Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-709/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Şamayeviçdən tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyul tarixli 2-2(107)-92/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəm ə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44.385 manatın cavabdehlərdən alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam şəkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan olunması, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaç ı cavabdehlərlə razılığa gəlib qeyriyaşayış binası inşa edərək, birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Buna görə də Şəki rayonu, Baş Göynük kənd sakini olmuş X3 mülkiyyətində olan torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişlər. Qeyri-yaşayış sahəsi ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarətdir. İddiaçı qeyd edilən tikililərin inşası üçün 44.385 manat xərc çəkmiş və həmin tikililərdən uzun müddət özü istifadə etmişdir. Lakin hazırda cavabdehlər kifayət qədər xərc çəkdiyi və uzun müddətdir ki, istifadəsində olan həmin sahədən onun istifadə etməsinə imkan vermirlər. Nəticədə iddiaçıya kifayət qədər ziyan dəymiş və cavabdehlər onun hesabına əsassız olaraq varlanmışlar.
3. Cavabdeh1 iddia tələbinə qarşı etirazında bildirmişdir ki, torpağı oğlu Z.X1 banka olan təxminən 700 manat borcunu ödəməklə almış və orada ev tikdirmişdir. Lakin sonradan tikilini qeyri-yaşayış sahəsi kimi istifadə etmişlər. İddiaçı və iddiaçının qardaşı obyektin tikintisində usta kimi işləmişlər və şəriklilik olmamışdır. İddiaçının qardaşı Z.Mehmanla şərikli ət kəsib satmışlar. Obyektin tikintisinə Z.Mehman təxminən 9.0009.800 manat pul xərcləmiş, iddiaçı isə hər hansı bir məbləğdə pul xərcləməmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 13 iyun tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – M.Hüseynov).
5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında şərikli biznes fəaliyyəti və nəticədə əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı hər hansı bir yazılı və ya şif ahi formada müqavilə bağlanmamışdır. İddiaçı ifadəsində mübahisə predmeti olan mağazanı şərikli vəsaitləri hesabına aldığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Bundan əlavə mağazanın tikintisində iştirak etdiyini, materiallar alıb həmin mağazaya sərf olunduğunu bildirsə də, nə qədər vəsaiti hansı istiqamətə xərclədiyini, əldə ediləcək gəliri hansı qaydada bölüşdürəcəkləri və qoyduğu mayanın məbləği ilə bağlı hər hansı bir tutarlı fakt irəli sürə bilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı şərikli biznes, maya qoyuluşu, gəlirin bölüşdürülməsi faktları tərəflər arasında şifahi formada olsa da, bağlanmış müqaviləyə əsaslanmalı, bu gün tələbində qeyd etdiklərini razılaşdırılmalı idi. Məhkəmə belə bir halı müəyyən etməmişdir. Bu hallar mübahisə predmeti olan Cavabdeh2a məxsus qeyriyaşayış sahəsinin tikintisi və oradan gələn gəlirin şərikli qaydada bölüşdürülməsinə də aiddir. Hüquqi sənədlərin tərtib edilməsi və ya hüquqi şəxslərin yaradılması ilə bağlı hər hansı bir fakt müəyyən edilməmişdir. Bundan əlavə tərəflər arasında ziyan vurmadan yaranan öhdəliklərin mövcudluğu da istisna edilmişdir. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmamışdır. Ona görə də məhkəmə iddiaçının tələbinin əsassız varlanma nəticəsində qarşı tərəfdən tələbin qanuni əsası olaraq qəbul etmişdir.
7. İddiaçının əmlak və ya pul vəsaitinin cavabdehə keçməsi və nəticədə cavabdehin varlanması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı ilkin olaraq birgə biznes fəaliyyəti üçün qoyduğu maya, mağazanın tikintisinə çəkdiyi xərci, heyvan kəsimi nəticəsində əldə etdiyi gəlirin hansı qaydada bölüşdürülməsi qaydasını sübuta yetirə bilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 140, 157.1, 157.2, 157.4, 385.1. 386.1, 390.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2, 1095, 1096.1 və 1096.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 81 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəb ul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
10. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(107)-85/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – G.Cavadova, hakimlər – E.Hüseynov və Ə.Kərimov).
11. Məhkəmə tərəflərin izahatlarından və təqdim edilmiş dəftərdə aparılan qeydlərdən müəyyən etmişdir ki, ət kəsimi mağazasını işlədən əsasən Cavabdeh2 və iddiaçının qardaşı V.İsayev olmuş, kənd ərazisində yaşayan şəxslər heyvanlarını satmaq məqsədi ilə həmin şəxslərə kəsimə vermiş, onlar həmin heyvanı kəsib, ətini sataraq əldə edilən vəsaiti heyvanın sahibinə vermiş, heyvan kəsimini aparan şəxslərə isə müəyyən muzd məbləği verilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, malın nisyə alqı-satqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut kimi qəbul edilə bilməz.
13. Məhkəmə həmçinin bildirmişdir ki, şahid ifadəsi və dəftər Cavabdeh2 məxsus və qeyri-yaşayış sahəsi kimi istifadə olunan fərdi yaşayış evinin tikintisinin iddiaçı tərəfindən maliyyələşdirilməsi, yani həmin tikintiyə iddiaçının 44.385 manat vəsait xərcləməsini təsdiq etməmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq olunmamışdır. Əksinə, işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, ******* nömrəli hazırki iş üzrə Cavabdeh2 2019-cu il 29 may tarixli alqı-satqı müqaviləsinə əs asən X4 və X2 birgə mülkiyyətində olan 220 kv.m torpaq sahəsini 1.000 manata sonunculardan almışdır. Həmin torpaq sahəsi üzərində inşa edilmiş 158 kv.m. ibarət fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2021-ci il 11 yanvar tarixində qeydə alınmışdır.
14. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü ikinci tələb – “44.385 manat məbləğində pul ona tam şəkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi” tələbi də də birinci tələbdən asılı olduğu üçün həmin tələbin də təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
15. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş, əlavə olaraq MPM-in 14.2, 77.1, 81 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onu ləğv edərək işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. a) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 fevral tarixli 2-2(102)-47/2025 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(107)-85/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndə rilmişdir (hakim B.Qəribovun məruzəsi ilə, hakimlər B.Məmmədli və V.Baxışovadan ibarət tərkibdə).
18. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən mübahisəli tikili fərdi yaşayış evi kimi Cavabdeh2 mülkiyyətində olsa da, faktiki olaraq həmin tikili qeyriyaşayış sahəsi kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə cavabdehlərin istifadəsindədir. Hazırda iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin alınmasının və oradakı əmlakın tikintisinin birgə həyata keçirdiklərini və cavabdehlərlə şərikli biznes fəaliyyəti ilə məşğul olduqlarını iddia edir. Cavabdeh1 isə bunun əksini irəli sürərək, iddiaçının sadəcə əmlakın tikintisində usta kimi fəaliyyət göstərməsini bildirir.
19. Birinci instans iya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iddianın əsassız olması ilə bağlı mövqeləri ondan ibarət olmuşdur ki, mübahisəli əmlakın tikintisinə iddiaçı tərəfindən hər hansı məbləğdə vəsait xərclənməsi və hazırda həmin əmlakdan iddiaçının çıxarılması ilə cavabdehlərin əsassız varlanması iş materialları ilə sübuta yetirilmir. Həmçinin malın nisyə alğı-satqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut kimi qəbul edilə bilməz.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin materiallarından görünür ki, tərəflər arasındakı mübahisə üzrə Şəki Rayon Məhkəməsinin 2023-cü il 1 avqust tarixli qətnaməsi məhkəmə aidiyyəti qaydalarının pozulması əsası ilə Şəki Apel lyasiya Məhkəməsinin 2023-cü il 25 oktyabr tarixli qərardadı ilə ləğv edilərək mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsindəki icraat zamanı 8 şahidin verdiyi ifadələrə görə mübahisə predmeti olan tikili birgə inşa edilmişdir. Bu cür vəziyyətdə isə şahidlərin cinayət məsuliyyəti barədə iltizamı alınmaqla verdikləri ifadələrin işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq yenidən baxılması zamanı nəzərə alınmaqla onların yenidən dindirilməsi zərurətinin aradan qalxması kimi iddiaçıda prosessual əminlik təəssüratının yaranmasını istisna etmir.
21. Hazırkı iş üzrə məhz belə vəziyyətin iddiaçı barəsində mənfi prosessual nəticələrinin əmələ gəlməsinin aradan qaldırılması üçün yuxarıda göstərilən 8 şahidin yenidən çağırılıb-çağırılmaması məsəl əsi Şəki Kommersiya Məhkəməsinin hazırlıq iclasında ətraflı müzakirə edilməklə həll olunmalı idi.
22. Qanuna əsasən apellyasiya mərhələsindəki icraat zamanı yeni sübutların və yeni tələblərin qəbul edilməsi mümkünlüyü xüsusi halın mövcudluğu ilə əlaqələndirilmişdir. Hazırkı işin materiallarından isə kommersiya məhkəməsindəki hazırlıq mərhələsində MPM-in 14.1-ci maddəsinə uyğun olaraq rayon məhkəməsində dindirilmiş şahidlərlə bağlı məsələnin müzakirə və həll edilməsi görünmür.
23. Bu isə öz növbəsində iddiaçının öz tələbinin əsaslığı ilə əlaqədar MPM-in 77-ci maddəsində nəzərdə tutulmuş sübutetmə vəzifəsinin həcmində və vasitə seçimində məhdudiyyətin yaranması ilə nəticələnmişdir.
24. Digər tərəfdən iddiaçının 8 şahidin ifadələrin nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətində qeyd etd iyi dəlilinə münasibətdə MPM-in 14.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirməyən apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almamışdır. Bu səbəbdən həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işə baxan məhkəmələr üçün məcburi xarakter daşıya bilməz.
25. Bundan başqa iş materiallarında olan 2024-cü il 13 iyun tarixində keçirilmiş birinci instansiya məhkəməsinin açıq məhkəmə iclasının protokolunda cavabdehin nümayəndəsi öz izahatında etiraf etmişdir ki, tərəflər obyekti şərikli tikiblər, lakin kənd əhalisi arasında həmin obyektin Cavabdeh2 məxsus olması bilinir (bax: İİ cild, səhifə 151).
26. Bununla belə cavabdeh mübahisəli əmlakın şərikli tikildiyini öz izahatında etiraf etsə də, birinci instansiya məhkəməsi tərəfi ndən MPM-in müvafiq normalarının tələblərinə riayət edilməklə rəsmiləşdirilməmişdir. Bundan başqa həmin protokolda məhkəmə iclasının audio-video yazısı aparılması qeyd olunsa da, iş materiallarında mövcud olan diskdə yalnız 2024-cü il 4 aprel tarixində keçirilmiş iclasının audio-video yazısı mövcuddur.
27. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı kifayət qədər prosessual fəallıq göstərməmiş və işdə olan sübutlar üzrə iş üçün əhəmiyyətli olan hallar barədə tam, hərtərəfli araşdırma aparmamışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əsasən mübahisəli tikili 2021-ci il 11 yanvar tarixində fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmışdır. Bununla belə 2023-cü il 25 aprel tarixli ekspert rəyində göstərilmişdir ki, mübahisə predmeti olan tikili fərdi yaşayış evi kimi qeydiyyata alınsa da, həmin tikili faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilir.
29. Məhkəmələr iddiaçı ilə cavabdeh arasında şərikli fəaliyyət haqqında yazılı və ya şifahi hər hansı razılaşma olmadığına istinad edərək, hazırkı iddia tələbinin qanuni əsasının mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normalar olması qənaətinə gəlmişlər.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin etirafı və bu etirafla üst-üstə düşən 8 şahidin ifadələri, o cümlədən dövlət qeydiyyatına alınan tarixə qədər mübahisəli tikilinin hansı məqsədlə istifadə olunmasının müəyyənləşdirilməsi hazırkı iş üzrə iddia tələbinin maddi hüququ əsasının doğru seçilməsi və bundan çıxış edərək mübahisənin ədalət li həll edilməsi üçün zəruridir.
31. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir və yuxarıda qeyd olunan nöqsanlar tam, hərtərəfli və obyektiv araşdırılmaqla mübahisəyə hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd etmişdir ki, məhkəmə MPM-in 97.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətə də malikdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyul tarixli 2-2(107)-92/2025 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Kommersiya Məhkəməsini n 2024-cü il 13 iyun tarixli 2-2(117)386/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 10.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,25 manat olmaqla, cəmi 10.872,25 manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi, iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim lər Z.Sadiqov, T.Musayev və V.Musayev).
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Şəki rayonu Baş Göynük kənd sakinləri olan iddiaçı ilə Cavabdeh1 öz aralarında razılığa gələrək, təxminən 2009-cu ildə Şəki rayonu Baş Göynük kəndi ərazisində bəyəndikləri torpaq sahəsinin sahibi olan həmkəndlilərindən şifahi razılıq əsasında torpaq sahəsi alıb, həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə hissə-hissə inşa olunmaqla, təxminən 2 il ərzində qeyri-yaşayış tikililəri tikmişlər və həmin tikililər hazır olduqca da, onlardan ət kəsimi otağı, ət dükanı, mətbəx, çayxana, taxıl satdıqları mağaza və anbar (tövlə) kimi istifadə etmişlər. Həmin dövrdən etibarən onlar birlikdə bir neçə il, yəni təxminən 10 il ərzində həmin tikililərdən müvafiq təyinatlar üzr ə sahibkarlıq obyekti kimi birlikdə istifadə etmiş, yəni çayxananı digər şəxslərə icarəyə verməklə, ət kəsimi və ət dükanını isə iddiaçının qardaşı V.İsayev və Cavabdeh1 oğlu - Cavabdeh2 birlikdə işlətməklə, əldə olunan qazancı bölmüş və ya əldə edilən gəliri həmin tikililərin təmirtikintisinə və yaxud, yenidən qurulmasına sərf etmişlər. Hətta, aldıqları torpaq sahibləri ilə 2009-cu ildə baş tutmuş məlum şifahi razılaşmaya əsasən iddiaçı və Cavabdeh1 tərəfindən öz vəsaitləri hesabına, onlara məlum torpaq sahəsindən istifadəyə verilən icazənin əvəzi kimi, həmin sahənin yanında “aptek” kimi istifadə üçün nəzərdə tutulan kiçik bir tikili də tikilərək torpaq sahiblərinin sərəncamına verilmişdir. Məhkəmə iclaslarında tərəflərin izahatlarının müvafiq detalları və dindirilmiş şahidlərin ifadələ ri ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi razılıq əsasında 2009-cu ildən etibarən məlum qeyri-yaşayış tikililərinin tikintisi və həmin tikililərdə sahibkarlıq fəaliyyəti onların tərəfindən təxminən 10 il ərzində birgə aparılmış, həmin tikililərdən istifadə edilməklə əldə edilən gəlir tərəflər arasında bölünmüş, yaxud tikililərin təmir-tikintisinə sərf edilmiş və onların bu birgə fəaliyyətində iddiaçı tərəfindən qardaşı V.İsayev, Cavabdeh1 tərəfindən isə oğlu Cavabdeh2 də iştirak etmişlər. Lakin, Cavabdeh1 tərəflərin birgə inşa edib istifadə etdikləri həmin tikililərin yerləşdiyi torpaq sahələrinin sahibləri ilə razılaşaraq, iddiaçının xəbəri olmadan həmin torpaq sahələrini 2019-cu ildə bağlanmış alqı-satqı müqavilələri ilə oğlunun, yəni iş üzrə digər Cavabdeh2 adı na rəsmiləşdirmişdir.
34. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məlumatlarında isə görünür ki, 0,022 hektar torpaq sahəsində yerləşən 158 kv.m fərdi yaşayış evi 2021-ci ildə Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İddiaçı bundan xəbər tutduqdan sonra o, bu torpaq sahəsində və tikililərdə onun da “payı olduğunu” iddia edərək, həmin sahənin və tikililərin Cavabdeh2 adına rəsmiləşdirilməsinə iradını Cavabdeh1 bildirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları sahənin yarısının ona verilməsini və yaxud, tikililərin qiymətinin hesablanıb onun payının verilməsini tələb etmişdir. Tərəflər bu mübahisəni öz aralarında həll edə bilmədikləri üçün iddiaçı bir qrup həmkəndliləri ilə, o cümlədən də kəndin din xadimi və eləcə də, hər iki tə rəflə yaxşı münasibəti və müəyyən qohumluq əlaqələri olan digər kənd sakinləri ilə Cavabdeh1 evinə gedib, bu mübahisənin ədalətli həll edilməsini, yəni ya tikililərin onun payına düşən hissənin ona verilməsini, ya da birlikdə tikdikləri həmin qeyri-yaşayış sahəsinin dəyərinin hesablanıb ona düşən payın pulla verilməsini tələb etsə də, Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsinin oğlu Cavabdeh2 adına olmasını və iddiaçının məlum tikililərdə payı olmamasını bildirib, iddiaçının təklifini qəbul etməmişdir.
35. Bundan sonra isə iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış tikililərinin inşasına çəkilmiş xərcin 2022-ci il 3 sentyabr tarixinə bazar dəyərinin 44385 manat məbləğində olması barədə "xxxx" MMC-dən 2022-ci il 3 sentyabr tarixli 4002/22 nömrəli “qiymətləndirmə” rəyi alıb, 2022-ci il 3 oktyabrda cavabdehlərə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
36. Məhkəmə qeyd etmişdir ki, dindirilən şahidlərin iddiaçı və cavabdehlə eyni kəndin sakinləri olmaqla, hər iki tərəflə müəyyən qohumluq əlaqələrinin olması, şəxsiyyətləri, yaşları, kənd sakinləri arasında nüfuzları, onların məhkəmə iclas zalında hər iki tərəfin qarşısında ifadələrini dəqiq vermələri və hətta, bəzi şahidlərin məhkəmə iclas zalında da Cavabdeh1 bu mübahisə üzrə haqsız olduğunu qeyd edərək, iddiaçının da məlum mübahisə predmeti olan tikililərə haqqının olmasını bildirmələri – həmin şahidlərin mübahisə üzrə ifadələrinin mötəbərliliyini daha da artıran xüsusatlardır. Bundan əlavə, mübahisəli tikili 2021-ci ildə fərdi yaşayış evi kimi Cavabdeh2 adına dövlət reyestrində qeydiyyatdan keçmiş olsa da, faktiki olaraq həmin tikilinin qeyri-yaşayış sahəsi kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə cavabdehlərin istifadəsində olması işin mübahisəsiz hallarına aiddir. Çünki, tərəflərin izahatları və şahidlərin ifadələrindən əlavə, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 aprel tarixli 10/8563 nömrəli ekspert rəyində də göstərilmişdir ki, “Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda qeyd olunan fərdi yaşayış evi ilə eynilik təşkil etdiyi müəyyən olunur. Lakin, mübahisə predmeti olan tikili mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda fərdi yaşayış evi kimi qeyd olunsa da, həmin tikilinin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən olunur”.
37. Eyni zamanda, cavabdeh tərəf hazırkı iddia tələbinə qarşı etirazını iddiaçının mübahisəli torpaq sahəsinə və qeyri-yaşayış sahəsi, yəni sahibkarlıq fəaliyyəti kimi istifadə olunan tikililərə aidiyyətinin olmamasını bildirərək, öz etirazını - tikintiyə çəkilən xərclə bağlı iddiaçı tərəfin heç bir hesabat sənədinin olmaması və iddiaçı tərəfin həmin əmlakın tikintisində usta kimi işləməsi ilə əsaslandırmışdır. Lakin, cavabdeh tərəfin etirazının bu dəlilləri məhkəmə araşdırması zamanı işin konkret halları və şahidlərin ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məlum tikililərin tikilməsi zamanı çəkilən xərclərin hesablanması və tikililərdən sahibkar lıq məqsədilə istifadə zamanı hesabatın aparılması kimi işlər - əsasən iddiaçıdan yaşca daha böyük olan Cavabdeh1 tərəfindən yerinə yetirilmişdir. Halbuki, hər hansı birgə fəaliyyət üzrə tərəflərdən yalnız birinin müvafiq hərəkətləri yerinə yetirməsi təbii haldır və bu kimi dəlillər - birgə aparılan sahibkarlıq fəaliyyətinin idarə olunmasında və yaxud hesabatın aparılmasında bilavasitə iştirak etməyən tərəfin hər hansı tikilinin birgə inşa etdirilməsində və yaxud işin birgə görülməsində iştirakının olmaması qənaətinə gəlməyə əsas ola bilməz. Həmçinin, qeyd etmək lazımdır ki, təxminən 10 il ərzində davam etmiş birgə fəaliyyət zamanı tərəflərin arasında gəlir və qazancın bölünməsi, eləcə də məlum tikililərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar heç bir mübahisə olmamışdı r. Hazırkı mübahisə isə məlum tikililərin və torpaq sahəsinin Cavabdeh1 övladının, yəni iş üzrə Cavabdeh2 adına dövlət qeydiyyatından keçməsinin iddiaçıya məlum olmasından sonra başlanmış və mübahisənin əsas mahiyyəti iddiaçı tərəfin məlum tikililərə çəkilən xərcin hazırkı dövrə uyğun cavabdehlərdən tələb edilməsi ilə bağlıdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçı ilə Cavabdeh1 öz vəsaitləri və ya həmin tikililərdən əldə edilən gəlir hesabına birlikdə inşa etmələri, münasibətləri pozulmadığı dövrdə qeyd olunan tikililərdən birlikdə istifadə etmələri, lakin məlum tikililər və tikililərin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 ailə üzvü olan övladı Cavabdeh2 adına rəsmi qeydiyyata alınması məlum olduqdan sonra i ddiaçının öz payını tələb etməsi səbəbindən münasibətlərinin pozulması öz təsdiqini tapmışdır.
38. Odur ki, bu qeyd olunan xüsusatlarla və işin yuxarıda təsvir olunan digər halları ilə müəyyən olunur ki, 2009-cu ildə əvəzində “kiçik ölçülü “aptek” kimi nəzərdə tutulan tikilinin tikilib verilməsi” ilə müşaiyət olunan şifahi razılaşma əsasında hər iki tərəfin birlikdə müraciətləri əsasında özlərinin birlikdə istifadəsi üçün sahibkarlıq obyekti tikmək üçün icazəsini aldıqları torpaq sahəsində iddiaçının da vəsaitindən istifadə edilməklə, tikilmiş tikililərin yerləşdiyi torpaq sahəsi 2019-cu ildə Cavabdeh2 xüsusi mülkiyyətinə keçməklə, həmin torpaq sahəsi üzərində yerləşən və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan məlum tikililər də Cavabdeh1 və onun ailə üzvü olan övladı Cavabdeh2 faktik i sahibliyinə və istifadəsinə keçmiş və bununla da iddiaçı həmin əmlakdan istifadə etmək və gəlir götürmək imkanından məhrum edilmişdir. Yəni, iddiaçı və Cavabdeh1 birgə vəsaitləri hesabına tikilmiş və təxminən 10 il ərzində sahibkarlıq fəaliyyəti üzrə birlikdə istifadə edilən mübahisəli əmlakdan istifadə etməkdən və gəlir əldə etməkdən iddiaçı tərəf cavabdehlərin hərəkətləri nəticəsində məhrum edilməklə, cavabdeh tərəf məlum əmlakı tam əldə etmiş, yəni əsassız varlanmışdır.
39. Məhkəmə araşdırması zamanı məlum tikililərin iddiaçı və Cavabdeh1 birgə fəaliyyəti nəticəsində tikilməsi təsdiq olunsa da, bu tikililərin inşa olunmasına hər bir tərəfin xərclədiyi pul vəsaitinin miqdarını təsdiq edən mötəbər sübutlar olmadığından, onların həmin tikiliyə sərf olunmuş payları bərabər hesab edilməli və hazırkı iddianın həlli üzrə də bu hal nəzərə alınmalıdır. Bundan əlavə, iddiaçı tələb etdiyi pul məbləğini iddia ərizəsi ilə birlikdə məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 3 sentyabr tarixli, 4002/22 nömrəli qiymətləndirmə rəyi ilə əsaslandırmışdır. Lakin, birinci instansiya məhkəməsi olaraq Şəki Rayon Məhkəməsində aparılan araşdırma zamanı alınaraq, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 aprel tarixli 10/8563 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən və qeyri- yaşayış sahəsi kimi istifadə edilən tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 21500 manat məbləğində müəyyən olunur.
40. Ona görə də, aparılan məhkəmə araşdırmaları zamanı tərəflərin hər hansı b iri tərəfindən həmin rəy - mötəbər və əsaslı sübutla təkzib olunmadığından, hazırkı mübahisənin həlli üçün mötəbər sübut növü kimi qəbul edilməli və həmin rəyə uyğun iddia tələbi həll edilməlidir. Bu halda isə iddiaçının payı həmin məbləğin 10750 manat hissəsini təşkil edir (21500: 2 = 10750) və həmin məbləğ müştərək qaydada hər iki cavabdehdən tutulmalıdır. Çünki, işin hallarına görə iddiaçının mübahisəli tikililərin tikintisində birgə fəaliyyəti Cavabdeh1 ilə olsa da, sonuncu həmin tikililərin yerləşdiyi torpaq sahəsinin və tikililərin oğlu – iş üzrə Cavabdeh2 adına rəsmiləşdirilməsinə nail olmaqla, hüquqi cəhətdən həmin əmlaklar sonuncunun xüsusi mülkiyyətinə keçmiş və bununla da, onunla birlikdə övladı - Cavabdeh2 də, iddiaçının itirdiyi əmlak həddində varlanmışdır. Bütün bu qeyd olun an hallara görə də, iddiaçı tərəfin məhrum olduğu əmlakın dəyəri, həmin əmlak əsasında varlanmış hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır.
41. Eyni zamanda, məlum ekspert rəyində torpağın qiyməti də ayrılıqda göstərilməsinə baxmayaraq, həmin torpağın alınmasına çəkilən xərc cavabdehlərdən tutulan məbləğə daxil edilməməlidir. Çünki, iş materiallarından görünür ki, həmin torpaq sahəsi 2009-cu ildə alqı-satqı yolu ilə əldə edilməmişdir. Həmin vaxt torpaq sahiblərindən məlum torpaq sahəsində sahibkarlıq obyekti üçün tikili tikilməsinə icazə alınmışdır. Həmin torpağın alqı-satqısı isə yalnız 2019-cu ildə baş tutmuş və bu zaman torpağın dəyəri də Cavabdeh2 tərəfindən ödənilmişdir. Ona görə də, məlum qeyri-yaşayış binasının yalnız tikintisinə çəkilən xərclərin yarısının alınıb-verilməsin də iddia əsaslı hesab edilmişdir.
42. Bundan başqa, məhkəmə, iddianın “iddiaçının tələb etdiyi pulun ona tam şəkildə ödənilədək qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə əsaslı deyildir. Belə ki, mübahisəli qeyri-yaşayış binası artıq Cavabdeh2 mülkiyətindədir və iddianın həmin hissədə təmin olunması mülkiyətçinin mülkiyət hüququnun məhdudlaşdırılması ilə nəticələnər ki, bu nəticə də işin mövcud hallarına görə qanunvericiliyin tələblərinə zidd nəticə olardı.
43. Cavabdeh1 həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi, MM-in 1091.1, 1091.2, 1095-ci maddələri üzrə - məhkəmə əsassız varlanma üzrə normalara istinad etməklə iddia tələbini qismən təmin etmişdir. Lakin əsassız varlanma üzrə iddia müddəti 2 il nəzərdə tutulmuşdur. İş materialları ilə sübut olunur ki, mübahisəli obyektin sənədləşməsi 2019-cu ildə cavabdeh tərəfin adına rəsmiləşib. İddiaçı tərəf 2022-ci ilin sonlarında məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia müddəti keçmişdir. Əsassız varlanma üzrə kəsici müddət nəzərdə tutulduğundan cavabdeh tərəfin müddət tətbiqi barədə ərizə verməsinə zərurət yoxdur. Məhkəmə bunu özü də tətbiq edə bilər. Məhkəmə qətnaməsində iddiaçı tərəfin mübahisəli obyektin sənədləşməsindən xəbərdar olduqdan sonra mürac iət edildiyi öz əksini tapmışdır. İddiaçının məhz sənədləşmədən 2022-ci ildə xəbərdar olması heç bir sübutla təsdiq olunur və bu mümkün olan hal deyildir. İddiaçı sənədləşmə işlərinin başlanmasından 2019-cu ildən xəbərdar olmuşdur. İddiaçı mübahisəli məsələ üzrə müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbi rədd edilməlidir.
45. MPM-in 77.1, 217.1, 217.3 və 217.4-cü maddələri üzrə - məhkəmə iş üzrə sübutları hər tərəfli araşdırmadan qərar vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının təqdim etdiyi sübutlar yalnız şahid ifadələri olmuşdur. Bundan başqa iddiaçı tələbini iş üzrə iki cavabdehə qarşı qaldırmışdır. Lakin nə iddiaçı, nə də məhkəmə həmin şəxslərin nəyə cavabdeh olmasını əsaslandırmamışdır. Mübahisəli obyekt bu gün Cavabdeh2 adınadır sa, o zaman V.Zülfiyevin cavabdehlik daşıması aydın deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, obyektin qeyri-yaşayış sahəsi olmasına baxmayaraq fardi yaşayış evi kimi sənədləşməsi, iddiaçı ilə cavabdehin şərikli işlədikləri məhkəmədə tam sübuta yetirilmişdir. Hatta sonuncu məhkəmə iclasında izahat verən bütün şahidlərlə yanaşı cavabdehin dəvət etdiyi şahid də iddiaçı ilə cavabdehlərin şərikli işlədiklərini bildirmişdir. Göründüyü kimi cavabdehlar hüquqdan sui-istifadə edərək vaxtı uzadırlar. Kassasiya baxışının hədləri
47. Kassasiya şikayəti cavabdeh V.Ziftiyev tərəfindən verildiyi üçün hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddianın həmin cavabdehə münasibətdə təmin edilən hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.”
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
52. Hazırki iş üzrə əsassız varlanmaya dair kəsici müddətin tətbiq edilməli olması barədə kassasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz.
53. Belə ki, MM-in 1095-ci maddəsində nəzərdə iki illik müddət kəsici müddət deyil, iddia müddəti hesab edilir.
54. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarında qeyd olunmuşdur ki,...digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüv vədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.”
55. MM-in 375.2-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
56. Hazırki işdə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir.
57. Kassasiya şikayətində qeyd edilən digər maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
58. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
59. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
60. Be lə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
61. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düz gün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM -in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).
62. Məhkəmə kollegiyası qey d edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
63. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.
64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
65. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyul tarixli 22(107)-92/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.