Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-707/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərər, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 iyul tarixli 2-2(106)-146/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Beyləqan rayon İcra Hakimiyyətinin balansında olan Beyləqan şəhəri ərazisində yerləşən, ölçüsü 9,9997 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ 2022-ci il 19 avqust tarixindən daşınmaz əmlakın dövlət reyestrində **********04 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 2. “X2 və Emal Birliyi” MMC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 9 yanvar tarixli 23BF/001/2 nömrəli “birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, tərəflər arasında təsərrüfata məxsus Beyləqan rayonu, xəstəxana yolunun yaxınlığında yerləşən 8 (səkkiz) hektar torpaq sahəsindən birgə istifadə edərək əkinçilik təsərrüfatını inkişaf etdirmək barədə razılaşma əldə olunmuşdur.
3. Beyləqan Rayo n Məhkəməsinin 2023-cü il 1 avqust tarixli 2(020)-213/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi olaraq çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan 2022-ci il 21 sentyabr tarixli çıxarışla iddiaçının istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2(106)-1648/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il tarixli 2(102)-1463/2024 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1648/2023 nömrəli mülki iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Beyləqan rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının, iddiaçı (icra işi üzrə tələbkar) və cavabdehin (icra işi üzrə borclu) iştirakları ilə tərtib edilmiş və imzalanmış aktın surətindən görünür ki, Beyləqan rayon Məhkəməsinin 2023-cü il 1 avqust tarixli 2(020)-213/2023 nömrəli icra sənədində göstərilən torpaq sahəsi ölçülərək iş üzrə tələbkar İddiaçı təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərə görə 40000 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 210 manat pul vəsaiti, cəmi 40.210 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla onunla əsaslandırılmışdır ki, iddiaçı üzərində sahiblik və istifadə hüququ olduğu torpaq sahəsini təyinatı üzrə istifadə etmək və ondan fayda götürmək istəsə də, cavabdeh tərəfindən maneə və hüquq pozuntusu ilə qarşılaşmışdır. Məlum olmuşdur ki, cavabdeh qeyd edi lən torpaq sahəsinə yerləşərək, oraya müxtəlif şəxsləri işçi qismində cəlb etmiş, həmin torpaq sahəsində maldarlıq və əkinlə məşğul olmuşdur. Həmçinin, cavabdeh orada özbaşına tikinti işləri aparmış, tam və yarım tikililər inşa etmiş, yaşı çox olan bəzi ağacları kəsmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə daxil olmaq istəyərkən maneə ilə rastlaşmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə girişinin qarşısını almaq üçün girişdə şlaqbaun və süni maneələr yaradılmışdır. Bütün qeyd olunanlar iddiaçının öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdir. 2022ci ilin dekabr ayında cavabdehə qarşı iddia tələbi ilə müraciət edilmiş, məhkəmə qərarları qəbul edilmişdir. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icraya yönəldi lmişdir. Qeyd olunan iddia tələbini qaldırmalarından 1 il yeddi ay (19 ay) keçmişdir. Bütün bu zaman ərzində iddiaçı olaraq öz torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir, baxmayaraq ki, torpaq sahəsinin boşaldılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməmələri ilə bağlı iddiaçı tərəfə 40000 manat zərər dəymişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsində bildirmişdir ki, “X2 və Emal Birliyi” MMC-nin direktoru X8 ilə cavabdeh arasında 2023-cü il 9 yanvar tarixli 23BF/001/2 saylı 8 ha torpaq sahəsinə dair «Birgə fəaliyyət haqqında müqavilə» bağlanılmışdır. Buna baxmayaraq, iddiaçının cavabdehə qarşı “cavabdehin torpaq sahəsindən çıxarılma sı, torpaq sahəsinin girişindəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması tələbinə dair” iddia qaldırmışdır. Həmin iddia ərizəsindən də göründüyü kimi, cavabdehə qarşı iddia qaldırılmasının əsasında qanuni istifadəsində olan torpaq sahəsində maldarlıq, əkinçilklə məşğul olduğu üçün həmin torpaq sahəsində tikinti işlərinin və binaların olması olmuşdur. Ona elə məlumat vermişdilər ki, cavabdehin maldarlıq və əkinçilklə məşğul olduğu torpaq sahəsi və həmin torpaq sahəsindəki tikililər iddiaçıya istifadə hüququ əsasında satılmış torpaq sahəsində yerləşir. Lakin iş üzrə ekspertiza rəyindən sonra iddiaçıya açıq-aydın məlum oldu ki, cavabdehin maldarlıq və əkinçilklə məşğul olduğu torpaq sahəsinin və tikililərin iddiaçıya istif adə üçün satılmış torpaq sahəsi ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Buna görə də iddiaçının cavabdehə qarşı iddiasına Beyləqan rayon məhkəməsində baxılmış və məhkəmə qərarları qəbul edilmişdir. Bundan sonra Beyləqan rayon Məhkəməsi tərəfindən verilmiş 2023-cü il 1 avqust tarixli icra vərəqəsi 2024-cü il 11 sentyabr tarixində icraya yönəldilmişdir. Həmin icra ilə əlaqədar olaraq 3.53 ha torpaq sahəsinin ölçülərək iş üzrə tələbkara təhvil verilməsinə dair akt tərtib olunmuşdur. Həmin akt iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Aktın tərtib olunmasından sonra isə 2024-cü il 16 noyabr tarixli icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bu isə onu göstərir ki, cavabdeh kimi tərəflərindən iddiaçıya heç bir maddi zərər vurulmamışdır. İşin materiallarından da göründüyü kimi, iddiaçı torpaq sahəsinə dair istifadə hüququnun satılmasına baxmayaraq qətnamələrin qanuni qüvvəyə minməsinə qədər, icra vərəqəsi icra olunana qədər torpaq sahəsinin yerini bilməmişdir. Çünki ona istifadə üçün satılmış torpaq sahəsinin yerini bilmiş olsaydı cavabdehin maldarlıq və əkinliklə məşğul olduğu torpaq sahəsi ilə bağlı, həmin torpaq sahəsindəki tikililərlə bağlı, həmin tikililərə gedən yolun üzərində şlaqbaumun qoyulmasını, həmin şlaqbaumla bağlı süni maneənin yaradılmasını, orada işləyən işçilərin sayının çox olmasını iddia etməzdi. Onu da bildirir ki, torpaq sahəsinə dair istifadə hüququnu iddiaçıya satmış X5 (bundan sonra-“X”) həmin torpaq sahəsinin 5 ha hissəsini 8.000 manata cavabdehə, 5 ha hissəsini isə qardaşı oğlu Elçinə ömürlük satmışdır. Bu barədə olan əlyazma sənə də X9 təsərrüfatının möhürü də vurulmuşdur. Hətta həmin əlyazmada 8.000 manat pulun poçt vasitəsilə göndərilməsi qeyd olunmuş və 8000 manat pul əlyazma sənədinin imzalandığı və möhürlə təsdiq edildiyi günü, yəni 2019-cu il 15 avqust tarixində poçt vasitəsi ilə X adına poçtla göndərilmişdir. Onu da bildirir ki, X bu torpaq sahəsini çox adama satmışdır. Lakin torpaq sahəsinin yerini nə özü, nə də ki, digər şəxslər bilmirdilər.
9. İddiaçı 2025-ci il 12 mart tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, qeyd edilən məhkəmə qərarları və icra vərəqəsi iddia tərəfi olaraq tərəflərindən ilkin olaraq məhkəməyə təqdim edilmişdir. Yəni, cavabdeh tərəf iddia tələbinin faktiki əsasını təşkil edən sübutları təkrarən təqdim etmişdir. Etiraz ərizəsində isə cavabdeh tərəf əvvəlki məhkəmə icra atında tərəflər arasında mübahisələndirilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qiymətləndirilmiş faktları bir daha sadalamaqla kifayətlənmişdir. Etiraz ərizəsi hüquqi və faktiki əsasdan məhrumdur. Belə ki, cavabdeh tərəf hansı faktları təsdiqləyən sübutları əsas götürməklə və hansı maddi hüquq normalarına istinad etməklə iddia ərizəsinin təmin edilməməli olduğuna dair heç bir əsas irəli sürə bilməmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində iki il ərzində (noyabr 2022-noyabr 2024-cü illər) özünə məxsus olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməməsi ilə bağlı i ddiaçı tərəfə maddi zərər dəymişdir. Həmçinin, “X3” MMC-nin 2025-ci il 12 fevral tarixli rəyi məhkəməyə təqdim edilmişdir.
10. Cavabdeh 2025-ci il 3 aprel tarixdə məhkəməyə elektron qaydada təqdim etdiyi ərizəsində bildirmişdir ki, iddiaçı 2022-ci il 30 noyabr tarixli iddia ərizəsinin ikinci səhifəsində cavabdehin məcburi qaydada çıxarılmağını tələb etdiyi torpaq sahəsində və Şirvan Kommersiya Məhkəməsinin icraatında olan dəymiş maddi zərərə görə olan iddia ərizəsinin ikinci səhifəsində özbaşına tikinti işlərini apardığını, tam və ya yarım tikililər inşa etdiyini, həmin sahədə maldarlıq və əkinlə məşğul olduğunu, həmin torpaq sahəsində yerləşməyini, orada çoxlu adamları işlətdiyini, həmin torpaq sahəsinə girişin qarşısının almaq üçün şlaqbaumun qoyulmasını və süni manelərin yaradılmasını b ildirmişdir. Bu o deməkdir ki, iddiaçı onlara qarşı iddia qaldırdığı vaxt istifadə hüququnu almış olduğu 9.9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hələ yerini bilmirdi. Məhz bu səbəbdən də qanunla istifadəsində olan torpaq sahəsində maldarlıq və əkinlə məşğul olduğu torpaq sahəsindən məcburi çıxarılmağını tələb etmişdir. Lakin Beyləqan rayon məhkəməsinin 2023-cü il 1 avqust tarixli 2(020)-213/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin olunmuşdur, yəni cavabdehin iddiaçının istifadəsinə verilmiş 9.9997 ha torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Lakin 3.53 ha torpaq sahəsindən istifadə e tməyi də Beyləqan rayon məhkəməsinin 2023-cü il 1 avqust tarixli 2(020)213/2023 saylı qətnaməsindən də göründüyü kimi, 2023-cü il 9 yanvar tarixli 23BF/001/2 saylı müqaviləyə əsasən 8 ha torpaq sahəsinə dair Birgə fəaliyyət haqqında müqavilə əsasında olmuşdur. Həmin 9.9997 ha torpaq sahəsinin mülkiyyətçisi bu gün də “X2 və Emal Birliyi” MMC-dir. Onu da bildirir ki, torpaq sahəsinə dair istifadə hüququnu iddiaçıya satmış X həmin torpaq sahəsinin 8000 manata 5 ha ona, 5 ha isə qardaşı oğlu Elçinə ömürlük satmışdır. Bu barədə olan əlyazma sənədə X9 təsərrüfatının möhürü də vurulmuşdur. Hətta həmin əlyazmda 8000 mant pulun poçt vasitəsilə göndərilməsi qeyd olunmuş və 8000 manat pul əlyazma sənədinin imzalandığı və möhürlə təsdiq edildiyi gün, yəni 2019-cu il 15 avqust tarixində poçt vasitəsi i lə X adına poçtla göndərilmişdir. Məlum edir ki, X icarə adı ilə verilmiş, sonradan isə istifadə hüququ adı ilə satılmış 9.9997 ha torpaq sahəsinin naturada yeri məhkəmə qətnamələrinin qanuni qüvvəyə mindiyi günə müəyyən olunmamışdır. Həmin mütəxəssis rəyinin verilldiyi vaxtı da qətnamələrdən göründüyü kimi, ondan istifadəsində olan torpaq sahəsi ilə bağlı heç bir sənəd istənilməmişdir. Həmin mütəxəssis rəyinin verildiyi vaxtı da sürüşmə nəticəsində 3.53 ha torpaq sahəsindən istifadə etməsini bildirmişdir. Ekspert rəyi isə mütəxəssis rəyinin eyni ilə köçürülməsi nəticəsində tərtib olunmuşdur. İddiaçının istifadəsinə verilmiş 9.9997 ha torpaq sahəsinin TEKUS-a əsasən torpaq sahəsinin yeri hələ bu gün də müəyyənləşdirilməmişdir. Daha doğrusu həmin 9.9997 ha torpaq sahəsinin koordinat nöqtələ ri nə mütəxəssis rəyində, nə də ki iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilməmişdir. Bu barədə olan qəbz və digər sənəd şəxsi kabinet vasitəsi ilə Şirvan Kommersiya məhkəməsinin icraatında olan iddia ərizəsinə əlavə olunması üçün göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2(106)-1648/2023 saylı qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 30 avqust tarixli e-2(102)-3302/2024 saylı qərarından sonra, yəni torpaq mübahisəsinin həll olunmasından sonra sonra Beyləqan rayon məhkəməsi tərəfindən verilmiş 2023-cü il 1 avqust tarixli icra vərəqəsi 2024-cü il 11 sentyabr tarixində icraya yönəldilmişdir. İcra sənədində göstərilmiş 3.53 ha torpaq sahəsinin ölçülərək iş üzrə tələbkara təhvil verilmə sinə dair akt tərtib olunmuşdur. Həmin akt iştirakçılar tərəfindən imazalara təsdiq olunmuşdur. Aktın tərtib olunmasından sonra isə 2024-cü il 16 noyabr tarixli icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bu isə onu göstərir ki, cavabdeh kimi tərəfindən iddiaçıya heç bir maddi zərər vurulmamışdır. İşin materiallarından da göründüyü kimi, iddiaçı torpaq sahəsinə dair istifadə hüququnun satılmasına baxmayaraq qətnamələrin qanuni qüvvəyə minməsinə qədər, icra vərəqəsi icra olunana qədər torpaq sahəsinin yerini bilməmişdir. Çünki ona istifadə üçün satılmış torpaq sahəsinin yerini bilmiş olsaydı onun maldarlıq və əkinliklə məşğul olduğu torpaq sahəsi ilə bağlı, həmin torpaq sahəsindəki tikililərlə bağlı, həmin tikililərə gedən yolun üzərində şlaqbaumun qoyulmasını, həmin şlaqbaumla b ağlı süni maneənin yaradılmasını, orada işləyən işçilərin sayının çox olmasını iddia etməzdi. Bu hal iddiaçıya mübahisəli torpaq sahəsinin məhkəmələr qaydasında həll olunmasından sonra ondan pul tələb edilməsinə heç bir hüquqi əsas vermir.
11. İddiaçı 2025-ci il 3 aprel tarixdə məhkəməyə ünvanladığı (çıxış) ərizəsində bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2023-cü il 1 avqust tarixli 2(020)-213/2023 saylı qətnaməsi ilə cavabdeh X1, çıxarışla İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahasinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1648/2023 saylı 2023-cü il 18 dekabr tarixli qətnaməsi ilə cavabdehi n apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 2024-cü il 15 may tarixli 2(102)-1463/2024 saylı qəran ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsi 2024-cü il 18 noyabr tarixdə hər iki tərəfin iştirakı ilə icraya yönəldilmişdir və həmin tarixdə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin girişinə qoyulan maneələr aradan qaldırılmış və reyestr nömrəsi **********04 olan 2022-ci il 21 sentyabr tarixli çıxarışla iddiaçıya məxsus 9.9997 hektar torpaq sahəsi bütün şəkildə iddiaçıya təhvil verilmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində iki il ərzində (noyabr 2022-noyabr 2024-cü illər) özünə məxsus olan Beyləqan şəhərində yerləşən 9,9 997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməmələri ilə baglı iddiaçı tərəfə maddi zərər dəymişdir. Hazırda isə həmin torpaq sahəsi iddiaçı tərəfindən buğda, qarğıdalı və yonca əkilməklə tam olaraq istifadə edilməkdədir. İş materiallarına əlavə edilmiş rəydə qeyd edilmişdir ki, iki il ərzində (noyabr 2022-noyabr 2024-cü illər) qeyd edilən torpaq sahəsində buğda və yonca əkiləcəyi təqdirdə bütün aqrotexniki qulluq xərclərini çıxmaqla 37230 manat təmiz gəlir əldə edilməsi müəyyən edilmişdir. Yəni ki, əldən çıxmış fayda olaraq yuxarıda qeyd olunan məbləğ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, qeyd edilən torpaq sahə si ilə bağlı Aqrar Sığorta Fondu tərəfindən verilmiş X4 və Bitkiçilik Məhsullarının Sığortası Şəhadətnaməsində əkin sahəsi bir il üçün 18999.43 manat dəyərində sığorta edilmişdir. 2022-ci il 21 sentyabr tarixində torpaq sahəsinə dair çıxarışı əldə etdikdən sonra iddiaçı cavabdehə torpağın ona məxsus olmasını və torpaq sahəsini boşaltması gərəkdiyini bildirsə də, cavabdeh hüquq pozuntusunu hərəkətsizliklə davam etdirmişdir. Noyabr 2022-ci ildə isə iddia tələbi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh heç bir zaman xoş niyyət göstərməmiş, apellyasiya və kassasiya şikayətlərini ayırlmış müddətin son günündə verməklə öz qeyri-hüquqi davranışını davam etdirmişdir. Həmçinin, cavabehin hətta özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə də bağlı hüquq müəyyən edici sənə dləri yoxdur. İş üzrə qəbul edilmiş qətnamələrdə bu fakt təsbit edilmişdir.
12. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 3 aprel tarixli e-2-2(121)-602/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Z.Abbasov).
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən mübahisəli torpaq sahəsinin istifadə hüququ ilə iddiaçıya məxsus olması, həmin torpaq sahəsinin 3.53 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi, 2024-cü il 18 noyabr tarixdə mübahisəli torpaq sahəsinin iddiaçıya təhvil verilməsi baxılan işin mübahisəsiz hallarını təşkil edir.
14. Məhkəmə iddia tələbinin əsası kimi tərəflər arasında mübahisəli torpaq sahəsinin mənsubiyyəti ilə bağlı mövcud olmuş mübahisəyə dair qanuni qüvvəsini almış məhkəmə qərarlarına istinad edildiyini, həmin işlə baxılan işin predmetləri arasında əlaqəni və qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmiş halların baxılan işə münasibətdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab etmişdir ki, həmin məhkəmə aktları ilə müəyyən edilmiş hallar baxılan iş üzrə də mübahisəsiz hallar kimi qəbul edilməlidir.
15. Məhkəmə iddia tələbinin predmetinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsinin və iddia tələbinin maddi hüquqi əsasının torpaq sahəsinin qanunsuz zəbt edilməsi nəticəsində əldən çıxmış fayda şəklində vurulmuş zərərin yaranması və tələb edilə bilinməsinin normativ tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21, 1096 və 1097-ci maddələri və Azərbaycan Respub likası Torpaq Məcəlləsinin 84 və 112-ci maddələrinin təşkil etməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququ 2022-ci il 19 avqust tarixdə yaranmışdır. Həmin tarixə kimi mübahisəli torpaq sahəsinin bir hissəsi cavabdehin faktiki istifadəsində olmuşdur. Torpaq sahəsinin ilkin istifadəçisi olan fermer təsərrüfatının rəhbərinin izahatına görə, torpaqdan uzun müddət onun razılığına əsasən cavabdeh istifadə etmişdir, lakin sonradan cavabdeh onunla olan razılaşmaya əməl etmədiyinə görə həmin sahəyə dair istifadə hüququnu yaxın qohumu olan iddiaçıya satmışdır.
17. Həmçinin, o da müəyyən olunmuşdur ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi iddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsini təşkil e tmişdir. Qeyd olunan 3,53 ha torpaq sahəsi isə 2024-cü il 18 noyabr tarixdə iddiaçının istifadəsinə qaytarılmışdır.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəla cavabdeh istifadə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsinin iddia edildiyi kimi hamısından deyil, 3,53 ha hissəsindən və həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qeydiyyata alınanadək əvvəlki istifadəçinin razılığı ilə uzun müddət istifadə etmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinin qanuni əsaslarla (“X2 və Emal Birliyi” MMC ilə bağladığı birgə fəaliyyətə dair müqavilə, həmçinin əvvəlki istifadəçinin razılığı əsasında) istifadəsində olmasına istinad edərək, həmin torpaq sahəsinin boşaldılmasına dair ona qarşı irəli sürülmüş tələbi qəbul etməmiş və sonradan həmin tələb üzrə çıxarılmış məhkəmə akt larını mübahisələndirmişdir. Belə olan halda, iddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsində 2022-ci ilin noyabr ayından 2024-cü ilin noyabr ayına kimi buğda və yonca əkiləcəyi təqdirdə əldə edəcəyini ehtimal etdiyi əldən çıxmış faydanı vurulmuş zərər olaraq cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmamışdır.
19. Məhkəmə, cavabdehin sui-istifadəyə yol verərək məhkəmə prosesini uzatmaqla iddiaçıya zərər vurması barədə iddiaçının dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, əvvəla işdən göründüyü kimi cavabdeh mübahisəli torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsində olmasını zənn edərək və bu barədə müvafiq dəlillər gətirərək ona qarşı irəli sürülmüş tələbi qəbul etməmişdir. Digər tərəfdən məhkəmə müdaifəsi hüququndan istifadə etmək, o cümlədən çıxarılmış məhkəmə akt larından şikayət vermək heç bir halda hüqudan sui-istifadə olaraq qəbul edilə bilməz.
20. Məhkəmə gəldiyi nəticəni MM-in 21, 1096, 1097-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.3, 112-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 80, 88, 106.1, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 iyul tarixli 2-2(106)-146/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Abdullayev, hakimlər P.Əhmədov və T.Kərimov)
23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçıya cavabdeh tərəfindən hər hansı maddi zərərin vurulması və cavabdehin təqsiri iş materialları ilə təsdiq edilmir və beləcə, iddia tələbinin qanuni əsası mövcud olmadığından təmin edilə bilməz.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mülki işin mübahisəsiz hallarına əsasən mübahisəli torpaq sahəsi iddiaçıya satılan zaman ona satıcı tərəfindən faktiki olaraq təhvil verilməmişdir. Həmin ərazi yalnız uzun sürən məhkəmə mübahisələrindən sonra - 2023-cü il 1 avqust tarixli icra sənədi üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinin tərtib etdiyi Akt əsasınd a təhvil verilmişdir. Qeyd edilən dövr ərzində adıçəkilən ərazi cavabdehin faktiki sahibliyində olmuşdur. İddiaçı 2023-cü il 1 avqust tarixli icra sənədi əsasında çıxarılması nəzərdə tutulmuş 2022-ci il 21 sentyabr tarixli çıxarışla iddiaçının 3.53 ha torpaq sahəsindən 2019-cu ildən etibarən X ilə aralarında olan sadə yazılı razılaşma, daha sonralar isə “X2 və Emal Birliyi” MMC ilə aralarında bağlanmış 2023-cü il 9 yanvar tarixli müqaviləyə əsasən istifadə etmişdir.
25. Kollegiyanın qənaətinə əsasən iddiaçı alqı-satqı əsasında aldıqdan sonra mübahisəli torpaq sahəsi satıcı tərəfindən ona təhvil verilməmiş və bununla da, faktiki sahibliyin həyata keçirilməsi mümkün olmamışdır. İddiaçı adıçəkilən torpaq sahəsi üzərində faktiki idarəçiliyi ələ keçirməmiş, sahiblikdən irəli gələn hüquqları əld ə etməmiş və cavabdeh tərəfindən iddiaçının sahibliyinin özbaşınalıqla pozulması faktı aşkar edilməmişdir.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 157, 159, 163.1, 164, 572, 1096.1, 1097.1-ci və MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
27. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 572.1, 572.2-ci maddələri üzrə-birincisi, cavabdeh birinci instansiya məhkəməsi iclasındakı ifadəsində və məhkəməyə ünvanlanmış etirazında bildirmişdir ki, “X2 və Emal Birliyi” MMC-nin direktoru X8 ilə cavabdeh arasında 2023-cü il 9 yanvar tarixli 23 BF/001/2 saylı 8 ha torpaq sahəsinə dair «Birgə fəaliyyət haqqında müqavilə» bağlanılmışdır. Həmçinin cavabdeh bildirmişdir ki, torpaq sahəsinə dair istifadə hüququnu iddiaçıya satmış X həmin torpaq sahəsinin 5 ha hissəsini 8.000 manata cavabdehə, 5 ha hissəsini isə qardaşı oğlu Elçinə ömürlük satmışdır. Bu barədə olan əlyazma sənədə X9 təsərrüfatının möhürü də vurulmuşdur. Hətta həmin əlyazmada 8.000 manat pulun poçt vasitəsilə göndərilməsi qeyd olunmuş və 8.000 manat pul əlyazma sənədinin imzalandığı və möhürlə təsdiq edildiyi günü, yəni 2019-cu il 15 avqust tarixində poçt vasitəsi ilə Xya göndərilmişdir. İkincisi, Şirvan Apellyasiya Məhkəməsinin iclasında məhkəmə tərkibini sualına cavab olaraq cavabdeh bildirmişdir ki, o “X2 və Emal Birliyi” MMC-nin ona satdığını iddia etdiyi torpaq sah əsinin və “X9 Təsərrüfatı” MMC-nin ona icarəyə verdiyini iddia etdiyi torpaq sahəsinin yerini və sərhədlərini-koordinatlarını bilməmişdir. Yəni, cavabdeh etiraf etmişdir ki, hər ikisi şübhəli olan və heç bir məhkəmə qərarı ilə təsdiqini tapmamış müqavilə münasibətlərinə istinad etsə də, nə özünə məxsus olduğu torpaq sahəsinin, nə də iddiaçıya qanuni əsasla məxsus torpaq sahəsinin yerini və koordinatlarını bilməmişdir.
29. Üçüncüsü, cavabdeh ilə “X9 Təsərrüfatı” MMC və onun qanuni nümayəndəsi arasında hər hansı məhkəmə çəkişməsi olmamışdır və cavabdeh iddiaçı ilə torpaq sahəsinə aid notarial qaydada alqı-satqı müqaviləsi bağlayan “X9 Təsərrüfatı” MMC və ya onun qanuni nümayəndəsinə qarşı hər hansı iddiasını irəli sürməmişdir. Yəni, cavabdehin qeyd edilən və Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidməti tərəfindən verilmiş 2022-ci il 21 sentyabr qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının adına qeydə alınmış torpaq sahəsinə qarşı hər hansı iddiası olmamışdır və hazırda da yoxdur. Cavabdeh hətta “X9 Təsərrüfatı” MMC və ya onun qanuni nümayəndəsinə qarşı formal və şifahi iddiada olmamışdır.
30. Tərəflər arasında olmuş mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsi barədə hüquqmüəyyənedici sənədlər (yerquruluşu planı və ayrıca aktı və s) təqdim edilməmişdir. Qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin 2023-cü il 18 dekabr tarixli qətnaməsində qeyd edilir ki, “üçüncü şəxs “X2 və Emal Birliyi” MMC-nin nümayəndəsi Vüqar Quliyevin məhkəmə iclasındakı ifadəsindən d ə göründüyü kimi, iddiaçının istifadə hüququnun qeydə alındığı mübahisəli torpaq sahəsinin həqiqətən həmin MMC-nin balansında olmasına dair hər hansı sənəd təqdim etməməklə yanaşı, MMC-nin balansında olan torpaq sahələri ilə bağlı MMC tərəfindən dəqiqləşdirilmənin aparıldığı müəyyən edilir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında bildirdikləri formal mülahizə xarakteri daşıyır və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını və qanuniliyini şübhə altına almır.
31. MPM-in 385.1, 386-cı maddələri üzrə - məhkəmə kollegiyasının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşya ilə bağlı irəli sürdüyü hüquq norması heç bir halda hazırkı mübahisə üzrə tətbiq oluna bilməz. O səbəbdən ki, cavabdeh və ya başqa bir şəxsin qeyd edilən torpaq sahəsi ilə bağlı yüklü olan hər hansı bir hüququ yoxdur. Cavabdeh tərəfindən torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim etmədən torpaqdan qanunsuz istifadə edilmişdir. Torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və torpaq sahələri üzərində qeydiyyatdan keçmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verildiyindən, iddiaçı torpaq sahəsini əldə etdikdən sonra cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ olmadığını bildiyi halda həmin torpaq sahəsini verməkdən imtina etmişdir. Nəticədə, torpaq sahəsindən sahibkarlıq məqsədi ilə istifadə etmək istəyən iddiaçı 2 il ərzində bu hüququndan məhrum olmuşdur ki, bununla da hüququ pozulmuş və zərərə uğramış, qazanacağı faydadan məhrum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilm əməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.5. Mülkiyyətçi özgəsinin qa nunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə 1092. Əsassız varlanma nəti cəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;...”
36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək g östərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
217. Qətnamənin qanuniliy i və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Baxılan işin mübahsəsiz hallarına görə, iddiaçının Beyləqan şəhərində 9,9997 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları 2022-ci ilin 21 sentyabr tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsindən cavabdehin çıxarımasına dair iddia qaldırmış, tələbi üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir (bax § 3-4). Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən cavabdehin iddiaçıya məxsus 3,53 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə aktı icra olunmuş, 2024-cü ilin 16 noyabr tarixində icra icraatına xitam verilmişdir.
38. İddiaçı hazırki tələbindən iddia edir ki, mübahisəli torpaq sahəsinin geri qaytarılması ilə bağlı noyabr 2022-ci ildə Beyləqan rayon Məhkəməsinə müraciət etdyindən, həmin vaxtdan məhkəmə aktının icra olunduğu 2024-cü ilin noyabr tarixinədək ona məxsus torpaq sahəsindən istifadə edə bilməməsinə görə vurulmuş ziyan ödənilməlidir.
39. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iddianın əsassız olmasına dair gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
40. İlk növbədə qeyd edilməlidir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.
41. Baxılan işdə apellyasiya instansiyası məhkəməsinə nəticəyə gələrkən ona istinad etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya satılan zaman ona satıcı tərəfindən faktiki olaraq təhvil verilməmiş, həmin torpaq sahəsi uzun sürən məhkəmə mübahisələrindən sonra, icra sənədi üzrə icra qurumunun aktı əsasında təhvil verilmiş, həmin dövr sözügedən ərazi cavabdehin faktiki sahibliyində olmuşdur. Cavabdeh həmin torpaq sahəsindən 2019-cu ildən etibarən sadə yazılı müqavilə əsasındanda 2023-cü il 9 yanvar tarixindən isə müqavilə əsasında həmin torpaq sahəsindən istifadə etmişdir. Odur ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində faktiki idarəçiliyi ələ keçirməmiş, sahiblikdən irəli gələn hüquqları əldə etməmiş və cavabdeh tərəfindən sahibliyin özbaşınalıqla pozulması aktı aşkar edilməmişdir.
42. Məhkəmə, qətnaməsində MM-in 157-ci maddəsinə istinad etsə də, həmin normanın dispozisiya şərtləri baxımından iddianın hansı əsaslara görə əsassız olmasını qətnaməsində əsaslandırmamış, həmin normanı mübahisəli hüquq münasibətinə düzgün tətbiq etməmişdir.
43. Qeyd olunduğu kimi, iddiaçı hazırki iddiasında, vindikasiya qaydasında cavabdehdən geri aldığı torpaq sahəsindən istifadə edə bilmədiyi üçün düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edir.
44. Bununla bağlı, MM-in 157.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyətçi vicdansız sahibin (əmlaka sahibliyinin qanunsuz olduğunu bilən və ya bilməli olan şəxsin) qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini; əmlakın vicdansız sahibdə olması ilə bağlı bütün zərərin əvəzini tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edilə bilər.
45. Maddənin mətnindən göründüyü kimi, sahibliyin vicdanlı və ya vicdansız olmasından asılı olmayaraq, əmlakını qanunsuz sahiblikdən geri alan mülkiyyətçi həmin əmlakdan məhrum olma nəticəsində onu istifadə edə bilməməsi səbəbindən özünün potensial olaraq əldə edə biləcəyi gəlirləri deyil, qanunsuz sahibin bu əmlakdan istifadə etməklə real olaraq götürdüyü və ya götürməli olduğu gəlirləri tələb edə bilər.
46. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin cavabdehin iddiaçıya satılan zaman ona satıcı tərəfindən faktiki olaraq təhvil verilməməsi, cavabdehin sahibliyinin vicd anlı olub-olmamasına münasibətdə əhəmiyyətli ola bilər. Lakin qanunvericilik vicdanlı sahibə qarşı da, MM-in 157.5-ci maddəsi üzrə tələb hüququnu istisna etməmiş, ən azı əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını təsbit etmişdir.
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə baxan məhkəmələr tərəfindən ziyan tələbi üzrə iddianın qanuni əsası düzgün müəyyən edilməmiş, bununla da MM-in 157.5-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
48. İşin yeni a pellyasiya baxışında işin faktiki hallarının MM-in istinad olunan normasının dispozisiya şərtlərinə uyğunluğu yoxlanılmaqla, mübahisəyə düzgün hüquqi qiymət verilməlidir. 49. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı)
50. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 iyul tarixli, 2-2(106)-146/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.