Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-789/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 avqust tarixli 2-2(104)-121/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notarius u İ.Məmmədov tərəfindən 3M963 nömrə ilə qeydə alınmış 2021-ci il 22 iyun tarixli borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100 000 manat məbləğində pul borc verilmişdir. Müqavilə üzrə öhdəliyin son icra müddəti 22 avqust 2021-ci il tarixi qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 2.İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam rayon Məhkəməsinə müraciət edərək, 2021-ci il 22 iyun tarixli borc müqaviləsi üzrə 100.000 manat məbləğində əsas borcun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 14.166,66 manat məbləğində faiz borcunun (əldən çıxmış fayda), hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 405 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 114 677 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən 3M-963 nömrə ilə qeydə alınmış 2021-ci il 22 iyun tarixli borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh 100 000 manat məbləğində pul borc verilmişdir. Müqavilə üzrə öhdəliyin son icra müddəti 2021-ci il 22 avqust tarixi qeyd edilsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçı tərəfindən dəfələrlə şifahi və 2024-cü il 2 may tarixində yazılı xəbərdarlıq verilməsinə baxmayaraq, cavabdeh 3 il ərzində hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etmək dən yayınmışdır. İddia ərizəsi verilən tarixə 2021-ci il 22 iyun tarixli borc müqaviləsi üzrə cavabdehin öhdəliyi 100000 manat, eləcə də AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2021-ci il 22 avqust tarixdən hazırki tarixə kimi hesablanmış 14166,66 manat faiz borcu (əldən çıxmış fayda) təşkil edir (hesablama: 100000x5%=5000/12=416,66x34=14166,66 manat). Maliyyə xəbərləri sahəsində ixtisaslaşmış “banko.az” və “marja.az” xəbər səhifələrindən əldə etdiyi məlumata əsasən müvafiq dövr üçün, yəni 2021-2024-cü illər arasında Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların əmanət müqavilələri üzrə təklif etdiyi müddətin sonunda hesablanan faiz dərəcələri illik 5,5-10,5 faiz dərəcələri arasında dəyişir. Plenum qərarına əsasən 2021-ci il 22 avqust tari xindən hazırki tarixə kimi hesablanmış 14.166,66 manat faiz borcunun tələb edilməsi əsaslı və ədalətlidir. Belə ki, cavabdeh tərəfindən borc məbləğindən 34 ay ərzində heç bir ödəniş edilməmişdir. Həmin vəsait bu dövrlər ərzində bankların birində əmanət hesabında qoyulduğu halda, 14.166,66 manat məbləğindən daha çox gəlir əldə etmək olardı. Eyni zamanda iddiaçı tərəfindən əlavə xərclər kimi hüquqi yardım üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü (vəkil) ilə müqavilə üçün 500 (beş yüz) manat xidmət haqqı və məhkəməyə iddia ərizəsi vermək üçün 405 manat dövlət rüsumu ödənilmişdir. 4.Ağdam rayon Məhkəməsinin 2024-cü il 9 oktyabr tarixli e-2(013)-1887/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alın mışdır. 5.Daha sonra iddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin artırılması barədə ərizə verərək, 2021-ci il 22 iyun tarixli borc müqaviləsi üzrə 100.000 manat məbləğində əsas borcun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 16.249,74 manat məbləğində faiz borcunun (əldən çıxmış fayda), hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 407 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 117.156,74 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 6 avqust tarixli 2-2(104)-121/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2021-ci il 22 iyun tarixli borc m üqaviləsi üzrə 100.000 manat məbləğində əsas borc, hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqı olmaqla, cəmi 100500 manat məbləğində pul və 390,50 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 19,50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi,İddia qalan hissədə rədd edilsin.qət edilmişdir (hakim R.Qələndərzadə). 7.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, borc müqaviləsi üzrə öhdəlik iddiaçı tərəfindən tam icra edilmiş, borc müqaviləsində qeyd olunan məbləğ cavabdehə verilmişdir. Lakin cavabdeh borc müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqaviləyə əsasən 2021-ci il 22 avqust tarixinədək ödənilməli borc məbləğini ödəməmişdir. İşin materiallarına əlavə olunmuş sübutlarla borc alan cavabdehin 100.000 manat borcu olduğu təsdiq edildiyindən, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 8.Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında izahatında 100.000 manat məbləğində pulun cavabdeh tərəfindən alınmadığını, həmin tarixdə eyni notariat kontorunda tərəflər arasında iddiaçının "xxxx" BOKT MMC-də olan təsis payının alqı-satqı müqaviləsi bağlanıldığını, iddiaçı öz təsis payını 200.000 manata cavabdehə satdığını, cavabdehin 100.000 manatı ödədiyini, qalan 100.000 manatı isə kredit müqaviləsi kimi rəsmiləşdirildiyini və kredit müqaviləsinin uydurma əqd olduğunu iddia etsə də, bununla bağlı halları sübuta yetirə bilməmişdir. 9.Məhkəmə tərəfindən iddiaçının "xxxx" BOKT MMC-də olan təsis payının alqı-satqı müqaviləsi ilə bağlı notariat işi tələb olunmuşdur. Həmin notariat işin ə əsasən müəyyən edilmişdir ki, iddiaçı 2021-ci il 23 iyun tarixli təsis payının alğı-satqısı barədə müqaviləyə əsasən "xxxx" BOKT MMC-də olan 88.1% təsis payının 21.1%-ni 21.100 manata X2, 34%ni 34.000 manata X1, 33%-ni isə 33.000 manata X3, X4 "xxxx" BOKT MMC-də olan 11.9% payını isə X2 11.900 manata satmışdır. Həmin müqavilə üzrə cavabdeh hər hansı bir tərəf olmamışdır.
10. Cavabdehin nümayəndəsi həmin müqavilənin cavabdeh tərəfindən maliyyələşdirilməsini bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə 2021-ci il 22 iyun tarixli borc müqaviləsinin şərtləri çərçivəsində işi araşdıraraq hesab etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək müqavilədə göstərilən pul məbləğini borc olaraq cavabdehə vermiş, cavabdeh i sə həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə aldığı borc məbləğini iddiaçıya qaytarmamışdır. Digər hallarla bağlı məsələ isə işin araşdırılması zamanı öz təsdiqini tapmamış və cavabdeh bu halları sübuta yetirə bilməmişdir.
12. İddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 16249,74 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya s air maddi xeyr əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 6.2, 385.1, 386.1, 432.1, 442, 445.1, 445.2, 448.1, 448.2 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 6 avqust tarixli 2-2(104)-121/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Ş.Rzaquliyev, hakimlər R.Məcidov və G.Cavadova).
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, kredit müqaviləsinin müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuş, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə mü qavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin aldığı borcunu qaytarmadığı məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 16.249,74 manat məbləğində faiz borcunun (əldən çıxmış fayda) tutulması hissəsində təmin etməmiş, iddiaçı da həmin hissədə iddianı mübahisələndirmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
18. Apellyasiya şikayətinin iddia ərizəsinin MPM-in 10, 149 və 150-ci maddəsinin tələblə rinə zidd olaraq icraata qəbul edilərək baxılması ilə bağlı dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsi MPM-in 10-1.1-ci maddəsinə uyğun olaraq elektron qaydada verilmiş, iddia ərizəsinə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Bundan başqa kommersiya işlərində mediasiyanın tətbiqi imperativ norma olmadığıdan və müqavilədə mediasiya sessiayasından keçmək nəzərdə tutulmağıdan birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur.
19. Birinci instansiya məhkəməsinin qəbzlərdə olan imzaların cavabdehə məxsus olub-olmamasını yoxlamaq üçün məhkəmə xətşünaslıq ekspertizası təyin etməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə mə hkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh qəbzdəki imzanın ona məxsus olmadığını, qəbzin saxta olduğunu göstərmiş olsa da, apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatında notariat ofisinin depozit hesabından 100 000 manat pul götürdüyünü etiraf etdiyindən və həmin pul məbləğinin notariat ofisinin depozit hesabına onun tərəfindən qoyulduğu işin materialları ilə təsdiqini tapmadığına görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı kredit müqaviləsi notariat ofisində bağlanmaqla borc verənin və borcalanın hüquqları və vəzifələri onlara izah edilmiş, müqavilənin mətnində cavabdehin göstərdiklərini təsdiq edəcək bənd müəyyən edilməmiş, cavabdeh özü də məhkəməyə həmin müqavilənin etibarlılığı nı şübhə altına ala biləcək sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 100 000 manat borc pul verilməsinə dair 2021-ci il 22 iyun tarixli kredit müqaviləsini etibarlı əqd kimi qəbul etmişdir.
21. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd etmişdir ki, işin materiallarından göründüyü kimi iş üzrə cavabdeh "xxxx" BOKT MMC-dəki təsisçilik paylarının alğı-satqısına dair müqavilələrdə müqavilə tərəfi olmamışdır.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni 337.1, 340.2, 385.1, 386.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 449.1, 739.1, 739.2-ci və MPM-in 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin araşdırılması ü çün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MPM-in 14.2-ci maddəsi üzrə-hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, məhkəmənin dəftərxanasına poçt vasitəsilə daxil olmuşdur. Bundan başqa, hazırki iddia ərizəsində cavabdehlə, yəni onunla mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdehə, yəni ona göndərilməsini, həmçinin həmin sənədlərin cavabdeh tərəfindən alınmasını (cavabdehə çatdırılmasını) təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə tərəfindən qeyd edilən xüsusatlar nəzərə alınmadan iddia ərizəsi qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilərək baxılmış və iş üzrə yekun qərar qəbul edilmişdir.
25. İddiaçı ilə aralarında bağlanmış 2021-ci il 22 iyun tarixli kredit müqaviləsində göstərilən 100.000 manat məbləğində pul onun tərəfindən alınmayıb. Qəbzdə olan imza ona məxsus deyil, qəbz saxtadır. Birinci instansiya məhkəməsi zamanı bu fakt məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə nəinki bunu araşdırmamış, bu məsələyə heç bir hüquqi mövqe bildirməmişdir. İş üzrə ekspertiza təyin etməklə bunu müəyyən etmək olar. Məsələnin əsl mahiyyəti onda n ibarətdir ki, həmin tarixdə eyni notariat kontorunda iddiaçı ilə aralarında iddiaçının "xxxx" BOKT MMC-də olan təsis payının alqısatqısı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə görə iddiaçı öz təsis payını 200.000 manata ona satmışdır. Müqavilə üzrə iddiaçıya 100.000 manatı ödəmiş, qalan 100.000 manatı isə kredit müqaviləsi kimi rəsmiləşdirilmişdir. Lakin sonradan "xxxx" BOKT MMCnin fəaliyyətində müəyyən qanunsuzluqlar olduğundan, lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilmişdir. Bununla bağlı Baş Prokurorluğa müraciət edilmiş və iddiaçı ona heç bir narahatçılığın olmamasını, tezliklə işləri yoluna qoyacağını bildirmişdir. Bu vaxta qədər hələ də məsələ öz həllini tapmamışdır.
26. MPM-in 14 və 217-ci maddələri üzrə-apellyasiya məhkəməsi mülki mühakimə icraatının fundamental prinsip ini pozaraq tərəflərin çəkişmə prinsipi əsasında təqdim etdikləri sübut və dəlillərə qiymət verməli olduğu halda, cavadehin dəlillərinə hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəz ərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə mün asibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab etmir. Belə ki, şikayətdə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi hüquq normasının deyil, prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir.
34. Prosessual hüquq normalarının pozuntusuna dair dəlilləri ilə bağlı qeyd olunur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Baxılan işdə, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
35. Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir ( MPM, 407.2).
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmi ş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 avqust tarixli 2-2(104)-121/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.