Məhkəmə qərarları › İş №2-2(102)-696/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-696/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-696/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Məmmədli Bəhram Məmməd oğlu, Rəsulbəyova X4 Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Sumqayıt Şəhər Məhkəməsindəki icraat

1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8 (bundan sonra – birlikdə “cavabdehlər”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2019-cu il 27 mart tarixi RM/88697/67/1 saylı Kredit müqaviləsi üzrə 15.048,67 manat əsas borcun, 5.876 86 manat faiz borcunun, cəmi 20.925,53 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh X3 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh X1 banka olan borcunun ödəni lməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 23 noyabr tarixli e-2(060)8195/2021 saylı qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Ə.Ələkbərov).

3. Həmin məhkəmənin mövqeyinə görə, iş materiallarından görünür ki, Cavabdeh1 fərdi sahibkar statusuna (VÖEN **********) malikdir və iddiaçı Bankdan krediti sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürmüş, cavabdehlə bu məqsədlə müqavilə bağlamışdır. Mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan iş məhkə mə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

4. Sumqayıt Şəhər Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 26.1, 26.2, 32..3, 32.4, 44.2.2-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 6 sentyabr tarixli 2-2(119)73/2022 saylı qərardadı ilə hazırkı iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Az ərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – H.Alıyeva).

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbinin predmeti cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisə deyil, şəxsi istehlak məqsədi ilə əlaqədar verilmiş kreditin qaytarılmaması ilə əlaqədar yaranmış mübahisədir. İddiaçının hüquqi şəxs, cavabdehin isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasına baxmayaraq, hazırkı iddia ərizəsi üzrə mübahisə cavabdehin şəxsi istehlak məqsədi ilə almış olduğu kreditlə əlaqədar yaranmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 2017-ci il 29 dekabr tarixli “Kredit alınması üçün Sifariş” ərizəsi, 2018-ci il 26 yanvar və 2019-cu il 27 mart tarixli kredit sazişləri ilə təsdiq olunur ki, Cavabd eh1 hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcu ona sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, “istehlak” məqsədi ilə verilən kreditə görə yaranan borcdur və mübahisə predmeti olan borc sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır.

7. Kommersiya məhkəməsi gəldiyi nəticəni MPM-in 24.2, 25.1 26.1, 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11-ci bəndinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.

8. Azərbaycan Respublikası Mülki müddəalar ında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya mə hkəmələri baxır....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiya lara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;...”

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılması nın xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sah ibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Məhkəmə aidiy yətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, hazırkı iş üzrə mübahisə tərəflərindən birinin hüquqi şəxs, digərinin isə fərdi sahibkar olmasına baxmayaraq, hazırkı iddia ərizəsi üzrə mübahisə cavabdehin şəxsi istehlak məqsədi ilə almış olduğu kreditlə əlaqədar yaranmışdır.

12. Belə ki, iş materiallarında olan Cavabdeh1 2017-ci il 29 dekabr tarixli “Kredit alınması üçün Sifariş” ərizəsi, həmçinin 2018-ci il 26 yanvar və 2019-cu il 27 mart tarixli kredit sazişləri ilə təsdiq olunur ki, ondan hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcu sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, “istehlak” məqsədi ilə verilən kreditə görə yaranan borcdur və mübahisə predmeti olan borc sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır.

13. Beləliklə, cavabdehin kredit almaq istəyərkən banka rəsmi ərizədə ifadə etdiyi niyyəti və həmin niyyət əsasında bağlanmış tərəflərin iradə ifadəsini əks etdirən müqavilə (saziş) məhz istehlak kreditinin alınmasına (verilməsinə) yönəlmişdir.

14. Belə olan halda, qarışıq məhkəmə tərkibi MPM-in 24.2, 25.1 və 25.1-ci maddələrinə (bax yuxarıda § 8) və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarında (bax yuxarıda § 9) ifadə olunmuş hüquqi mövqelərinə istinadən hesab edir ki, hazırkı mübahisənin kommersiya mübahisəsi hesab olunması üçün heç bir hüquqi əsas yoxdur.

15. Göründüyü kimi, subyekt tərkibindən fərqli olaraq tərəflər arasında m ünasibətlərin xarakteri və mübahisənin predmeti işin kommersiya məhkəməsində baxılmasına imkan vermir.

16. Odur ki, hazırkı mübahisə mülki iş hesab edilməli və ona ümumi məhkəmə baxılmalıdır.

17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 25.1, 25.1, 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar