Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-686/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borc tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(103)-674/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halla rı
1. İddiaçı ilə Cavabdeh MMC arasında 2010-cu il 10 noyabr, 2015-ci il 28 aprel və 2018-ci il 29 may tarixlərində 73 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilələr bağlanmışdır.
2. Tərəflər arasında 2018-ci il 2 aprel tarixində imzalanmış razılaşmaya əsasən, MMC radioelektron vasitələrdən istifadəyə görə borcunun 29.000 manat olduğunu qəbul etmiş və 2018-ci ilin aprel ayından başlayaraq həmin məbləği 58 ay ərzində hər ayın 30-dək 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü il 12 aprel tarixli arayışa əsasən, MMC-dən tələb olunan məbləğ 2013-cü il üzrə 4.399,99 manat, 2014-cü il üzrə 6.800 manat, 2015-ci il üzrə 3.900 manat, 2016-cı il üzrə 2.400 manat, 2017-ci ildə 500 manat, 2018-ci il üçün 2.900 manat, 2019-cu il üçün 3.600 manat, 2020-ci il üçün 3.600 manat məbləğində qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 31 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” 2010-cu il 10 noyabr tarixli, 2015-ci il 28 aprel tarixli və 2018-ci il 29 may tarixli 73 nömrəli müqavilələrə əsasən cavabdehdən 28.099,99 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq iddiaçıya ödə nilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” 2010-cu il 10 noyabr, 2015-ci il 28 aprel və 2018-ci il 29 may tarixlərində 73 nömrəli müqavilələr imzalanmışdır. Müqavilələrin 2.1-ci bəndinə müvafiq olaraq cavabdeh istismar etdiyi radioelektron vasitələrinin anketlərini iddiaçıya təqdim etmişdir. Anketlərə əsasən tezlik və radioelektron vasitələrindən istifadəyə görə 2013-2020-ci illər ərzində cavabdehin iddiaçıya 28.099,99 manat məbləğində borcu yaranmışdır. Cavabdehin borcu Azərbaycan Respublikası Tarif Şurasının 2004-cü il 23 iyul tarixli iclas Qərarına əsasən təsdiqlənmiş Azərbaycan Respublikası Tarif Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” əsasında tərtib olunmuşdur. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı 2017-ci il 25 dekabr tarixində 31.000 manat məbləğində DRİ-HKŞ-9/1803 nömrəli “Pretenziya” məktubu göndərilmiş və cavabdeh borcunun aylara bölünərək ödənilməsi üçün müraciət etmişdir. Cavabdehin müraciəti nəzərə alınmış, 2018-ci il 2 aprel tarixində ƏDV-də daxil olmaqla borcun qalan 29.000 manat hissəsinin hər ay 500 manat olmaqla 58 ay ərzində ödənilməsinə dair tərəflər arasında “Razılaşma” imzalanmışdır. Cavabdeh tərəfindən həmin razılaşmaya əməl olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş 2020 -ci il 12 avqust tarixli 22/3 nömrəli məktubdan görünür ki, cavabdeh yaranmış borcu 2021-ci il 1 sentyabr tarixinə kimi tam şəkildə ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh razılaşma və müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, qeyd olunan dövrdən 28.099,99 manat məbləğində borcu yaranmışdır.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 427.3-cü maddələrinə istinad etmişdir.
7. Cavabdehin nümayəndəsi 2023-cü il 5 may tarixli məhkəmə iclasında iddia ərizəsinə qarşı izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş aktlardan birinin cavabdehin adından kim tərəfindən imzalanması cavabdehə məlum deyil, digəri isə montaj işləri ilə məşğul olan cavabdehin əməkdaşı olmuşdur. Sonuncunun ak tı imzalamaq səlahiyyəti olmamış və bu hal iddiaçıya aydın idi. İddia tələbinin qəbul edilmiş hissəsində artıq ödəniş aparılmış və iddia tələbinin qalan hissədə rədd olunmasını qeyd etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 may tarixli e-2-2(113)1164/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – K.Hüseynov).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilələrin məzmununa və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olmuşdur ki, iddiaçı cavabdehə tezlik və radioelektron vasitələrdən istifadə üzrə xidmət göstərmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud olmamışdır. Məhkəmə iclasında hər iki tərəfin vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmiş və aylıq xidmət haqqı 300 manat təşkil etmişdir. Cavabdeh tərəf cəmi 12.600 manat pul ödəniş etmiş olduğunu, qeyd edilmiş pulun 300 manat hissəsinin razılaşma bağlanmamışdan əvvəlki tarixdə olunduğunu, tərəflər arasında bağlanmış olan 2018-ci il 2 aprel tarixli razılaşmadan sonra cəmi 12.300 manat ödəniş etdiyini, qalan pulu elektron qaimə göndərilmədiyindən ödəmədiyini bildirmiş və göndərilmiş elektron qaimələr üzrə borcun tələb olunan məbləğdən az olduğunu bildirmişdir.
10. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış, bir növ borcun etirafı xarakteri daşıyan 2018-ci il 2 aprel tarixli razılaşmadan sonra cavabdehin bildir diyi kimi 12.300 manat ödəniş nəzərə alındığında müəyyən olmuşdur ki,16.700 (29.000-12.300) manat məbləğində borc məhz etiraf edilmiş tarixədək olan dövrü əhatə etmişdir. Aylıq xidmət haqqının 300 manat olması və qeyd olunmuş xidmətlərin göstərilməsinin işin mübahisəsiz halı olması nəzərə alındığında illik xidmət haqqı 3.600 manat təşkil etmişdir. 2018-ci il 2 aprel tarixli tərəflər arasında bağlanmış olan razılaşmadan iddia ərizəsi ilə məhkəməyə müraciət olunanədək (2023-cü il 31 yanvar ) 4 il 8 ay keçməsi və aylıq xidmət haqqının 300 manat olması nəzərə alındığında görünür ki, iddiaçının göstərmiş olduğu xidmətin dəyəri 16.800 (56 ay x 300=16.800) manat təşkil etmişdir. Həmçinin borcun etirafı xarakterli 2018-ci il 2 aprel tarixli razılaşmada qeyd olunmuş borcdan 16.700 manat qaldığı və razılaşmadan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək göstərilmiş olan xidmətlərin dəyərinin 16.800 manat olması nəzərə alındığında, həmin xidmət haqqı 33.500 (16.700+16.800) manat təşkil etmişdir.
11. Məhkəmə öz mövqeyini MM-in 11.1, 390.1, 390.4, 442, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.4, 13.5, 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(103)-674/2023 nömrəli qətnaməsi ilə apelly asiya şikayətinin qismən təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddianın cavabdehdən iddiaçının xeyrinə 7.299 manat məbləğində pulun tutulması hissəsində təmin olunmaması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
14. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ərizəsində borcu hansı tarixədək tələb etdiyini və tələb etdiyi məbləğin hansı hissəsinin üzləşmə aktı üzrə qalıq borc olduğunu qeyd etməmiş olsa da, işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi yazılı izahatda qeyd olunanlara əsasən iddiaçıdan razılaşma üzrə 2018, 2019, 2020-ci illər üzrə borc tələb edilmişdir. İddiaçı tərəfindən cavabdehə 2018-ci ilin yanvar ayından etibarən göndərilmiş elektron qaimələrin ümumi məbləği isə 25.100 manat dəyərində müəyyən olunmuşdur. Cavabdehin iddiaçıya 3 antenna üçün 2019-cu il və 2020-ci illər üzrə ildə 3.600 manat olmaqla (hər antenna üçün ayda 100 manat) iki il ərzində ödəməli olduğu məbləğ 7.200 manat məbləğində təşkil etmişdir. Həmin dövr üzrə istismarda olan yerüstü peyk stansiyalarının sayı və borcun məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən bu borcun tutulması hissəsində qətnamə qanuni və əsaslı olmamışdır.
15. Belə ki, iddiaçının səlahiyyətli şəxsləri tərəfindən təqdim edilmiş hesablardan görünür ki, 2011-2012-ci il – 5 antenna üçün 2.000 manat qeydiyyat yığımı, 7.600 manat məbləğində istismar yığımı olaraq hesablanmış, cavabdehin həyata keçirdiyi ödənişlərin bir hissəsi bu borcl ar üzrə silinmişdir. Tələb edilən borcun tərkibi barədə arayışa əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər 2014-2017-ci illər üzrə hesablanmış borclardan silinməmiş və 2013-cü il üzrə hesablanmış 7.200 manat borcdan yalnız 2.800,01 manat silinmiş, 4.399,99 manat məbləğində vəsait isə tələb olunmuşdur. İddia 20.800 manat borcun (2019 və 2020-ci illər üçün 7.200 manat borc, 2018-ci il üçün elektron qaimələr əsasında tələb edilən 1.700 manat (qeydiyyat üçün ödəniş çıxılmaqla, razılaşma üzrə 11.900 manat qalıq borc (qeydiyyat üçün tələb edilən ödənişlər çıxılmaqla) cavabdehdən tutulması hissəsində əsaslı hesab edilməli, 7.299 manat borcla bağlı hissədə (qeydiyyat üçün tələb edilən ödənişlər və fəaliyyətini dayandırmış peyk antennaları ilə bağlı) iddianın əsaslı olduğu sübutlarla təsdiq olunmadığından həmin hissədə qətnamə ləğv edlməklə iddia rədd olunmalıdır.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1-ci maddəsinə, “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” barədə qərara (Bölmə Vİİ) dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Qərarına istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 442-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə iddiaçının iddiasının əsası kimi cavabdehin ümumi borcunun 29.000 ma nat məbləğində təşkil etməsi qənaətinə gəlmiş və işin faktiki halları ilə uyğunluq təşkil etməyən qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən qeyd edilən 29.000 manat məbləğində pul tələbinin əsası kimi təqdim olunmuş sənədlər təhlil edilməmiş və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən qəbul olunmuş nəticə müəyyən edilmiş faktiki halları ilə sübuta yetirilməmişdir. Belə ki, iddiaçının istinad etmiş olduğu yeganə sübut 2018-ci il 2 aprel tarixli Razılaşma müqaviləsi olmuşdur. Cavabdeh isə həm birinci həm də apellyasiya instansiya məhkəmələrində həmin razılaşmanı mübahisələndirərək orada qeyd olunan məbləğin iddiaçının təsiri ilə qəbul edildiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə tərəfindən etibarlılıq məsələsi yoxlanılmadan nəticə qəbul edilmiş, müqavilə tərəfi olan cav abdeh tərəfindən öhdəliklər lazımınca icra olunmamışdır. Məhkəmə yalnız iddiaçının iddiasının əsasını təşkil edən Razılaşmaya istinad etmiş və 20.800 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində həmin məbləğ sonuncu tərəfindən mübahisələndirilmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı hesab edilməlidir. Lakin həmin məbləğin hansı əqd əsasında meydana gəlməsi, hansı sənədlərlə öz təsdiqini tapması göstərilməmiş və həmin Razılaşmanın etibarlılığına dair hüquqi qiymət verilməmişdir.
19. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə tərəfindən 2018ci il 2 aprel tarixli Razılaşmaya istinad olunsa da, həmin Razılaşmanın sübut kimi hüquqi qüvvəsi məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin tərəflər arasında bağlanmış Razılaşmanın 3-cü bəndində hesablaşma q aydaları göstərilmişdir. Lakin radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilməmiş və iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim olunmamışdır. Cavabdehin müqavilə üzrə ödəməli olduğu məbləğ məhz radiorabitə vasitələri üçün təqdim edilən anketlər əsasında hesablanmağı olduğu təqdirdə, istifadədə olan antenaların sayı müqavilənin 3-cü bəndində göstərilən radiorabitə vasitələri üçün təqdim olunan anketlərlə müəyyən edilməmişdir. İddiaçı tərəfindən isə bu xüsusatı təsdiq edən heç bir sənəd təqdim olunmamışdır. Məhkəmə tərəflərin təqdim etmiş olduğu sübutlara düzgün qiymətləndirməmiş, qəbul olunmuş nəticələr işdə olan sübutlarla öz təsdiqini tapmamış və işin faktiki halları məhkəmə tərəfindən hərtərəfli və tam araşdırı lmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh dəfələrlə iddiaçıya zəmanət məktubları göndərmişdir. Həmin məktublardan bir ədədi məhkəməyə təqdim edilmişdir. Cavabdeh 2020-ci il 12 avqust tarixində göndərmiş olduğu 22/3 nömrəli məktubunda bildirmişdir ki, yaranmış borcların 2021-ci ilin sentyabr ayına qədər tam ödəməsinə dair zəmanət vermişdir. Həmçinin hazırlıq iclası zamanı da cavabdehin direktoru Qanuni nümayəndə1 borc məbləğinin aylara bölünərək hissə - hissə ödənilməsi barədə “Barışıq Sazişi” imzalamaq məqsədilə məhkəmənin təxirə salınmasını xahiş etmişdir. Həmin “Barışıq Sazişi”nin layihəsi iddiaçı tərəfindən hazırlanmışdır. Lakin, son anda cavabdeh barışıqdan imtina etmişdir.
21. Həmçi nin iş materiallarında da göründüyü kimi, radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilməmiş və iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiya məhkəmələrinə təqdim olunmamışdır. İddiaçı tərəfindən cavabdehin istifadə etmiş olduğu radioelektron vasitələrinin (REV) anketləri, 2013 – 2020-ci illər ərzində istifadə edilmiş REV-lərin sayı barədə arayış və tərəflərin iştirakı ilə tərtib olunmuş “Akt”ların surətləri elektron məhkəmə sistemi vasitəsilə məhkəmələrə təqdim edilmişdir. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətinin “xahiş etdi” hissəsində kassator qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərinə əsasən apellyasiya intansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı i craat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasə n bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlə rinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” 25. “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” barədə qərara (Bölmə Vİİ) dəyişiklik edilmə si barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... kommersiya məqsədi ilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün illik istismar haqqı ƏDV daxil 1200 manat müəyyən edilmişdir....”
26. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassa siya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(103)674/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında 2018-ci il 2 aprel tarixində bağlanmış “Razılaşma” müqaviləsinin 2-ci bəndinə uyğun olaraq, cavabdeh 2018-ci ilin aprel ayından başlayaraq 29.000 manat məbləği 58 ay ərzində hər ayın 30-dək 500 manat olmaqla ödənişlər aparılmasını öhdəlik kimi öz üzərinə götürsə də, cavabdeh tərəfindən həmin öhdəliklərə əməl edilməmiş, iddiaçı tərəfindən cavabdehə 2018-ci ilin yanvar ayından etibarən göndərilən elektron qaimələrin üm umi məbləği 25.100 manat təşkil edir, 2011-2012-ci il – 5 antenna üçün 2.000 manat qeydiyyat üçün və 7.600 manat isə istismar yığımı olaraq hesablanmış, cavabdeh tərəfindən həyata keçirilən ödənişlər məhz qeyd olunan borclar üzrə olmuş, 2014-2017-ci illər üzrə yaranmış borc isə silinməmiş, 2019-2020-ci illər ərzində 7.200 manat borc, 2018-ci il üçün elektron qaimələr əsasında tələb olunan 1.700 manat və həmçinin 11.900 manat məbləğində pul qalıq borc olaraq ödənilməmiş, beləliklə, iddia olunan 20.800 manat məbləğində pul tələbi əsaslıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmi ş, cavabdehin kassasiya şikayətində göstərilən, əsasən işin faktiki halları ilə bağlı və ehtimal xarakterli dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, cavabdeh apellyasiya və kassasiya şikayətində qeyd etdiyi dəlillərə dair işə baxmış məhkəmələrə zəruri və mötəbər sübutları təqdim etməmiş, faktiki xidmətlərdən yararlandığı halda onların dəyərini ödəməmişdir.
30. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(103)-674/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.