Məhkəmə qərarları › İş №2-2(102)-658/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-658/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-658/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı “X1” MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli, 2-2(103)-674/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1” MMC ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müqavilə üzrə ödəni lməmiş 88.736 manat borcun Cavabdeh MMC-dən alınaraq “X1” MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh MMC qaşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “X1 MMC-dən 43.712,26 manatın Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 aprel tarixli, e-2-2(113)-111/2024 nömrəli qətnaməsi ilə iddiaçı “X2 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin iddiasının təmin edilməsi, Cavabdehndən müqavilə üzrə ödənilməmiş 88.736 (səksən səkkiz min yeddi yüz otuz altı) manat məbləğində pul vəsaitin alınaraq iddiaçı “X2 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh iddiaçı “X2 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarş ı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov). Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv edərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli, 2-2(103)-674/2024 nömrəli qətnaməsi ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər R.Qurbanov və V.Baxışova). Qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv edilməsi, Cavabdeh MMC-nin qarşılıqlı iddiasının tam təmin edilməsi haqqında yeni qərar qəbul edilmə si xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Belə ki, işin materiallarından görünür ki, ilk iddianın qiyməti 88.736 manat, qarşılıqlı iddianın qiyməti isə 43.712,26 manat təşkil edir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən hər iki iddia tələbinə münasibətdə mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qan ununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 178,1 manat, qarşılıqlı iddia üzrə isə 110,57 manat olmaqla, cəmi 288,67 manat təşkil etməlidir. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən qanunla müəyyən olunmuş məbləğdə deyil, cəmi 205 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal MPMnin 408.1, 408.1.3-cü maddələrinin tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır. MPM-nin 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun öd ənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli, 2-2(103)-674/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə bax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar