Məhkəmə qərarları › İş №2-2(102)-652/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-652/2023

30.10.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-652/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı “cəmiyyətdən çıxarılma və təsis payının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsi nin 2023-cü il 29 sentyabr tarixli e-2-2(113)-4600/2023 saylı qərardadından Cavabdeh Firması tərəfindən verilmiş şikayətə baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Bakı Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı1 və İddiaçı2 (bundan sonra – birlikdə “iddiaçılar”, ayrı-ayrılıqda müvafiq olaraq “İddiaçı1” və “İddiaçı2”) Cavabdeh Firmasına (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 21 avqust tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıların cavabdehin təsisçisi olaraq cəmiyyətdən çıxmaqları, onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi barədə qətnamə olunmasını xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların hər biri cavabdehdə 15 faiz kap itala sahibdirlər. Belə ki, iddiaçılar cavabdehin təsisçisi-iştirakçısı olaraq cəmiyyətdən çıxmaq qərarına gəlinmişdir. İddiaçılar cavabdehə müraciət edərək, paylarına düşən əmlakın natura şəklində sonuncuya məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına iddiaçılara verilməsi və onunla əlaqədar, cəmiyyətin təsisçilərinin-iştirakçılarının növbədənkənar 45 gün ərzində ümumi yığıncağının çağırılaraq, hazırkı tələbin gündəliyə salınaraq müzakirə olunmasını təklif etmişdirlər. Lakin cavabdeh tərəfindən iddiaçıların tələblərinə cavab verilməmişdir.

3. Cavabdeh 2023-cü il 29 sentyabr tarixində ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı işin aidiyyəti üzrə olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsin in 2023-cü il 29 sentyabr tarixli e-2-2(113)4600/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət rədd edilmişdir (hakim – Ü.Həsənova).

5. Qərardad onunla əsaslandırılmışdır ki, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən cavabdehin təşkilati-hüquqi forması digər kommersiya təşkilatıdır. İddia ərizəsindən göründüyü kimi, hazırkı mübahisə kommersiya hüquqi şəxsi ilə bağlı olan təsisçilərlə hüquqi şəxs arasında yaranan korporativ mübahisədir. Belə olduğu halda cavabdeh tərəfindən verilmiş vəsatət əsassız olmuşdur.

6. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli Qanununa, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aid iyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 13, 19, 26, bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 26.1, 26.2, 31.1, 32.1, 32.2, 32.4, 32.5-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh həmin qərardaddan 2023-cü il 11 oktyabr tarixində şikayət verərək, qərardadın tamamilə ləğv olunmasını və vəsatətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 13.2.15, 99-cu maddələrinin tələbləri p ozulmuşdur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli e-2-2(113)-4600/2023 saylı qərardadı iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə aidiyyət qaydalarını düzgün müəyyən etməmişdir. Məhkəmə cavabdehin təqdim etmiş olduğu vəsatətdə istinad olunan hallara dair düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Belə olan halda həmin qərardad qanuni və əsaslı sayıla bilməz. Qərardad qəbul olunarkən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətini işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alınmamışdır. Hazırki mübahisə isə işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, tərəflərin hüquqi vəziyyətinə və mübahisənin xarakterinə görə kommersiya mübahisəsi hesab edilməmiş və iddiaçıların sahibkarlıq statusu olmamışdır. İddiaçılar tərəfindən cavabdehə qarşı irəli sürülən müvafiq tələb üzrə hazırki işə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Belə ki, iddiaçılar tərəfindən kommersiya mübahisəsinə dair məhkəmədə qaldırılmış iddia üzrə onlar mübahisənin subyekt tərkibini təşkil etməmişlər. Digər tərəfdən mübahisənin predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmaması və ya əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin, yəni cavabdehin fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmədiy i üçün iddiaçılar tərəfindən hazırki iş üzrə kommersiya mübahisələrinə dair iddia qaldırmaqlarını mümkünsüz etmişdir.

9. Həmçinin, MPM-in 24.2, 25.1, 25.2, 26.1, 26.2-ci maddələrinin tələbləri də pozulmuşdur. Belə ki, məhkəmə işin aidiyyəti ilə bağlı məsələyə hüquqi qiymət verərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə almamışdır. Hazırki mübahisə isə işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, tərəflərin hüquqi vəziyyətinə və mübahisənin xarakterinə görə kommersiya mübahisəsi hesab olunmamışdır. Cavabdeh sahibkarlıq subyekti olsa da, hətta iş üzrə cavabdeh olsa da belə, mübahisə sonuncunun üzvləri arasında yaranan və hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmayan, fərdi xarakter daşıyan mübahisə olmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 oktyabr tarixli e-2-2(113)-4600/2023 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ü.Həsənova). İİ. TƏTBİQ EDİLƏN HÜQUQ. 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarında müəyyən edilmişdir ki: “...

19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcə llənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir....

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq suby ektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar....” 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr 6 nömrəli qərarında müəyyən edilmişdir ki: “... 2. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına aşağıdakı redaksiyada əlavə və dəyişikliklər edilsin: 2.1. 19-cu bəndin sonuncu cümləsində “kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər” sözlərindən sonra “(təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasınd an, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər)” sözləri əlavə edilsin....”

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələri n ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin mövqeyi üzrə iş materialları əsasında hüquqi qiymətləndirmə apararaq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 13) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

16. Plenum Qərarının 19-cu bəndində (bax yuxarıda § 11) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilmişdir.

17. Plenum Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr 6 nömrəli qərarının 2.1-ci bəndində (bax yuxarıda § 12) korporativ mübahisələrin dəqiq dair əsi müəyyən edilmişdir. Həmin Qərardan görünür ki, təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alğısatqısından ibarət tələblər korporativ tələblər hesab edilir.

18. Belə olan halda isə, qarışıq məhkəmə tərkibinin mövqeyinə görə, istər hüquq münasibətlərinin xarakteri, istərsə də tərəflərin subyekt tərkibi baxımından hazırkı mübahisə kommersiya mübahisəsi hesab olunmalıdır. Çünki mübahisə iddiaçılarla cavabdeh arasında iddiaçıların təsisçilikdən çıxaraq öz paylarını almaqla əlaqədar yara nmış korporativ mübahisə kimi xarakterizə olunur. Odur ki, iddiaçıların fərdi sahibkar olub-olmaları, yəni VÖEN-ə malik olub-olmamaları mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün heç bir əhəmiyyət kəsb etmir.

19. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi hesab olunmalı, bu baxımdan da, mübahisəyə ümumi rayon məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 408-1.8 və 408-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı “cəmiyyətdən çıxarılma və təsis payının ödənilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli e-2-2(113)-4600/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar