Məhkəmə qərarları › İş №2-2(102)-733/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-733/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-733/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasında yaranan fikir ayrılıqlarına Ali Məhkəmədə baxılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 19 noyabr tarixli 2-2(117)-378/2024 nömrəli qərardadına əsa sən, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Ağdaş Rayon Məhkəməsi ilə Şəki Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Ağdaş Rayon Məhkəməsindəki icraat 1. ”TuranBank” ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 26 dekabr tarixli GK 2205-19 saylı kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) üzrə 6.178,39 manat əsas borc, 18,54 manat faiz borcu, 29,92 manat cərimə borcu olmaqla, cəmi borcu 6.226,85 m anat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun, ödənilmiş 82,27 manat məbləğində dövlət rüsumunun və həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus ünvan 1 ünvanında mülkiyyətində olan, 0.0461 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 43.75 kv.m, yardımçı sahəsi 56.25 kv.m olan bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evi torpaq sahəsi (bundan sonra – “fərdi yaşayış evi”), həyətyanı tikili və qurğularla birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ö dənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ağdaş Rayon Məhkəməsinin 2024-cü il 11 yanvar tarixli e-2(014)-165/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – C.Sultanov).

3. Məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə, cavabdeh Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdadır və Cavabdeh məxsus ********** saylı VÖEN aktivdir.

4. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 6.1, 31.1, 32.4, 34, 44.2.2-ci maddələrinə istinad edərək məh kəmə hesab etmişdir ki, mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. b) Şəki Kommersiya Məhkəməsindəki icraat

5. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 19 noyabr tarixli 2-2(117)-378/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – M.Hüseynov).

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırki məhkəmə baxışında məhkəməyə təqdim edilmiş 2015-ci il 25 iyun tarixli, OH002-15 nömrəli kredit müqaviləsinin 1-ci bəndində qeyd edilmiş “kreditin təyinatı” bölməsindən müəyyən olunduğu kimi kreditin təyinatı şəxsi istehlak olmuşdur. Belə olan halda həmin kredit müqaviləsi üzrə restrukturizasiya olunmuş borc məbləği üzrə bağlanmış kredit müq aviləsinin də təyinatı şəxsi istehlakdan yaranan borcun güzəşt edilməsindən ibarətdir. İşin kommersiya məhkəmələri tərəfindən baxılmalı olması imkanı olmadığından, hazırki mübahisə mülki xarakterlidir və MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır.

7. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, MPM-in 24.1, 24.2, 26.1, 31.1, 32.3, 32.7-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələ r arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 11, 24, 27-ci bəndlərinə istinad edərək məhkəmə hesab etmişdir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq

8. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik... Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür....” “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməs inə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə ai diyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

9. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir.

10. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Pl enumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 10-cu bəndində qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə i mkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. Həmin Qərarın 11 və 12-ci bəndlərində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübah isənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbind ən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

12. Həmin Qərarın 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

13. Həmin Qərarın 15-ci bəndində isə qeyd edilmişdir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterini n sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

14. Hazırki işin halları ondan ibarətdir ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir.

15. Eyni zamanda, iddiaçı tərəfindən irəli sürülmüş iddianın predmetini onunla cavabdeh arasında bağlanmış 2019-cu il 26 dekabr tarixli, GK 2205-19 nömrəli kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir.

16. Həmin müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiyasıdır.

17. Müqavilənin 2.1 və 3.1-ci bəndlərindən müəyyən edilir ki, restrukturizasiya olunan kredit müqaviləsi tərəflər arasında b ağlanmış 2015-ci il 25 iyun tarixli, OH002-15 nömrəli kredit müqaviləsidir.

18. Həmin kredit müqaviləsinin 2.2-ci bəndidndə isə qeyd edilmişdir ki, müqavilə üzrə kredit şəxsi istehlak məqsədi üçün götürülür.

19. Göründüyü kimi, tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə ki, o, fərdi sahibkar statusuna malik olsa da, ona sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün deyil, şəxsi istehlak məqsədilə kredit verilmişdir. Bu səbəbdən də işə ümumi məhkəmədə baxılmalıdır.

20. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar