Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-7/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMM-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmtəə nişanından istifadənin qadağan edilməsi və əmtəə nişanından qanunsuz istifadə müddətində dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı MMM-nin Cavabdeh MMC-yə qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi və əmtəə nişanından qanunsuz istifadə müddətində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 28 iyul tarixli 2-2(104)-80/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh MMC-nin dövlət qeydiyyatına alınmasına dair 2022-ci il 19 mart tarixli çıxarışdan görünür ki, Cəmiyyət 2021-ci il 10 sentyabr tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı *-dır.
2. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin 2022-ci il 25 aprel tarixli 06 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmtəə nişanının qeydiyyata alınması haqqında” qərarından görünür ki, 2022-ci il 13 yanvar tarixli iddia sənədinə əsasən İddiaçı əmtəə nişanı Mərkəzin 2022 00076 nömrəli iddia sənədinin ekspertizası nəticəsinə əsasən tibbi xidmətlərin re klamı və tibbi xidmətlər siniflərinə aid edilməklə qeydiyyata alınmışdır.
3. Eyni Mərkəzin 2022-ci il 18 oktyabr tarixli “Əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında” arayışına əsasən Cavabdeh MMC “X6” əmtəə nişanının qeydiyyata alınması üçün 2022-ci il 19 sentyabr tarixində iddia ilə mərkəzə müraciət etmişdir.
4. İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 2 iyun tarixində ünvanlanmış pretenziya məktubunda “Medic Lab” əmtəə və nişanı İddiaçı əmtəə və nişanı ilə qarışdırılacaq dərəcədə oxşarlıq təşkil etdiyi, bununla bağlı binanın üzərinə vurulmuş Cavabdeh lövhəsinin 5 gün müddətində çıxarılması, bundan əlavə İddiaçı söz işarələri və ya onunla qarışdırılacaq dərəcədə oxşar olan hər hansı söz işarələrindən qanunsuz istifadənin dayandırılm ası xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMM (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehə Cavabdeh əmtəə nişanından istifadənin qadağan olunması, əmtəə nişanından qanunsuz istifadə müddətində iddiaçıya dəymiş 100.000 manat zərər məbləğinin və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxs kimi 1998-ci il 27 yanvar tarixində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyi ndə olan Patent və X2 Mərkəzi tərəfindən İddiaçı əmtəə nişanının qeydiyyata alınması haqqında qərarı 2022-ci il 25 aprel tarixli protokolu ilə təsdiq olunmuşdur. Qeyd edilən əmtəə nişanı iddiaçıya məxsusdur. Sonuncu 20 ildən artıqdır ki, Azərbaycan Respublikası ərazisində, həmçinin Gürcüstan Respublikası ərazisində fəaliyyət göstərdiyi üçün geniş tanınmış əmtəə nişanı sayılmışdır. İddiaçı əmtəə nişanında mühafizə olunan obyekt olmuşdur. Cavabdeh Gəncə şəhəri Atatürk prospekti 264 ünvanında üzərində Cavabdeh əmtəə nişanı vurulmuş binada tibbi xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətlə məşğul olmuşdur. Qeyd edilən ad altında cavabdehin fəaliyyət göstərməyi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmaqla yanaşı, iddiaçının qanu nla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin göstərmiş olduğu fəaliyyətin iddiaçı kimi tibbi xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyət olması ilə yanaşı, cavabdehin adı və əmtəə nişanı iddiaçının adı və əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə oxşarlıq təşkil etmişdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 7, 25, 26 və 32-ci maddələrinə, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinə istinad etmişdir.
8. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
9. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin müraciətinə əsasən, Azərbaycan Respublikası Əqli Mülkiyy ət Agentliyi tərəfindən 2022-ci il 17 oktyabr tarixli mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə göstərilmişdir ki, qeydiyyatdan keçirilmiş İddiaçı (N2022 1009) əmtəə nişanı ilə qarşı qoyulan “X6” söz işarəsində “Ankara” mühafizə qabiliyyətinə malik olmayan söz işarəsi istisna olmaqla, fonetik və qrafik oxşarlıq mövcuddur. Müqayisə edilən İddiaçı və Medic Lab” işarələrinin ilk 4 hərfi “Medi” eynilik təşkil edir. İlk 4 hərf həm yerləşdiyi yerə görə, həm də ardıcıllıq nöqteyi-nəzərdən bir biri ilə üst-üstə düşür. İddiaçı və “Medic Lab” işarələrin “Medi” hissəsi dominant elementdir. Bundan əlavə müqayisə edilən İddiaçı və “Medic Lab” işarələrinin səslənməsi üst-üstə düşür. Beləliklə, İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X6” söz işarəsinin fonetik, qrafik, semantik oxşarlığı və göstəril ən xidmətlərin həmcinsliyi vardır ki, bu da xidmətlərin eyni hüquq sahibinə məxsus olması və eyni xidmət sahəsinə aid olduğu barədə yanlış fikir yarada bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq müqayisə edilən qeydiyyatdan keçmiş İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X6” söz işarəsi qarışdırılacaq dərəcədə oxşar hesab edilir.
10. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 24 noyabr tarixli, e-2-2(115)2006/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehə “X6” əmtəə nişanından istifadə etməsi qadağan edilmiş, cavabdehdən 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur (hakim G.Quliyeva).
11. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən (bax bu qərarın 1-4-cü bən dləri) müəyyən etmişdir ki, Cavabdeh 10 sentyabr 2021-ci il tarxində dövlət qeydiyyatına alınmış, Gəncə şəhəri 3 mikrorayon ev 10 mənzil 6 ünvanında fəaliyyət göstərir və “X6” əmtəə nişanından istifadə edir. Həmin əmtəə nişanının Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınması üçün 19 sentyabr 2022-ci il tarixində iddia sənədi ilə müraciət etmişdir. İddiaçısi isə İddiaçı əmtəə nişanını 25 aprel 2022-ci il tarixində qeydiyyata aldırmış, barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 17 oktyabr 2022-ci il tarixli rəyi ilə qeydiyyatdan keçmiş İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X6” söz işarəsinin qarışdırılacaq dərəcədə oxşar olması müəyyən edilmişdir
12. Məhkəmə işin müəyyən edilən hə min hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələri, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1, 25, 26, 28, 32 və 34-cü maddələri, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4 və 9-cü maddələrinin tələbləri baxımından qiymət vermiş və belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya məxsus İddiaçı əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar olan “X6” əmtəə nişanından istifadə etməsi iddiaçının qeydə alınmış əmtəə nişanına dair hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olduğu halda cavabdehə “X6” əmtəə nişanından istifadə etməsi qadağan edilməlidir.
13. Məhkəmə cavabdehin “X6” əmtəə nişanından istifadə etməklə iddiaçıya 100.000 manat zərər v urması və həmin zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbini əsassız hesab etmiş, ona əsaslanmışdır ki, iddiaçı həmin tələbi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 217.3 və 218.1-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(104)-80/2023 saylı qərardadı ilə əqli– mülkiyyət obyektinə da ir ekspertiza təyin olunmuş və ekspertizanınr keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).
17. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 2023-cü il 19 may tarixli, 5/416 saylı rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, 2022 1009 nömrə ilə qeydiyyata alınmış İddiaçı əmtəə nişanı və “X6” söz işarəsi səsli (fonetik) və qrafik (görünüşlü) əlamətlərə görə qarışdırılacaq dərəcədə oxşar deyildir. Ekspert qarşısında qoyulmuş İddiaçı əmtəə nişanı ilə “X6” söz işarəsi adı altında göstərilən xidmətlərin tibb sahəsinə aid olmaqla həmcinsliyi nəzərə alındıqda, bu xidmətlərin eyni hüquq sah ibi tərəfindən həyata keçirilməsi barədə fikir-təsəvvür yarada bilərmi?” sual əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığı üçün həmin sual üzrə tədqiqat aparılmamışdır.
18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli, 2-2(104)-80/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbinin təmin olunmaması qət edilmişdir (sədrlik edənməruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 10 sentyabr 2021-ci il tarixində dövlət qeydiyyatına alınmış və “X6” söz işarəsindən istifadə etməklə fəaliyyət göstərməkdədir. İddiaçısi isə* əmtəə nişanını 25 aprel 2022- ci il tarixdə qeydiyyata aldıraraq, həmin əmtəə nişanı altında fəaliyyət göstərməkdədir. İddiaçı cavabdehin “X6” söz işarəsindən istifadə etməklə fəaliyyət göstəməsinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmaqla yanaşı, onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğunu iddia etmiş, iddiasını isə belə əsaslandırmışdır ki, Cavabdeh MMC İddiaçı MMM kimi tibbi xidmətlərin göstərilməklə yanaşı, Cavabdeh söz işarəsi* əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə oxşarlıq təşkil edir. İddianı təmin edən birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 17 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq i ddia tələbini qismən təmin etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə iş üzrə ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 5/416 nömrəli ekspert rəyi ilə 2022 1009 nömrə ilə qeydiyyata alınmış İddiaçı əmtəə nişanı ilə “X6” söz işarəsinin səsli (fonetik) və qrafik (görünüşlü) əlamətlərə görə qarışdırılacaq dərəcədə oxşar olmaması müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, ekspert tərəfindən Cavabdeh söz işarəsi ilə* əmtəə nişanı arasında fonetik və qrafik əlamətlər üzrə əsaslı araşdırma aparılmış və nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi kifayət qədər əsaslandırılmamış mütəxəssis rəyinə əsaslanaraq, iddia tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
21. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh söz işarəsindən istifadə etməsi İddiaçısinin* əmtəə nişanı altında fəaliyyət göstərməsi ilə əlaqədar hüquqlarını pozmamaqla, cavabdeh tərəfindən hər hansı bir mülki hüquq pozuntusuna yol verilmədiyini təsdiq edir ki, bununla da iddiaçının zərər məbləği tələbinə dair iddiası da əsassız hesab olunur.
22. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 1096.1, 1096.2, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1, 25, 32, 34, MPM-in 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. İddiaçı tərəfindən verilmş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirzın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 24. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 32-ci maddələrinin tələbləri pozulmuşdur-belə ki, iddiaçı qanunsuz olaraq oxşar əlamətlərə malik əmtəə nişanının istifadəsinin dayandırılmasını tələb etmiş və birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının pozulmuş bərpa etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi mövcud dəlillərə hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Həmçinin cavabdehin göstərmiş olduğu fəaliyyətin, iddiaçı kimi tibbi xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyət olması ilə yanaşı, cavabdehin adı və əmtəə nişanı iddiaçının adı və əmtəə nişanı i lə qarışdırılacaq dərəcədə oxşarlıq təşkil etmişdir. Bu hal Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin 2022-ci il 17 oktyabr tarixli mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. 25. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbi pozulmuşdur-belə ki, hazırkı mübahisənin ədalətli və qanuni həlli Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin 2022-ci il 17 oktyabr tarixli mütəxəssis rəyinin və Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 19 may tarixli ekspert rəyinin məhkəmə tərəfindən düzgün qiymətləndirilməsindən bilavasitə asılı olmuşdur. İddiaçının qeydə alınmış əmtəə nişanı ilə səslənməsi tamamilə eyni, yazılışı qarışdırıla biləcək dərəcədə eyni olan “Medik Lab”-ın iddiaçının əmtəə nişanı ilə eynilik təşkil etmədiyi bar ədə ekspertin “rəyi” heç bir halda qeyd edilən qanunun tələblərinə və prinsiplərinə cavab verən rəy olmamışdır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, səslənmədə “MedikLab” eşidən şəxsin həmin sözün İddiaçı, yaxud “Medik Lab” olmasını fərqləndirə bilməyəcəyi hamıya bəlli olan haldır və bunun əksini ifadə edən ekspert rəyinin hər hansı elmi dəlillər əsasında yoxlanıla biləcəyi məlum deyil. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin tələbi pozulmuşdur-belə ki, Əqli Mülkiyyət Agentliyinə Cavabdeh MMC tərəfindən 2022-ci il 19 sentyabr tarixində 2022 03288 saylı iddia sənədi ilə “X6” əmtəə nişanının qeydiyyata alınması üçün müraciət etmişdir. Həmin müraciətlə bağlı cavabdeh tərəfindən məhkəməyə arayış təqdim olunsa da, nəticəsi barədə məlumat verilməm işdir. İddiaçının məlumatına əsasən, “X6” əmtəə nişanın qeydə alınmasından imtina olunmuşdur. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə vəsatət təqdim edilərək, Əqli Mülkiyyət Agentliyindən Cavabdeh əmtəə nişanının qeydə alınmasından imtina olunduğu halda, həmin qərarın əldə edilməsi xahiş olunmuş və məhkəmə verilmiş vəsatəti təmin etməmişdir.
27. MPM-in 76, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur- işin materiallarında iki ekspertiza rəyi olsa da, apellyasiya instansiyası məhkəməsi 2023-cü il 19 may tarixdə qəbul edilmiş rəyi əsas götürmüşdür. Məhkəmə sübut hesab olunan Əqli Mülkiyyət Agentliyinin rəyinə birbaşa münasibət bildirməsə də, faktiki olaraq “sübutlar sırasından çıxarmış”, həmin sübutu Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 19 may tarixli rəyi ilə müqayisəli şəkildə qiym ətləndirməmiş, bu barədə lazımi hüquqi əsaslandırma verməmişdir. Bundan başqa Əqli Mülkiyyət Agentliyi əqli mülkiyyət hüquqları üzrə dövlət siyasətini həyata keçirən və bu sahədə bilavasitə ixtisaslaşdırılmış qurum olduğundan, həmçinin vermiş olduğu rəy əsaslandırma dərəcəsi baxımından daha dolğun, ətraflı və dəqiq olduğundan mötəbər sübut kimi məhkəmə tərəfindən qiymətləndirilməli olan mötəbər sübut statusunda olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
29. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
30. Ka ssasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” 32. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar... əmtəə nişanı-sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir;...” “Maddə
25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazi sində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər....” “Maddə
32. Qeydə alınmış əmtəə nişanına və coğrafi göstəriciyə dair hüquqların pozulması Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişan ı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır....” “Maddə
34. Hüquqların pozulmasına görə sanksiyalar Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir....”
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qi ymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri...... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin pre dmeti bölünməz olduqda isə tam yoxlayır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “ kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini tam, iddianın təmin edilməyən hissəsində də yoxlamaqla MPM-nin 372.6-cı maddəsinin tələblərini pozmuşdur (mətni üçün bax bu qərarın 32-ci bəndi). Belə ki, baxılan iş üzrə iddia tələbi iki hissədən ibarətdir; əmtəə nişanından istifadənin qadağan olması (birinci tələb), iddiaçıya dəymiş ziyanın ödənilməsi (ikinci tələb). Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, ziyanın ödənilməsi tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin formal olaraq tam ləğvi xahiş edilsə də, şikayətin məzmununda ziyan tələbi ilə bağlı hər hansı dəlil irəli sürülməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin faktiki olaraq mübahisələndirilməyən hissəsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir.
37. İddianın əmtəə nişanından istifadənin qadağan olması hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş ekspert rəyini (mətni üçün bax bu qərarın 16-cı bəndi) mötəbər sübut kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, cavabdehin Cavabdeh söz işarəsindən istifadə etməsi, iddiaçının İddiaçı əmtəə nişanı altında fəaliyyət göstərməsi ilə əlaqədar hüquqlarını pozmur.
38. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlilləri (bax bu qərarın 23-26-cı bəndləri) üzrə aşağıdakı qaydada hüquqi qiymətləndirilmənin aparılmasını zəruri hesab edir.
39. Qeyd edilməlidir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 2022-ci il 10 noyabr tarixində mütəxəssis rəyi verilmiş və qeyd olunmu şdur ki, İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X6” söz işarəsinin fonetik, qrafik, semantik oxşarlığı və göstərilən xidmətlərin həmcinsliyi vardır ki, bu da xidmətlərin eyni hüquq sahibinə məxsus olması və eyni xidmət sahəsinə aid olduğu barədə yanlış fikir yarada bilər. Müqayisə edilən qeydiyyatdan keçmiş İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X6” söz işarəsi qarışdırılacaq dərəcədə oxşar hesab edilir.
40. Həmin rəydən fərqli olaraq, apellyasiya qaydasında işə baxılarkən verilmiş 2023cü il 19 may tarixli ekspert rəyində İddiaçı əmtəə nişanı və “X6” söz işarəsinin səsli (fonetik) və qrafik (görünüşlü) əlamətlərə görə qarışdırılacaq dərəcədə oxşar olmadıqları qeyd edilmişdir.
41. Göründüyü kimi, işə mahiyyəti üzrə baxılarkən, iddia tələbi üzrə bir-birindən fərqli məzmunlu rəylər təqdim e dilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxs- Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyini nə üçün sübut kimi qəbul etməməsinin səbəblərini göstərmədən, yalnız ekspert rəyi əsasında nəticəyə gəlməklə, sübutların qiymətləndirilməsinə dair prosessual qanunun heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbini pozmuşdur (MPM-nin 88-ci maddəsi, mətni üçün bax bu qərarın 32-ci bəndi).
42. Nəzərə alınmalıdır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir ( MPM-nin 103.1-ci maddəsi).
43. «..məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir («S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)
44. Bundan əlavə, işin materiallarından görünür ki, hazırki iddianın qaldırılmasından sonra, cavabdeh istifadəsində olan “X6” əmtəə nişanının sonuncunun adına qeydiyyatı ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və X2 Mərkəzinə müraciət etmişdir. Həmin müraciət üzrə qeyd olunan Mərkəz tərəfindən qəbul edilən və ya ediləcək qərarın, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi və hazırki mübahisəyə tətbiq edilən maddi hüquq normalarının dispozisiya şərtlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı hər hansı qiymətləndirmə aparılmamışdır. Bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edilməsini zəruri hesab edir ki, hazırki işə kassasiya qaydasında baxılarkən, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 2024-cü il 12 yanvar tarixli ərizədə tərəflər arasındakı mövcud mübahisənin həll edildiyi, mübahisəyə səbəb olan Cavabdeh adının dəyişdirilərək * olduğu, adın dəyişməsi barədə iddiaçıya məlumat verildiyi qeyd edilmiş və göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. Məhkəmə kollegiyası işin hazırki mərhələsində cavabdehin mübahisənin yaranmasına səbəbə olan adını dəyişməsini və qeyd olunan məzmunda məktub ünvanlanmasını onun tərəfindən iddianın təmin olunan hissəsində faktiki qəbul edilməsi kimi qiymətləndirir və hesab edir ki, yeni apellyasiya baxışı zamanı tərəflər arasında mübahisənin mövcud olub- olmaması məsələsi də müzakirə edilməklə, qeyd olunan nöqsanlar ı aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
46. «…qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar ı).
47. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
48. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli, 2-2(104)-80/2023 saylı qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli Ə.G.Nurməmmədov