Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-756/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı "xxxx" X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı "xxxx" X1 Cəmiyyətinin Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İşin halları, iş üzrə məhkəmə icraatı a) Tovuz Rayon Məhkəməsindəki icraat 1. "xxxx" X1 Cəmiyyəti (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1” və “Cavabdeh2”) iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh2 360 manat icarə haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi (anbar b inası) Cavabdeh1 tərəfindən qeyri-qanuni zəbt edilmişdir. Bir ilə yaxın müddətdir ki, Cavabdeh1 həmin anbarda üç uşaqla təhlükəli şəraitdə yaşayır. Dəfələrlə müraciət olunmasına baxmayaraq, o, həmin sahədən çıxmaqdan imtina etmiş, iddiaçının qanuni hüquqlarını həyata keçirməyə, onların qeyri-yaşayış sahəsinə daxil olmalarına və orada təmir işləri aparmalarına mane olmuşdur. Bundan başqa, balansda olan digər müxtəlif təyinatlı qeyri-yaşayış sahələri müxtəlif şəxslərə icarəyə verilmişdir. Cavabdeh2 onlara məxsus digər qeyri-yaşayış sahəsində bərbər kimi fəaliyyət göstərir. O, bir il müddətinə aylıq 30 manat olmaqla icarə haqqını ödəməkdən imtina etmiş, onların qeyriyaşayış sahəsinə daxil olmalarına və orada təmir işləri aparmalarına qəsdən imkan verməmişdir.
3. Tovuz Rayon Məhkəməsinin 2023- cü il 30 oktyabr tarixli 2(062)-2927/2023 saylı qərardadı ilə işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndəriləsi qərara alınmışdır (hakim – Z.Hünmətov).
4. Həmin məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
5. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 8 dekabr tarixli 2-2(115)-1900/2023 saylı qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).
6. Kommersiya Məhkəməsi qeyd etmişdir ki, iddiaçı ayrı-ayrılıqda iki cavabdehə qarşı ayrı-ayrı tələblərlə, yəni Cavabdeh1 qarşı qey ri-yaşayış sahəsindən çıxarılma, həmçinin Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair məhkəməyə bir iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh1 fərdi sahibkar statusuna malik deyil, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Həmçinin tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan ikisi, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə və hüquq münasibətlərinin xarakterinə dair şərtlər mövcud olmamışdır. Digər iddia tələbi üzrə Cavabdeh2 fərdi sahibkar statusuna malik deyil, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Tərəflər arasında mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, işdə iştirak edən şəxsin subyektiv tərkibinə dair şərtlər mövcud olmamışdır. Ona görə də hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişd ir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçü n yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesa b olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci mad dəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.”
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahis ələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi
9. Qarışıq məhkəmə tərkibi birinci in stansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir.
10. İlkin olaraq qeyd olunmalıdır ki, kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax bu qərarın 8-ci bəndinə) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
11. Baxılan işdə iddiaçı ayrı-ayrılıqda iki cavabdehə qarşı bir iddiada ifadə olunan ayrıayrı tələblərlə, yəni Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, Cavabdeh2 qarşı isə qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının Plenum Qərarının 11-ci bəndində (bax bu qərarın 7-ci bəndinə) formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhk əmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
13. Tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamışdır. Belə ki, tərəflər arasındakı mübahisə Cavabdeh1 iddiaçıya məxsus anbarda üç uşaqla təhlükəli şəraitdə yaşamasından irəli gəlmişdir.
14. Bundan başqa, iş materiallarından məlum olur ki, həm Cavabdeh1, həm də Cavabdeh2 vergi ödəyicisi kimi qeydiyyata alınmamış, yəni fərdi sahibkar statusuna malik deyildirlər.
15. Belə olan halda isə, hətta hər iki iddia tələbi tərəflər arasında münasibətlərin xarakteri baxımından kommersiya mübahisəsi hesab edilməli olsalar belə, mübahisənin subyekt tərki bi işə kommersiya məhkəməsində baxılmasını istisna edir.
16. Belə ki, yuxarıda istinad olunan Plenum Qərarının 27-ci bəndində formalaşdırılmış hüquqi mövqelərdən (bax bu qərarın 7-ci bəndinə) aydın olur ki, mübahisə tərəfi olan fiziki şəxs fərdi sahibkar deyildirsə, həmin mübahisəyə onun sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.
17. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz, ona görə də işə ümumi məhkəmədə, yəni iddianın verildiyi Tovuz Rayon Məhkəməsində baxılmalıdır.
18. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.