Məhkəmə qərarları › İş №2-2(102)-735/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-735/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-735/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 11 iyul tarixli 2-2(103)-588/202 5 nömrəli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 27 noyabr tarixli, 15B/18 nömrəli borc müqaviləsinə görə bu müqavilə Borc verən ("xxxx" ASC) tərəfindən Borc alana ("xxxx" MMC) 2-ci şüşəbişirən sobanın istehsalat xəttində olan avadanlıqların istismara yararlılığını müəyyən etmək məqsədilə texniki auditinin keçirilməsi üçün Borc alanın müraciətinə əsasən 142529 manat məbləğdə borcun verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Həmin müqavilənin 2.2-ci maddəsinə görə borc 2019cu il 27 fevral tarixinə qədər olan müddətə verilir. 2. 2018-ci il 28 noyabr tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-ni n bank hesabına 142.529 manat pul vəsaiti köçürülmüşdür.

3. Eyni tərəflər arasında bağlanmış 2019-cu il 17 yanvar tarixli, 02-B/19 nömrəli borc müqaviləsinə görə Borc verən ("xxxx" ASC) bu Müqavilənin 1.3-cü bəndində göstərilən pul məbləğini dövriyyə vəsaitinin formalaşdırılması məqsədilə borc alana ("xxxx" MMC) verməyi, borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə görə müqavilə üzrə borc 2019-cu il 17 aprel tarixinədək verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır; 1.3-cü maddəsinə görə müqavilə üzrə borc məbləği 334 924 manatdır; 3.2-ci maddəsinə görə borc borc verənə köçürmə yolu ilə qaytarılır. 4. 2019-cu il 18 yanvar tarixli ödəniş tapşırığına əsas ən iddiaçı tərəfindən cavabdehin bank hesabına 334.924 manat pul vəsaiti köçürülmüşdür. 5. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 4 dekabr tarixli, 13B/19 nömrəli borc müqaviləsinə görə Borc verən ("xxxx" ASC) bu Müqavilənin 1.3-cü bəndində göstərilən pul məbləğini dövriyyə vəsaitinin formalaşdırılması məqsədilə Borc alana ("xxxx" MMC) verməyi, Borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin: -1.2-ci maddəsinə görə müqavilə üzrə borc 2020-ci il 4 noyabr tarixinədək verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır. -1.3-cü maddəsinə görə müqavilə üzrə borc məbləği 250000 manatdır. 3.2-ci maddəsinə görə borc borc verənə köçürmə yolu ilə qaytarılır. 6. 2019-cu i l 4 dekabr tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 250.000 manat pul vəsaiti köçürülmüşdür.

7. Eyni tərəflər arasında bağlanmış 2021-ci il 4 iyun tarixli, BE 4/21 nömrəli borc etirafı müqaviləsinə görə Borc alan ("xxxx" MMC) etiraf edir ki, onunla Borc verən ("xxxx" MMC ) arasında bağlanmış 15-b/18 nömrəli 2018-ci il 27 noyabr, 02-b/19 nömrəli 2019-cu il 17 yanvar, 13-b/19 nömrəli 2019-cu il 4 dekabr tarixli borc müqavilələri üzrə bu Müqavilə imzalandığı tarixə ümumilikdə 590.000 manat məbləğində pul borcu yaranmışdır. Müqavilənin 1.2-ci maddəsinə görə bu Müqavilə üzrə Borcun son qaytarılma müddəti 2021-ci il 31 dekabr tarixi müəyyən edilir. 8. "xxxx" ASC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış borcun ödənilməsinə dair 2023-cü il 10 fevral tarixli, R1/23 saylı razılaşmaya əsasən bu razılaşma ilə "xxxx" ASC, 2018-ci il 17 iyul tarixli 001 nömrəli müqavilə üzrə "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 2022-ci ilin noyabr və dekabr ayları üzrə yaranmış 34.982,28 manat məbləğində qalıq borcunun və "xxxx" MMCnin özəlləşdirmə prosesi başa çatanadək yaranacaq aylıq 17491,14 manat məbləğində xidmət haqqının ödənilməsini, "xxxx" MMC isə "xxxx" ASC tərəfindən ödəniləcək məbləğlərin 2023-cü il 31 dekabr tarixədək hissəhissə və ya birdəfəlik ödənilməsini, "xxxx" MMC isə müqavilə ilə müəyyən edilən əmlakların mühafizəsini təmin etməyi öhdəsinə götürür. 9. "xxxx" ASC tərəfindən həmin Razılaşma üzrə "xxxx" MMC-yə 2023-cü il 3 mart tarixində 17.491,14 manat, 2023-cü il 16 fevral tarixində 17.491,14 manat, 2023-cü il 13 fevral tarixində isə 34.98 2,28 manat pul vəsaiti ödənilmişdir.

10. Cavabdeh MMC ilə "xxxx" MMC arasında 2018-ci il 17 iyul tarixli «Müəssisənin mühafizəsi haqqında» 001 saylı müqavilə bağlanmış, müqavilənin 2021-ci il 3 may tarixli əlavəsi ilə aylıq xidmət haqqının 17.491,14 manat olması razılaşdırılmış, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə həmin müqavilə üzrə 2022-ci il 30 noyabr tarixli, 2022-ci il 28 dekabr tarixli, 2023-cü il 31 yanvar tarixli, 2023-cü il 28 fevral tarixli elektron qaimələr təqdim edilmişdir.

11. X1nin 2023-cü il 28 fevral tarixli, 45 nömrəli Sərəncamı ilə "xxxx" MMC Cavabdeh ASC-yə çevrilmiş, hazırkı cavabdeh "xxxx" MMC-nin hüquqi varisidir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı ləğv prosesində olan "xxxx" ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 2018-ci il 27 noyabr tarixli 15B-/18 nömrəli, 2019-cu il 17 yanvar tarixli 02-B/19 nömrəli və 2019-cu il 4 dekabr tarixli 13B-/19 nömrəli müqavilələrə əsasən ümumilikdə yaranmış 659.964,59 manat məbləğində borcun və 949.96 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 27 noyabr tarixli 15-B-/18 nömrəli borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə texniki auditin keçirilməsi məqsədilə 142.529 manat məbləğində borc verilmişdir. Həmçinin tərəflər arasında olan 2019-cu il 17 yanvar tar ixli 02-B/19 nömrəli müqaviləyə əsasən isə 334.924 manat məbləğində, 2019-cu il 4 dekabr tarixli 13B-/19 nömrəli müqaviləyə əsasən isə iddiaçı tərəfindən cavabdehə 250.000 manat məbləğində borc verilmişdir. Cavabdeh tərəfindən hər üç müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmədiyinə görə, 659.964,59 manat məbləğində ödənilməyən borc qalmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” 2021-ci il 29 oktyabr tarixli 2979 nömrəli sərəncamının icrasının təmin edilməsi məqsədilə X1nin Cavabdeh ASC haqqında 2023-cü il 28 fevral tarixli 45 nömrəli sərəncamı ilə "xxxx" MMCnin adı dəyişdirilərək Cavabdeh ASC adlandırılmış, bununla əlaqədar hüquqi şəxslərin dövlət reyestr məlumatlar ında müəyyən dəyişikliklər edilərək X1 tərəfindən müvafiq olaraq dövlət qeydiyyatına alınmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehə 2024-cü il 6 fevral tarixli 13-5/2-0052/2024 nömrəli pretenziya məktubu ünvanlanaraq Müqavilə üzrə 2024-cü il 2 fevral tarixinə ödənilməyən 659.964,59 manat məbləğində ödənilməyən borcun 5 (beş) gün ərzində iddiaçıya tələb olunmuş, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3118/2024 nömrəli 2024-cü il 4 iyun tarixli qərardadı ilə X1müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

15. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Ərizə onunla əsaslandırılmışdır ki, 2018-ci il 27 noyabr tarixli 15-B-18 nömrəli müqaviləyə görə v erilən borc 2019-cu il 27 fevral tarixində, 2019-cu il 17 yanvar tarixli -02B/19 nömrəli müqaviləyə görə 2019-cu il 17 aprel tarixində, 2019-cu il 4 dekabr tarixli 13B-/19 nömrəli müqaviləyə görə 2020-ci il 4 noyabr tarixlərində tam ödənilib qurtarmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 373.2-ci və 373.3-cü maddəsinə görə müqavilə tətləbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. MM-in 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlayır. Həmin Məcəllənin 379-cu maddəsində iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar göstərilmişdir və maddədə göstərilən halların heç biri sözügedən mübahisəyə aid edilə bilməz. İddiaçının təqdim etdiyi borcun etirafı barədə 2021-ci il 4 iyun tarixli müqavilə cavabdeh tərəfin iradə ifadəsi olmadığına görə (cavabdeh müqavilə imzalanan zaman iddiaçının tabeliyində idi) həmin müqavilə iddia müddətinin axımının kəsilməsinə səbəb olmamalıdır. Razılaşma isə cavabdehin iddiaçının tabeçiliyindən çıxmasına cəmi 18 gün qalmış bağlanmışdır. Əgər cavabdehin belə məqsədi olsaydı, o bunu daha əvvəllər edə bilərdi.

17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 sentyabr tarixli e-2-2(113)3118/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 659.964,59 manat məbləğində pul, ödənilmiş 949,96 manat dövlət rüsumu olmaqla, ümumilikdə 660.914,55 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ü.Həsənova).

18. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2018-ci il 27 noyabr tarixli, 2019-cu il 17 yanvar tarixli, 2019-cu il 4 dekabr tarixli borc müqavilələri bağlanmış, iddiaçı həmin müqavilələrdən irəli gələn öhdəliklərini icra edərək ümumilikdə 727.453 manat vəsaiti nağdsız qaydada cavabdehə vermiş, cavabdeh tərəfindən öhdəlik qismən icra edilərək, qalıq 590.000 manat vəsait qaytarılmamışdır

19. Odur ki, məhkəmə iddia tələbinin adıçəkilən borc müqavilələri üzrə qalıq 590.000 manat borcun qaytarılması hissəsində əsaslı olması və təmin edilməsi qənaətinə gəlmişdir.

20. İddiaçı tərəfindən 2023-cü il 10 fevral tarixli, R1/23 saylı razılaşma üzrə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 2018-ci il 27 noyabr tarixli borc müqaviləsində öhdəliyin icrasının son günü 2019-cu il 27 fevral, 2019-cu il 17 yanvar tarixli borc müqaviləsi üzrə 2019-cu il 17 aprel, 2019-cu il 4 dekabr tarixli müqavilə üzrə isə 2020-ci il 4 noyabr müəyyən edildiyindən və həmin müqavilələr üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ərzində tərəflər arasında borcun etirafı barədə 2021-ci il 4 iyun tarixli müqavilə bağlanaraq öhdəliyin icrası müddəti uzadılmışdır. Borcun qaytarılmasının son günü kimi, 2021-ci il 31 dekabr müəyyən edildiyindən iddia müddətinin axımı kəsilmiş, iddiaçı 2024-cü il 19 aprel tarixində məhkəməyə iddia ərizəsi verərək iddia müddətini ötürməmişdir. 21. "xxxx" MMC-yə cavabdehin əvəzinə 2023-cü il 3 mart tarixində 17.491,14 manat, 2023-cü il 16 fevral tarixində 17.491,14 manat, 2023-cü il 13 fevral tarixində isə 34.982,28 manat ö dənilmiş pul vəsaiti ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehlə "xxxx" MMC arasında bağlanmış 2018ci il 17 iyul tarixli “Müəssisənin mühafizəsi haqqında” 001 saylı müqavilə və müqavilənin 2021-ci il 3 may tarixli əlavəsinə əsasən aylıq xidmət haqqının 17.491,14 manat olması razılaşdırılmış, "xxxx" MMC tərəfindən cavabdehə həmin müqavilə üzrə 2022-ci il 30 noyabr tarixli, 2022-ci il 28 dekabr tarixli, 2023-cü il 31 yanvar tarixli, 2023-cü il 28 fevral tarixli elektron qaimələr təqdim edilmişdir. Üçtərəfli razılaşma üzrə iddiaçı, cavabdehin əvəzinə "xxxx" MMC-yə ödədiyi 69.964,56 manat vəsaiti hazırda cavabdehdən tələb etməkdə haqlıdır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 399.1, 442, 739.1, 739.2 və 882.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

24. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-83/2025 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsini n qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər E.Həsənov və Z.Şirinov).

26. Apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, "xxxx" ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 431 nömrəli sərəncamı ilə "xxxx" ASC ləğv edilmişdir. Bu səbəbdən məhkəmə iş üzrə tərəflərdən biri olan hüquqi şəxs ləğv olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 261.0.8 və 384.0.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və işin yenidən ba xılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(102)-245/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-83/2025 nömrəli qərardadı ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim B.Qəribov, hakimlər E.Şamayev və B.Məmmədli).

30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi şəxs dövlət qeydiyyatından çıxarılanadək hüquq subyekti kimi mövcud olmaqla, hüquq və vəzifələrə malikdir. Yəni, h üquqi şəxsin ləğv edilməsi barədə hər hansı aktın, o cümlədən qeyrinormativ hüquqi aktın çıxarılması onun hüquq subyekti statusuna dərhal son qoymur. Bununla bağlı yaradılan ləğvetmə komissiyası hüquqi şəxsin hüquq və öhdəliklərinin icrasını həyata keçirir. Həmçinin MM-in 61.3-cü maddəsindən də aydın olur ki, ləğvetmə komissiyasının əsas funksiyalarından biri hüquqi şəxsin tələblərini təmin etmək və mübahisəli məsələlərin hüquqi yolla həllinə yönəlmiş tədbirlər görməkdir. Bu isə o deməkdir ki, ləğv prosesində olan hüquqi şəxs, ləğvetmə komissiyası vasitəsilə öz hüquqlarını məhkəmədə müdafiə etmək imkanını saxlayır.

31. Hazırkı işin materiallarından da görünür ki, iddiaçı tərəf olan hüquqi şəxsin dövlət qeydiyyatı hələ ləğv olunmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bun dan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli Sərəncamının və Nazirlər Kabinetinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 431 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə 2025-ci il 7 yanvar tarixli Sərəncamının müddəalarından da görünür ki, iddiaçı tərəf olan hüquqi şəxs hələ ləğv prosesinin ilkin mərhələsindədir. Belə olan təqdirdə onun hüquq subyektliyi də mövcud olmaqda davam edir. MPM-in 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv edildikdə iş üzrə icraata xitam verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəf kimi çıxış edən hüquqi şəxs in tam olaraq ləğv edilməsi məsələsini (MM-in 61.12-ci maddəsinin tələbləri baxımından) kifayət qədər araşdırmadan iş üzrə icraata xitam vermişdir ki, bu da yuxarıda adı çəkilən normaların tələblərinin pozulmasına səbəb olmuşdur.

32. Qərar qəbul edilərkən MM-in 59.1, 60.1, 60.2, 61.3, 61.12-ci maddələrinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.7-ci maddəsinə istinad edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 11 iyul tarixli 2-2(103)-588/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim L.Əliyeva, hakimlər G.Axund ova və F.Babayev).

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində tələbinin faktiki əsası kimi 3 borc müqaviləsinə istinad etsə də, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının ödənilməsini tələb etdiyi pulun 590.000 manat hissəsinin 3 borc müqaviləsi üzrə cavabdehə verilmiş borc məbləğlərinin qaytarılmamış hissəsi olması, qalan 69.964,59 manat hissəsinin 2023-cü il 10 fevral tarixli, R1/23 saylı razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehin əvəzinə "xxxx" MMC-yə ödənilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış məbləğ olması müəyyən edilmişdir.

35. Sözügedən məsələ işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən hər iki tərəfin iştirakı ilə müzakirə edilmiş, iddiaçı tərəf məhkəmədə idd ia tələbinin bir hissəsinin üçtərəfli razılaşmaya əsaslandığını təsdiq etmiş, iddia ərizəsində tələbin əsası kimi üçtərəfli razılaşmaya istinad edilməməsinin texniki səhv olduğu vurğulanmışdır. Bundan sonra 69.964,59 manat pul tələbinin əsaslılığına dair sübutlar toplanmış, o cümlədən tərəflərin nümayəndələri tərəfindən izahatlar verilmiş, hətta cavabdeh tərəf həmin razılaşmanın şərtlərinə istinad edərək iddia ərizəsinin qaytarılması barədə vəsatət vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində 2023-cü il 10 fevral tarixli, R1/23 saylı razılaşmaya əsaslanan 69.964,59 manat pul tələbi, o cümlədən onun faktiki əsasları ilə bağlı tərəflərin iştirakı ilə hərtərəfli araşdırma aparılmışdır.

36. Məhkəmənin qənaətinə görə, 69.964,59 manat pul tələbinin iddia ərizəsində istinad edilmiş b orc müqavilələri üzrə deyil, 2023-cü il 10 fevral tarixli, R1/23 saylı razılaşma üzrə yaranması əsası ilə rədd edilməsi həddindən artıq formal yanaşma olmaqla, iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa edilməsinin lüzumsuz şəkildə uzadılmasına və son nəticədə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olacaqdır. Belə yanaşma məhkəmənin (hüquq tətbiqedənin) prosessual hərəkət və qərarlarının ardıcıl, stabil, proqnozlaşdırıla bilən olmasını nəzərdə tutan mülki prosesində hüquqi müəyyənlik prinsipinin tələblərinə də cavab vermir.

37. Məhkəmə kollegiyası işə birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində 1 ildən artıq müddət ərzində (iddia ərizəsi 2024-cü il 19 aprel tarixində verilmişdir) baxıldığını və tərəflərin mübahisənin barışıq yolu ilə həll ed ilməsi üçün kifayət qədər vaxta malik olmalarını, o cümlədən məhkəmə prosesi gedişində mediasiya müraciət etmək imkanlarının olmasını, lakin tərəflər arasında razılaşmanın əldə edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, adıçəkilən razılaşmada nəzərdə tutulmuş mediasiya proseduruna riayət edilməməsi əsasında iddia ərizəsinin baxılmamış saxlanması barədə dəlillər formal xarakter daşımaqla məhkəmə araşdırmasının süni surətdə uzadılmasına xidmət edir.

38. İddia tələblərinin mahiyyəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, üç borc müqaviləsinə əsasən iddiaçı tərəfindən 727.453 manat vəsaiti nağdsız qaydada cavabdehə verilmiş, cavabdeh tərəfindən isə həmin müqavilələr üzrə borc məbləğlərini müqavilələrdə göstərilən müddətlərdə qaytarmaq öhdəlikləri lazımi qaydada icra edilməmiş, borc məbləğinin 590000 manat hissəsi iddiaçıya qaytarılmamışdır. Bundan sonra 2021-ci il 4 iyun tarixdə tərəflər arasında borcun etirafı barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı 590.000 manat məbləğində borcun olmasını etiraf etmiş və həmin borcun 2021-ci il 31 dekabr tarixədək ödəməyi öhdəsinə götürmüşdür.

39. Cavabdehin istinad etdiyi borcun etirafı barədə müqaviləni cavabdehin adından imzalanmış direktor vəzifəsini müvəqqəti icra edən Səməd Cəfərovun iddiaçının işçisi olması, həmin şəxsin müqaviləni bağlamaq səlahiyyətinin olmaması, yəni həmin müqavilənin etibarlı əqd olmaması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən müqavilə direktor vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən imzalanmaqla yanaşı cavabdehin hüquqi sələfi olan "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş, həmin möhürün həqiqiliyi isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

40. Hazırkı halda, müqaviləni imzalayan şəxsin (S.Cəfərovun) sözügedən müqavilənin "xxxx" MMC-nin adından imzalamaq səlahiyyəti olmaması ehtimal edilsə belə, həmin müqaviləyə "xxxx" MMC-nin möhürünün vurulması müəssisənin möhürünü saxlamaq vəzifəsini daşıyan səlahiyyətli şəxsin həmin müqavilənin bağlanmasından məlumatlı olmasına və müqaviləyə razılıq verməsinə dəlalət etmişdir.

41. Cavabdehin müəssisənin möhürü ilə təsdiq edilmiş müqavilənin mötəbərliyini səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə mübahisələndirilməsi mülki dövriyyə vicdanlı iştirakçısından gözlənilən davranış olmamaqla MM-in 425-ci maddəsində təsbit edilmiş vicdanlılıq, eləcə də estoppel prinsipinin tələblərin ə cavabdeh vermir.

42. Müqaviləni "xxxx" MMC-nin adından imzalanmış S.Cəfərovun eyni zamanda iddiaçının işçisi olması barədə dəlillərinə münasibətdə qeyd edilmişdir ki, həmin hal öz təsdiqini tapsa belə özü-özlüyündə müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir.

43. Borcun etirafı barədə müqavilənin yalan və ya görünüş üçün bağlanmış uydurma əqd olması barədə üçüncü şəxsin apellyasiya şikayətində istinad etdiyi dəlillərə məhkəmə kollegiyası münasibət bildirərək qeyd etmişdir ki, yalan və uydurma əqd fərqli anlayışlar olmaqla əqdin yalan əqd olmasını uydurma əqd olmasını və əksinə uydurma əqd olması yalan əqd olması imkanını istisna edir. Həm yalan, həm də uydurma əqdlər üçüncü şəxslərdə yanlış təsəvvür yaranmaq məqsədilə bağlanılır. Hazırkı halda müstəqil tələb irəli sürməyən üçün cü şəxs uydurma və ya yalan əqd olması iddia olunan müqavilənin hansı məqsədlə bağlanmasına, eləcə də yalan əqd olduğu təqdirdə hansı əqdi pərdələmək üçün bağlanmasına aydınlıq gətirmədiyindən sözügedən dəlillərin əsassız olması açıq-aşkardır.

44. Beləliklə, iddiaçı MM-in 882.1-ci maddəsinə əsasən 590.000 manat məbləğində borcun qaytarılmasını tələb etməkdə haqlı olmuşdr.

45. Kollegiya müqavilələr üzrə verilmiş borc məbləğlərinin sonradan iddiaçının göstərişi ilə iddiaçının və tabeliyində olan müəssisələrin borclarının ödənilməsinə xərclənməsi barədə dəlillərə münasibətdə bildirmişdir ki, iddiaçı həmin halları sübuta yetirə bilməmişdir, digər tərəfdən həmin hallar öz təsdiqi tapsa belə cavabdehi borcun etirafı barədə mücərrəd müqavilə əsasında yaranmış borcu qaytarmaq öhdəliyindən azad etm ir.

46. İddia tələbinin 69.964,59 manat pulun tutulması hissəsi ilə bağlı göstərilmişdir ki, 2023-cü il 10 fevral tarixli, R1/23 saylı üçtərəfli razılaşmaya əsasən 2018-ci il 17 iyul tarixli 001 nömrəli müqavilə üzrə cavabdehin "xxxx" MMC-yə olan 2022-ci ilin noyabr və dekabr ayları üzrə yaranmış 34.982,28 manat məbləğində qalıq borcu və cavabdehin özəlləşdirmə prosesi başa çatanadək həmin müqavilə üzrə yaranacaq aylıq 17491,14 manat məbləğində xidmət haqqı ödəmək öhdəliyi iddiaçıya verilmiş, cavabdeh isə iddiaçı tərəfindən ödəniləcək məbləğləri 2023-cü il 31 dekabr tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən həmin razılaşmaya uyğun olaraq 69.964,56 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmiş, lakin cavabdeh tərəfindən həmin məbləğ qaytarılmamışdır.

47. Üçtərəfli razılaşma öhdəliyin verilməsi və borc müqaviləsinin ünsürlərini birləşdirən qarışıq müqavilə olmaqla hazırkı halda icranın mahiyyətinə yaxın olan borc müqaviləsini tənzimləyən normalar tətbiq edilməklə iddiaçı MM-in 739-cu maddəsinə əsasən üçtərəfli razılaşma üzrə "xxxx" MMC-yə ödədiyi 69.964,56 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını da tələb etmək hüququna malik olmuşdur.

48. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə tərəflər arasında bağlanmış 2018-ci il 27 noyabr tarixli borc müqaviləsində borcu qaytarmaq öhdəliyinin icrasının son gününün 2019-cu il 27 fevral, 2019-cu il 17 yanvar tarixli borc müqaviləsi üzrə 2019-cu il 17 aprel, 2019-cu il 4 dekabr tarixli müqavilə üzrə isə 2020-ci il 4 noyabr müəyyən edilməsini, digər tərəfd ən 2021-ci il 4 iyun tarixdə tərəflər arasında borcun etirafı barədə müqavilə bağlanmasını, həmin müqaviləyə əsasən cavabdehin 590.000 manat borucun qaytarılmasına dair yeni öhdəlik yaranmasını nəzərə alaraq qeyd etmişdir ki, həmin öhdəlik üzrə iddia müddətinin axımı icra müddəti bitdikdən sonrakı gün, yəni 2022-ci il 1 yanvar tarixdə başlamışdır. Belə olan halda iddiaçı 2024-cü il 19 aprel tarixdə məhkəməyə iddia ərizəsi verməklə iddia müddətini buraxmamışdır.

49. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 373.2, 375.1, 375.2, 377.2, 385.1, 390.4, 404.5, 442, 739, 522.1, 522.2, 882.1-ci, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 174.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli və 2023-cü il 26 aprel tarixl i qərarlarına, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

50. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

51. Üçüncü şəxs tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdehin kassasiya şikayətinin dəlilləri

52. MM-in 340.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixl i və 2021-ci il 17 fevral tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər üzrə - bağlanmış müqavilələrdə tərəflərin əsl niyyətinin nədən ibarət olması, bağlanmış müqavilə üzrə tərəflərin həqiqi iradələrinin ifadə olunmasının aşkar edilməsi üçün müqavilənin məqsədinə uyğun olaraq görülmüş işlərin nəticəsi, ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi, bununla da tərəflər arasında bağlanmış müqavilələrin görünüş üçün aralarında olan gizli sövdələşməni ört-basdır etmək məqsədilə deyil, qanunvericiliklə nəzərdə tutulmuş etibarlılıq tələblərinə uyğun olaraq bağlanması araşdırılmamış, yalnız formal olaraq tərəflər arasında bağlanmış müqavilənin mövcudluğuna əsaslanaraq iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir.

53. Tərəflər arasında bağlanmış hər üç borc müqav iləsindən görünür ki, qeyd olunan müqavilələr 2018-2019-cu illər aralığında çox qısa zaman kəsiyində bağlanmış, "xxxx" MMC tərəfindən yüksək məbləğdə kredit borclarının ödənilməsi qabiliyyəti olmadığı, bağlanmış borc müqaviləsində göstərilmiş son ödəniş tarixinədək "xxxx" ASC-yə müqavilə üzrə hər hansı pul vəsaiti qaytarılmadığı bir halda, "xxxx" MMC-yə davamlı olaraq kredit ayrılması qeyd olunan əqdlərin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığına dəlalət edir.

54. Nəzərə alınmalıdır ki, iş üzrə cavabdeh dövlət müəssisəsidir və hazırda özəlləşdirməyə açıq elan edilmişdir və özəlləşdirmədən daxil olan vəsait dövlət büdcəsinə köçürüləcəkdir. Bundan əlavə iş üzrə İİİ şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin qanunvericiliyə əsasən dövlət əmlakının satıc ısı olması və hazırkı halda qeyd olunan tələbin müəssisənin özəlləşdirmə perspektivini zəiflətdiyini nəzərə alaraq, qeyd olunan məsələnin dövlət orqanı olaraq Xidmət tərəfindən digər dövlət orqanları ilə əlaqəli şəkildə məhkəmədən kənar qaydada həlli məqsədəuyğun sayıla bilər. Mövcud halda özəlləşdirməyə açıq elan edilmiş cavabdeh dövlət müəssisənin özəlləşdirilməsindən əldə olunan gəlirlərin həmin müəssisənin dövlətə olan borclarının ödənilməsinə xərclənməsi məntiqəuyğun hesab edilə bilməz. Bu səbəbdən iddia predmeti olan pul vəsaitinin mənbəyinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsi zəruridir.

55. Birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılan zaman cavabdeh tərəfindən məhkəməyə çoxsaylı sənədlər təqdim olunaraq "xxxx" ASC-nin tabeliyində olduqları dövrlərdə iddiaçı tərəfindən onun tabeliyində olan digər təşkilatların çoxsaylı borclarının cavabdehə ödətdirildiyi, buna baxmayaraq həmin pul vəsaitlərinin daxili mühasibatlığın aparılması zamanı hansı formada nəzərə alınması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyi qeyd edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı təşkilatın nizamnaməsindən də göründüyü kimi, onun tabeliyində olan müəssisələrin fəaliyyətindən əldə olunan dividendlər iddiaçının gəlirlərinin bir hissəsini təşkil etmişdir. Yuxarıda qeyd olunan halların, eləcə də cavabdeh təşkilat uzun müddət ərzində iddiaçının tabeliyində fəaliyyət göstərdiyi dövrdə cavabdehin fəaliyyətindən əldə olunan gəlirlərin iddiaçı tərəfindən hər hansı formada nəzərə alınıb-alınmaması məsələsi araşdırılaraq, mübahisəyə düzgün hüquqi qiymət verilməsi məqsədilə tərəflərindən və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etsə də, apellyasiya məhkəməsi heç bir əsas göstərmədən vəsatəti rədd etmişdir.

56. MM-in 373.2, 380.1, 882.1-ci maddələri üzrə - tərəflər arasında bağlanmış üç müqavilənin qüvvədə olma müddəti 2018 və 2019-cu il tarixlərində başa çatdığından, qanunvericiliyin tələbinə uyğun olaraq qeyd olunan müqavilələrə əsasən hüququn müdafiəsi haqqında tələb üzrə iddia müddəti 2021 və 2022-ci il tarixinədək müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilən tarixədək, "xxxx" MMC-yə qarşı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət olunmamış, bunun əvəzində işin həqiqi hallarını gizlətmək üçün məhkəməyə 2021-ci il 4 iyun tarixli BE 4/21 nömrəli borcun etirafı müqaviləsi və 2022-ci il 1 oktyabr tarixli üzləşmə aktı təqdim edilmişdir. "xxxx" ASC tərəfindən qüvvədə olma müddəti bitmiş hər üç müqavilə üzrə məhkəmə qaydasında hər hansı iddia qaldırılmamışdır. Hazırda iddiaçı işin qeyd olunan faktiki hallarını gizlətmək üçün mötəbərliyi şübhə doğuran borcun etirafı müqaviləsinə və həmin müqavilədə göstərilən borcun mövcudluğunu üzləşmə aktı ilə əsaslandırmağa çalışmışdır. MM-in 340 və Vergi Məcəlləsinin 72-ci maddəsinin tələbləri baxımından qeyd olunan əqdlərin yalan olub-olmasının araşdırılması məqsədilə, yuxarıda qeyd olunan borc müqavilələri, borcun etirafı barədə müqavilədə və həmçinin borcun ödənilməsi barədə razılaşmaya əsasən ödənilmiş borc pul vəsaitləri barədə məlumatın "xxxx " ASC tərəfindən dövlət vergi orqanına təqdim olunmuş vergi hesabatlarına (vergi bəyannamələrinə) daxil olunub-olunmaması barədə Dövlət Vergi Xidmətinə sorğu verilməsi və bu faktların araşdırılması ilə bağlı qeyd olunan qurumun üçüncü şəxs qismində cəlb edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vəsatətlə birinci və apellyasiya məhkəmələrinə müraciət olunmasına baxmayaraq vəsatətlər təmin edilməmişdir. Bununla bağlı müvafiq bəyannamələrin təqdim edilməsinin birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən dəfələrlə iddiaçının nümayəndəsindən tələb edilməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

57. MM-in 331.2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanı ilə təsdiq edi lmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndi üzrə - borcun etirafı müqaviləsinə əlavə edilmiş üzləşdirmə aktı "xxxx" ASC-nin rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı olsa da, aktda rəhbərin və baş mühasibin adı və soyadı göstərilməmiş, baş mühasib yerində şəxsiyyəti müəyyən olunmayan şəxs tərəfindən imza edilmiş, qeyd olunan akt müəssisənin rəsmi möhürü ilə təsdiqlənmək əvəzinə, akta "xxxx" ASC-yə aid olan hissədə “sənədlər üçün” nəzərdə tutulmuş möhür vurulmuşdur. Bu isə həmin üzləşmə aktının əsassız və qeyri-mötəbər olmasına dəlalət edir, bu isə həmin sənədin sübut kimi qiymətləndirilməsinə heç bir halda əsas verə bil məz.

58. MPM-in 218.3-cü maddəsi üzrə - iddia ərizəsinin tələb hissəsindən və pretenziya məktubunun tələb hissəsindən görünür ki, iddiaçı borc müqavilələrinə əsasən ümumilikdə yaranmış 659.964,59 manat məbləğində borcun cavabdehdən tutulmasını xahiş edir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış borcun etirafı müqaviləsində 2018-2019-cu illərdə imzalanmış iddia ərizəsində qeyd olunan üç borc müqaviləsi üzrə cavabdehin 590000 manat borcu olması qeyd olunmuşdur. Buna baxmayaraq, işə baxan məhkəmələr iddiaçı tərəfindən iddia ərizəsində hər hansı yazılı tələb göstərilmədiyi halda, 2023-cü il 10 fevral tarixli “Borcun ödənilməsinə dair Razılaşma”ya əsasən tələb olunan 69964.54 manat borc pul vəsaitini iddia tələbinə daxil edərək, ümumilikdə 659.964,59 manat məbləğində borcun cavabdehdən tut ulması barədə prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan qanunsuz qərar qəbul etmişdir. “Borcun ödənilməsinə dair Razılaşma” üzrə borcun tələb edilməsi ilə bağlı hər hansı yazılı tələb irəli sürməmişdir. b) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

59. Kassasiya şikayətinin dəlillərində cavabdehin kassasiya şikayətinin dəlilləri təkrarlanmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətlərinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

61. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

62. Kassasiya instansiyası məhkəməsi tər əfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və y a əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.” “Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ü çün cavabdehdir....” “Maddə

522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit mü qaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir....”

64. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzə rdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

66. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətlərin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.

67. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, baxılan iş üzrə üç borc müqaviləsinə əsasən iddiaçı tərəfindən 727.453 manat vəsaiti nağdsız qaydada cavabdehə verilmiş, cavabdeh tərəfindən isə həmin müqavilələr üzrə borc məbləğlərini müqavilələrdə göstərilən müddətlərdə qaytarmaq öhdəlikləri lazımi qaydada icra edilməmiş, borc məbləğinin 590000 manat hissəsi iddiaçıya qa ytarılmamışdır. Üçtərəfli razılaşmaya əsasən cavabdehin "xxxx" MMC-yə olan borcu ödəmək öhdəliyi iddiaçıya verilmiş, iddiaçı tərəfindən həmin razılaşmaya uyğun olaraq 69.964,56 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmiş, lakin cavabdeh tərəfindən həmin məbləğ qaytarılmamışdır.

68. Kassasiya şikayətlərində həmin əqdlərin uydurma, etibarsız olmasına istinad edilsə də, işə mahiyyəti üzrə baxılarkən bununla bağlı zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə gəlinən nəticə, apellyasiya instansiyası məhkəməsinin mübahisəli hüquq münasibətinə tətbiq etdiyi maddi hüquq normalarının tələblərinə uyğun olmuş, kassasiya şikayətində qeyd olunan maddi hüquq normalarının tələblərinin pozulması halına yol verilməmişdir.

69. Məhkəmə kollegi yası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, həmin normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

70. Kassasiya şikayətlərinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə qeyd olunur ki, hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).

71. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edi lməməlidir.

72. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 11 iyul tarixli 2-2(103)-588/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar