Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-666/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Mingəçevir Şəhər Məhkəməsindəki icraat
1. İddiaçı Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin Mingəçevir şəhəri, H.Əliyev prospekti, 30 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (bundan sonra – “qeyri-yaşayış sahəsi”) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir.
3. Mingəçevir Şəhər Məhkəməsinin 2024-cü il 4 sentyabr tarixli 2(051)-1744/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Ə.Hüseynov).
4. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mülki hüquq münasi bətləri yaranan vaxt hər iki tərəf fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmışdır. Eləcə də, tərəflərin mülki hüquq və vəzifələrinin yaranmasına əsas qeyri-yaşayış sahəsindən sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə nəticəsində olmuşdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəlidir.
5. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarına (bundan sonra – “Plenum Qərarı”), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 44.2.2, 32.6, 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Şəki Kommersiya Məhkəməsindəki icraat
6. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 4 oktyabr tarixli, 2-2(117)-1411/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – M.Hüseynov).
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin məzmunu qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən icarə və ya istifadə müqaviləsi bağlamadan icazəsiz istifadə edilməsi və həmin qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlıdır.
8. Eyni zamanda məhkəmə bildirmişdir ki, tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, onlar arasında yaranmış mübahisə də bilavasitə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əla qəli mübahisədir. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, nəzərdə tutulan iş üzrə cavabdehin heç bir VÖEN hesabı yoxdur. Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmadığından fərdi sahibkar statusuna malik deyildir. Odur ki, tərəflər arasında yaranmış münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır.
9. Bundan başqa, “X3” X1 şəhər Filialı iş üzrə tərəf qismində cəlb edilmədiyindən ilk iddia üzrə cavabdeh həmin ictimai birliyin filial rəhbəri olsa bu hallar işə kommersiya mübahisəsi olaraq baxılmasına əsas vermir. Qeyd edilən X2 Filialı tərəf olsa belə, qeyd edilən filial tərəf olması ilə bağlı yuxarı instansiya məhkəməsinin mövqeyi mövcud olduğundan, eyni zamanda həmin Birliyin ictimai birlik olması da q eyd edilən şəxsin qeyri-kommersiya fəaliyyəti ilə məşğul olmasını təsdiq edir.
10. Hazırkı işdə tərəflər arasında mülki hüquq münasibətləri yaranan vaxt hər iki tərəfin fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınması, tərəflərin mülki hüquq və vəzifələrinin yaranmasına əsas qeyri-yaşayış sahəsindən sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə olunması göstərilsə belə, tərəflərin bir-birinə münasibətdə yaranmış mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması güman edilsə belə, cavabdeh qismində cəlb edilən şəxsin vergi orqanında uçota durduğu müəyyən edilmədiyindən, mübahisənin subyekt baxımından hazırkı iddiaya baxılması məhkəmə aidiyyəti üzrə ümumi məhkəmənin səlahiyyətindədir.
11. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 11, 27-ci bəndlərinə, “Sahi bkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası “Vergi Məcəlləsi”nin 13.2.37-ci maddəsinə, MPM-in 24.1, 24.2, 26.1, 31.1, 32.3, 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əla qədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı ol ması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata ke çirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır....” 13. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu müvaf iq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”
14. Azərbaycan Respublikası “Vergi Məcəlləsi”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət ( fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” Ali məhkəmənin mövqeyi
16. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir.
17. Belə ki, MPM-in “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
18. MPM-in 24.2, və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilm əsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
19. Şəki Kommersiya Məhkəməsi qeyd etmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, nəzərdə tutulan iş üzrə cavabdehin heç bir VÖEN hesabı yoxdur. Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmadığından fərdi sahibkar statusuna malik deyildir. Odur ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır.
20. Qarışıq məhkəmə tərkibi Şəki Kommersiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisənin p redmeti və hüquq münasibətlərinin xarakterini müəyyən etməklə yanaşı, tərəflərin subyektiv tərkibini araşdırmaq da, diqqətdən kənarda qalmamalıdır.
21. Belə ki, Plenum Qərarının 11-ci bəndinə görə, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm müb ahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
22. Bundan başqa məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisə subyektiv tərkib baxımından kommersiya mübahisələrinin şərtlərinə uyğun gəlmir. 23. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, i şlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
24. Lakin hazırkı iş üzrə cavabdeh qismində cəlb edilən şəxsin vergi orqanında uçota durduğu müəyyən edilmədiyindən, mübahisənin subyekt baxımından hazırkı iddiaya baxılması məhkəmə aidiyyəti üzrə ümumi məhkəmənin səlahiyyətindədir.
25. Bundan başqa o da qeyd edilir ki, cavabdehin rəhbəri olduğu hüquqi şəxs də təşkilat hüquqi formasına görə ictimai birlikdir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən isə İctimai Birlik təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özü nüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.
26. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
27. X4 Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mingəçevir şəhər Filialı iş üzrə tərəf qismində cəlb edilmədiyindən ilk iddia üzrə cavabdeh həmin ictimai birliyin filial rəhbəri olsa da bu hallar işə kommersiya mübahisəsi olaraq baxılmasına əsas vermir. Qeyd edilən X2 Filialı tərəf olsa belə, qeyd edilən filial tərəf olması ilə bağlı yuxarı instansiya məhkəməsinin mövqeyi mövcud olduğundan, eyni zamanda həmin Birliyin ictimai birlik olması da qeyd edilən şəxsin qeyri-kommersiya fəaliyyəti ilə məşğul olmasını təsdiq edir.
28. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir.
29. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərin dən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.