir. Üçüncüsü, cavabdeh tərəfindən iddiaçıya və Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubların, eləcə də cavabdehin hazırkı iddiaya etirazın məzmunundan da göründüyü kimi, cavabdeh iddiaçıya və bazarda işləyən şəxslərə mühafizə zonasının boşaldılması barədə xəbə rdarlıqlar etməsini, eləcə də həmin ərazi boşaldıldıqdan sonra ərazinin onun tərəfindən təmizlənməsi, hasarlanması və darvaza qoyulması faktlarını inkar etmir. Bununla yanaşı, cavabdehin nümayəndəsi və vəkili də apellyasiya instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatda sökülmüş bazarın tikintisində istifadə olunmuş tikinti materiallarının qalıqlarının cavabdeh tərəfindən təmizlənməsini faktını təsdiq etmişdir.
37. Bununla bağlı kollegiya “naməlum” şəxslər tərəfindən sökülmüş bazarın tikinti qalıqlarının söküntüdən dərhal sonra cavabdeh tərəfindən təmizlənməsi barədə cavabdehin dəlillərini ağlabatan və inandırıcı hesab etməyərək ərazinin cavabdeh tərəfindən təmizlənməsi faktını söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılmasını dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirmi şdir.
38. Məhkəmə həmçinin onu da nəzərə almışdır ki, cavabdehin bazarın yerləşdiyi yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına nəzarət edən qurum olaraq həmin tikililərin boşaldılması barədə iddiaçıya dəfələrlə xəbərdarlıq etməsi, tikililər söküldükdən və ərazi təmizləndikdən sonra ərazinin cavabdeh tərəfindən mühafizə edilməsi və iddiaçının həmin əraziyə girişinin məhdudlaşdırılması (həmin fakt cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təsdiq edilmişdir) kimi faktiki hallar cavabdehin həmin əmlakların sökülməsində maraqlı olmasına, eləcə həmin sökülmədən faydalanan şəxsin də məhz cavabdeh olmasına dəlalət edir.
39. Belə olan halda kollegiya hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsində yerləşən tikinti bazarının cavabdeh tərəfindən sökülməsi iş materiallar ında olan sübutların məcmusu ilə öz təsdiqini tapır.
40. Kollegiya tikililərinin cavabdeh tərəfindən sökülməsinin hüquqazidd əməl olubolmaması ilə bağlı isə qeyd etmişdir ki, tikinti obyektinin sökülməsi əsasları və qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əsasən tikililərin sökülməsi həmin maddədə göstərilən əsaslar olduğu halda və yalnız Fövqəladə Hallar Nazirliyinin və ya məhkəmənin (sökülmə əsaslarından asılı olaraq) qərarı əsasında həyata keçirilə bilər. Odur ki, hazırkı halda mübahisəli tikilinin yüksək gərginlikli elektrik xətlərin mühafizə zonasında inşa edilməsi cavabdehə həmin tikilini müvafiq orqanın (FHN və ya məhkəmə) qərarı olmadan sökmək hüququ vermir. Belə olan halda, mübahisəli tikililərin cavabdeh tərəf indən sökülməsi hüquqazidd əməl kimi qiymətləndirilməlidir.
41. Cavabdeh tərəfindən törədilmiş hüquqazidd təqsirli əməl nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləğinə gəldikdə kollegiya qeyd etmişdir ki, 2021-ci il 14 oktyabr tarixli auditor rəyi ilə iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ünvanında 0,45 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların (obyektlərin) sökülməsi nəticəsində material, işçilik, nəqliyyat xərcləri nəzərə alınmaqla dəymiş zərərin ümumi məbləği 645.370 manat məbləğində müəyyənləşdirilmişdir.
42. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 25 avqust tarixli 10/2414 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair ekspert rəyi ilə iş materiallarında olan sübutlar, o cümlədən auditor rəyi nəzər ə alınmaqla iddiaçıya dəymiş zərərin məbləğinin 645.370 manat məbləğində olması öz təsdiqini tapmışdır.
43. Cavabdeh tərəfindən auditor rəyinin və onun əsasında verilmiş ekspert rəyinin mötəbərliyi mübahisələndirildiyindən iş üzrə təkrar ekspertiza təyin edilərək ekspert qarşısında mütəxəssis rəyləri nəzərə alınmadan iş materiallarında olan fotoşəkillərə əsasən dəymiş zərərin müəyyən edilməsi barədə sual qoyulmuş, ekspert rəyi ilə tədqiq olunan tikilinin eyni vəziyyətdə bərpa edilməsi üçün (mütəxəssis rəyləri nəzərə alınmadan, fotoşəkillər əsasında) tələb edilən vəsaitin nə qədər təşkil etdiyinin müəyyən edilməsinin mümkün olmaması müəyyən edilmişdir.
44. Qeyd edilməlidir ki, cavabdeh iş üzrə alınmış ekspert rəyləri arasında ziddiyyətlərin olmasını əsas göstərərək iş üzrə təkrar ekspertiza tədqiqatının aparılmasının (təkrar ekspertiza təyin edilməsi barədə yazılı vəsatət vermədən) zəruriliyini vurğulamışdır.
45. Bununla bağlı kollegiya qeyd etmişdir ki, iş üzrə hər iki ekspertiza tikililərin sökülməsi nəticəsində vurulmuş zərərin, yəni faktiki olaraq hazırda mövcud olmayan tikililərin bərpa edilməsi üçün tələb olunan vəsaitin məbləğinin müəyyən edilməsi məqsədilə ilə təyin edilsə də, məhkəmənin qoyduğu suallara müvafiq olaraq ekspertiza tədqiqatları fərqli sübutlar əsasında aparılmışdır. Belə olan halda, ekspertlərin gəldikləri nəticələrin (birinci ekspert rəyində auditor rəyi nəzərə alınmaqla tikiliyə dəymiş zərərin həcminin və dəyərinin müəyyən edilməsi, ikinci halda isə digər sübutlar əsasında zərərin müəyyən edilməməsi) birbirinə zidd nəticələr kimi qiymətləndirilməsi ü çün əsaslar yoxdur.
46. Bundan əlavə, kollegiya dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə əlavə araşdırmanın aparılmaması barədə qənaətə gələrkən onu da nəzərə almışdır ki, iş üzrə keçirilmiş sonuncu ekspertiza rəyində ekspert mütəxəssis rəyi nəzərə alınmadan tikililərə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsinin qeyri-mümkün olması barədə qənaətə gəlmişdir, odur ki, hazırkı halda əlavə sübutlar təqdim edilmədən iş üzrə təkrar ekspertizanın təyin edilməsi hər hansı bir nəticə verməməklə yanaşı işin lüzumsuz uzadılmasına xidmət edəcəkdir.
47. Birinci ekspert rəyi auditorun verdiyi rəyə əsaslandığından dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün kifayət edən mötəbər sübut kimi qiymətləndirilməli olmaması barədə cavabdehin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, hər h ansı sübutun və sübutların məcmusunun iş üçün əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi üçün yetərli hesab edilib-edilməməsi hər bir konkret halda işin tətbiq edilən sübutetmə standartından asılıdır. Sübutetmə standartları mübahisəli hüquq münasibətində iddia edən şəxsin sübutların əldə edilməsinin faktiki imkanlarından asılı olaraq hər iki tərəfin imkanlarını bərabərləşdirmək və eləcə də publik maraqlarını qorumaq naminə fərqləndirilir. Bu zaman sübutların əksər hissəsinin qarşı tərəfdə olması və ya qarşı tərəfin təqsiri üzündən təqdim edilməsinin mümkün olması nəticəsində iddia edən şəxsin adi sübutetmə standartına xas olan tam həcmdə sübutların təqdim etməsində çətinlik yarandıqda daha aşağı sübutetmə standartı (mötəbərliyin minimal zəruri dərəcəsi) tətbiq edilir.
48. Hazırkı halda tikililərin sökülməsi nəticəsində ona dəymiş zərərin 645.370 manat məbləğində olmasını iddia edən iddiaçının həmin halı təsdiq etmək üçün əlavə sübutları təqdim etmək imkanının məhz cavabdehin qanunsuz əməlləri (tikililər sökülməsi və ərazinin təmizləməsi) nəticəsində məhdudlaşdırıldığını, eyni zamanda mütəxəssis rəyi nəzərə alınmadan zərərin məbləğinin müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda aşağıya salınmış sübutetmə standartı tətbiq edilməklə auditor rəyi nəzərə alınmaqla alınmış ekspert rəyi zərərin məbləğinin müəyyənləşdirilməsi üçün yetərli sübut kimi qiymətləndirilməlidir.
49. Belə olan halda kollegiya hesab etmişdir ki, iddiaçıya dəymiş zərərə görə 645.370 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində birinci insta nsiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
50. Əldən çıxmış faydaya görə 39.888 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
51. Bununla belə, məhkəmə kollegiyası ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı saymamışdır.
52. Belə ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi, əvvəllər mübahisəli tikililərin yerləşdiyi və hazırda cavabdeh tərəfindən mühafizə edilən ünvan 3 ünvanda yerləşən 0,45 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci il 26 fevral tarixli 160 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmışdır.
53. Digər tərəfdən, ekspert rəyinə əsasən həmin sahənin 120 kv.m. hissəsinin (həmin hissənin plan sxemi ekspert rəyində əks olunmuşdur) həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşməməsi, digər hissələrinin isə həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir.
54. Məhkəmə, əvvəla, sözügedən torpaq sahəsinin mühafizə zonasının hüdudları daxilində yerləşməyən 120 kv.m. hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddiaçının torpaq sahəsindən istifadə etmək hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılması üçün qanuni əsaslar mövcud de yildir. Odur ki, iddiaçı torpaq sahəsinin qanuni sahibi kimi MM-in 157.4-cü maddəsinə əsasən həmin torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfin törədilən qanunsuz maneələrə son qoyulmasını tələb etmək hüququna malikdir.
55. Torpaq sahəsinin yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşən qalan hissəsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”nin 1.4-cü bəndində nəzərdə tutulmuşdur ki, həmin tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifa dəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmir, lakin həmin torpaq sahələrində təsərrüfat işlərini apararkən Tələblərə əməl etməlidirlər. Tələblərin 3.1-ci bəndində isə mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aparılan təsərrüfat işləri sadalanmışdır.
56. İstinad edilən Tələblərin məzmunundan da göründüyü kimi, ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri təsərrüfat işlərini apararkən Tələblərə əməl edilməsi şərti ilə həmin torpaqlarından istifadə edə bilərlər.
57. Odur ki, sistem operatoru ilə razılaşdırılması tələb edilən təsərrüfat işlərinin aparılması istisna olmaqla, iddiaçının torpaq sahəsinin istifadəsinin cavabdeh tə rəfindən məhdudlaşdırılması qanuni və əsaslı hesab edilə bilməz.
58. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 157.4, 157.8, 178.2, 1096.1, 1097.1-ci; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1, 95.1.1, 95.1.2, 95.1.3, 95.1.3-1, 95.1.4, 95.2, 95.3, 95.3-1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in 1.4, 3.1.1-3.1.7-ci bəndlərinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
59. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın təmin edilməməsi barəd ə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. MM-in 157.4-cü maddəsi üzrə - Apellyasiya məhkəməsi mübahisəli torpaq sahəsinin mühafizə zonasının hüdudları daxilində yerləşməyən 120 kv.m. hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddiaçının torpaq sahəsindən istifadə etmək hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılması üçün qanuni əsaslar mövcud deyildir. Torpaq sahəsinin yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşən qalan hissəsinə münasibətdə isə, sistem operatoru ilə razılaşdırılması tələb edilən təsərrüfat işlərinin aparılması istisna olmaqla iddiaçının torpaq sahəsinin istifadəsinin cavabdeh tərəfindən məhdudlaşdırılması qan uni və əsaslı hesab edilə bilməz. Lakin apellyasiya məhkəməsi iş üzrə bu nəticəyə gəlməsini şərtləndirən hər hansı sübut növünə istinad etməmiş, torpaq sahəsindən istifadəyə guya cavabdehin məhdudiyyət yaratmasının konkret olaraq nədə ifadə olunmasını və bu halın hansı sübutlarla öz təsdiqini tapdığını əsaslandırmamışdır. Cavabdeh tərəfindən YGEHVX-in mühafizə zonasının qorunması məqsədilə həyata keçirilmiş qanuni tədbirlərin torpaqdan istifadəyə məhdudiyyət kimi qiymətləndirilməsi hüquqi baxımdan əsassız və qeyri-məntiqidir.
61. MM-in 21.1, 21.2, 157.8, 1096.1, 1097.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın müvafiq müddə aları üzrə - Qeyd edilən maddi hüquq normalarının hazırkı iş üzrə mübahisəyə tətbiqi üçün faktiki əsaslar mövcud olmamışdır. Çünki, mübahisəyə MM-in 21.1, 21.2 və 157.8-ci maddələrinin tətbiqi üçün ilk növbədə zərər vurulduğu iddia edilən əmlakın iddiaçıya məxsusluğu və onun həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməli idi. Eləcə də, mübahisəyə MM-in mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyəti nəzərdə tutan 1096.1 və 1097.1-ci maddələrinin tətbiq edilə bilməsi üçün: a) ziyan (zərər) mövcud olmalı; b) bu ziyan (zərər) təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində vurulmalı; c) ziyanla (zərərlə) əməl arasında səbəbli əlaqə müəyyən edilməlidir.
62. Zərər vurulduğu iddia edilən əmlakın xüsusi mülkiyyət hüq uqu ilə iddiaçıya məxsusluğu və onun həmin zərərin əvəzinin ödənilməsini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması ilə bağlı dəlillər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində zərər vurulduğunu iddia etdiyi əmlakın xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı məhkəməyə istifadəyə (icarəyə) verilən həmin torpaq sahəsində özü tərəfindən kiçik qənd zavodunun və ya inzibati və hazır məhsulların nümayişi zalının tikilməsi və həmin tikintilər üzərində xüsusi mülkiyyət hüququnun olması barədə heç bir sənəd və ya digər sübut təqdim etməmişdir. Göründüyü kimi, ayrılmış torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ olmamışdır və to rpaq sahəsində məhz onun tərəfindən ticarət obyektlərinin tikintisini təsdiq edən sənədlər də mövcud deyildir. Bu isə o deməkdir ki, nə iddia edilən maddi zərərin tutulması üçün əsas olan delikt, nə də ümumiyyətlə iddiaçının cavabdehə qarşı sözügedən zərər tələbi ilə çıxış etməyə subyektiv hüququ olmuşdur. Beləliklə, mübahisəli tikinti bazarının böyük hissəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşməsi, buna baxmayaraq, həmin tikilinin cavabdehdən müvafiq icazə alınmadan inşa edilməsi və bu tikililər üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmaması işin müəyyən edilən mübahisəsiz hallarıdır. Bu faktı apellyasiya məhkəməsi özü də qəbul etməklə, iddiaçının həmin tikililər üzərində mülkiyyət və digər əşya hüququna malik olmamasının açıq-aşkar o lduğunu qeyd edir. Ancaq buna rəğmən apellyasiya məhkəməsi əsassız olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının həmin tikililərə dair əmlak xarakterli marağının və əmlak üzərində hüquqlarının gələcəkdə rəsmiləşdiriləcəyinə dair əsaslı gözləntisinin mövcud olması şübhə doğurmur və belə olan halda iddiaçı sözügedən əmlak xarakterli maraqlarının obyekti olan həmin tikililərin sökülməsi, yəni əmlak xarakterli maraqlarının pozulması nəticəsində dəymiş zərəri tələb etmək hüququna malikdir. Halbuki cavabdeh tərəfindən həmin tikililərin müvafiq icazə olmadan tikintisinə və istifadə edilməsinə heç vaxt etinasızcasına yanaşılmamış, əksinə, dəfələrlə həmin ərazinin yüksək gərginlikli hava xətlərinin mühafizə zonasında yerləşməsi ilə bağlı xəbərdarlıqlar edilmiş, lakin bu xəbərdarlıqlara iddiaçı tər əfindən heç bir məhəl qoyulmamışdır. Digər tərəfdən, iddiaçının 15 ildən çox olan bir müddətdə, xüsusən də mübahisəli ərazinin yüksək gərginlikli hava xətlərinin mühafizə zonasında yerləşdiyini və bu səbəbdən də torpağa dair müvafiq çıxarışın alınması üçün qanunvericilik baxımından müsbət perspektivin olmadığını bildiyi halda, əmlak üzərində hüquqlarının gələcəkdə rəsmiləşdiriləcəyinə dair guya əsaslı gözləntisinin olması ağlabatan və inandırıcı görünmür. Bundan başqa, indiyədək mübahisəli əmlaka dair hüquqlarının qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməsi ilə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, onun mövcud olmayan əmlak xarakterli maraqlarının pozulmasından və “əsaslı gözlənti”dən söhbət gedə bilməz.
63. İddia e dilən ziyanın (zərərin) mövcud olub-olmaması ilə bağlı dəlillər. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində 645.370 manat maddi ziyana məruz qalmasını sübut etmək üçün "xxxx" MMC-nin 2021-ci il 6 oktyabr tarixli mütəxəssis rəyinə və 2021-ci il 14 oktyabr tarixli auditor rəyinə istinad etmişdir. Lakin bu rəylərdə torpaq sahəsində tikintinin məhz iddiaçı tərəfindən aparılması və tikililərin ona məxsus olması barədə sənədlərə istinad edilməmiş, yalnız mal-materialların ehtimal qiymətləri göstərilmişdir. Halbuki, belə aktivlər mövcud olsaydı, onların dəyəri mühasibat uçotu sənədlərində əks olunmalı və məhkəməyə təqdim edilməli idi. Bu səbəbdən sözügedən mütəxəssis və auditor rəyləri, eləcə də onlara əsaslanan 2023-cü il 25 avqust tarixli tikinti-texniki ekspert rəyi ziyanın mövcudluğu nu təsdiq edən sübut kimi qəbul edilə bilməzdi. Təkrar tikinti-texniki ekspertizasının 2025-ci il 19 fevral tarixli rəyində də mübahisəli sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşdiyi və söküntü nəticəsində ziyanın məbləğinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi heç bir mötəbər sübuta əsaslanmayan 2021-ci il tarixli mütəxəssis və auditor rəylərini, eləcə də həmin rəyləri təkrarlayan 2023-cü il ilkin ekspert rəyini üstün tutmuş, ziddiyyətləri aradan qaldırmaq üçün əlavə araşdırma və sübut tələb etməmiş, əsassız olaraq “daha aşağı sübutetmə standartı” tətbiq etmişdir. Beləliklə, iddiaçının cavabdehin təqsirli hərəkətləri nəticəsində 645.370 manat məbləğində maddi ziyana məruz qalması iş materi alları ilə sübuta yetirilməmişdir.
64. İddia edilən ziyanın (zərərin) məhz cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində vurulub-vurulmaması ilə bağlı dəlillər. Apellyasiya məhkəməsi iddia edilən ziyanın cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurulduğunu əsaslandırmaq üçün əsassız olaraq iddiaçıya ayrılmış torpaq sahəsində icarə əsasında fəaliyyət göstərmiş şəxslərin şahid ifadələrinə, video və fotoşəkillərə istinad etmiş, bu materiallarda söküntü işlərini aparan şəxslərin geyimində cavabdehin “Abşeron REŞ” yazısının görünməsi, söküntü qalıqlarının “X4” MMC-yə məxsus **-JL-*** dövlət qeydiyyat nişanlı “Kamaz 43118 Xüsusi Təy.” markalı nəqliyyat vasitəsinə yığılması və cavabdehin ərazini sonradan təmizləməsi hallarını sübut kimi qiymətləndirmişdir. Halbuki, Aqrar Xidmət lər Agentliyinin 2023-cü il 29 mart tarixli məktubuna görə, şahid ifadələrində adı çəkilən AZ10J083 dövlət qeydiyyat nişanlı “New Holland B110B” markalı ekskavator "xxxx" ASC-yə məxsusdur, Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin 2023-cü il 4 aprel tarixli məktubuna əsasən 2016-cı il 2 avqust tarixindən "xxxx" MMC-nin adında qeydiyyatda olan “Kamaz 43118 Xüsusi Təy” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə ümumiyyətlə həmin vaxt, yəni söküntü işləri aparılan zaman ərazidə olmadığı müəyyən edilmiş, bu nəqliyyat vasitəsindən yalnız sonradan mühafizə zonasının təmizlənməsi məqsədilə söküntü qalıqlarının ərazidən yığılıb aparılmasında istifadə olunmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsi cavabdehə məxsus 110 kV-luq 4-cü “Ramana” və 1-ci “Dərnəgül ” YGHEVX-nin mühafizə zonasında yerləşir. AR Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən, bu zonalarda binaların tikintisi, təmiri və sökülməsi yalnız elektrik şəbəkəsinin razılığı ilə mümkündür. Bakı şəhəri İcra Hakimiyyətinin 2003-cü il 19 sentyabr tarixli 559 nömrəli sərəncamında da həmin tələblərə əməl olunması nəzərdə tutulsa da, iddiaçı bu qaydalara riayət etməmiş, torpaqdan təyinatı üzrə deyil, bazar kimi icarəyə verməklə istifadə etmişdir. 2021-ci il 22 sentyabr tarixində cavabdehin əməkdaşları, Nərimanov RİH və Polis İdarəsinin nümayəndələri ilə birlikdə YGHEVX-də baş verən qəzalara görə mühafizə zonasındakı obyekt sahibləri ilə görüş keçirmiş, izaha t işlərindən sonra onlar ərazini könüllü tərk etmişlər. Lakin 2021-ci il 25 oktyabr tarixində bir qrup şəxs tərəfindən ərazi yenidən zəbt olunmuş, buna görə cavabdeh 2021-ci il 27 oktyabr tarixli məktubla Daxili İşlər Nazirliyinə müraciət etmiş, Nazirliyin 2021-ci il 15 noyabr tarixli cavabında ərazinin polis tərəfindən boşaldılaraq cavabdehə təhvil verildiyi göstərilmişdir. Cavabdeh sosial gərginlik yaratmamaq üçün 37 nəfərə ümumilikdə 63.100 manat kompensasiya ödəyərək mühafizə zonasını bərpa etmişdir. Beləliklə, iddiaçının istinad etdiyi 1997-ci il 26 fevral tarixli 160 nömrəli və 2003-cü il 19 sentyabr tarixli 559 nömrəli sərəncamlar icra edilməmiş, torpaq sahəsindən təyinatı üzrə istifadə olunmamış, apellyasiya məhkəməsi isə bu hallara və cavabdehin təqdim etdiyi sübutlara hüquqi qiym ət vermədən birtərəfli qərar qəbul etmişdir. İş materiallarında cavabdehin söküntü işlərini aparmasını təsdiqləyən inandırıcı sübutlar yoxdur, apellyasiya məhkəməsi yalnız dolayı sübutlara əsaslanmış, nəticədə cavabdehin təqsirli olması barədə əsassız qənaətə gəlmişdir. Cavabdeh özünü ziyanın vurulmasında təqsirli bilmədiyi üçün əməl hüquqazidd hesab edilsə belə, onun təqsiri sübuta yetirilməmişdir.
65. MPM-in 386 və 418.1-ci maddələri üzrə -Yuxarıda şərh edilənlərdən göründüyü kimi, mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz. Bu da qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Hesab edirik ki, apellyasiya məhkəməsi tərəfindən yol verilmiş maddi hüquq normalarının pozulması və ya düzgü n tətbiq edilməməsi halları hazırkı iş üzrə MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini şərtləndirir.
66. MPM-in 77.1, 88, 217.1 və 217.3-cü maddələri üzrə - Məhkəmə tərəfindən MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə, qətnamənin qanuniliyinə və əsaslılığına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına dair qeyd olunan maddələrin tələblərinə əməl edilməmiş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı Ayrıc aktı ilə ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd, həmçinin həmin sahədəki ticarət obyektlərinin onun tərəfindən tikilməsini sübut edən (tikinti materiallarının onun vəsaiti hesabına alınmasına dair qaimə-fakturalar, usta və fəhlələrin onun sifarişi ilə işləməsini təsdiq edən sənədlər və s.) heç bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi isə yalnız iddiaçının ehtimal xarakterli qiymətlərinə əsaslanan 2021-ci il 14 oktyabr tarixli auditor rəyinə və ona əsasən tərtib edilmiş 2023-cü il 25 avqust tarixli 10/2414 nömrəli tikinti-texniki ekspert rəyinə əsaslanaraq zərərin məbləğini müəyyən etmiş və onun cavabdeh tərəfindən vurulduğu qənaətinə gəlmişdir. Halbuki ekspert müstəqil araşdırma aparmamış, auditor rəyini köçürmüş, məhkəmə isə delikt faktını mötəbər sübutlarla əsaslandırmadan, ziddiyyətli şahid ifadələrinə əsaslanmışdır. 2023-cü il 29 mart tarixli 3-22-1/2-50 4/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin məktubuna əsasən AZ10J083 dövlət qeydiyyat nişanlı “NEW Holland B110B” markalı ekskavator "xxxx" ASC-yə məxsusdur. Videogörüntülərdə ekskavatorun üzərində "xxxx" loqosu və yazısı aydın görünür. Buna baxmayaraq, şahidlər onun üzərində Cavabdeh yazısının olduğunu bildirmiş, ifadələri icarə müqavilələrindəki məlumatlarla zidd olmuşdur. İddiaçı fotoşəkildə **-JL-*** nömrəli “Kamaz 43118 Xüsusi Təy.” markalı avtomobilin cavabdehə məxsus olduğunu göstərsə də, bunun və həmin şəxslərin söküntüdə iştirakını təsdiqləyən sübut təqdim etməmişdir. Cavabdehin yüksək gərginlikli elektrik xətlərinə texniki xidmət məqsədilə texnikasının ərazidə olması təbii haldır və bu, söküntünün onun tərəfindən aparı lmasını sübut etmir. "xxxx" MMC-nin 2021-ci il 6 oktyabr tarixli mütəxəssis rəyi göstərir ki, mütəxəssis yerə baxış keçirərək ziyanı qiymətləndirmiş, yəni iddiaçıya sübutların əldə edilməsinə heç bir maneə yaradılmamışdır. Buna baxmayaraq, apellyasiya məhkəməsi sübutların kifayət qədər olmaması arqumentini əsaslandırmadan daha aşağı sübutetmə standartı tətbiq etmişdir. Söküntü 2021-ci il 22 sentyabr tarixində aparılmış, 3-4 gün sonra ərazi təmizlənmişdir. Mütəxəssisin 14 gün sonra baxış keçirməklə və ilkin texniki göstəriciləri bilmədən ziyanı müəyyən etməsi inandırıcı deyil. Bir neçə foto və videoya əsasən zərərin dəyərləndirilməsi obyektiv hesab oluna bilməz. Rəydə ehtimala əsaslanan və sənədlərlə sübut olunmayan şişirdilmiş qiymətlər (məsələn, suvanma xərcləri – 18.000 manat, torpaq daş ınması – 139.200 manat) göstərilmiş, lakin təsdiqlənməmişdir. Apellyasiya məhkəməsinin baxışı zamanı sağ divarın iç tərəfinin ümumiyyətlə suvanmadığı müəyyən olunmuşdur. Mütəxəssis özü də ifadəsində həmin ərazinin tikintisində iştirak etdiyini bildirmiş, bu isə rəyi qeyrimötəbər edir. 2023-cü il 25 avqust tarixli 10/2414 nömrəli ekspert rəyi də araşdırma aparılmadan auditor və mütəxəssis rəylərinin köçürülməsi ilə tərtib olunmuşdur və mötəbər sübut sayıla bilməz. Təkrar ekspertiza üzrə 2025-ci il 19 fevral tarixli 10/3739 nömrəli rəy isə fotoşəkillər əsasında ilkin vəziyyəti və texniki göstəriciləri müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Buna baxmayaraq, məhkəmə həmin obyektiv rəyi deyil, mütəxəssis rəyi əsasında verilmiş birinci ekspert rəyinə üstünlük vermiş, prosessual hüquq no rmasını pozmuşdur. Apellyasiya məhkəməsi göstərilən hallara hüquqi qiymət vermədən, yalnız ehtimallara əsaslanaraq söküntü işlərinin cavabdeh tərəfindən aparılması barədə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
67. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin kassasiya şikayətində irəli sürülən arqumentlər - iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması, tikililərin guya naməlum şəxslər tərəfindən sökülməsi, zərərin sübut edilməməsi və torpaq sahəsinin yüksək gərginlikli elektrik xətləri zonasında yerləşməsi barədə iddialar əsassızdır. Apellyasiya məhkəməsi düzgün nəticəyə gələrək müəyyən etmişdir ki, tikililər iddiaçıya ayrılmış torpaq sahəsində onun vəsaiti hesabına inşa edilmiş, iddiaçının uzu nmüddətli faktiki istifadə və əmlak marağı Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mənasında “əmlak” anlayışına daxildir, buna görə də söküntü nəticəsində vurulmuş 645.370 manat məbləğində zərərin ödənilməsi tələbi əsaslıdır. İş materiallarındakı video, foto, şahid ifadələri və cavabdehin öz yazışmaları sübut edir ki, söküntü cavabdehin işçiləri tərəfindən aparılmış, ərazi onların texnikası ilə təmizlənmişdir. Ekspert və auditor rəyləri ilə zərərin məbləği dəqiq müəyyən edilmiş, cavabdehin hərəkətləri nəticəsində əlavə sübutların toplanması mümkün olmamışdır. Həmçinin ekspert rəyinə əsasən torpaq sahəsinin 120 kv.m hissəsi mühafizə zonasına düşmədiyindən, həmin hissədən istifadəni məhdudlaşdırmaq qanunsuzdur və cavabdehin hərəkətləri iddiaçının hüquqlarını pozmuşdur. Məhkə mələr işin hallarını tam, hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də cavabdehin kassasiya şikayəti əsassızdır və Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 16 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya baxışının hədləri
68. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, iddia qismən təmin olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
69. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsəl ələrin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, ə mlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bil ər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi... 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”
71. Azərbaycan Respublikası Şəhərsalma müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
95. Tikinti obyektlərinin sökülməsi və Tikinti Məcəlləsinin müvafiq 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyət ində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikint i obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər....”
72. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə tə sərrüfat işlərinin aparılmasına dair tələblər”in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.... 3.1. Bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: 3.1.1. gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması; 3.1.2. hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (o cümlədən dənizdə, çayda, göldə), dibdərinlətmə, yerqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, bağlar üçün dayaqların quraşdırılması və kənd təsərrüfatı bitkilərinin suvarılması; 3.1.3. dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və başqa elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; 3.1.4. elektrik şəbəkələrinin mühafizə zonalarının altındakı torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi; 3.1.5. sualtı kabel elektrik ve rilişi xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülərin tikintisi, lövbər atılması, ov sahələrinin ayrılması, su bitkilərinin əldə edilməsi, yığılması, məhv edilməsi və heyvanların suvarılması üçün suvatların qurulması; 3.1.6. hava elektrik verilişi xətlərinin mühafizə zonalarından ümumi hündürlüyü yol səthindən 4,5 metrdən artıq olan maşın və mexanizmlərin keçməsi; 3.1.7. yeraltı kabel elektrik verilişi xətlərinin mühafizə zonalarında 0,3 metrdən artıq, şumlanan torpaqlarda isə 0,45 metrdən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması....”
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası cavabdehin kassasiya şik ayətinin dəlillərini aşağıdakı səbəblərdən qismən əsaslı hesab edir.
75. Məhkəmə kollegiyası iddiaçının torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsinə dair iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və apardığı əsaslandırma ilə razılaşdığını bildirir, həmçinin torpaq sahəsindən istifadəyə guya cavabdehin məhdudiyyət yaratmasının konkret olaraq nədə ifadə olunmasını və bu halın hansı sübutlarla öz təsdiqini tapdığını əsaslandırılmamasına, cavabdeh tərəfindən YGEHVX-in mühafizə zonasının qorunması məqsədilə həyata keçirilmiş qanuni tədbirlərin torpaqdan istifadəyə məhdudiyyət kimi qiymətləndirilməsinin hüquqi baxımdan əsassız və qeyri-məntiqi olmasına dair dəlillərlə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd edir. Mübahisəli tikililərin cavabdeh tərəfindən səlahiyyətli dövlət orqanlarının qərarı olmadan qanunsuz sökülməsi, daha sonra həmin dükanların tikintisi üçün istifadə edilmiş, lakin yararsız vəziyyətə düşmüş tikinti materialların cavabdehə məxsus yük avtomobilləri ilə aparılması, tikililər söküldükdən və ərazi təmizləndikdən sonra ərazinin cavabdeh tərəfindən mühafizə edilməsi və iddiaçının həmin əraziyə girişinin məhdudlaşdırılması (həmin fakt cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təsdiq edilmişdir) işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını təşkil edir (apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi qanuni və əsaslı olduğundan hazırda sözügedən məsələ üzrə təkrar hüquqi dəyərləndirmə apa rılmır). Məhkəmə kollegiyası hesab edir ki, həmin tədbirlər nəticə etibarilə iddiaçının müvafiq sərəncamlarla ona ayrılmış torpaq sahəsindən sərbəst (öz mülahizələrinə uyğun şəkildə) istifadə etmək imkanlarını məhdudlaşdırdığından apellyasiya instansiyası məhkəməsi sözügedən məsələ ilə bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.
76. Bundan başqa, məhkəmə kollegiyası zərər vurulduğu iddia edilən əmlakın iddiaçıya məxsus olmadığına, onun həmin zərərin əvəzinin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmadığına dəlilləri də əsassız hesab edir və bununla əlaqədar mübahisələndirilən qətnamədə göstərilənlərdən əlavə olaraq qeyd edir ki, qanunsuz sökülmüş tikililərin müvafiq sərəncamlarla iddiaçıya ayrılmış torpaq sahəsində yerləşməsi və bu sahə ayrıldıqdan sonra inşa olunma sı işin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda, söküntü aparıldıqdan sonrakı dövr ərzində hər hansı digər şəxslər tərəfindən dəyən zərərə dair hazırkı cavabdehə qarşı pretenziyalar, iddialar irəli sürülməsi də işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası sözügedən məsələ ilə əlaqədar da apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
77. Eyni zamanda, məhkəmə kollegiyası iddia edilən zərərin mövcud olub-olmasına və həmin zərərin cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində vurulub-vurulmamasına dair dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etdiyindən bu məsələlərlə əlaqədar təkrar hüquqi dəyərləndirmə aparmır.
78. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 2021-ci il 14 oktyabr tarixli auditor rəyinin və 2023-cü il 25 avqust tarixli ekspert rəyinin mötəbərliyinə, həmin rəydə əks olunmuş zərərin məbləğinə dair rəqəmlərin, eləcə də mal-materialların qiymətlərinin əsassızlığına dair dəlillər isə işin bilavasitə faktiki halları ilə əlaqədar olduğundan məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinə (bax § 73) uyğun olaraq, həmin dəlillərlə hər hansı münasibət bildirmir.
79. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin iddiaçıya dəymiş zərərə görə cavabdehdən 645.370 manat məbləğində pul vəsaitinin tutulmalı olmasına dair nəticəsini məhkəmə kollegiyası qanuni və ədalətli hesab etmir.
80. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı müvafiq sərəncamlarla ona ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş (kiçik qənd zavodunun və ya inzibati və hazır məhsulların nümayiş zalının əvəzinə bazar tikmiş), tikintinin aparılması üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə layihələndirmə-sənədləşdirmə işlərini aparmamış, tikinti obyektlərin lazımi qaydada istismara qəbul olunmamasını təmin etməmiş, həmçinin tikilinin böyük hissəsinin yüksək gərginlikli elektrik xətlərin mühafizə zonasında yerləşməsinə baxmayaraq həmin tikili inşa edilərkən cavabdehdən icazə almamışdır. Yüksək gərginlikli elektrik xətlərinin istismarçısı olan və mühafizə zonalarının rejiminin qorunmasına nəzarət edən cavabdeh isə həmin tikililərinin mühafizə zonasında qanunsuz inşa edilməsinə və 15dən artıq yaxın müddətdə maneəsiz istifadə edilməsinə göz yummuş, qanun pozuntularının qarşısının alınması üçün səlahiyyətlə ri daxilində kəsərli tədbirlər görməmiş, əvəzində isə inşa olunmuş tikililəri qanunsuz (aidiyyəti dövlət orqanlarının qərarı olmadan) sökmüşdür.
81. İşin hallarından göründüyü kimi, mövcud mübahisəli vəziyyət hər iki tərəfin (həm iddiaçının, həm də cavabdehin) yol verdikləri və uzun illər ərzində davam edən çoxsaylı qanun pozuntuları nəticəsində yaranmışdır.
82. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, 645.370 manat məbləğində vurulduğu iddia olunan zərərin cavabdehdən tam şəkildə tutulması nə qanunun tələblərinə, nə də bütövlükdə hüququn təməlində dayanan ədalət prinsipinə uyğundur.
83. Belə ki, MM-in 21.3-cü maddəsinin (bax § 70) imperativ göstərişi ondan ibarətdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçis inin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
84. Baxılan işdə isə apellyasiya instansiyası məhkəməsi MM-in 21-ci maddəsini tətbiq etsə də, yuxarıda istinad olunan normanın hazırkı mübahisəyə tətbiqi imkanlarını ümumiyyətlə qiymətləndirməmiş, nəticədə qəbul edilmiş qətnamə müvafiq hissədə MPM-in 217.1-ci maddəsinə (bax § 73) uyğun olmamışdır.
85. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli 2-2(103)-17/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – real maddi zərərin tutulması hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
86. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən cavabdehdən tutulmalı olan real zərərin həcmini müəyyən edərkən MM-in 21.3-cü maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiqi imkanlarını qiymətləndirməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
87. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli 22(103)-17/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – real maddi zərərin tutulması hissəsində l əğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.