Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-642/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər “Dənizkənarı Bulvar İdarəsi” X2 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın istifadəsinə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər “Dənizkənarı Bulvar İdarəsi” X2 və Cavabdeh1 MMC-yə qarşı “əmlakın iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli 2-2(103)-450/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı (ikinci tərəf) ilə Cavabdeh1 MMC (birinci tərəf) arasında bağlanmış 2022-ci il 12 may tarixli birgə fəaliyyət haqqında müqaviləyə görə tərəflər gəlir əldə etmək məqsədilə hüquqi şəxs yaratmadan birgə fəaliyyət göstərərək Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi istifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qeyri-yaşayış sahəsinin binasının ictimai iaşə obyektinin qüvvədə olan tikinti norma və qaydalara uyğun formada inşa edilməsi və həmin obyektin 730 kv.metr obyektətrafı ərazi və ümumi sahəsi 47.14 kv. metr olan anbar ilə birlikdə təyinatı üzrə istifadə və idarə edilməsi öhdəliyini götürürlər.
2. Həmin Müqavilənin: - 2.1-ci bəndinə görə tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilənin predmetini təşkil edən obyektin mövcud qanunvericiliyə uyğun təmir-tikintisi üçün tələb olunan tikintiyə icazə sənədini birinci tərəf təqdim etdiyi vaxtdan 1 il ərzində ikinci tərəf nəzərdə tutulmuş tikinti işlərini başa çatdıracaq. - 2.2-ci bəndinə əsasən müqavilə notarial qaydada təsdiq olunduğu andan qüvvəyə minir və 10 il müddətinə müəyyən edilir. - 3.3.5-ci bəndinə görə müqavilənin 5.1 və 5.2-ci bəndləri ilə müəyyən edilmiş hallarda müvafiq məbləğlərin geri qaytarılmasını və kompensasiya ödənişlərinin qeyd-şərtsiz ödənilməsini birinci tərəfdən tələb etmək ikinci tərəfin hüququdur. - 5.1-ci bəndinə əsasən birinci tərəf hazırkı müqavilə ilə müəyyən edilən öhdəlikləri üzrsüz səbəbdən və/və ya dəfələrlə yerinə yetirməməsi səbəbindən obyektin tikintisi başa çatanadək müqaviləyə vaxtından əvvəl xitam verilərsə, ikinci tərəfin seçimi ilə tikintiyə sərf olunan pul vəsaitinin və ya obyektin müqavilə xitam olunan tarixə bazar dəyərinin geri qaytarılmasını, eləcə də 200.000 manat kompensasiya ödəməyi öhdəsinə götürür. - 5.2-ci bəndinə görə birinci tərəf obyektin tikintisi başa çatdıqdan sonra ikinci tərəfin obyekti idarə etməsinə, istifadə etməsinə məhdudiyyət qoyduqda, yaxud ikinci tərəfin obyekti idarə etməsinə ilk 5 il ərzində birinci tərəfin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə ikinci tərəfin seçimi ilə tikintiyə sərf olunan pul vəsaitinin və ya obyektin müqavilə xitam olunan tarixə bazar dəyərinin geri qaytarılmasını, eləcə də 300.000 manat kompensasiya ödəməyi öhdəsin ə götürür.
3. Birgə fəaliyyətə dair müqavilə 2022-ci il 19 may tarixində notariat qaydada təsdiq edilmişdir.
4. Dənizkənarı Bulvar İdarəsi X2 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış 2024-cü il 22 yanvar tarixli DBİ-K-18-01/24 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləyə görə birinci tərəf ikinci tərəfin istifadəsində olan "xxxx" kafesinin Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının Səbail rayonu ərazisində yerləşdiyi sahədə kommersiya fəaliyyətini həyata keçirməsinə şərait yaratmağı və 28 kv.m obyektətrafı əraziyə yaşıllıqlara qulluq, mühafizə, təmizlik xidmətlərinin göstərilməsini öhdəsinə götürür, ikinci tərəf isə bunun müqabilində birinci tərəfə bu müqavilənin 3-cü bəndində göstərilən qaydada hər ay 2.360 manat (ƏDV daxil) vəsait ödəyir.
5. Də nizkənarı Bulvar İdarəsi X2 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış 2024-cü il 5 avqust tarixli müqaviləyə xitam verilməsi barədə razılaşma ilə tərəflər arasında bağlanmış 2024-cü il 22 yanvar tarixli DBİ-K-18-01/24 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləyə 2024-cü il 20 avqust tarixindən xitam verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 12 avqust tarixində Cavabdeh1 MMC-yə (bundan sonra - “cavabdeh MMC”) qarşı “əmlakın iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi istifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qey ri-yaşayış sahəsinin binasının ictimai-iaşə obyektinin və həmin obyektin 730 kv.metr obyektətrafı ərazinin, ümumi sahəsi 47.14 kv. metr olan anbarı ilə birlikdə iddiaçının istifadəsinə geri qaytarılması öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, gəlir əldə edilməsi məqsədilə Dənizkənarı Bulvar İdarəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı arasında Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi istifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qeyri-yaşayış sahəsinin binasının ictimaiiaşə obyektinin qüvvədə olan tikinti norma və qaydalara uyğun formada inşa edilməsi və həmin obyektin 730 kv. metr obyektətrafı ərazi və ümumi sah əsi 47.14 kv. metr olan anbar ilə birlikdə təyinatı üzrə istifadə və idarə edilməsi öhdəliyinə dair 2022-ci il 12 may tarixli DBİ8605/22 nömrəli (notarial qaydada 2022-ci il 19 may tarixli M-717 nömrəli) müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, obyektin quraşdırılması, təmir-tikintisi və sonradan idarə edilməsi üçün investisiyanın qoyulması, işçi heyəti, texnika və avadanlıqların cəlb edilməsi öhdəlikləri iddiaçı tərəfindən icra edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etsə də, müqavilə şərtləri Dənizkənarı Bulvar İdarəsi və cavabdeh MMC tərəfindən pozulmaqla, həmin obyekt cavabdeh MMC-yə icarə verilmiş və hazırda cavabdeh MMC tərəfindən “Rast Restoran 2” adı ilə istifadə edilməkdədir. Belə ki, hazırkı məqamda müqavilədən irəli gələn öhdəliklər icra edilmir, müqav ilə şərtləri kobud şəkildə pozulmaqla, öz öhdəliklərini tam icra etmiş iddiaçıya zərər vurulur. Qeyd edilən hallarla əlaqədar, hüquq və mənafeyinin müdafiəsi məqsədi ilə sözügedən əmlakın onun istifadəsinə təqdim edilməsi tələbi ilə, 2024-cü il 29 iyul tarixli YA0361/2024 nömrəli və 2024-cü il 30 iyul tarixli elektron pretenziya məktubu ilə cavabdeh MMC-yə müraciət edilmiş, öhdəliyin icrası üçün 5 günlük vaxt müəyyən edilmişdir. Lakin müraciətin cavabsız qalması ilə yanaşı, əmlakın iddiaçının istifadəsinə təqdim edilməsinə dair hər hansı hərəkətlilik müşahidə edilməmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaq la icra edilməsi) başa düşülür.
8. İddiaçı 2024-cü il 9 sentyabr tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi istifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qeyri-yaşayış sahəsinin binasının ictimai-iaşə obyektinin və həmin obyektin 730 kv. metr obyektətrafı ərazinin, ümumi sahəsi 47.14 kv. metr olan anbarı ilə birlikdə iddiaçının istifadəsinə geri qaytarılması öhdəliyinin cavabdeh MMC-nin və Dənizkənarı Bulvar İdarəsi X1 üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 sentyabr tarixli e-2-2(113)-6092/2024 nömrəli qərardadı ilə Dənizkənarı Bulvar İdarəsi X3 (bundan sonra – "xxxx") cavabdeh qismində məh kəmə icraatına cəlb olunmuşdur.
10. Cavabdeh MMC yazılı etirazında iddianın rədd edilməsini xahiş etmişdir. Göstərmişdir ki, iddiaçı cavabdeh PHŞ ilə 2022-ci il 12 may tarixli Birgə Fəaliyyət haqqında müqavilə bağlamış olsa da, bu müqavilə deklarativ xarakter daşıyır və iddiaçı tərəfindən saat qülləsinin yaxınlığında yerləşən 225,17 kv.m qeyri-yaşayış sahəsinə pul vəsaiti qoyulmamışdır. Həmin sahə cavabdeh PHŞ-nin balansında olduğundan, cavabdeh MMC 2024-cü il 22 yanvar tarixində onunla “Xidmətlərin göstərilməsinə dair” DBİ-K-18-01/24 nömrəli müqavilə bağlamışdır. Lakin cavabdeh MMC-nin iqtisadi vəziyyəti kəskin pisləşdiyinə və müflis elan olunması üçün sənədləşmə başlandığına görə, 2024-cü il 22 yanvar tarixli müqaviləyə xitam verilmişdir.
11. Cavabdeh PHŞ yazılı etirazında iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı birgə fəaliyyət müqaviləsi üzrə öhdəliklərini icra etdiyini bildirsə də, iş materiallarında müqavilə və əlavəsindən başqa icranı təsdiq edən sübut yoxdur, tikinti işləri görülməmiş və hər hansı tədbir müəyyən edilməmişdir. Bu səbəbdən müqavilə icrasız qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 324-cü maddəsinə əsasən əqd hüquqi münasibətlərin əmələ gəlməsinə yönəlmiş iradə ifadəsidir, lakin tərəflərin belə niyyəti olmamış, müqavilə görünüş üçün bağlanmışdır. Müqavilənin tərtibində MM-in 6.1-ci maddəsi ilə nəzərdə tutulan bərabərlik prinsipi pozulmuş, məsuliyyət yalnız idarəyə aid edilmiş, iddiaçıya hər hansı məsuliyyət nəzərdə tutulmamışdır və MM-in 337.1-ci maddəsinə əsasən müqavilə etibar sızdır. İddiaçı cavabdeh PHŞ-nin keçmiş əməkdaşı olmuş, müqavilə dövlət əmlakının keçmiş sədrə yaxın şəxslərin adına keçirilməsi məqsədinə xidmət etmiş, müqavilə üzrə heç bir hərəkət edilməmişdir. İdarənin sabiq sədri barəsində CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilmişdir və oxşar iddialar onun həbsindən sonra meydana gəlmişdir. Həmçinin müqavilələrdəki obyektlər fərqlidir və iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Buna görə iddiaçı iddia tələblərini sübut edə bilməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 fevral tarixli e-2-2(113)-385/2025 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (hakim – Ü.Həsənova).
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh PHŞ arasında 2022-ci il 19 may tarixində birgə fəaliyy ətə dair müqavilə bağlanmış, iddiaçı həmin müqavilə ilə cavabdeh PHŞ-nin daimi istifadəsində olan qeyri-yaşayış sahəsinin inşa etdirilib başa çatdırılmasını öz öhdəsinə götürmüşdür.
14. Cavabdeh PHŞ yazılı etirazında göstərmişdir ki, iddiaçı ərizəsində birgə fəaliyyət müqaviləsi üzrə öhdəliklərini icra etdiyini, təmir-tikinti işlərini apardığını, investisiya qoyduğunu, texnika və işçi cəlb etdiyini bildirmiş, lakin iş materiallarına müqavilə və müqaviləyə əlavədən başqa bir sənəd əlavə edilməmişdir. Müqavilənin iddiaçı tərəfindən icra edilməsi ilə bağlı heç bir sübut yoxdur. Belə ki, həmin müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilməyib, müqavilə icrasız qalıb. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.
15. Məhkəmə qeyd etmi şdir ki, iddiaçı birgə fəaliyyətə dair müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini (təmir-tikinti işlərinin tərəfindən aparılması, tikintiyə icazə alınması, iddiaçı tərəfdən işçi qüvvəsi cəlb edilməsi, material alınması və sairə) təsdiq edən hər hansı sübut, sənəd təqdim edə bilməmişdir.
16. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh PHŞ aralarında bağlanmış 2022-ci il 19 may tarixli birgə fəaliyyətə dair müqavilə üzrə öz öhdəliklərini icra etdiyini sübut edə bilmədiyindən hazırkı iddiası cavabdeh PHŞ-ə aid hissədə təmin edilə bilməz.
17. Həmçinin məhkəmə iddianı cavabdeh MMC-yə aid hissədə də əsassız hesab etmişdir. Belə ki, cavabdeh MMC yazılı etirazında Dənizkənarı Parkda saat qülləsinin yaxınlığında ümumi sahəsi 225,17 kv.m olan qeyri-yaşayış sahəsi cavabdeh PHŞ-nin balansında olduğu üçün cavabdeh MMC-nin 2024-cü il 22 yanvar tarixində cavabdeh PHŞ ilə “Xidmətlərin göstərilməsinə dair” DBİ-K-18-01/24 nömrəli müqavilə bağladığını, daha sonradan MMC-nin iqtisadi vəziyyəti kəskin pisləşdiyi üçün tərəflər arasında bağlanmış 2024cü il 22 yanvar tarixli DBİ-K-18-01/24 sayı “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə xitam verildiyini və iddia ərizəsində göstərilən əmlakın hazırda onda olmadığını, əmlakın digər cavabdehə geri təhvil verildiyini göstərmişdir.
18. Cavabdeh MMC tərəfindən təqdim edilmiş cavabdeh PHŞ (birinci tərəf) ilə cavabdeh MMC (ikinci tərəf) arasında bağlanmış 2024-cü il 22 yanvar tarixli DBİ-K-18-01/24 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləyə görə birinci tərəf ikinci tərəfin istifadəsində olan "xxxx" kafesinin Azərbayc an Respublikasının Dənizkənarı Milli Parkının Səbail rayonu ərazisində yerləşdiyi sahədə kommersiya fəaliyyətini həyata keçirməsinə şərait yaratmağı və 28 kv.m obyektətrafı əraziyə yaşıllıqlara qulluq, mühafizə, təmizlik xidmətlərinin göstərilməsini öhdəsinə götürür, ikinci tərəf isə bunun müqabilində birinci tərəfə bu müqavilənin 3-cü bəndində göstərilən qaydada hər ay 2.360 manat (ƏDV daxil) vəsait ödəyir.
19. Cavabdeh PHŞ (birinci tərəf) ilə cavabdeh MMC (ikinci tərəf) arasında bağlanmış 2024-cü il 5 avqust tarixli müqaviləyə xitam verilməsi barədə razılaşma ilə tərəflər arasında bağlanmış 2024-cü il 22 yanvar tarixli DBİ-K-18-01/24 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləyə 2024-cü il 20 avqust tarixindən xitam verilmişdir.
20. İddiaçı mübahisəli əmlakın hazırda cavabdeh MMC- nin sahiblik və istifadəsində olmasını sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
21. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh MMC-yə aid olan hissədə də əsassızdır və təmin edilməməlidir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 390.1, 399.1, 442-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun 22(103)-450/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – L.Əliyeva, hakimlər- T.Mahmudova və Z.Şirinov).
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh PHŞ arasında 2022-ci il 12 may tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər iddiaçı tərəfindən cavabdehin daimi istifadəsində olan ərazidə ümumi sahəsi 225.17 kv.metr olan ictimai iaşə obyektinin inşa edilərək başa çatdırılması və həmin obyektin 730 kv.metr obyektətrafı ərazi və ümumi sahəsi 47.14 kv. metr olan anbar ilə birlikdə təyinatı üzrə istifadə və idarə edilməsi barədə razılaşmışlar.
26. Hazırda iddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra edərək müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sah əsini inşa etmələrinə, cavabdehin isə müqavilə üzrə öhdəliklərini pozaraq, həmin obyekti digər cavabdeh MMC-yə icarəyə verməsinə və hazırda həmin obyektin cavabdeh MMC tərəfindən “Rast Restoran 2” adı ilə istifadə edilməsinə istinad etməklə mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən onun istifadəsinə qaytarılmasını tələb etmişdir. Cavabdeh isə birgə fəaliyyət barədə müqavilənin şərtlərinin iddiaçı tərəfindən icra edilmədiyini, iddiaçı tərəfindən onların istifadəsində olan ərazidə hər hansı qeyri-yaşayış sahəsinin inşa edilmədiyini əsas göstərərək iddianın rədd olunmasını tələb edir.
27. Göründüyü kimi hazırkı halda iddiaçının müqavilə üzrə öhdəliklərini icra edərək mübahisəli qeyri-yaşayış sahəsini inşa edib-etməməsi işin mübahisə halını təşkil edir.
28. Bununla bağlı kolleg iya qeyd etmişdir ki, iddiaçı birgə fəaliyyətə dair müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etdiyini (təmir-tikinti işlərinin tərəfindən aparılması, tikintiyə icazə alınması, iddiaçı tərəfdən işçi qüvvəsi cəlb edilməsi, material alınması və sairə) təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
29. İnşa etdikləri qeyri-yaşayış sahəsinin hazırda "xxxx" kafesi adı altında fəaliyyət göstərməsi və həmin halın onların müqavilə üzrə öhdəliklərini icra edərək qeyri-yaşayış sahəsinin tikintisini başa çatdırmalarına dəlalət etməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçı nə "xxxx" kafesinin yerləşdiyi qeyri-yaşayış sahəsinin məhz mübahisəli birgə fəaliyyət müqaviləsinə əsasən inşası nəzərdə tutulan ictimai iaşə obyekti olmasını, nə də həmin sahənin onlar tərəfindən tikilməsini sübuta yetirə bilmişdir. Odur ki, Dənizkənarı Milli Bulvarın ərazisində "xxxx" kafesinin mövcudluğu iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə öhdəliklərinin icra edilməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz.
30. Beləliklə, iş üzrə tədqiq edilmiş sübutların məcmusu ilə iddiaçının mübahisəli müqavilə üzrə öhdəliklərini icra edərək Dənizkənarı Milli Bulvarın ərazisində qeyri-yaşayış sahəsini inşa etməsi iş materialları ilə öz təsdiqini tapmır.
31. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya belə qənaətə gəlmişdir ki, hazırkı halda müqavilədə nəzərdə tutulmuş cavabdehin qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermək öhdəliyi icrası iddiaçının qeyri-yaşayış sahəsini inşa etməsi ilə şərtləndirilmiş qarşılıqlı öhdəlik olduğundan iddiaçı MM-in 441.2-ci maddəsinin tələbləri baxımından həmin öhdəliyin icrasını, yəni tərəfindən tikilməmiş obyektin istifadəsinə verilməsini (qaytarılmasını) tələb etməkdə haqlı deyildir.
32. İddianın cavabdeh MMC-yə qarşı olan hissəsinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçı həmin hissədə iddiasını tərəflərindən tikilməsini iddia etdiyi "xxxx" kafesinin yerləşdiyi qeyri-yaşayış sahəsinin hazırda cavabdeh MMC-nin sahibliyində və istifadəsində olması ilə əsaslandırmışdır.
33. Həmin hissədə iddianın qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir.
34. İş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh PHŞ ilə cavabdeh MMC arasında bağlanmış 2024-cü il 22 yanvar tarixli DBİ-K-18-01/24 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən cavabdeh MMC "xxxx" kafesi və obyekt ətrafı əra zidə kommersiya fəaliyyətini həyata keçirmiş, lakin həmin müqaviləyə 2024-cü il 5 avqust tarixli müqaviləyə xitam verilməsi barədə razılaşma ilə xitam verilmişdir.
35. Göründüyü kimi iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi (qanuni sahibi) olmasını, eləcə də həmin sahənin hazırda cavabdeh MMC-nin sahibliyində olmasını sübuta yetirə bilmədiyindən həmin hissədə də iddia tələbi əsassız olmaqla rədd edilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 157.8, 385.1, 390.1, 441.1, 441.2, 442-ci; MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
37. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etiraz ın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. MM-in 14, 157.8, 324.4, 385.1, 386.1, 390.1, 399.1, 441.2, 442-ci maddələri üzrə İş üzrə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən maddi hüquq normalarının tətbiqində ciddi hüquqi yanlışlıqlara yol verilmiş, iddia əsassız olaraq rədd edilmişdir. Belə ki, qanunvericiliklə təsbit olunmuşdur ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı halda, hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi əsasında aralarında notariat qaydasında bağlanmış və 10 il müddətinə qüvvədə olan birgə fəaliyyət müqaviləsinə əsasən, iddiaçının mübahisəli obyekt üzərində istifadəyə dair hüquqları mövcuddur. Bu hüquqların mövcudluğu sübuta y etirildiyi halda, iddiaçının mülkiyyət hüququndan irəli gələn müdafiə vasitələrinə malik olmağı qanunla nəzərdə tutulmuşdur. Məhkəmə bu hüququ tanımadan iddianı rədd etməklə 157.8-ci maddəni tətbiq etməmiş və onu pozmuşdur. Tərəflər arasında bağlanmış 2022-ci il 12 may tarixli DBİ86-05/22 nömrəli (notarial qaydada 2022-ci il 19 may tarixli M-717 nömrəli) müqaviləyə əsasən, cavabdeh tərəf obyektin tikintisi başa çatdıqdan sonra onu iddiaçının istifadəsinə təqdim etmək öhdəliyini götürmüşdür. Belə ki, müqavilə şərtlərinə əsasən, obyektin quraşdırılması, təmir-tikintisi və sonradan idarə edilməsi üçün investisiyanın qoyulması, işçi heyəti, texnika və avadanlıqların cəlb edilməsi öhdəlikləri iddiaçı tərəfindən icra edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etsə də, müqavilə şərt ləri cavabdeh PHŞ və cavabdeh MMC tərəfindən pozulmaqla, həmin obyekt cavabdeh MMC-yə icarə verilmiş və hazırda cavabdeh MMC tərəfindən “Rast Restoran 2” adı ilə istifadə edilməkdədir. Hazırkı məqamda müqavilədən irəli gələn öhdəliklər icra edilmir, müqavilə şərtləri kobud şəkildə pozulmaqla, öz öhdəliklərini tam icra etmiş iddiaçıya zərər vurulur. Hazırkı mübahisədə cavabdeh tərəf müqavilə üzrə üzərinə götürdüyü əsas öhdəliyi - obyektin istifadəyə təqdim edilməsini icra etməmiş, lakin bununla bağlı heç bir hüquqi əsas və ya müqaviləyə xitama dair heç bir sənəd təqdim etməmişdir. Məhkəmə isə iddiaçı tərəfindən göstərilən halları qiymətləndirməmiş, sübut yükünü yalnız iddiaçının üzərinə yönəltmiş, qarşı tərəfin pozuntularına hüquqi qiymət verməmişdir. Yuxarıda qeyd olunan maddələr əsasında hesab edirik ki, hər iki instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində kobud səhvlərə yol vermiş, müqavilə əsasında formalaşmış öhdəlik münasibətlərini tanımamış, təqdim edilmiş hüquqi və faktiki sübutlara lazımi qiymət verməmişdir.
39. MPM-in 14.1, 77.1, 88, 217-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının (müraciət edən tərəfin) təqdim etdiyi fotoşəkillər, əmlakın hazırda istifadədə olduğunu təsdiqləyən vizual sübutlar, tərəflərə ünvanlanmış yazılı müraciətlər və əmlakın kommersiya məqsədilə istifadəsini sübut edən ödəniş sənədlərinə hüquqi qiymət verilməmişdir. Bu hal MPM-in 77.1-ci maddəsində nəzərdə tutulan sübutetmə vəzifəsinin birtərəfli tətbiqi ilə nəticələnmiş, MPM-in 14.1-ci maddəsində nəzərdə tutulan bərabərlik və obyektivlik prinsipl əri pozulmuşdur. Cavabdeh tərəf (cavabdeh PHŞ və cavabdeh MMC) iddiaçının təmir-tikinti işlərini həyata keçirmədiyini bildirsə də, həmin iddialarını təsdiqləyən texniki aktlar, ekspertiza rəyləri və ya obyektin vəziyyətini əks etdirən sənədlər təqdim etməmişdir. Bu halda məhkəmə qarşı tərəfin əsassız və sübutsuz iddialarına istinad edərək iddianı rədd etmiş və MPM-in 14.1-ci maddəsində nəzərdə tutulan sübutların bərabər qiymətləndirilməsi prinsipinə əməl etməmişdir. İddiaçının inşa etdiyi obyektin hazırda "xxxx" kafesi adı ilə istifadə olunması barədə sübutlar təqdim olunsa da, məhkəmə ekspertiza təyin etmədən və obyektin müqavilədə nəzərdə tutulan tikinti ilə eyni obyekt olub-olmadığını texniki baxımdan araşdırmadan iddianı rədd etmişdir. Belə ki, cavabdeh PHŞ və cavabdeh MMC tərəfindən i ddiaçıya ünvanlanmış 2024-cü il 19 iyul tarixli 7-1/2-S-32-3/2024 nömrəli məktubdan da aydın şəkildə görünür ki, tərəflər arasında bağlanmış 2022-ci il 12 may tarixli ictimai iaşə obyektinin inşa edilməsi və birgə istifadəsi ilə bağlı birgə fəaliyyət haqqında DBİ86-05/22 nömrəli müqavilə üzrə Milli Park ərazisində müvafiq obyektin tikiliməsi və onun istifadəyə verilməsi halı işin mübahisəsiz halıdır. Sözügedən müqavilənin etibarsızlığı ilə bağlı hər hansı əsas olmadığı halda müqavilədən irəli gələn öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmiş, həm birinci həm də apellyasiya instansiya məhkəməsi bununla bağlı sübutları hərtərəfli araşdırmamışdır. Bu, MPM-in 88-ci maddəsində nəzərdə tutulan sübutların hərtərəfli araşdırılması prinsipinə ziddir və məhkəmə tərəfindən obyektiv araşdırma a parılmaması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-in 217-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, məhkəmə tərəflər arasında bağlanmış hüquqi müqaviləni və onun əsasında yaranmış öhdəlik münasibətlərini qiymətləndirməmiş, təqdim olunmuş sübutlara (fotoşəkillər, ödəniş sənədləri, yazılımüraciətlər və s.) hüquqi qiymət verməmiş, cavabdeh tərəfin sübutsuz iddialarına istinad edərək nəticəyə gəlmişdir. Belə olan halda qətnamə nə qanuni, nə də əsaslı hesab oluna bilməz və kassasiya instansiyası tərəfindən ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
41. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətç i özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyy ənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
47. Nəzərə almaq lazımdır ki, işin faktiki halları kas sasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 4
9. Əlavə olaraq Məhkəmə kollegiyası vurğulayır ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
50. MPM-nin sübutetmə yükü ilə bağlı müəyyənləşdirdiyi qaydalar baxımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. İşin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları - birgə fəaliyyətə dair müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etdiyini (təmir-tikinti işlərinin tərəfindən aparılması, ti kintiyə icazə alınması, iddiaçı tərəfdən işçi qüvvəsi cəlb edilməsi, material alınması və sairə) təsdiq edən sübutları təqdim edə bilməmişdir.
52. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli 2-2(103)-450/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.