Məhkəmə qərarları › İş №2-2(102)-66/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-66/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-66/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsinin ləğv olunması və pulun tutulması 05.04.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv olunması və pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-700/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. MAS-4015 nömrəli daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci il 1 iyul tarixində Cavabdeh təhvil verilmiş (müqaviləyə 2 nömrəli əlavə), 2022-ci il 31 yanvar tarixində İddiaçı MMC-nin duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi hesabdan çıxarış və 2022-ci il 5 sentyabr tarixli maliyyə arayışı ilə təsdiq olunmuşdur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 2022-ci il 31 yanvar tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 165,05 manat əsas borc, 207,37 manat mükafat borcu, 264,86 manat cərimə olmaqla ümumilikdə 637,28 manat təşkil etmişdir.

2. MAS-4202 nömrəli daxili lizinq müqaviləsi üzrə “Khazar LX” minik markalı, 77PC135 dövlət qeydiyyat nişan lı nəqliyyat vasitəsi 2021-ci il 16 avqust tarixdə Cavabdeh təhvil verilmiş (müqaviləyə 2 nömrəli əlavə), 2021-ci il 11 dekabr tarixdə (təhvil aktına əsasən) İddiaçı MMC-nin duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi hesabdan çıxarış və 2022-ci il 5 sentyabr tarixli maliyyə arayışı ilə təsdiq olunmuşdur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 2021-ci il 10 dekabr tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 279,85 manat əsas borc, 498,11 manat mükafat borcu, 282,34 manat cərimə olmaqla ümumilikdə 1.060,3 manat təşkil etmişdir.

3. MAS-4201 nömrəli daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci il 16 avqust tarixdə Cavabdeh təhvil verilmiş (müqaviləyə 2 nömrəli əlavə), 2021-ci il 17 d ekabr tarixdə (təhvil aktına əsasən) İddiaçı MMC-nin duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi hesabdan çıxarış və 2022-ci il 5 sentyabr tarixli maliyyə arayışı ilə təsdiq olunmuşdur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 2021-ci il 17 dekabr tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 436,75 manat əsas borc, 730,82 manat mükafat borcu, 339,16 manat cərimə olmaqla ümumilikdə 1.506,73 manat təşkil etmişdir.

4. MAS-3910 nömrəli daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci il 10 iyun tarixdə Cavabdeh təhvil verilmiş (müqaviləyə 2 nömrəli əlavə), 2022-ci il 17 fevral tarixdə (təhvil aktına əsasən) İddiaçı MMC-nin duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi hesabdan çıxarış və 2022-ci il 5 sentyabr tarixli maliyyə arayışı ilə təsdiq olunmuşdur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 2022-ci il 17 fevral tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 504,71 manat əsas borc, 614,52 manat mükafat borcu, 356,96 manat cərimə olmaqla ümumilikdə 1.476,19 manat təşkil etmişdir.

5. MAS-3909 nömrəli daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci il 10 iyun tarixdə Cavabdeh təhvil verilmiş (müqaviləyə 2 nömrəli əlavə), 2022-ci il 4 fevral tarixdə İddiaçı MMC-nin duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nn təqdim etdiyi hesabdan çıxarış və 2022-ci il 5 sentyabr tarixli maliyyə arayışı ilə təsdiq olunmuşdur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 2022-ci il 4 fevral tarixə Ca vabdeh İddiaçı MMC-yə olan borcu 168,22 manat əsas borc, 204,25 manat mükafat borcu, 262,62 manat cərimə olmaqla ümumilikdə 635,09 manat təşkil etmişdir.

6. MAS-3908 nömrəli daxili lizinq müqaviləsi üzrə “Khazar LX” minik markalı, **dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci il 10 iyun tarixində Cavabdeh təhvil verilmiş (müqaviləyə 2 nömrəli əlavə), 2022-ci il 29 yanvar tarixdə (təhvil aktına əsasən) İddiaçı MMC-nin duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi hesabdan çıxarış və 2022-ci il 5 sentyabr tarixli maliyyə arayışı ilə təsdiq olunmuşdur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 2022-ci il 28 yanvar tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 168,22 manat əsas borc, 204,10 manat mükafat borcu, 259,59 manat cərimə olmaqla ümumilikdə 631,91 manat təşkil etmişdir.

7. MAS-3907 nömrəli daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci il 10 iyun tarixində Cavabdeh təhvil verilmiş, 2022-ci il 13 yanvar tarixində (təhvil aktına əsasən) İddiaçı MMC-nin duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi hesabdan çıxarış və 2022-ci il 5 sentyabr tarixli maliyyə arayışı ilə təsdiq olunmuşdur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 2022-ci il 13 yanvar tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 333,27 manat əsas borc, 412,59 manat mükafat borcu, 268,86 manat cərimə olmaqla ümumilikdə 1.014,72 manat təşkil etmişdir.

8. MAS-3906 nömrəli daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci il 10 iyun tarixində Cavabdeh təhvil verilmiş, 2022-ci il 29 yanvar tarixində (təhvil aktına əsasən) İddiaçı MMC-nin duracağına yerləşdirilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi hesabdan çıxarış və 2022-ci il 5 sentyabr tarixli maliyyə arayışı ilə təsdiq olunmuşdur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 2022-ci il 28 yanvar tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 333,27 manat əsas borc, 412,78 manat mükafat borcu, 283,85 manat cərimə olmaqla ümumilikdə 1.029,9 manat təşkil etmişdir.

9. MAS-3906, MAS-3907, MAS-3908, MAS-3909, MAS-3910, MAS-4015 nömrəli daxili lizinq müqavilələrin 1.3-cü bəndlərinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 14.750 manat təşkil edir. Lizinq alan bu müqavilə imzaladığı gün 3.100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3.100 manat lizinq ödənişli lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 23 faiz həcmində mükafat məbləği hesablanır.

10. MAS-4201, MAS-4202 nömrəli daxili lizinq müqavilələrin 1.3-cü bəndlərinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 14.950 manat təşkil edir. Lizinq alan bu müqavilə imzaladığı gün 3.100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3.100 manat lizinq ödənişli lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 24,5 faiz həcmində mükafat məbləği hesablanır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı MMC (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan son ra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış MAS-4015, MAS-4202, MAS4201, MAS-3910, MAS-3909, MAS3908, MAS-3907 və MAS-3906 nömrəli daxili lizinq müqavilələrinin ləğv edilməsi, MAS4015 nömrəli daxili lizinq müqaviləsi üzrə 2022-ci il 31 yanvar tarixə 165,05 manat gecikdirilmiş əsas, 207,37 manat gecikdirilmiş mükafat, 264,86 manat dəbbə pulu, 940 manat dəymiş zərər, MAS-4202 nömrəli daxili lizinq müqaviləsi üzrə 2021-ci il 10 dekabr tarixə 279,85 manat gecikdirilmiş əsas, 498,11 manat gecikdirilmiş mükafat, 282,34 manat dəbbə pulu, 7449 manat dəymiş zərər, MAS-4201 nömrəli daxili lizinq müqaviləsi üzrə 2021-ci il 17 dekabr tarixə 436,75 manat gecikdirilmiş əsas, 730,82 manat gecikdirilmiş mükafat, 339,16 manat d əbbə pulu, 260 manat dəymiş zərər, MAS-3910 nömrəli daxili lizinq müqaviləsi üzrə 2022-ci il 17 fevral tarixə 504,71 manat gecikdirilmiş əsas, 614,52 manat gecikdirilmiş mükafat, 356,96 manat dəbbə pulu, 68,50 manat dəymiş zərər, MAS3909 nömrəli daxili lizinq müqaviləsi üzrə 2022-ci il 4 fevral tarixə 168,22 manat gecikdirilmiş əsas, 204,25 manat gecikdirilmiş mükafat, 262,62 manat dəbbə pulu, 1.245 manat dəymiş zərər, MAS-3908 nömrəli daxili lizinq müqaviləsi üzrə 2022-ci il 28 yanvar tarixə 168,22 manat gecikdirilmiş əsas, 204,1 manat gecikdirilmiş mükafat, 259,59 manat dəbbə pulu, 3.723 manat dəymiş zərər, MAS-3907 nömrəli daxili lizinq müqaviləsi üzrə 2022-ci il 13 yanvar tarixə 333,27 manat gecikdirilmiş əsas, 412,59 manat gecikdirilmiş mükafat, 268,86 manat dəbbə pulu, 810,5 manat dəymiş zərər, MAS-3906 nömrəli daxili lizinq müqaviləsi üzrə 2022-ci il 28 yanvar tarixə 333,27 manat gecikdirilmiş əsas, 412,78 manat gecikdirilmiş mükafat, 283,85 manat dəbbə pulu, 2.244,9 manat dəymiş zərər olmaqla, ümumilikdə 24.733,02 manat məbləğində pulun və mediasiya prosesi üçün ödənilmiş 200 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2021-ci il 1 iyul tarixli MAS-4015 nömrəli daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsi nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21.023 manat məbləğində pulu cavabdehin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21.023 manatın 14.750 manatı əsas məbləğ təşkil etmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş adıçəkilən avtomobil 2022-ci il 31 yanvar tarixində sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 940 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 2021-ci il 13 dekabr tarixində 380 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 16 avqust tarixli MAS-4202 nömrəli daxili lizinq müqavilə sinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.950 manat məbləğinə cavabdehin mülkiyyətinə alınmış və iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 24,5 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21.802 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür.

13. Ödənilməli olan 21.802 manatın 14.950 manatı əsas məbləğ təşkil etmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 2021-ci il 10 dekabr tarixində sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 7.449 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 2021-ci il 13 sentyabr tarixində 390 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 16 avqust tarixli MAS-4201 nömrəli daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.950 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 24,5 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21.802 manat məbləğində pulu idd iaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21.802 manatın 14.950 manatı əsas məbləğ təşkil etmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 2021-ci il 17 dekabr tarixində sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 260 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 2021-ci il 13 sentyabr tarixində 390 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 10 iyun tarixli MAS-3910 nömrəli daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.750 manat məbləğinə iddiaçının mülkiyyətinə a lınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21.023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21.023 manatın 14.750 manatı əsas məbləğ təşkil etmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 2022-ci il 17 fevral tarixində sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 68,5 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 2021-ci il 18 noyabr tarixində 378 manat məb ləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 10 iyun tarixli MAS-3909 nömrəli daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21.023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21.023 manatın 14.750 manatı əsas məbləğ təşkil etmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 2022-ci il 4 fevral tarixində sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1.245 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 2021-ci il 13 dekabr tarixində 865 manat məbləğində olmuşdur. Tərəflər arasında bağlanmış 2021-ci il 10 iyun tarixli MAS-3908 nömrəli daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21.023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür.

14. Ödənilməli olan 21.023 manatın 14.750 manatı əsas məbləğ təşkil etmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 2022-ci il 28 yanvar tarixində sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3.723 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 2021-ci il 13 dekabr tarixində 375 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 10 iyun tarixli MAS-3907 nömrəli daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik m arkalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21.023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21.023 manatın 14.750 manatı əsas məbləğ təşkil etmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 2022-ci il 13 yanvar tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 810,50 manat dəyəri ndə ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 2021-ci il 18 noyabr tarixdə 378 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 10 iyun tarixli MAS-3906 nömrəli daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21.023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21.023 manatın 14.75 0 manatı əsas məbləğ təşkil etmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 2022-ci il 28 yanvar tarixində sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2.244,9 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 2021-ci il 18 noyabr tarixində 4 manat məbləğində olmuşdur.

15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 747.1, 748-1.8, 748-1.9, 748-1.12, 748-7.1 və 7487.11-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh 2023-cü il 18 may tarixli məhkəmə iclasında iddia tələbinə münasibət bildirərək izahatında avtomobillərin alınması ilə bağlı etdiyi avans ödənişlərinin nəzər ə alınmasını xahiş etmişdir. Həmçinin iddiaçının avtomobilləri təmir etdirmək öhdəliyini icra etmədiyini bildirmişdir.

17. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 6 yanvar tarixli, 9/8102 nömrəli ekspert rəyinə əsasən, iddiaçının 2022-ci il 15 mart tarixli qüsur aktındakı məlumatlara əsasən 2021-ci il buraxılışlı “Khazar LX” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir – bərpa xərci hadisə baş verən tarixə təxminən 2.245 manat; 2021-ci il buraxılışlı “Khazar LX” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir – bərpa xərci hadisə baş verən tarixə təxminən 810 manat; 2021-ci il buraxılışlı “Khazar LX” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avto mobilin təmir – bərpa xərci hadisə baş verən tarixə təxminən 68 manat məbləğində müəyyən edilmişdir. İddiaçının 2022-ci il 24 fevral tarixli qüsur aktındakı məlumatlara əsasən 2021-ci il buraxılışlı “Khazar LX” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 3.723 manat; 2021-ci il buraxılışlı “Khazar LX” markalı, **-PY-*** övlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.245 manat məbləğində müəyyən edilmişdir. İddiaçının 2021-ci il 25 dekabr tarixli qüsur aktındakı məlumatlara əsasən 2021-ci il buraxılışlı “Khazar LX” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir – bərpa xərci hadisə baş verən tarixə təxminən 7.449 manat; 2021-ci il buraxılışlı “Khazar LX” markalı **-PC-*** d övlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 260 manat məbləğində müəyyən edilmişdir. İddiaçının 2022-ci il 1 mart tarixli qüsur aktındakı məlumatlara əsasən 2021-ci il buraxılışlı “Khazar LX” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir – bərpa xərci hadisə baş verən tarixə təxminən 940 manat məbləğində müəyyən edilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 may tarixli e-2-2(113)-118/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, tərəflər arasında bağlanmış MAS-3906 nömrəli 2021-ci il 10 iyun tarixli daxili lizinq müqaviləsi üzrə 174,80 manat məbləğində, MAS-3908 nömrəli 2021-ci il 10 iyun tarixli daxili lizinq müqaviləsi üzrə 1.254,91 manat, MAS-4202 nömrəli 2021-ci il 16 avqust tarixli daxili lizinq müq aviləsi üzrə 5.409,30 manat məbləği daxil olmaqla ümumilikdə 6.839,01 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – N.Əhmədova).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehin faktiki sahibliyində olarkən risklərin bölüşdürülməsi qaydaları nəzərdə tutulmuş, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyekti ilə bağlı əksər risklərin məsuliyyətinin lizinq obyektinə faktiki sahiblik edənin üzərində olduğu göstərilmişdir. Eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.1-ci bəndində də oxşar tənzimləmə həyata keçirilmişdir. Lizinq obyektinə dəymiş zərər üzrə məsuliyyət lizinq obyekti təhvil verildiyi andan lizinq alana keçdiyi halda, h azırkı iş üzrə lizinq alan avtomobilə dəymiş zərəri aradan qaldırmamışdır. Tərəflər müqavilədə ziyan məbləğini bölüşdürərkən 800 manat hissəsini lizinq alanın öhdəsinə qoymuş, həmin hissənin lizinq alan tərəfindən lizinq verənə ödənilməsi şərti ilə lizinq verənin dəymiş ziyanı aradan qaldırmasını şərtləşdirmişlər. Lakin cavabdeh qeyd olunan məbləği iddiaçıya ödəməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, tərəflər qeyd olunan bəndin qüvvəsini itirən və ziyanı tam olaraq lizinq alanın öhdəsinə qoyan istisna hallar müəyyən etmişlər ki, həmin müqavilənin 5.3-cü bəndinin a, c, ç, e yarımbəndlərində nəzərdə tutulan hallar hazırkı işdə mövcuddur. Belə olan halda, cavabdehin müqavilənin 5.3-cü bəndinə istinad etməsi ilə bağlı mövqeyi əsassız, iddiaçı nın lizinq obyektinə dəymiş zərəri cavabdehdən tələb etməsi isə əsaslı olmuşdur. 2021-ci il 10 iyun, 2021-ci il 1 iyul və 2021-ci il 16 avqust tarixlərdə MAS-4015, MAS-4202, MAS-4201, MAS-3910, MAS-3909, MAS-3908, MAS-3907, MAS-3906 nömrəli daxili lizinq müqavilələrinin obyekti olan avtomobillərin alğı-satqısına dair satıcı "xxxx" MMC ilə alıcı iddiaçı arasında müqavilə bağlanmış, avtomobilin lizinqə verilməsi məqsədilə əldə edildiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən lizinq obyektləri olan 8 avtomobilə görə ayrı-ayrılıqda 3.100 manat avans ödənişi edilmişdir ki, cavabdeh hər bir lizinq obyekti üzrə 3.100 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır.

20. Məhkəmə avans ödənişlərinin nəzərə alınmalı olması ilə bağ lı cavabdehin mövqeyini əsaslı saymışdır. Belə ki, mülki qanunvericiliyə əsasən lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. Lakin qeyd edilən daxili lizinq müqavilələrində lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən olunmamışdır. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektini n əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmışdır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin və dəymiş zərərin ümumi məbləğinə daxil olunmalıdır ki, əks yanaşma mülki qanunvericiliyinin müddəalarına zidd olmuşdur. Lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə etmişdir.

21. Lakin onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Müqavilələr eyni tərəflər arasında bağlanmış olsa da, hər bir müqavilə müstəqil tənzimləmə predmetini ehtiva etməklə ayrıca öhdəlik yaratmışdır. MAS4015 nömrəli daxili lizinq müqaviləsi üzrə tələb edilən 1.577,28 manat, MAS-4201 nömrəli daxili lizinq müqaviləsi üzrə tələb olunan 1.766,73 manat, MAS-3910 nömrəli daxili lizinq müqaviləsi üzrə tələb edilən 1.544,69 manat, MAS-3909 nömrəli daxili lizinq müqaviləsi üzrə tələb olunan 1.880,09 manat, MAS-3907 nömrəli daxili lizinq müqaviləsi üzrə tələb edilən 1.825,22 manat borc həmin müqavilələr üzrə ayrı-ayrılıqda ödənilmiş 3.100 manatla tam əhatə olunduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. Tərəflər arasında bağlanmış daxili lizinq müqavilələrinin 9-cu bəndləri ilə də müqavilənin lizinq verənin təşəbbüsü ilə ləğv edilməsinin müqavilə rejimi müəyyənləşdirilmişdir. Müqavilənin birtərəfli qaydada ləğv olunması, bir qayda olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar baş vermişdir. Hazırkı halda da iddiaçı MAS-4015 nömrəli müqavilə üzrə lizinq obyektini 2022-ci il 31 yanvar tarixdə, MAS-4202 nömrəli müqavilə üzrə lizinq obyektini 2021-ci il 11 dekabr tarixdə, MAS-4201 nömrəli müqavilə üzrə lizinq obyektini 2021-ci il 17 dekabr tarixdə, MAS-3910 nömrəli müq avilə üzrə lizinq obyektini 2022-ci il 17 fevral tarixdə, MAS- 3909 nömrəli müqavilə üzrə lizinq obyektini 2022-ci il 4 fevral tarixdə, MAS-3908 nömrəli müqavilə üzrə lizinq obyektini 2022-ci il 29 yanvar tarixdə, MAS-3907 nömrəli müqavilə üzrə lizinq obyektini 2022-ci il 13 yanvar tarixdə, MAS-3906 nömrəli müqavilə üzrə lizinq obyektini 2022-ci il 29 yanvar tarixdə geri almaqla iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilələr müvafiq olaraq birtərəfli qaydada ləğv olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni MM-nin 421.2, 747.1, 747.2, 748-1.12, 748-1.12.1, 7481.12.2, 748-1.12.3, 748-1.12.4, 748-7.1, 748-10.1, 748-11.1, 748-11.1.2 və 750-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2023-cü il 29 mart tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-700/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 386.1, 398.1, 399.1, 442, 748-1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. MM-in 748-1.8, 748-1.9, 748-1.12, 748-10.1, 748-10.6-cı maddələrinin tələbləri pozulmuşdur-cavabdeh “D axili lizinq” müqavilələrinin 1.3-cü bəndində nəzərdə tutulmuş qaydada müqavilələr imzalandığı gün 3.100 manat məbləğində lizinq ödənişini lizinq verənin hesabına ödəmişdir. Həmin məbləğ əsas məbləğdən çıxılmaqla ödəniş cədvəli tərtib olunmuş və tərəflər arasında hesablaşma qaydası müəyyən edilmişdir. Göründüyü kimi lizinq ödənişi lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həyata keçirilmişdir. Lakin hər iki instansiya məhkəməsi müqavilə üzrə öhdəlikərdən məhz lizinq alan tərəfindən imtina edilməsini və müqavilə şərtlərinin sona çatdırılmamasını nəzərə almamış, cavabdeh tərəfindən ödənilmiş lizinq ödənişlərini lizinq obyektinin əldə edilməsi üçün çəkilən xərclərin müəyyən hissəsini qarşılamaq məqsədilə ödənildiyini, əmlakların dəyərinin yalnız lizinq verən tərəfindən deyil, eyni za manda lizinq alanın da vəsaiti hesabına əldə edildiyi qənaətinə gəlməklə həmin məbləğləri avans kimi qiymətləndirmişdir. Həmin əmlakların dəyəri satıcıya lizinq verən tərəfindən tam ödənilmiş, əmlaklar müvafiq orqan tərəfindən lizinq verənin mülkiyyətinə qeyd alınmış, daha sonra isə lizinq verən lizinq alan arasında “Daxili lizinq” müqavilələri imzalanaraq əmlaklar sonuncunun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Müqavilə imzalanarkən lizinq alanın müəyyən lizinq ödənişləri həyata keçirməsi avans kimi qiymətləndirilə bilməz. Tərəflər arasında imzalanmış “Daxili lizinq” müqavilələrinin 1.3-cü bəndinə nəzər salsaq lizinq alan müqavilə imzalandığı gün 3.100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. “Daxili lizinq” müqavilələrindən və müqaviləl ərə əlavə edilmiş ödəniş cədvəllərindən də göründüyü kimi cavabdeh tərəfindən ödənilmiş 3.100 manat məbləğində pul avans yox lizinq ödənişi olaraq lizinq alanın ümumi borcundan çıxılmışdır. Bundan başqa tərəflər arasında imzalanmış “Daxili lizinq” müqavilələrinin 9.2 və 10.5-ci bəndlərində aşkar olaraq qeyd edilmişdir ki, müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv olunduqda lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz.

29. Belə ki, lizinq alan tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və/və ya müqavilə üzrə lizinq alanın digər ödənişləri heç bir halda geri qaytarılmır. Lakin, məhkəmə müqavilənin qeyd edilən bəndlərini nəzərə almadan, işi hərtərəfli araşdırmadan və maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Qeyd olunanlardan göründüyü kimi tərəflər arasında mübahisə yaranacağı təqdirdə ödənişlərlə bağlı şərt nəzərdə tutulmuşdur. Lizinq obyektinin lizinq alanın istifadəsində olduğu müddətdə icra edilməmiş öhdəlikləri lizinq ödənişləri məbləğindən əsassız olaraq çıxılmışdır. İddiaçı təqdim edilmiş sübutlarda bu hal öz əksini tapmamışdır. Lizinq verən mükafat məbləğinin bir qismini müqavilə imzalanarkən ödənilmiş lizinq ödənişlərindən çıxmış, qalan mükafat məbləğinin ödənilməsi isə “Daxili lizinq” müqavilələrinə 3 saylı Əlavəyə uyğun aparılması nəzərdə tutulmuşdur. 30. “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin K ommersiya və Mülki Kollegiyalarının 2021-ci il 4 iyun tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alınmamışdır-qeyd olunan qərardadla müəyyən edilmiş hüquqi mövqelərə əsasən, müqaviləyə xitam verilərkən avans ödənişinin lizinq alana qaytarılıb-qaytarılmaması məsələsinin müqavilə şərtləri ilə tənzimlənməsi məqsədə uyğun hesab olunmuşdur. İşin materiallarında olan müqavilələrin 9.2 və 10.5-ci bəndlərində aşkar olaraq qeyd edilmişdir ki, müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz, lizinq alan tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və/və ya müqavilə üzrə lizinq alanın digər ödənişləri heç bir halda geri qaytarılmır. Ali Məhkəmənin məqs ədə müvafiq hesab etdiyi norma tərəflər arasında imzalanmış müqavilələrdə öz əksini tapmış, hər iki instansiya məhkəməsi tərəfindən avans kimi qiymətləndirilən, lakin faktiki olaraq lizinq ödənişlərinin geri qaytarılmayacağı ilə bağlı şərt tərəflər arasında mübahisə yaranacağı təqdirdə qabaqcadan müəyyən olumuşdur. Ali Məhkəmənin mövqeyinə əsasən lizinq qalan tərəfindən ödənilmiş avans və aparılmış lizinq ödənişlərinin ümumi məbləği nəzər alınmaqla lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququnun tanınmaması, həmçinin ödənilmiş lizinq ödənişləri avans hesab edilsə belə lizinq verənə qaytarması istisna edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

32. Hazırkı kass asiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin dəlillərinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində mübahisələndirilir. Ona görə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı and an qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtl əri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və l izinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-7. bölüşdürülməsi Lizinq müqaviləsinin tərəfləri arasında risklərin 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir:... 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər;...” “Maddə

750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.” 35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2023-cü il 29 mart tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzr ə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır....”

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dai r” 2012-ci il 28 fevral tarixli Qərarı).

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və şikayətin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

40. Baxılan işdə, yuxarıda qeyd olunduğu kimi, cavabdeh tərəfindən sözügedən lizinq müqavilələri üzrə lizinq obyektinin istifadə edilməsinə başlanılmazdan əvvəl 3.100 manatın lizinq ödənişi olaraq ödənilməsi mübahisələndirilməyən halıdır. Lizinq müqavilələri üzrə həmin ödənişlərin ödənilməsi tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 1.3-cü bəndində nəzərdə tutulmuşdur. Həmin müqavilələrin 9.2 və 10.5ci bəndlərində qeyd edilmişdir ki, müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə lizi nq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz, lizinq alan tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və/və ya müqavilə üzrə lizinq alanın digər ödənişləri heç bir halda geri qaytarılmır.

41. Bununla bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

42. «...nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdı rılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). 43. “...Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair 339-342-ci maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip Mülki Məcəllənin 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur (Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarı).

44. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki Məcəllənin 6.2 və 337.1-ci maddələri).

45. Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericilik lizinq münasibətləri üzrə lizinq obyektindən istifadə edilməsinə başlanılmazdan əvvəl, ilkin ödənişin verilməsini n əzərdə tutmur. Belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterikdir. Bununla belə, baxılan işdə olduğu kimi, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində ilkin ödənişin müəyyən olunması istisna edilmir. Lakin MM-nin 748-10.1-ci maddəsinin mənasına görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə edilmiş ilkin ödəniş də, kassatorun qeyd etdiyi kimi, lizinq ödənişi hesab edilir. Nəzərə alınmalıdır ki, baxılan iş üzrə lizinq obyektləri iddiaçıya qaytarıldığı üçün cavabdehin müqaviləyə əsasən lizinq predmetini əldə etmək imkanı istisna edilir. Əks yanaşma, yəni həm lizinq obyektinin lizinq verənə qaytarılması, həm də müqavilənin «müqavilə üzrə lizinq alanın digər ödənişləri heç bir halda geri qaytarılmır» müddəası əsasında ilkin ödəniş qi smində ödənilmiş vəsaitin ümumi lizinq ödənişlərinə aid edilməməklə, lizinq verəndə saxlanılması lizinq hüquq münasibətlərinin mahiyyətinə ziddir, həmçinin son nəticədə lizinq verənin əsassız varlanması ilə nəticələnə bilər. Odur ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin sözügedən müddəası qanuna zidd olduğu üçün özü-özlüyündə etibarsız şərtlərdir.

46. Kassasiya şikayətinin, işə baxan məhkəmələr tərəfindən «Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il 4 iyun tarixli qərardadında göstərilən hüquqi mövqenin nəzərə alınmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, həmin qərardadda ifadə olunmuş hüquqi mövqelər tərəflərə lizinq müqaviləsinin mahiyyətinə, mülki qanunvericiliyin həmin münasibətləri tənzimləyən, imperativ tələblərinə zidd müddəaların müqavilə şərti kimi nəzərdə tutulmasını müəyyən etməmişdir.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

48. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-700/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli Ə.G.Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar