Məhkəmə qərarları › İş №2-2(102)-75/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-75/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-75/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbi barədə kommersiya mübahisələrinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 oktyabr tarixli 2-2(105)-114/2023 n ömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il 10 oktyabr tarixli alqı-satqı müqaviləsinin: - 1-ci bəndinə əsasən, icraçı "xxxx" Şirkəti sifarişçi İddiaçı MMC-yə məxsus sahədə (Azərbaycan Respublikası Xaçmaz rayonunda yerləşən bağ sahəsi) X5 - 40 SET, X12 Makinaları - 30 adet, Traktör 15 adet (bundan sonra - “mal”) ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. - 4.2-ci bəndinə əsasən, malların qüsursuz və tam şəkildə çatdırılması üzrə bütün öhdəliklər icraçının üzərindədir. - 4.3-cü bəndinə əsasən, icraçı tərəfindən göndərilən malların sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyəri hesablanaraq icraçı tərəf indən sifarişçiyə geri ödənilməlidir. - 4.4-cü bəndinə əsasən, icraçı tərəfindən malların çatdırılaraq sifarişçiyə onun podrat sahəsində təhvil verilməsini təsdiq edən 2 eyni hüquqi qüvvəyə malik olan nüsxədə təhviltəslim aktı ilə rəsmiləşdirilir. - 5.1-ci bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə "sifarişçi” podrat sahəsinə çatıdırılmasını lazımi qaydada icra etmək (5.1.1-cü bəndi), müqavilənin 4.3. bəndində qeyd edilən hal baş verdikdə “sifarişçi”nin tələbi ilə həmin malların dəyəri hesablanaraq sifarişçiyə geri ödəmək (5.1.3-cü bənd), bu müqavilə üzrə satılan mallarda “sifarişçi” tərəfindən düzgün istismar edilməsi şərti ilə zəmanət müddətlərində hər hansı qüsur və ya nasazlıq baş verdikdə onları təmir etmək və ya yenisi ilə əvəzləmək (5.1.6cı bən d) – icraçının vəzifələrinə aid edilmişdir. - 5.4-cü bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə podrat sahəsinə lazımi qaydada çatıdırlmasını tələb etmək (5.4.1-ci bənd), müqavilənin 4.3. bəndində qeyd edilən hal baş verdikdə həmin malların dəyəri hesablanaraq “icraçı”dan geri ödənişi tələb etmək (5.4.2-ci bənd), müqavilə üzrə “icraçı”nın üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini “icraçı”dan tələb etmək (5.4.3-cü bənd) sifarişçinin hüquqlarına aid edilmişdir.

2. İddiaçı MMC-nin təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib olunmuş 2023-cü il 28 fevral tarixli UNİ/F 07-068/23 nömrəli Mütəxəssis Rəyindən görünür ki, sifarişçi İddiaçı MMCnin müraciətinə əsasən "xxxx" MMC-nin mütəxəssisl əri Salyan rayonu, Qardili kəndi ərazisində yerləşən damlama suvarma sisteminin texniki xüsusiyyətlərinin müəyyən еdilməsi üçün işlər həyata kеçirərək, avadanlığın mövcud vəziyyəti, faktiki texniki xüsusiyyətləri, istismar yeri, şəraiti və s. nəzərə alınmaqla apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən sualları aşağıdakı kimi cavablandırmışlar: - 1) Damlama suvarma sisteminin yağmurlama başlıqları Atom 42FC-nin faktiki texniki xüsusiyyətləri istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə (atış məsafəsi faktiki 30-35 metr) uyğun deyil. - 2) Damlama suvarma sisteminin başlıqları Atom 42FC-nin atış məsafəsi faktiki olaraq istehsalçı tərəfindən bəyan edilmiş xüsusiyyətlərə uyğun olmadığından ərazidə hər biri 10 metr diametrdə su şırnağı çatmayan sahələr mövcuddur. - 3) Suvarma sis teminin detallarının və ya avadanlıqlarının təmiri, yaxud əvəz edilməsi ilə damlama sisteminin tədqiq edilmiş sahədə işlək vəziyyətə gətirilməsi mümkün deyil. - 4) Sistemin detalları və avadanlıqları, həmçinin sahəyə çəkilmiş su boruları, hovuz xüsusi olaraq Atom 42FC başlıqları üçün quraşdırıldığından və suyun təzyiqi, boruların diametri, avadanlığın gücü və s. bu başlıqlar üçün hesablandığından sistemin tədqiq edilmiş sahənin tam suvarılması üçün işlək vəziyyətə gətirilməsi mümkün deyil.

3. İddiaçı MMC-nin təqdim etdiyi "xxxx" MMC-nin 2023-cü il 27 mart tarixli UNİ/M 09169/23 nömrəli "əmlakın qiymətləndirilməsi barədə" Mütəxəssis Rəyindən görünür ki, sifarişçi İddiaçı MMC-nin müraciətinə əsasən "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən y ağmurlama-suvarma sisteminin qiymətləndirmə işi həyata keçirilmiş və həmin əmlakın yerləşdiyi yer, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Salyan rayonu Yenikənd kəndi ərazisində yerləşən yağmurlama suvarma sisteminin ədalətli bazar dəyərinin 2023-cü il 27 mart tarixinə 333.466 manat təşkil etdiyi müəyyən edilmişdir. 4. "xxxx" Şirkətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMCnin 2023-cü il 6 aprel tarixli AZVİA 07-034/23 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” Mütəxəssis Rəyində göstərilir ki, sifarişçi “X3 X9 Taahhüt ve X2 Sanayi ve Ticaret Limited” Şirkətinin sifarişi əsasında "xxxx" MMC-nin ekspertləri tərəfindən Salyan rayonu Qaradilli kəndində X4 məxsus ərazidə İddiaçı MMC tərəfindən quraşdırılmış X5nə baxış keçirilməsi üçün əraziyə gedilmişdir. X1 ərazidəki avadanlıqları mütəxəssislərə göstərməmiş və yalnız pəncərəsi açıq olan hissədən avadanlıqları görmək mümkün olmuşdur. Salyan rayonu Qaradilli kəndində X4 məxsus ərazidə İddiaçı MMC tərəfindən quraşdırılmış X5nin İddiaçı MMC-nin sifarişi ilə "xxxx" Anonim Şirkəti tərəfindən istehsalçı firma olan “X10 İhracat Sanayi Ticaret” Anonim Şirkətindən əldə edilərək 2021-ci il 21 aprel tarixli ZYE**********216 nömrəli fatura və X11 2021-ci il 22 aprel tarixli 21080100EX010384 nömrəli bəyannamə əsasında İddiaçı MMC-yə göndərilmiş X5nin olub-olmadığı (sistemin hər hansı hissəsinin, yaxud detalının başqa istehsalçı tərəfindən, məsələn hər hansı yerli istehsalçı tərəfindən istehsal edilmiş hissə, detal ilə əvəz edilib-edilmədiyi də daxil olmaqla) m üəyyən edilə bilinmədi. Mütəxəssis həmin damlama suvarma sisteminin avadanlıqlarının tam olmaması barədə qənaətə gəlmişdir. Salyan rayonu Qaradilli kəndində X4 məxsus ərazidə İddiaçı MMC tərəfindən quraşdırılmış X5nin yağmurlama başlıqları - Atom 42FC-nin texniki göstəricilərinin istehsalçı firma “X10 İhracat Sanayi Ticaret” Anonim Şirkətinin bəyan etdiyi texniki göstəricilərə uyğun olub-olmadığı müəyyən edilə bilinmədi. Sistemin tam işə salınmaması səbəbindən ərazidə quraşdırılmış X5nin yeraltı borularında su sızmalarının olub-olmadığı, əgər varsa bunun səbəbi (yanlış quraşdırılma və s. olub-olmadığı) müəyyən edilə bilinmədi. Həmçinin, əgər yeraltı borularda su sızmaları varsa, suyun atış məsafəsinin daha aşağı olmasının bu səbəbdən, yaxud sistemin quraşdırılması zamanı yol verilmiş başqa qüsurlardan yarandığı ehtimal edilir. Ərazidə suyun təzyiqi müəyyən edildikdən sonra X5nin ərazinin hansı hissələrinə hansı məsafədə su vurduğu müəyyən edilsin. Yaranmış problemin ərazinin yaxın və nisbətən daha uzaq hissələrində suyun daha uzaq məsafəyə vurulmasının mümkün olmamasının səbəbinin ərazidə suyun təzyiqinin az olmasından, yaxud başqa obyektiv səbəblərdən qaynaqlandığı mümkündür. Su krantlarının işlək vəziyyəti, “sarvat” olub-olmaması, əgər su krantlarının işlək vəziyyətində qüsur varsa, bunun istehsal qüsuru, yaxud yanlış quraşdırma və ya yanlış istismar etmə nəticəsində əmələ gəlib-gəlmədiyi müəyyən edilə bilinmədi. İddiaçı MMC tərəfindən quraşdırılmış X5nin su atışının zəif olmasının səbəbi sistemin quraşdırılması zamanı xətalara yol verilməsi, nəticədə yeraltı su boruların da sızmalar əmələ gəlməsi və su krantlarının “sarvat” olaraq sıradan çıxması ola bilər. 5. "xxxx" Şirkətinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib olunmuş 2023-cü il 18 mart tarixli Auditor Hesabatından görünür ki, audit yoxlamasına təqdim edilmiş alqı-satqı əməliyyatlarına dair sənədlər üzrə tərtib edilmiş müqayisə cədvəlinə (dövriyyə cədvəlinə) əsasən 2019-ci il 21 oktyabr tarixindən 2022-ci il 8 iyun tarixinədək "X13" Şirkəti tərəfindən (Talha Topan) 3.820.075,8 ABŞ dolları dəyərində kənd təsərrüfatı texnikalarının, su qurğularının (damlama sulama su qurğuları sistemi), istixana avadanlıqlarının və s. İddiaçı MMC-yə satılması müəyyən olunmuşdur. İddiaçı MMC tərəfindən aldığı kənd təsərrüfatı texnikalarına, su qurğularına (damlama sulama su qurğuları sistemi ), istixana avadanlıqlarına və sairə görə “X13” Şirkətinə 3.618.400 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Nəticədə İddiaçı MMC-nin “X13” Şirkətinə 201.675,8 ABŞ dolları (3.820.075,8 – 3.618.400) kreditor borcu yaranmışdır. Qeyd olunan kreditor borcu "X13" Şirkətinə ödənilməlidir. 6. "xxxx" Şirkəti tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Türkiyə Respublikasından ixrac edilməsi ilə "xxxx" Şirkəti tərəfindən İddiaçı MMC-yə (ünvan: Azərbaycan Respublikası ünvan 1ndə damlama-sulama sistemi avadanlıqları göndərilmiş (2021-ci il 21 aprel tarixli "e-Fatura") və həmin 97.800 ABŞ dolları məbləğində damlamasulama sistemi avadanlıqları 2021-ci il 22 aprel tarixində Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur (2021-ci il 22 aprel tarixli Gömrük Bəyannaməsi).

7. İcraçı İddiaçı MMC ilə sifarişçi X8 (VÖEN **********) arasında bağlanmış 2021-ci il 10 fevral tarixli alqı-satqı Müqaviləsinin 1-ci bəndindən görünür ki, İcraçı Sifarişçiyə məxsus Salyan rayonunun Qardili kəndində yerləşən 39,88 ha (hektar) torpaq sahəsində bir dəst “X7” ilə təmin etməyi, Sifarişçi isə həmin işin dəyəri olan 222.700 manat məbləğində pul vəsaitini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 7 dekabr tarixində "xxxx" Şirkətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyana görə 147.647 ABŞ dolları, mediasiya ödənişi olaraq 400 manat və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142 man at olmaqla, ümumilikdə 147.647 ABŞ dollarının və 542 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 30 may və 10 oktyabr tarixlərdə alqı-satqı müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə müxtəlif adda kənd təsərrüfatı təyinatlı malların, o cümlədən damlama-sulama sistemlərinin satın alınması nəzərdə tutulmuşdur. Cavabdehdən satın alınmış bir dəst damlama-sulama sistemi iddiaçı tərəfindən X4 (bundan sonra – “O.Hacıyev”) satılmışdır və bu zaman müəyyən olmuşdur ki, həmin sistem lazımi ehtiyacları qarşılamır. X5nin ən vacib ünsürlərindən bir “yağmurlama” başlıqlarıdır. Cavabdeh X5ni “Atom 42FC” adlı yağmurlama başlıqları ilə təchiz etmişdir. Cavabdehin bildirdiyinə görə “Atom 42FC” yağmurlama başlığı 47 metr məsafəyə su vurma imkanına malik olmalıdır. Bu xüsusat cavabdehlə sifariş göndərilməmişdən əvvəl müzakirə edilmiş və cavabdeh tərəfindən bildirilmişdir ki, “Atom 42FC” yağmurlama başlığı sistem üçün kifayətdir və sistemin işləməsi üçün lazımi texniki göstəricilərə (47 metr məsafəyə su vurma imkanına) malikdir. Damlama-sulama sistemi təhvil alınıb quraşdırıldıqdan sonra məlum olmuşdur ki, “Atom 42FC” yağmurlama başlığı sistemin tələblərinə cavab vermir və məhz buna görə də bütün sistem istismara tam yararsızdır. Beləliklə, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Damlamasulama sisteminin lazımi texniki parametrlərə cavab verməyən hissələrinin siyahısı aşağıdakı kimidir: Material siyahısı 75 MM X16 Adaptör 75 MM Pompa Çıkış b aşlığı Dişi Çap75 20cm X14 Miqdar Vahid qiymət (AZN) Ümumi miqdar (AZN) 20 ədəd 2.58 310.10 20 ədəd 3.32 398.23 20 ədəd 5.17 620.75 Nəzərə çatdırılır ki, cavabdehin iddiaçıya bildirdiyinə və razılaşdırdığına görə “Atom 42FC” yağmurlama başlığı 47 metr məsafəyə su vurma imkanına malik olmalı idi. Lakin əslində, qeyd edilən yağmurlama başlığının texniki göstəriciləri 30 metr məsafəyə su vurmağa imkan verir. Qeyd edilən qüsurun, yəni “Atom 42FC” su vurma başlığının (və onun hissələrinin) lazımi texniki göstəricilərə malik olmamasının nəticəsində iddiaçıya 147.647 ABŞ dolları məbləğində zərər dəymişdir. Müqavilə şərtlərinə görə cavabdeh üzərinə lazımi keyfiyyətdə və texniki göstəricilərə malik mal vermək öhdəliyi götürmüşdür. Mübahisə ilə əlaqədar qarşı tərəfə pretenziya göndərilm işdir. Cavabdeh tərəf isə öz səhvini düzəltmək əvəzinə, iddiaçının göndərdiyi pretenziyaya qarşı başqa bir “pretenziya” göndərmişdir. Tərəflər arasında yaranmış problem, mediasiya yolu ilə də həll edilə bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

10. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 22 may tarixli e-2-2(119)-85/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim - Z.Sadiqov).

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi tərəflər arasında hər hansı bir müqavilə bağlanmadan 2019-2022-ci illər ərzində dəfələrlə cavabdeh Şirkət tərəfindən iddiaçıya sifariş əsasında kənd təsərrüfatında istifadə olunan müxtəlif avadanlı qların göndərildiyini, sonuncu tərəfindən göndərilən malların əksər hissəsinin dəyərinin ödənildiyini, lakin bu əməkdaşlıq üçün heç bir yazılı müqavilə, o cümlədən də 2020-ci il 10 oktyabr tarixli alqı-satqı müqaviləsi imzalanmadığını və bağlanmadığını, iddiaçı tərəfindən təqdim olunan həmin Müqavilənin cavabdeh Şirkətin səlahiyyətli şəxsləri tərəfindən imzalanmadığını, heç bir müqavilə olmadan qaimə fakturalar və gömrük sənədləri ilə malların göndərildiyini və tərəflər arasındakı münasibətlərin hər hansı bir müqavilə əsasında yaranmadığını bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi isə iddia tələbinin əsaslandırıldığı 2020-ci il 10 oktyabr tarixli Alqı-satqı Müqaviləsinin həqiqətən də cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanmasının sübut olunması üçü n heç bir təşəbbüs göstərməmişdir (iddia ərizəsində qeyd olunan 2020-ci il 30 may tarixli alqı-satqı müqaviləsi isə iddia predmeti üzrə mübahisələndirilən qüsurlu mallara aid olmaması səbəbindən, iddiaçının nümayəndəsi tərəfindən müzakirəyə çıxarılmamış və məhkəmə araşdırması zamanı həmin müqavilə tədqiqat obyekti olmamışdır).

12. Qeyd etmək lazımdır ki, 2023-cü il 28 fevral tarixli UNİ/F 07-068/23 nömrəli Mütəxəssis Rəyində tədqiqat predmetinin Salyan rayonu Qardili kəndi ərazisində, 2023-cü il 27 mart tarixli UNİ/M 09-169/23 nömrəli Mütəxəssis Rəyində isə tədqiqat predmetinin Salyan rayonu Yenikənd kəndi ərazisində yerləşdiyi göstərilmişdir (bax §§ 2-3).

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alıcı (iddiaçı) ilə satıcı (cavabdeh) arasında 2020-ci il 10 oktyabr tarixli “Alq ı-satqı müqaviləsi”nin hər iki tərəf üçün məqbul sayıla biləcək formada və məzmunda tərtib edilməsi və həmin Müqavilənin müvafiq qaydada səlahiyyətli şəxslər tərəfindən imzalanaraq bağlanmış olması mübahisəli olsa da, işin konkret halları və tərəflərin nümayəndələrinin izahatları əsasında təsdiq olunur ki, faktiki olaraq 2019-2022-ci illər ərzində cavabdeh tərəfindən dəfələrlə müxtəlif istehsalçılar tərəfindən istehsal edilmiş kənd təsərrüfat texnikaları, su qurğuları (damlama-sulama su qurğuları sistemi), istixana avadanlıqları və s. Türkiyə Respublikasından gömrük nəzarətindən keçirilməklə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən iddiaçıya satılmış, sonuncu tərəfindən isə həmin malların dəyəri mütəmadi olaraq bank vasitəsi ilə cavabdehə ödənilmişdir. Lakin qeyd olunan bu ill ər ərzində ümumilikdə təxminən 4 milyon ABŞ dollarına yaxın baş tutmuş dövriyyə üzrə göndərilən malların qüsurluluğu barədə başqa mübahisələr olmasa da, iddiaçının sifarişi ilə cavabdeh tərəfindən istehsalçı firma olan “X10 İhracat Sanayi Ticaret” Anonim Şirkətindən əldə edilərək 2021-ci il 21 aprel tarixli ZYE**********216 nömrəli “fatura” və X11 2021-ci il 22 aprel tarixli 21080100EX010384 nömrəli bəyannamə əsasında iddiaçıya göndərilən (97.800 ABŞ dolları dəyərində) və iddiaçının işçiləri tərəfindən Salyan rayonu Qaradilli kəndində O.Hacıyevə məxsus ərazidə 2021-ci ilin təxminən may-iyun aylarında quraşdırılan damlama (çiləmə) sulama sistemində quraşdırmadan sonra qüsurların olduğu, yəni həmin sistem vasitəsi ilə suyun nəzərdə tutulan məsafəyə vurulmadığı müəyyən edildiyi üçün tərəflər arasında hazırkı mübahisə yaranmışdır.

14. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, O.Hacıyevə məxsus sahədə yeraltı boru çəkmə üsulu ilə quraşdırılan çiləmə-sulama sistemi iddiaçının öz işçisi tərəfindən icra edilmiş olsa da, həmin işçinin bu işləri görmək sahəsində xüsusi peşə biliyinə və ixtisasa malik olması hər hansı bir rəsmi sənədlər və mötəbər sübutlar əsasında müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı məlum quraşdırmanın quraşdırılan sistemin xüsusiyyətlərini, texniki parametrlərini və yerin quruluşunu əks etdirən və müvafiq xüsusi biliyə malik mütəxəssis tərəfindən tərtib və təsdiq edilmiş layihə əsasında aparılmadığı müəyyən olunmuşdur. Halbuki məlum sistemin qurulması üçün nəzərdə tutulan avadanlıqlar quraşdırıldıqdan sonra təyinatı üzrə isti fadə imkanlarına nail olunmasında - quraşdırma işlərinin keyfiyyəti və quraşdırmanın düzgün və qaydasında aparılmasının mühüm əhəmiyyəti vardır. Tərəflər bu mübahisə üzrə məhkəməyə “mütəxəssis rəyləri” təqdim etsələr də, həmin mütəxəssis rəyləri quraşdırma işinin lazımi səviyyədə aparılmasının qiymətləndirilməsi üçün kifayət qədər mötəbər olmamışdır. Belə olan halda Salyan rayonunun Qardili kəndində yerləşən O.Hacıyevə məxsus 39,88 ha torpaq sahəsində quraşdırılan çiləmə-sulama sisteminin nəzərdə tutulan parametrlər üzrə işləməməsində “cavabdeh tərəfindən göndərilən avadanlıqların qüsurlu olması” nəticəsinə gəlinməsi üçün kifayət qədər əsaslar mövcud deyil.

15. Bundan əlavə, hətta iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı 2020-ci il 10 oktyabr tarixli “Alqı-satqı müqaviləsi”nin tərəf lərin hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtlərində də Salyan rayonu ərazisində yerləşən O.Hacıyevə məxsus sahədə quraşdırılan çiləmə-sulama sisteminin nəzərdə tutulan parametrlər üzrə işləməməsində cavabdehin təqsirli hesab edilməsi üçün kifayət qədər əsaslar mövcud deyil. Belə ki, həmin müqaviləyə əsasən iddiaçıya məxsus sahədə - Xaçmaz rayonunda yerləşən bağ sahəsində istifadə üçün alınan X5 avadanlıqlarının müqavilədə nəzərdə tutulmadığı halda Salyan rayonu ərazisində istifadə edilməsi, İcraçı tərəfindən göndərilən malların Sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyərinin hesablanaraq İcraçı tərəfindən Sifarişçiyə geri ödənilməsi (4.3-cü bənd), yəni “malların boşaldılması zamanı” aşkar olunan qüsurlara görə İcraçı nın məsuliyyətinin müəyyən edilməsi, malların təhvil-təslim aktı ilə verilməsi (4.5-ci bəndi), lakin belə bir aktın məhkəməyə təqdim olunmaması, göndərilən mallara zəmanətin verilməli olması (məhkəməyə qüsurlu mallarla əlaqədar zəmanət verilməsinə dair sübutlar təqdim olunmamışdır) və s. bu kimi halların heç biri də iddiaçının məlum quraşdırma üzrə “mütəxəssis olmayan işçiləri tərəfindən müvafiq texniki layihə olmadan aparılan” quraşdırılmadan sonra yaranan hər hansı qüsura və yaxud gözlənilən nəticənin alınmamasına görə məsuliyyətin cavabdehə aid edilməsinə əsas vermir.

16. Eyni zamanda, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona satılan malın qüsurlu olmasına istinad edərək, bu qüsurların nəticəsində ona “147.647 ABŞ dolları zərər dəyməsini” göstərərək, həmin zərəri cavabdehdən tələb etsə də, Mülki Məcəllənin tələblərinə uyğun olaraq bu zərərin “alış qiymətinin mütənasib azaldılması”, “əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması” və ya “əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi” qismində olub-olmamasını göstərməməklə, müvafiq qaydada əsaslandırmamış və bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində “bütün sistemin yararsız olmasını və aldığı malı geri qaytarmaq niyyətində olmasını” deyil, məhz “Atom 42FC” yağmurlama başlıqlarının həmin sistemin tələblərinə cavab verməməsini və məhz buna görə də bütün sistemin istismara tam yararsız olmasını göstərmişdir. Yəni, iddiaçının dəymiş zərər qismində tələb etdiyi məbləğin “147.647 ABŞ dolları” təşki l etməsinə və həmin zərərin malın dəyərindən artıq olmasına baxmayaraq, iddiaçı ona dəyən zərərin malın dəyərindən artıq olmasının səbəblərini və s. öz iddiasında əsaslandırmamışdır. Halbuki cavabdeh tərəfindən 2021-ci il 21 aprel tarixli ZYE**********216 nömrəli “fatura” ilə iddiaçıya 97.800 ABŞ dolları dəyərində damlama-sulama sistemi göndərilmiş və iddiaçı tərəfindən isə sifarişçi O.Hacıyevə bir dəst “X7” 222.700 manata satılmışdır. Bununla belə, iddiaçı iddia ərizəsində yalnız malın qüsurlu olmasına istinad edərək, məlum quraşdırmanın düzgün aparılmasına və bu qüsurun yaranmasında satıcı olaraq cavabdehin təqsirinin olmasına dair heç bir sübut təqdim etmədən, ona bu qüsur nəticəsində “147.647 ABŞ dolları” məbləğində zərər dəydiyini göstərmiş və həmin zərərin cavabdehin ödəməsini tələb etmişdir.

17. Bundan əlavə, iddiaçının özünün məhkəməyə təqdim etdiyi 2023-cü il 27 mart tarixli UNİ/M 09-169/23 nömrəli "Əmlakın qiymətləndirilməsi barədə" mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan yağmurlama suvarma sisteminin 27 mart 2023-cü il tarixinə 333.466 manat məbləğində dəyəri vardır. Yəni, iddiaçı əgər malın qüsurlu olmasına istinad edərək pul tələb edirsə, bu zaman MM-in tələbləri baxımından 333.466 manat dəyəri olan həmin malı da satıcıya qaytarmağa borclu olardı (maddə 587.5).

18. Göründüyü kimi, işin yuxarıda təsvir olunan halları ilə müəyyən olunur ki, İddiaçının işçiləri tərəfindən Salyan rayonu Qaradilli kəndində O.Hacıyevə məxsus 39,88 ha ərazidə 2021-ci ilin may-iyun aylarında quraşdırılan çiləmə-sulama sisteminin qüsurlarına görə dəymiş ziyan qismində h esablanaraq cavabdehdən “dəymiş ziyana görə 147.647 ABŞ dolları məbləğində” pul vəsaitinin tələb olunmasının əsaslılığı sübut olunmamışdır. Halbuki yuxarıda təsvir olunan hallara və qanunvericiliyin tələblərinə görə, bu iddia tələbi üzrə ilk növbədə iddiaçının öz işçiləri tərəfindən quraşdırılmış sistemdə gözlənilən və nəzərdə tutulan nəticənin alınmamasına görə məsuliyyəti cavabdehin daşımalı olması iddiaçı tərəfindən sübut edilməli idi. Çünki bu mübahisə üzrə sübutetmə yükü “Salyan rayonu Qaradilli kəndində O.Hacıyevə məxsus 39,88 ha ərazidə quraşdırılan çiləmə-sulama sisteminin qüsurlarına görə ziyanın vurulduğunu” iddia edən iddiaçı tərəfin üzərinə düşür.

19. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 425.2, 567, 56 8.1, 587.1, 587.2, 587.3, 587.5, 588.1, 588.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 oktyabr tarixli 2-2(105)-114/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – A.Süleymanova və F.Məmmədov).

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2020-ci il 10 oktyabr tarixli “Alqı-satqı müqaviləsi”nin hər iki tərəf üçün məqbul sayıla biləcək formada və məzmunda tərtib edilməsi və həmin Müqavilənin müvafiq qaydada səlahiyyətli şəxslər tərəfindən imzalanaraq bağlanmış olması mübahisəli olsa da, işin konkret halları və tərəflərin nümayəndələrinin izahatları əsasında təsdiq olunur ki, faktiki olaraq 2019-2022-ci illər ərzində cavabdeh tərəfindən dəfələrlə müxtəlif istehsalçılar tərəfindən istehsal edilmiş kənd təsərrüfat texnikaları, su qurğuları (damlama-sulama su qurğuları sistemi), istixana avadanlıqları və s. Türkiyə Respublikasından gömrük nəzarətindən keçirilməklə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən iddiaçıya satılmış, sonuncu tərəfindən isə həmin malların dəyəri mütəm adi olaraq bank vasitəsi ilə cavabdehə ödənilmişdir. Lakin qeyd olunan illər ərzində ümumilikdə təxminən 4 milyon ABŞ dollarına yaxın baş tutmuş dövriyyə üzrə göndərilən malların qüsurluluğu barədə başqa mübahisələr olmasa da, iddiaçının sifarişi ilə cavabdeh tərəfindən istehsalçı firma olan “X10 İhracat Sanayi Ticaret” Anonim Şirkətindən əldə edilərək 2021-ci il 21 aprel tarixli ZYE**********216 nömrəli “fatura” və X11 2021-ci il 22 aprel tarixli 21080100EX010384 nömrəli bəyannamə əsasında iddiaçıya göndərilən (97.800 ABŞ dolları dəyərində) və iddiaçının işçiləri tərəfindən Salyan rayonu Qaradilli kəndində O.Hacıyevə məxsus ərazidə 2021-ci ilin təxminən may-iyun aylarında quraşdırılan damlama (çiləmə) sulama sistemində quraşdırmadan sonra qüsurların olduğu, yəni həmin sistem vasitəsi ilə suyun nəzərdə tutulan məsafəyə vurulmadığı müəyyən edildiyi üçün tərəflər arasında hazırkı mübahisə yaranmışdır.

23. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, quraşdırma quraşdırılan sistemin xüsusiyyətlərini, texniki parametrlərini və yerin quruluşunu əks etdirən və müvafiq xüsusi biliyə malik mütəxəssis tərəfindən tərtib və təsdiq edilmiş layihə əsasında aparılmamışdır. Belə ki, apellyasiya baxışı zamanı üçüncü şəxs O.Hacıyev məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, uzaq məsafə vuran sulama sistemi onlarda birinci dəfə olmuş, avadanlığı quraşdıran ustalar isə 40 metr məsafəyə vuran çiləmə sistemini birinci dəfə quraşdırdıqlarını demişlər. Üçüncü şəxs bildirmişdir ki, başlıqlar əllə normal açılıb bağlanmış, lakin təzyiq altında işləməmiş, iddiaçı şirkət b aşlıqları dəmirlə əvəz etmiş, lakin sistem düzəlməmiş, gücü 2 dəfə artıran zaman avadanlıq xarab olmuşdur.

24. Göründüyü kimi, sistemin quraşdırılması, işə salınması üçün üçüncü şəxs tərəfindən səylər göstərilmiş, başlıqlar dəyişdirilmiş, suyun təzyiqi ilə bağlı tənzimləmələr həyata keçirilmiş, onun fəaliyyətinə müdaxilə olunmuş, son nəticədə qurğunu işə salmaq mümkün olmamışdır. Bu isə nəticə etibarilə iddiaçının iddia etdiyi kimi quraşdırılan qurğunun məhz həmin vəziyyətdə - yəni qüsurlu vəziyyətdə iddiaçıya təqdim olunmasını, yoxsa sonradan edilmiş müdaxilələr nəticəsində nasazlığın yaranmasını müəyyən etməyə imkan vermir. İddiaçı tərəf isə təqdim olunmuş sübutlarla məhsulun artıq həmin nasazlıq olmaqla cavabdeh tərəfindən təqdim edildiyini və öhdəliyin onun tərəfindən pozulduğunu müə yyən etmək üçün tutarlı dəlillər təqdim etməmişdir.

25. Halbuki məlum sistemin qurulması üçün nəzərdə tutulan avadanlıqlar quraşdırıldıqdan sonra təyinatı üzrə istifadə imkanlarına nail olunmasında - quraşdırma işlərinin keyfiyyəti və quraşdırmanın düzgün və qaydasında aparılmasının mühüm əhəmiyyəti vardır. Tərəflər bu mübahisə üzrə məhkəməyə “mütəxəssis rəyləri” təqdim etsələr də, həmin mütəxəssis rəyləri quraşdırma işinin lazımi səviyyədə aparılmasının qiymətləndirilməsi üçün kifayət qədər mötəbər olmamışdır. Belə olan halda Salyan rayonunun Qardili kəndində yerləşən O.Hacıyevə məxsus 39,88 ha torpaq sahəsində quraşdırılan çiləmə-sulama sisteminin nəzərdə tutulan parametrlər üzrə işləməməsində “cavabdeh tərəfindən göndərilən avadanlıqların qüsurlu olması” nəticəsinə gəlinməsi üçün kifayə t qədər əsaslar mövcud deyildir.

26. Bundan başqa, iddiaçı ona satılan malın qüsurlu olmasına istinad edərək, bu qüsurların nəticəsində ona “147.647 ABŞ dolları zərər dəyməsini” göstərərək, həmin zərəri cavabdehdən tələb etsə də, bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

27. Həmçinin avadanlıqların nasazlığının cavabdehin təqsiri üzündən baş verdiyi iddiaçı tərəfindən sübut olunmadığından, ziyanın da cavabdeh tərəfindən vurulduğu müəyyən olunmur.

28. Beləliklə, iddiaçının işçiləri tərəfindən Salyan rayonu Qaradilli kəndində O.Hacıyevə məxsus 39,88 ha ərazidə 2021-ci ilin may-iyun aylarında quraşdırılan çiləmə-sulama sisteminin qüsurlarına görə dəymiş ziyan qismində hesablanaraq cavabdehdən “dəymiş ziyana görə 147.647 ABŞ dolları məbləğində” pul vəsaitinin tələb olunmas ının əsaslılığı sübut olunmamışdır. Halbuki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 329, 389, 385.1, 425.1, 425.2, 567, 568.1, 587.1, 587.2, 587.3, 587.5, 588.1, 588.2-ci və MPM-in 14.1, 14.2, 77.1, 88, 217.4, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

30. İddiaçı kassasiya şikayəti verərək qətnaməni ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 587-ci maddəsi üzrə - 1) İş materiallarında olan mütəxəssis rəyləri təsdiq edir ki, sulama sisteminin təmiri, işlək vəziyyətə gətirilməsi mümkün olmamışdır. Həmçinin satıcı şirkət həmin sistemi n işlək vəziyyətə gətirilməsi üçün hər hansı cəhd etməmişdir, əksinə, müxtəlif vədlər verərək, iki ilə yaxın müddətdə iddiaçını müştərisinin qarşısında çox pis vəziyyətə salmış, onun biznes nüfuzuna ağır zərbə vurmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi tam qanuni və əsaslı olduğu halda, məhkəmə bunu etməmişdir. 2) İş materiallarında olan cavabdehin nümayəndəsinin imzaladığı 2023-cü il 13 mart tarixli ərizədən görünür ki, cavabdeh çiləmə başlıqlarının problemli olmasına görə başlığın istehsalçısı olan şirkətin - X10 İhracat Anonim Şirkətinin üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə vermişdir. Bununla da dolaylı olaraq qüsurlu mal verildiyi etiraf edilmişdir. 3) İş materallarında olan cavabdehin Türkiyədəki vəkili Aslı Tekinin məktubu vardır. Həmin məktubda bildirilir ki, həmi n şirkət verilmiş atom 42c yağmurlama bağlığının istehsalçısı olmadığı üçün və atom 42c yağmurlama başlığı sifarişə əsasən göndərildiyinə görə malın qüsurlarına görə hər hansı məsuliyyət daşımır. Lakin iş materiallarında iddiaçının məhz atom 42c markalı yağmurlama başlığı sifariş verdiyini təsdiq edən sifariş cavabdeh tərəfindən təqdim edilməmişdir. Bununla da cavabdehin sulama sisteminin başlığını özbaşına seçdiyi təsdiq edilir. Məhkəmə bu xüsusları diqqətə almadan qanunsuz qətnamə qəbul etmişdir. Ümumiyyətlə, məhkəmə damlama-sulama sisteminin düzgün quraşdırılıb- quraşdırımadığını müəyyən edən lazımi biliklərə malik deyil, bu iş mütəxəssisin və ekspertin işidir. Məhkəmə X5nin necə layihələndirildiyini ümumiyyətlə araşdırmamışdır.

32. MPM-in 217.1-ci maddəsi üzrə - İstər Sumqayıt Kommer siya Məhkəməsi, istərsə də Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

34. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya insta nsiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtd a və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzər də tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur....” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmaması ndan asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi ke yfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.... 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən ə vvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, там və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual h üquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi Halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları iz ah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. İddiaçı cavabdehdən satın aldığı malın (damlama-sulama sistemi) qüsurlu olduğunu bildirərək, buna görə ona dəymiş zərərin əvəzini tələb etmiş, iddia təmin edilməmi ş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun qənaət mahiyyət etibarilə ondan ibarət olmuşdur ki, sistemin quraşdırılması, işə salınması üçün üçüncü şəxs tərəfindən səylər göstərilmiş, başlıqlar dəyişdirilmiş, suyun təzyiqi ilə bağlı tənzimləmələr həyata keçirilmiş, onun fəaliyyətinə müdaxilə olunmuş, son nəticədə qurğunu işə salmaq mümkün olmamışdır. İddiaçı tərəf isə təqdim olunmuş sübutlarla məhsulun artıq müvafiq nasazlıq olmaqla cavabdeh tərəfindən təqdim edildiyini və öhdəliyin onun tərəfindən pozulduğunu müəyyən etmək üçün tutarlı dəlillər təqdim etməmişdir. Tərəflərin bu mübahisə üzrə məhkəməyə təqdim etdikləri mütəxəssis rəyləri quraşdırma işinin lazımi səviyyəd ə aparılmasının qiymətləndirilməsi üçün kifayət qədər mötəbər olmamışdır. Belə olan halda üçüncü şəxsə məxsus torpaq sahəsində quraşdırılan çiləmə-sulama sisteminin nəzərdə tutulan parametrlər üzrə işləməməsində “cavabdeh Şirkət tərəfindən göndərilən avadanlıqların qüsurlu olması” nəticəsinə gəlinməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Avadanlıqların nasazlığının cavabdehin təqsiri üzündən baş verdiyi iddiaçı tərəfindən sübut olunmadığından, ziyanın da cavabdeh tərəfindən vurulduğu müəyyən olunmur.

40. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

41. Qanun satılan malların keyfiyyəti ilə bağlı satıcının məsuliyyətini müəyyən etmişdir. Həmin tələblərə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əş ya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur (MM-in 581.1 və 581.2-ci maddələri – bax § 36).

42. Bununla yanaşı, qanun alıcı və satıcı arasında satılan malın keyfiyyətsizliyinə dair sübutetmə vəzifəsinin dəqiq bölgüsünü də aparmışdır.

43. Belə ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir (MM-in 588.1-ci maddəsi – bax § 36). S atıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin (MM-in 588.2-ci maddəsi – bax § 36).

44. Göründüyü kimi, satıcının satılan malın qüsurlarının mövcud olmadığını sübutetmə vəzifəsi yalnız o zaman yaranır ki, satıcı həmin mala görə keyfiyyət qarantiyası vermiş olsun.

45. Hazırkı halda isə satıcının (cavabdehin) iddiaçıya satdığı mala görə keyfiyyət qarantiyası verməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

46. Deməli, hazırda qurğunun qüsurlu vəziyyətdə satılması barədə sübutetmə vəzifəsi məhz cav abdehin üzərinə düşür.

47. MM-in 588.1-ci maddəsinin məzmununa görə, satıcı əşyanın qüsurları üçün o zaman cavabdeh hesab edilir ki, alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilsin.

48. Lakin hazırkı halda iddiaçının alıcı kimi, həmin sübutları təqdim etməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

49. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, quraşdırma quraşdırılan sistemin xüsusiyyətlərini, texniki parametrlərini və yerin quruluşunu əks etdirən və müvafiq xüsusi biliyə malik mütəxəssis tərəfindən tərtib və təsdiq edilmiş layihə əsasında aparılmamışdır. Apellyasiya baxışı zamanı üçüncü şəxs bildirmişdir ki, uzaq məsafə vuran sulama sistemi onlarda birinci dəfə olmuş, avadanlığ ı quraşdıran ustalar isə 40 metr məsafəyə vuran çiləmə sistemini birinci dəfə quraşdırdıqlarını demişlər; başlıqlar əllə normal açılıb bağlanmış, lakin təzyiq altında işləməmiş, iddiaçı başlıqları dəmirlə əvəz etmiş, lakin sistem düzəlməmiş, gücü 2 dəfə artıran zaman avadanlıq xarab olmuşdur.

50. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanların nəticə etibarilə quraşdırılan qurğunun məhz həmin vəziyyətdə, yəni qüsurlu vəziyyətdə iddiaçıya təqdim olunmasını, yoxsa sonradan edilmiş müdaxilələr nəticəsində nasazlığın yaranmasını müəyyən etməyə imkan vermədiyi qənaətinə gəlmişdir.

51. Kassator məhkəmənin həmin nəticəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası da onunla razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

52. İşdəki mütəxəssis rəylərinə gəldikdə i sə, mübahisələndirilən qətnamədə həmin rəylərin quraşdırma işinin lazımi səviyyədə aparılmasının qiymətləndirilməsi üçün kifayət qədər mötəbər olmadığı göstərilmişdir.

53. Kassator isə yeni mütəxəssis və ya ekspert rəyi almaqla MM-in 588.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq, hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən xüsusatın, yəni sistemin qüsurlarının məhz iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yarandığının sübut edilməsinin mümkün olacağını tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.

54. Odur ki, apellyasiya instansiyası məhkəməsi yeni mütəxəssis rəyinin alınmasına və ya ekspertiza təyin edilməsinə lüzum görməmiş və məhkəmə kollegiyasının qənaətinə görə, bununla MPM-in 97.1-ci maddəsini (bax § 37) və ya hər hansı digər tələbini pozmamışdır.

55. Bundan başqa, kassator hesab edir ki, satıcı şirkət həmin sistemin işlək vəziyyətə gətirilməsi üçün hər hansı cəhd etməmişdir.

56. Halbuki cavabdehin belə vəzifə daşıması barədə tərəflərin hər hansı müqavilə çərçivəsində müvafiq şərtlər barədə razılığa gəlmələri işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

57. Ümumiyyətlə isə, apellyasiya instansiyası məhkəməsi iddiaçının tərəflər arasında 2020-ci il 10 oktyabr tarixində bağlandığını bildirdiyi “Alqı-satqı müqaviləsi”nin hər iki tərəf üçün məqbul sayıla biləcək formada və məzmunda tərtib edilməsini və həmin Müqavilənin müvafiq qaydada səlahiyyətli şəxslər tərəfindən imzalanaraq bağlanmış olmasını mübahisəli hesab etmişdir.

58. Kassator isə apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini də tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

59. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin avadanlıqların nasazlığının cavabdehin təqsiri üzündən baş verdiyinin iddiaçı tərəfindən sübut olunmadığına, bu səbəbdən də ziyanın cavabdeh tərəfindən vurulduğunun müəyyən olunmadığına dair mövqeyini qanuni və əsaslı hesab etdiyindən kassatorun digər dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

60. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 37) tələblərinə əməl etmiş, qanunu düz gün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 37) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 oktyabr tarixli 2-2(105)-114/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 oktyabr tarixli 2-2(105)-114/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar