Məhkəmə qərarları › İş №2-2(102)-691/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-691/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-691/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair ilk iddia və Cavabdeh MMC-nin İddiaçı QSC-yə qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddiadan ibarət iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” barədə ilk və Cavabdeh MMC-nin İddiaçı QSC-yə qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 iyul tarixli 2-2(103)-718/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh MMC (“sifarişçi”) ilə İddiaçı QSC (“icraçı”) arasında 2023-cü il 3 avqust tarixli İNT 216/23 nömrəli və 2023-cü il 1 noyabr tarixli LDT 41/23 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən icraçı, sifarişçiyə mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, həmçinin böyük və kiçik məişət texnikasını müqavilədə göstərilmiş qaydada təhvil verməyi, sifarişçi isə müqavilə üzrə göndərilmiş malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı QSC (bundan sonra – “QSC”) Cavabdeh MMC-yə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.005,21 manat əsas borc, hüquqi xidmətin göstərilməsi üçün 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184 manat olmaqla, cəmi 31.489,21 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlk iddia onunla əsaslandırılmışdır ki, elektron qaimə-fakturalara əsasən QSC tərəfindən MMC-yə 31.005,21 manat məbləğində mal təhvil verilmiş, lakin təhvil verilən malların ödənişi müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilməmişdir.

4. Həmçinin MMC QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC-dən MMC-nin xeyrinə 3.9 82 manat (ƏDV daxil) borcun, 320 manat vəkilin göstərdiyi yardıma görə xərcin, 59 manat dövət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, MMC ilə QSC arasında bağlanmış 2023cü il 1 noyabr tarixli alqı-satqı müqaviləsinə əsasən, İT avadanlıqları satıcı MMC tərəfindən alıcı QSC-yə satılmış, satıcı malları vaxtında təhvil versə də, alıcı üzrərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək yaranmış 3.802 manat məbləğində borcu ödəməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 11 aprel tarixli e-2-2(113)-677/2025 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, MMC-dən 18.872 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146 manat məbləğində pul vəsaitinin QSC-nin xeyrinə tutulması, ilk iddianın qalan hi ssədə, həmçinin qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir (hakim – G.Həşimova).

7. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, QSC ilə MMC arasında 2023-cü il 3 avqust tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, QSC həmin müqavilə üzrə öhdəliklərini icra edərək müqavilənin şərtlərinə əsasən, mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, həmçinin böyük və kiçik məişət texnikasının müqavilədə göstərilən qaydada sifarişçiyə təhvil vermiş və müvafiq olaraq elektron qaimələr göndərmiş, icraçının göstərdiyi xidmətlərə görə xidmət haqqının müqavilədə nəzərdə tutulan qaydada ödənilməməsi səbəbindən sifarişçinin borcu yaranmışdır. Tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlarla həmçinin tərəflər in təqdim etdiyi sübutlarla müəyyən edilən işin hallarından görünür ki, tərəflər arasında işin mübahisələndirilməyən halı odur ki, hər iki müqavilə üzrə alqı-satqı münasibətləri mövcud olmuş, ilk iddiaya dair hissədə MMC QSC tərəfindən göndərilmiş elektron qaimələr üzrə, MMC-nin özü tərəfindən təsdiq edilmiş qaimələri mübahisələndirməmiş, QSC malları təhvil aldıqlarını qəbul etmiş, lakin sonradan malları geri qaytardığını bildirmiş, həmin hal üzrə sübut olaraq, malların geri qaytarılmasına dair MMC tərəfindən təsdiq edilmiş MQ2406 10885263 nömrəli 2024-cü il 20 iyun tarixli 3.977 manat qaiməni məhkəməyə sübut olaraq təqdim etmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, QSC tərəfindən MMC-yə ümumi məbləği 31.005,21 manat məbləğində elektron qaimələr göndərilmiş, lakin həmin qaimələrin 18.872 m anat məbləğində hissəsi MMC-nin özü tərəfindən təsdiq edilmiş, digər elektron qaimələr sistem tərəfindən avtomatik təsdiq edilmişdir.

9. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia tələbi qismən təmin edilməli, MMC-dən 18.872 manat (elektron qaimələrin təsdiq olunmuş hissəsində) pul QSC-yə ödənilməlidir. Digər hissədə isə məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə digər malların təhvil verilməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilməməlidir.

10. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, QSC ilə MMC-nin arasında 2023-cü il 3 noyabr tarixli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, MMC öz iddia tələbinin faktiki əsası kimi QSC tərəfindən verilmiş malların dəyərinin ödənilməməsini göstərmişdir.

11. Məhkəmə müəyyən e tmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə MMC tərəfindən QSC-yə ümumi dəyəri 3.982 manat məbləğində mal təhvil verilmişdir və QSC tərəfindən MMC-yə 3.977 manat məbləğində mal geri qaytarılmışdır. Qeyd edilən hal QSC tərəfindən məhkəməyə təqdim edilmiş MQ2406 10885263 nömrəli 2024-cü il 20 iyun tarixli 3.977 manat qaimə ilə təsdiq olunur. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 443.4, 448.1, 462.1, 467, 700.1, 700.3-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 77.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia nın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 iyul tarixli 2-2(103)-718/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

15. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, ilk iddia tələbinin qanuni əsasını MM-in 600.4-cü maddəsi təşkil edir və MMC-yə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir. MMC alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların ona təhvil verilmədiyini irəli sürsə də, işin hallarından tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşdığı aydın olur. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdı r. İşgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, təhvil verilmiş mallara görə ödənişin edilməsi ilə bağlı MMC-yə elektron-qaimə fakturalar təqdim olunmuş, o da onları təsdiq etmişdir.

16. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, məhz MMC, mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir. O isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

17. Bu müstəvidə kollegiya onu da qeyd etmişdir ki, MMC-in özünün təsdiq etdiyi elektron-qaimələri sonradan QSC iddia tələbi ilə müraciət etdik dən sonra təkzib etməsi vicdanlılıq (estoppel) prinsipinə ziddir. Beləliklə, birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

18. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC tərəfindən QSC-yə ümumi dəyəri 3.982 manat məbləğində mal təhvil verildiyi, sonuncu tərəfindən MMC-yə 3.977 manat məbləğində malın geri qaytarıldığı MQ2406 10885263 nömrəli 2024cü il 20 iyun tarixli qaimə ilə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi də malların geri qaytarıldığını təsdiq etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 10.1, 13, 385.1, 386.1, 425.1, 442, 445.2.1, 567, 598.1, 600.1, 600.4-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdi q edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1-3.4-cü bəndlərinə; MPMin 14.2, 77.1, 88, 119.1, 217.3, 372.2, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, QSC-nin MMCyə qarşı pul tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 385.1, 386.1, 442, 445.1, 567-ci maddələri üzrə - elektron qaimələr MMC tərəfindən təsdiq edilsə də, mallar MMC-yə təhvil verilməmişdir. Beləliklə, məhkəmə maddi hüquq normalarının tələbini pozmuşdur.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilm iş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3, 3.1-3.6-cı bəndləri üzrə - göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi elektron qaimənin təqdim edilməsi və ona hər hansı etiraz bildirilməməsi iddianın təmin edilməsi üçün əsas deyil. Bu hal işdə olan digər sənədlərlə birlikdə araşdırılmalı və qiymət verilməlidir. Məhkəmə isə ilk iddianı təmin etməklə əsassız nəticəyə gəlmiş və m addi hüquq normalarının tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

24. Kassasiya şikayətində yalnız ilk iddianın qismən təmin olunmuş hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

10. İşgüzar adətlər 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işg üzar adət sayılır.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmi ş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10 -cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

29. Belə ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

30. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

31. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

32. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

33. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

34. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə akt ı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

35. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində işin hallarını və sübutları, o cümlədən elektron qaimələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə uyğun olaraq qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 iyul tarixli 22(103)-718/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar