Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2227/2022 06.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 37214 manat 10 qəpik məbləğində borcun onun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu ərazisində istixanası vardır. Həmin istixanada kənd təsərrüfatı mallarını istehsal edib satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ilin mart ayında qaz sayğacı cavabdeh idarənin əməkdaşları tərəfindən sökülərək yoxlanılması üçün götürülmüşdür. Bundan bir müddət sonra cavabdeh idarənin əməkdaşları Şəmkir RQİİ-nə çağıraraq ona bildiriblər ki, guya sayğaca müdaxilə olunub. Onların qeyd etdikləri ilə razılaşmamışdır. Bildirmişdir ki onun tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Sonra Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı ona təqdim ediblər. Sonra məlum olmuşdur ki, həmin akt əsasında hesabına 37214 manat 10 qəpik məbləğində borc hesablamışlar. İstifadə etdiyi təbii qazın sayğacı onun sahibkarlıq fəaliyyəti göstərdiyi ərazidə deyil cavabdeh idarənin mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşir və həmin stansiya cavabdeh idarənin əməkdaşları tərəfindən təyin edilmiş mühafizəçi tərəfindən gecə-gündüz nəzarət olunur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Akta qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olunan təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Hesab edir ki, onun heç bir qanuna zidd hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı iddia ərizəsi verərək Şəmkir RQİİ-nə borclu olduğu 37 214,10 manat borcun əsassız olduğu üçün hesabdan silinməsini qeyd etmişdir. Bununla əlaqədar ilk növbədə bildirirlər ki, istehlakçı-İddiaçı hal-hazırda Şəmkir RQİİ-nə 48 045,62 manat borcu mövcuddur. Həmin məbləğin 13 831,52 manatı 2021-2022-ci mövsüm ili ərzində yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənilməsi üçün möhlət verilmişdir. Hazırda iddia tələbi üzrə İddiaçı tərəfindən qeyd olunan iddia məbləği 2022-ci ilin mart ayında baxış keçirilmiş istixana sayğacının üzərində olan plombların müdaxiləli və mənşəyi məlum olmayan plomblar olduğu, eləcə də hesablayıcı mexanizminin üzərinə vurulmuş qurğuşun və xüsusi nömrəli plomblara müdaxilə olunduğu (hesablama mexanizminin axırıncı rəqəmini hərəkətə gətirən dişli çarxların kəsildiyi), korrektorun konfiqurasiya parametrlərinə müdaxilə nəticəsində korrektor sayğacdan keçən qaz həcminin hesabatını qeyd etmədiyi və ya düzgün qeyd etmədiyi, sayğaca müdaxilə olunduğu üçün elektron və mexaniki göstərici arasında fərq olduğu aşkarlanmışdır. Beləliklə qeyd olunan istixanada müdaxiləli sayğac vasitəsilə təbii qazdan istifadə edildiyi üçün 37 214,10 manat itirlimiş qaz sərfi müəyyən edilərək abonent hesabına işlənmişdir. Tərəflərindən abonentə edilmiş xəbərdarlıqların nəticəsi olaraq abonent tərəfindən heç bir tədbir görülməmiş ödəniş təmin edilməmişdir. “Qaz təchizatı haqqında” qanunun 3-cü mədəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasənistehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80-nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.3-cü bəndinə əsasən “İstehlakçı”nın əsas vəzifələrindən biri qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməkdir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda(götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin “Qaydalar”ın 5-ci bəndinin tələblərinə görə (5.3) istifadə olunan qazın dəyəri yalnız bank və poçt şöbələri vasitəsilə ödənilir.(5.5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir “ İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsə hesablanmış cərimə borcu tamamilə əsassızdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı ona təqdim ediblər. Nəticədə sayğacda olan qüsura görə iddiaçıya cərimə hesablanmışdır. Sayğac cavabdeh təşkilatın mühafizə etdiyi ərazidə yerləşir. İddiaçının həmin sayğaca hər hansı müdaxilə etməsi mümkünsüzdür. Sayğacda baş verən nöqsanın iddiaçının hərəkətləri ilə hər hansı bir əlaqəsi mövcud deyildir. Bütün bunları nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X1 məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, istehlakçı İddiaçı hal-hazırda Şəmkir RQİİ-nə 48 045 manat 62 qəpik borcu mövcuddur. Həmin məbləğin 13 831 manat 52 qəpik 2021-2022-ci mövsüm ili ərzində yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənilməsi üçün möhlət verilmişdir. Hazırda iddia tələbi üzrə İddiaçı tərəfindən qeyd olunan iddia məbləği 2022-ci ilin mart ayında baxış keçirilmiş istixana sağacının üzərində olan plombların müdaxiləli və mənşəyi məlum olmayan plomblar olduğu, eləcə də hesablayıcı mexanizminin üzərinə vurulmuş qurğuşun və xüsusi nömrəli plomblara müdaxilə olunduğu (hesablama mexanizminin axırıncı rəqəmini hərəkətə gətirən dişli çarxların kəsildiyi), korrektorun konfiqurasiya parametrlərinə müdaxilə nəticəsində korrektor sayğacdan keçən qaz həcminin hesabatını qeyd etmədiyi və ya düzgün qeyd etmədiyi, sayğaca müdaxilə olunduğu üçün elektron və mexaniki göstərici arasında fərq olduğu aşkarlanmışdır. Beləliklə qeyd olunan istixanada müdaxiləli sayğac vasitəsilə təbii qazdan istifadə edildiyi üçün 37 214 manat 10 qəpik itirlimiş qaz sərfi müəyyən edilərək abonent hesabına işlənmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutları hərtərəfli tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 28 oktyabr 2019-cu il tarixli AMX-6273/19 nömrəli tərəflər arasında bağlanmış qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, fiziki şəxs olan istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, SS-29/1640-00610 nömrəli aktdan görünür ki, “Azəriqaz" İB-nin SOCAR**********31791640X00610 saylı xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Şəmkir rayon Xidmət Sahəsinin fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış 250 markalı 80106366 nömrəli turbin tipli "ELSTER" qaz sayğacı xx.xx.2022-ci il tarixində xətdən çıxarılmış (Forma-2 №9028408), xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, impuls ötürücüsü qırıqdır. Ekranda A işarəsi var. Korrektor tərəflərindən açılıb, kalibrlənmə qıfılın yapışqan plombuna (********) müdaxilə olunub. Sayğacın korrektoruna və hesablayıcı mexanizminə vurulan xüsusi nömrəli plombların hər ikisinə müdaxilə olunub. Hesablayıcı mexanizminə vurulan qurğuşun plombların mənşəyi məlum deyil. Həm plombların üzərlərində olan nişanlanma digər qurğuşun plomblardan fərqlənir. Sayğaca hava vuruldu, hava keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Pər sıradan çıxmışdır. Sayğacın daxilinə baxış zamanı məlum oldu ki, hesablayıcı mexanizmin axırıncı rəqəmini hərəkətə gətirən iki ədəd eyni ölçülü dişli çarxdan birinin 10 ədəd dişdən 6 ədədi kənar təsir nəticəsində kəsilmişdir. Maqnit ötürücünü kipləşdirən dəmirin üzərindəki bolt aşkarlanmadı. Həmçinin araqat kəsik vəziyyətdədir. Korrektora baxış keçirildi yapışqan plomba (1000820) müdaxilə olunub. Arxivlər oxundu. Audit arxivlərinə əsasən xx.xx.2022-ci il saat 05:11 və 05:13, xx.xx.2022ci il saat 03:13 və 03:14 tarixlərində köməkçi konfiqurasiya parametrlərinə müdaxilə olunub, nəticədə korrektor sayğacdan keçən qaz həcmi hesabını qeyd etməmiş və ya düzgün qeyd etməmişdir. Batareyanın istismar müddətinin sonuna 45 (2019) qalıb. Təzyiq borusu yoxlanıldı. Sızma yoxdur. Sayğaca müdaxilə olunduğu üçün elektron göstərici ilə Vt mexaniki göstərici arasında fərq yaranmışdır. Pbaza = 1.01325 bar, Tbaza=20°C. Temperatur çeviricisi normaldır. Təzyiq çeviricisi nazasdır. Dişli çarxın kəsilməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmamışdır. İmpuls ötürücüsü və təzyiq çevricisi tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ARDNŞ-nin Cavabdeh İB-dən daxil olmuş xx.xx.2022ci il tarixli, SS-29/1640-00610 nömrəli akta əsasən 80106366 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın korrektoruna və hesablayıcı mexanizmə vurulan xüsusi nömrəli plombların hər ikisinə müdaxilə olunub. Hesablayıcı mexanizmə vurulan qurğuşun plombların mənşəyi məlum deyildir. Sayğaca hava vurulmuş, hava keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Pər sıradan çıxmışdır. Sayğacın daxilinə baxış zamanı məlum olmuşdur ki, hesablayıcı mexanizmin axırıncı rəqəmini hərəkətə gətirən iki ədəd eyni ölçülü dişli çarxdan birinin 10 ədəd dişdən 6 ədədi kənar təsir nəticəsində kəsilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmalı və dəymiş ziyan ödənilməlidir. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair 31 mary 2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-cil tarixlərində sayğacın sərfiyyatı 23249 m3, 2022-ci ilin fevral ayı üçün verilmiş sərfiyyat 156317 m3, hesabat müddəti 28 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (23249/2=11624 m3 x28=325472-156317=169155 m3 x 0.22=37214 manat 10 qəpik). İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən fiziki şəxs İddiaçı abonent hesabına 2022-ci ilin mart ayında qalıq və aktlar üzrə 37214 manat 10 qəpik məbləğində borc daxil edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 avqust 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Məhkəmə tədqiq edilən sənədlərdə sayğacda yaranmış qüsurun istehlakçı İddiaçı hər hansı bir mülki hüquq pozuntusu törətməsini göstərmədən ona ziyan hesablanmasını qanuni hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00020) hesablamış 37214 manat 10 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinməlidir. İddiaçı mediasiya sessiyasında iştirak edən zaman 200 manat məbləğində mediasiya xərcini ödədiyi üçün iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq dövlət büdcəsinə ödənilməli olan 201 manat 64 qəpik məbləğində dövlət rüsumu cavadeh Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00020) hesablamış 37214 manat 10 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinsin. Ödənilməli olan 201 manat 64 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2227/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2227/2022
06.12.2022 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver