Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-861/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər İdarəyə və MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 noyabr tarixli e-2-1(103)-05/2010 saylı qərardadından cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “ASC”) 2**8-ci il 19 noyabr tarixində cavabdehlər İdarəyə və MMC-yə qarşı iddia ərizəsi ilə Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel 8 noyabr prospekti 23 ünvanında yerləşən MMC-yə məxsus ticarət mərkəzinin 08, 09 və 15 saylı mağazaların əvəzinə ümumi sahəsi 240 m2 olan ticarət sahəsinin verilməsini vəzifəsini MMC-nin üzərinə qoyulmasını və həmin hüququn DƏDRX-nin İdarəsində qeydə alınmasının İdarəyə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2**9-cu il 19 fevral tarixli 2-(81)-284/2**9 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 23 ünvanda yeni inşa edilən MMC-yə məxsus ticarət mərkəzindəki ümumi sahəsi 240 kv.m olan 08, 09 və 15 saylı mağazalar üzərində ASC-nin mülkiyyət hüququnun tanınması və həmin hüququn qeydə alınmasının İdarəyə həvalə edilməsi qət edilmişdir (hakim – Ş.Məmmədova).
3. İdarə 2**9-cu il 3 aprel tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Kollegiyasının 2010-cu il 3 iyun tarixli 2-1(103)-05/2010 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2**9-cu il 19 fevral tarixli 2-(81)-284/2**9 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir (sədrlik edən – M.Abbasov, hakimlər – S.Seyidova və S.Hüseynov).
5. Q ətnamə 2010-cu il 12 iyun tarixli məktubla tərəflərə göndərilmiş, MMC-yə 2010-cu il 21 iyun tarixində çatdırılmışdır.
6. MMC 2022-ci il 15 noyabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 noyabr tarixli e-2-1(103)-05/2010 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən qətnamə 2010-cu il 17 iyun tarixdə MMC-nin hüquqi ünvanına (Bakı şəhəri, Nobel prospekti, 23) göndərilmiş, 2010-cu il 28 aprel tarixində rəsmi təqdim edilmişdir. MMC həmin qətnamədən 12 il sonra kassasiya şikayəti vermiş, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir. Bundan əlavə, MMC-nin kassasiya şikayəti qanunla müəyyən edilmiş formaya uyğun tərtib edilməmişdir.
9. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 405.0.1, 407.1, 408.1.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. MMC 2022-ci il 19 dekabr tarixində kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüy ünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
12. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
13. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü MPM-in 404-1.1-ci maddəsinə (bax yuxarıda § 11) uyğun olaraq yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət MPM ilə müəyyən edilmiş formada tərtib edilməmişdir.
14. Halbuki MPM-in 407.1-ci maddəsində (bax yuxarıda § 11) kassasiya şikayətinin MPM ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin fo rma MPM-ə 3 saylı Əlavədə göstərilmişdir.
15. Belə ki, həmin Əlavədə qeyd edilir ki, kassasiya şikayətinin 5-ci bəndində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
16. Lakin hazırkı kassasiya şikayətində ümumiyyətlə MPM-in Əlavəsində nəzərdə tutulan cədvəl tərtib olunmamış, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğu iddia edilən hüquq normaları sadalanmamış, habelə həmin normaların pozulmasına dair dəlillər müvafiq qrafalarda ayrı-ayrılıqda göstərilməm işdir.
17. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 11) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.
18. Göstərilənlərə əsasən MMC tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 404-1.2ci maddəsinə (bax yuxarıda §11) uyğun olaraq, qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
19. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üç