Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-78/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı “xxxx” ASC-nin cavabdeh X3 qarşı iş üzrə QƏRAR Açar sözlər: su, kollektor və kanalizasiya xəttinin mühafizə zonasında özbaşına tikili aparılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (bundan sonra iddiaçı) cavabdeh X3 (bundan sonra cavabdeh) qarşı “magistral su xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mü hafizə zonasının boşaldılmasının təmin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-754/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında x xxxx 2020ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə Əhmədli Bələdiyyəsinin x xxxxxx 2005-ci il tarixli sərəncamına əsasən M.Hadi küçəsi 15 saylı evin qarşısında, ticarət və məişət xidməti obyekti tikintisi məqsədilə vətəndaş X6 verilmiş (cizgidə göstərilən) 30 kv.m torpaq sahəsinin onun adından cavabdehin adına rəsmiləşdirilməsi qərara alınmışdır. “Mühafizə zonasının pozulması barəd ə akt”da qeyd olunmuşdur ki, bu akt tərtib edilmişdir ki, həqiqətən Məhəmməd Hadi küçəsi, 118 A ünvanda yerləşən fiziki şəxs X3 məxsus qeyri-yaşayış obyekti (Alov restoranı) həmin ərazidən keçən M.Hadi küçəsi və Gəncə prospektində yaşayan sakinləri su ilə təmin edən diametri 300 mm olan yeraltı magistral su xəttinin və diametri 500 mm yağış kollektorunun üzərində inşa edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindən keçən iddiaçıya məxsus diametri 500 mm olan yağış kollektorunun və diametri 300 mm olan magistral su kəmərinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin (Alov restoranı) əvəzi ödənilmədən sökülməsi, kəmərlərin mühafizə zonasının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindən keçən iddiaçıya məxsus diametri d=500 mm olan yağış kollektorunun və diametri 300 mm olan magistral su kəmərinin sanitar mühafizə zolağında qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili (Alov restoranı) inşa edilmişdir. İnşa edilmiş tikili nəticəsində cavabdeh tərəfindən qüvvədə olan qanunvericilik aktlarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Qanunun 70-ci maddəsində qeyd olunur ki, su təchizatı kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğuların ın ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru Kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Torpaq Məcəlləsinin 62-ci maddəsində qeyd olunmuşdur ki, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərindən də görünür ki, magistral su kəmərlərinin üzərində və ya onların sanitar-mühafizə zonalarında yerləşən t orpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavabdan məlum olur ki, cavabdehin adına Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 15 saylı evin qarşısında yerləşən 30 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 13107 nömrəli məhkəmə ekspertizasının rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki işin materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 15 saylı ünvanda İddiaçıya məxsus diametri 500 mm. ölçüdə olan yağış kollektorunun mövcud olması və tədqiq olunan ünvanda cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin (qeyri-yaşayış sahəsi) iddiaçıya məxsus yağış kollektorunun 10.0 metrlik mühafizə zonasında yerləşməsi müəyyən edilmişdir. Bununla yanaşı, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 15 saylı ünvanda cavabdeh F.A.Həsənova məxsus qeyri-yaşayış sahəsinin Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tər tibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının x xxxx 2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-2(82)-573/2019 saylı iş) x xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X10məruzəçi, X4 və X8, 2-2(103)-754/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təm in edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin x xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasınınxx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Özbaşına tikintilinin inşası nəticəsində d=300 mm olan, kanalizasiya xəttinə vaxtlıvaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradır və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. İşə tikili ilə bağlı tərtib edilmiş akt, kanalizasiya xəttinin keçdiyi yer barədə cizgi və fotoşəkillər əlavə edilmişdir. Həmin cizgidə mübahisəli tikili ilə kanalizasiya xətti arasındakı məsafə müəyyən edilmişdir. Lakin məhkəmə qətnamə çıxararkən bu sübutlara hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarinı ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Bu Məcəllənin 180.4-cü maddəsinin tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzr\ə qəbul edilmiş məhkəmənin qərarına əsasən sökülə bilər. İddiaçıya məxsus diametri 500 mm olan yağış kollektoru və diametri 300 mm olan magistral su kəməri tikili statusuna görə Mülki Məcəllənin 180-cı maddəsi ilə müəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli, kanalizasiya xəttinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi təmin edilməlidir. İş üzrə xx xxxxxxxx 2018-ci il tarixli, 13107 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindən keçən iddiaçıya məxsus d=500 mm olan yağış kollektorunun mövcud olması və tədqiq olunan ünvanda cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tik ilinin “xxxx” ASC-yə məxsus yağış kollektorunun 10.0 metrlik mühafizə zonasina yerləşməsi müəyyən edilmişdir. Bununla yanaşı, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 15 saylı ünvanda cavabdeh Fərid Həsənova məxsus qeyri-yaşayış sahəsinin Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 160№ li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir. Lakin məhkəmə ekspert rəyini də nəzərə almadan tamamilə əsassız qətnamə qəbul etmişdir. tərəflərin izahatı: Cavabdehin nümayəndəsi məhkə mə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandıma hissəsi: İşin hallarından görünür ki, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli 9 saylı qərarla Əhmədli Bələdiyyəsinin x xxxxxx 2005-ci il tarixli, 29 saylı sərəncamı ilə M.Hadi küçəsi 15 saylı evin qarşısında, ticarət və məişət xidməti obyekti tikintisi məqsədilə X6 verilmiş (cizgidə göstərilən) 30 kv.m torpaq sahəsinin, onun adından cavabdehin adına rəsmişləşdirilməsi qər ara alınmışdır. Xətai rayon İcra Hakimiyyətinin memarı tərəfindən 2007-ci ildə obyektin eskiz layihəsi tərtib edilmişdir. İddiaçının 2017-ci il tərtib etdiyi aktda cavabdehə məxsus qeyri-yaşayış obyekti (Alov restoranı) diametri 300 mm olan yeraltı magistral su xəttinin və diametri 500 mm yağış kollektorunun üzərində inşa edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 15 saylı ünvanda iddiaçıya məxsus diametri 500 mm ölçüdə olan yağış kollektorunun mövcud olması və tədqiq olunan ünvanda cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin (qeyri-yaşayış sahəsi) iddiaçıya məxsus yağış kollektorunun 10.0 metrlik mühafizə zonasında yerləşməsi müəyyən edilmişdir. İddiaçı yağış kollektorunun və magistral su kəmərinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, kəmərlərin mühafizə zonasının boşaldılmasının təmin edilməsini xahiş etmiş, məhkəmələr tərəfindən yuxarıdakı qətnamələr qəbul edilmişdir. Apelyasiya məhkəməsinin mövqeyinə görə yerli idarəetmə orqanının tikinti barədə mövcud qərarını ləğv etmədən iddia tələbinin təmin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında yerli idarəetmə orqanının tikinti barədə qərar qəbul etməsinə dair hər hansı sənəd mövcud olmamışdır. İşdə olan Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli 9 saylı qərarda tikintiyə icazə verilməsi deyil, tikinti məqsədilə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində torpaq sahəsinin qanuni əsasla verilib-verilməməsi barədə mübahisə açmamış dır. Mübahisə özbaşına tikilinin mühafizə zolağında yerləşdiyinə görə sökülməsi ilə bağlıdır. İddiaçı iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrinə istinad etmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraci əti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan başqa, xx xxxxxxx 1999-cu ildə qəbul edilmiş “Su təchizatı və tullantı suları haqqında” Qanunun 70-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq. Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nda mühafizə zonaları müəyyən edilmişdir. Apelyasiya məhkəməsi mübahisə ilə bağlı bəhs edilən hüquq normalarına əsasən faktiki və hüquqi qiymətləndirmə aparmamış, tikilinin özbaşına tikili olmasını, mühafizə zonasında inşa edilməsini yoxlamamışdır. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Kassasiya şikayətində iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Yeni qərar qəbul edilməsi üçün MPM-in 427.1.4-cü maddəsinin tələbləri ödənilmədiyindən bu hissədə şikayətin dəlilləri əsaslı sayıla b ilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-754/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-78/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-78/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver