Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-73/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “xxxx” MMC-nin ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: iflas prosesinə başlanılması GİRİŞ HİSSƏ 04.03.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, ərizəçi MMC-nin vəkili X6 və kreditor Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 iştirakı ilə, Ərizəçi “xxxx” MMC-nin iflas prosesinə başlanılması haqqında ərizəyə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ərizəçi MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ Ərizəçi “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ərizəçi MMC-nin müflis elan olunması, MMC-nin iflas prosesinə başlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov; iş No 2-2(82)-568/2019) ərizənin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.mayılov və K.Abiyeva; iş № 2-2(103)817/2019) ərizəçi MMC tərəfindən verilmiş apelyasiya şikayəti nin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan ərizəçi MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Ərizəçi MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən ərizəçi MMC-nin vəkili V.Əhmədov kassasiya şikayətinin dəlill ərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən kreditor Fondun vəkili A.Məmmədov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddi ndə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxlərinin Dövlət Reyestrindən Çıxarışa əsasən, “xxxx” MMC xx.xx.2014-cı il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2ı Mebel” MMC-nin 01 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə həmin MMC-nin müflişləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsi qərara alınmışdır. Bundan sonra ərizəçi “xxxx” MMC müflis elan olunma və MMC-nin iflas prosesinə başlanılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, ərizəçi MMC-nin müflisləşmə proseduruna başlanılması digər, aşağıda qeyd edilən şəxslərin (kreditorların) məhkəmə tərəfindən təmin edilmiş hüquqlarının pozulması və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması ilə nəticələnəcəkdir. Belə ki, “Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, müflisləşmə - borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmama sıdır, ərizəçi - məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxsdir, əmlak inzibatçısı borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir, müvəqqəti əmlak inzibatçısı - borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun Vİ fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə müvafiq olaraq borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir və ya; b) borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödəni şləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir və ya c) borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir. Həmin Qanunun 11-ci maddəsinə görə, iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə uyğun olaraq məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Sadalanan qanunvericilik normalarınin təhlili onu göstərir ki, iflas prosesinə məruz qalmaq ücün borclunun ödəmə qabiliyyətinin olmaması borcun mövcudluğu və ödəmə qabiliyyətinin olmaamsı ilə deyil, fəaliyyətdə olan təsərrüfat subyektinin fəaliyyətinin bərpa edilməsi ücün edilmiş bütün cəhdlərin səmərəsiz olmasından sonra mümkün olan haldır. Hazırki işin materiallarında ərizəçinin bu istiqamətdə fəaliyyəti ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Əksinə, iş üzrə müəyyən olunur ki, “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli balansı haqqında arayışa əsasən, onun ümumilikdə dövlət büdcəsinə vergilər üzrə 17.892,90 manat, dövlət sosial sığorta haqqları üzrə 25.844,85 manat və fərdi kreditorlara (bağlanmış müqavilərər ə sasında) 80.000 manat borcu yaranmışdır ki, bunlardan: - 2 saylı Bakı İnizbati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli İcra vərəqəsinə əsasən, tələbkar Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinə 13.326,70 manat; - Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2016cı il tarixli İcra vərəqəsinə əsasən, tələbkar X5 3.500 manat;. - həmin məhkəmənin xx.xx.2016cı il tarixli İcra vərəqəsinə əsasən, tələbkar Kreditor7 2.380 manat; - həmin məhkəmənin xx.xx.2017ci il tarixli İcra vərəqəsinə əsasən, tələbkar X1 12.000 manat; - həmin məhkəmənin xx.xx.2017ci il tarixli İcra vərəqəsinə əsasən, tələbkar Kreditor9 4.400 manat; - həmin məhkəmənin xx.xx.2017ci il tarixli İcra vərəqəsinə əsasən, tələbkar X2 1.680 manat; - həmin məhkəmənin xx.xx.2018ci il tarixli İc ra vərəqəsinə əsasən, tələbkar Kreditor12 3.400 manat; - həmin məhkəmənin xx.xx.2019-cu il tarixli İcra vərəqəsinə əsasən, tələbkar Kreditor32 2.030 manat; - həmin məhkəmənin xx.xx.2019cu il tarixli İcra vərəqəsinə əsasən, tələbkar Kreditor18 İqorevnaya 3.588 manat; - həmin məhkəmənin xx.xx.2019cu il tarixli İcra vərəqəsinə əsasən, tələbkar Kreditor30 850 manat; - Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli İcra vərəqəsinə əsasən, tələbkar X9 2.015 manat; - Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli İcra vərəqəsinə əsasən, tələbkar X4 1.100 manat borcu yaranmışdır. Beləliklə, işdə olan məhkəmə qərarları ilə müəyyən olunur ki, “xxxx” MMC müxtəlif xidmətləri həyata keçirmiş, mebel istehsalı və satışı ilə məşğul olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə MMC m üxtəlif şəxslərlə müqavilələr bağlanmış, həmin müqavilələr üzrə ödənişlər qəbul edilmiş, lakin mebellər quraşdırılmamışdır. Bununla da MMC müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə yuxarıda adları çəkilən şəxslərə borcu yaranmışdır. Bundan irəli gələrək, həmin şəxslər müqavilə üzrə ödədikləri borcun geri qaytarılması barədə iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, fiziki şəxslərə olan borcun ödənilməsi ilə bağlı məhkəmələr tərəfindən qətnamələr qəbul edilmiş və icra edilməsi üçün müvafiq İcra vərəqələri verilmişdir. İş üzrə müəyyən olunur ki, ərizəçi MMC-nin kreditorlara borcunun yaranma səbəbi müqavilə üzrə ödənişi qəbul edib, icra vaxtı çatdığında əvəzində əşyanı təhvil verməməsidir. Həmçinin, müəyyən olunur ki, ərizəçi MMC dövlət orqanları qarşısında olan öhdəliklə rini yerinə yetirə bilməmiş, büdcəyə borcu yaranmışdır. Göründüyü kimi ərizəçi MMC təsərrüfat subyekti olaraq maliyyə vəziyyətinin yaxşılaşdırılması, bununla da həm dövlət orqanları, həm də təsərrüfat fəaliyyəti nəticəsində zərər çəkmiş fiziki şəxslərin borcunu ödəmək əvəzinə, hazırda özünün müflisləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsinə cəhd etməsi yuxarıda qeyd edilən öhdəliklərin icrasını mümkünsüz edir. Həm də, ərizəçi MMC-nin müflis olması qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icrasına mane olmaqla yekun məhkəmə aktının müəyyənliyi və icrası prinsiplərinə ziddir. Bundan əlavə, ərizənin təmin olunması ərizəçi MMC-nin qanunla müəyyən edilmiş imkanlardan sui-istifadəyə gətirib çıxara bilər ki, bu da həm kreditorların mənafeyi baxımından, həm də mülki qanunvericiliyin təl əblərinə görə yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə müvafiq olaraq hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, hazırki halda ərizəçi MMC-nin müflis elan olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaranmamışdır. Odur ki, ərizəçi MMC-nin ərizəsi əsassız və qanunsuz olduğundan 1-ci instansiya məhkəməsi tərəfinjən düzgün olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə müvafiq olaraq məhkəmə işin gedişində təqdim olunmuş ancaq о sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, ərizəçi MMC-nin kassasiya şikayətində qeyd edlənlər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə mü əyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi “xxxx MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-73/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-73/2020
04.03.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver