Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-82/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, real zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-891/2023 nömrəli qətnaməsindən iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 28 aprel tarixli *** nömrəli bank hesabının açılmasına dair razılaşma ilə İddiaçınə Cavabdeh Açıq Səhmdar Cəmiyyətində (Nərimanov filialı) rubl valyutası ilə cari hesab açılmışdır. 2. 2022-ci il 30 iyun tarixli xarici valyutanın alınması/satılması üzrə sifarişi ilə İddiaçı tərəfindən bir rubl üçün 0,03255 manat məzənnəsi ilə 7.500.000 Rusiya rublu (manat örtüyü 244.125) cavabdehdən alınmışdır.
3. İddiaçınə məxsus Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan AZ32NİCB**********0001A40060 nömrəli hesabdan çıxarışa əsasən, 2022-ci il 30 iyun tarixində 700.000 manat məbləğində pul hesaba mədaxil olunmuş, həmin tarixdə 3.375 manat valyuta/nağd kurs fərqi kimi, 240.750 manat rubl alışı kimi hesabdan məxaric edilmişdir. 2022-ci il 14 iyul tarixində 455.755 manat digər bank hesabına köçürülmüşdür.
4. İddiaçınə məxsus Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən olan AZ15NİCB**********0004R40160 nömrəli hesaba müvafiq olaraq 2022-ci il 30 iyun tarixində 7.500.000 rubl məbləğində pul hesaba mədaxil olunmuş, 2022-ci il 21 oktyabr tarixində 6.749.723,50 rubl, 2022-ci il 23 noyabr tarixində 735.305 rubl pul digər bank hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “cavabdeh”) qarşı 2023-cü il 31 mart tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi zərər qismində 34.125 manat məbləğində pul vəsaitinin və ilkin mediasiy a sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il 30 iyun tarixində iddiaçı ölkəyə idxal ediləcək malların dəyərini ödəmək üçün Rusiya Federasiyasına xarici valyuta ilə köçürülmə edilməsi məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından cavabdehdə olan hesabına 700 000 manat məbləğində pul köçürmüşdür. Həmin tarixdə 244 125 manat qarşılığında 1 rubl 0,03255 manat məzənnəsi ilə 7.500.000 rubl cavabdehdən alınsa da, sonradan sonuncu həmin məbləği Rusiya Federasiyasına köçürməkdən imtina etmişdir. Bankın bu əməliyyatdan 3375 manat qazancı olmuşdur. 25 oktyabr 2022-ci il tarixində iddiaçı artıq "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) vasitəsilə köçürmə etmək məcburiyyətində qalmışdır. Həmin günün məzənnəsi 1 rubl 0,028 manat olmuşdur. Nəticədə iddiaçıya 34.125 manat ziyan dəymişdir. Belə ki, 25 oktyabr 2022-ci il tarixdə 1 rubl 0,028 manat məzənnəsi ilə rubl alınsa idi, 244 125 manat deyil, cəmi 210 000 manat ödəniləcəkdi. Hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri sənədlər təqdim edilmişdir. Məhz bu səbəbdən cavabdeh iddiaçıya külli miqdarda xarici valyuta (Rusiya rublu) satmış, lakin həmin vəsait iddiaçının bank hesabında olmasına və banka bu vəsaitin xaricə köçürülməsinə dair tapşırıq verilməsinə baxmayaraq, cavabdeh bu əməliyyatı etməmiş və nəticədə iddiaçıya 34.125 manat məbləğində zərər dəymişdir.
7. İddia tələbi nin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 954.1 və 957.1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na istinad olunmuşdur.
8. Cavabdeh etiraz məktubu ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının köçürmə etmək istədiyi şirkət sanksiya siyahısında olduğundan köçürmənin icrasından imtina olunmuş, həmin an da iddiaçının rəhbəri Qanuni nümayəndə telefon vasitəsilə məlumat verilmiş, iddiaçı isə heç bir tədbir görmədən vəsaiti hesabda saxlamışdır. Bir müddət keçdikdən sonra iddiaçı ölkə xaricində olduğunu bi ldirərək sonuncunun iştirakı olmadan hesabındakı vəsaitin digər bankdakı rubl hesabına köçürülməsini xahiş etmiş, onun iştirakı olmadan köçürmənin icrasının mümkün olmadığı cavabdehin əməkdaşı tərəfindən iddiaçıya izah olunmuşdur. 2022-ci il 21 oktyabr tarixində vəsaitin bir hissəsi, 2022-ci il 23 noyabr tarixində isə qalan hissəsi iddiaçının ödəniş tapşırığına əsasən digər bankda olan rubl hesabına köçürülmüşdür. İddiaçının rəhbəri Qanuni nümayəndə cavabdehin əməkdaşına bildirmişdir ki, məlum hadisələrlə bağlı rublun dəyəri aşağı düşür, hesabında olan rubla vaxtında sərəncam verməməkdə məqsədi vaxt uzatmaq və nəticədə cavabdehdən gəlir əldə etmək olmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 iyul tarixli e-2-2(113)-2132/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim N.Əhmədova).
10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabından 700 000 manat məbləğində pulu 28 aprel 2022-ci il tarixdə açılmış Cavabdeh ASC-dəki hesabına köçürmüş, həmin gün rublun manata nisbətdə 0,03255 məzənnəsi ilə 244 125 manata 7 500 000 rubl xarici valyuta almışdır. 30 iyun 2022-ci il tarixində qeyd edilən vəsaitin Rusiya şirkətlərinə köçürülməsinə cəhd edilsə də, köçürmə baş tutmamışdır. Bundan sonra iddiaçı "xxxx" ASCdə hesab açmış, 15 iyul 2022-ci il tarixində "xxxx" ASCdən 6 200 000 rubl alınmış, 18 iyul 2022-ci il tarixində isə “X2 Sıbırsk” Şirkətinin bank hesabına köçürülmüşdür. Cavabdeh ASC-də qalmış 7 500 000 rubl isə 21 oktyabr 2022-ci il və 23 noyabr 2022-ci il tarixləri ndə iddiaçının digər bankda olan hesabına köçürülmüşdür.
11. İddiaçı bildirir ki, cavabdeh tərəfindən pul köçürməsinin həyata keçirilməməsi nəticəsində ona əldən çıxmış fayda şəklində zərər dəymişdir və zərər olaraq 30 iyun 2022ci il (cavabdeh tərəfindən köçürmənin həyata keçirilmədiyi tarix) və 25 oktyabr 2022-ci il (iddiaçının cavabdeh bankda olan hesabındakı rublun əsas hissəsini başqa banka köçürdüyü tarix) tarixlərdə Rusiya rublunun Azərbaycan manatına nisbətdə olan məzənnələri arasındakı fərqin-34.125 manat pulun cavabdehdən tutulmasını tələb edir.
12. Cavabdeh pul köçürməsinin benefisiarın hesabında sanksiyanın olması səbəbindən baş vermədiyini, rubl vəsaiti barədə iddiaçının vaxtında sərəncam vermədiyini qeyd edərək iddianın rədd olunmasını xahiş edir.
13. Məhkəmə MM-nin 954.1-ci m addəsinə əsaslanaraq qeyd etmişdir ki, mülki qanunvericilikdə bank hesabı müqaviləsi borc, saxlama və tapşırıq müqaviləsinin elementlərini əks etdirməklə müstəqil hüquqi kateqoriya-mülki hüquqi müqavilə kimi təsbit edilmiş, həmin əqdə əsasən bank müştərinin hesabı üzərində onun müxtəlif məzmunlu tapşırıqlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştərinin tapşırıqlarının bir hissəsi qismində də hesabdan müvafiq məbləğlərin köçürülməsi təşkil edir.
14. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, 30 iyun 2022-ci il tarixində köçürmə baş tutmadıqdan sonra həmin gün bankın nümayəndəsi müştəri, yəni iddiaçı ilə əlaqə saxlamışdır. Həmçinin 30 iyun 2022-ci il tarixdən sonra iddiaçı 7 500 000 rubl pul vəsaiti üzərində ilk dəfə yalnız 21 oktyabr 2022-ci il tarixində sərəncam vermiş, bu isə on un məzənnənin dəyişəcəyi ehtimalına əsaslanan iradəli seçimi olmuşdur. Belə olan halda bank tərəfindən iddiaçıya məxsus xarici valyutada olan pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırma, onun ödənilməsini digər şəkildə gecikdirmək və ya pul vəsaitini əsassız əldə etmə və ya toplama kimi hərəkətlərin edilməsi işdə olan sübutlarla təsdiqlənmir. Həmçinin iddiaçı da bu halların heç birini irəli sürmür.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, MM-nin 966 və 449-cu maddələrindən çıxış etməklə hazırkı iddia tələbi təmin edilə bilməz.
16. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, xarici valyutanın alqı-satqısı bank hesabı müqaviləsində bankın öhdəliklərinin məzmunu ilə əhatə olunmur. Belə ki, bank hesabı müqaviləsi yuxarıda qeyd edildiyi kimi bor c, saxlama və tapşırıq müqaviləsinin elementlərini ehtiva etsə də, alqı-satqı elementlərini əks etdirmir. Xarici valyutanın alqısatqısı isə ayrıca müqavilə olmaqla mülki qanunvericilik və normativ xarakterli aktlarla tənzimlənir. Bu səbəbdən xarici valyutanın alışı və xarici valyutanın köçürülməsi ayrı-ayrı hüquqi tənzimləmə rejiminə tabedir.
17. Belə ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, rezidentlər və qeyri-rezidentlər Azərbaycan Respublikasının daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından “Banklar haqqında” Azərbaycan Respublikas ının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir. Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən bu əməliyyatların həyata keçirilməsi üçün təşkilati, texniki təchizata və təhlükəsizliyə dair tələblər, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın (maliyyə hesabatları istisna olmaqla) və sənədləşmənin vahid formaları, onların təqdim olunması qaydası və müddətləri, habelə valyuta mübad iləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müəyyən edilir.
18. Göründüyü kimi, rezidentlər tərəfindən xarici valyutanı almaq hüququnun realizə forması alqı-satqı qaydasında müştərinin (alıcının) sifarişi əsasında baş verir. Bu isə adıçəkilən münasibətlərin bank hesabı müqaviləsi ilə əhatə olunmadığını bir daha təsdiq edir.
19. İddiaçı xarici valyuta alışı üçün müvafiq müqavilənin cavabdehə təqdim olunduğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na i stinadla əsaslandırır.
20. Halbuki Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” (bundan sonra Qaydalar) “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru istisna olmaqla, rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada banklar vasitəsi ilə əməliyyatlarının aparılması qaydalarını tənzimləyir. Həmçinin iddia ərizəsində istinad olunan Qaydaların 4-cü bəndi məhz xarici valyutada olan köçürmələri tənzimləməklə xarici valyutanın alışı ilə bağlı hər hansı norma müəyyən etmir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən xarici valyutanın alqısatqı üzrə öhdəliklər tam icra edilmişdir. İddiaçı da belə bir icranı inkar etmir. Lakin iddiaçı cavabdeh tərəfindən xarici valyutada olan pul vəsaitinin köçürülməsinin baş tutmamasına istinad edərək tərəflər arasındakı ayrı-ayrı müqavilə münasibətlərini əks etdirən bank hesabı müqaviləsi və valyutanın alqı-satqı müqaviləsini əlaqələndirir, birincinin icra olunmaması nəticəsində valyutanın alqı-satqı müqaviləsi nəticəsində yaranan məzənnə fərqinə uyğun əldən çıxmış faydanı tələb edir.
22. MM-nin 443 və 21-ci maddələrinin müqayisəli təhlili onu dem əyə əsas verir ki, öhdəliyin icra edilməməsi ilə vurulan “zərər”in əvəzinin ödənilməsi üçün 1) zərərin mövcud olması; 2) zərərin hüquqazidd hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3) zərərlə müvafiq hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə; 4) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
23. İddiaçı öz izahatında ona "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Rusiya şirkətlərinə pul köçürməsinin riskli olması ilə bağlı məlumat verildiyini qeyd etmişdir. Nəzərə alınmalıdır ki, 30 iyun 2022-ci il tarixində pul köçürməsi baş tutmadığı halda iddiaçı 7.500.000 rubl pul vəsaitinə hər hansı sərəncam verməmiş, 15 iyul 2022-ci il tarixində yenidən xarici valyuta almışdır. Halbuki iddiaçının pul öhdəliyi rublla ifadə edildiyindən Cavabdeh ASC-dən aldığı valyutanı "xxxx" ASC-nə köçürməklə istifadə edə bilərdi.
24. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçı dəymiş zərərlə pulun köçürülməməsi arasındakı səbəbli əlaqəni rublun manata nisbətdə məzənnəsinin dəyişməsi ilə şərtləndirir, hətta zərərin məbləğini də məzənnəyə əsasən müəyyən edir.
25. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər. Maliyyə bazarının b ütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinin şərh edilməsinə dair 07 sentyabr 2018-ci il tarixli qərar).
26. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin risklə xarakterizə olunması Konstitusiya Məhkəməsinin qərarında da əks olunmuşdur. Hazırkı işdə də rublun manata olan nisbəti hər gün Mərkəzi Bank tərəfindən müəyyən olunduğu halda Rusiya-Ukrayna müharibəsi fonunda həmin məzənnənin dəyişməsi iddiaçı tərəfindən proqnozlaşdırıla bilən olmuşdur.
64. Mülki hüquq doktrinasında səbəbli əlaqə dedikdə hadisələr arasında elə əlaqə nəzərdə tutulur ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Hazırkı iş üzrə iddiaçının dəymiş maddi zərər kimi iddia etdiyi məbləğ cavabdeh tərəfindən pulun köçürülməsinin baş tutmaması nəticəsində yox, məhz Mərkəzi Bank tərəfindən müəyyən edilən məzənnələr ilə rublun manat qarşısında dəyər itirməsi səbəbindən yaranmışdır. X4 müəyyən etdiyi məzənnə sabit qalsa idi, iddiaçının zərər kimi ifadə etdiyi məzənnə fərqi də yaranmazdı.
27. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi məbləğin zərər olması təsdiq olunmur, iddia edilən zərərlə cavabdehin hərəkəti arasında isə səbəbli əlaqəyoxdur. Belə olan halda iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi hallar köçürmənin həyata keçirilməməsi nəticəsində iddiaçıya dəydiyi iddia edilən zərərin (əldən çıxmış fayda) yaranması əsası kimi qəbul oluna bilməz.
28. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-891 /2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).
30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, cavabdehin hərəkətlərində hər hansı qanun pozuntusu və ya müqavilə şərtlərinin pozuntusu olmadığından iddiaçının tələbi əsassız olmuşdur.
31. Belə ki, iddiaçı təsdiq edir ki, 2022-ci il 30 iyun tarixində Rusiya Federasiyasında yerləşən hüquqi şəxsin (“X2 X1”) MMC-nin hesabına pul köçürülməsi etməyə məhdudiyyət olduğu iddiaçıya məlum olmuşdur. İddiaçının nümayəndəsinin izahatlarından aydın olur ki, cavabdehə müraciət etməzdən əvvəl "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçıya həmin şirkətə pul köçürməsi etməkdən imtina etmişdir. Cavabdeh bu faktı qəbul etdiyindən məhkəmə Rusiya şirkəti olan “X2 Sıbırsk” Şirkətinin hesabına 2022-ci il 30 iyun tarixində pul köçürməsinin mümkün olmadığını sübut etmək üçün cavabdehdən saytdan çıxarışdan başqa digər mötəbər sübut tələb etməmiş, bu halı mübahisəsiz hal kimi qəbul etmişdir.
32. İddiaçı iddia edir ki, cavabdeh pul köçürməsini etmək istədiyi hüquqi şəxsin hesabında məhdudiyyət olduğunu və köçürmənin baş tutmayacağını əvvəlcədən, yəni köçürməni həyata keçirməzdən əvvəl müəyyənləşdirmək imkanına malik olduğu halda bunu etməmiş, nəticədə iddiaçıya ziyan dəymişdir. Lakin cavabdeh bu barədə iddiaçıya məlumat versəydi iddiaçı həmin gün yüksək məzənnə ilə rubl valyutası almazdı. İddiaçı məhkəməyə iddia etdiyi bu halı təsdiq e dən hər hansı sübut təqdim edə bilməmişdir.
33. İddiaçının pul məbləği konvertasiya edilməmişdən əvvəl pulun köçürüləcəyi şirkətə sanksiyalar tətbiq edilməsinin mümkünlüyünü yoxlamaq imkanına malik olubolmadığını yoxlamaq üçün Azərbaycan Respublikası Mərkəzi Bankından mütəxəssis dəvət edilməsi barədə apellyasiya instansiyası mərhələsində verdiyi vəsatət MPM-in 78.1, 372.2ci maddəsinin tələblərinə əsasən təmin edilməmişdir.
34. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mütəxəssis rəyləri də sübut növlərindən biri olduğundan iddiaçı sübut etmək istədiyi halla bağlı məhkəmə tərəfindən mütəxəssis cəlb edilməsi barədə vəsatəti birinci instansiya məhkəməsinə hazırlıq icraatı mərhələsində verməli və ya vəkili tərəfindən vəkil sorğusu verilməklə bu barədə müvafiq məlumat əldə edilərək məhkəməyə təqdim edilməli idi.
35. Məhkəmə eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, xarici valyutanın alğı-satqısı bank hesabı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinə aid olmayan müstəqil əməliyyat olduğundan və 2022-ci il 30 iyun tarixində iddiaçının pul köçürməsi barədə tapşırığının icra edilməməsində cavabdehin təqsirli olmadığı işin mübahisəsiz halı olduğundan hazırkı halda cavabdeh onun risk dairəsinə aid olmayan hala görə məsuliyyət daşıya bilməz.
36. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün MM-nin 21, 443.1, 443.7, 448.1, 448.2, 449, 954.1, 958 və 966-cı maddələrinə, «Banklar haqqında» Azərbaycan Respublikası Qanunun 38.2-ci maddəsinə, «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə istinad etmişdir.
37. İddiaçı tərəfindən qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. MM-in 21-ci maddəsinin tələbi pozulmuşdur- 2022-ci il 30 iyun tarixində 244.125 manat qarşılığında 1 rubl-0,03255 manat məzənnəsi ilə 7.500.000 rubl cavabdehdən alınsa da, sonradan cavabdeh həmin məbləği Rusiya Federasiyasına köçürməkdən imtina etmiş və cavabdehin bu əməliyyatdan 3.375 manat məbləğində qazancı olmuşdur. 2022-ci il 25 oktyabr tarixində iddiaçı artıq "xxxx" ASC vasitəsi ilə köçürmə etmək məcburiyyətində qalmışdır. Həmin günün məzənnəsi 1 rubl -0,028 manat olmuşdur. Nəticədə iddiaçıya 34.125 manat ziyan dəymişdir. Belə ki, 2022-ci il 25 oktyabr tarixində 1 rubl -0,028 manat məzənnəsi ilə rubl alınsa idi 244.125 manat deyil, cəmi 210.000 manat ödəniləcəkdir. Lakin işdə olan cavabdehin özünün də təqdim etmiş olduğu sənədlərdən müəyyən edilmişdir ki, pul konvertasiya olunmamışdan öncə pulun köçürüləcəyi şirkətə sanksiyalar tətbiq olunduğu və bu sanksiyaların aradan qalxmadığı məlum olmuşdur.
39. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, xaricə köçürmə etmək mümkün olmadığı halda cavabdeh iddiaçıya xarici valyuta (rubl) sata bilməzdi. Əksinə cavabdeh pulu konvertasiya etməmişdən öncə iddiaçıya xəbər verməli və baha qiymətə rubl valyutasını iddiaçıya satmamalı idi. Banklar pul vahidinin konve rstasiyası üçün məhz bu Qaydalara istinad etmiş və idxal sənədləri olmadığı halda heç bir bank 7.500.000 rubl məbləğində vəsaiti ölkə daxilində saxlamaq üçün konvertasiya etməyəcəkdir. Hətta cavabdehin nümayəndəsi özü də apellyasiya instansiyası məhkəməsində vermiş olduğu izahatında bu məbləğdə pul vəsaitinin konvertasiyasının yalnız pul vəsaitinin xaricə köçürülməsi məqsədi ilə edildiyini etiraf etmiş, başqa məqsədlərlə 10.000 ABŞ dolları ekvivalentindən artıq məbləğdə vəsaitin konvertasiya edilə bilməyəcəyini vurğulamışdır.
40. MPM-in 64.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları-pul konvertasiya olunmamışdan öncə pulun köçürüləcəyi şirkətə sanksiyalar tətbiq olunduğu və bu sanksiyaların aradan qalxmaması barədə sənədlərə istinad etməm işdir. Məhkəmə həm də 7.500.000 rubl məbləğində vəsaitin hansı qaydalara uyğun olaraq konvertasiya edilə biləcəyini aydınlaşdırmamış, cavabdehin pul vəsaitinin xaricə köçürmə əməliyyatı aparılmayacağı təqdirdə konvertasiya etmək səlahiyyətinin olub-olmaması müəyyən olunmamışdır. Məhkəmə isə bu barədə iddiaçı tərəfindən vəsatət verilməsinə baxmayaraq, onu formal əsaslarla təmin etməmiş və işdə xüsusi bilik tələb olunduğu halda, nə ekspertiza təyin etmiş, nə də mütəxəssis cəlb etmişdir. b)
41. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
42. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r (MPM-in 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ö dənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər....” “Maddə
954. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür....” “Maddə
958. Bankın apardığı hesab əməliyyatları Bank müştəri üçün həmin növ hesablardan ötrü qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulan əməliyyatlar aparmalıdır, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.” “Maddə
966. Hesab əməliyyatlarının lazımınca aparılmamas ı üçün bankın məsuliyyəti Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.” 45. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə
38. Ödəniş əməliyyatları və hesablaşmalar... 38.2. Banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlx alq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.” 46. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
3. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinin ümumi əsasəları
1. Rezidentlər və qeyri-rezidentlər Azərbaycan Respublikasının daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər.
2. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız Azərbaycan Respublikası Mərkəzi Bankından “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış investisiya şirkətləri, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatları və xarici elektron pul təşkilatlarının yerli filialları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər.
3. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alğı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.
4. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadil əsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.
5. Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən bu əməliyyatların həyata keçirilməsi üçün təşkilati, texniki təchizata və təhlükəsizliyə dair tələblər, valyuta mübadiləsi əməliyyatları üzrə hesabatın (maliyyə hesabatları istisna olmaqla) və sənədləşmənin vahid formaları, onların təqdim olunması qaydası və müddətləri, habelə valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir....”
47. Azərbaycan Respublikası Mər kəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
4. Bank hesabları üzrə aparılan valyuta əməliyyatları 4.3. Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: 4.3.1. Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: 4.3.1.1. ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və i dxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X3 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir). Ödəniş birbaşa ixracatçıya edildikdə malların ödənişi malların idxalını təsdiq edən gömrük bəyannaməsi əsasında aparıla bilər; 4.3.1.2. ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatı nı, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir; 4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qab aqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir; 4.3.1.4. idxal müqaviləsi üzrə malın (xidmətin) dəyəri yalnız mal (xidmət) alan şəxs tərəfindən ödənilə bilər; 4.3.1.5. idxal müqaviləsi üçüncü şəxsin xeyrinə bağlandıqda, malın (xidmətin) dəyəri idxal müqaviləsinin şərtlərinə uyğun olaraq malı (xidməti) alan üçüncü şəxs və/və ya müqaviləni bağlayan şəxs tərəfindən ödənilə bilər. Belə ödənişlər müvafiq müqavilə və malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətin göstərilməsini təsdiq edən sənəd) bu Qaydaların 4.3.1.1-ci və 4.3.1.2-ci yarımbəndinə müvafiq qaydada təqdim edilməklə icra olunur. Belə əməliyyatların həyata keçirilməsi zamanı qabaqcadan ödənişin həyata keçirilməsi nəzərdə tutulduqda, bu Qaydaların 4.3.1.3-cü yarımbəndində göstərilən qabaqcadan ödəniş rejimi tətbiq olunur;...”
5. Valyuta əməliyyatları üzrə təsdiqedici sənədlər 5.2. İdxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Malların idxalını, habelə xarici valyutanın nağd şəkildə ölkəyə gətirilməsini təsdiq edən gömrük bəyannaməsində bankın qeydi sənədin üz tərəfində aparılır. Əgər gömrük bəyannaməsi üzrə ödəniş tam və və ya son qalıq həcmində həyata keçirilərsə, sənədin əsli sonuncu ödənişi icra edən bankda saxlanılır. Bu tələblər “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankında yaradılmış v ahid informasiya sisteminə (bundan sonra - informasiya sistemi) daxil edilən valyuta əməliyyatlarına tətbiq olunmur....”
48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 50. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı m ühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
51. Məhkəmə kollegiyası iddiaçının kassaiya şikayətinin Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na əsasən, xaricə köçürmə etmək mümkün olmadığı halda cavabdehin iddiaçıya xarici valyuta (rubl) sata bilməməsinə dair dəlilərinə (bax bu qərarın 39-cu bəndi) münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, həmin Qaydalar xarici valyutada olan köçürmələri tənzimləyir və xarici valyutanın alışı ilə bağlı hər hansı, o cümlədən qadağanedici norma nəzərdə tutulmamışdır.
52. İddiaçının kassasiya şikayətində qeyd etdiyi digər dəlillər, iddia tələbinin, eləcə də apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
53. Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 30-35-ci bəndl əri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qət naməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 22(103)-891/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov A.Q.Hüseynov