Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-89/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh xxx şirkətinəqarşı iş üzrə QƏRARDAD Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi xxxnın və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh xxx şirkətinə qarşı pul tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 11 oktyabr 2018-ci il tarixli 2-2(103)-575/2018 qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh xxx şirkətinə qarşı 28 mart 2016-cı il tarixli müqavilə üzrə ödənilməli olan (görülmüş işlərin dəyəri və dəymiş maddi ziyan kimi) 369000,00 manat məbləğində pul vəsaitinin İddiaçı-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı ilə “Cavabdeh" arasında bağlanmış 28 mart 2016-cı il tarixli müqavilə üzrə iddiaçının cavabdehdə göstərmiş olduğu işə görə 131500,00 manat məbləğində muzdu və dəymiş maddi zərərin əvəzi olaraq 237500,00 manat, ümumilikdə 369000,00 min manat məbləğində pul vəsaitinin Cavabdehndən "xxxx" MMC-nin xeyri nə tutulmasını xahiş etmişdir. Cavabdehnin Azərbaycan Respublikasındakı filialı 16.11.2017-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 300000 manat maddi ziyanın və 100000 manat mənəvi ziyanın, cəmi 400000 manat pul vəsaitinin İddiaçı-dən tutulub Cavabdehnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2-2(82)-879/2017 saylı (sədrlik edən hakim E.Mustafayev) qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamənin çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13 mart 2018-ci il tarixli, 2-2(103)-177/2018 saylı (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 08 dekabr 2017-ci il tarixliqətnaməsinindəyişdirilmədən qüvvədə saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 13 mart 2018-ci il tarixliqətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2018-ci il tarixli 2-2(102)347/2018 sayl ı (hakimlər K.Bədəlov - sədrlik edən və məruzəçi, İ.Dadaşov və Q.Əsgərov) qərarı ilə cavabdeh “xxxx” Anonim Şirkəti tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2-2(103)575/2018 saylı (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Hacıyev və S.Seyidova) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsininləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının iddiasının rədd edilməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının icraatına qəbul edilmiş və işin baxılması 20 fevral 2019-cu il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi ərizə verərək tərəflər arasında razılıq əldə olunduğundan iddiadan imtina üçün əsas yarandığından, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili bu razılıqdan xəbəri olmamasını bildirmişdir, bu səbəbdən də məhkəmə iclası 27 fevral 2018-ci il tarixə təxirə salınmışdır. İddiaçın direktoru A.Quliyev ərizəsində qeyd etmişdir ki, tərəflər a rasında danışıqlar aparılmış, sənədləşmə işlərində üzləşmə aparılmış, qeyd olunan mübahisə məhkəmədənkənar öz həlli yolunu taparaq mübahisənin məhkəmə müstəvisində araşdırılması zərurəti aradan qaldırılmış, iddiadan imtina üçün əsas yaranmışdır. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh xxx şirkətinə qarşı pul vəsaitinin tutulmasına dairiddiadan imtina edilməsini və iş üzrə icraata xitam verilməsini Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının direktorunun təqdim etdiyi ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası barədə ərizəsi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməl idir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə müvafiq olaraq iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çı xarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı iddiadan məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər imtina edə bilər və iddiaçı iddiadan imtina etdikdə məhkəmə bu barədə qərardad qəbul edərək iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hisssə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 262ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı-nin id diadan imtinası qəbul edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iş üzrə 11 oktyabr 2018-ci il tarixli 2-2(103)-575/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı-nin cavabdeh xxx şirkətinə qarşı pul tələbi barədə iddia tələbi üzrə icraata xitam verilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-89/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-89/2019
27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver