Məhkəmə qərarları › İş №2-2(102)-665/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-665/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-665/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xüsusi texnika və nəqliyyat vasitələrinin icarə müqaviləsi, icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 iyun tarixli 2-2(103)-147/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiy a şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarəyə verən İddiaçı MMC ilə icarədar Cavabdeh MMC arasında 2023-cü il 27 noyabr tarixdə xx.xx.2023-001 saylı texnikaların icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyəverənin mülkiyyətində olan və ya etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələrini İcarədarın Sifarişi əsasında göstərilən sahədə istifadə edilmək üçün İcarədarın istifadəsinə icarəyə verməyi və İcarədar tərəfindən tələb edilərsə, operator və ya sürücü ilə təmin etməyi öhdəsinə götürür, icarədar isə xidmət haqqını bu müqaviləyə və Protokol №l-də razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürür. - 3.1 -ci bəndinə əsasən müqaviləyə əsasən hər ay ərzində göstərilmiş xidmət üçün təhviltəslim aktı tərtib olunur, “İcarədar”ın səlahiyyətli nümayəndəsi və İcarəyəverən tərəfindən təsdiq edilmiş akta əsasən ay ərzində faktiki göstərilən vergilər daxil xidmət haqqı növbəti 10 (on) təqvim günü ərzində İcarədar tərəfindən İcarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilir.

2. İcarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2023-cü il 24 noyabr tarixli 01 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə texnikanın (Buldozer Komatsu 155D) aylıq icarə haqqısının (2970 manat ƏDV daxil) ümumilikdə 19.470 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 3. 2023-cü il 15 dekabr tarixli xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 2023-cü il 27 noyabr tarixli Müqavilə ilə nəzərdə t utulan “icarəyə verən” tərəfindən 2023-cü il 27 noyabr – 2023-cü il 30 noyabr tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 1747,33 manat məbləğində olmasını təsdiq etmişlər. 4. 2024-cü il 10 yanvar tarixli xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 2023-cü il 27 noyabr tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən 2023-cü il 1 dekabr – 2023-cü il 30 dekabr tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 19.470 manat məbləğində olmasını təsdiq etmişlər. 5. 2024-cü il 13 fevral tarixli xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 2023-cü il 27 noyabr tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən 2024-cü il 6 yanvar – 2024-cü il 31 yanvar tarixlərində həyata keçirilən xid mət və öhdəliklərin dəyərinin 29.023,45 manat məbləğində olmasını təsdiq etmişlər. 6. 2024-cü il 4 mart tarixli xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 2023-cü il 27 noyabr tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən 2024-cü il 1 fevral – 2024-cü il 29 fevral tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 30.146,64 manat məbləğində olmasını təsdiq etmişlər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 41.151,50 manat məbləğində borc, dövlət rüsumu olaraq ödənilmiş 216 manat və vəkil xidmət haqqı olaraq ödənilmiş 300 manat məbləğində pulun tutularaq iddiaçı ya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il 27 noyabr tarixli xx.xx.2023-001 nömrəli müqaviləyə əsasən “icarəyə verən” mülkiyyətində və etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələrini “icarədarın” istifadəsinə icarəyə verməyi, “icarədar” isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin icrası iddiaçı tərəfindən tam şəkildə həyata keçirilmiş və müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktları tərtib olunmaqla təsdiq olunmuşdur. Belə ki, Müqavilə cərçivəsindəki xidmətlərin göstərilməsi haqqında tərəflər arasında təsdiq olunmuş 2023-cü il 24 noyabr tarixli “Təhvil təslim” ak tında iddiaçı tərəfindən 2023-cü ilin dekabr ayının xidməti EBDW 218855 qaimə üzrə ƏDV daxil 19.470,00 manat olmuşdur, bu qaimə üzrə ƏDV daxil qalıq borc 1484,24 manatdır. 2024-cü ilin yanvar ayının xidməti EBDY 956021 qaimə üzrə ƏDV daxil 29.023,46 manat olmuşdur, bu qaimə üzrə ƏDV daxil qalıq borc 9520,62 manatdır. 2024-cü ilin fevral ayının xidməti EBEA 138978 qaimə üzrə ƏDV daxil borc 30.146,64 manat olmuşdur, bu qaimə üzrə ƏDV daxil qalıq borc 30.146,64 manat olmuşdur. Ümumilikdə 41.151,50 manat məbləğində qalıq borc qalmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1 bəndinə əsasən təsdiq edilmiş “Təhviltəslim” Aktlarında göstərilmiş xidmət haqqı və 18 % ƏDV 10 təqvim günü ərzində “İcarədar” tərəfindən “İcarəyə verənin” bank hesabına ödənilməli olduğu halda, bu günədək cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmiş və görülən işlərin dəyərini iddiaçıya ödəməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 oktyabr tarixli e-2-2(113)4298/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Günay Həşimova).

10. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı müqavilə üzrə Əlavədə göstərilmiş texnikanı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Cavabdehin 2023-cü il 27 noyabr tarixdə xx.xx.2023-001 nömrəli icarə müqaviləsi üzrə iddiaçıya olan borcu 41.151,50 manat təşkil edir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitələri nə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən ümumilikdə 41151,50 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 216 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulması ağlabatandır.

11. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 448.1, 700.1, 700.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 52.5, 107, 14.1, 115.0.9, 119.1, 121.1, 191.3, 121.1, 191.3, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il 25 aprel tarixli 5/292 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş işin materiallarının 146-149cu vərəqlərdə olan 2023-cü il 15 dekabr tarixli, 2024-cü il 10 yanvar tarixli, 2024-cü il 13 fevral tarixli və 2024-cü il 4 mart tarixli təhvil-təslim aktlarının “İcarədar” qrafasın dakı möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş işin materiallarının 146-149-cu vərəqlərdə olan 2023-cü il 15 dekabr tarixli, 2024-cü il 10 yanvar tarixli, 2024-cü il 13 fevral tarixli və 2024-cü il 4 mart tarixli təhvil-təslim aktlarının “İcarədar” qrafasındakı imza faksimile klişe vasitəsilə icra edilmişdir. Tədqiqata təqdim edilmiş işin materiallarının 146-149-cu vərəqlərdə olan 2023-cü il 15 dekabr tarixli, 2024-cü il 10 yanvar tarixli, 2024-cü il 13 fevral tarixli və 2024-cü il 4 mart tarixli təhvil-təslim aktlarının “İcarədar” qrafasındakı möhür əksləri öz arasında və ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş işin materiallarının 146-149-c u vərəqlərdə olan 2023-cü il 15 dekabr tarixli, 2024-cü il 10 yanvar tarixli, 2024-cü il 13 fevral tarixli və 2024-cü il 4 mart tarixli təhvil-təslim aktlarının “İcarədar” qrafasındakı imzalar öz arasında və ekspertizaya təqdim edilmiş faksimile klişe eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər.

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 20 iyun tarixli 2-2(103)-147/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutulması qət edilmişdir (sədrlik edən – Leyla Əliyeva, hakimlər – Təranə Mahmudova və Ziya Şirinov).

15. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı müqavilə icarə müqaviləsi a dlandırılsa da, müqavilə üzrə icarəyəverənin öhdəlikləri texnikaların icarəyə verilməsi ilə məhdudlaşmır, həmin öhdəliklərə operator və sürücü ilə təmin edilmə kimi xidmətlərin göstərilməsi də daxil edilmişdir. Odur ki, mübahisəli müqavilə xidmət müqaviləsi ilə icarə müqaviləsinin ünsürlərini birləşdirən qarışıq tipli müqavilədir. Belə olan halda texnikaların icarəyə verilməsinə və texnikalara göstərilmiş xidmətlərə görə xidmət haqqının tutulmasına dair mübahisənin əsaslarını MM-in 700.1 və 752.1-ci maddələri təşkil edir.

16. Təhvil-təslim aktlarının cavabdeh tərəfindən möhür və imza ilə təsdiq edilib-edilməməsi işin mübahisə edilən halını təşkil etdiyindən bununla bağlı iş üzrə sənədlərin texniki ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən 2023-cü il 15 dekabr tarixli, 2024-cü il 10 yanvar tarixli, 2024-cü il 13 fevral tarixli və 2024-cü il 4 mart tarixli təhvil-təslim aktlarının “İcarədar” qrafasındakı möhür əksinin relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulduğu öz arasında və ekspertizaya təqdim edilmiş cavabdehin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etdiyi habelə həmin təhvil-təslim aktlarındakı imzaların faksimile klişe vasitəsilə icra edildiyi öz arasında və ekspertizaya təqdim edilmiş faksimile klişe eksperimental əks nümunələri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Göstərilən hal isə təhvil-təslim aktlarının cavabdeh tərəfindən imzalanmaması barədə dəlillərin əsassızlığına dəlalət edir.

17. Beləliklə, icarə obyekti olan texnikaların 2023-cü ilin noyabr-2024-cü ilin fevral aylarında cavabdehin istifadəsində olması, həmin tex nika vasitəsilə cavabdehə xidmət göstərilməsi və cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan xidmət haqqının məbləği hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Cavabdeh isə xidmət haqlarını ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

18. Odur ki, iddiaçı xüsusi texnika və nəqliyyat vasitələrini cavabdehin istifadəsinə verməklə və həmin texnikalar vasitəsilə xidmət göstərməklə mübahisəli müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etdiyini, cavabdehin isə texnika və nəqliyyat vasitələri ilə xidmətlərə görə haqqı tam şəkildə ödəməməklə həmin müqavilə üzrə öhdəliklərini pozduğunu nəzərə alaraq kollegiya hesab etmişdir ki, iddiaçı müqavilə üzrə 41.151,50 manat məbləğində xidmət haqqı borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 390.4, 442, 448.1, 700.1, 700.3, 752.1-ci MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 700.1 və 752.1-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi yalnız icarə və podrat müqavilələrinin anlayışını ehtiva edən maddi hüquq normalarından başqa, heç bir başqa maddi hüquq normasına istinad etməmişdir. Qeyd edilən normalar, ümumi anlayış və əlamətləri nəzərdə tutmaqla, yaranmış mübahisən in həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə texnikaların icarə müqaviləsini qarışıq müqavilə adlandıraraq, MM-in 390-cı maddəsinə hazırkı iş üzrə istinad edilməsini şərtləndirmişdir. Belə ki, MM-in 390.4-cü maddəsinin tələblərinə əsasən, “Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.” Qanunun tələblərini nəzərə almayan apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə texnikaların icarə müqaviləsinin hazırkı mübahisənin həlli üçün heç bir bəndinə istinad etməmiş, tə ləbin qanuni və ya müqavilə əsasının nədən ibarət olduğunu aydınlaşdıra bilməmiş, icraatında olan mülki hüquq münasibətlərinin xarakterini müəyyən edə bilməmişdir.

22. MPM-in 14.1-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi cavabdehin işdə iştirakını təmin etmədən, yalnız iddiaçının təqdim etdiyi, mötəbərliliyi şübhə doğuran və əsli ilə düz olduğunun iddiaçının özü tərəfindən təsdiq edilən sənəd surətləri əsasında, əlavə heç bir araşdırma aparmadan, əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə qaimə fakturalarda göstərilən rəqəmlərlə, təhvil-təslim aktlarında əks olunmuş rəqəmlərin, habelə iddia ərizəsində qeyd edilən rəqəmlər arasında ziddiyyətlərin olduğunu, sonuncu 2024-cü il 9 mart tarixli təhvil-təslim aktında göstərilən məbləğlə bağlı ümumiyyətlə iddiaçı tərəfindən qaimə faktura təqdim edilmədiyini nəzərə almamış, iş üzrə cavabdeh tərəfindən edilmiş ödənişlərlə iddiaçının ərizədə göstərdiyi rəqəmləri müqayisə etməmiş, bunun üçün bank çıxarışlarının təqdim edilməsini tələb etməmişdir. Ekpertiza tədqiqatı ilə bağlı tərəfimizdən faksimile vasitəsilə imzalanmış və möhürlənmiş sənəd üzərinə yazıların yerləşdirilməsi barədə mövqeyimizə baxmayaraq, məhkəmə tərəfindən ekspert qarşısında mətnin, möhür və imzadan sonra çap edilməsinin yoxlanılması barədə sual qoyulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamış, hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsid ir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir....”

27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesa b edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 31.Kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən cavabdehin iştirakının təmin edilməməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir (bax iş materialları səhifə 192).

32. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti i sə təmin edilməməlidir.

34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 iyun tarixli 22(103)-147/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar