Məhkəmə qərarları › İş №2-2(102)-669/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-669/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-669/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2-2(103)-614/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İcraçı ilə sifarişçi aras ında bağlanmış 2019-cu il 27 mart tarixli, KTTX 28/0419 nömrəli xidmət müqaviləsinə əsasən icraçı istifadəsində olan “SHACMAN” yük markalı, betonqarışdıran (D.N.N:Az ** CN ***, Buraxılış ili: 2012) sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçinin tələbi ilə icraçı özünə məxsus texnikanı sifarişçinin bu müqavilədə göstərilən təyinat yerinə göndərir və həmin texnika ilə sifarişçiyə xidmət göstərir. - Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 manat təşkil edir. - Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər hər biri xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib ed ir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və icraçı ilə sifarişçi arasında bu müqavilənin tələblərinə əsasən hesablaşmaların aparılması üçün əsas sənəd sayılır.

2. Müqaviləyə 03 nömrəli 2019-cu il 30 dekabr tarixli Əlavədən görünür ki, KTTX 28/0419 saylı 2019-cu il 27 mart tarixli xidmət müqaviləsinin müddəti 2020-ci il 31 dekabr tarixədək uzadılmışdır.

3. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2019-cu il 31 may tarixli 03 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019cu ilin may ayı ərzində 11.400 manat xidmət haqqı hesablanmışdır.

4. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 201 9-cu il 30 iyun tarixli 04 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019cu ilin iyun ayı ərzində 12.600 manat xidmət haqqı hesablanmışdır.

5. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2019-cu il 31 iyul tarixli 05 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019cu ilin iyun ayı ərzində 13.500 manat xidmət haqqı hesablanmışdır.

6. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2019-cu il 31 avqust tarixli 06 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019cu ilin avqust ayı ərzində 12.900 manat xidmət haqqı hesablanmışdır.

7. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2019-cu il 30 sentyabr tarixli 07 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019cu ilin sentyabr ayı ərzində 9.000 manat xidmət haqqı hesablanmışdır.

8. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2019-cu il 31 oktyabr tarixli 08 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019cu ilin oktyabr ayı ərzində 9.000 manat xidmət haqqı hesablanmışdır.

9. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2019-cu il 30 noy abr tarixli 09 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019cu ilin noyabr ayı ərzində 9.000 manat xidmət haqqı hesablanmışdır.

10. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2019-cu il 30 dekabr tarixli 10 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax- Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019cu ilin dekabr ayı ərzində 9.000 manat xidmət haqqı hesablanmışdır.

11. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 31 yanvar tarixli 11 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi la yihəsi çərçivəsində 2020ci ilin yanvar ayı ərzində 9.000 manat xidmət haqqı hesablanmışdır.

12. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 29 fevral tarixli 12 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin fevral ayı ərzində 8.700 manat xidmət haqqı hesablanmışdır.

13. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 31 mart tarixli 13 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin mart ayı ərzində 7.800 manat xidmət haqqı hesablanmışdır.

14. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 30 aprel tarixli 14 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin aprel ayı ərzində 8.400 manat xidmət haqqı hesablanmışdır.

15. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 31 may tarixli 15 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin may ayı ərzində 4.200 manat xidmət haqqı hesablanmışdır.

16. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 30 iyun tarixli 16 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020 ci ilin iyun ayı ərzində 4.500 manat xidmət haqqı hesablanmışdır.

17. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 30 iyul tarixli 17 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin iyul ayı ərzində 4.500 manat xidmət haqqı hesablanmışdır.

18. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 31 avqust tarixli 18 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin avqust ayı ərzində 4.500 manat xidmət haqqı hesablanmışdır.

19. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 30 sentyabr tarixli 19 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin sentyabr ayı ərzində 5.100 manat xidmət haqqı hesablanmışdır.

20. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 31 oktyabr tarixli 20 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin oktyabr ayı ərzində 9.000 manat xidmət haqqı hesablanmışdır.

21. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 30 noyabr tarixli 21 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin no yabr ayı ərzində 8.850 manat xidmət haqqı hesablanmışdır.

22. İcraçı ilə sifarişçi arasında tərtib olunmuş 2020-ci il 10 dekabr tarixli 22 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-QazaxGürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020ci ilin dekabr ayı ərzində 2.400 manat xidmət haqqı hesablanmışdır.

23. İcraçı tərəfindən sifarişçiyə hazırkı müqavilə üzrə EAAU 493388 nömrəli 2019cu il 16 may tarixli, EAAU 493169 nömrəli 2019-cu il 16 may tarixli, EAAV 740700 nömrəli 2019-cu il 13 iyun tarixli, EAAY 601346 nömrəli 2019-cu il 16 avqust tarixli, EBAA 202543 nömrəli 2019-cu il 23 sentyabr tarixli, EBAA 202736 nömrəli 2019-cu il 23 sentyabr tarixli, EBAB 382488 nömrəli 2019-cu il 18 oktyabr tarixli, EBAD 017742 nömrəli 2019-cu il 26 noyabr tarixli, EBAE 147658 nömrəli 2019-cu il 20 dekabr tarixli, EBAF 157768 nömrəli 2020-ci il 17 yanvar tarixli, EBAG 702235 nömrəli 2020-ci il 21 fevral tarixli, EBAH 447380 nömrəli 2020-ci il 10 mart tarixli, EBAİ 651084 nömrəli 2020-ci il 10 aprel tarixli, EBAJ 966057 nömrəli 2020-ci il 16 may tarixli, EBAJ 966057 nömrəli 2020-ci il 16 may tarixli, EBAK 970061 nömrəli 2020-ci il 10 iyun tarixli, EBAM 185753 nömrəli 2020-ci il 9 iyul tarixli, EBAN 537014 nömrəli 2020-ci il 12 avqust tarixli, EBAP 908474 nömrəli 2020-ci il 12 sentyabr tarixli, EBAR 126152 nömrəli 2020-ci il 12 oktyabr tarixli, EBAS 696449 nömrəli 2020-ci il 17 noyabr tarixli, EBAV 097195 nömrəli 2020-ci il 18 dekabr tarixli, EBAV 097238 nömrəli 2020-ci il 19 dekabr tarixli elektron qaimələr göndərilmişdir. 24. 2023-cü il 6 yanvar tarixli, MŞB/13-00302 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə sənəddən görünür ki, Cavabdeh MMC-yə sessiyanın tarixi, saatı və yeri barədə 6 gün öncə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün 200 manat məbləğində vəsait ödəmişdir.

25. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış 2019-cu il 27 mart tarixli, KTTX 28/0419 nömrəli “Xidmət Müqaviləsi” və ona edilmiş əlavələrə əsasən yaranmış 26.400 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

26. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 20 fevral tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, bağlanmış xidməti müqavilələrə və ona edilmiş əlavələrə əsasən iddiaçı tərəfindən 2020-ci ilin avqust ayı üzrə göstərilmiş 4.500 manat məbləğində xidmətə görə ödənilməmiş 1.050 manat və 2020-ci ilin sentyabr-dekabr ayları üzrə görülmüş və dəyəri ödənilməmiş 25.350 manat xidmətə görə, ümumilikdə 26.400 manat xidmət haqqı, Mərkəzi Bankın uçot dərəcəsinə uyğun faiz, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manat və mediasiya üçün 200 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Gəncə-Qa zaxGürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində 2019cu il 27 mart tarixli KTTX 28/0419 nömrəli “Xidmət Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin verdiyi sifarişlər əsasında iddiaçı istifadəsində olan “SHAQMAN” yük markalı, betonqarışdıran (D.N.N:Az 99CN 474, Buraxılış ili 2012) texnikası ilə nəqliyyat xidmətini icra edir və bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqı ödəyir. Xidmət Müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 manat təşkil edir. 2019-cu il 30 dekabr tarixli KTTX 28/0419 saylı 2019-cu il 27 mart tarixli Müqaviləyə Əlavə 3-ə əsasən, 2019cu il 27 mart tarixli KTTX 28/0419 nömrəli “Xidmət Müqaviləsi”nin müddəti 2020-ci il 31 dekabr tarixinədək uzadılmışdır. Həmin müqaviləyə Əlavə 1-ə əsasən, cavabdehin verdiyi sifarişlər əsasında iddiaçı istifadəsində olan “SHAQMAN-yük” betonqarışdıran 2022-ci il buraxılışı, D.N.N. ** CS *** texnikası ilə bir aylıq xidmət haqqı vergilər daxil olmaqla 4.500 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və öhdəliklərin icrasından imtinası əsassız olmuşdur. Cavabdeh iddiaçıya 2020-ci ilin avqust ayı üzrə göstərilmiş 4.500 manat məbləğində xidmətə görə ödənilməmiş 1.050 və 2020-ci ilin sentyabr-dekabr ayları üzrə görülmüş və dəyəri 25.350 manat xidmətə görə ümumilikdə cəmi 26.400 manat xidmət haqqını ödəmədiyi üçün 26.400 manat əsas borcu, Mərkəzi Bankın uçot dərəcəsinə uyğun faizi, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manat və ödənilmiş 200 manat məbləğində dövlə t rüsumunu ödəməmişdir.

28. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386, 389, 405.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad etmişdir.

29. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.

30. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli, e-2-2(113)1584/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 26.400 manat əsas borc, 1.000 manat məbləğində hüquqi yardıma çəkilmiş xərc, ödənilmiş 200 manat dövlət rüsumu, ümumilikdə 27.600 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Ü.Həsənova).

31. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (§§1-25) halları na istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehin müqavilə üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyi, nəticə etibarı ilə iddiaçıya 26.400 manat məbləğində borcunun yaranması nəzərə alınaraq həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının borcun ödənilməsininn gecikdirilməsinə görə Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla faiz borcunun cavabdehdən tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qeyri – müəyyən olmaqla yanaşı iddiaçı məhkəməyə tələb etmiş olduğu faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə - gün hesabı ilə) barədə heç bir sübut təqdim etmədiyi üçün məhkəmə tərəfindən yalnız qeyd olunan qaydada qiymətləndirmə aparılması və cavabdehdən faiz borcunun tutulması m ümkün olmamışdır.

32. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 119.1, 121.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli, 2-2(103)-614/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsi ndə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – F.Abdıyev və A.Hüseyn).

35. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən hazırki mübahisə predmetinə aidiyyəti olmayan ödənişlər edilmiş olsa da, qeyd olunan təhvil – təslim aktları və elektron qaimələr həmin hesabdan çıxarışlarda əks olunmamış və onlar üzrə heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı göstərilən xidmətlərinin dəyərini təşkil edən 26.400 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının istifadəsində olan “SHACMAN” yük markalı, betonqarışdıranın (D.N.N: ** CN ***, Buraxılış ili: 2012) cavabdehin vermiş olduğu sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməsi barədə r azılıq əldə olunsa da, iddiaçı sifarişi təkcə həmin markalı nəqliyyat vasitəsi ilə deyil, digər nəqliyyat vasitələri ilə də həyata keçirmişdir. Bu hal müqavilə şərtlərindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

36. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, tərəflər hər biri xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və icraçı ilə sifarişçi arasında bu müqavilənin tələblərinə əsasən hesablaşmaların aparılması üçün əsas sənəd sayılır. Həmin müqavilənin özündən xidmət göstərən texnikanın yalnız “SHACMAN” yük markalı, betonqarışdıranın (D.N.N:Az ** CN ***, Buraxılış ili: 2012) olmadığı, nəqliyya t vasitələrinin sayının cavabdehin sifarişindən asılı olaraq dəyişə biləcəyi aydın olmuşdur. Hazırki işdə də cavabdehin sifarişi əsasında əlavə texnikalar sonuncuya xidmət göstərmişdir. Əlavə texnikalarla məhz cavabdehin tələbi ilə işlərin görülməsi isə onunla təsdiq olunmuşdur ki, sonuncu həmin işlərin görülməsinə etiraz etməmiş və həmin işlərin nəticələrinin aradan qaldırılmasını tələb etməmiş, əksinə görülmüş işlərə dair təhvil-təslim aktlarını imzalamışdır. Tərəflər arasında əlavə texnikaların işləməsi barədə razılıq əldə olunmuş, cavabdehin məlumatlandırılması ilə bağlı məhkəmə bildirişləri həm cavabdehin elektron kabinetinə, həm də hüquqi ünvanına göndərilmiş, cavabdehə həmçinin SMS bildirişlər də göndərilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 11.1, 404.1, 404.2, 752.1, 753.3, 753.4-cü maddələrinə, MPM-in 13.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

38. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 15 avqust tarixdə iş üzrə tərəflərin nümayəndələrinə, X1 Sisteminin məlumatlarına əsasən isə 2023-cü il 16 avqust tarixdə cavabdehə göndərilmişdir.

39. Cavabdeh 2023-cü il 17 oktyabr tarixində kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

40. MM-in 6.1.9-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, cavabdehin məhkəmədə iştirakı təmin olunmamış, hazırkı işə cavabdehin iştirakı olmadan baxılmaqla cavabdehin məhk əmə müdafiəsi hüququ pozulmuşdur. 41. “Deleourt Belçikaya qarşı” iş üzrə 1970-ci il 17 yanvar tarixli, “X2rşı” iş üzrə 1984-cü il 26 oktyabr tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarında qeyd olunan hüquqi mövqe pozulmuşdur. Apellyasiya məhkəməsi işə baxarkən cavabdehin iştirakı olmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə birtərəfli baxmış və işin bütün hallarını araşdırmamışdır. Belə ki, məhkəmə qətnaməsində tərəflər arasında bağlanılmış müqavilənin olmasını, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş təhvil – təslim aktlarını sadalamaqla kifayətlənmiş, sübutları əlaqəli şəkildə araşdırmadan və əsaslandırmadan borcun olması qənaətinə gəlmişdir. Qeyd olunan elektron qaimələrdə cəmi 26.850 manat məbləğlə tələb olunan 26.400 manat arasınd a olan uyğunsuzluğa, yanlışlığa, həmçinin xidmətlərin göstərilməsinə dair təhvil – təslim aktlarında müqavilədə qeyd edilən texnikadan başqa digər texnikalarla görülmüş işlərə görə xidmət haqqının hesablanması faktına da hüquqi qiymət verməmişdir. 42. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarında göstərilən hüquqi mövqeyə riayət olunmamışdır. Məhkəmə işə baxarkən cavabdehin iştirakı olmadan birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən baxaraq, işi tam, ətraflı, obyektiv araşdırmadan, sübut lara düzgün hüquqi qiymət vermədən əsassız qətnamə qəbul etmişdir.

43. MPM-in 9.1, 9.2, 9.3, 88, 217.1, 217.3, 418.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, sübutun birbaşa və əsas elementlərindən olan cavabdehin izahatları alınmamış, iddiaçı ilə çəkişmə zamanı üzrə çıxarılmalı olan faktlar müəyyən edilməmiş və beləliklə, məhkəmə qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

45. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

46. Apellyasiya məhkəməsinin qətn aməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Mad də

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyy ənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedi kdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma... 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlu mat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.”

49. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvin ə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2-2(103)-614/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən hazırki mübahisə predmetinə aidiyyəti olmayan ödənişlər edilmiş olsa da, qeyd olunan təhvil – təslim aktları və elektron qaimələr həmin hesabdan çıxarışlarda əks olunmamış və onlar üzrə heç bir ödəniş həyata keçirilməmişdir.

52. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən cavabdehin iştirakının təmin edilməməsi barədə dəlil əsassızdır. Belə ki, iş materiallarında (i/v 157-158) olan AVİSdən və AZEMİS-dən görünür ki, işin baxılması barədə cavabdehin özünə və nümayəndəsinə 2023-cü il 1 iyun tarixində bildiriş göndərilmiş, həmçinin “SMS” xəbərdarlıqda olan “mesajın statusu” qrafasında “çatdırıldı” sözü öz əksini tapmışdır (i/v 165) və beləliklə, cavabdehə və nümayəndəsinə işin məhkəmədə baxılma tarixi ilə bağlı lazımi qaydada məlumat verilmişdir.

53. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məh kəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

54. Həmçinin həmin maddənin 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

55. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının istifadəsində olan “SHACMAN” yük markalı, betonqarışdıranın (D.N.N: ** CN ***, Buraxılış ili: 2012) cavabdehin vermiş olduğu sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməsi barədə razılıq əldə olunsa da, iddiaçı sifarişi t əkcə həmin markalı nəqliyyat vasitəsi ilə deyil, digər nəqliyyat vasitələri ilə də həyata keçirmişdir. Lakin qeyd olunan hal müqavilə şərtlərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında 2019-cu il 27 mart tarixində bağlanmış KTTX 28/0419 nömrəli xidmət müqaviləsinin 2.2-ci bəndinə əsasən, tərəflər hər biri xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və icraçı ilə sifarişçi arasında bu müqavilənin tələblərinə əsasən hesablaşmaların aparılması üçün əsas sənəd sayılır. Müqavilənin qeyd olunan bəndindən də göründüyü kimi, “SHACMAN” yük markalı, betonqarışdıranın (D.N.N:Az ** CN ***, Buraxılış ili: 2012) nəqliyyat v asitələrinin sayının dəyişməsi, cavabdehin sifarişinə əsasən, yəni onun razılığına əsasən baş vermiş, cavabdeh görülmüş həmin işlərə dair təhvil-təslim aktlarını imzalamış və cavabdeh tərəfin buna heç bir etirazı olmamışdır.

56. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

57. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli, 2-2(103)-614/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar