Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-9/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı xxx ASC-nin cavabdehx1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə tərəfindən müqavilənin etibarlı əqd sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdeh x1 MMC-yə qarşı tərəflər arasında bağlanmış əqdin məhkəmə tərəfindən etibarlı sayılması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 avqust tarixli 2-2(106)-69/2024 nömrəli qətnaməsindən cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış 2001-ci il 27 iyul tarixli müqavilə ilə "xxxx" ASC 118.000.000 manat (köhnə pul məzənnəsi olan AZM) pulun "xxxx" Firmasının hesabına köçürülməsi, "xxxx" Firması isə pulu aldıqdan sonra binanın "xxxx" ASC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşlər. 2. "xxxx" ASC-nin Kürdəmir filialı tərəfindən "xxxx" Firmasının hesabına 2001-ci il 27 iyul tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.000.000 manat pulun köçürülməsinə dair 2001-ci il 31 iyul tarixli 52 saylı ödəniş tapşırığı verilmişdir.
3. İcarəyə verilmiş əmlakın 2001-ci il 23 avqust tarixli 96 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikası İqtisadi İnkişaf Naz irliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 375,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsi 33.344.000 manata (AZM) alıcı "xxxx" Firmasına satılmışdır.
4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 2004-cü il 12 fevral tarixli şəhadətnaməyə əsasən ünvan 2 ünvanındakı ikimərtəbəli binada yerləşən 375,8 kv.m qeyri-yaşayış sahəsi * firmasının mülkiyyəti kimi qeydə alınmışdır..
5. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli e-2-2(086)567/2019 nömrəli qətnaməsi ilə iddiaçıx1 MMC-nin iddiası qismən təmin edilmiş, xxx ASCnin (Kürdəmir filialı) əmlakları il ə birlikdə ****(keçmiş Azadlıq küçəsi) ünvanında yerləşən iddiaçıx1 MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin xxx ASC tərəfindənx1 MMC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(106)-68/2020 nömrəli qətnaməsi ilə iddiaçıx1 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh xxx ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli e-2-2(086)-567/2019 nömrəli qətnaməsi iddianın qismən təmin edildiyi - xxx ASC (Kürdəmir filialı) əmlakları ilə birlikdə ****(keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçıx1 MMC-nin mülkiyyətində olan q eyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin xxx ASC tərəfindənx1 MMC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021- ci il 16 mart tarixli 2-2(102)-64/2021 nömrəli qərarı ilə iddiaçıx1 MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 26 avqust tarixli 22(106)-68/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Tərəflər arasında olmuş digər məhkəmə mübahisəsi üzrə Şivan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(121)-1355/2021 nömrəli qətnaməsi ilə iddiaçı xxx ASC-nin cavabdehx1 MMC-yə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair idd iası təmin olunmamışdır.
9. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli 2- 2(106)-23/2022 nömrəli qətnaməsi ilə iddiaçı xxx ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(121)-1355/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022- ci il 14 sentyabr tarixli 2-2(102)-457/2022 nömrəli qərarı ilə iddiaçı xxx ASC-nin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 11 yanvar tarixli 2-2(106)-23/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
11. Tərəflər arasında olmuş digər məhkəmə mübahis əsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)-559/2022 saylı qətnaməsi ilə iddiaçı xxx ASC-nin cavabdehx1 MMC-yə qarşı müqavilə öhdəliklərinin icrasının başa çatdırılması və digər tələblərinə dair iddiası təmin olunmamışdır.
12. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2022-ci il 29 noyabr tarixli e-2-2(121)-132/2022 nömrəli qərardadı ilə §8 və 11-də qeyd olunan hər iki iş birləşdirmiş və yeni işə e-2-2(106)-149/2022 nömrəsi verilmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli 2-2(106)-149/2022 nömrəli qətnaməsi ilə iddiaçı xxx ASC-nin Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(121)-1355/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməsi - xxx ASC-nin Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması, iddiaçı xxx ASC-nin Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)559/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)-559/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(102)-262/2023 nömrəli qərarı ilə iddiaçı xxx ASC-nin kassasiya şikayəti və cavabdehx1 MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci i l 22 dekabr tarixli 2-2(106)-149/2022 nömrəli qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(106)-107/2023 nömrəli qətnaməsi ilə birinci iddia üzrə iddiaçı xxx ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2- 2(121)1355/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, xxx ASC-ninx1 MMC-yə qarşı Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiasının təmin edilməməsi, ikinci iddia üzrə iddiaçı xxx ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin e dilməsi, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli 2-2(121)- 559/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı xxx ASC cavabdehx1 MMC-yə qarşı cavabdehx1 MMC tərəfindən 2001-ci il 27 iyul tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı xxx ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehx1 MMC-nin üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 23-cü il 14 dekabr tarixli 2-2(106)-107/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı xxx ASC (bundan sonra-“iddiaçı”) cavabdehx1 MMC-yə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı əqdin etibarlı sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci il 27 iyul tarixli müqaviləyə əsasən tərəflər cavabdehə məxsus binanın iddiaçıya satılması barədə razılığa gəlmişlər. Müqaviləyə əsasən iddiaçı 118.000.000 manat (köhnə Azərbaycan manatı) pulun cavabdehin hesabına köçürülməsi, cav abdeh isə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı müqaviləyə əsasən cavabdehin hesabına binanın alınması üçün 118.000.000 manat pulu köçürmüş, bu addımı ilə əqdi tamamilə icra etmiş, tərəflər arasında hüquqi münasibətlər yarandığı vaxtdan etibarən ****** (keçmiş Azadlıq küçəsi14) ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin “Kürdəmir” filialı fəaliyyət göstərmişdir (və hal-hazırda da fəaliyyət göstərir). Ali Məhkəmənin tərəflər arasındakı əvvəlki məhkəmə mübahisələrinə dair qanuni qüvvəyə minmiş 2 qərarında tərəflər arasında bağlanmış müqavilənin (2001-ci il 27 iyul tarixli müqavilə) etibarsız olması barədə heç bir müddəa olmamışdır. Əksinə, bu qərarlarlarda müəyyən edilən hüquqi mövqelərdən aydın olur ki, tərəflər arasında olan müqavilə ilə qurulan münasibətlər və daha sonradan onların etdikləri hərəkətlər (bankın pulu ödəməsi, cavabdehin isə əmlaka dair 001571 saylı şəhadətnamə əldə etməsi), tərəflər arasında bağlanmış müqavilənin etibarlı olmasını və bu müqavilənin tərəflərin iradə ifadəsini əks etdirməsinin göstəricisi olmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən mülkiyyət hüquqlarına dair müvafiq şəhadətnamə əldə edildikdən və vəsaiti iddiaçıdan qəbul etdikdən sonra müqavilənin notariat təsdiqindən boyun qaçırması, təxminən 18 il ərzində heç bir etiraz bildirməsə də, sonradan tərəflər arasında olan müqavilənin “etibarsız müqavilə olduğu fikrini” irəli sürməsi, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
18. Cavabdeh iddiaya etiraz və iddia müddətinin tətbiqi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaya etiraz etmiş və iddia müddətinin tətbiq edilməklə iddianın təmin olunmamasını xahiş etmişdir.
19. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 8 fevral tarixli e-2-2(121)-99/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş tərəflər arasında ********* ünvanında yerləşən, ümumi sahəsi 375,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 2001-ci il 27 iyul tarixli əqdin (müqavilə) etibarlı sayılması qət edilmişdir (hakim N.Misirzadə).
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən tərəflərin sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı üzrə əldə etdikləri razılığa əsasən əmlakın alıcıya təqdim edilməsi, alıcının 2001-ci ildən faktiki olaraq əldə etdiyi əmlaka görə dəyərini satıcıya öd əməsi, lakin satıcının həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməməsi, başqa sözlə, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir.
21. Məhkəmə hesab etmişdir ki, göstərilən fakt hazırkı mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu halın olması məhkəmə üçün məcburidir və göstərilən hal yenidən sübut edilməməlidir.
22. Qanuni qüvvədə olan məhkəmə aktları ilə isə tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilməmiş, əksinə sözügedən qeyri-yaşayış sahəsinin alıcısının (iddiaçı Bankın) həmin əmlakdan keçən 18 il ərzində istifadəsinin qanuni olması, sonuncunun həmin sahədən çıxarılması üçün əsasların olmaması müəyyə n edilmişdir.
23. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilə icra edilmiş olsa da, cavabdeh sonradan notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən boyun qaçırdığından, habelə tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilmədiyindən, iddiaçı əqdin məhkəmə qaydasında etibarlı sayılmasını tələb etməkdə haqlıdır.
24. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, qeyri-yaşayış sahəsi əvvəldən, yəni tərəflər arasında icarə müqaviləsi bağlanan tarixdən iddiaçının qanunsuz sahibliyində olmamış, daha sonra tərəflər ara sında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, həmin əmlak faktiki olaraq iddiaçının sahibliyi və istifadəsində olmuş və hal hazırda da sahiblik və istifadəsindədir. İddiaçı qeyd edilən daşınmaz əmlakın sahibi olduğundan, bu münasibətlərə iddia müddəti şamil edilə bilməz.
25. Bundan başqa məhkəmənin mövqeyinə görə mülki qanunvericilik digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır, habelə digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Hazırki halda cavabdeh iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin dəyərini ödəməklə 23 ildən artıq olan müddətə oradan hər hansı etiraz olmadan istifadə (və sahiblik) etdiyini bildirmiş, həmin müddət ərzində buna etiraz etməmişdir. Bu səbəbdən cavabdeh öz öhdəliyini icra etmədiyi halda iddiaçıdan qeyri-yaşayış sahəsindən çıxmağı tələb etməkdə haqlı olmamışdır.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 29-cu, 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsinə, MM-nin 373.1, 373.2, 384.0.4, 402.1, 402.4, 560.1, 560.3, 560.3.4, 567, 568.1, 570.1 və 646-cı maddələrinə, həmin Məcəllənin tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş 335.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2021-ci il 17 sentyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 82.3 və 217.2, maddələrinə istinadla əsaslandırmışdır. 2
7. Cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 15 avqust tarixli 2-2(106)-69/2024 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmış və həmin məhkəmənin müəyyən etdiyi hallar və hüquqi qiymətləndirmələr baxımından (bax § 20-25) apellyasiya şikayətinin göstərilən dəlillərini əsassız hesab etmişdir.
30. Məhkəmə apellyasiya şikayətinin dəliləri ilə bağlı həmçinin aşağıdakı qaydada qiymətləndirmə aparmışdır.
31. Apellyasiya şikayətinin əsas dəlillərindən biri 27 iyul 2001-ci il tarixində tərəflər arasında müqavilə bağlanarkən hazırda mübahisələndirilən qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olmamış, həmin əmlak üzərində cavabdeh 2004-cü ildə mülkiyyət hüququ əldə etmiş, lakin mülkiyyət hüququ əldə etdikdən, yəni 2004-cü ildən sonra tərəflər arasında hər hansı yazılı alqı-satqı müqaviləsi bağlanmamışdır.
32. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə hüquqi qiymət verərək qeyd etmişdir ki, şikayətin məzmunundan göründüyü kimi, cavabdeh tərəflər arasında 27 iyul 2001-ci il tarixdə qeyri-yaşayış binası ilə alqı-satqı müqaviləsi bağlamalarını qəbul edir. Lakin hesab edir ki, həmin anda aralarında müqavilə bağlanarkən mübahisələndirilən qeyri-yaşayış binası onların mülkiyyətində olmadığından belə bir müqavilə bağlana bilməzdi.
33. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, 27 iyul 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Kürdəmir şəhərində yerləşən qeyri-yaşayış sahəsi ABB-yə satmalı idi. Buna görə cavabdehə 118 000 000 manat pul ödənilməsi ilə bağlı ödəniş tapşırığı mövcuddur. Həmin alqı-satqı müqaviləsindən təxminən 1 ay keçməmiş, cavabdeh 23 avqust 2001-ci il tarixində qeyd edilən qeyri-yaşayış sahəsini 33 344 000 manat müqabilində Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən alqı-satqı edərək almışdır.
34. Göründüyü kimi əmlakın əldə edilməsi tərəflər arasında 27 iyul 2001-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra cavabdehə ödənilmiş 118 000 000 manat məbləğidən təxminən 3.5 dəfə az o lan 33 344 000 manat müqabilində alınmışdır. Şərh olunanlar onu deməyə əsas verir ki, tərəflərin niyyəti mübahisəli əmlakla bağlı alqı-satqı müqaviləsinin reallaşdırılmasına yönəlmişdir. İddiaçı 18 il qeyd edilən mübahisəli qeyriyaşayış binasından etirazsız və mübahisəsiz olaraq istifadə etmiş, bu müddət ərizndə həmin binaya sahiblik etmiş, hal-hazırda da qeyd edilən bina iddiaçının sahibliyində və istifadəsindədir.
35. «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdik ləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir
36. Cavabdeh digər bir dəlillə bildirmişdir ki, 27 iyul 2001-ci il tarixində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilkin müqavilə olmuş və həmin müqavilədə müddət göstərilmədiyindən qanunvericiliyə əsasən onun müdd əti 1 il hesab olunmalıdır. Həmin bir illik müddət isə 27 iyul 2002-ci ildə başa çatmışdır. İlkin müqavilə isə əsas müqavilənin bağlanması üçün bağlanmışdır. Buna görə də tərəflər arasındakı hazırkı münasibətə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi cavabdehin tərəflər arasındakı hazırkı münasibətə iddia müddəti tətbiq edilməli olması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, qanunvericiliyə və məhkəmələrdə formalaşmış təcrübəyə əsasən iddia müddəti o zaman tətbiq oluna bilir ki, iddia əsaslı olsun, lakin qanunla müəyyən edilmiş müddət ötürülmüş olsun. Yəni iddia əsaslı olduqda iddia müddəti tətbiq olunur, iddia əsaslı olmadığı təqdirdə isə buna iddia müddəti tətbiq oluna bilməz. Cavabdeh hazırda tərəflər arasında olan münasibətlə rə iddia müddətinin tətbiq olunmasını və iddianın rədd olunmasını xahiş etməklə dolayısı ilə iddianın əsaslılığını qəbul etmiş olur.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
39. Nəzərə alınmalıdır ki, MM-nin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ond an ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.
40. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İİ hissəsinə, MM-nin 373.1, 373.2, 375.2, 384.0.4, 402.1, 402.4, 560.1, 560.3.4, 567, 568.1, 570.1, 646-cı maddələrinə, MM-nin tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş 335.2-ci maddəsinə is tinadla əsaslandırmışdır.
41. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. MM-nin 144.1, 146.2, 146.3-cü maddələri üzrə- məhkəmə sadalanan maddələri tətbiq etməli olduğu halda onları tətbiq etməmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin alqısatqısı ilə bağlı əqdin etibarlı olmaması əvvəlki məhkəmə aktları ilə kifayət qədər əsaslandırılmışdır. Bu səbəbdən, mübahisəyə daşınmaz əmlak barədə əqdlərin etibarlılığı barədə müddəalar tətbiq edilməli olduğu halda məhkəmə tərəfindən tətbiq edilməmişdir. Hazırki mübahisənin predmetini təşkil edən daşınmaz əmlakın alqı-satqı müqaviləsi həm əqdin məzmununa dair şərtlər, həm də əqdin formasına dair şərtlər baxımından etibarlılıq kriteriyasına cavab vermir. Tərəflər arasında münasibətlər notariat qaydasında təsdiqlənmiş əqd formasında təzahür etmədiyinə görə hazırki mübahisənin predmeti olan müqavilə etibarlı əqd sayıla bilməz. Həmin müqavilədə onun predmeti göstərilməmiş, müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olmamışdır.
43. MM-nin tərəflər arasında münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş 335.2ci maddəsinin hazırki mübahisəyə tətbiqi qanunsuz olmuşdur. Belə ki, iddia tələbi həmin maddənin məzmununa uyğun, yəni əqdin bağlanmış sayılması barədə olmamışdır. Əgər əqd etibarlıdırsa, onun məhkəmənin bağlanmış sayıb-saymamasından asılı olmayaraq özü-özlüyündə etibarlıdır. Bundan başqa, tərə flər arasında yaranmış qarşılıqlı münasibətlərə həmin maddənin tətbiqi üçün ehtimal olunan hallar (normanın hipotezası) mövcud deyildir.
44. MM-nin 372.2, 375.2-ci maddələri üzrə- məhkəmə mübahisəyə MM-nin əvvəlki redaksiyada 335.2-ci maddəsini tətbiq etdiyi halda, iddia müddətini də tətbiq etməli idi. Belə ki, həmin maddəyə əsaslanan iddia tələblərinə iddia müddəti tətbiq edilməlidir. Cavabdeh iddia müddətinin məqsədi ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı iş üzrə” 2009-cu il 7 iyul tarixli qərarına və əqdin bağlanmış hesab edilməsi ilə bağlı tələblərə iddia müddətinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “2006-cı il 31 may tarixli qərarında göstərilənlərə istinad etməklə iddiaçı tərəfindən məhkəməyə 20 ildən sonra müraciət olunması səbəbəindən iddia müddətinin buraxıldığını qeyd etmiş, iddia müddətinin tətbiqi barədə bərizə üzrə iddia müddətinin tətbiq edilməməsi nəticəsində hüquqi müəyyənlik prinsipinin pozulduğunu göstərmişdir.
45. Məhkəmənin iddia müddətinin tətbiqi barədə ərizəni rədd edərkən tətbiq etdiyi MM-nin 384.0.4-cü maddəsinin tətbiqi üçün ehtimal olunan halların (normanın hipotezası) mövcud olub-olmaması düzgün müəyyən edilməmişdir. Birincisi iddia tələbi ümumiyyətlə hüquq mübahisəsi deyil, hüquqi faktın təsdiqidir. İkincisi iddiaçı etibarlı hesab edilməsini tələb etdiyi əqdin predmeti olan daşınmaz əmlakın mülkiyyətçisi deyildi. Üçüncüsü iddia onun əmlaka sahibliyi ilə də bağlı deyil. Belə olan halda, MM-in 384.0.4-cü maddəsi tətbiq edilməli deyildi.
46. MPM-nin 4.1, 261.0.1, 261.0.2-ci maddələri üzrə-hazırki iddia ərizəsi ilə iddiaçı yalnız tərəflər arasında bağlanmış daşınmaz əmlak barədə müqavilənin etibarlı sayılmasını tələb edir. Məhkəmənin isə əqdin hüquqi qüvvəyə minməsi üçün əqdin etibarlı sayılmalı olması kimi səlahiyyəti yoxdur. Bu səbəbdən, hazırki iddia tələbi ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmalı iddia deyildi. İddia tələbinin müqavilənin etibarlı sayılması barədə olduğu göstərilsə də, faktiki olaraq tələb müqavilənin bağlanmış sayılması barədədir. İddiaçının öz tələbini bu şəkildə pərdələməsinə MM-nin köhnə redaksiyasının 355.2-ci maddəsi ilə nəzərdə tutulan iddia növündən onun artıq istifadə etməsi, həmin iddiasının məhkəmələr tərəfindən rədd olunması və bu qətnamənin Ali Məhkəmənin Kommersiya kollegiyasının 2024-cü il 14 avqust t arixli 2-2(102)-366/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılaraq qüvvəyə minməsi səbəbindən irəli gəlmişdir. Hazırda iddiaçı faktiki olaraq eyni tələbi iddianın adını dəyişdirməklə irəli sürmüşdür.
47. MPM-in 82.3-cü maddəsi üzrə dəlili – iddiaçının hazırki iddia tələbindən əvvəl o eyni müqavilədən irəli gələn öhdəliklərin icrası və müqavilənin bağlanmış sayılması ilə bağlı iki ayrı tələb irəli sürmüş, həmin mübahisələrə baxan məhkəmələr tərəflər arasında bağlanmış müqavilənin etibarlılığına münasibət bildirmişlər. Qanuni qüvvəsini almış və preyudisial əhəmiyyət daşıyan məhkəmə aktları ilə tərəflərin arasında olan müqavilənin etibarlı olmamasına dair hallar müəyyən edilmişdir. Belə ki, əvvəlki işlərə baxan məhkəmələr iddiaçının tələbi ilə alqı-satqı müqaviləsi əsasında danışmaz əml aka mülkiyyət hüququnu tanımaqdan və həmin müqavilə üzrə cavabdehin üzərinə öhdəliklər qoymaqdan imtina edərkən bunu həmin müqavilənin etibarlı olmaması ilə izah etmişlər. Bununla belə, apellyasiya məhkəməsi əvvəlki məhkəmə aktlarının preyudisiallığına əhəmiyyət verməyərək müqavilənin etibarlılığı ilə bağlı yeni hal müəyyən etmişdir.
48. MPM-in 88, 385.1.1, 385.1.3 və 385.1.4, 386, 387.1, 389 və 390-cı maddələri üzrə dəlili – iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi iddianın əsaslılığının qəbul edilməsi anlamına gəlməməlidir. İddia müddətinin tətbiqi barədə ərizə verilməsi hüquqi müəyyəlik prinsipinin təmin edilməsi üçün cavabdehə verilmiş bir hüquqdur. Bu hüququndan istifadə heç bir halda cavabehin əleyhinə yozulmamalı idi. Əks halda cavabdehin belə hüquqi əhəmiyyətini i tirərək xəyali hüquqa çevrilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxl anılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
52. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “MM-in tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Azərbaycan Respublikasının 2005-ci il 4 iyun tarixli, 949- İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmışdır).” “Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:... 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;...” “Maddə
560. Hüqu qdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıc ıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır....” “Maddə
646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, bi nanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.”
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 17 sentyabr tarixli qərarında göstərilmişdir: “... Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaran masına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir....”
54. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 56. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələ ndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
57. İddiaçı hazırki tələbində cavabdehlə bağladığı 2001-ci il tarixli 27 iyul tarixli alqısatqı müqaviləsinə əsasən dəyərini ödəyərək, həmin vaxtdan sahiblik və istifadəsinə aldığı daşınmaz əmlak- ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyriyaşayış sahəsinin alqı-satqısı ilə bağlı əqdin etibarlı sayılmasını xahiş etmişdir.
58. Məhkəmə kollegiyası həmin tələbin əsaslı olmasına dair məhkəmələrin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
59. İlk növbədə qeyd olunmalıdır ki, iddiçının tələbinin qanuni əsasını MM-nin zamana görə qüvvədə olmuş 335.2-ci maddəsi təşkil etmişdir. Məhkəmələr tərəfindən iddianın qanuni əsası düzgün müəyyən edilmişdir.
60. Həmin maddənin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (MM-nin tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş redaksiyası).
61. Maddənin dispozsiya şərtindən göründüyü kimi, tərəflərdən birinin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etməsi digər tərəfin isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması, məhkəmə tərəfindən belə əqdin müvafiq tələb əsasında etibarlı sayılması üçün əsasdır.
62. İş üzrə tərəflər arasında ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsinə dair mübahisə üzrə qəbul edilmiş, qanuni qüvvədə olan məhkəmə aktları ilə məhkəmə aktları ilə (Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-2(106)-68/2020 nömrəli qətnaməsi və Ali Məhkəmənin 16 mart 2021-ci il tarixli, 2-2(102)-64/2021 nömrəli qərarı) sözügedən qeyri-yaşayış sahəsindən hazırki iş üzrə iddiaçının ("xxxx" ASC) çıxarılmasına dair cavabdehin (Cavabdeh MMC) tələbi təmin edilməmiş və müəyyən edilmişdir ki, 27 iyul 2001 - ci il tarixli müqaviləyə görə bank binanın dəyərini pulla ödəməyi, iddiaçı (hazırki iş üzrə cavabdeh) isə binanı bankın mülkiyyətinə keçirməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında 27 iyul 2001-ci il tarixli müqavilə, bina özəlləşməmişdən əvvəl bağlanmışdır və həmin vaxt iddiaçı satıcı olaraq tərəflər arasında bağlanmış əqdin subyekti ola bilməzdi. Lakin bu cür müqavilə bağlanması qanunvericilikdə qadağan da edilməmişdir. Müqavilə üzrə tərəflər üzərlərinə öhdəlik götürmüşlər, cavabdeh öz öhdəliyini yerinə yetirmiş, lakin iddiaçı öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçının öz öhdəliyini yerinə yetirməməsi səbəbindən tərəflər arasında sonradan alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, lakin təxminən 18 il ərzində cavabdehin əmlakdan istifadəsinə etirazını bildirməmişdir. Aydın oldu ğu kimi, bina əvvəldən, yəni tərəflər arasında icarə müqaviləsi bağlanan tarixdən cavabdehin qanunsuz sahibliyində olmamış, daha sonra tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, cavabdehin faktiki olaraq sahibliyi və istifadəsində olan qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etməsi barədə iddiaçının dəlilləri əsassız olmuşdur.
63. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən tərəflərin sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı üzrə əldə etdikləri razılığa əsasən əmlakın alıcıya təqdim edilməsi, alıcının 2001-ci ildən faktiki olaraq əldə etdiyi əmlaka görə dəyərini satıcıya ödəməsi, lakin satıcının həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməməsi, b aşqa sözlə, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir
64. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli və 2022-ci il 18 iyul tarixli qərarları).
65. Beləliklə, işə baxan məhkə mələr qanuni qüvvədə olan məhkəmə aktları ilə iddiaçının notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi icra etməsi, digər tərəfin isə həmin əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırması, alqı-satqı münasibətlərinin başa çatmamasının müəyyən edilməsini, bununla da MM-nin zamana görə qüvvədə olmuş 335-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olmasını nəzərə alaraq iddianın əsaslı olması qənaətinə gəlmişlər.
66. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin kassasiya şikayətində irəli sürdüyü eyni dəlillərə işə baxmış məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verildiyindən və gəlinən nəticə MM-nin zamana görə qüvvədə olmuş 335-ci maddəsinin tələblərinə uyğun olduğundan şikayətin dəlilləri əsassızdır.
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qi ymət verərkən həmçinin şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyan estoppel prinsipi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə istinadı da zəruri hesab edir. 68. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübut ların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdı ğını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. …..Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqd in etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə gəlinən nəticə MPM-nin 14.2, 77.1, 82, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instans iyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
70. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 avqust tarixli 2-2(106)-69/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.