Məhkəmə qərarları › İş №2-2(102)-80/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-80/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-80/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun ödənilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə (ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cə miyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs olmaqla) qarşı “kredit borcunun ödənilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh1 MTK tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-970/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bank) ilə "xxxx" ASC (borcalan) arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 3 % olmaqla 360 gün müddətinə 4.100.000 manat məbləğində kredit verilmiş, müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" ASC (borcalan) və Cavabdeh1 MMC arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli, İBQ15-1762/2 saylı ipoteka müqaviləsinə görə, “Şərq Era” MMC mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsini 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışa görə, Cavabdeh1 MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torp aq sahəsi 03.10.2016-cı il tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə hüquq yüklü edilmiş və 29 oktyabr 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 18330 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

4. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 24 oktyabr 2016-cı il tarixli, 0500923-2016 nömrəli bildirişə görə, ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 MMC-nə müvafiq bildiriş göndərilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 05.11.2016cı il tarixdə **********77 nömrəli məktubla Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verərək, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatının aparıldığını bildirmişdir.

6. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bank) ilə "xxxx" ASC (borcalan) arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli, KBQ15-1807 nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 3 % olmaqla 360 gün müddətinə ******* manat məbləğində kredit verilmiş, müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

7. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli KBQ15-1807 nömrəli kredit müqaviləsinə 22 iyun 2016-cı il tarixli Əlavəyə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə 28 dekabr 2015-ci il tarixli KBQ15-1807 nömrəli kredit müqaviləsinə əsasən veril miş kredit borcunun ödəniş müddəti 23 iyun 2017-ci il tarixədək uzadılmışdır.

8. Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" ASC (borcalan) və Cavabdeh2 MMC arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, İBQ15-1807/2 saylı ipoteka müqaviləsinə görə, “Evint” MMC mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsini 28 dekabr 2015-ci il tarixli KBQ15-1807 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa görə, Cavabdeh2 MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsi 24.06.2016-cı il tarixədək Azərbaycan Respu blikasının Mərkəzi Bankının xeyrinə yüklü edilmiş və 28 yanvar 2016-cı ildə Daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 7866 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

10. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 24 oktyabr 2016-cı il tarixli, 05- 00914-2016 nömrəli bildirişə görə, ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh2 MMC-nə müvafiq bildiriş göndərilmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 05.11.2016-cı il tarixdə **********93 nömrəli məktubla Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verərək, Cavabdeh2 MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qe ydiyyatının aparıldığını bildirmişdir. 12. 04 fevral 2021-ci il tarixli, 11-00064-2021 nömrəli maliyyə arayışına görə, "xxxx" ASC-nin 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1.250.646 manat, faiz borcu 10.109,38 manat, 28 dekabr 2015-ci il tarixli KBQ151807 nömrəli kredit müqaviləsi üzrə isə əsas borcu 3.700.000 manat, faiz borcu 50.566,66 manat təşkil edir.

13. Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2021-ci il tarixli, 9/1679 saylı ekspert rəyinə görə, 1-ci sual üzrə maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, "xxxx" ASC-nin 04.02.2019-cu il tarixə əsas borcunun 1.250.646 manat, faiz borcunun 10109,38 manat məbləğində olduğu; 2-ci sual üzrə maliyyə ar ayışı, hesabdan çıxarış məlumatları, 28 dekabr 2015-ci il tarixli KBQ15- 1807 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, "xxxx" ASC-nin məbləğində olduğu müəyyən edilmişdir. 14. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 27.05.2021-ci il tarixli, ƏEM/M 64-523/21 saylı qiymətləndirmə rəyinə görə, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, küçəsində yerləşən 0,65081 ha torpaq "xxx" sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri 5.210.000 manat, Cavabdeh2nə məxsus 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri 2.921.000 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – “i ddiaçı”) cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nə (bundan sonra – “cavabdehlər”) (ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-nin 09 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə 1.250.646 (bir milyon iki yüz əlli min altı yüz qırx altı) manat əsas, 10.109,38 (on min yüz doqquz manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1.260.755,38 (bir milyon iki yüz altmış min yeddi yüz əlli beş manat otuz səkkiz qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə, 28 dekabr 2015-ci il tarixli, KBQ15-1807 nömrəli kredit müqaviləsi üzrə 3.700.000 (üç milyon yeddi yüz min) manat əsas, 50566,66 (əlli min beş yüz altmış altı manat altmış altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3.750.566,66 (üç milyon yeddi yüz əlli min beş yüz altmış altı manat altmış altı qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 MMC-yə mülkiyyət hüququ ilə məxsus 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın y önəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında 09 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli və 28 dekabr 2015-ci il tarixli, KBQ15-1807 nömrəli kredit müqavilələri bağlanmışdır. KBQ15-1762 nömrəli kredit müqaviləsi 4.100.000 (dörd milyon yüz min) manat məbləğində kreditin illik 3 % olmaqla 360 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 03 oktyabr 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 14 oktyabr 2015-ci il tarixli, İBQ15-1762/2 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh1 MMC-yə mülkiyyət hüququ ilə məx sus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. KBQ15-1807 nömrəli kredit müqaviləsi 3.700.000 (üç milyon yeddi yüz min) manat məbləğində kreditin illik 3 % olmaqla, 180 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 24 iyun 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Qeyd edilən kredit müqaviləsinə edilmiş 22 iyun 2016-cı il tarixli Əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 23 iyun 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 13 yanvar 2016-cı il tarixli, İBQ15-1807/2 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh2 MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2-1(81)- 3620/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilərək, bank barəsində iflas proseduruna başlanılmışdır və Əmanətlərin Sığortalanması Fondu hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsini davam etdirir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri "xxxx" ASC-nin ləğvedicisinə 21 oktyabr 2016-cı il tarixli, 0500909- 2016 nömrəli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. "xxxx" ASC-nin Mərkəzi Bank qarşısında 09 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə 1.250.646 (bir milyon iki yüz əlli min altı yüz qırx altı) manat əsas, 10.109,38 (on min yüz doqquz manat otuz səkkiz qəpik) manat faiz borcu, 28 dekabr 2015-ci il tarixli KBQ151807 nömrəli kredit müqaviləsi üzrə 3.700.000 (üç milyon yeddi yüz min) manat əsas, 50.566,66 (əlli min beş yüz altmış altı manat altmış altı qəpik) manat faiz borcu vardır. Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq 19 sentyabr 2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşya nın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 iyun tarixli, e-2-2(113)-409/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ləğv prosesində olan "xxxx" ASC-nin 9 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə 1.250.646 (bir milyon iki yüz əlli min altı yüz qırx altı) manat əsas, 10.109,38 manat (on min yüz doqquz manat otuz səkkiz qəpik) faiz borcu olmaqla, ümumilikdə 1.260.755,38 (bir milyon iki yüz altmış min yeddi yüz əlli beş manat otuz səkkiz qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0, 65081 ha torpaq sahəsinə; 28 dekabr 2015-ci il tarixli, KBQ15-1807 nömrəli kredit müqaviləsi üzrə 3.700.000 (üç milyon yeddi yüz min) manat əsas, 50.566,66 manat (əlli min beş yüz altmış altı manat altmış altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 3.750.566,66 manat (üç milyon yeddi yüz əlli min beş yüz altmış altı manat altmış altı qəpik) kredit borcunun ödənilməsi üçün Cavabdeh2 MMC-yə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödən ilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğlərin müvafiq olaraq cavabdehlərə qaytarılması, Cavabdeh1 MTK-nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin ilkin satış qiyməti ******* (beş milyon iki yüz on min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinin ilkin satış qiyməti 2.921.000 (iki milyon doqquz yüz iyirmi bir min) manat məbləğində müəyyən edilməsi, cavabdehlərdən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1000 (min) manat pulun cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən cavabdehlərə məxsus yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla” müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

19. Hər iki ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka qoyulan əmlaklar istinad edilən müvafiq kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə verilmiş kreditlərin müqavilələrdə qeyd olunan tarixlərədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilmə faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır.

20. Məhkəmə tərəfindən ipo teka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 MMC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri ******* manat, Cavabdeh2 MMC-yə məxsus olan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri ******* manat təşkil olması müəyyən edilmişdir.

21. Belə olan halda, Cavabdeh1 MMC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin likvid dəyəri ******* manat, Cavabdeh2 MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən mənzilin likvid dəyəri ******* manat məbləğində müəyyən edilməlidir.

22. Məhkəmə bu qənaət ini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 269, 270.1, 385.1, 386, 739, 442, 448.1, 317.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 39.3.3, 1.0.9, 41.1-ci, “Banklar haqqında” Qanunun 81-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh1 MTK həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən – “LPO Zaminbank" ASC-nin KBQ15-1762 nömrəli 09.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.250.646 manat əsas,10.109,38 manat faiz borcu olmaqla, ümumilikdə 1.260.755,38 manat kredit borcunun ödənilməsi üçün ona məxsus olan Bakı şəhəri, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə tutma yönəldi lməsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi, habelə qeyd olunan əmlakın ilk satış qiyməti 5.210.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-970/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) Cavabdeh1 MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 iyun tarixli, e-2-2(113)-409/2021 saylı qətnaməsi “Şərq Era" MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

25. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə (bax yuxarıda §§ 18-22) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

26. Həmçinin Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillər onunla "xxxx" ASC arasında 2010, 2011 və 2015-ci illərdə bağladığı kredit müqavilələri ilə bağlıdır. Hazırkı mübahisə isə AR Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsi, Mərkəzi Bankı, "xxxx" ASC və cavabdeh arasında bağlanmış 14 oktyabr 2015ci il tarixli İBQ15-1762/2 saylı ipoteka müqaviləsi ilə bağlıdır ki, sözügedən 09 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən, 14 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə müəyyən edilən təminat prosedurunun tətbiqi zəruri olmuşdur.

27. Cavabdeh1 MTK həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh1 MTK ilə "xxxx" ASC arasında bağlanmış 29 yanvar 2010-cu il, 12 aprel 2011-ci il, 24 iyun 2011-ci il, 02 avqust 2011-ci il, 14 oktyabr 2011-ci il və 22 oktyabr 2015ci il tarixli kredit müqavilələrinin iş üzrə mübahisəli müqavilələr ilə bilavasitə bağlılığı vardır. Belə ki, mübahisəli əmlak - Bakı şəhəri, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsi kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin yüklülük qüvvədə olduğu müddətdə mübahisəli əmlak 14 oktyabr 2015-ci il tarixli, İBQ15-1762/2 nömrəli sonrakı ipoteka müqaviləsi ilə ipoteka saxlayan olaraq "xxxx" ASC-nin Mərkəzi Bank qarşısında yaranan öhdəliklərinin icrasının təminatına çevrilmişdir.

29. Cavabdeh1 MTK "xxxx" ASC ilə bağladığı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, kreditləri tam ödəmişdir.

30. Kassasiya şikayəti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci, Mülki Məcəllənin 527.1, 528-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. İş üzrə Cavabdeh1 MTK apelyasiya məhkəməsinin qərarını ona aid hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallar ı yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Mülki Məcəllənin müvafiq müddəalarınd a aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı ” 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları ” 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı ” Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallar da, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti ” 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. "Maddə

739. Borc müqaviləsi ” 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 37. “İpoteka haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 39.”İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması” ” 39.3.”Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:.... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir...; İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bak ı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-970/2021 saylı qətnaməsi Cavabdeh1 MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

39. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka qoyulan əmlak istinad edilən müvafiq kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə verilmiş kreditlərin müqavilədə qeyd olunan tarixədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilmə faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatı olmuşdur.

40. İş material larından da göründüyü kimi, ipoteka müqaviləsinə əsasən Cavabdeh1 MTK-ya məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə qanunla” müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

41. İpoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 MMC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, "xxx" küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri ******* manat təşkil edir.

42. Həmçinin məhkəmələr cavabdehin apellyasiya şikayətində istinad etdiyi, onunla "xxxx" ASC arasında 2010, 2011 və 2015-ci illərdə bağladığı kredit müqavilələri ilə bağlı olmasına dair dəlillə bağlı düzgün olaraq qeyd etmişlər ki, hazırkı mübahisə AR Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsi, Mərkəzi Bankı, "xxxx" ASC və cavabdeh arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli İBQ15-1762/2 saylı ipoteka müqaviləsi ilə bağlıdır ki, sözügedən 09 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən, 14 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə müəyyən edilən təminat prosedurunun tətbiqi zəruri olmuşdur.

43. Qeyd edilənlərə əsasən məhkəmələrin işə baxarkən qanunsuz olaraq ondan kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul etdikləri barədə cavabdehin dəlilinin əsassız olduğu təsdiq edilir.

44. İşə kass asiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-970/2021 saylı qətnaməsi Cavabdeh1 MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

46. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-970/2021 saylı qətnaməsi Cavabdeh1 MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 MTK-nin kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar