Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-66/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1nin cavabdehlər x2na və x3na qarşı iş üzrə QƏRARİ Açar sözlər: LPO bankda olmuş hesabdan silinmiş vəsaitin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı x1nin cavabdehlər x2na və x3na qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli 22(103)-211/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı ic raat qaydasında baxmışdır. İŞİN HALLARİ
1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının "xxxx" ASC-də olan hesabından 424.000 ABŞ dolları məbləğində vəsaitin "xxxx" Şirkətinin (bundan sonra – Şirkət) hesabına köçürülməsi üçün həmin banka 2020-ci il 24 aprel tarixli, 0097 saylı ödəniş tapşırığı verilmişdir. 2. x2nın 2020-ci il 12 may tarixli 22/1 nömrəli qərarı ilə "xxxx" ASC-yə verilən 1992-ci il 9 noyabr tarixli 13 nömrəli bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-3(103)-132/2020 nömrəli iş üzrə 2020-ci il 14 may tarixli qərarı ilə "xxxx" ASC (bundan sonra – Bank) müflis elan edilmiş, x3 Bankın ləğvedicisi təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Şirkəti (bundan sonra mətndə “iddiaçı”) 2020-ci il 3 sentyabr tarixində cavabdehlər x2na (bundan sonra mətndə “cavabdeh”) və x3na (bundan sonra mətndə “Fond”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının Azərbaycan Respublikasındakı filialı ilə Şirkət arasında bağlanmış “boru məhsullarının alğı-satqısı”na dair PUR/BOC 032/20 saylı 2020-ci il 24 aprel tarixli Mü qavilənin 01/20 saylı Spesifikasiyasına əsasən şərtləşdirilmiş və Müqavilə bağlanan tarixdə iddiaçının Azərbaycan Respublikasındakı filialı tərəfindən Şirkətə ödənilməsi üçün Şirkətin Bankda olan hesabından köçürülmüş 424.000,00 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh və Fond tərəfindən iddiaçının Azərbaycan Respublikasındakı filialına qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikasındakı filialı ilə Şirkətin arasında bağlanmış “boru məhsullarının alğı-satqısı”na dair 2020-ci il 24 aprel tarixli PUR/BOC 032/20 saylı Müqavilənin 01/20 saylı Spesifikasiyasına əsasən Müqavilə bağlanan tarixdə özünün Bankda olan hesabından Şirkətin hesabı na şərtləşdirilmiş 424.000,00 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Cavabdehin İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli qərarı ilə ləğv prosesində olmuş Bankın ləğvedicisi Fond Banka müvəqqəti inzibatçı təyin olunmuş, daha sonra isə 2020-ci il 12 may tarixindən etibarən Bankın lisenziyası ləğv olunaraq müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin müvafiq qərarından sonra Fond Bankın ləğvedicisi təyin edilmişdir. 2020-ci il 24 aprel tarixində 424.000,00 ABŞ dolları məbləğində ödəniş təsdiq edilərək iddiaçının AZ36AZEG**********8955 900001 nömrəli hesabından silinməsi bank tərəfindən avtorizasiya edilməklə bankın avtomatik elektron sistemindən çıxarışlarda əks olunsa da, 2020-ci il 27 aprel tarixdən etibarən Bankda bütün bank əməliyyatların ın dayandırılması səbəbindən iddiaçı tərəfindən ödənilmiş 424.000,00 ABŞ dolları məbləğində pul vəsaitinin Şirkətin hesabına köçürülməsi ilə bağlı iddiaçıya heç bir rəsmi sənəd, yəni SWİFT sistemindən heç bir təsdiqetmə sənədi təqdim olunmamışdır. Həmin pul məbləğinin iddiaçının Bank hesabından Şirkətinin hesabına köçürülməməsi sonuncunun iddiaçıya ünvanladığı məktubunda da öz əksini tapmışdır. Belə ki, Şirkət iddiaçıya 2020-ci il 4 may tarixli məktub ünvanlayaraq, Müqavilənin 01/20 saylı, 2020-ci il 24 aprel tarixli Spesifikasiyasına əsasən tərtib edilmiş 2034 saylı, 2020-ci il 24 aprel tarixli invoys üzrə ödənişi əldə etmədiyini və mövcud situasiyada şərtləşdirilmiş ödəniş məbləğinin ən azından 50 faizinin ödənilməsini, əks təqdirdə tərəflər arasında bağlanılmış Müqaviləni birtərəfli q aydada ləğv edəcəyini bildirmişdir. İddiaçının Azərbaycan Respublikasındakı filialı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra - “SOCAR”), “AZEN X5.Vi.” və SOCAR-ın Ortaq Neft Şirkəti arasında bağlanılmış 2004-cü il 29 sentyabr tarixli “Hasilatın pay bölgüsü haqqında” Saziş (“Saziş”) və 2005-ci il 1 sentyabr tarixli “X1”i (“BƏS”) əsasında qanuni sahiblik və istifadəsinə verilmiş Saziş ərazisi hüdudları daxilində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üzrə hüquq və təminatlar əldə etmişdir. Sazişin 8.6-cı maddəsinə əsasən iddiaçı Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək yalnız bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir. Şirkətdən boru məhsullarının alınması iddiaçı tərəfindən həyata keçirilən neft-q az əməliyyatlarının effektivliyinin və fasiləsizliyinin təmin edilməsi və qorunması məqsədi ilə zəruri əhəmiyyət daşıyır. Bundan əlavə boru məhsulunun vaxtında çatdırılması 600-dən çox işçinin əmək funksiyalarının icra edilməsi üçün zəruri bir şərtdir. Həmin boruların əldə edilməməsi əməliyyat şirkəti qismində çıxış edən iddiaçının beynəlxalq Sazişlər əsasında üzərinə götürdüyü öhdəliklərin lazımınca və tam səviyyədə həyata keçirilməsinə maneçilik törətməklə, onun ağır maliyyə vəziyyəti və mənfi iqtisadi nəticələrlə üzləşməsinə səbəb olur. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə cavabdehə və Fonda rəsmi müraciətlər edilməsinə baxmayaraq, müraciətlər nəticəsiz qalmış və nə onun Bankdakı Şirkətin hesabına köçürdüyü 424.000,00 ABŞ dolları məbləğində pul vəsaitinin aqibəti barədə heç bir rə smi məlumat verilməmiş, nə də həmin məbləğ iddiaçıya geri qaytarılmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli, e-2-2(113)2358/2020 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim Fərruz Qasımov).
6. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına davam etdirilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 oktyabr tarixli e-2-2(113)2358/2020 saylı qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-2(103)-674/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv ol unmaqla iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və C.Yusifov).
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli, e-2-2(113)209/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim F.Qasımov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçının Azərbaycan Respublikasındakı filialının hesabı Bankda olmuşdur, pul vəsaiti həmin hesaba köçürülmüş və hazırki tələb faktiki olaraq Banka qarşı yönəlmişdir. Lakin, Bank ləğvetmə prosesində olduğuna görə tələb cavabdehə və Fonda qarşı yönəlmişdir. İddia tələbi iflas prosesində olan banka qarşı iflas proseduru çərçivəsində qanunla müəyyən olunmuş qaydada irəli sürülmədiyindən təmin oluna bilməz.
11. Məhkəmə gəldiyi nəticəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.9, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 76- cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli 2-2(103)-685/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nə ticə ilə bağlı göstərmişdir ki, pul vəsaitinin "xxxx" ASC-də olan hesabından iddiaçıya qaytarılması tələbinin qanuni əsasını ilk baxışdan MM-in 954.1-ci maddəsinin təşkil etdiyi görüntüsü yaransa da, bu norma ləğv prosesində olan banklara, o cümlədən iş üzrə "xxxx" ASC-yə tətbiq oluna bilməz. Çünki, qanunverici bankların iflası proseduruna xüsusi hüquqi rejimin tətbiq olunmasını tələb etmiş, bu məqsədini “Banklar haqqında” Qanunun 72.1-ci maddəsində açıq bildirmişdir. Bu baxımdan, "xxxx" ASC-nin ləğvedicisi x3 hər nə qədər bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirsə də, onun bu səlahiyyətlərinin dəqiq siyahısı “Banklar haqqında” Qanunun 71.7-ci maddəsində əks olunmuşdur ki, bunlar da əsasən iflas prosesi nin qısa müddətdə və uğurla başa çatdırılmasına yönəlmişdir.
15. Məhkəmə “Banklar haqqında” Qanunun 78.1, 82 və 87-ci maddələrinə istinadla qeyd etmişdir ki, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. Bu da o deməkdir ki, müflis elan olunmuş bankın kreditorlarına növbəlikdənkənar hər hansı qaydada ödəniş aparıla, habelə, hesabda olan vəsaitlər qaytarıla, hətta, müflis bankla onun kreditorları arasında növbəlikdənkənar öhdəliklərin əvəzləşdirilməsi belə həyata keçirilə bilməz.
16. Həmçinin, Mərkəzi Bankın hər hansı qaydada tələbə cavab verməli olan subyekt kimi iddiaçı qarşısında məsuliyy ət daşımasının əsasları da müəyyən edilməmiş, iddia ərizəsi və apellyasiya şikayətində də mübahisəli X2 tərəfindən qaytarılmalı olmasının faktiki əsasları qeyd olunmamışdır.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin “Əmanətlərin sığortalanması haqqında” Qanunun müxtəlif müddəalarına istinad edən dəlilləri də əsaslı olmamışdır. Belə ki, həmin qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi http://www.eqanun.az/framework/12137isə banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəb ul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaqdan,, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarət olmuşdur.
18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 noyabr tarixli 2-2(102)-511/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli 2-2(103)-685/2021 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (məruzəçi hakim B.Qəribov, hakimlər B.Məmmədli və İ.Dadaşov).
20. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında müflis elan olumuş banka qarşı tələblərə (iddialara) görə fərqləndirici əlamətlər baxımından iki əsas qrupla bağlı hüquqi mövqe ortaya qoyulmuşdur. Hazırkı mübahisə iddiaçının bankın kreditoru olması ilə bağlı münasibətdən deyil, iddiaçı tərəfindən bank vasitəsi ilə pul vəsaitinin digər müəssisənin hesabına ödənilməməsi və iddiaçıya geri qaytarılmaması ilə bağlı olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən isə, bank ləğv edildikdən sonra onun əmlakının idarə edilməsi ləğvediciyə həvalə olunur və yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
21. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə tam və obyektiv nəticənin əldə olunması üçün iddiaçı tərəfindən bank vasitəsi ilə pul vəsaitinin onun “Saziş” əsasında fəaliyyəti ilə bağlı köçürülüb-köçürülmədiyi, həmin vəsaitin hansı səbəbdən iddiaçıya qaytarıla bilməməsi nüanslarına aydınlıq gətirilməli və iddiaçının “Saziş” əsasında həyata keçirdiyi fəaliyyəti zamanı onun itkilərinin Azərbaycan Höküməti tərəfindən kompensasiya edilməli olması nəzərə alınmalıdır.
22. Məhkəmə gəldiyi nəticəni MPM-in 217.3, 418-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.1-ci maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də A zərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarına; “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1, 17-ci maddələrinə; “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3-cü maddələrinə; 2005-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanununa; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 2004- cü il 14 oktyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiy ası məhkəməsindəki ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli 2-2(103)-211/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli, e-2-2(113)-209/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim H.Həmidov, hakimlər İ.İbrahimli və C.Yusifov).
24. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbindən göründüyü kimi iddiaçının pul vəsaitinin onun Bankda olan hesabından üçüncü şəxsin bank hesabına köçürülməsi tələbinin qanuni əsasını MM-in 973.1-ci maddəsi təşkil etsə də, bu norma ləğv prosesində olan banklara, o cümlədən iş üzrə Banka tətbiq oluna bilməz. Çünki, qanunverici bankların iflas proseduruna xüsusi hüquqi rejimin tətbiq olunmasının tələb etmiş, bu məqsədini “Banklar haqqında” Qanunun 72.1-ci maddəsində açıq bildirmişdir. Bu baxımdan, Bankın ləğvedicisi x3 hər nə qədər bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirsə də, onun bu səlahiyyətlərinin dəqiq siyahısı “Banklar haqqında” Qanunun 71.7-ci maddəsində əks olunmuşdur ki, bunlar da əsasən iflas prosesinin qısa müddətdə və uğurla başa çatdırılmasına yönəlmişdir.
25. Həmin məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə iddiaçının bankın kreditoru olması ilə bağlı münasibətdən deyil, iddiaçı tərəfindən bank vasitəri ilə pul vəsaitinin digər müəssisənin hesabına ödənilməməsi və iddiaçıya geri qaytarılmaması ilə bağlı olmuşdur. Qanunvericiliyin tələblə rinə əsasən isə, bank ləğv edildikdən sonra onun əmlakının idarə edilməsi ləğvediciyə həvalə olunur və yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
26. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mərkəzi Bankın hər hansı qaydada tələbə cavab verməli olan subyekt kimi iddiaçı qarşısında məsuliyyət daşımasının əsasları işdən müəyyən edilmir. X2 tərəfindən saxlanılması barədə dəlilinə dair isə heç bir mötəbər sübut təqdim olunmamışdır. İş materiallarında hazırkı mübahisə üzrə, konkret olaraq xx.xx.2020-ci il tarixli 0097 saylı ödəniş tapşırığının icra edilməməsi ilə bağlı Mərkəzi Bank tərəfindən "xxxx" ASCyə hər hansı göstəriş və ya tapşırıq verildiyi təsdiq edilmir, buna dair zəruri sübutlar işdə olmadığından iddiaçının buna dair dəlilləri hazırkı halda qeyri müəyyəndir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, müştərinin pul vəsaiti üzərində verdiyi sərəncamı icra etmək Mərkəzi Bankın deyil, məhz onunla müqavilə münasibətlərində olmuş "xxxx" ASC-nin vəzifəsi idi. Məhkəmə kollegiyası hesab
27. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərmişdir ki, iddiaçı tələbini əsl cavabdeh olan "xxxx" ASC-yə (ləğv prosesində) qarşı deyil, hazırkı tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və x3na qarşı irəli sürdüyündən iddia təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
28. Ali Məhkəmənin qərarında öz əksini tapmış iddiaçı tərəfindən Bank vasitəsilə pul vəsaitinin onun Saziş əsasında fəaliyyəti ilə bağlı köşürülüb-köçürülməməsinə qiymət verən məhkəmə kollegiyası qeyd ed ir ki, mübahisə edilən məbləğ Şirkətin adına kreditor tələb kimi "xxxx" ASC-nin ləğvedicisi olan x3nda “Qəbul edilmiş kredior tələblər Siyahısında” qeydə alınmışdır. 29. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutapa, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Qanun statuslu Saziş mövcuddur, iddiaçı isə həmin “Saziş” üzrə əməliyyatçı şirkət kimi müəyyən edilməklə podratçı olaraq ona müstəsna səlahiyyətlər verilmişdir. Sazişə əsasən, podratçıya bank əməliyyatlarından istifadəyə dair geniş hüquqlar verilmiş, podratçının sazişin icrası ilə bağlı maraqlarına toxunan, onların zərər etməsinə səbəb olan, əmlakının qəsbi və digər mənfi nəticələr doğuran hallarla bağlı, habelə Azərbaycan Respu blikasının hər hansı müqaviləsi, hökümətlərarası sazişi, qanunu, fərmanı və ya inzibati sərəncamı o cümlədən vergi qanunvericiliyində, qaydalarda və ya inzibati təcrübədə hər hansı dəyişikliklər daxil olmaqla, Sazişin və yaxud Təminatın müddəalarına uyğun gəlmədikdə və ya zidd olduqda, Saziş və yaxud Təminat üzrə podratçının hüquqlarına və ya mənafelərinə mənfi təsir göstərdikdə Azərbaycan Hökümətinin öhdəlikləri müəyyən edilmiş və podratçının zərərinin kompensasiyasının ödənilməsi nəzərdə tutulmuşdur.
30. Məhkəmə yuxarıda göstərilən xüsusatları nəzərə alaraq hesab etmişdir ki, İddiaçı Şirkəti cavabdeh x3na kreditor tələb kimi qeydə alınmış məbləgin növbədənkənar ödənilməsi ilə bağlı müraciət etmək hüququna malikdir.
31. Məhkəmə gəldiyi nəticəni MM-in 386.1, 954.1-ci; MPM-in 77.1, 217.4-cü maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.7, 72.1, 78.1, 82, 87-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
32. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİY A ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 33. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin; Azərbaycan Respublikasının 901 saylı 2005-ci il 29 aprel tarixli Qanununun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli 2004-cü il 14 oktyabr tarixli qərarının; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3, 72.1.1, 72.1.2 və 72.1.3-cü maddələrinin, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Bank lar haqqında” AR Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarının tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərəkən sadalanan maddi hüquq normalarını pozmaqla yanaşı, Şirkətə qarşı qərəzli mövqe nümayiş etdirərək iddiaçı tərəfindən təqdim edilən sübutlara və işə bundan öncə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının göstərişlərinə əhəmiyyət verməmiş, bununla da Şirkətin xeyrinə olan bütün dəlillərə hüquqi qiymət vermədən cavabdehin qanunsuz və hüquqpozan əməllərinə yönəlmiş əsassız qərar qəbul etmişdir.
34. Həmçinin, apellyasiya instansiyasında işə baxılarkən 2022-ci il 24 iyun tarixində Şirkətin nümayəndəsi tərəfindən məhkəməyə vəsatət verilməklə, "xxxx" ASC-nin (ləğvedicisi x3nun) cavabdeh qismində işə cəlb edilməsi xahiş edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin həmin vəsatətə heç bir münasibət bildirməmiş, işin daha obyektiv və ədalətli araşdırılması üçün "xxxx" ASC (ləğvedicisi x3nun) işə cavabdeh qismində cəlb edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Cavabdeh-Fond tərəfindən verilmiş, kassasiya şikayətinə qarşı etirazda qeyd edilmişdir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı tərəfindən iddia olunan pul vəsaiti onun hazırda ləğv prosesində olan "xxxx" ASC-dəki hesabında olmuşdur, bankın lisenziyasının ləğv edilməsi ilə əlaqədar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının bank qarşıs ındakı kreditor tələbi təminatsız tələb kimi Fond tərəfindən qeydə alınmış və səlahiyyətli məhkəmə tərəfindən təsdiq edilmişdir. İddiaçının tələbi isə “Banklar haqqında” Qanunun 82.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödəniləcəkdir.
36. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı həmçinin iflas prosesinə nəzarət edən səlahiyyətli məhkəməyə müraciət edərək öz kreditor tələbinin növbədənkənar qaydada icra olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə əsassız olduğu üçün həmin iddia tələbini təmin etməmişdir.
37. Göründüyü kimi, iddiaçı bankın ləğv prosesində olması və Fondun banka ləğvedici təyin edilməsi faktı ilə sanki bankın aktivlərinin ləğvediciyə keçməsi barədə yanlış qənaətə gəlmiş və bu əsasla da iddia olunan pul vəsaitinin cavabdehlər tərəfindən növbədənkənar qayda da iddiaçıya ödənilməsi mümkünlüyünü əsaslandırmağa çalışmışdır. Halbuki, bankın ləğvedicisi olarkən bankın aktivləri və öhdəlikləri Fonda keçmir, bankın öhdəliklərinin isə “Banklar haqqında” Qanununun 82.1-ci maddəsi ilə müəyyən olunan növbəlik tətbiq edilmədən birbaşa Fondun əmlakı, yaxud Bankın aktivləri hesabına növbədənkənar qaydada icra edilməsi öhdəliyi yaranmır.
38. Cavabdeh-Mərkəzi Bank tərəfindən verilmiş, kassasiya şikayətinə qarşı etirazda qeyd edilmişdir ki, Bank nəzarəti çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Bankın kapitalının və ödəmə qabiliyyətinin itirildiyi müəyyən olunduğuna görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 57-ci maddəsinə (Ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi) əsasən X4 Heyətinin 2020-ci il 2 7 aprel tarixli, 20 nömrəli qərarı ilə Banka müvəqqəti inzibatçı təyin edilmişdir.
39. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 28 aprel tarixli, 2-3(103)-126/2020 saylı qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə (yəni 2020-ci il 27 aprel tarixindən) hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilməsi qərara alınmışdır. Qanunla nəzərdə tutulmuş moratoriumun məqsədi isə problemli banka müvəqqəti inzibatçının təyin olunduğu zaman onun maliyyə vəziyyətinin yerində bir daha araşdırılması və bankın ödəmə qabiliyyətinin itirilməsi təsdiqini taparsa, əmanətçilərin və digər kreditorların əmlak hüquqlarının qanuna müvafiq qaydada ( kreditorların tələblərinin iflas bankın işlək aktivləri hesabına növbəlilik və proporsio nal qaydada ödənilməsi) təmin olunmasıdır.
40. Moratorium dövründə müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha Bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini və pisləşmə trendli olduğunu təsdiq etmişdir. Belə ki, 2020-ci il 30 aprel tarixinə Bankın kredit portfelinin 61%-i (156 mln.manat) qeyri-standard, 51%-i (130 mln.manat) qeyri-işlək statusunda olmuş, ani likvidlik əmsalı isə cəmi 5.3 % təşkil etmişdir (minimum 30 % olmalıdır).
41. Beləliklə, məhz ödəmə qabiliyyətini itirdiyinə görə artıq müvəqqəti inzibatçı təyin olunanadək (xx.xx.2020-ci il) Ban öz müştərisinin ödəniş tapşırığının icrasını təmin edə bilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında, yəni apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
954. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və ver ilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür....”
46. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” 47. “Banklar haqqında” Azərbaycan müddəalarında aşağıdakılar n əzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
71. Ləğvedici... 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7. 6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır.” “Ma ddə
72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir....” M a d d ə
73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun;.....” “Maddə
87. Tələblərin ödənilməsi 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilm iş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüºdürülür. 87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. 87.3. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. 87.4. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alma bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 49.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 50.Məhkəmə kollegiyası iddiaçının tələbini əsl cavabdeh olan "xxxx" ASC-yə (ləğv prosesində) qarşı deyil, hazırkı tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və x3na qarşı irəli sürdüyündən iddianın əsassız olmasına dair nəticəsi ilə razılaşır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
51. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.
52. Eyni zamanda həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə a lınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”. 53.Göründüyü kimi, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. 54.Baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, məhkəmənin 2020-ci il 14 may tarixli qərarına əsasən "xxxx" müflis elan edilənədək, iddiaçı tərəfindən 2020-ci il 24 aprel tarixli ödəniş tapşırığı Bank tərəfindən icra üçün qəbul edilsə də, müştəri Şirkət ödəniş tapşırığında göstərilən vəsaiti almamışdır. Bu baxımdan iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını «Banklar haqqında» Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. Həmin normaların tələbinə görə bankın müflis elan olunmasının nəticələrindən asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. 55.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbi bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara aid olduğundan iddia tələbi Azərbaycan Respublikasının Mərkəzi Bankı və Bankın ləğvedicisinə-x3na qarşı deyil, ləğv prosesində olan "xxxx" ASC-yə qarşı qaldırılmalıdır. İddia tələbi düzgün olmayan cavabdehlərə qarşı qaldırıldığından, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmamasına dair düzgün nəticə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 56.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli, 2-2(103)-211/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev