Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-689/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-689/2024 Açar sözlər: müqavilə üzrə öhdəliyin icrası, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 iyun tarixli, 22(103)-613/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 4 avqust tarixli 005/22 nömrəli xidmət müqaviləsi ilə "xxxx" MMC Cavabdeh MMC-yə mühasibatlıq işləri üzrə xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən, bu müqavilədə nəzərdə tutulan xidmət haqqı 25.000 manat təşkil etmişdir. 2. 2023-cü il 10 iyul tarixli EBDJ 540044 nömrəli elektron qaiməyə görə, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 20.000 manat dəyərində, eyni tarixli EBDJ 538850 nömrəli elektron qaiməyə əsasən 24.000 manat dəyərində, EBDJ539820 nömrəli elektron qaiməyə əsasən 25.000 manat dəyərində, EBDJ557509 nömrəli elektron qaiməyə əsasən 40.000 manat dəyərində, EBDJ 572599 nömrəli elektron qaiməyə əsasən 20.000 manat dəyəri ndə və EBDJ 619061 nömrəli elektron qaiməyə əsasən isə 15.000 manat dəyərində xidmət göstərildiyi qeyd olunmuşdur. 3. "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış 2023-cü il 10 iyul tarixli təhvil-təslim aktına əsasən 2022-ci ilin avqust ayından etibarən 2023-cü ilin may ayı daxil olmaqla aylıq ƏDV bəyannamələrinin hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi, 2022-ci ilin avqust ayından etibarən 2023-cü ilin may ayı daxil olmaqla rüblük ÖMV bəyannamələrinin hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi, 2022-ci il üzrə MV vergi bəyannaməsinin hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi, 2022-ci il üzrə əmlak vergi bəyannaməsinin hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi, 2022-ci ilin avqust ayından etibarən 2023-cü ilin may ayı daxil olmaqla r üblük vahid hesabatların hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi və sair xidmətlərin təhvil-təslimi həyata keçirilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. 4. 2023-cü il 10 iyul tarixli üzləşmə aktına əsasən sifarişçi Cavabdeh MMC icraçı olan "xxxx" MMC-yə 129.000 manat borcun olmasını qəbul etmiş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 2022-ci il 4 avqust tarixli 005/22 nömrəli xidmət müqaviləsində nəzərdə tutulmuş ödənilməmiş 129.000 manat pul vəsaitinin, 20 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 129.420 man at pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xidmət müqaviləsinə əsasən mühasibatlıq işləri layiqincə görülmüş və daha sonra isə tərəflər arasında müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. Tərəflər arasında bu barədə tərtib edilmiş 2023-cü il 10 iyul tarixli təhvil-təslim aktına əsasən görülmüş işlər aktda göstərilən siyahıda olduğu kimi tam şəkildə cavabdehin direktoru X1 təhvil verilmişdir. Tərəflər tərəfindən imza və möhürlə təsdiq edilmiş 2023-cü il 10 iyul tarixli üzləşmə aktına görə, cavabdehin 129.000 manat borcu olması qeyd edilmişdir. Cavabdehə müraciətlər edilməsinə baxmayaraq borc ödənilməmişdir.
7. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaç ı məhkəməyə əsassız olaraq maliyyə sanksiyalarının onun hesabatları üzündən deyil, cavabdehin alış-satış sənədlərinin düzgün olmaması səbəbindən olduğunu qeyd etmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi qəbul edilməsi barədə 2023-cü il 28 fevral tarixli qərarın görə, vergi xidməti qeyd etmişdir ki, müəssisə əmtəəsiz əməliyyat apardığına görə riskli vergi ödəyicisi elan edilmişdir. İddiaçı özü də bildirmişdir ki, mallar satılmış və alqı-satqı real baş tutmuşdur, lakin vergi xidmətinin yazdıqlarını qəbul etməklə müəssisəyə külli miqdarda vergi sanksiyası tətbiq edilmişdir. İddiaçı məhkəməyə görülmüş işlər barədə heç bir sənəd təqdim etməmişdir ki, hər iki müəssisəyə görə audit rəyi hazırlamalı və hesabatları təqdim etməli idi. İddiaçı tərəfindən güzəşt ediləcəyi və görülməyən işlər ə görə pul vəsaiti ümumi tələb olunan məbləğdən çıxılmaqla ümumilikdə 25.000 manat pul verilməsi ilə razılıq əldə edilmişdir. İddiaçı işə başlayan dövrdən cari tarixədək müəssisənin balansını, (hər ay üçün), mənfəət və zərər, pulun hərəkəti hər ay üçün bağlanmış balans, təsdiqedici sənədlərlə birlikdə papkaları (memorial order, qəbz və digər müvafiq sənədlər) və digər sənədlərin hazırlanıb-hazırlanmaması barədə məhkəmədən ekspertizanın təyin olunması xahiş edilmişdir. İddiaçıya təxminən 60.000 manatdan çox vəsait əlbəəl verilmiş və buna dair yazışma və sübutlar da mövcud olmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 aprel tarixli, e-2-2(113)-297/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – G.Namazova).
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia t ələbinin təsdiq olunmasına dair sübutları məhkəməyə təqdim etmiş, cavabdeh isə həmin sübutlara dair etirazını formal mülahizələr əsasında bildirmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi yeganə sübut 2024-cü il 1 mart tarixində Elektron ünvan 1 e-mail adresindən Elektron ünvan 2 ünvanına göndərilən yazışmadır. Lakin, Emil Dadaşovun kim olmasına və iddiaçı şirkətə aidiyyəti olan şəxs olmasına dair hər-hansı sübut təqdim edilməmişdir. Həmçinin, müqavilə üzrə xidmətlər göstərilməmişdirsə, bu müddət ərzində cavabdeh tərəfindən iddiaçıya etiraz edilməməsi məhkəmə üçün anlaşılan deyil.
10. Bundan əlavə, cavabdeh etirazında xidmətlərin göstərilməsini, lakin keyfiyyətsiz göstərilməsini və nəticədə cavabdeh şirkətinin vergi orqanı tərəfindən cərimələnməsini qeyd etmiş, xidmətlərə görə 60.000 manat nağd ödənişlərin edildiyini bildirmiş, sonuncu məhkəmə iclaslarında isə məhkəmə araşdırılmasının yalnız sonlarında E.Dadaşov adlı şəxsə ünvanlanmış yeganə e-mail yazışmasına istinad edərək, xidmətlərin ümumiyyətlə göstərilməməsini bildirmişdir.
11. Məhkəmə gəldiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 442, 443.1 və 448.1-ci maddələrinə; Vergi Məcəlləsinin 77-1-ci maddəsinə; Mülki Prosessual Məcəllənin 4.6, 14.1, 14.2, 77.1, 107 və 115.0.9-cu maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli, 2-2(103)-613/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Z.Şirinov, hakimlər V.B axışova və R.Qurbanov).
14. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, həmin şikayətdə qeyd olunan hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətində qeyd edilənlərə öz qətnaməsində ətraflı şəkildə münasibət bildirdiyindən, apellyasiya instansiyası işə baxan məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
15. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 16.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4cü bəndinə, MM-in 385.1, 386.1, 406.1 və 442-ci maddələri üzrə - məhkəmə yalnız elektron qaiməyə və üzləşmə aktına istinad edərək qətnamə qəbul etmişdir. Elektron qaimənin alt sənədinin mövcud olmaması səbəbindən, həmin qaimə sübut kimi qəbul edilməməlidir. Üzləşmə aktını isə iddiaçı aldatma yolu ilə cavabdehi imzalatdırmış və həmin hal dəfələrlə məhkəmə iclasında hakimin diqqətinə çatdırılmışdır. Həmçinin məhkəmə yalnız iddiaçının verdiyi sənədləri sübut kimi qəbul edib qətnamə qəbul etmişdir. Məhkəməyə sübut kimi iddiaçının mühasibatlıq işlərin görüldüyü dövrdə cavabdehə 8.000.000 manatdan çox maliyyə sanksiyası qoyulduğuna və riskli vergi ödəyicisi kimi müəyyən olunması barədə sübut təqdim edilsə də, bu sübutlara qiymət verilməmişdir. E.Dadaşovun iddiaçı ilə işləməsini təsdiq edən sənədi məhkəməyə iddiaçı təqdim edə bilərdi, məhkəmə isə iddiaçıdan həmin yazışmanı tələb etməmişdir. Məhkəmə, görülmüş işlərin sənədlərin cavabdehə təqdim edilmədiyi halda iddia tələbinin təmin etməsi işin araşdırılmamasına sübutdur. Həmçinin cavabdehə tətbiq edilən sanksiyalara və vurulan ziyana qiymət verilməmişdir. Bundan əlavə iddiaçının iş üzrə xidmət müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulan məbləğdən daha böyük miqdarda məbləğin tələb etməsi halına da məhkəmə qiymət verməm işdir. 16.2. MPM-in 1.3, 88, 97, 418.1, 418.2 və 418.3-cü maddələri üzrə - cavabdeh tərəfindən mühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilsə də, məhkəmə yalnız üzləmə aktına istinad etməklə həmin sənədin həqiqiliyini araşdırmamışdır. Bu qədər vəsait hansı işlərə görə hesablanmışdırsa iddiaçı əsaslandırmalı və ekspertiza hansı işlərin görülüb görülmədiyini müəyyənləşdirməli idi. Məhkəmə E.Dadaşovun kim olduğunu sorğu verib araşdırmalı və həmin yazışmaların hardan gəldiyini müəyyən etməli idi.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələ ndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdə liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tə ləb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabde h tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.
25. Kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğundur. Həmin dəlillərə isə məhkəmələr tərəfindən müfəssəl hüquqi qiymət verilmişdir (bənd 9-10, 14).
26. Bununla belə kassasiya şikayətinin dəlilləri üzrə bir daha qeyd olunmalıdır ki, kassator iddiaçı tərəfindən keyfiyyətsiz xidmət göstərdiyini (iddiaçının təqsiri üzündən cavabdehin vergi sanksiyasına məruz qalmasını), digər tərəfdən borcun düzgün hesablanmamasını göstərsə də, bu dəlillərə dair hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
27. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sü butetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
28. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iş üzrə təqdim edilən sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
29. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024- cü il 13 iyun tarixli, 2-2(103)-613/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.