Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-697/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Firmasının Cavabdeh QSC-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinə görə maddi ziyanın ödənilməsi və torpaq sahəsindən çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdeh QSC-ya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “qeyri-yaşayış sahəsinə görə maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 2-2(103)-9/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, "Azərbaycan X4" QSC 2014-cü il 31 yanvar tarixində dövlət qeydiyyatına alınmışdır.
2. Kommersiya hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, İddiaçı Firması 2000-ci il 16 iyun tarixdə dövlət qeydiyyatına alınmışdır. 3. 2000-ci il 14 sentyabr tarixli 000250 və 2000-ci il 3 oktyabr tarixli 000062 saylı Şəhadətnamələrin surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanında yerləşən 1.214,8 kv. m qeyri-yaşayış sahəsi və 4.247,6 kv.m torpaq sahəsi İddiaçı Firmasının xüsusi mülkiyyətidir.
4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2013-cü il 5 avqust tarixli 307 saylı sərəncamı ilə Xətai rayonu, Zığ şosesi küçəsi, 2962 məhəllədə cizgidə göstərilən ərazi daxilində 3.117,1 ha torpaq sahəsi yeni zavod tikintisinin layihələndirilməsi üçün Azərbaycan Dövlət X4nə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Firması (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2019-cu il 27 mart iddia ərizəsi və sonradan iddianın dəyişdiirlməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən 4.006.300 manatın t utulması və onun Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 3 ünvanda iddiaçıya məxsus olan 4.247,6 kv.m torpaq sahəsindən çıxarılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması mümkün olmadıqda isə torpaq sahəsinin bazar qiymətini təşkil edən 3.042.200 manatın və məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən 4.006.300 manat, cəmi 7.048.500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dənizdə istifadə olunan bütün qurğuların, sualtı texniki işlərin görülməsi ilə məşğuldur, bu fəaliyyətin həyata keçirilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 3 ünvanında yerləşən ümumi sahəsi 4.247,6 kv.m olan torpaq sahəsini və orada yerləşən qeyri-yaşayış sahəsini özə lləşdirmişdir. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin cavabdeh heç bir əsas olmadan həmin torpaq sahəsini və qeyri-yaşayış sahəsini ələ keçirmək məqsədi ilə iddiaçının mülkiyyətinə qəsd edərək, həmin ərazini zəbt etmişdir. Dəfələrlə həmin ərazinin boşaldılması tələb olunsa da, bir nəticə olmamışdır.
7. Hüquqi əsas kimi isə Bakı Şəhər İcra Hakimiyyətinin 2011-ci il 27 sentyabr tarixli 450 saylı sərəncamı göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli 2in(82)-660/2012 saylı qərarı ilə iddiaçı tərəfindən cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qaldırılan iddia təmin edilmiş, cavabdehin sözügedən sərəncamı qismən, yəni iddiaçıya məxsus 4.247,6 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş və iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırı lmasına yönəlmiş hərəkətlərin ona qadağan edilməsi qət edilmişdir. Həmin məhkəmə aktı ilə həqiqətən cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 4.247,6 kv.m torpaq sahəsinin və orada yerləşən qeyri-yaşayış sahəsinin zəbt edilməsi öz təsdiqini tapmışdır.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 53, 152.1, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 82, 111.1, 111.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 82.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 9.2-ci bəndinə, “İnsan hüquq larının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 Saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 mart tarixli e-2-2(113)-381/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş (hakim – Z.Pirverdiyev), qərardadla ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanında yerləşən iddiaçıya məxsus olan 4.247,6 kv.m torpaq sahəsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2013-cü il 5 avqust tarixli 307 saylı sərəncamı ilə cavabdehə ayrılmış və hazırda cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşürmü? - Əgər düşürsə, hansı hissədə və bu ərazi nə qədər təşkil edir?
11. Az ərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 30 sentyabr tarixli 10/813 nömrəli rəyinə əsasən, məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Belə ki, torpaq sahəsinə baxış keçirilməsi vaxtı 2020-ci il 8 iyul tarixinə təyin edilmiş, lakin baxış keçirildiyi vaxtdan 1 aydan artıq müddət keçməsinə baxmayaraq, tədqiq olunan torpaq sahəsinə dair mütəxəssislər tərəfindən tərtib ediləcək rəy ekspertiza mərkəzinə təqdim olunmamışdır.
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 noyabr tarixli e-2-2(113)-381/2020 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim – Z.Pirverdiyev).
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı şə həri, Xətai rayonu, Zığ şosesində yerləşən 1.214,8 kv.m qeyriyaşayış sahəsi 2000-ci il 14 sentyabr tarixli 000250 saylı Şəhadətnamə əsasında və Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 4.247,6 kv.m torpaq sahəsi isə 2000-ci il 3 oktyabr tarixli 000062 saylı Şəhadətnamə əsasında iddiaçının xüsusi mülkiyyətindədir və bununla bağlı daşınmaz əmlakın reyestr məlumatlarında müvafiq qeydlər aparılmışdır.
14. Məhkəmə iddia tələbinin torpaq sahəsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli 2in(82)-660/2012 saylı qərarı ilə, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 2011-ci il 27 sentyabr tarixli 450 saylı sərəncamı qismən, yəni iddiaçıya məxsus 4.247,6 kv.m torpaq sahəsinə ai d hissədə ləğv edilmiş və iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər cavabdehə qadağan edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra 2013-cü il 18 aprel tarixində icra edilməsi üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Həmin qərarın icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra hərəkətləri aparılmışdır.
15. İddiaçının tələb etdiyi torpaq sahəsindən çıxarılmanın əsası kimi cavabdehin ona məxsus torpaq sahəsində qanunsuz fəaliyyəti məhkəmə mübahisəsinin predmeti olmuş və məhkəmə araşdırması ilə muəyyən edilmişdir ki, Nazirlər Kabinetinin 2011-ci il 17 mart tarıxlı 90s nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq cavabdehin “YYY" İstehsalat Birliyinin Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2962, 2971 və 2236-cı məhəllədə ayrılmış əraziyə köçürülməsini təmin etmək məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2011-ci il 27 avqust tarixli 401 saylı sərəncamı ilə Xətai rayonu, Zığ şosesi 2962, 2971-ci məhəllələrdə ayrılmış torpaq sahəsinə Bakı şəhəri İcra Hakimiyyətinin 2011-ci il 27 sentyabr tarixli 450 saylı sərəncamı ilə 4.4057 ha ərazi, o cümlədən iddiaçının mülkiyyətindəki 4.247.6 kv.m torpaq sahəsi əlavə olunmuşdur.
16. Məhkəmənin sözügedən qərarı ilə Bakı şəhəri icra Hakimiyyətinin 2011-ci il 27 sentyabr tarixli 450 saylı sərəncamı ləğv edilərək hazırkı iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlər cavabdehə qadağan olunmuşdur.
17. Beləliklə, iddiaçının ona məxsus torpaq sahəsi ilə bağlı cavabdehin hərəkətlərinin hüquqi əsası aradan qalxmışdır.
18. İddiaçı isə iddia ərizəsində cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını, bu mümkün olmadıqda torpaq sahəsinin bazar qiymətinin cavabdehdən tutulmasını mübahisələndirir, hüquqi əsas kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli 2in(82)-660/2012 saylı qərarına və MPM-nin 82-ci maddəsinə istinad edir.
19. İşdən isə görünür ki, 2012-ci il 9 mart tarixli məhkəmə qərarı icraya yönəlmişdir və həmin qərarın icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru və eyni zamanda iddiaçının direktoru X1 da iştirakı ilə tərtib edilən və iş materiallarında olan son akt 2013-cü il 4 avqust tarixlidir.
20. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2013cü il tarixli 5 avqust tarixli 307 saylı sərəncamı ilə Xətai rayonu, Zığ şosesi, 2962 məhəllədə cizgidə göstərilən ərazi daxilındə 3.1171 ha torpaq sahəsi yeni zavod tikintisinin layihələndirilməsi üçün cavabdehə verilmişdir.
21. Belə olan halda, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli 2in(82)-660/2012 saylı qərarının hazırkı iş üzrə preyudisiallığı istisna edilməlidir.
22. Lakin yuxarıda da qeyd edildiyi kimi, Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli 2in(82)-660/2012 saylı qərarında Bakı şəhəri İcra Hakimıyyətinin 2011-ci il 27 sentyabr tarixli 450 saylı sərəncamının qanuniliyi məsələsi araşdırılmış, həmin sərəncam ləğv edilmişdir.
23. Hazırkı işin hallarından isə görünür ki, Bakı Şəhər icra Hakımıyyətı başçısının 2013cü il 5 avqust tarixli 307 saylı sərəncamı ilə cavabdehə müvafiq torpaq sahələri ayrılmışdır.
24. Göründüyü kimi, i ddiaçının hazırkı tələbində mübahisələndirdiyi cavabdehin hərəkətlərinin hüquqi əsası dəyişmişdir.
25. Qanunverici tələbin predmetinə dair sübut edilmiş halın yenidən sübut edilməsini qadağan edir. İddiaçı isə Bakı Şəhər icra Hakimiyyəti başçısının 2013-cü il 5 avqust tarixli 307 saylı sərəncamını mübahisələndirməmişdir.
26. Məhkəmə öz mövqeyini MM-in 21, 1096.1, 1096.2, 1097.1-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80, 82.3, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 2015ci il 15 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” 2007-c i il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
27. İddiaçı 2020-ci il 15 dekabr tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli 2-2(103)-309/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş (sədrlik edən – C.Yusifov, hakimlər E.Kazımov və V.Baxışova), qərardadla ekspertin qarşısında aşağıdakı sualları qoyulmuşdur: - İddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanında yerləşən 4.247,6 kv. m torpaq sahəsi ilə Bakı İcra Hakimiyyətinin 2013-cü il 5 avqust tarixli 307 saylı sər əncamına əsasən Xətai rayonu, Zığ şosesi, 2962-2938-2939 saylı məhəllələrdə yeni zavod tikintisinin layihələndirilməsi üçün cavabdehə ayrılmış və hazırda onun istifadəsində olan 3,1171 ha torpaq sahəsi üst-üstə düşürmü? - Əgər həmin torpaq sahələri üst-üstə düşmürsə, iddiaçıya məxsus 4.247,6 kv.m torpaq sahəsinin yerləşdiyi yer müəyyən edilsin.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 7 sentyabr tarixli 10/1968 saylı rəyə əsasən, məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi mərkəzi ekspertizaya təqdim edilməmişdir.
30. Daha sonra daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin "xxxx" MMC-nin 2022-ci il 27 aprel tarixli * *********81 nömrəli mütəxəssis rəyinə əsasən: 1) İddiaçıya torpaq sahəsinin ayrılması barədə (ilkin torpaqayırma) sənədlərinin təqdim edilməməsi, iddiaçıya 2000-ci il 17 iyul tarixində işlənmiş (təqdim edilmiş) Texniki Pasportun (Baş Planı) əlavəsi olan cizgidə miqyasın, koordinatların olmaması, hazırlandığı vaxtdan uzun illər keçdiyi üçün, cizgidəki oriyentirlər, situasiya itdiyindən sözügedən cizgiyə əsasən cizgidə göstərilən ərazini naturada müəyyən etməyin mümkün olmaması səbəbindən iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanında yerləşən 4.247,6 kv.m torpaq sahəsi ilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il 5 avqust tarixli 307 saylı sərəncamına əsasən Xətai rayonu, Zığ şosesi, 2962-2938-2939 saylı məhəllələrdə yeni zavod tikintisinin layihələndirilməsi üçün cavabdehə ayrılmış və hazırda cavabdehin istifadəsində olan 3.117,1 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 2) İddiaçıya torpaq sahəsinin ayrılması barədə (ilkin torpaqayırma) sənədlərinin təqdim edilməməsi, iddiaçıya 2000-ci il tarixdə işlənmiş (təqdim edilmiş) Texniki Pasportun (Baş Planı) əlavəsi olan cizgidə miqyasın, koordinatın olmaması, hazırlandığı vaxtdan uzun illər keçdiyi üçün cizgidəki oriyentirlər, situasiya itdiyindən sözügedən cizgiyə əsasən cizgidə göstərilən ərazini naturada müəyyən etməyin mümkün olmaması səbəbindən iddiaçıya məxsus 4.247,6 kv.m torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır.
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 22(103)-9/2022 saylı qətnaməsi ilə ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – H.Həmidov və V.Məmmədov).
32. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində israrlı şəkildə mübahisələndirir ki, onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanda yerləşən 4.247,6 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək orada yerləşən qeyri-yaşayış sahəsi qanunsuz olaraq məhv edilmişdir.
33. İddiaçı bu mövqeyini 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli 2in(82)-660/2012 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 may tarixli 2-2(103)-230/2019 saylı qətnaməsi ilə də müəyyən olunan hallarla əsaslandırmağa çalışmışdır.
34. İstinad olunan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli 2in(82)-660/2012 saylı qərarından isə görünür ki, həmin iş üzrə istər iddiaçının iddia ərizəsində şərh olunan faktiki hallarından, istər cavabdeh tərəfin bununla bağlı yazılı etirazında göstərilənlərdən, istərsə də həmin məhkəmə araşdırması ilə tədqiq olunan hallardan görünür ki, Dövlət Əmlakı Nazirliyi tərəfindən iddiaçıya verilmiş 2000-ci il 14 sentyabr 000250 saylı tarixli şəhadətnaməyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanda yerləşən 1.214,8 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən faktiki olaraq məhv edildiyi, eləcə də həmin nazirlik tərəfindən ona verilmiş 2000-ci il 13 oktyabr tarixli 62 saylı şəhadətnaməyə əsasən mülkiyyətində olan 4.247,6 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması halları mübahisə predmeti olmamış, heç bu barədə söhbət də getməmiş, iddiaçı tərəfindən mübahisələndirilən məsələni yalnız iddiaçıya məxsus 4.247,6 kv.m torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011-ci il 27 sentyabr tarixli 450 saylı sərəncamı ilə cavabdehə ayrılmış 11,2243 ha torpaq sahəsi ilə əhatə olunması (hüdudları daxilində olması) məsələsi təşkil etmişdir ki, məhkəmə tərəfindən də sərəncam həmin (iddiaçıya məxsus 4.247,6 kv.m torpaq sahəsinə aid) hissədə ləğv edilmişdir.
35. Beləliklə də, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2011-ci il 27 sentyabr tarixli 450 saylı sərəncamı iddiaçıya aid olan hissədə ləğv olunsa da, faktiki olaraq cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt olunduğunu və orada yerləşən tikililərin məhv edilməsi anlamını ehtiva etmir. Belə olan halda, iddiaçının həmin qərara əsaslanaraq ona məxsus torpağın cavabdeh tərəfindən zəbt olunmasının və əmlaklarının məhv edilməsinin həmin qərarla sübuta yetirilməsi kimi qiymətləndirilə bilməz.
36. İddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 may tarixli 2-2(103)-230/2019 saylı qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011-ci il 27 sentyabr tarixli 450 saylı sərəncamı, eləcə də 2013-cü il 5 avqust tarixli 307 saylı sərəncamı ilə cavabdehə ayrılan torpaq sahəsinin “eyni ünvanda” (ünvan 5 dair dəlillərinə gəldikdə isə, cavabdehə sözügedən 307 saylı sərəncamla ayrılan torpaq sahəsi ilə 450 saylı sərəncamla ayrılan torpaq sahəsinin eyni torpaq sahələri kimi qiymətələndirilməsi d ə istisna olunur.
37. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçının cavabdehə qarşı “iddiaçının torpaq sahəsində fəaliyyətin qanunsuz məhdudlaşıdırılması nəticəsində ona dəymiş maddi (əldən çıxmış fayda) və işgüzar nüfuzuna vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki (iqtisad) iş üzrə 2019-cu il 21 avqust tarixli 2- 2(102)373/2019 saylı qərarı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli 2in(82)-660/2012 saylı qərarı ilə müəyyən olunan hallardan, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 2013-cü il 5 avqust tarixli 307 saylı sərəncamının surətindən görünür ki, mülkiyyət şəhadətnamələri əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin ünvanı - “Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3”; cavabdehə ayrılan torpaq sahəsinin ünvanı isə - ünvan 7ründüyü kimi, bu iki ünvanın heç də eyniləşdirilməsi mümkün deyil.
38. Qeyd olunmalıdır ki, hazırkı mərhələdə təyin edilmiş məhkəmə-tikinti ekspertizası üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinən aydın olur ki, mütəxəssis tərəfindən mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilərək ölçülmüş, ərazinin koordinatlarını və məlumatlarını və sair parametrlərini əks etdirən sxemlər hazırlanması nəticəsində iddiaçıya “Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3” ünvanında yerləşən 4.247,6 kv m torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri təqdim edilmədiyinə, firmaya işlənmiş Texniki pasportda isə koordinatı n olmadığına görə, habelə cizgidəki oriyentirlər və situasiya itdiyindən - həmin cizgi göstəricilərinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının qeyd olunan 307 saylı sərəncamı ilə Xətai rayonu, Zığ şosesi, 2962-2938-2939 saylı məhəllələrdə cavabdehə ayrılmış və hazırda onun istifadəsində olan 3,1171 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək də mümkün olmamışdır.
39. Hər bir halda, iddiaçının hüquqlarının güman etdiyi pozuntuları Bakı Şəhər İcra Hakimiyyəti başçısının cavabdehin istifadəsinə torpaq sahəsinin ayrılması barədə qəbul etdiyi sərəncamları ilə əlaqədar olmuşdur.
40. İşə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısının 2013-cü il 5 avqust tarixli 307 saylı sərəncamının mətnindən də görünür ki, cavabdehə torpaq sahəsi ayrılarkən, həmin sərəncamla, əraz idə yerləşən əmlak mülkiyyətçilərinin köçürülməsinə dair cavabdehə hər hansı bir tapşırıq verilməmişdir.
41. İddiaçının cavabdehə qarşı “iddiaçının torpaq sahəsində fəaliyyətin qanunsuz məhdudlaşıdırılması nəticəsində ona dəymiş maddi (əldən çıxmış fayda) və işgüzar nüfuzuna vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki (iqtisad) iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan 2019-cu il 21 avqust tarixli 2- 2(102)373/2019 saylı yekun qərarında da məhz vurğulamışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 2013-cü il 5 avqust tarixli 307 saylı sərəncamı ilə cavabdehə ayrılmış torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin dəqiq müəyyən edilməsi, həmin sərəncamın iddiaçının hüquq və mənafelərinə toxunubto xunmadığına hüquqi qiymət verilməsi başqa bir məhkəmə mübahisəsinin predmeti ola bilər və həmin əsasın hazırkı (mülki) icraat çərçivəsində araşdırılmasına məhkəmə səlahiyyətli deyildir.
42. Beləliklə də iddiaçının mülkiyyətində olan mübahisəlndirilən əmlaklarına münasibətdə cavabdehin hüquqazidd hərəkətlərinin mövcudluğu, belə hərəkələri ilə mülki hüquq pozuntusu törədərək iddiaçının torpağını zəbt etdiyi və ona maddi ziyan vurduğu sübuta yetirilmir.
43. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 1096.1, 1096.2, 1097.1-ci, MPM-in 77.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” 2007-ci il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
44. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 18 iyul tarixində tərəflərə göndərilmiş və iddiaçının vəkilinin şəxsi elektron kabinetində yerləşdirilmişdir.
45. İddiaçı 2022-ci il 30 avqust tarixində kasasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri
46. MM-in 1096-cı maddəsi üzrə - İddiaçının torpaq sahəsi sonradan məhkəmə tərəfindən ləğv olunmuş sərəncamla cavabdehə ayrılmış, lakin cavabdeh həmin torpaq sahəsini boşaltmadığına görə bütün keçmiş müddət ərzində onun nəzarətində olmuşdur. Torpaq sahəsində olan əmlaklara münasibətdə cavabdeh qanunsuz hərəkətləri barədə hələ Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli qətnaməsinin icrası ilə məşğul olan məhkəmə icraçıları tərəfindən tərti b edilmiş aktlarla də təsdiq edilmişdir. Belə ki, icra məmurları bir neçə dəfə məhkəmə qərarını icra etməyə cəhd etsə də, cavabdehin nümayəndələri buna imkan verməmişlər. Bu barədə İcra məmurlarının və iddiaçının nümayəndələrinin iştirakı ilə müxtəlif tarixli aktlar tərtib olunmuşdur. Həmin aktlarla müəyyən edilmişdir ki: - Ərizəçinin torpaq sahəsində daş hasar uçurulmuş, uçurulmuş yerdən firmanın ərazisinə yol çəkilmiş, ərazidə tikilinin bünövrəsinə oxşar qazıntı işləri aparılmışdır. Ərizəçiyə məxsus suda yedəklə gedən üzən emalatxana və barja götürülərək başqa yerə aparılmışdır. Qeyd edilən hərəkətlər cavabdehin nümayəndəsinin göstərişi ilə edilmişdir; - İddiaçının torpaq sahəsində ağır texnika vasitəsi ilə şərq istiqamətində daş hasar, sanitar qovşağı, 60 kv.m qeyri-yaşayış sahəsi, qərb istiqamətində işə divar tamamilə sökülmüş, ərazidə qazıntı işləri aparılmışdır; - Cavabdehin əməkdaşları özbaşına olaraq iddiaçıya məxsus “H-102” barjanı məcburən naməlum yerə aparmışlar, həmçinin icra məmurlarının tələblərinə məhəl qoymayan cavabdehin əməkdaşları iddiaçının sahəsinə gətirdikləri texnikaları oradan çıxarmamışlar. - İddiaçının mülkiyyətində olan "Caspian Servis" üzən emalatxana cavabdehin əməkdaşları tərəfindən iddiaçıya aid ərazidə yan aldığı körpüdən iddiaçıya məxsus “H-102” barjasının yanına yedəklə köçürülmüş və həmin barjaya bağlanılaraq orada saxlanılmışdır.
47. MM-in 1097.1-ci maddəsi üzrə - Göründüyü kimi, iddiaçının əmlakına zərər vurulması; həmin zərərin əmlakın cavabdehin nəzarətində olduğu vaxt vurulması aşkar olduğu halda MM-in 1096 və 1097.1-ci maddələrinin t ətbiqinə heç bir hüquqi maneə olmamışdır və məhkəmənin həmin normaları tətbiq etməməyi qətnamənin ləğv edilməsi üçün əsasdır.
48. MM-in 157.2 və 157.5-ci maddələri üzrə - İş materiallarında olan sənədlərdən də görünür ki, Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş 2000-ci il 14 sentyabr tarixli 000250 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanda yerləşən 1.214,8 kv.m qeyri-yaşayış sahəsi və 2000-ci il 13 oktyabr tarixli 62 saylı şəhadətnaməyə əsasən həmin ünvanda yerləşən 4.247,6 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Hazırkı işdə məhkəmə qeyd edilən daşınmaz əmlaklara dair mülkiyyət hüququna dair sənədlərə istinad etsə də, iddianı rədd etmək üçün belə “dəlillər” göstərmişdir ki, guya iddiaçının torpaq sahəsi cavabdehə verilmiş torpaq sahəsi ilə üst-ü stə düşmür və iddiaçının əmlaklarının cavabdeh tərəfindən məhv edilməsi və ona ziyan vurulmasına dair sübut yoxdur. Məhkəmənin əsaslandırmsı açıq-aşkar ziddiyyətlidir. Belə ki, məhkəmənin özünün istinad etdiyi sənədlərdən və qanuni qüvvədə olan məhkəmə qətnaməsindən aydın olur ki, cavabdehə 450 saylı sərəncamla ayrılmış 11,2243 ha torpaq sahəsi həmçinin iddiaçının xüsusi mülkiyyətində olan 4.247,6 kv.m torpaq sahəsini də əhatə etmişdir və həmin sərəncam da məhz bu səbəbdən ləğv edilmişdir. Belə olan halda, hazırkı işə baxan məhkəmələrin iddiaçının mülkiyyətində olan torpaq sahəsini başqa yerdə “axtarması” cəhdi və cavabdehin nəzarətində və qanunsuz sahibliyində olan həmin torpaq sahəsində yerləşən əmlakın cavabdeh deyil, naməlum şəxs tərəfindən məhv edilməsini bildirməsi anlaşılan deyil.
49. Digər tərəfdən, kassasiya şikayətinin növbəti bölməsində istinad edilən normativ aktların tələblərindən də görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehə sonradan ayrılmış torpaq sahəsində olmadığını (cavabdehin iddia etdiyinə görə) sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, səhmlərinin 100%-i dövlətə məxsus olan cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilmədiyi təqdirdə məhkəmənin "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə (əslində iddianın rədd edilməsi üçün heç bir əsas müəyyən etməyən rəyinə) istinadən iddianın təmin edilməməsi prosessual pozuntu olmaqla yanaşı, nəticə etibarı ilə maddi hüquq normasının da düzgün tətbiq ediməməsinə səbəb olmuşdur. Halbuki işdə olan sübutlarla bilavasitə və ya dolayısıyla təsdiq edilir ki, iddiaç ının torpaq sahəsi cavabdehə sonradan məhkəmə qərarı ilə hissəvi ləğv edilmiş 450 saylı sərəncamla ayrılmış torpaq sahəsinin tərkibində olmuşdur və elə həmin məhkəmə qərarı ilə də iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərin cavabdehə qadağan edilməsi qərara alınmışdır.
50. Göründüyü kimi, məhkəmənin şikayət verilən qətnaməsində qeyd edilənlərin əksinə olaraq, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə 450 saylı sərəncamın iddiaçının torpaq sahəsinə müdaxilə edən hissəsi ləğv edilməklə yanaşı, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması faktı da təsdiq edilməklə, belə hərəkətlərin qadağan edilməsi qərara alınmışdır. Belə ki, həmin iddiaya baxılan zaman cavabdehin məhkəməyə ünvanlandığı 2011-ci il 18 noyabr tarixli məktubunda da fa ktiki olaraq həmin sahəni öz məqsədləri üçün istifadə etdiyini etiraf etmiş, bunu belə izah etməyə çalışmışdır ki, “...450 saylı sərəncamla Zığ şosesi, 2962 və 2971-ci məhəllələrdə ayrılmış torpaq sahəsinə bitişik 4,4057 ha ərazi əlavə olunaraq,... torpaq sahəsinin X4 üçün ayrılmasında məqsəd, orada Gəmiçiliyin "Paris kommunası" adına Baş İstehsalat Vahidinin yerləsdirilməsi olmuşdur. Çünki... sənaye obyektlərinin köçürülməsinə dair müvafiq Dövlət Proqramına uyğun olaraq, Dənizkənarı bulvarın hüdudlarının X5 Dövlət Bayrağı meydanına qədər genişləndirilməsi ilə bağlı Azərbaycan Gəmiçilik tərəfindən tabeliyindəki "YYY” İB-nin və X2 üzən dokunun sökülərək, yeni ərazidə yerləşdirilməsi zərurəti yaranmışdır. Gəmiçilik isə öz növbəsində ayrılmış ərazidə, yeni gəmi təmiri zavodunun tikintisinə başlamışdır.” Qeyd edilənlər Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli qərarında da öz əksini tapmışdır. Şərh edilənlər məhkəmə tərəfindən MM-in tətbiq edilməli olan 157.2 və 157.5-ci maddələrinin tətbiq edilmədiyini aşkar göstərir.
51. MM-in 21-ci maddəsi üzrə - İddiaçının “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs” olduğu onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin uzun müddət cavabdehin qanunsuz sahibliyində olması iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir və bu, MM-in 157.2-ci maddəsinin tələblərinin pozulmasına və bu səbəbdən də 157.5-ci maddəsində müəyyən edilən məsuliyyətin yaranmasına dair dəlillərdə şərh edilmişdir. İddiaçının əmlakına qanunsuz sahiblik etməklə, onun əmlaklarına külli miqdar zərər vurulması, əldə edə b iləcəyi gəlirlərdən də məhrum olması həmçinin "xxxx" MMC tərəfindən tərtib edilmiş 2020-ci il 13 yanvar tarixli MB-13/008 saylı Qiymətləndirmə Hesabatı ilə də müəyyən edilmişdir. Lakin məhkəmə iddiaçının torpağının “cizgidəki oriyentirlər və situasiya itdiyi” səbəbindən yerini müəyyən edə bilməyən “mütəxəssis rəyinə” sadəlövhcəsinə inanaraq və məhkəmənin sualına cavab verməyən rəyinə istinad etməklə iddianı rədd etmişdir. Halbuki həmin mütəxəssis rəyi qeyri-dövlət sektoruna aid olan hər hansı kənar bir müəssisənin deyil, bütün torpaqlara dair bütün məlumatları bilməli olan DƏDKR PHŞ-nin tərkibində fəaliyyət göstərən müəssisənin idi. Həmin rəyə istinad etməklə iddianı rədd edən məhkəmənin qənaətinə görə, istənilən şəxsin (fiziki, hüquqi şəxslərin mülkiyyətində olan və ya dövlət müəssisəsinə ayrılmış) torpaq sahəsinə dair “cizgidəki oriyentirlərin və situasiyanın itməsi” və s. bu kimi səbəblər ümumiyyətlə həmin torpaq sahəsinin “itirilməsi”, “yoxa çıxması”, “məhv olması” ilə nəticələnməlidir və qanunla üzərinə torpaq reyestri, kadastrı və digər məlumatlar bazasını saxlamaq vəzifəsi qoyulmuş DƏDKR PHŞ də belə “mütəxəssis rəyləri” verməklə kifayətlənməlidir.
52. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə faktiki olaraq maraqlı şəxs - dövlət orqanının mütəxəssisinin səhmləri 100% dövlətə məxsus olan cavabdehin torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə “mütəxəssis rəyi”nə istinadən iddianı təmin etməmiş, “mütəxəssisin” neytrallıq meyarlarına cavab vermədiyini nəzərə almamışdır. Məhkəmənin daha bir “əsasaslandırması” ondan ibarət o lmuşdur ki, “... Bakı şəhəri İcra Hakimiyyəti Başçısının işə əlavə olunmuş xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamının surətindən görünür ki, mülkiyyət şəhadətnamələri əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin ünvanı- “Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3”; Gəmiçiliyə ayrılan torpaq sahəsinin ünvanı isə - ünvan 9ründüyü kimi, bu iki ünvanın heç də eyniləşdirilməsi mümkün deyil.” Lakin məhkəmə nəzərə almamışdır ki, birincisi, iddiaçının torpaq sahəsinin mülkiyyət şəhadətnaməsində Zığ şosesi, 3 ünvanı kimi göstərilməsi həmin torpağın Zığ şosesi, 2962-ci məhəllədə yerləşməsini istisna etmir; ikincisi, qeyd edilən torpaq sahəsinin həm özəlləşdirmədən əvvəlki sənədlərində, həmin torpaq sahəsində inşa edilən qeyri-yaşayış sahəsinin inşaat pasportunda və digər sənədlərdə torpaq sahəsinin ünvanı kimi Zığ şosesi, 2962-ci məhəllə göstərilir və nəhayət, üçüncüsü və ən başlıcası, qanuni qüvvədə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli qərarı ilə Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 450 saylı sərəncamı iddiaçının mülkiyyətində olan 4.247 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmişdir və 450 saylı sərəncamla ayrılan torpaq sahəsi də Zığ şosesi, 2962-ci məhəllədə yerləşir; başqa sözlə desək, iddiaçının da torpaq sahəsinin Zığ şosesi, 2962-ci məhəllədə yerləşməsi qanuni qüvvədə olan məhkəmə qərarı ilə təsbit edilmişdir.
53. MPM-in 77.1-ci maddəsi üzrə - Şikayətin 5-ci bölməsində də qeyd edildiyi kimi, həm qanuni qüvvədə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli qərarı ilə müəyyən olu nmuş hallardan, həm də həmin işə baxılan zaman cavabdeh dövlət orqanlarının məhkəməyə təqdim etdiyi etirazlarda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair qanunsuz sərəncam verilməsinə müxtəlif bəhanələrlə haqq qazandırılması cəhdindən, həm də iddiaçının qeyri-yaşayış və torpaq sahələrinə dair mülkiyyət sənədlərinin şübhə altına alınmasına yönəlmiş uğursuz cəhdlərindən aydın görünür ki, cavabdehə ayrılmış torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşməsi faktiki olaraq etiraf edilmişdir. Bununla bağlı məhkəmənin daha bir dəlili ondan ibarət olmuşdur ki: “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamı ilə Xətai rayonu, Zığ şosesi küçəsi, 2962-ci məhəllədə torpaq sahəsi yeni zavod tikintisinin layihələndirilməsi üçün Gəmiçiliyə verilmişd ir. Belə olan halda həmin qərarın hazırkı iş üzrə preyudisallığı istisna edilməlidir.” Lakin məhkəmə nəzərə almamışdır ki, 450 nömrəli sərəncamın mübahisələndirilməsi zamanı da cavabdeh 2011-ci il 18 noyabr tarixli məktubla məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsini də əhatə edən ərazidə yeni zavod tikintisinin başlanmasını bildirmiş və faktiki olaraq iddiaçının torpaq sahəsinin zəbt edilməsini həmçinin bununla əsaslandırmağa cəhd etmişdi.
54. Digər tərəfdən, həm iddiaçının mülkiyyətində olan torpaq sahəsi, həm 450 saylı sərəncamın ehtiva etdiyi torpaq sahəsi, həm də 307 saylı sərəncamla ayrılmış torpaq sahəsi eyni ərazidə - Zığ şosesi küçəsi, 2962-ci məhəllədədir. Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və cavabdehə 307 saylı sərəncam la ayrılmış torpaq sahəsinin məhdud bir ərazidə - Zığ şosesi küçəsi, 2962-ci məhəllədə üst-üstə düşüb düşmədiyi barədə tədqiqat aparan mütəxəssisin - "xxxx" MMC-nin həmin suala guya cavab verə bilməməsi, ən azı, təəccüb doğurur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 1.1, 3.0.23, 3.0.24, 3.0.25-ci bəndlərinə əsasən, birbaşa həmin dövlət orqanının vəzifələrinə aid olan məlumatların yalnız “cizgidəki oriyentirlər və situasiyada” olması və onların da “itdiyi” səbəbindən iddiaçının torpaq sahəsinin 307 saylı sərəncamla cavabdehə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi barədə suala cavab verilməməsi, torpaqlara aid bütün məlu mat bazasına malik olan “mütəxəssis” rəyinin ciddi və ağlabatan olmadığını aşkar göstərir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ
56. Kasasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
57. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
58. Kasasiya instansiyası məhkəməsi tərəfi ndən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” 60. “Mahmudov Rusiyaya qarşı” Avropa İnsan Hüq uqları Məhkəməsinin 2007-ci il 26 iyul tarixli Qərarında müəyyən edilmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 2015-ci il 15 iyul tarixli Qərarında müəyyən edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı st abilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.”
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məh kəmə prosesində mübahisələndirilməsi və yenidən subut edilməsi yolverilməzdir.”
63. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir:...”
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsasla ndıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. ” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi y enidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 46-54) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 2-2(103)-9/2022 saylı qətnaməsi dəyişdirilmədən sax lanılmalıdır.
66. Kassator öz dəlillərində onun əmlakına cavabdeh tərəfindən zərər vurulmasını Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli qətnaməsinin icrası ilə məşğul olan məhkəmə icraçıları tərəfindən tərtib edilmiş aktlarla əsaslandıraraq hesab etmişdir ki, məhkəmə işin bu hallarına düzgün qiymət verməmişdir.
67. Halbuki kassatorun iddia etdiyi kimi, iddiaçının torpaq sahəsində daş hasarın uçurulması, uçurulmuş yerdən iddiaçının ərazisinə yol çəkilməsi, ərazidə tikilinin bünövrəsinə oxşar qazıntı işlərinin aparılması, iddiaçının torpaq sahəsində ağır texnika vasitəsi ilə şərq istiqamətində daş hasar, sanitar qovşağı, 60 kv.m qeyri-yaşayış sahəsi, qərb istiqamətində işə divar tamamilə sökülməsi və ərazidə qazıntı işləri aparılmasına dair pozuntuları əks etdirən məhkəm ə icra məmurlarının aktları iş materiallarında yoxdur.
68. O da qeyd olunmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, icraya yönəlmiş 2012-ci il 9 mart tarixli məhkəmə qərarının icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru və eyni zamanda, cavabdeh təşkilatın direktorunun da iştirakı ilə tərtib edilən və iş materiallarında olan son akt yalnız 2013-cü il 4 avqust tarixində, yəni hazırkı işdə mübahisə predmeti olan 307 nömrəli sərəncamın imzalanmasından bir gün əvvəl tərtib olunmuşdur.
69. Odur ki, kassatorun həmin dəlilləri əsaslı hesab edilə bilməz.
70. Həmçinin məhkəmə kollegiyası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 9 mart tarixli 2in (82)-660/2012 saylı qərarında cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 1.214,8 kv.m qeyri-yaşayış sahəsinin məhv edilməsi, eləcə də 4.247,6 kv.m torpaq sahəsinin zəbt olunması hallarının mübahisə predmeti olmaması, iddiaçı tərəfindən mübahisələndirilən məsələnin yalnız iddiaçıya məxsus 4.247,6 kv.m torpaq sahəsinin 450 saylı sərəncam ilə cavabdehə ayrılmış 11.2243 ha torpaq sahəsi ilə əhatə olunması (hüdudları daxilində olması) məsələsinin təşkil etməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir.
71. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə, cavabdehin iddiaçıya maddi ziyan vurduğunun sübuta yetirilməməsinə dair apellyasiya instansiya məhkəməsinin mövqeyinin qanunsuz və ya əsassız hesab olunması üçün hüquqi əsas(lar) yoxdur.
72. Kassatorun dəlillərinin digər qismi mahiyyət etibarilə onunla bağlıdır ki, cavabdehə ayrılmı ş torpaq sahəsi ilə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin ünvanı eyni olduğundan iddiaçının torpaq sahəsinin cavabdehə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməməsinə dair məhkəmənin nəticəsi əsassızdır.
73. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından isə məlum olur ki, iddiaçıya məxsus 4.247,6 kv.m torpaq sahəsinin ünvanı ünvan 10rilmiş 3,1171 ha torpaq sahəsinin ünvanı isə Xətai rayonu, Zığ şosesi, 2962-2938-2939 saylı məhəllələrdir.
74. Göründüyü kimi, həmin ünvanlar eyni deyildir.
75. Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.7-ci bəndindən (bax yuxarıd a § 63) aydın olur ki, daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmazdır.
76. Məhkəmə kollegiyasının qənaətinə görə, bu o anlama gəlir ki, eyni ünvanda yalnız bir daşınmaz əmlak obyekti ola bilər və eyni daşınmaz əmlak obyektinin də yalnız bir ünvanı ola bilər.
77. Eyni zamanda, sözügedən ünvanların üst-üstə düşməsini təsdiq edən digər mötəbər sənədlər də iş materiallarında mövcud deyildir.
78. Eləcə də apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində tamamilə haqlı olaraq vurğulamışdır ki, 307 saylı sərəncamla cavabdehə torpaq sahəsi ayrılarkən ərazidə yerləşən əmlak mülkiyyətçilərinin köçürülməsinə dair cavabdehə hər hansı tapşırıq verilməmişdir.
79. Bu zaman o da qeyd olunmalıdır ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 450 saylı sərəncamını inzibati qaydada mübahisələndir ərək yekun nəticədə həmin sərəncamın müvafiq hissədə ləğvinə nail olsa da, hazırkı mübahisədə pozuntunun səbəbi kimi təqdim olunan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 307 saylı sərəncamının iddiaçı tərəfindən inzibati qaydada mübahisələndirilməsi iş materiallarından görünmür. Yəni 307 saylı sərəncam ləğv olunmamış və hazırda da qüvvədədir.
80. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlardan belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsinin cavabdehə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qanunsuz və ya əsassız nəticəyə gəldyini söyləmək qeyri-mümkündür.
81. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillər də göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 64) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 64) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
82. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı firmasının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 22(103)-9/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.