Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-80/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun toxunulmazlığı və mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Qəribov Bəhman Fərhad oğlunun məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “mülkiyyət hüququnun bərpa edilməsi, torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(105)-844/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2008-ci il 29 oktyabr tarixli 2844 nömrəli Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MMC arasında bağlanmış icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən, müqavilənin predmetini İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağladığı 2008-ci il 7 oktyabr tarixli 8647 nömrəli icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 456 m2 qeyri-yaşayış sahəsi təşkil edir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 456 m2 qeyri-yaşayı ş sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 67.888 manata birbaşa satır, İddiaçı MMC isə onu satın alır. 2. 2008-ci il 21 noyabr tarixli 004142 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnaməyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 456 m2 qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. 3. 2008-ci il 21 noyabr tarixli 004144 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnaməyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 798,2 m2 qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. 4. 2008-ci il 21 noyabr tarixli 004143 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəha dətnaməyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, X1Zığ şossesi, 11-ci kilometr ünvanında yerləşən 486 m2 qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. 5. 2008-ci il 19 dekabr tarixli 001704 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, X1-Zığ şossesi, 11-ci kilometr ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 45927,5 m2 olan torpaq sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. 6. 2008-ci il 19 dekabr tarixli 001705 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satıl masına dair şəhadətnaməyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 7869,7 m2 olan torpaq sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. 7. 2009-cu il 26 sentyabr tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri Suraxanı rayonu, 11-ci km, Hava limanı-Zığ şossesi 6-da 2,62539 ha torpaq sahəsində yerləşən, 456 m2 ümumi, 456 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2187 nömrəli vərəqində qeydiyyata alınmışdır. 8. 2009-cu il 26 sentyabr tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri Suraxanı rayonu Hava limanı-Zığ şossesi 11-ci km, mülkiyyətində olan 4,59275 ha torpaq sahəsində yerləşən 6B nömrəli, 486 m2 ümumi, 486 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2197 nömrəli vərəqində qeydiyyata alınmışdır. 9. 2019-cu il 30 dekabr tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. 10. 2019-cu il 30 dekabr tarixli ********** qey diyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Suraxanı rayonu, Hava limanıZığ şossesi 11 km, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. 11. 2020-ci il 7 yanvar tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri Suraxanı rayonu Hava limanı-Zığ şossesi 11 km, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" AS C (bundan sonra – “cavabdeh”) tərəfindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci km, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsindən, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci km, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsindən və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci km, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, cavabdehin həmin torpaq sahələrindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin hesabına boşaldılması və həmin torpaq sahələrinin iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi işin halları ilə (bax § 1-11) əsaslandırılmış və əlavə olaraq mübahisəli t orpaq sahələrinin uzun illərdir cavabdeh tərəfindən zəbt olunduğunu bildirilmişdir. Torpaq sahələrinin zəbt olunması iddiaçının mülkiyyət hüququnu kobud surətdə pozmaqla külli miqdarda maddi zərər vurmuş və vurmaqda davam edir. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq bu nəticəsiz qalmışdır. Sonuncu dəfə, 2022-ci il 16 iyun tarixində cavabdehə yazılı qaydada xəbərdarlıq edilərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, X1-Zığ şossesi, 11-ci km ünvanında yerləşən 0,787 ha, 2,6254 ha və 4,5927 ha torpaq sahələrindən 5 gün müddətində çıxmaları və boşaltmaları tələb edilmiş, əks halda mülkiyyət hüququnun pozulmasına son qoyulması, zəbt edilmiş torpaq sahələrindən çıxarılması, torpaq sahələrinin boşaldılması və dəymiş maddi zərərin əvəz inin ödənilməsinə dair iddiaçı tərəfindən iddia ərizəsi ilə aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi nəzərlərinə çatdırlmışdır. Lakin yenə də heç bir nəticə əldə edilməmişdir.
14. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 2008-ci il 20 oktyabr tarixli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki, Zığ-Aeroport magistral avtomobil yolunun sağ və sol tərəfində cavabdeh tərəfindən yaşıllaşdırma işləri görülmüş və tinglik sahəsi salınmışdır.
15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 fevral tarixli e-2-2(113)-292/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci km, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsindən, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci km, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsindən və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci km, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsindən çıxarılmaqla, həmin torpaq sahələri cavabdehin hesabına boşaldılmaqla iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim – E.Əliyev).
16. Məhkəmə iddia ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edillmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamələrə, həmçinin ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlara görə, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci km, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsi, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci km, 6 ünvanında yerlə şən 2,6254 ha torpaq sahəsi və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci km, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsi alqı-satqı müqavilələri, habelə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilən şəhadətnamələrlə iddiaçı tərəfindən satın alınmış və hüquq müəyyənedici sənəd olaraq, hər üç torpaq sahəsi üzrə ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlarla iddiaçının hər üç torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edilmişdir.
17. Cavabdeh isə mübahisəli torpaqların onun mülkiyyətində olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməsə də, iddiaçıya məxsus torpaq sahəsi halhazıradək onun istifadəsindədir. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməklə sonuncunun mülkiyyət hüququnu pozm uşdur.
18. Məhkəmə iclasında və yerli baxışda iştirak edən cavabdehin nümayəndələri Nümayəndə4 və Nümayəndə3 iddianı qəbul etməyərək izahatlarında 2008-ci il 20 oktyabr tarixli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki, Zığ-Aeroport magistral avtomobil yolunun sağ və sol tərəfində cavabdeh tərəfindən yaşıllaşdırma işlərinin gördüyünü, tinglik sahəsinin salındığını bildirmişlər. Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarında qeyd etdikləri ilə bağlı göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki, Zığ-Aeroport magistral avtomobil yolunun kənarında iddiaçıya məxsus torpaq sahəsində yaşıllaşdırma işlərin aparılması və tinglik sahəsinin salınması, həmin torpaq sahələrin üzərində cavabdeh tərəfindən mülkiyyət hüququnun əldə edilməsinə əsas vermir və buna görə iddiaçının pozulmuş mülkiyyət hüququ bərpa edilməlidir.
19. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152,1, 152.5, 157.1, 157.2, 178.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-844/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
22. MM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur. Mübahisəli torpaq sahələrinin iddiaçının mülkiyyətində və cavabdehin sahibliyində olması işin mübahisəsiz halıdır. Cavabdehin sahibliyi isə qanunsuzdur. Çünki cavabdehin həmin torpaq sahələrinə dair hər hansı sahiblik və istifadə hüququ mövcud deyil.
24. Məhkəmə kollegiyası cavabdehin Bakı şəhər İcra Hakimiyyətinin 2008-ci il 20 okt yabr tarixli sərəncamına istinad etməsini əsassız hesab etmişdir. Belə ki, həmin sərəncamın məzmununa görə, həmin sərəncamla yeni çəkilmiş Zığ-Aeroport yolunun sağ və sol tərəflərində 100 metr məsafədə yaşıllıq zonasının salınması və yaşıllıqların suvarılması məqsədilə, Hövsan qəsəbəsinin şimal-şərqində quşçuluq kompleksinin yaxınlığında yerləşən, su quyularının qazılması, su anbarının və nasosxanalarının tikilməsi üçün torpaq sahələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daimi istifadəsinə verilmişdir.
25. Məhkəmə iclasında tərəflərin izahatlarına əsasən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində və cavabdehin sahibliyində olan torpaq sahələri isə yoldan 100 metr deyil, təxminən 200-300 metr aralı məsafədə yerləşir. Yəni həmin sərəncamın mülkiyyətdə olan to rpaq sahələrinə heç bir aidiyyəti yoxdur və həmin torpaq sahələri ilə üst-üstə düşmür (bu hal tərəflərin izahatlarına əsasən mübahisəsiz olduğuna görə iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə zərurət olmamışdır).
26. Həmçinin cavabdeh tərəfindən həmin torpaq sahələrində yaşıllaşdırma işlərinin aparılması və tinglik sahəsinin salınmasının da mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur və bu həmin torpaq sahələri üzərində cavabdehin sahiblik və istifadə hüququ əldə etməsinə əsas verən amil deyildir.
27. Göründüyü kimi iddia tələblərinin qanuni əsasını təşkil edən MM-in 157.2-ci maddəsinin bütün dispozisiya şərtləri mövcud olmuşdur və ona görə də, iddiaçı mübahisəli sahənin cavabdeh tərəfindən boşaldılmasını tələb etməkdə tam haqlı olmuşdur. Ona görə də, iddia təmin edilm əlidir.
28. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının apellyasiya icraatında mübahisələndirilməsini əsassız hesab etmişdir. Çünki, cavabdeh birinci instansiya məhkəməsində mübahisəli torpaq sahələrinin iddiaçının mülkiyyətində olmasını və onun mülkiyyət hüquqlarını mübahisələndirməmişdir. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin, cavabdeh tərəfindən belə hal göstərilməmişdir.
29. Məhkəmə istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) maddələrinə əsasən qeyd etmişdir ki, apellyasiya baxışında yeni faktları n və sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər. Həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.
30. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 157.2-ci; MPM-in 209.3, 372.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
31. Cavabdeh kassasiya şikayəti verərək, qətnamə ləğv olunmaqla iş üzrə yeni qərar çıxarılmasını və ya işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
32. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur – məhkəmə yalnız iş materiallarında olan sübutlar və tərəfin izahatları ilə kifayətlənməli olmuşdur.
33. Digər məsələlərdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.
34. Həmçinin sözügedən ərazi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il 20 oktyabr tarixli 555 nömrəli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istifadəsinə verilmişdir. Ərazi hamarlanmış, tikinti və məişət tullantılarından təmizlənmiş, münbit torpaq və üzvi gübrələr daşınaraq torpaq hazırlığı işləri aparılmış və ərazidə müxtəlif növ ağaclar əkilmiş, ti nglik sahələri salınmış və yaşıllıqlar damcılı suvarma sistemi ilə təchiz edilmişdir. Hal-hazırda iddia olunan 8 hektar ərazidə 7.000 ədəddən çox müxtəlif cinsli ağaclar becərilir və tinglik sahələrində ildə 1 milyon ədədə yaxın müxtəlif cinsli əkin materialları yetişdirilir. Yetişdirilən əkin materialları Bakı və ətrafı, eyni zamanda işğaldan azad edilmiş ərazilərin yaşıllaşdırılmasında istifadə olunur. Müəyyən edilmişdir ki, iddiaçı özlərinə məxsus olmasını qeyd etdikləri torpaq sahəsi üzərində mülkiyyət hüququnu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmiş müvafiq sərəncamdan sonra, yəni 2009-cu il 23 sentyabr və 26 sentyabr tarixlərində, torpaq sahəsinin planı və ölçüsü barədə sənədi isə 2019-cu il 30 dekabr tarixində əldə etmişdir. Eyni za manda iddiaçı ilk dəfə ərazidə yalnız qeyd edilən ağacların əkilməsindən xeyli müddət keçdikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2018-ci il 13 iyul tarixli 218 nömrəli məktubla müraciət edərək, sözügedən torpaq sahəsinin mülkiyyət hüququ əsasında onlara məxsus olduğunu bildirmişlər. Qeyd olunan torpaq sahəsi uzun müddət cavabdehin istifadəsində olmasına baxmayaraq iddiaçı tərəfindən qeyd olunan tarixdə mülkiyyət hüququna dair çıxarış alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən torpaq sahəsinin cavabdehin istifadəsində olması hallarını nəzərə almamışdır.
35. MPM-in 217 və 218-ci maddələrinin tələbləri pozulmuşdur - hər iki instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamələr qeyd edilmiş əsaslara görə əsassızdır və ləğv edilməlidir. Bakı Komm ersiya Məhkəməsinin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, heç olmasa maraq və işin obyektiv aparılması məqsədilə əraziyə yerində baxılmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, nəticədə ədalətsiz və əsassız bir qətnamə qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır.
36. Məhkəmə işin faktiki hallarını ümumiyyətlə araşdırmamışdır. Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etmiş olduğu qətnaməsində maddi və prossesual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırlmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qətnamədə müəyyə n olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş və bununla da qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. Ona görə göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas hesab edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı 2024-cü il 2 fevral tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini təmin etməyərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-844/2023 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
38. Etiraz belə əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu 11-ci km, Hava limanı - Zığ şossesi 6-da yerləşən, “Azərelektromaş" ElB-nin ("xxxx" ASC) yardımçı təsərrüfat sahəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında bağlanmış 2008-ci il 7 oktyabr tarixli 8647 nömrəli icarə müqaviləsinə uyğun olaraq iddiaçıya icarəyə verilmişdir. Sonradan icarəyə verilmiş həmin sahə dövlət əmlakının satıcısı kimi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 2008-ci il 29 oktyabr tarixli 2844 nömrəli alqı-satqı müqaviləsi ilə iddiaçıya satılmış və bu barədə cəmiyyətin adına 2008-ci il 21 noyabr tarixli 004142 nömrəli şəhadətnamə verilmişdir.
39. Kassasiya şikayətində maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair heç bir dəlillər bildirilməmiş, prosessual hüquq normalarının pozulmasına və düzgün tətbiq edilməməsinə dair hissəsində isə konkret dəlillər göstərilməyərək ümumi sözlərlə kifayətlənilmişdir. Eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair hissədə də heç bir dəlil göstərilməmişdir. Şikayətdə göstərilən digər məsələlərdə isə əsasən ümumi ifadələr işlədilməklə hüquqi məsələlərə toxunulmamış və şikayət verilən apellyasiya instansiya məhkəməsinin deyil, birinci instansiya məhkəməsinin çıxardığı qətnaməyə münasibət bildirilmişdir. Həmçinin MPM-in 407-ci maddəsinin tələblərinə zidd olaraq kassasiya şikayətinin forma və məzmununa riayət edilməmiş, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.
40. Eyni zamanda, MPM-in 407.2-ci maddəsinin tələblərinə zidd olaraq işin hallarının sübut olunmasına, faktiki halların aydınlaşdırlmasına və uyğun olmamasına toxunulmuşdur. Həmçinin kassasiya şikayətində MPM-in 217- 218-cı maddələrinin pozulduğu göstərilsə də həmin pozuntuların nədən ibarət olması əsaslandırılmamışdır.
41. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndələri qeyd edilən topraq sahələrinin iddiaçının mülkiyyətində olmasını mübahisələndirməmiş, digər ünvanlarda olduğu kimi həmin topraq sahələrinin də müddət göstərmədən qaytarılacağını bildirmişlər. Uzun müddət iddiaçı ilə cavabdeh arasında müzakirə edilərək razılaşdırılmış barışıq sazişinin layihəsinin məzmununa görə, torpaq sahələrinə dair iddiaçının mülkiyyət hüququnu cavabdeh tərəfindən mübahisələndirilməmiş, yalnız topraq sahələrinin boşaldılması müddəti ilə əlaqədar razılıq əldə edilmədiyindən saziş imzalanmamışdır. Bunu elektron məhkəmə sisteminə təqdim edilmiş sazişin layihəsi də təsdiq etmişdir. Həmçinin cavabdeh birinci i nstansiya məhkəməsində iddia ərizəsinə dair heç bir etiraz təqdim etməmiş və heç bir vəsatət verməmişdir. Cavabdeh, sonradan qeyd edilən torpaq sahələrinə dair çıxarışların etibarsız hesab edilməsinə dair iddia tələbi ilə Bakı İnzibati məhkəməsinə müracət etsə də, həmin məhkəmənin 2023-cü il 17 oktyabr tarixli 2-1 (112)12837/2023 nömrəli iş üzrə qərardadı ilə iddia mümkün sayılmamışdır. Cavabdeh tərəfindən həmin qərardaddan şikayət verilməmişdir.
42. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin 2008-ci il 20 oktyabr tarixli sərəncamının məzmununa görə, həmin sərəncamla yeni çəkilmiş Zığ-Aeroport yolunun sağ və sol tərəflərində 100 metr məsafədə yaşıllıq zonasının salınması və yaşılllıqların suvarılması məqsədilə, Hovsan qəsəbəsinin şimal-şərqində quşçuluq kompleksinin yaxınlığında yerləşən, su quyularının qazılması, su anbarının və nasosxanalarının tikilməsi üçün, torpaq sahələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahələri isə yoldan 100 metr deyil, təxminən 200-300 metr aralı məsafədə yerləşir. Apellyasiya instansiya məhkəməsində cavabdehin nümayəndəsi də bunu təsdiq etmişdir. Yəni həmin sərəncamın iddiaçının mülkiyyətində olan topaq sahələrinə heç bir aidiyyəti yoxdur və həmin torpaq sahələri ilə üst-üstə düşmür. Həmin sərəncamın 2.5-ci bəndinə əsasən, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. 43. “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırlması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 oktyabr tarixli 2471 saylı sərənc amına əsasən, həmin sərəncam magistral avtomobil yollarının mühafizə zolağının yaşıllaşdırılmasına şamil edilir. İddiaçının mülkiyyətində olan torpaq sahələri isə həmin mühafizə zolağına daxil deyildir. 44. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 11 sentyabr tarixli 298 saylı qərarına əsasən Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilmişdir: - 1.1 respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində. - 1.2 yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12, 5 metr enində.
45. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş cavabdehin nizamnaməsinin 3.2.20-ci bəndinə əsasən mülkiyyət və təşkilatı - hüquqi formasından asılı olmayaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin sifarişi və ya icazəsi əsasında onların yaşıllıqların salınması nəzərdə tutulan torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi və həmin nizamnamənin 3.2.21-ci bəndinə əsasən isə yeni salınmış yaşıllıqların torpaq mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə təhvil verilməsinin təşkil edilməsi cavabdehin əsas məqsədi və fəaliyyət istiqamətlərinə daxil edilmişdir. Lakin buna baxmayaraq cavabdeh nizamnamə ilə üzərlərinə düşən vəzifələri də yerinə yetirməyərək iddiaçının icazə si olmadan mülkiyyətdə olan torpaq sahələrində yaşıllıqlar salmış və qanunvericiliyin tələblərinə zidd olaraq torpaq sahələrində yaşıllıqlar salsa da sonradan həmin topraq sahələrini iddiaçının mülkiyyətinə qaytarmamışdır. Kassasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bi lər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın...” “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər...” “Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir...”
49. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş s übutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərinin mahiyyəti bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyy ən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən torpaq sahəsinin cavabdehin istifadəsində olması hallarını nəzərə almamışdır.
52. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla həmin dəlillər şikayət verilən apellyasiya instansiya məhkəməsinin deyil, məhz birinci instansiya məhkəməsinin çıxardığı qətnaməyə münasibətdə bildirilmişdir. Bundan başqa hətta bunun texniki səhv olduğu fərz edilsə belə, şikayətdə ümumi ifadələr işlədilmiş, apellyasiya instansiya məhkəməsinin konkret hansı maddi və prosessual hüquq normalarını pozması əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməs inin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
53. Kassasiya şikayətinin digər bir dəlili ondan ibarət olmuşdur ki, məhkəmə yalnız iş materiallarında olan sübutlar və tərəfin izahatları ilə kifayətlənməli olmuşdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, bu mülki prosessual qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmənin nəticəsi MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
56. Kassasiya şikayətinin digər məsələlərə aid hissədə qeyd etdiyi faktiki hallara münasibətdə kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri tərəfindən cavabdehin həmin dəlillərinə ətraflı hüquqi qiymət verilmişdir və hazırda həmin dəlillərin təkrarlanmasına lüzum yoxdur.
57. Həmçinin nəzərə alınır ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012ci il 28 fevral tarixli Qərarındakı hüquqi mövqeyə görə “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin q ərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir”.
58. Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılarkən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
59. Eyni zamanda kollegiya qeyd edir ki, kassasiya şikayəti təmin olunmadığından ona qarşı etirazın əlavə olaraq qiymətləndirilməsinə lüzum qalmamışdır.
60. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
61. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(105)-844/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.