Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-881/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1 Mərkəzinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Ekolog iya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Gədəbəy Rayon Məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1 Mərkəzi (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz zəbt etdiyi 0,015 ha meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gədəbəy Rayon Məhkəməsinin 2025-c i il 12 noyabr tarixli 2(042)-1424/2025 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Z.Rəsulov).
3. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin vergi ödəyicisi kimi qeydiyyata alınmaları müəyyən edilmiş və mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması isə öz təsdiqini tapmışdır. Mübahisənin predmetinin ümumi, yoxsa kommersiya məhkəməsinə aidiyyətinin yoxlanılmasına gəldikdə isə işin araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdehin meşə fonduna aid torpaq sahəsini zəbt edildiyini və sahibkarlıq məqsədi ilə tikintilər inşa etdiyini iddia edir. Buna görə də mübahisəyə kommersiya məhkəməsində bax ılmalıdır.
4. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1, 24, 26.1, 30, 32.2, 32.4-32.6-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
5. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 8 dekabr tarixli 2-2(115)-3015/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ə.Məmmədli).
6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mübahisə fərdi sahibkar statusuna malik olan fiziki şəxsin meşə fonduna aid torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına z əbt etməsindən və orada tikinti və quruculuq işləri aparması ilə əlaqədar yaranmışdır. İddiaçı isə öz iddia ərizəsində cavabdehdən qanunsuz olaraq meşə fonduna aid torpaq sahəsində quraşdırılmış olduğu tikililərin sökülməsini və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsini xahiş edir. Göründüyü kimi tərəflər arasında mübahisə əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir.
7. Qanunvericilik normalarından göründüyü kimi, meşə fondu torpaqları dövlət mülkiyyətində olan torpaqlardır. Meşə fondu torpaqlarından səmərəli və məqsədyönlü istifadənin təmin olunması, onun mühafizəsi, qorunması və bərpası sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən qurum Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətidir. 14 saylı X1 Mərkəzi isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətidir yerli bölməsidir.
8. Belə olan halda məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarınının 25-ci bəndinə əsasən iddiaçı ilə cavabdeh fərdi sahibkar arasında olan münasibətlərin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.
9. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzib ati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 22(102)-498/2025 nömrəli iş üzrə qəbul etdiyi 2025-ci il 9 iyul tarixli Qərarında da eyni məzmunlu tələb üzrə işlərə ümumi məhkəmədə baxılmalı olması qərara alınmışdır (Qərar işə əlavə edilmişdir).
10. Məhkəmə gəldiyi nəticəni MPM-in 24, 25.1, 26.1, 31.1, 31.2, 32.3, 32.7 və 35.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci i l 18 sentyabr tarixli, 10 saylı Qərarına istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilmə si ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşd ırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər. Ali Məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir.
13. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
14. Hazırkı iş üzrə tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir.
15. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər (zəbt edilmiş meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi) əşya hüququnun pozulmasının aradan qaldırılmasına yönəlmişdir. Bu tələblər heç bir müqavilə öhdəliyi, sahibkarlıq fəaliyyəti, iqtisadi fəaliyyətdən irəli gəlməyib və sırf mülkiyyət hüququnun müdafiəsi xarakteri daşıyır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarınının 25-ci bəndində qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əş ya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.
17. Göründüyü kimi hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əşya hüquqi münasibətlərdən irəli gəlməklə sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir və mübahisənin aidiyyəti ümumi məhkəməyə aiddir.
18. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsində baxılmalıdır.
19. Şərh olunanlara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1 Mərkəzinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.