Məhkəmə qərarları › İş №2-2(102)-80/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-80/2021

23.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-80/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası «İddiaçı2.» kiçik müəssisənin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: torpaq sahəsinin boşaldılması və sahibinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı kiçik müəssisənin qanuni təmsilçisi X2 və vəkili X1, cavabdeh MMC-nin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı «İddiaçı2.» kiçik müəssisənin Cavabdeh MMC-yə və 3-cü şəxs Bakı şəhər İcra Ha kimiyyətinə qarşı torpaq sahəsinin boşaldılması və sahibinə qaytarılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(103)-20/2020 saylı qətnaməsindən iddiaçı kiçik müəssisə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx xxxxxx 2007ci il tarixli, 574 nömrəli və ona dəyişiklik edilməsi haqqında xx xxxxxx 2008-ci il tarixli sərəncamların əsasən, "xxxx" MTK-ya ayrılmış, (Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007ci il tarixli, 165 saylı sərəncamı ilə) kottec tipli evlərin tikintisinin layihələndirilməsi üçün Xətai rayonu, Nobel prospekti, 220 7-ci məhəllədə yerləşən 8,1824 ha torpaq sahəsi icarə əsasında, həmin məqsədlə "İddiaçı2." kiçik müəssisənin istifadəsinə verilmişdir.

2. İşin materiallarına əlavə edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2009-cu il tarixli, 335 nömrəli sərəncamına müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 574 saylı və xx.xx.2008-ci il tarixli, 45 nömrəli sərəncamına əsasən, Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə yaşayış və kottec tipli evlərin tikintisi üçün "İddiaçı2" kiçik müəssisəyə ayrılmış 8,1824 ha torpaq sahəsinin 8,0433 ha hissəsi eyni məqsədlə icarə əsasında "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, 0,1391 ha hissəsi isə "İddiaçı2" kiçik müəssisənin istifadəsində saxlanılmışdır.

3. İşin materiallarında olan, Azərbaycan Respublikası Dö vlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”nə görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2009-cu il tarixli, 355 saylı sərəncamına əsasən, "İddiaçı2" kiçik müəssisəyə 1.391 kv.m torpaq sahəsi ayrılmışdır.

4. Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə "İddiaçı2" kiçik müəssisə arasında xx xxxxxx 2009-cu il tarixli “İcarə müqaviləsi” bağlanmışdır.

5. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli, 067 saylı sərəncamına əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2009-cu il tarixli, 335 nömrəli sərəncamının 1.2-ci bəndi (Xətai rayonu, Nobel prospekti 220-ci məhəllədə yaşayış və kottec tipli evlərin tikintisi üçün "İddiaçı2" kiçik müəs sisəyə ayrılmış 8,1824 ha torpaq sahəsinin 8,0433 ha hissəsi eyni məqsədlə icarə əsasında "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, 0,1391 ha hissəsi isə "İddiaçı2" kiçik müəssisənin istifadəsində saxlanılmışdır) və xx xxxxxx 2009-cu il tarixli “İcarə müqaviləsi” ləğv edilmiş, Xətai rayonu, Nobel prospekti boyunca abadlaşdırma və kommunikasiya işlərinin aparılması "Cavabdeh" MMC-yə həvalə edilmişdir.

6. İşin materiallarına əlavə edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırda qüvvədə olan xx xxxxxx 2014-cü il tarixli qərarı ilə "İddiaçı2" kiçik müəssisənin icarəsində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllədə 0,1391 ha torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz hərəkətlərinə son qoyulması və Bakı şəhər İcra Hakimiyyəti başçısının 067 saylı, xx xxxx 2013-cü il tarixli sərəncamının ləğv edilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.

7. İş materiallarına əlavə edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının xx xxxxx 2017-ci il tarixli, 4 nömrəli qərarı ilə "İddiaçı2" kiçik müəssisənin şikayətinin qismən təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "İddiaçı2" kiçik müəssisəyə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "D" yaşayış sahəsi, "Lukoil" yanacaqdoldurma məntəqəsinin cənub hissəsində 0,14 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

8. İşin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının xx xxxx 2017-ci il tarixli qərarı ilə, Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şura sının xx xxxxx 2017-ci il tarixli, 4 nömrəli qərarının ləğv edilməsi və işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılaraq qərar qəbul edilməsinin Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasına tapşırılması qərara alınmışdır.

9. İşin materiallarına əlavə edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, 4 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli qərarlarının nəzərə alınması və həmin qərarların icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin "Bakı Ağ Şəhər" Layihəsinin rəhbərliyinə həvalə edilməsi qərara alınmışdır.

10. İşin materiallarında olan, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2007-ci il tarixli, 262 saylı sərəncamına əsasən, Xəta i rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisinə "Cavabdeh" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmişdir.

11. İş materiallarına əlavə edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 07/121 nömrəli Ayrıc Aktı”na görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2007-ci il tarixli, 262 saylı sərəncamına əsasən, Xətai rayonu, Babək prospekti, Y.Əliyev; Nobel prospekti ilə Xəzər dənizi arasındakı məhəllələr cizgidə göstərilən sərhədlər çərçivəsində 221,4000 hektar ərazi yaşayış binaları və i ctimai obyektlərin tikintisi üçün "Cavabdeh" Azərbaycan İnkişaf Şirkətinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı2 kiçik müəssisə Cavabdeh MMC-yə və 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin qanunsuz zəbt etdiyi, iddiaçı kiçik müəssisəyə məxsus Bakı şəhəri, Nobel prospekti, 2207-ci məhəllədə yerləşən 0,1391 ha torpaq sahəsinin boşaldılması, cavabdeh MMC-nin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçı kiçik müəssisəyə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırda qüvvədə olan xx xxxxxx 2014-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi; İddiaçı2 kiçik müəssisənin icarəsində olan Bakı şəhəri Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllədə 0,1391 ha torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz hərəkətlərə son qoyulması və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 067 saylı xx xxxx 2013-cü il tarixli sərəncamının ləğv edilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.

14. Beləliklə, məhkəmə qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 067 saylı xx xxxx 2013-cü il tarixli sərəncamı qanunsuz hesab edilərək ləğv edilmiş və İddiaçı2 kiçik müəssisəyə məxsus Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə yerləşən 0,1391 ha torpaq sahəsi özünə qaytarılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmədiyindən Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasına qanunla müəyyən edilmiş qaydada müraciət edilmiş, nəticədə sonuncunun xx xxxxx 2017-ci il tarixdə 04 saylı qərarı qəbul edilmişdir.

15. Həmin qərara əsasən, İddiaçı2 kiçik müəssisənin şikayəti qismən təmin edilmiş, lakin həmin qərarla qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası həyata keçirilməmişdir.

16. Göstərilən səbəbdən həmin qərardan Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müvafiq qaydada şikayət verilmişdir. Şikayətin nəticəsi olaraq Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının qərarı ləğv olunmuş və qeyd edilmişdir ki, İddiaçı2 kiçik müəssisənin şikayəti illə bağlı bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılsın, nəticəsindən asılı olaraq qanuni ədalətli qərar qə bul edilsin, bu barədə şikayətçiyə və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya şurasına məlumat verilsin.

17. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası xx xxxxx 2018-ci il tarixli 4 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarının nəzərə alınması, həmin qərarın icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin “Bakı Ağ Şəhər” Layihəsinin rəhbərliyinə həvalə edilməsi qərara alınmışdır. Lakin həmin qərar və məhkəmə qərarı icra edilmədiyindən İddiaçı2 kiçik müəssisə hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. 18. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov; iş No 2-1(82)-604/2019) iddianın təmin edilməməsi qət edil mişdir.

19. Həmin məhkəmə qətnaməsində qeyd edilənlərə görə, mübahisəli torpaq sahəsinə dair iddiaçının hüququnu təsdiq edən sənəd mövcud olmadığı halda, cavabdeh MMC-nin həmin əraziyə dair hüquqları müvafiq sənədlərlə təsdiq olunur.

20. Məhkəmə qərarının icrasının Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası tərəfindən Cavabdeh MMC-nə həvalə olunması barədə iddiaçı kiçik müəssisənin dəlili ilə bağlı qeyd olumalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” xx xxxxxx 2016-cı il tarixli, 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə”nin 3.0.1-ci və 3.0.3-cü maddələrinin məzmununa görə, Apell yasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hüquqi və fiziki şəxslərlə sorğular göndərilə, zəruri sənədlər və məlumatlar alına bilər. Şura yazılı göstərişləri nöqsan və pozuntuların aradan qaldırılması ilə bağlı yerli icra hakimiyyəti orqanının vəzifəli şəxslərinə vermək hüququna malikdir. Lakin Cavabdeh MMC-nin təsis sənədlərindən görünür ki, onun təsisçiləri dövlət qurumları deyildir.

21. Eyni zamanda qeyd olunmalıdır ki, yuxarıda sözügedən məhkəmə qərarının çıxarıldığı iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti olmuş, müvafiq hərəkətlərin edilməsi ona həvalə edilmiş, Cavabdeh MMC isə ümumiyyətlə işdə iştirak etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə qərarının icrasının hazırki iş üzrə Cavabdeh MMC-nin hdəliyi olması barədə iddiaçı kiçik müəssisənin dəlili əsassızdır.

22. İddiaç ı kiçik müəssisənin mübahisəli torpaqla bağlı hüququ yoxdur və cavabdeh MMC-nin həmin ərazini qanunsuz zəbt etməsi sübuta yetmir.

23. Məhkəmə bu qənaətini MPM-nin 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Həmin qətnamədən narazı qalan iddiaçı kiçik müəssisə ondan apelyasiya şikayəti verərək, qətnamənin ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Maylov və X.Cəmilova; iş № 2-2(103)20/2020) İddiaçı2 kiçik müəssisənin apelyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinində qeyd edilənlərə görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2007-ci il və xx xxxxxx 2008-ci il tarixli sərəncamları ilə kottec tipli evlərin tikintisinin layihələndirilməsi üçün Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə yerləşən 8,1824 ha torpaq sahəsi icarə əsasında "İddiaçı2" kiçik müəssisənin istifadəsinə verilmiş, xx xxxxxxxx 2009-cu il tarixli sərəncamla isə həmin torpaq sahəsinin 0,1391 ha hissəsi iddiaçının istifadəsində saxlanılmış və Bakı Şəhər İcra Hakimiyyəti ilə sonuncu arasında xx.xx.2009-cu il tarixli icarə müqaviləsi bağlanmışdır.

27. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2007-ci il tarixli sərəncamı ilə "Cavabdeh" Azərbaycan İnkişaf Şirkətinə iddiaçıya ayrılmış torpaq sahəsi də əhatə olunmaqla, müəyyən ərazidə bina və obyektlər massivinin layihələndirilməsi və tikintisinə icazə verilmiş, habelə müvafiq qurumun ayrıc aktı ilə həmin ayrılmış torpaq sahəsi cavabdehə göstərilən məqsədlər üçün verilmişdir. 28. xx xxxx 2013-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə, iddiaçı ilə bağlanmış icarə müqaviləsi və aidiyyəti sərəncamın mübahisəli torpaq sahəsinin onun istifadəsində saxlanılmasına dair müvafiq bəndi ləğv edilmişdir. "İddiaçı2" kiçik müəssisə bu sərəncamı mübahisələndirmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2014-cü il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz hərəkətlə rə son qoyulması və sözügedən xx.xx.2013-cü il tarixli sərəncamın ləğv olunmasının Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.

29. Bununla belə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən qərarı icra olunmadığından, yəni mübahisəli torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyətinin ləğvi məhkəmə qərarı ilə ona həvalə edilmiş xx.xx.2013-cü il tarixli sərəncamı cavabdeh İcra Hakimiyyəti tərəfindən ləğv edilmədiyindən, iddiaçı bu qurumun Apelyasiya Şurasına, onun aktından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət etmişdir.

30. Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası tərəfindən xx.xx.2018-ci ildə məhkəmə qərarının nəzərə alınması və onların icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi “Bakı Ağ Şəhər” la yihəsinin rəhbərliyinə həvalə edilmişdir.

31. Hazırki tələbində iddiaçı məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli sərəncamının ləğv edilməsinin nəzərdə tutulduğunu, bununla da iddiaçının mübahisəli torpaq sahəsinə dair qanuni istifadə hüququnun bərpa olunduğunu iddia edərək, cavabdeh MMC-nin sözügedən ərazidən çıxarılması və həmin sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsini mübahisələndirir.

32. Lakin hazırki iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində (qanuni istifadəsində) olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir və bu tələbin təmin olunması üçün 3 hal sübut olunmalıdır: 1) əmlakın mövcud olması; 2) əmlakın iddiaçıya məxs us olması; 3) əmlakın cavabdehin sahibliyində olması. 1 və 3-cü hal mübahisə predmeti deyil, işin hallarından da müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi icra hakimiyyətinin müvafiq sərəncamı ilə ayrılmaqla hazırda cavabdehin sahiblik və istifadəsindədir.

33. Bununla əlaqədar iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsinin daxilində olub-olmaması ilə bağlı iş üzrə mütəxəssis və ekspert rəyləri alınmışdır.

34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəsəssis rəyinə görə, tədqiq edilmiş ayrıc aktına, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında hazırlanmış sxemlərə uyğu n olaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009cu il tarixli, 355 saylı sərəncamı əsasında "RAN.” kiçik müəssisəyə verilmiş xx.xx.2012-ci il tarixdə 31854 nömrə ilə qeydiyyata alınmış AN-409322 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən "İddiaçı2" kiçik müəssisəyə ayrılmış torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınması nəzərdə tutulan (sifarişçi tərəfindən təqdim edilmiş mövcud obyektlərin siyahısına əlavə edilməmiş) layihələşdirilmiş ərazinin hüdudlarından kənarda yerləşir, halhazırda sözügedən torpaq sahəsinin hüdudları daxilində iki tərəfli mövcud yol və yeraltı komimunikasiya xətlərinin yerləşdiyi müəyyən edilir.

35. Məhkəmə Ekspertizası Mərkəzinin 29853 nömrəli, xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri Xətai rayonu, Nobel pr ospekti 2207-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 355 saylı sərəncamı ilə "İddiaçı2” kiçik müəssisəyə ayrılmış 0,1391 ha torpaq sahəsinin, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 62 saylı sərəncamı ilə layihələndirilməsi üçün Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilir.

36. Qeyd edilən ekspert rəyi və iş materialları ilə iddia predmeti olan torpaq sahəsinin cavabdehə ayrılmış ərazi daxilində yerləşməsi öz təsdiqini tapmışdır.

37. Hazırki iş üzrə mübahisəli məqam 2-ci halla, yəni torpaq sahəsinin iddiaçıya məxsus olması (və ya onun qanuni istifadə hüquqlarının olması) ilə bağlıdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə da ir sərəncamlar, icarə müqaviləsi Bakı şəhər İcra Hakimiyyətinin müvafiq aktı ilə ləğv edilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə İcra Hakimiyyətinin qeyd edilən sərəncamının ləğv edilməsi bilavasitə İcra Hakimiyyətinin özünə həvalə edilsə də, həmin qurum tərəfindən sözügedən akt ləğv edilməmiş, dolayısı ilə iddiaçının istifadə hüququ bərpa olunmamışdır. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn 2-ci və 3-cü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. 1-ci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxsl ərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Qeyd olunanlardan göründüyü kimi iddiaçı yalnız mövcud hüquq və qanunla qorunan maraqlarının pozulduğu hallarda həmin pozuntularından qorunma tədbirləri görə, eləcə də müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinə dair iddiaçının qüvvədə olan hüquqmüəyyənedici sənədləri olmadığından, həmin əmlakı özgənin sahibliyindən geri tələb etmək hüququ da yaranmamışdır. Üstəlik, qeyd edilən torpaq sahəsi İcra Hakimiyyətinin müvafiq sərəncam və Ayrıc Aktı ilə cavabdeh MMC-yə ayrılmış, layihələndirmə və tikinti aparmaq işlərinə icazə verilmişdir. Dolayısı ilə sözügedən torpaq sahəsinin qanuni əsaslarla cavabdeh MMC-nin istifadəsində olması müəyyən olunmuşdur.

39. Digər tərəfdən, Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, 4 nömrəli qərarından görünür ki, məhkəmənin qanuni qüvvəsini almış qərarlarının nəzərə alınması və həmin qərarların icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi "Bakı Ağ Şəhər" Layihəsinin rəhbərliyinə həvalə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin o mövqeyi ilə razılaşır ki, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezdentinin xx xxxxxx 2016-cı il tarixli, 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 3.0.1-ci və 3.0.3-cü maddələrin in məzmununa görə, Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hüquqi və fiziki şəxslərə sorğular göndərilə, zəruri sənədlər və məlumatlar alına bilər. Şura yazılı göstərişləri nöqsan və pozuntuların aradan qaldırılması ilə bağlı yerli icra hakimiyyəti orqanının vəzifəli şəxslərinə vermək hüququna malikdir. Sözügedən qərarın icrası bilavasitə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh MMC həmin qərarın icra edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi tapşırılan səlahiyyətli subyekt deyildir.

40. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 157.2, 157.8, 158.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. Həmin qətnamədən narazı qalan iddiaçı kiçik müəssisə ondan kassasiya şikayəti verərək, qətnaməni ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yen i qərar qəbul edilməsini məhkəmə kollegiyasındən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri

42. İddiaçı kiçik müəssisənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mübahisəli torpaq sahəsinin "İddiaçı2" kiçik müəssisənin istiadəsinə verilməsinə dair sərəncamlar habelə aidiyyəti icarə müqaviləsinin Bakı səhəri İcra hakimiyyəti başçısının aktı ilə ləğv edildiyi; həmin ərazinin sərəncam və ayrıca aktı ilə cavabdeh təşkilata ayrılmış layihələndirmə və tikinti aparmaq üçün icazə yerildiyi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə icra hakimiyyətinin qeyd edilən sərəncamının ləğv edilməsinin bilavasitə icra hakimiyyətinin özünə həvalə edilsə də həmin qurum tərəfindən sözügedən aktın ləğv edilmədiyi, dolayısı ilə iddiaçının istifadə hüququnun bərpa olunmadığı”nı göstərmişdir.

43. Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 2013-cü il tarixli 067 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı2 kiçik müəssisə arasında 0811 saylı, xx xxxxxx 2007ci il tarixli icarə müqaviləsi və ona edilmiş xx xxxxx 2008-ci il və xx xxxxxx 2009-cu il tarixİi dəyişikliklər, 574 saylı xx xxxxxx 2007-ci il tarixli 45 saylı, xx xxxxxx 2008-ci il tarixli 355 saylı, xx xxxxxxxx 2009-cu il tarixli sərəncamlar xx xxxx 2013-cü il tarixdən ləğv edildiyindən, İddiaçı2 kiçik müəssisənin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarsı iddia ilə məhkəməyə müraciət etmişdir 44. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırda qüvvədə olan xx xxxxxx 2014cü il tarixli qərarı ilə təmin edilərək, "İddiaçı2" kiçik müəssisəyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə 0,1391 ha torpaq sahəsinə dair, Bakı şəhər İcra hakimiyyəti tərəfindən qanunsuz hərəkətlərinə son qoyulması və Bakı şəhər İcra hakimiyyəti başçısının 067 saylı, xx xxxx 2013-cü il tarixli sərəncamının ləğv edilməsi Bakı şəhəri İcra Hakimiyyətinə həvalə edilmişdir.

45. Göründüyü kimi məhkəmənin sübut kimi istinad etdiyi mübahisəli torpaq sahəsinin “İddiaçı2 kiçik müəssisənin istifadəsinə verilməsinə dair sərəncamların, habelə aidiyyəti icarə müqaviləsinin Bakı şəhəri İcra hakimiyyəti başçısının aktı ilə ləğv edilməsi barədə sübuta istinad etməklə artıq hüquqi və faktiki baxımdan mühahisələndirilmiş və ləğv olunması qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında Bakı şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmuş etibarsız bir sənədə sübut kimi istinad etməklə prosessual hüquq normalarını pozmuşdur.

46. Bakı şəhər İcra Hakimiyytinin xx xxxx 2013-cü il tarixli 067 saylı sərəncamı Bakı şəhəri İcra hakimiyyəti tərəfindən bu günədək ləğv edilməsə də, yuxarıda sözügedən məhkəmə qərarı ilə Bakı səhəri, Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə 0,1391 ha torpaq sahəsinin "İddiaçı2" kiçik müəssisənin icarəsində olduğu və onun göstərilən torpaq sahəsinə dair hüquqlara malik oluduğu müəyyən edilmişdir.

47. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində “İddiaçı2" kiçik müəssisənin "hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə dair iddiaçının qüvvədə olan hüquqmüəyyənedici sənədləri olmadığından, həmin əmlakı özgənin sahibliyindən geri tələb etmək hüquqnun yaranmadığı" barədə gəldiyi qənaəti qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı hər hansı yazılı etiraz ərizəsi təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

49. İddiaçı kiçik müəssisənin qanuni təmsilçisi A.Ağayev və vəkili V.Quliyev kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.

50. Cavabdeh MMC-nin vəkili Vəkil1 kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər.

51. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq 3-cü şəxs İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. M əhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, 3-cü şəxs İcra Hakimiyyətinə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

52. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

53. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

54. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilə n şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

55. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1 bəndinin 6-cı abzasına görə, istifadə və icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir.

56. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərə findən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

57. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Həmi n Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

62. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

63. İş üzrə iddiaçı kiçik müəssisə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

64. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin fa ktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən s axlanılmalıdır.

66. Hazırki iş üzrə müəyyən edilir ki, mübahisəli 0,1391 ha (təxminən 14 sot) torpaq sahəsinin də yerləşdiyi ərazi (221,4000 ha) hələ xx.xx.2007-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti başçısının eyni tarixli 262 saylı sərəncamı ilə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisi üçün Cavabdeh Azərbaycan İnkişaf Şirkətinə verilmişdir.

67. Bundan sonra, xx.xx.2007-ci il tarixdə mübahisələndirilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının eyni tarixli 577 saylı sərəncamı ilə yaşayış və kottec tipli evlərin tikintisnin layihələndirilməsi üçün İddiaçı2 kiçik müəssisənin istifadəsinə verilmişdir.

68. Qeyd olunmalıdır ki, ilk əvvəl mübahisəli torpaq sahəsinin yerləşdiyi 9,7848 ha ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının 1332 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə “xxxx” firmasına avtomobillərə texniki xidmət məntəqəsinin təşkili, sonra isə (Bakı şəhər İcra Hakimiyyəti başçısının 165 saylı xx.xx.2007-ci il tarixli sərəncamı ilə) kottec tipli evlərin tikintisi məqsədilə üçün ayrılsa da, həmin firma bu ərazidə hər hansı iş görməmiş və tikinti aparmamışdır.

69. Eyniliklə də, İddiaçı2, ona istifadəyə verilmiş 0,1391 ha torpaq sahəsində hər hansı tkinti işlərini görməmişdir, həmçinin (ola bilsin) ona görə ki, “xxxx” firmasından ona keçmiş 8,1824 ha ərazinin əksər hissəsinin (8,0433 ha) könüllü olaraq başqa hüquqi şəxsin (“xxxx” MMC-nin) adına keçirilməsinə razılıq vermişdir (Bakı şəhər İcra Hakimiyyəti başçısının 355 saylı xx.xx.2009-ci il tarixli sərəncamı).

70. O da qeyd olunmalıdır ki, işin materiallarında olan, iddiaçı kiçik müəssisənin adına tərtib edilmiş “Ağ ləpələr” şəhərciyinin esgiz layihəsindən də görünür ki, bu şəhərciyin 14 sot torpaq sahəsində yerləşdirilməsi mümkün iş deyil.

71. Digər tərəfdən, hamıya bəllidir ki, Cavabdeh Azərbaycan İnkişaf Şirkət,i ona təhkim edilmiş ərazidə nəhəng bir layihəni (“Ağ şəhər”) artıq gerçəkləmiş, burada bütün infrastrukturası yardılmaqla böyük bir şəhərcik salınmışdır.

72. Göründüyü kimi, cavabdeh MMC-nin mübahisəli torpaq ərazisi üzərində hüquqları İddiaçı2 kiçik müəssənin hüquqlarından heç də az deyil, bu hüquqlar iddiaçı kiçik müəssisənin hüquqları kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının qüvvədə olan müvafiq sərəncamlarına əsaslanır.

73. İddiaçı kiçik müəssisə kassasiya şikayətində göstərir ki, mübahisəli torpaq sahəsinə dair onun icarə hüq uqlarını ləğv edən Bakı şəhər İcra Hakimiyyəti başçısının 067 saylı xx.xx.2013-cü il tarixli sərəncamı məhkəmə qərarı ilə etibarsız sayılmışdır. Bu əsasla iddiaçı kiçik müəssisənin mübahisəli torpaq sahəsi üzərindəki hüquqları bərpa olunmuş, deməli, cavabdeh MMC həmin ərazini boşaldaraq oradan çıxmalıdır.

74. Məhkəmə kollegiyası bu dəlillə razı deyil. Bəli, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-ci il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 067 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ona görə qanunvericiliyə zidd (məhkəmə qərarında sərəncamın etibarsız sayılması kəlməsindən istifadə etməmişir) saylımışdır ki, İcra Hakimiyyətinin iddiaçı kiçik müəssisə ilə bağlanmış icarə müqaviləsinə Torpaq Məcəlləsinin 75-ci maddəsinə zidd olaraq məhkəmədən kənar xitam vermiş dir (bax hazırki qərarın 55-56cı bəndlərinə).

75. Eyni zamanda qeyd olunmalıdır ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-ci il tarixli qərarı ilə mübahisələndrilən sərəncam ləğv edilməmişdir, onun ləğvi Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsa da, məhkəmə qərarı indiyədək icra olunmamışdır. Bu halın mövcudluğu həm Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasında, həm də Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasında keçirilmiş müzakirələrdə öz təsdiqini tapmışdır.

76. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-ci il tarixli qərarı cavabdeh MMC-nin mübahisəli torpaq sahəsi üzərində hüquqlarına hər hansı təsir göstərə bilməz. Əvvəla ona görə ki, iddiaçı kiçik müəssisənin bu sahə üzərindəki hüquqları cavabdeh MMC-nin hüquqlarından üstün deyil, ikincisi, cavabdeh MMC-nin bu hüquqları qanuni əsaslarla əldə edilmişdir və Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsaslanır, bu sərəncamlar indiyədək qüvvədədir, onlar nə İcra Hakimiyyətinin öz tərəfindən, nə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-ci il tarixli qərarı ilə, nədəki, digər məhkəmə qərarı ilə ləğv edilməmişdir.

77. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı kiçik müəssisənin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

78. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı2 kiçik müəssisənin kassasiya şikayəti təmin edilməsin. Bakı A pelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar