Məhkəmə qərarları › İş №2-2(117)-827/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-827/2024

12.06.2024 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-827/2024 12.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdehna qarşı (üçüncü şəxs: Paşa Bank ASC, Göyçay Rayon İcra və Probasiya şöbəsi) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(107)-642/2024 nömrəli məktubuna baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehna qarşı (üçüncü şəxs: Paşa Bank ASC, Göyçay Rayon İcra və Probasiya şöbəsi) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-642/2024 nömrəli qərardadına əsasən iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi 12 iyun 2024-cü il tarixli, 2(107)-642/2024 nömrəli məktubla məhkəməyə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-642/2024 nömrəli qərardadından üçüncü şəxs tərəfindən kassasiya şikayətinin verildiyini bildrmiş və iş materiallarının Şəki Apellyasiya Məhkəməsinə qaytarılması xahiş etmişdir. Məhkəmə qeyd edilən sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş Şəki Apellyasiya Məhkəməsinin müraciətinə əsasən həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəki Apellyasiya Məhkəməsi 12 iyun 2024-cü il tarixli, 2(107)-642/2024 nömrəli məktubuna əsasən İddiaçı Cavabdehna qarşı (üçüncü şəxs: Paşa Bank ASC, Göyçay Rayon İcra və Probasiya şöbəsi) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş materialları Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar