Məhkəmə qərarları › İş №2-2(102)-85/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-85/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-85/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Cavabdeh X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, dövlət rüsumunun məbləği, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (məruzəçi), Bəhman Fərhad oğlu Qəribov və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(104)-171/2024 nömrəli qətnaməsindən Cavabdeh Kəndli (Fermer) Təsərrüfa tı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ. İşin halları

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurulmuş real zərərə görə 197.851 manat və əldən çıxmış fayda olaraq 217.500 manat, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumu olmaqla cəmi 416.055,85 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərkən “Dövlət rüsumu haqqında” Qanunun müddəalarına uyğun olaraq (bax, aşağıda §§ 6 və 7) mediasiya prosesi ilə bağlı çəkdiyi 400 manat vəsait çıxılmaqla 306 manat məbləğində dövlət rüsumunu ödəmişdir.

3. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 27 may tarixli e-2-2(115)-79/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 118.039 manat məbləğində dəymiş maddi ziyan, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 102,04 manat məbləğində dövlət rüsumunun isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və 2024-cü il 3 iyul tarixində 152,60 manat dövlət rüsumu ödəsə də, sonradan 2024-cü il 8 iyul tarixdə əlavə olaraq 200,50 manat dövlət rüsumu ödəyərək yol verilmiş nöqsanı aradan qaldırmışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(104)-171/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 118.039 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən, cavabdehdən 25.100 manat və 67.880 manat, ümumilikdə 92.980 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasın a dair qərar qəbul olunmasını xahiş etmişdir. İİ. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağı dakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;... 408.1.5. kassasiya şikayətində maddi v ə prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; 408.5. Bu Məcəllənin 408.1.1–408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər...” “Maddə

409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.” 8. “Dövlət rüsumu haqqı nda” 2001-ci il 4 dekabr tarixli 223-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət rüsumu haqqında Qanun”) 2.0.1-ci maddəsinə müvafiq olaraq, məhkəməyə iddia ərizəsinin və ya şikayətin verilməsi hallarında dövlət rüsumu tutulur. Bu Qanunun 8.1.5-ci maddəsinə müvafiq olaraq, iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində tutulur. Qanunun 8.6-cı maddəsinə əsasən isə, kassasiya şikayətinin verilməsinə görə, 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.

9. Qanunun 9.1-1-ci maddəsinə əsasən, mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən kassasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edilmişdir.

11. Belə ki, MPM-in 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

12. Həmin forma onu nəzərdə tutur ki, kassasiy a şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

13. Hazırkı halda cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti formal olaraq (cədvəl forması və s.) MPM-ə 3 saylı əlavədə müəyyən edilən qaydada tərtib edilsə də, məzmun baxımından həmin əlavədə nəzərdə tutulan tələblərə əməl edilməmiş, şikayətin “maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər” hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin və M ülki Prosessual Məcəlləsinin müvafiq maddələri və işin faktiki halları sadalanmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır.

14. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 416.055,85 manat təşkil etmiş, lakin cavabdeh kassasiya şikayətini Gəncə Apellyasiya Məhkəməsinə təqdim edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə uyğun olaraq, 353,03 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 154 manat məbləğində dövlət rüsumu ödəmişdir.

15. Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən dəfələrlə vurğulamışdır ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə ona gələn işləri filtrdən keçirmək imkanı yaradıldı ğı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvlərilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbul edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmənin xüsusi rolunu yerinə yetirməsini qeyri-mümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, Ali Məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkildə məhdudlaşdırıla bilməz (bax, misal üçün, № 2(102)-2496/2023 [qərardad], 18 may 2023-cü il, § 27, müvafiq istinadlarla).

16. Bundan əlavə, Qanunun aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən onun tərəfindən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması gözlənilə bilməz (ibid., § 29, müvafiq istinadlarla).

17. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. X4 Məhkəməsinin Kommersiya kollegiyası qanunla müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

18. Qeyd edilənlərə əsasən kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

19. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Gənc ə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(104)-171/2024 nömrəli qətnaməsindən Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar