Məhkəmə qərarları › İş №2-2(102)-752/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-752/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-752/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2-2(103)-1016/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayd asında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı MMC 2022-ci il 28 iyul tarixində cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, cavabdehdən 13.430,76 manat (ƏDV daxil) pul vəsaiti əsas borcun və 131 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat

2. Cavabdehin nümayəndəsi 2022-ci il 1 avqust tarixli ərizə(vəsatət) ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin(bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə(bundan sonra“cavabdeh”) qarşı mülki iş üzrə iddia ərizəsi və əlavə edilmiş sənədlərin aidiyyəti üzrə e-2(003)2663/2022 saylı iş üzrə işin materialları ilə birlikdə xüsusi icraat qaydasında baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə ki, cavabdeh xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq olunması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmiş və 2022-ci il 18 iyul tarixindən e-2(003)-2663/2022 saylı iş həmin məhkəmənin icraatındadır.

3. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 avqust tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir(hakim - A.Əliyeva).

4. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan işə kommersiya məhkəməsində baxılmalıdır.

5. Qərardadla razılaşmayan cavabdeh 2022-ci il 8 sentyabr tarixində ondan şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadı ilə şikayət qanunla müəyyən edilən formaya uyğun tərtib edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1, 363.1, 363.1.1-ci maddələrinə istinadla geri qaytarılmışdır.

7. Bu qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, qərardadın ləğv olunmasını, 2022-ci il 29 avqust tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadından(bax yuxarıda § 3) cavabdeh tərəfindən verilmiş şikayət üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli, 2-2(113)-4341/2022 saylı qərardadına əsasən Bakı Kommersiya məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e-2-2(113)4341/ 2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir(hakim-A.Əliyeva).

9. İddiaçı da 2022-ci il 9 sentyabr tarixində barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı Kommersiya məhkəməsinə müraciət etmiş, sazişin məcburi icrası üçün həmin sazişin təsdiq edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadı ilə iş üzrə iddiaçı tərəfindən verilmiş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə geri qaytarılmışdır.

11. Bu qərardad isə onunla əsaslandırılmışdır ki, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəyə xüsusi icraat qaydasında ayrıca icraatda baxılmalıdır. b) Apellyasiya in stansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 28 sentyabr tarixli, 2-2(103)-1016/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e-2-2(113)-4341/2022 nömrəli qərardadından verilmiş cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir(sədrlik edən –V.Məmmədov, hakimlər- R.Qurbanov və V.Baxışova).

13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, şikayətdə mülki prosessual qanunvericilikdə qeyd olunan müqavif imperativ göstərişlər yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir.

14. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini diqqətə almamış, MPMi n 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi bu qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1, 363.1.1-1, 407.1, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Qərardad 2022-ci il 30 sentyabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

17. Cavabdeh 2022-ci il 5 oktyabr tarixində həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasi ya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

18. MPM-in 32.5-ci maddəsinin tələbi pozulmuşdur. Həmin prosessual normanın tələbinə görə aidiyyat haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində MPM-in 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Cavabdeh MPM-in 21-ci fəsili ilə nizamlanan məhkəmə qərardadları ilə bağlı tələblərinə uyğun olaraq şikayət vermiş və məhkəmə həmin şikayətə MPM-in 269-cü maddəsinin tələblərinə uyğun baxaraq qərar qəbul etməli idi.

19. MPM-in 269.3-cü maddəsinin tələbləri pozulmuşdur: Həmin mülki prosessual normanın tələbinə görə hakim şikayətdəki dəlillərlə razı olmadıqda MPM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ai diyyət haqqında qərardaddan şikayət verildikdə həmin şikayəti bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilib işi kassasiya instansiyası məhkəməsinə göndərməli idi. İ instansiya məhkəməsi bunun əvəzində həmin şikayətə MPM-in 41-ci Fəslinin tələbləri çərçivəsində baxıb növbəti qərardadı ilə sənədləri geri qaytarmış, yeni qərardaddan verilən şikayəti isə apellyasiya məhkəməsinə göndərmişdir. Bununla aidiyyət məsələsindən verilən şikayət süni qaydada bloklamışdır.

20. MPM-in 361-ci maddəsinin tələbləri pozulmuşdur: İİ instansiya məhkəməsi MPM-in 41-ci Fəslinə aid olan 361-ci maddəsinin tələblərinə istinad edərək, nəinki istinad etdiyi prosessual normanı düzgün tətbiq etməyib, ümumiyyətlə bütün 41-ci Fəsli tətbiq etməməli idi.

21. M PM-in 395-401-ci maddələrin tələbləri pozulmuşdur: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hazırki şikayətə MPM-in 42-ci Fəslin, yəni 395-401 maddələrinin tələbləri ilə nəzərdə tutulmuş çərçivədə və səlahiyyət hüdudlarında baxılmalı idi, lakin İİ instansiya məhkəməsi sözügedən 42-ci Fəslinin tələblərini tətbiq etmək əvəzinə MPM-in 41-ci Fəslinin tələblərini tətbiq etmişdir.

22. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair: İİ instansiya məhkəməsi şikayət üzrə qeyd edilən qərardadı qəbul edərkən MPM-in 418-1.3-cü maddəsinin tələbləri ilə müəyyən edilən Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq qəbul etdiyi qərardadda təsbit edilmiş hüquqi mövqeyini istinad etmək əvəzinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kol legiyasının 2- 2(102)-540/2022 saylı 2022-ci il 15 iyul tarixli qərardadına istinad edərək ayrı bir iş üzrə yuxarı məhkəmənin mövqeyini president kimi tətbiq etmişdir. Halbuki, mülki prosessual normanın tələbinə görə məhkəmə təcrübəsinin vahidliyin dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərardadında təsbit edilmiş hüquqi mövqeyi tətbiq edilə bilərdi. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur: “Maddə

34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.”

28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndəri lməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və ai diyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “Maddə

35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.” “Maddə

269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəfl ərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyy ətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hall arda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2-2(103)-1016/2022 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

30. İşin qısa məzmunundan görünür ki,İddiaçı cavabdehə qarşı “borcun ödənil məsi” barədə iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət etmişdir.

31. Cavabdehin nümayəndəsi ərizə(vəsatət) ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə qarşı mülki iş üzrə iddia ərizəsi və əlavə edilmiş sənədlərin aidiyyəti üzrə e-2(003)2663/2022 saylı iş üzrə işin materialları ilə birlikdə xüsusi icraat qaydasında baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

32. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 avqust tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadı ilə şikayət qanunla müəyyən edi lən formaya uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Bununla razılaşmayan cavabdeh ondan şikayət verərək, qərardadın ləğv edilməsini, 2022-ci il 29 avqust tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir.

34. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli, 2-2(113)-4341/2022 saylı qərardadına əsasən Bakı Kommersiya məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e-2-2(113)4341/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən §12-də göstərilən qərardad qəbul olunmuşdur.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

36. MPM-in 32-ci maddəsinə əsasən, İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər (MPM-in 32.1, 32.2, 32.5-ci maddələri).

37. Hazırkı iş materiallarından görünür ki, tərəflər arasında barışıq sazişi mediasiya qaydasında bağlanılmış və tərəflər həmin sazişlə üzəril ərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşlər.

38. Mediasiya haqqında qanunun 34-cü maddəsinə əsasən, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

39. Digər tərəfdən, MPM-in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə idd ia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

40. Hazırkı halda işdən görünür ki, cavabdeh ərizə ilə müraciət edərək işin hüquqi şəxsin ünvanı üzrə Xəzər rayon məhkəməsinə göndərilməsini xahiş etmiş, yəni cavabdehin ərizə vəsatətinin mahiyyəti məhkəmə aidiyyəti ilə bağlı olmuşdur. Belə olan təqdirdə məhkəmə bu ərizəyə münasibətdə MPM-in 32.5-ci maddəsində nəzərdə tutulan qayda baxımından müvafiq prosessual hərəkətləri etməli idi.

41. Belə ki, MPM-in 32.5-ci maddəsində göstərilmişdir ki, Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

42. Həmçinin, MPM-in 269-cu maddəsinə əsasən, Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. ks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 4031.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (MPM-in 269.2, 269.3-cü maddələri).

43. Lakin, hazırkı işdən görünür ki, birinci instansiya məhkəməsi şikayəti MPM-in 41-ci fəslinin müddəalarına uyğun olaraq qiymətləndirmiş və şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi müra ciətin mahiyyətini əks etdirən məsələlər bilavasitə məhkəmə aidiyyəti ilə bağlı olmuşdur. Belə olan təqdirdə də MPM-in məhz 269.3-cü maddəsinin 2-ci cümləsində müəyyənləşdirilən qayda tətbiqinin zəruriliyi mövcud olmuş, lakin birinci instansiya məhkəməsi tərəfindən şikayət apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda göstərilənlərə hüquqi qiymət vermədən yalnız şikayəti MPM-lə apellyasiya şikayətləri üçün nəzərdə tutulmuş formaya uyğun olmaması əsası ilə qeyri-mümkün hesab etmiş, MPM-in 32.5 və 269.3-cü maddələrinin müddəalarını nəzərdən qaçırmışdır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yar anan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli qərarında qeyd edilmişdir ki, Birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, MPM-in 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı MPM-in 407.1-407.3cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə c avab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq MPM-in 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi MPM-in 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tə tbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun.

45. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesabedir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 28 sentyabr tarixli, 2-2(103)1016/2022 saylı qərardadı ləğv edilməli, iş prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun olaraq yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kas sasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 22(103)-1016/2022 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar