Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-671/2021 21.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və vəkili Vəkil şikayətini nəzərdən keçirərək Müəyyən etdim:
1. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-nin 19.03.2019-cu il tarixli, KBY19-1868 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas, 530 000 manat faiz borcu olmaqla, ümumilikdə 10.530. 000 manat, 05.04.2019-cu il tarixli, KBY19-1877 nömrəli kredit müqaviləsi üzrə 3.500.000 manat əsas, 185500 manat faiz borcu olmaqla, ümumilikdə 3.685.500 manat olmaqla, cəmi 14.215.500 manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 9094 kv.m. ümumi sahədən ibarət 5 mərtəbəli yaşayış binasına yönəldilməsinə, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənil məsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 avqust tarixli, e-2-2(113)-2392/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdehnə qarşı (ləğv prosesində olan X1 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin hərracda satılması tələbinə dair ilkin iddia ərizəsinə dair iş üzrə icraata xitam verilmişdir.
3. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1235/2021 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 avqust tarixli, e-2-2(113)-2392/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və vəkili Vəkil tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 22(103)-1235/2021 saylı qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilmişdir.
5. Məhkəmə Kollegiyası kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi üçün onun qəbulundan imtina edilməlidir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 7. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçı tərəfindən kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir.
8. Azərbaycan Respublikası MPM-nin 408.1.7-cü maddəsinə əsasən kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəmə si tərəfindən qaytarılır.
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
10. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və vəkili Vəkil kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.