Məhkəmə qərarları › İş №2-2(102)-631/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-631/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-631/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı "icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma" tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 iyun tarixli 2-2(104)-125/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir və sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır.

2. İddiaçı MMC ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kv.m olan qeyri-yaşayış sahəsini 2022-ci il 19 iyul tarixli icarə müqaviləsinə əsasən Cavabdeh 1 il müddətinə icarəyə vermiş və icarə müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçinin ödəyəcəyi məbləğ, icarə haqqı, vergi və digər ödənişlər daxil ümumi olaraq 6.594,60 manat (icarə haqqı 5152 və ƏDV 927,40) və xidmət haqqı 515,20 (ƏDV daxil) manat təşkil edir.

3. İddiaçı MMC tərəfindən icarə predmeti olan ünvan 2 ünvanında yerləşən, sahəsi 736 kv.m olan qeyri-yaşayış sahəsi 2022-ci il 28 iyul tarixində təhvil-təslim aktına əsasən icarəçiyə təhvil verilmişdir.

4. İcarə müqaviləsinin müddəti bitdikdən sonra tərəflər arasında eyni şərtlərlə və eyni icarə haqqı ilə 2023-cü il 12 avqust, 25 dekabr və 2024-cü il 24 may tarixlərində ünvan 2 ünvanında yerləşən, sahəsi 736 kv.m olan qeyri-yaşayış sahəsinin 3 ay müddətinə icarəyə verilməsinə dair notarial qaydada təsdiq edilmiş icarə müqavilələri bağlanmışdır. 5. 3 ay müddətinə 2023-cü il 25 dekabr və 2024-cü il 24 may tarixlərində bağlanmış icarə müqavilələrində icarə müddətinin bitməsindən sonra icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı razılaşma mövcud olmamış və müqavilənin 11.1-ci bəndinə əsasən icarəçi müqavilənin müddəti bitdikdə və ya müqavilə vaxtından əvvəl ləğv olunduqda obyekt i təhvil-təslim aktına əsasən icarəyəverənə tam yararlı vəziyyətdə kommunal borc və üçüncü şəxslər qarşısında öhdəlikdən azad şəkildə geri qaytarmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə 2024-cü il 17 oktyabr tarixində Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş 76.425,81 manat məbləğində vəsaitin (icarə haqqı və maddi ziyan) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ünvan 3 ünvanında yerləşən, sahəsi 736 m2 qeyri-yaşayış sahəsi (bundan sonra – “qeyri-yaşayış sahəsi”) boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir.

7. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, cavabdehlə təmsil etdiyi qurum arasında 2024-cü il 24 may tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi onun müddətli istifadəsinə verilmişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 6.594,60 manat (5.152 manat (15.500,55 manat icarə haqqı, 927,4 manat ƏDV, 515,2 manat xidmət haqqı (kommunal) ödənişi) ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlanılıb. Belə ki, onun müqaviləyə görə, icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyri-yaşayış sahəsinin təxirə salınmadan qaytarılması və borc məbləğinin ödənilməsi barədə cavabdehə elektron sistem üzərindən bi ldiriş ünvanlanmışdır. Obyekt hazırda mebel satışı dükanı kimi fəaliyyət göstərir. Ona ödənişin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi müraciətlərə məhəl qoyulmamış, habelə yaranmış borc ödənilməmişdir.

8. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 13 mart tarixli, e-2-2(115)-128/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – G.Quliyeva).

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2022-ci il 19 iyul tarixində 1 il müddətinə, 2023-cü il 12 avqust tarixində 3 ay müddətinə, 2023-cü il 25 dekabr tarixində 3 ay müddətinə və 2024-cü il 24 may tarixində 3 ay müddətinə icarə müqaviləsi bağlanmış, icarə müqavilələrinə əsasən icarəyəverən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə vermişdir. İcarəyəverən icarə müqaviləsi ilə üzərinə düşən öhdəlik ləri icra etmiş, qeyri-yaşayış sahəsini 2022-ci il 28 iyul tarixində icarəçiyə təhvil vermiş, lakin icarəçi müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam olaraq icra etməmişdir.

10. Belə ki, icarə obyekti olan qeyri-yaşayış sahəsi 2022-ci il 28 iyul tarixindən hazırkı vaxtadək icarəçinin fasiləsiz istifadəsində və sahibliyində olmuşdur. Buna baxmayaraq icarə müqavilələri müddətində icra haqlarını və müqavilələrin müddəti bitdikdən sonra qalan müddət üçün dəymiş ziyanı tam olaraq ödəməmiş, nəticədə onun icarəyəverənə 76.425,81 manat məbləğdə borcu qalmışdır.

11. İddiaçı icarə haqqı və dəymiş ziyan olaraq 76425,81 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı tələbində haqlıdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1, 442, 448.1, 700.1, 700.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 iyun tarixli 2-2(104)-125/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Məcidov, hakimlər – Ş.Rzaquliyev, İ.Həsənov).

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində yoxlayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri etibarsız olmamış, notarial qaydada təsdiqlənməklə tərəflərin iradə ifadələrinə uyğun həqiqi hüquqi nəticələr yaratmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmış və müqavilə şərtləri və icarə qiymətləri tənzimlənmişdir. Tərəflər arasında sonuncu dəfə 3 ay müddətinə 2024-cü il 24 may tarixində bağlanm ış icarə müqaviləsində icarə müddətinin bitməsindən sonra icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı razılaşma mövcud olmamış və müqavilənin 11.1-ci bəndinə əsasən icarəçi müqavilənin müddəti bitdikdə və ya müqavilə vaxtından əvvəl ləğv olunduqda obyekti təhvil-təslim aktına əsasən icarəyəverənə tam yararlı vəziyyətdə kommunal borc və üçüncü şəxslər qarşısında öhdəlikdən azad şəkildə geri qaytarımalıdır. Cavabdeh borcun məbləğini mübahisələndirməmiş və qətnaməni yalnız onun çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində mübahisələndirilmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında sonuncu dəfə 3 ay müddətinə 2024-cü il 24 may tarixində icarə müqaviləsi bağlanmış və müqavilənin müddəti 2024-cü il 24 avqust tar ixində bitmişdir.

17. Belə olan halda, iddiaçının əmlakından cavabdehin hazırkı istifadəsi qeyri-qanunidir və mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. İcarə müqaviləsində 3 aylıq icarə müddəti müəyyən edilmiş və müqavilə müddəti bitdiyindən bildirişin verilməsindən söhbət belə gedə bilməz.

19. Məhkəmə vurğulamışdır ki, cavabdeh iddia tərəfi ilə razılaşdığını və icarə müddətinin uzadıldığını iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh bu münasibətlərin davam etməsinin təsdiqi kimi, hazırki məhkəməyə 2025-ci ilin aprel ayında ödədiyi 18.000 manat pulun qəbzlərini və iddiaçıya ünvanlanmış müraciətini təqdim etmişdir. Cavabdeh tərəfindən ödənilmiş 18.000 manat pul birinci instansiya məhkəməsinin yekun məhkəmə aktı qəbul e dildiyi 2025-ci il 13 mart tarixindən sonra, yəni aprel ayında ödənilmiş və qətnamə ilə müəyyən edilmiş borca görə ödəmədir. Birinci instansiya məhkəməsinin yekun məhkəmə aktından sonra ödənilmiş ödənişlər isə icra mərhələsində cavabdehin borcundan çıxılacaqdır.

20. Eyni zamanda məhkəmə bildirmişdir ki, iddiaçıya ünvanlanmış müraciət icarə müqaviləsinin müddətini uzatmamışdır ki, istər müraciət, istərsə də ödənişlər icarə müddətinin uzadılması kimi qəbul edilmir və iddiaçının iradə ifadəsinin əks olunduğu icarə müqaviləsini əvəz etmir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 21.1, 21.2, 157.2, 385.1, 386.1, 442, 443.1, 445.2, 448.1, 448.2, 675, 689.1, 689.2, 700.1, 700.2-ci, MPM-in 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh k assasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən yəni, qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 690.1, 690.2, 700.1, 700.2-ci maddələri üzrə - İddiaçı 2024-cü il 24 may tarixində bağlanmış icarə müqaviləsinə görə cavabdehə 2024-cü il 16 noyabr tarixində pretenziya irəli sürərək kirayə haqqını və icarəyə götürülmüş əmlakın boşaldılmasını tələb etmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, aralarında bağlanmış icarə müqaviləsinin müddəti 2024-cü il 24 noyabr tarixinədək uzadılmışdır. Həmçinin iddiaçı məhkəmədə mübahisəyə baxılan müddət ərzində də icarə müqaviləsinin pozulması b arədə heç bir yazılı bəyanat verməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyi halda iddiaçının cavabdehdən icarəyə verilmiş əmlakdan çıxarılması barədə tələbi əsassızdır. Lakin məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsində 3 aylıq icarə müddəti müəyyən edilmiş və müqavilə müddəti bitdiyindən bildirişin verilməsindən söhbət belə gedə bilməz. Cavabdeh bununla bağlı qeyd edir ki, məhkəmə sadalan maddi hüquq normalarını pozmuşdur. Belə ki, qanunvericilik əmlak kirayəsi müqavilələrə dair müqavilənin ləğvinə dair bildirişin verilməli olduğunu tələb edir və həmin bildirişin yazılı formada verilməsini tələb edir. Göründüyü kimi icarəyə verən cavabdehə belə yazılı bildiriş göndərməmişdir. Bu səbəbdən də müqavilə əvvəl bağlanmış müddətə uzadılmış hesab edili r.

24. MPM-in 217.4-cü maddəsi üzrə - İddiaçının müqavilənin pozulması barədə yazılı bəyanatı olmalıdır. Bu yazılı bəyanat olmadığından və icarə müqaviləsi qüvvədə olduğu müddət ərzində iddiaçının cavabdehi obyektdən çıxarmağa haqqı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, tərəflər arasında sonuncu müqavilə 2024-cü il 24 may tarixində 3 ay müddətinə bağlanmış və müqavilənin müddəti 2024-cü il 24 avqust tarixində bitmişdir. Bu tarixdən sonra isə müqavilə müddəti uzadılmamışdır. Bu hal iş materialları ilə öz təsdiqini tapır, əksini sübut etmək qarşı tərəfin vəzifəsidir. Əgər bununla bağlı sübut olsaydı cavabdeh təqdim edərdi. Kassasiya baxışının hədləri

26. Cavabdeh apellyasiya instansiya məhkəməsini n qətnaməsinin qismən – cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində ləğv edilməsini xahiş etsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416cı maddələri). Belə ki, mübahisələndirilən qətnamədən aydın olur ki, apellyasiya baxışının həddini də məhz birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində yoxlanılması təşkil etmişdir.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qi ymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından m əhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. …” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsin də əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445. 2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nə zərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

31. İş materiallarından görünür ki, kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəl diyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

32. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

33. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

34. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməs inin Kommersiya Kollegiyasının 2025-ci il 5 iyun tarixli 2-2(104)-125/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 iyun tarixli 2-2(104)-125/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar