Məhkəmə qərarları › İş №2-2(102)-71/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-71/2022

09.03.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-71/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Mənzil Tikinti Kooperativinin iflas prosesinə başlanılması və müflis elan edilməsinə dair iş üzrə QƏRAR Açar sözlər: hüquqi şəxsin müflis elan olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, İddiaçı MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1219/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi tər əfindən verilmiş arayışdan görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativinin (bundan sonra – iddiaçı) fəaliyyəti 2016-cı il 1 fevral tarixdə dayandırılmış və bərpa ediləcəyi tarix kimi 2021-ci il 1 fevral göstərilmişdir.

2. Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı (bundan sonra – QSC) tərəfindən təqdim edilmiş 2021-ci il 10 avqust tarixli maliyyə arayışından görünür ki, iddiaçının 11.376.068,29 manat əsas borc, 10.718.764,19 manat faiz borcu, cəmi 22.094.832,48 manat borcu vardır.

3. İddiaçının nizamnaməsindən görünür ki, kooperativin nizamnamə kapitalı 200 manatdan ibarətdir.

4. İddiaçının vergi borcu yoxdur.

5. İddiaçının ümumi yığıncağının 2021-ci il 4 may tarixli qərarından və sədrinin 2021-ci il 23 fevral tarixli qərarından görünür ki, kooperativin iflas prosesinə başlanılması barəd ə qərar qəbul edilmişdir. 6. “Vergilər.az” saytında yerləşdirilmiş elandan çıxarışdan görünür ki, iddiaçı müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etməsi, məhkəmə baxışının təyin olunması vaxtı barədə məlumat verilmiş və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 2021-ci il 2 avqust tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçının iflas prosesinə başlanılması və onun müflis elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin 1 fevral tarixindən etibarən fəaliyyətini tam dayandırmışdır və hal-hazırda da heç bir fəaliyyəti yoxdur. 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-1164/2016 saylı 2016-cı il 16 oktyabr tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən iddiaçıdan 16.754.068,29 manat əsas borc, 10.718.764,19 manat faiz borcu, cəmi 27.472.832,48 manat kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun QSC-nin xeyrinə tutulması qət edilmişdir. QSC tərəfindən iddiaçıya məxsus daşınar və daşınmaz əmlaklar götürülmüş və satılmışdır. QSC tərəfindən verilmiş 2021-ci il 5 fevral tarixli hesabdan çıxarışa əsasən iddiaçının 11.376.068,29 manat qalıq borcu qalmışdır. İddiaçı 2016-cı ildən etibarən heç bir fəaliyyəti və ödəmə qabiliyyəti olmadığından mövcud qanunvericiliyin tələbləri qaydasında müflis elan edilməli olduğunu hesab etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 3 avqust tarixli, e-2-2(113)4044/2021 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim – K.Hüseynov).

10. Həmin məhkəmə bildirmişdir ki, mülki qanunvericilik məhkəmə qərarına əsasən əmələ gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutmuşdur. İddiaçının kredit müqavilələri üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2016-cı il tarixli məhkəmə qətnaməsinin icrası müddəti isə bitməmişdir. Eyni zamanda həmin iş üzrə kreditor qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin və iddiaçının başqa əmlaklarının axtarışının davam etdirildiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının kreditor qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən onun ödəmə qabiliyyəti olmayan sayılması mümkün deyildir.

11. Gəldiy i nəticəni məhkəmə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 1, 3, 10-1, 11-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 551.2.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1219/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov, H.Həmidov).

14. Apellyasiya məhkəməsi bildirmişdir ki, borclunun ödəmə qabiliyyə tinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur. Prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslı olduğunu təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Hazırkı halda isə, iddiaçı öz kreditoru barədə məhkəməyə məlumat versə də, debitor borcları barədə siyahını, fəaliyyəti dayandırılanadək illik maliyyə hesabatlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, işdə olan sənədlər məhkəmə tərəfindən iddiaçının ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət deyil.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Q anunun 3, 5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 24 noyabr tarixdə iddiaçının vəkilinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

17. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. Apellyasiya məhkəməsi iş materialları ilə tam və hərtərəfli tanış olmadan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının fəaliyyəti dayandırılanadək illik maliyyə hesabatı 2021-ci il 3 avqust tarixində elektron məhkəmə informasiya sisteminə əlavə edilmişdir. Həmçinin, 2021-ci il 24 fevral tari xli borclunun debitorları və kreditorları haqqında arayış da elektron məhkəmə sisteminə əlavə olunmuşdur. Bu sənədlərin elektron formada iş materiallarında olmasına baxmayaraq, apellyasiya məhkəməsi qətnaməsində həmin sənədlərin olmadığına istinad etmişdir.

19. Birinci instansiya məhkəməsinin qətnaməsinin hüquqi əsasını Mülki Məcəllənin 551.2.4-cü maddəsi təşkil etmiş, apellyasiya məhkəməsi isə işə baxarkən buna münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin mövqeyinə hüquqi qiymət verməmişdir. Həmçinin, QSC-nin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirsə də, apellyasiya məhkəməsi qətnaməsində QSC-nin nümayəndəsinin apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdiyini gös tərmiş, yəni iş üzrə tərəfin mövqeyini təhrif etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin f aktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunu

1. Müflisləşmə borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. M a d d ə

3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. M a d d ə

5. Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər

1. Qanunvericilikdə müəyyən edilmiş sənəd lərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.

2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. M a d d ə 1 0 -

1. İflas haqqında iş üzrə məhkəmə baxışı İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi intern et səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. M a d d ə 1

1. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri

1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.

2. Məhkəmə iclasında baxılan iflas haqqında iş mahiyyətcə həll olunmadıqda məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar haqqında müvafiq qərar çıxarır: a) işə baxılmanın təxirə salınması barədə; b) iş üzrə icraatın dayandırılması barədə; c) işə xitam verilməsi barədə; ç) iddianın baxılmadan saxlanması barədə. Məhkəmə qəbul etdiyi qərarlarda borcların ödənilməsi tədbirlərinin, o cümlədən borclunun əmlakını təşkil edən aktivlərin müsadirəsinin dayandırılmasını (əgər bu təminatlı kreditorun hüquqlarını pozmursa) nəzərdə tuta bilər.

3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Belə hallarda məhkəmə özünün müvafiq qərarında iflas haqqında əsassız ərizə verilməsi nəticəsində borcluya və ya kreditora (kreditorlara) dəymiş ziyanın əvəzinin ödənilməsinə dair göstəriş verə bilər. Azərbaycan Respublikasının M ülki Məcəlləsi Maddə

551. Öhdəliklərin xitamı üçün müddətlər 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiy a instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

26. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

27. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçının fəaliyyəti dayandırılanadək illik maliyyə hesabatı 2021-ci il 3 avqust tarixində, həmçinin, 2021-ci il 24 fevral tarixli borclunun debitorları və kreditorları haqqında arayış da elektron məhkəmə sisteminə əlavə olunmuş, lakin apellyasiya məhkəməsi qətnaməsində həmin sənədlərin olmadığına istinad etmişdir.

28. Məhkəmə kollegiyası kassasiya şikayə tinin göstərilən dəlili ilə aşağıdakı göstərilənlərə əsasən razılaşmadığını bildirir.

29. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı və sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilir (Qanunun 5-ci maddəsi).

30. İş materiallarından görünür ki, iddiaçı ərizəsinə onun kreditorlarının və debitorlarının ödənilməli və alınmalı məbləğlərin müfəssəl şəkildə əks olunduğu siyahını deyil, kreditorunun Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının olması və debitorlarının olmaması barədə “Arayış”ı əlavə etmiş, sonuncu hesabat tarixinə olan maliyyə hesabatı isə ümumiyyətlə əlavə olunmamışdır.

31. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

32. Bu maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

33. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

34. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hü quqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan s übutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materialları əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə öz dəlillərini təsdiq edən mötəbər sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.

37. Kassasiya şikayətinin dig ər dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində MPM-in 551.2.4-cü maddəsinə istinad olunmasına hüquqi qiymət verməmiş, habelə qətnamədə cavabdehin nümayəndəsinin məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunub-olunmaması məsələsinni məhkəmənin mülahizəsinə buraxılmasına dair ifadəsini təhrif etmişdir.

38. İş üzrə 2021-ci il 3 noyabr tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi iddiaçının 22 milyon borcunun olduğunu bildirərək apellyasiya şikayəti ilə razı olmadığını qeyd etmiş, nümayəndənin bu ifadəsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsində təhrif olunmadan öz əksini tapmışdır. Bu səbəbdən, iddiaçının apellyasiya məhkəməsinin qətnaməsində cavabdehin nümayəndəsinin izahatının təhrif olunmasın a dair dəlili anlaşılan və əsaslı deyildir.

39. Bundan başqa, Mülki Məcəllənin 551.2.4-cü maddəsinə görə, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. İş materiallarından da göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2016-cı il 26 oktyabr tarixli, 2-2(81)-1164/2016 saylı qətnaməsi ilə Cavabdeh QSC-nin İddiaçı MTK-ya qarşı iddia tələbi təmin edilmiş, cavabdehdən 16.754.068,29 manat əsas borc, 10.718.764,19 manat faiz borcu, cəmi 27.472.832,48 manat kredit borcunun QSC-nin xeyrinə tutulması qət edilmiş, tələblər MTK-ya məxsus daşınar və daşınmaz əmlaklara yönəldilmiş, bundan sonra iddiaçının QSC-yə 22.094.832,48 manat borcu qalmışdır. Məhkəmə qərarına əsasən əmələ gələn tələbin otuz il müddətinə qüvvədə olması nəz ərdə tutulduğundan, göstərilən 2016-cı il tarixli məhkəmə qətnaməsinin də icra müddəti bitməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.

41. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1219/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

42. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Şərh olunanla ra və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1219/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar