Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-715/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qeyri-qanuni tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “zəbt edilmiş torpaq sahələrinin boşaldılması və qeyriqanuni tikilinin sökülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli 2-2(103)-472/2022 saylı qətnaməs indən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Radioqayırma” BİB və "xxxx" kooperativi arasında hüquqi münasibətlərinin müəyyən edilməsi haqqında 1465 nömrəli əmrdən görünür ki, SSR Nazirlər Sovetinin 1986-cı il 14 avqust tarixli 315 nömrəli qərarına müvafiq olaraq “Radioqayırma” BİB nəzdində "xxxx" Kooperativi yaradılmış, 1988-ci il 1 oktyabr tarixinədək BEŞ-ə keçmiş istehsalat və inzibati tikililərini (binalarını) "xxxx" kooperativinə verməsi /11 №-li sex/ və qeyd edilən sahələrin zəruri avadanlıqla təmin edilməsi əmr olunmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilən 1998-cı il 29 aprel tarixli 3601 saylı və 1998-ci il 14 may tarixli 3760 saylı tex niki pasportlardan görünür ki, Bakı şəhəri, Xətai rayon, Ramiz Quliyev 4 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçi və ya icarəçisi Bakı Radioquraşdırma Zavodu, icarəçi "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti qeyd olunmuşdur. 3. “İcarəyəverən” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti (sonradan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) ilə bağlanmış 2002-ci il 12 iyun tarixli və 2006-cı il 1 may tarixli “Dövlət əmlakının (qeyri yaşayış) sahəsinin icarəyə verilməsi haqqında” icarə müqavilələrindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 524,4 m2 təşkil edən “Radioquraşdırma” İB-nin balansında olan qeyri-yaşayış sahəsi "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətin icarəsində olmuşdur. 4. “Balans saxlayıcı” Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi, “icarəçi” "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti olmaqla imzalanmış 2008-ci il 8 yanvar tarixli təhvil-təslim aktından görünür ki, 2007-ci il 30 dekabr tarixində 2006-cı il 1 may tarixli 1643/2059 saylı icarə müqaviləsinin 2.1-ci bəndinin 2-ci maddəsi üzrə, 7 saylı binanın 497,7 m2-lik yarımzirzəmi istehsal sahəsi "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətindən geri götürülmüşdür.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 2011-ci il 18 may tarixli, 11/409220611 inventar nömrəli **********64-12101 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 4 ünvanında yerləşən daşınmaz əmlakın balans saxlayıcısı Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi MMC-nin “Radioquraşdırma” zavodu, hüquq subyekti "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodu qeyd olunmuşdur.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Radioquraşdırma” zavoduna ünvanlanmış 2020-ci il 23 mart tarixli məktubundan görünür ki, cavabdehlə bağlanmış 2006-cı il 1 may tarixli müqavilə 2007-ci il 30 dekabr tarixindən ləğv olunmuşdur.
7. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" İstehsalat Birliyi MMC-nin “Radioquraşdırma” zavodu tərəfindən "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinə ünvanlanmış 2020-ci il 10 noyabr tarixli pretenziya məktubundan görünür ki, “Radioquraşdırma” zavoduna məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 524,4 kv.m təşkil edən torpaq sahəsinin boşaldılması və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qeyri-qanuni tikililərin "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinin vəsaiti hesabına sökülməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" İstehsalat Birliyi MMC-nin “Radioquraşdırma” zavodu (bundan sonra – “iddiaçı”) 2020-ci il 12 noyabr tarixində "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 52 4,4 kv.m təşkil edən torpaq sahəsinin boşaldılması və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qeyri-qanuni tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə cavabdeh arasında 2006-cı il 1 may tarixində “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 1643/42059 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 524,4 kv.m təşkil edən, iddiaçının balansında olan qeyriyaşayış sahəsi istehsal məqsədi ilə cavabdehin icarəsinə verilmiş, icarə predmeti olan qeyriyaşayış sahəsinin adı, dəyəri, təyinatı, təsviri və s. digər xüsusi qeydl ər, icarə haqqı, hesablanma qaydası müqavilədə öz əksini tapmışdır.
10. İddiaçının istehsalın genişlənməsi və istehsal həcminin artması ilə əlaqədar əlavə istehsal sahələrinə və tikililərə ehtiyacın olduğunu nəzərə alınmaqla icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarılmasına zərurət yaranmışdır. İcarə müqaviləsində icarə münasibətlərinə xitam verilməsinin birbaşa əsası kimi qeyd edilmişdir.
11. İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilərək icarə müqaviləsinə xitam verilməsi və icarə predmeti olan əmlakın iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 2020-ci il 23 mart tarixli **********94 nömrəli cavab məktubunda isə iddiaçıya məlumat verilmişdir ki, tərəflər a rasında bağlanmış 2006-cı il 1 may tarixli 1643/42059 saylı icarə müqaviləsi 2007-ci il 30 dekabr tarixində ləğv edilmişdir.
12. Lakin cavabdeh tərəfindən icarə predmeti olan sahə boşaldılmamış və iddiaçıya qaytarılmamışdır. Cavabdeh həmin torpaq sahəsini zəbt edərək zəbt edilmiş torpaq sahəsi üzərində cavabdeh tərəfindən qanunsuz tikililər inşa etmişdir. Cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər (pretenziya məktubları) edilmiş, lakin nəticəsi olmamışdır.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 152.1, 152.5, 157.2-ci, Azərbaycan R espublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 84, 110, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 39.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2003-cü il 14 fevral tarixli 2 saylı Qərarının 3-cü bəndinə, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli Fərmanına, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokoluna istinad etmişdir.
14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini tam həcmdə t əmin edərək cavabdeh tərəfindən zəbt edilmiş iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 1.393,62 kv.m təşkil edən ərazinin (tikilialtı sahəsi 345,6 kv.m) boşaldılaraq iddiaçıya geri qaytarılması və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 1 aprel tarixli e-2-2(113)-482/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş (hakim – A.Əliyeva) və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: cavabdehin istifadəsində olan ərazi və daşınmaz əmlak iddiaçının balansına aid ərazinin sahəsi daxilinə düşürmü?
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 17 avqust tarixli 10/1863 nömrəli rəyinə əsasən, cavabdehin istifadəsində olan ərazi iddiaçının 2011-ci il 18 may tarixli, **********364-12101 reyestr nömrəli, 11/409 inventar hissəsi ilə və ərazidə yerləşən tikililər həmin Texniki Pasport sənədində G2, S2, R2 və H2 literləri ilə göstərilmiş tikililərlə üst-üstə düşmüşdür.
18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 oktyabr tarixli e-2-2(113)-482/2021 saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən 345,6 kv.m sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim – A.Əliyeva).
19. Məhkəmə öz mövqeyini işin hallarına, o cümlədən ekspert rəyinə və MM-in 152.1, 152.5, 157.2, 157.4, 157.8, 164.2, MPM-in 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh 2022-ci il 3 mart tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli 22(103)-472/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə tərəfindən “İcarə haqqında” Qanunu n tələbləri pozulmuş, iddiaçı ilə aralarında hər hansı hüquq münasibəti olmadığı halda məhkəmə torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmişdir.
23. Məhkəmə kollegiyası bu mülahizələri əsassız hesab edir. Cavabdehdən geri tələb edilən torpaq sahəsinin iddiaçının balansında olan torpaq sahəsi olduğu işdəki texniki pasportlarla təsdiq olunmuşdr. Ekspert rəyindən görünür ki, iddiaçının balansında olan ünvan 5 ünvanında yerləşən, 345,6 kv.m torpaq sahəsi iddiaçının balansında olan torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Sahə üzərində cavabdehin sahibliyinin qanuni olması barədə iş materiallarında sübutlar mövcud olmadığından balansında olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması barədə iddiaçının tələbi əsaslı olmuşdur.
24. Cavabdehin nümayəndəsi və vəkili həmin sahə üzərində hüquqlarının 2006-cı il 1 may tarixli müqavilə əsasında yarandığını və həmin müqavilənin hazırda qüvvədə olduğunu iddia etsə də, iş materiallarından görünür ki, müqavilə müddətli bağlanmış, müddət bitdikdən sonra tərəflərdən biri digər tərəfə xitam verilməsi üçün digər tərəfə müraciət etmədiyindən uzadılmış, 2008-ci ildə icarəyə verilmiş sahənin 497,7 m2-lik hissəsi cavabdeh tərəfindən geri qaytarıldığından faktiki olaraq müqavilə qismən ləğv edilmiş, 2017-ci il 30 dekabr tarixindən həmin müqaviləyə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xitam verildiyinə dair iş materiallarına həmin komitənin məktubu əlavə edilmişdir. 2017-ci ildən sonra cavabdeh tərəfindən müqavilə üzrə icarə haqqı ödənilməmişdir. İşin qeyd edilən halları ilə sübut olunur ki, 2006-cı il 1 may tar ixli müqavilə 2017-ci il 30 dekabr tarixindən tam ləğv edilmişdir.
25. Apellyasiya şikayətində istinad edilmiş 1 saylı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş 2006-cı il 1 dekabr tarixli qətnaməsindən görünür ki, tərəflər arasında əvvəllər baxılan mübahisə üzrə iddia tələbi 2006-cı il 1 may tarixli icarə müqaviləsi qüvvədə olduğu müddətdə qaldırılmış, iddia tələbi müqavilənin ləğv edilməsi, cavabdehin icarəyə verilmiş sahədən çıxarılması olmuşdur. Qeyd edilən iş üzrə iddianın predmeti və əsası fərqli olmuş, həmin işdə hazırkı iş üzrə preyudisial xarakter daşıyan hər hansı fakt müəyyən edilməmişdir.
26. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdehin ekspertiza qarşısında qoyulmasını təklif etdiyi suallar məhkəmə tərəfindən qərardada daxil edilməmişdir.
27. İş də iştirak edən şəxslərin ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etmək hüququ olsa da, sualların yekun məzmununu müəyyənləşdirmək məhkəmənin səlahiyyətinə aid edilmişdir. Hazırkı halda ekspert qarşısında baxılan mübahisənin həlli üçün zəruri olan sual qoyulmuş, cavabdeh tərəfindən məhkəməyə suallar təqdim edilməmişdir.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 152.5, 157.2, 157.4, 157.8, 164.2, MPM-in 14.2, 97.3, 97.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 22 iyul tarixində tərəflərə göndərilmiş və elektron kabinetlərində yerləşdirilmişdir.
30. Cavabdeh 2022-ci il 23 sentyabr tarixində kasasiya şikayəti verməklə həmin qətnamənin tam ləğv edilməsi, iddia tələbinin təmin olunmama sı barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri 31. “İcarə haqqında” Qanunun 1, 2, 4, 5, 7.1, 7.2, 9.3, 9.7, 10, 13.1, 13.4, 13.5-ci, MMin 704.1, 704.2, 691-ci maddələri üzrə - Cavabdehin istifadəsində olan torpaq sahəsinin ümumiyyətlə iddiaçıya aidiyyəti yoxdur. Çünki bu torpaq sahəsi 1980-ci illərin sonlarından etibarən cavabdehin istifadəsindədir və hətta 1990-cı illərin əvvəlindən həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılaraq daimi istifadəsinə verilmişdir. Həmçinin məhkəmə qətnaməsi ilə təmin olunmuş 345,6 kv.m ölçüdə olan sahənin boşaldılması (tikilidən ibarət olan sahə) özü-özlüyündə absurd və qanunsuzdur. Çünki həmin sahə ümumiyyətlə icarə müqaviləsində əks olunmamış v ə həmin daşınmaz obyektlər bütün tələb olunan razılıq və icazə alındıqdan sonra 1990-ci illərin əvvəllərində cavabdehin öz vəsaiti hesabına inşa edilmişdir. Amma buna baxmayaraq həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri işdə olan mötəbər və əsaslı sübutları araşdırmamış və onlara lazımi hüquqi qiymət verilməmişdir. Belə olduğu halda həmin sahə cavabdehdən hansı hüquqi əsasla alınaraq iddiaçıya verilə bilər. Digər tərəfdən, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri qətnamələrdə qeyd edirlər ki, əvvəlki icarə müqaviləsi əsasında icarəyə götürülmüş 529,7 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsindən 497,7 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsi müvafiq aktlarla icarəyəverənə qaytarılmışdır. Qalan hissə isə 32 kv.m ölçüdə olan sahə qalmışdır.
32. İ ş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyində də qeyri-müəyyənlik vardır. Belə ki, rəydə tədqiq olunan ərazidə yerləşən tikililərin G2, S2 və sairə literləri ilə göstərilmiş tikililərin ümumi ölçüsü qeyd olunmayıb. Bundan başqa, həmin rəy qeyri-müəyyən açıqlamalardan ibarətdir və rəyin nəticə hissəsi də qeyri-müəyyəndir. Ekspert təkcə ərazidə olmuş və iddiaçının təqdim etdiyi 2011-ci il 18 may tarixli əmlak kompleksi kimi müəssisənin texniki pasportunda göstərilmiş müxtəlif hərflərdən ibarət olan literlərə istinad etmişdir. Halbuki rəy tam dolğun, ətraflı olmalı və tədqiq olunan məsələyə dair tam açıq münasibət bildirməlidir. Amma rəyin nəticə hissəsindən də aydın olur ki, ekspert araşdırması səthi olmuşdur. Rəyin nəticə hissəsində cavabdehin istifadəsində olan ərazinin hansı ölçüdə id diaçının özünün istifadəsinə verilən sahəsi ilə eynilik təşkil etdiyini dəqiqləşdirilməmişdir. Belə olduğu halda işə baxan məhkəmələr neçə müəyyənlədiriblər ki, ekspertin göstərdiyi liter işarələrinə aid olan sahənin hansı ölçüsü vardı. Hesab edirik ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər bütün araşdırılmamış və nəticə etibarı ilə qeyri-obyektiv, təkrar və ya əlavə ekspertiza aparılmadan ədalətsiz apellyasiya qətnaməsi qəbul olunmuşdur.
33. Bundan başqa, işə baxan məhkəmələrin əsas mövqeləri ondan ibarətdir ki, icarə müqaviləsi guya ləğv olunmuşdur. Halbuki onun ləğv olunmasına dair tutarlı bir sübut yoxdur və müqavilənin ləğv olunması prosedurunun həyata keçirilməsinə dair bir sübut belə iddiaçı tərəfindən təqdim olunmamışdır. Halbuki işdə olan icarəyə verən Əmlak Məsəl ələri Dövlət Komitəsinin 2020-ci il 23 mart tarixli məktubunda göstərilən xüsusat (icarə müqaviləsinin guya 2007-ci il 30 dekabr tarixindən ləğv olunması) belə həmin qətnamənin çıxarılması üçün əsas deyil. Çünki hamıya bəllidir ki, 30 il müddətində davam edən münasibətlər hər hansı bir bildiriş verilmədən gizli yolla pozula bilməz. Əgər həqiqətən də icarə müqaviləsi pozulmuşdursa, ona niyə 2007-ci ildən sonrakı dövrlər üzrə cavabdehin ödədiyi icarə haqqı qaytarılmadan qəbul olunmuş və yaxud onların ödənilməməsinə dair hər hansı xəbərdarlıq icarəyəverən tərəfindən verilməmişdir. Təkcə bu məktub iddianın qismən də olsa təmin olunması üçün əsas ola bilməz.
34. Qətnamə ilə boşaldılmalı sahə cavabdehin şəxsi vəsaiti və ən əsası odur ki, qanuni yolla inşa etdirilmişdir. Belə olduğu halda qətna mə ilə həmin əmlak cavabdehdən alına bilməz. Ən azı əmlaka sərf edilən vəsait qaytarılmalı və yaxud başqa formada əvəzləşdirilməli idi.
35. MPM-in 14.1, 14.2, 14.3, 88, 102.1, 102.2, 103.1, 205.1, 205.2, 217.1, 217.2, 217.3, 217.4-cü maddələri üzrə - İşə baxan məhkəmələr qeyri-müəyyən ekspert rəyini əsas tutaraq iddianı qismən də olsa, təmin edərək qüvvədə saxlamışdırlar.
36. MPM-in 372.1, 372.6, 372.7, 380.1-ci maddələri üzrə - Cavabdeh birinci instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını apellyasiya şikayətində məhkəmədən xahiş etmiş, lakin apellyasiya məhkəməsi bu prosessual səlahiyyətlərindən tam istifadə etməmiş və apellyasiya şikayətinə formal yanaşaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kasasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kasasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmə məsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hə dlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
164. Sahibliyin müdafiəsi... 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.”
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqd im olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi... 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkə mə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 31-36) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli 2-2(103)472/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Kassator hesab edir ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin ümumiyyətlə iddiaçıya aidiyyəti yoxdur. Çünki bu t orpaq sahəsi 1980-ci illərin sonlarından etibarən cavabdehin istifadəsindədir və hətta 1990-cı illərin əvvəlindən həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılaraq daimi istifadəsinə verilmişdir.
45. Halbuki işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehdən geri tələb edilən torpaq sahəsinin iddiaçının balansında olan torpaq sahəsi olduğu işdəki texniki pasportlarla təsdiq olunur.
46. Eyni zamanda ekspert rəyi ilə təsdiq olunur ki, iddiaçının balansında olan ünvan 5 ünvanında yerləşən, 345,6 kv.m sahə iddiaçının balansında olan sahə ilə üst-üstə düşür.
47. Qeyd olunanlara istinadən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, həmin sahə üzərində cavabdehin sahibliyinin qanuni olması barədə iş materi allarında sübutlar mövcud olmadığından balansında olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması barədə iddiaçının tələbi əsaslıdır.
48. Kassator apellyasiya instansiya məhkəməsinin qətnaməsini həmin hissədə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
49. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə, MM-in 152.1, 152.5, 152.2, 157.4, 157.8 və 164.2-ci maddələrinin (bax yuxarıda § 41) tələbləri nəzərə alınmaqla, apellyasiya instansiya məhkəməsi iddiaçını sözügedən sahənin sahibi kimi qiymətləndirərkən tamamilə qanunauyğun nəticəyə gəlmişdir.
50. Kassatorun digər dəlilləri ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə təmin olunmuş 345,6 kv.m ölçüdə olan sahənin boşaldılması qanunsuzdur. Çünki həmin sahə ümumiyyətlə icarə müqaviləsində əks olunmamış və həmin daşınmaz obyek tlər bütün tələb olunan razılıq və icazə alındıqdan sonra 1990-ci illərin əvvəllərində cavabdehin öz vəsaiti hesabına inşa edilmişdir.
51. Halbuki mübahisə predmeti olan icarə müqaviləsi üzrə cavabdehin icarəsində olmuş qeyri-yaşayış sahəsindən başqa razılıq və icazə əsasında cavabdehin vəsaiti hesabına sözügedən ərazidə hər hansı digər obyektlərin inşa edilməsi iş materialları ilə öz təsdiqini tapmır.
52. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında müvafiq əsasların mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından apellyasiya instansiya məhkəməsi cavabdehin faktiki sahiblik və istifadə etdiyi müqavilədənkənar sahələri zəbt edilmiş sahələr kimi qiymətləndirərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
53. Cavabdehin şəxsi vəsaiti inşa edilmiş əmlaka sərf edil ən vəsaitin qaytarılmalı və yaxud başqa formada əvəzləşdirilməli olmasına dair dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, cavabdehin bununla bağlı iddiaçıya qarşı hazırkı prosesdə qarşılıqlı iddia qaldırması, yaxud ayrıca prosesdə iddia qaldırması ümumiyyətlə iş materiallarından müəyyən olunmur.
54. Kassatorun iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyində qeyrimüəyyənliklərin olmasına, tədqiq olunan ərazidəki tikililərin ölçülərinin verilməməsinə, cavabdehin istifadəsindəki ərazinin iddiaçının istifadəsindəki ərazi ilə hansı ölçüdə eynilik təşkil etdiyinin dəqiqləşdirilməməsinə, buna baxmayaraq məhkəmənin həmin rəyi mötəbər sübut kimi qiymətləndirməsinə dair dəlilləri də əsaslı hesab edilə bilməz.
55. Belə ki, əvvəla, iş üzrə təyin olunmuş ekspert öz rəyində onun qarşısında qoyulmuş sua la lazımi şəkildə cavab vermişdir.
56. MPM-in 97.3 və 97.4-cü maddələrinin (bax yuxarıda § 42) tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etmək hüququna, məhkəmə isə sualların yekun məzmununu müəyyənləşdirmək səlahiyyətinə malikdirlər.
57. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, hazırkı halda ekspert qarşısında baxılan mübahisənin həlli üçün zəruri olan sual qoyulmuş, cavabdeh tərəfindən isə məhkəməyə suallar təqdim edilməmişdir.
58. Kassator apellyasiya instansiya məhkəməsinin qətnaməsini həmin hissədə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
59. Belə olan halda, məhkəmə kollegiyası sözügedən dəlil üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv i üçün hər hansı hüquqi əsas tapmır.
60. İkincisi isə, işə baxan məhkəmələrin istinad etdiyi sözügedən 2021-ci il 17 avqust tarixli 10/1863 saylı ekspert rəyindən görünür ki, cavabdehin istifadəsindəki ərazi iddiaçının 2011-ci il 18 may tarixli texniki pasport sənədində göstərilən ərazinin cənub-qərb küncündə yerləşən hissəsi ilə və ərazidə yerləşən tikililər həmin texniki pasport sənədində G2, S2, R2, və H2 literləri ilə göstərilmiş tikililərlə üst-üstə düşür.
61. Həmçinin ekspert rəyinin “tədqiqatın prosesinin təsviri” bölməsindən görünür ki, sözügedən tikililərin və torpaq sahəsinin planlı yerləşməsi, ölçüləri iddiaçının 2011-ci il 18 may tarixli texniki pasport sənədinə uyğundur.
62. Həmin texniki pasportun özündə də hər bir literlər üzrə müvafiq tikililərin ölçüləri ayrı-ayrılıqda q eyd edilmişdir.
63. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiya məhkəməsinin sözügedən ekspert rəyinə mötəbər sübut kimi istinad etməsi MPM-in 88 və 103.1-ci maddələrinə (bax yuxarıda § 42) tam uyğun olmuşdur.
64. Nəhayət kassatorun digər dəlilləri isə ondan ibarətdir ki, işə baxan məhkəmələr icarə müqaviləsinin ləğv olunmasını bildirsələr də, buna dair tutarlı sübut işdə yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsinin 2020-ci il 23 mart tarixli məktubunda göstərilən xüsusat (icarə müqaviləsinin 2007-ci il 30 dekabr tarixindən ləğv olunması) həmin qətnamənin çıxarılması üçün əsas deyil. Çünki 30 il müddətində davam edən münasibətlər hər hansı bildiriş verilmədən gizli yolla pozula bilməz. Əgər həqiqətən də icarə müqaviləsi pozulmuşdursa, niyə 2007-ci ildən sonrakı dö vrlər üzrə cavabdehin ödədiyi icarə haqqı qaytarılmadan qəbul olunmuşdur.
65. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 2008-ci ildə icarəyə verilmiş ümumilikdə 524,4 kv.m olan sahənin 491,7 kv.m-lik hissəsi cavabdeh tərəfindən geri qaytarılmış, 32,7 kv.m isə cavabdehin icarəsində saxlanıllmışdır.
66. Mübahisə predmeti olan icarə müqaviləsi müddətli bağlanılmış, müddət başa çatdıqdan və icarəyə verilmiş sahənin 491,7 kv.m-lik hissəsi geri qaytarıldıqdan sonra cavabdehin icarəsində qalmış 32,7 kv.m üzrə həmin müqavilənin müddətinin uzadılması və ya yeni icarə müqaviləsinin bağlanılması iş materiallarından görünmür.
67. Bundan başqa, sözügedən müqavilənin 8.1-ci bəndinə əsasən, icarə haqqı iki ardıcıl müddət ödənilmədikdə bu, “İcarəçi”nin müqavilənin icrasından im tina kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər.
68. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, 2017-ci ildən sonra cavabdeh tərəfindən müqavilə üzrə icarə haqqı ödənilməmişdir.
69. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinin tərəflər arasında bağlanmış müqaviləyə xitam verildiyini bildirən 2020-ci il 23 mart tarixli məktubuna istinad edərək iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
70. Əgər cavabdeh icarə müqaviləsinə qanunsuz xitam verildiyini və icarə haqqının ondan əsassız alındığını hesab edirsə, qanunla müəyyən edilmiş qaydada aidiyyəti quruma qarşı müvafiq tələblərlə çıxış etmək hüququnu özündə saxlayır.
71. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 42) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
72. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli 22(103)-472/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.